İKİÜZLÜ

sif. Üzdə bir cür, dalda başqa cür danışan, hərəkət edən; riyakar, qeyrisəmimi. İkiüzlü adam.
– Siz bağışlayın, yoldaş Mədəd, bu Tanrıverdi xalis ikiüzlüdür. S.Rəhimov.
[Səmirə:] Mənim kimi bir qadın hesabla gərək Səidə xanıma nifrət edəydi, onu ikiüzlü sayaydı. M.Hüseyn.

// İs. mənasında. İkiüzlünün biridir. – İfşa edildikcə ikiüzlülər; Dünya al geyinib toybayram eylər. M Rahim.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İKİÜZLÜ ikiüzlü bax riyakar
  • İKİÜZLÜ ikibaşlı
  • İKİÜZLÜ riyakar

Omonimlər

  • İKİÜZLÜ İKİÜZLÜ I sif. Hər iki tərəfində üzü olan. İkiüzlü daş güzgü ona anasından yeganə yadigar idi. İKİÜZLÜ II sif

Antonimlər (əks mənalı sözlər)

  • İKİÜZLÜ İKİÜZLÜ – SƏMİMİ Siz bağışlayın, yoldaş Mədəd, ba Tarıverdi xalis ikiüzlüdür (S.Rəhimov); O çox səmimi yoldaşdır
İKİTONLUQ
İKİÜZLÜ

Digər lüğətlərdə

многоукла́дный ну что́ ж оди́н за одни́м пе́ня прома́ять профильтрова́ть пятирублёвка с ма́ху та́яние тюрьма́ язычко́вый вспу́чивать канда́льный посу́л прони́зывать Самара disembosom emotionally externate foster home wadable маринист ответвиться ссадина шиш