Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sözlər
Söz — hərflərdən meydana gələn və məna kəsb edən kəlmənin sinonimidir. Daha geniş desək, söz səslərdən əmələ gələn, müəyyən məna və ya hiss-həyəcan bildirən səsbirləşməsidir. Günümüz sözlərinin də, günümüz dövlətləri və millətləri kimi mütləq köhnə bir keçmişi vardır sözlər, bir çox dövr içində şəkillənərək günümüzə qədər çatarlar. Azərbaycan dilində ən uzun söz 34 hərfli "elektrikləşdiricilərimizdənsinizmi" sözüdür. Daha bir neçə uzun söz var, məsələn "Azərbaycanlılaşdırılmamışlardansınızmı" 39 hərf var. Söz dilin sematik yarısının əsas vahidi, təfəkkürdəki anlayışların işarəsi, ifadəçisidir. Dilin əsas funksiyalarından olan nominativ funksiya məhz sözlər əsasında reallaşır. Dil nə quru qrammatik qanunlar, nə də sırf fonetik səslənmələr dilidir. Dil sözlər dilidir. Söz olmasa obyektiv gercəklikdəki əşyaları və insan şüurundakı anlayışları adlandırmaq olmaz.
Ara sözlər
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn: Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ salamat qal. (Məmməd Araz) Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur. == İfadə forması == === Söz şəklində === Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr. === Söz birləşməsi şəklində === Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.
Modal sözlər
Modal sözlər — modal sözlərin 10 məna növü var bunlar{Təsdiq,güman.şübhə,bənzətmə.müqayisə,təssüf,fikrin mənbəyini,nəticə.ümumiləşdirmə (bildirən)⁶danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır. Əlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur, bunlar istisna olaraq:hökmən, əsla, qeydsiz-şərtsiz və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da, insan gücü tükənməzdir. Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s. Gərək ki, yəqin (yəqin ki), görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki, və s. Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir. Gərək ki, sən onu tanıyırsan. Deyəsən, yağış yağacaq.
Mürəkkəb sözlər
Mürəkkəb sözlər və mürəkkəb ifadələr iki qardaş və mürəkkəb quruluşlu və ya daha çox sözü birləşdirərək dildə yeni bir mənanı ifadə etmək üçün əmələ gətirilən sözlərə deyilir (Kontaminasiya). Bu ifadələri məsələn, qızılgül, kitabxana, quldurbaşı, novruzgülü və s. təşkil edən sözlər səs düşməsi, səs törəməsi, söz növünün dəyişməsi və ya məna dəyişikliyi baxımından aralarına şəkilçi girməyəcək qədər formalaşırlar. Qeyri-müəyyən ismi söz birləşmələrindən, sifət birləşmələrindən, mürəkkəb feillərdən, reduplikasiyalardan, stereotipli flektiv feillərdən ibarət ifadələr yeni mənalar ifadə etdiyi zaman mürəkkəb sözlərə çevrilirlər. Söz yaradıcılığının mühüm vasitələrindən biri də bir neçə sözün birləşərək yeni mənalı mürəkkəb sözlər əmələ gətirməsidir. Mürəkkəb sözlər aşağıdakı müxtəlif yollarla əmələ gəlir: 1) İki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn: günəbaxan, dəvəquşu, yeraltı, əmioğlu, meşəbəyi, bağayarpağı, istiot və s. İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bitişik yazılır, lakin mürəkkəb saylar və mürəkkəb feillər ayrı yazılır. Məsələn, on iki, yüz iyirmi dörd, kömək etmək, şad olmaq, niyyət eləmək, namaz qılmaq, dua etmək və s. -Təbii ki, ayrı yazılan mürəkkəb sözlər 2 yerə ayrılır: -1.Müstəqil olanlar Məsələn:Mən müəllim oldum -2.Müstəqil olmayanlar Məsələn:Dua etmək Burda müstəqil olanlar indiki zamanı və həmçinin mövcud olan hadisəni Müstəqil olmayanlar isə hadisə hansı zamana aid olduğu bilinmir və tək bir suala cavab verir.
Predikativ sözlər
Predikativ sözlər — söz-xəbərlər cümlədə heç bir suala cavab vermədən cümlənin müstəqil xəbəri ola bilən söz. Bu sözlərlə ismi xəbərlər ifadə olunur. Onların müstəqil xəbər olması üçün bu sözlər ya xəbərlik şəkilçisi qəbul etməli ya da idi imiş isə hissəciklərindən birini qəbul etməlidir. Bu sözlər : Var, yox, gərək, lazım, mümkün, bəs sözlərini aid etmək olar. Məsələn: Xonçada rəngbərəbg şamlar var idi. Vətəni qorumaq lazımdır. Bütün bunlar bəsdir. Qəbul olunmağınız mümkündür. Müdir içəridə yoxdur.
Sayaçı sözlər
Sayaçı sözlər — qoyunçuluqla bağlı yaranan nəğmələrdir. Bu nəğmələrdə qoyun, quzu və keçidən danışılır. Sayaçı sözlər də çox zaman çəlikcə bayatıya oxşayır.
Çoxmənalı sözlər
Çoxmənalı sözlər — Əsas məna ilə bağlı olub bir neçə əlavə,törəmə mənada işlənən sözlərə çoxmənalı sözlər deyilir. Məsələn: üz – adamın üzü, suyun üzü, yorğanın üzü; göz – adamın gözü, bulağın gözü, şkafın gözü və s. Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məsələn: Həqiqi məna – polad balta (isim), gözəl mənzərə (sifət). Məcazi məna – polad bilək (isim), gözəl fikir (sifət) Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları ifadə edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır. Məsələn: alovun dili, çəkmənin dili, insanın dili, heyvanın dili. Bu söz birləşmələrindən insanın dili, heyvanın dili nümunələrində leksik vahidi həqiqi mənada, alovun dili, çəkmənin dili nümunələrində isə məcazi mənada işlənmişdir. Bütün sözlər çoxmənalı ola bilməz. Çoxmənalı sözlər, əsasən, bədii üslubda işlədilir.
Sehrli sözlər
Ovsun, əfsun — müxtəlif xalqların şifahi yaradıcılığında guya insanlardan bədbəxtliyi kənar etmək, onları xəstəlikdən qorumaq, xoşbəxtliyə çatdırmaq, varlanmaq, uğurlu ov, bol məhsul götürmək və s. gücünə malik olan müəyyən sehirli qüvvənin ifadə formulu. Hələ qədimdən insanlar öz arzu və istəklərinə çatmaq üçün müxtəlif ovsunlara müraciət edirdilər. Ovsunçuluq ən qədim magik təsəvvürlərlə bağlı olmuşdur. Magik səciyyəli folklor aktı olan ovsunlar uzun bir təkmilləşmə yolu keçmiş və bu yolda özünə yaxın mərasim ünsürləri və folklor mətnləri ilə qarşılıqlı əlaqədə olmuş, bəzən onlarla çulğalaşmışdır. Buna görə də ovsunlar bəzən fal, tilsim və sehrlə eyniləşdirilir. Halbuki ovsunlar həm şəkil, həm də lüğəti məna və mahiyyətcə onlardan fərqlənir. Bəhlul Abdullanın yazdığına görə, nağıl və dastan süjetlərində sıx-sıx təsadüf edilən tilsimlər virdlə, lövhlə bağlıdır, onu bilən, icra edən də, əsasən, qara, neqativ qüvvələrin təmsilçisi olan cadügərlərdir. Ovsunlar isə bilavasitə gerçək yaşayış, xüsusən də ailə-məişət hadisələri çevrəsində təzahür edir. Ovsunlarda insanların normal yaşayışına mane olan, güzaran üçün qorxu, təhlükə törədən qüvvələrə qarşı mübarizə var və bu da əsasən ayin, mərasim, magik sözün sehrli təsir gücü ilə həyata keçirilir.
Sözlər (dəqiqləşdirmə)
Sözlər (Sartr)
Dehxuda lüğəti
Dehxuda lüğəti (fars. لغت‌نامه دهخدا‎)- indiyə qədər ən böyük hərtərəfli fars dilində nəşr olunmuş lüğət ki 16 ​​cilddən ibarətdir. Tam iş davam edən bir prosesdir ki Dehxuda və digər mütəxəssislərdən ibarət heyətin qırx beş illik səylərin ehtiva edir. Fars dilinin izahlı lüğətini Pəhləvi İranında Dehxoda adlı görkəmli alim tərtib etmiş və “Lüğətinameyi Dehxoda” adı ilə 48 cilddə çap etdirmişdi. Lüğətə fars, türk, ərəb sözləri ilə yanaşı Pəhləvi dövründən qalan xeyli arxaik sözləri də toplayaraq onu praktik lüğətdən daha çox paniranist ideyaların iftixar mənbəyi olaraq formalaşdırmışdı. == İstinadlar == == Mənbə == The introduction section in the digital version of the Dehkhoda Dictionary, release 3.0. Tehran University Press. 2006.
Müin lüğəti
Müin lüğəti fars dilində lüğət.Müəllifi Məhəmməd Müindir.
Ojeqov lüğəti
"Rus dili lüğəti" — ümumi lüğətin normativ izahlı lüğəti. Sovet dilçisi S. İ. Ojeqov tərəfindən yaradılmışdır. S. İ. Ojeqovun leksikoqrafik fəaliyyətinin başlanğıcı (1900–1964), SSRİ Elmlər Akademiyasının Müxbir üzvü D. N. Uşakovun redaktoru olduğu dörd cildlik "Rus dilinin izahlı lüğəti" nin tərtibində iştirakı sayılmalıdır. 1930-cu illərin alimləri. Ojeqov, fəaliyyətinin əvvəlindən həm təşkilati, həm də lüğətin (sözləri D. N. Uşakov) "həqiqi hərəkətvericisi" halına gələn və "tərtib edən" işə qoşuldu. Böyük Vətən Müharibəsindən bir qədər əvvəl Uşakov Rus dilinin Kiçik İzahatlı Lüğətinin yaradılması fikrini irəli sürdü. Təşkilati məqsədlər üçün bir komissiya və daha sonra gələcək lüğətin bir nəşri yaradıldı. D. N. Uşakov baş redaktor təyin edildi və S. İ. Ojeqov lüğət planı tərtib etdi. 1942-ci ildə Uşakov öldü və lüğətin tərtib edilməsi ilə bağlı bütün işlər Ojeqova verildi. İlk materiallar radikal şəkildə yenidən işlənmiş və yenidən redaktə edilmişdir.
Orfoqrafiya lüğəti
Orfoqrafiya lüğəti — hər hansısa bir dilə aid nəşr olunmuş konkret, tam səhvsiz mənbə Orfoqrafiya lüğəti tam səhvsiz olmalıdır. Bu tipli lüğətlərdə səhvlərə yol verilməməlidir. Çünki orfoqrafiya lüğəti mübahisələrə son qoyan bir istinad mənbəyidir. Elə bu səbəbdən orfoqrafiya lüğətində ən adi səhv bağışlanılmır, bir hərf səhvinə belə bəraət qazandırılmır. Məlumdur ki, oradakı səhvlər belə istifadəçilər tərəfindən düzgün kimi qəbul olunur. Lüğətdə getmiş səhvləri iki başlıq altında birləşdirmək olar: ənənəvi və mexaniki səhvlər. Ənənəvi səhv deyəndə onu nəzərdə tuturuq ki, bu nəşr özündən əvvəlki nəşrlərdə yol verilmiş səhvləri özündə qoruyub saxlayıb. Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 29 illik fasilədən sonra sonuncu dəfə orfoqrafiya lüğəti 2004-cü ildə işıq üzü görüb.
Tərcümə lüğəti
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Slenq lüğəti
Slenq lüğəti — slenqlərin əlifba sırası ilə siyahısını ehtiva edən arayış kitabçası. Rəsmi istifadədə ümumiyyətlə qəbuledilməz xalq dili lüğətidir — adətən məna, tələffüz və etimologiya da daxil olmaqla hər bir söz üçün verilən məlumatlar daxildir. O, daha dünyəvi terminlərdən (məs. "yağış yoxlaması") gizli cinsi təcrübələrə qədər bir sıra jarqon terminləri müəyyən edə bilər. Bu cür əsərlərə müxtəlif dialektlərdən və jarqonlardan yaranan söz və ifadələr də daxil ola bilər ki, onlar daha geniş istifadə oluna bilsinlər. Slenq lüğətləri yüz illərdir mövcuddur. The Canting Academy, or Devil's Cabinet Opened 1673-cü ildə oğru fanatizmini təyin etməyə çalışan Riçard Head tərəfindən yazılmış XVII-ci əsrə aid jarqon lüğəti. Qədim və müasir terminlərin Yeni Canting Crey lüğəti — ilk dəfə 1698 ildə nəşr olunmuşdur. A Classical Dictionary of the Vulgar Tongue — Fransis Qros tərəfindən ilk dəfə 1785-ci ildə nəşr edilmişdir. Qrosun işi Con Camden Hottenin 1859-cu ildə Müasir slenq, zərflər və vulqar sözlər lüğətinə qədər, şübhəsiz ki, ən əhəmiyyətli ingilis dilli jarqon lüğəti idi.
Etimologiya lüğəti
Etimoloji lüğət — sözlərin mənşəyini (kökənini) göstərən lüğət. == Altay dillərinin etimoloji lüğətləri == Сравнительный словарь тунгусо-маньчжурских языков. Материалы к этимологическому словарю. В 2 т. / Отв. ред. В. И. Цинциус, сост.: В. А. Горцевская, В. Д. Колесникова, О. А. Константинова, К. А. Новикова, Т. И. Петрова, В. И. Цинциус, Т. Г. Бугаева — Л: Наука, 1975—1977. — 672 с.+471с. Sergey Starostin, Anna Dıbo, Oleq Mudrak. Etymological Dictionary of the Altaic Languages, 3 Vol.
Əcnəbi (film, 2017)
Əcnəbi (ing. The Foreigner) — rejissoru Martin Kampbell və müəllifi David Markoni olan 1992-ci ildə Stefen Lezir tərəfindən yazılan "Çinli" romanı əsasında hazırlanmış, 2017-ci il çəkilmiş hərəkət filmi. Amerika-İngiltərə-Çin ortaq istehsalı olan bu filmdə Ceki Çan, Pierse Brosnan, Maykl MkElhatton, Liu Tao, Çarli Murfi, Orla Bredi və Keti Leun çəkilmişdir. Film qızının ölümü üçün intiqam istəyən İngilis-Çinli bir adamdan bəhs edir. "Əcnəbi" filmi 30 sentyabr 2017-ci ildə Çində, 13 oktyabr 2017-ci ildə ABŞ-da STXfilms tərəfindən və İngiltərədə 2017-ci ildə Netflix-də yayımlandı. Film dünyada 145 milyon dollar qazandı və tənqidçilərdən qarışıq rəylər aldı. Keçmiş Vyetnam Müharibəsi xüsusi əməliyyat qüvvələrinin əsgəri dul qalan Nqoc Min Quan, iş ortağı Lam və yeniyetmə qızı Fan ilə birlikdə Londonda "Happy Peacock Takeout" adlı bir Çin restoranı işlədir. Fan terrorçuların bombalamasında öldürüldüyündə Quan intiqam almaq istəyir. Özünü "Otantik IRA" adlandıran İrlandiyalı bir respublika qrupu məsuliyyəti öz üzərinə götürür. Quan hər gün bombardman edənlərin adlarını soruşaraq Şotlandiya Yard-a baş çəkir, lakin polis rəisi Komandir Bromley tərəfindən dəfələrlə etdiyi ziyarətlərin mənbələri istintaqdan uzaqlaşdırdığını söyləyir.
Əcnəbi filmlərin siyahısı
12 stul (film, 1971) 13-cü döyüşçü (film, 1999) 16 arzu (film, 2010) 1900-ün əfsanəsi (film, 1998) 2012 (film, 2009) 300 spartalı (film, 2007) Ada (film, 2005) Ada (film, 2006) Addams ailəsi (film, 1991) Ağ saray (film, 1990) Alatoran (film, 2008) Alisa artıq burada yaşamır (film, 1974) Alisa möcüzələr ölkəsində (film, 1915) Allahın elçisi Məhəmməd (film, 1976) Amerika piroqu (film, 1999) Amerikansayağı gözəllik (film, 1999) Avara (film, 1951) Avatar (film, 2009) Avqustun 5 günü (film, 2011) Avtomobildən qorun (film, 1966) Babil (film, 2006) Bağışlanmamış (film, 1960) Barri Lindon (film, 1975) Baskervillərin iti (film, 1959) Ben-Hur (film, 1959) Beovulf (film, 2007) Berni (film, 1996) Binqo Bonqo (film, 1982) Bir, iki, üç (film, 1961) Bitlcus (film, 1988) Bleyd (film, 1998) Boleyn qızı (film, 2008) Boşboğaz (film, 1978) Böyük boss (film, 1971) Böyük diktator (film, 1940) Böyük manevrlər (film, 1955) Böyük şəhərin işıqları (film, 1931) Brilyant əl (film, 1968) Bruklin (film, 2015) Bu cütlüyü Tanrı yaradıb (film, 2008) Cangüdən (film, 1961) Cəsur ürək (film, 1990) Cəsur ürək (film, 1995) Cincer və Fred (film, 1986) Cümə, ayın 13-ü. İkinci hissə (film, 1981) Çapıqlı üz (film, 1983) Çətin hədəf (film, 1993) Da Vinçi şifrəsi (film, 2006) Dağ novellası (film, 1979) Davaçı (film, 1986) Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır (film, 1992) Devdas (film, 2002) Diksinmə (film, 2004) Dirijor (film, 1980) Don (film, 2006) Don 2 (film, 2011) Dönüklər (film, 2006) Dünən, bu gün, sabah (film, 1963) Embrion gizli ov edir (film, 1966) Emili Rouzun altı ekzorsizmi (film, 2005) Eşq təsadüfləri sevər (film, 2011) Etiraf (film, 2011) Ev (film, 1986) Əjdahanın çıxışı (film, 1973) Əlvida, Bafana (film, 2007) Ən yüksək ölçü (film, 1991) Əndəlüs köpəyi (film, 1929) Əsgər atası (film, 1964) Əsgər haqqında ballada (film, 1959) Əvəz qatilləri (film, 1998) Filadelfiya əhvalatı (film, 1940) Forrest Qamp (film, 1994) Fransız öpüşü (film, 1995) Gecə uçuşu (film, 2005) Geniş bağlanmış gözlərlə (film, 1999) Gənc qvardiya (film, 1948) Gizli qalada üç əclaf (film, 1958) G.O.R.A. Götür mənim ruhumu (film, 2010) Günəşli vadinin serenadası (film, 1941) Günortadan sonra məhəbbət (film, 1957) Güzgülər (film, 2008) Harri Potter və Azkaban Məhbusu (film, 2004) Hellovin (film, 1978) Həkim Nou (film, 1962) Həyat üçün təhlükəlidir! (film, 1985) Həyatda hər şey olur (film, 1998) Hörümçək-adam (film, 2002) Xaç atası (film, 1972) Xaç atası 2 (film, 1974) Xaç atası 3 (film, 1990) Xarabalıqdan çıxmış milyonçu "I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965) İblisin qəsri (film, 1896) İdman lotosu-82 (film, 1982) İki kapitan (film, 1976) İki nəfər yolda (film, 1967) İki nəfərlik vağzal (film, 1982) İmmiqrant (film, 1917) İnadkarın ram edilməsi (film, 1967) İnadkarın ram edilməsi (film, 1980) İrəli, Hindistan (film, 2007) İşdə məhəbbət macərası (film, 1977) İşgüzar adamlar (film, 1962) İt həyatı (film, 1918) İtirilmiş həftəsonu (film, 1945) İtləri sevməli (film, 2005) İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973) Kabiriyanın gecələri (film, 1957) Kanal (film, 1956) Karnaval gecəsi (film, 1956) Kiborq (film, 1989) Kikboksçu (film, 1989) Kişi və qadın (film, 1966) Kolleksiyaçı (film, 1965) Köpək Barbos və qeyri-adi qaçış (film, 1961) Körpə gəzintidə (film, 1994) Kraliça (film, 2006) Kral Lir (film, 1970) Kriminal qiraət (film, 1994) Küp (film, 1970) Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966) Qapışma (film, 2000) Qan ovçusu (film, 2007) Qara qağayı (film, 1962) Qara qu quşu (film, 2010) Qaraqulaq ağ Bim (film, 1977) Qaz işığı (film, 1944) Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975) Qətl! (film, 1930) Qəzəbin yumruğu (film, 1972) Qırmızı günəş (film, 1971) Qırmızı səhra (film, 1964) Qızıl hərisliyi (film, 1925) Qisasçılar (film, 2012) Qladiator (film, 2000) Qoca və dəniz (film, 1958) Qocalara burada yer yoxdur (film, 2007) Qorxulu gecə (film, 1896) Qoy danışsınlar!
Azərbaycan mənşəli sözlər
Azərbaycan mənşəli sözlər — müxtəlif dövrlərdə Azərbaycan dilindən və ya Azərbaycan dili vasitəsilə digər dillərə keçən sözlər. Azərbaycan sözləri digər dillərərə həmin dillərdə danışan xalqların Azərbaycan dilinin daşıcıları ilə sıx mədəni-tarixi, sosial-iqtisadi və ticari əlaqələrin nəticəsində keçirdilər. Azərbaycan mənşəli sözlər rus, gürcü, erməni, Nax-Dağıstan (ləzgi, avar, lak və s.) və İran (fars, tat, talış, kürd və s.) dillərində yer alıb. == Ədəbiyyat == Əsgərova Q. İ. Dünya dillərində Azərbaycan mənşəli sözlər // Filologiya məsələləri. — Bakı, 2015. — No 4. Асланов Г. Н. Функционирование азербайджанских элементов в русском языке // Научные труды Азербайджанского педагогического института русского языка и литературы. — 1979. — № 1. — С. 19–27.
Konkret mənalı sözlər
Varlığını beş duyğu orqanıyla qəbul edə bildiyimiz sözlər konkret sözlərdir. Məsələn, rəng, görünüş, səs, qoxu, dad, göl, ev, külək, işıq.
Mücərrəd mənalı sözlər
Mücərrəd mənalı sözlər — varlığını yalnız ağıl və məntiqlə dərk etdiyimiz sözlər.Yəni gözlə görə bilmədiyimiz şəklini çəkə bilmədiyimiz sözlər. Məsələn, ruh, ağıl, vicdan, ədalət, ağrı, kədər, eşq, inanc,sevgi, müəllimlik, yaxşılıq, arzu və s.
Yunanca beynəlmiləl sözlər
Yunanca beynəlmiləl sözlər — dünyanın bir çox ölkələrində yunanca və latınca olan sözlərdən istifadə edirlər. Bu sözlərdən elm sahələrində daha geniş istifadə olunur.
Hüquq ensiklopedik lüğəti
Hüquq ensiklopedik lüğəti — Azərbaycan Ensiklopediyasının Baş redaksiyası tərəfindən Bakıda 1991-ci ildə nəşr olunmuş və hüquq məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş ensiklopedik lüğət. Azərbaycan dilində ilk dəfə nəşr olunmuş 544 səhifədən ibarət olan bu kitabda 1000-dən çox məqalə-məlumat verilmişdir. Lüğətdə dövlət hakimiyyəti orqanlarının işi, vətəndaşların hüquq və azadlıqları, onların həyata keçirilməsi qaydaları və s. şərh olunmuş, mühüm hüquqi anlayışlar təhlil edilmişdir. == Mənbə == Hüquq ensiklopedik lüğəti. Azərbaycan Ensiklopediyasının Baş redaksiyası.
Oksford İngiliscə Lüğəti
İngilis dilinin Oksford lüğəti (ing. Oxford English Dictionary, OED), Оksford lüğəti, Böyük Oksford lüğəti — ingilis dilinin dünyada ən məşhur və ən geniş akademik lüğəti "Oxford University Press" nəşrlər evi tərəfindən nəşr edilir. 2005-ci il nəşri 301 100 məqaləni əhatə edir (350 milyon çap işarəsi). Lüğət qeyri-rəsmi şəkildə "Mürre lüğəti kimi tanınır (Murray’s) (ilk baş redaktor — Ceyms Mürrenin adı ilə). Oxford English Dictionary (OED) ingilis dilinin ən geniş və nüfuzlu lüğətlərindən biridir. Bu lüğət ingilis dilinin sözlərini, onların mənalarını, mənşəyini və zaman içində necə dəyişdiklərini izah edir. OED ingilis dilinin tarixini əhatə edən geniş məlumatlar təqdim edir və təkcə müasir ingilis dili deyil, həm də tarixi mətnlərdə rast gəlinən arxaik sözlər və ifadələr haqqında da məlumat verir. OED-nin əsas xüsusiyyətləri 1. Mənaların geniş təsviri: Hər bir sözün müxtəlif mənalarını və bu mənaların zaman içində necə dəyişdiyini izah edir. 2. Etimologiya: Sözlərin mənşəyini və tarixi inkişafını ətraflı şəkildə təsvir edir. 3. İstifadə nümunələri: Hər bir söz üçün tarixi və müasir mətnlərdən alınmış çoxsaylı nümunələr təqdim edir.
Qaqa (rəqs lüğəti)
Qaqa rəqs hərəkətləri dili və pedaqogikası Batsheva Dance Company direktoru və müəllimi Ohad Naharin tərəfindən hazırlanmışdır. Bu rəqs hərəkətləri texnikası bəzi İsrail müasir rəqslərində istifadə edilir, onun İsraildə və bir sıra digər ölkələrdə tədris olunan iki təhsil istiqaməti var: Qaqa/Rəqqaslar - Batşeva Rəqs Şirkətinin gündəlik təlimini əhatə edən təlim keçmiş rəqqaslar üçün nəzərdə tutulur. Qaqa/İnsanlar - heç bir rəqs təhsili tələb etməyən geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdur. Bir çox rəqqaslar deyirlər ki, Qaqa dərsləri onların rəqsə olan ehtirasını yenidən alovlandırıb və öz azadlıqları və yaradıcılıqları ilə özlərini dərk etməklə hərəkətləri arasında əlaqə yaratmaq üçün bu yeni bir cərəyandır. Qaqa tələbələri somatik təcrübə və müəllimin təsvir etdiyi təsvirlər əsasında öz hərəkətlərini improvizasiya edir ki, bu da qeyri-ənənəvi hərəkəti təşviq edən çərçivə təmin edir. Görüntülərlə diqqəti xüsusi bədən bölgələrinə yönəltməklə ifaçıların hərəkət ifadəliliyinə istiqamət verilir. Güzgülərdən istifadə edilmir, hərəkəti görməkdən daha çox hiss etmək və təsəvvür etməklə rəqslər idarə olunur. Qaqa hərəkət dili 1990-cı ildə rəqqas və Batsheva Dance Company - nin bədii rəhbəri Ohad Naharin tərəfindən yaradılmış və Naharinin rəqs və xoreoqrafiya sahəsindəki tədqiqatları ilə əlaqədar olaraq daha da inkişaf etdirilmişdir. Naharin Qaqanı aldığı bel zədəsinə reaksiya olaraq yaratmış oldu. Bu dil rəqqaslarla ünsiyyəti asanlaşdırmaq və onlara bədənlərinə qulluq etməkdə kömək etmək, eyni zamanda fiziki məhdudiyyətlərini yoxlamaq məqsədi daşıyır.
Gözlər
Göz — görmə funksiyasını təmin edən duyğu orqanı. Bir çox canlı orqanizmdə görmə sisin tərkib hissəsi olub, dalğaların işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edərək onu elektro-kimyəvi siqnal şəklində neyronlara ötürür. == Quruluşu və funksiyası == İnsanda göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gözləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur. İnsan ətraf aləmdən informasiya almaq üçün göz duyğu üzvündən istifadə edir. Gözün bayır küncündə yerləşən göz yaşı vəzisinin ifraz etdiyi maye göz almasının üzərini isladır, gözü qızdırır, gözə düşmüş yad cisimləri yuyub aparır, sonra da gözün içəri küncündən göz yaşı kanalı ilə burun boşluğuna axır. Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən qoruyur, gözə yad cisimlər və mikroorqanizimlər düşməyə qoymur. Gözün ön hissəsində bu qişa şəffafdır.
Lüğət
Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. == Tarixçəsi == Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır.
Atalar sözləri
Atalar sözü — atalarımızın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözlərdir. Mövzu müxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. == Təsnifatı == Həqiqi mənada işlənənlər: "Doğru söz acı olar", "İş insanın cövhəridir", "Yaxşı dost qardaşdan irəlidir", "Çıxan can geri qayıtmaz". Məcazi mənada işlənənlər: "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz", "İlanın ağına da lənət, qarasına da", "İslanmışın yağışdan nə qorxusu", "Ağacı qurd içindən yeyər", "Qudurmuş köpəyin ömrü qırx gündür" və s. Atalar sözlərindən yazılı ədəbiyyatda da geniş şəkildə istifadə olunur. Abbas Səhhətin "Yoxsulluq eyib deyil", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Sonrakı peşmançılıq fayda verməz", Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərlərinin adları şifahi xalq ədəbiyyatından götürülmüşdür. Tapmaca kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur.
Gözlər (tarixi termin)
Gözlər (nid. Geuzen, fr. Les Gueux) — Hollandiya inqilabının 1566-cı ildən Hollandiyada ispan ağalığına qarşı döyüşən iştirakçıları. Gözlərin böyük hissəsi dənizdə döyüşürdü və bu səbəbdən dəniz gözləri (nid. watergeuzen, fr. Gueux de mer) adı ilə tanınırlar. 1572-ci ildə dəniz gözləri tərəfindən Brillenin ələ keçirilməsi onların quruya çıxması üçün əlverişli meydan yaratdı və bunun nəticəsində şimaldakı Niderlandı ələ keçirərək burada Yeddi Birləşmiş Əyalət Respublikasını yaratdılar. Fəaliyyət göstərdikləri şəraitə və motivlərinə görə dəniz gözlərini kaper və ya dəniz qulduru hesab etmək olar.. == İstinadlar == == Xarici keçidlər == М. Лесников.
Martin Şöller
Martin Şöller (alm. Martin Schoeller‎; 12 mart 1968, Münxen) — Almaniya fotoqrafı.
Düzlər
Düzlər və ya Stalinçilər — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Kənd dənizsahili düzənlikdə Dərbənd şəhərindən 25 km cənubda Tabasaran rayonu ilə sərhəddə yerləşir. Əskidən monoetnik azərbaycanlı kəndi olmuşdur. Ancaq son üç onillikdə (1980-ci ildən sonra) azərbaycanlılar kəndi tərk edir, onların yerlərinə tabasaranlılar yerləşirlər. Nəticədə etnik tərkibdə üstünlük tabasaranlılara keçmişdir. 2002-ci ildə aparılmış siyahıyaalınmaya əsasən sakinlərinin sayı 477 nəfər olmuşdur, əhali əsasən tabasaranlılardan, qismən azərbaycanlılardan ibarətdir. == Mənbə == Topoqrafik xəritə K-39-XIII — 1 : 200 000 Topoqrafik xəritə K-39-61 — 1 : 100 000 Администрация Дербентского района == Ədəbiyyat == Дагестанская АССР: Административно-территориальное деление. — Махачкала: Дагестанское кн. изд-во, 1966. Дагестанская АССР: Административно-территориальное деление.