Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
I Xunq
I Xunq — Müasir Vyetnamın şimalında yaranmış ən qədim dövlət qurumu olan Vanlanqın adı dövrümüzə qədər gəlib çatan ilk hökmdarıdır. O, e.ə. VII əsrdə hakimiyyətdə olmuşdur. Son on illiklərdə aparılan arxeoloji qazıntılar ölkədə insanın yaranmasını sübut edən çoxlu tapıntıları üzə çıxarmışdır. Lanqşon və Txanxoa əyalətlərində, o cümlədən Şərqi Çin dənizinin sahillərində Paleolit dövrünə aid insan qalıqları tapılmışdır. Yenbay və Nipbin əyalətlərində qəbilələrdə yaşayan insanların sümükləri və daş əmək alətləri əldə olunmuşdur. Üst Paleolit və Mezolit dövrlərinə aid Şonvi və Xoabin mədəni abidələri dünya mədəniyyətinin nümunələri sırasındadır. Sonrakı minilliklərdə Vyetnamda insanların daha geniş ərazilərə yayılması əlverişli iqlimlə əlaqədardır. E.ə. IV minillikdə Vyetnamda tuncun kəşf olunması ilə əhali daha da çoxaldı və iri tayfalar meydana çıxdı.
XVIII Xunq
XVIII Xunq — Vanlanq dövlət qurumunun sonuncu hökmdarıdır. O, e.ə. 286–257-ci illərdə hakimiyyətdə olmuşdur. Atası XVII Xunqun vəfatından sonra taxta sahib olan XVIII Xunqun hakimiyyəti illərində Vanlanq dövlət qurumunun ərazisində tərəqqi bir müddət davam etmişdir. Vanlanq dövlət qurumunda dəmir alətlərin tətbiqi nəticəsində məhsuldarlıq xeyli artmış, əkin sahələri genişlənmişdi. Nəticədə zəhmətkeş kəndlilər cəngəllikləri qıraraq onları tarlalara çevirirdilər. Daşqınların qarşısını almaq üçün bəndlər ucaldılır , susuz yerlərə kanallar çəkilirdi. İstedadlı dövlət xadimi olan XVIII Xunq mərkəzi idarə aparatını xeyli təkmilləşdirmişdi. Onun hakimiyyəti illərində hərbi və iqtisadi sahəni idarə etmək üçün xüsusi vəzifələr təsis edilmişdi. Daxili işlərə isə "Botin" adlanan nazir baxırdı.
Yunq Munq Sunq (film, 2017)
"Yunq Munq Sunq" filmi — çəkilişləri 2017-ci ildə başlamış tamildilli Hindistan filmidir. == Rollarda == Prabhu Deva Lakşmi Menon Tanqar Baçan RJ Balaci Prabhakar Çxitxra Lakşmanan Aşvin Raca Uma Padmanabxan == İstehsal == Prabhu Deva 2017-ci ildə belə bir film çəkmək barədə müqavilə imzaladı. Çəkilişlər həmin il başladı. Deva bu filmdə hind əsilli çinli Kunq-Fu ustası rolunu oynamalı idi. Həmin ilin fevral ayı təqdimatla filmin çəkilişləri başladı və hələ də davam etməkdədir. Bu illər ərzində filmin mahnıları da müəyyənləşməyə başladı. == Xarici keçidlər == Yunq Munq Sunq filmi Görün kim yenidən birləşdirir!
Xunə
Xunə və ya Xunəc — vaxtilə Azərbaycanda yerləşmiş şəhər. Bu şəhər sonralar Kağızkonan (Kağızkünan), yəni "kağız istehsal edənlər" adını daşımışdır. Keçmiş ərazisi hazırda İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanının Kağızkonan bəxşində yerləşir. 12–13-cü əsr coğrafiyaçısı Yaqut əl-Həməvi, Azərbaycanın ucqar hissəsində yerləşən Xunə şəhəri haqqında məlumat verərkən, onun Marağa ilə Zəncan arasında, Zəncandan iki günlük məsafədə yerləşdiyini qeyd etmişdir. Həmdullah Qəzvini isə Xunə ilə Ərdəbil arasında 7 fərsəx (39,79 km) məsafənin olduğunu qeyd etmişdir.Burada kağız istehsalına başlanandan sonra yerli əhali şəhərin adını "kağızqayıran, kağız buraxan yer" mənasında Kağızkunan adlandırmışdır. O zaman Azərbaycanın və ətraf bölgələrin inkişaf etmiş əsas şəhərləri Marağa, Xunəc, Miyanic (Miyanə), Ərdəbil, Təbriz, Mərənd, Naxçıvan, Bərdə, Gəncə və başqaları idi. Xunəc xaricə gedənlərin və xaricdən gələnlərin keçid yolu üstündə yerləşdiyinə görə yoxlanış məntəqəsi (gömrükxana) rolu oynayırdı. Bu yoldan keçənlər özləri ilə xaricə kağız da aparırdılar. Satıcılarla və alıcılarla hər gün dolu olan Xunəc (Kağızkünan) bazarında kağız, qələm və s. ləvazimatlar da satılırdı.
Anna Junq
Anna Junq (21 avqust 1981) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Anna Junq Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Kunq-fu
Kunq Fu (功夫, Pinyin: gōngfu) — Çində yaranmış döyüş sənəti. "Kunq" sözünün mənası "nailiyyət","əməl","Fu" sözü isə "insan" deməkdir. Beləliklə, "Kunq Fu" "İnsan nailiyyəti" kimi tərcümə olunur. Kunq Fu bədənin və fikrin güclənməsinə və təkminləşməsinə xidmət edir. Kunq Fu əslində üç əsrdən çox olan Uşunun məşq rejimidir. Kunq Funun 400-dən çox fəndi var. Bu fəndlərdən ən çox tanınanları Pələng, Meymun, Kobra, Qartal, Durna və Sərxoş adam fəndləridir. Kunq Fu yarandığı vaxtlarda onu yalnız çinlilərə öyrətmək olardı, indi isə o bütün dünyada məşhurdur. Kunq Funu bütün dünyada tanıdan aktyorlar Brüs Li, Ceki Çan və Cet Lidir. == Kunq Funun tarixi == Kunq Funu Konfutsi və Lao Çe bizim eranın 400-cü ilində yaradıblar.
Kunq Fu
Kunq Fu (功夫, Pinyin: gōngfu) — Çində yaranmış döyüş sənəti. "Kunq" sözünün mənası "nailiyyət","əməl","Fu" sözü isə "insan" deməkdir. Beləliklə, "Kunq Fu" "İnsan nailiyyəti" kimi tərcümə olunur. Kunq Fu bədənin və fikrin güclənməsinə və təkminləşməsinə xidmət edir. Kunq Fu əslində üç əsrdən çox olan Uşunun məşq rejimidir. Kunq Funun 400-dən çox fəndi var. Bu fəndlərdən ən çox tanınanları Pələng, Meymun, Kobra, Qartal, Durna və Sərxoş adam fəndləridir. Kunq Fu yarandığı vaxtlarda onu yalnız çinlilərə öyrətmək olardı, indi isə o bütün dünyada məşhurdur. Kunq Funu bütün dünyada tanıdan aktyorlar Brüs Li, Ceki Çan və Cet Lidir. == Kunq Funun tarixi == Kunq Funu Konfutsi və Lao Çe bizim eranın 400-cü ilində yaradıblar.
Tunq ağacı
Xuniq (Əhər)
Xuniq (fars. خونيق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 783 nəfər yaşayır (167 ailə).
Xunə şəhəri
Xunə və ya Xunəc — vaxtilə Azərbaycanda yerləşmiş şəhər. Bu şəhər sonralar Kağızkonan (Kağızkünan), yəni "kağız istehsal edənlər" adını daşımışdır. Keçmiş ərazisi hazırda İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanının Kağızkonan bəxşində yerləşir. 12–13-cü əsr coğrafiyaçısı Yaqut əl-Həməvi, Azərbaycanın ucqar hissəsində yerləşən Xunə şəhəri haqqında məlumat verərkən, onun Marağa ilə Zəncan arasında, Zəncandan iki günlük məsafədə yerləşdiyini qeyd etmişdir. Həmdullah Qəzvini isə Xunə ilə Ərdəbil arasında 7 fərsəx (39,79 km) məsafənin olduğunu qeyd etmişdir.Burada kağız istehsalına başlanandan sonra yerli əhali şəhərin adını "kağızqayıran, kağız buraxan yer" mənasında Kağızkunan adlandırmışdır. O zaman Azərbaycanın və ətraf bölgələrin inkişaf etmiş əsas şəhərləri Marağa, Xunəc, Miyanic (Miyanə), Ərdəbil, Təbriz, Mərənd, Naxçıvan, Bərdə, Gəncə və başqaları idi. Xunəc xaricə gedənlərin və xaricdən gələnlərin keçid yolu üstündə yerləşdiyinə görə yoxlanış məntəqəsi (gömrükxana) rolu oynayırdı. Bu yoldan keçənlər özləri ilə xaricə kağız da aparırdılar. Satıcılarla və alıcılarla hər gün dolu olan Xunəc (Kağızkünan) bazarında kağız, qələm və s. ləvazimatlar da satılırdı.
Yunq planı
Yunq planı — Birinci dünya müharibəsində məğlub olmuş Almaniya üçün təzminat planı.1929-cu ilin avqustunda yazılmış və rəsmi olaraq 1930-cu ildə qəbul edilmişdir. O, amerikalı sənayeçi Owen Yunqin rəhbərlik etdiyi komitə (1929-30) tərəfindən təqdim edilmişdir. Yunq, Amerika Radio Korporasiyasının (RCA) qurucusu və keçmiş sədri, o zaman Rokfeller Fondunun qəyyumlar şurasının üzvü idi.Müttəfiqlərarası Təzminatlar Komissiyası Almaniyanın təzminat məbləğini nəzəri olaraq cəmi 132 milyard, lakin praktiki olaraq cəmi 50 milyard təşkil etdi.1924-cü ildə Dawes Planı istifadəyə verildikdən sonra məlum oldu ki, Almaniya qeyri-müəyyən müddət ərzində illik ödənişləri istəməyərək ödəməyəcək.Plan növbəti ödənişləri təxminən 20 faiz azaldıb.Baxmayaraq ki, nəzəri cəmi 112 milyard Qızıl Mark, ABŞ-yə bərabərdir. 1929-cu ildə 27 milyard dollar (2022-ci ildə 121 milyard ABŞ dolları) 58 il müddətində[2] və 1988-ci ildə başa çatacaq, çox az adam planın on ildən çox davam edəcəyini gözləyirdi.Bundan əlavə, Gənc Plan iki milyard Qızıl Mark, 473 milyon ABŞ dolları məbləğində müəyyən edilmiş illik ödənişi iki komponentə böldü: şərtsiz bir hissə, məbləğin üçdə birinə bərabər və təxirə salına bilən hissə, qalan üçdə ikiyə bərabərdir. faiz cəlb edəcək və JP Morgan & Co tərəfindən koordinasiya edilən Amerika investisiya banklarının konsorsiumu tərəfindən maliyyələşdiriləcək. == Plan == Müttəfiqlərin Reparasiya Komitəsi tərəfindən təyin edilmiş komitə 1929-cu ilin birinci yarısında toplandı və həmin il iyunun 7-də ilk hesabatını təqdim etdi. Yanqdan başqa, ABŞ-ni görkəmli bankir J. P. Morgan Jr və onun tərəfdaşı Tomas V. Lamont təmsil edirdi. Hesabat Böyük Britaniyanın böyük etirazları ilə qarşılaşdı, lakin Haaqada keçirilən birinci Konfransdan sonra plan avqustun 31-də yekunlaşdırıldı. Plan 1930-cu ilin yanvarında ikinci Haaqa Konfransında rəsmi olaraq qəbul edildi.Plan digər müddəalarla yanaşı, təzminat köçürmələrini idarə etmək üçün beynəlxalq hesablaşmalar bankını da tələb edirdi. Nəticədə Beynəlxalq Hesablaşmalar Bankı yanvar ayında Haaqa Konfransında müvafiq qaydada yaradılmışdır.O, 1931-ci ilin iyul ayına kimi 15 ölkədən moratorium üçün dəstək toplaya bildi.
Ürəkvari tunq
Bord xun
Bürdxun — İranın Buşehr ostanının Dəyyer şəhristanının Bürdxun bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4 300 nəfər və 931 ailədən ibarət idi.
Xun Tsyuin
Xun Tsyuin (çin. 宏九印; d.
Ərgünə-xun
Ərgənəqon (türk. Ergenekon) və ya Ərgünə-xun (monq. Эргүнэ Хун/Ergüne xun) — mənbələrə görə Göytürklərin dirilişi ilə əlaqəli hekayə. Ərgənəqon türklərin Orta Asiyadakı əfsanəvi anayurdu. Rus tarixçi Gumilevin araşdırmalarına görə Dik Yamac mənasını daşıyır., Qədim əsərlərdəki təsvirlərə görə Ərgənəqonun Altay dağlarındakı, Beluça dağında olduğundan bəhs edilir. == Tarixi əsərlərdə == XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir.Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var. Talat Sait Halman isə mifoloji bir varlıq olan Bozqurdun müdafiəsi sayəsində soyunun tükənmə təhlükəsindən qurtulan və yenə Bozqurtlar sayəsində dağlarla əhatə olunmuş Ərgənəqon vadisindən çıxan bir Türk toplumunun hekayəsindən bəhs edildiyini iddia edir.
Karl Qustav Yunq
Karl Qustav Yunq (26 iyul 1875[…], Kesvil[d], Turgau[d], İsveçrə – 6 iyun 1961[…], Küsnaxt[d], Sürix kantonu, İsveçrə) — İsveçrə psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi, dərin psixologiyanın banisi. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Karl Qustav Yunq psixologiya elminin öndə gedən dünyada ən tanınmış və bir o qədər də dəyərli elm adamlarından biridir. 26 iyun 1875-ci ildə İsveçrənin Konstans gölü yaxınlığında yerləşən kiçik bir qəsəbə olan Kessvilldə anadan olmuşdur. Atası protestant bir rahib olan Yunqun kiçik yaşlarda özünə qapalı bir uşaq olduğu, xəyallarla dolu bir uşaqlıq keçirdiyi söylənilir. Ailə keçmişində çoxlu sayda sayda din adamı olan Yunq əvvəlcə din adamı olmağa qərar versə də, sonra Bazel ve Zurix universitetlərinə girdi. 1902-ci ildə universiteti qurtarıb həkim oldu. Bu vaxtı şüuraltı komplekslərə xitab edən sözlü çağrışım testi ilə bir anda tibb dünyasının marağına səbəb oldu. Çağrışım testinə görə terapevt daha öncə hazırladığı bir siyahıdan sözləri oxuyur və xəstədən sözləri eşitdiyi zaman ağlına gələn ilk şeyi söyləməsini istəyirdi. Bu sözlərdən xəstə üçün əhəmiyətli olan önəm daşıyanları şüuraltı kompleksləri hərəkətə gətirərək şüur axımında durğunluq yaradır və saniyəölçən ilə ölçülən çağrışım vaxtı artır.
Li Hunq Kam
Li Hunq Kam - Honkonqlu veteran opera müğənnisi, aktrisası. == Həyatı == Məşhur opera müğənnisi Li Hunq Kam 13 yanvar 1932-ci ildə Tayvanda anadan olmuşdur. İlk dəfə 14 yaşında, 1946-cı ildə səhnələrə gəlmişdir və Kanton operalarının birində kiçik çıxış etmişdir. Orta məktəbi bitirdikdən sonra ali təhsil ala bilməyən Li Hunq Kam 1950-ci ildə məşhur opera müğənnisi Xiao Conqkun ilə evləndi və bu evlilikdən onun Xiao Ziyun adlı bir qızı oldu. Ancaq, evlilik 7 il davam edə bildi və 1957-ci ildə həyat yoldaşından boşanan Li qızı ilə birlikdə Kanadaya köçdü. Bundan sonra Li heç evlənmədi, daha sonra, Tan Binqven ilə dəfələrlə əməkdaşlıq etdi, bir neçə film istehsal edən şirkətlər qurmaq üçün ortaq müəssisələr qurdu. Li Hunq Kamın 1970-ci illərdə bir neçə dəfə görünən və televiziyalarda göstərilən iki qardaşı var idi, lakin, sonra Li iki qardaşı ilə əlaqəsinin tamamilə kəsildiyini etiraf etdi. Linin ilk filmi 1956-cı ildə çəkilmişdir. Sonra o, Tan Binqven ilə şərik olaraq film şirkəti təsis etdi və burada bir çox komediyalar çəkdi. 1976-cı ildə özü tək "Lee's Film Company" şirkətini qurdu və burada da bir neçə komediya filmi çəkdi.
Von Yunq-cun
Von Yunq-cun (8 yanvar 1998) — Cənubi Koreyalı üzgüçü. Von Yunq-cun Cənubi Koreyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Von Yunq-cun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 55.05 saniyəlik nəticəsi ilə 30-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Yunq Yi-geun
Yunq Yi-geun (10 yanvar 1990) — Cənubi Koreyalı atıcı. Yunq Yi-geun Cənubi Koreyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yunq Yi-geun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 616.7 xal toplayaraq 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Çin tunq ağacı
Şaolin Kunq-fu
Şaolin Kunq-fu (Çin dili: 少林功夫, pinyin: Shàolín gōngfu) — çin döyüş sənətidir. Şaolin məbədinin əlbayaxa döyüş və soyuq silahlardan istifadə olunan döyüş sənətinin rəsmi adıdır. Bu döyüş sənətinin banisi, müxtəlif ləqəblərlə tanınan Hind rahibi Bodhidharmadır. == Ədəbiyyat == Shahar, Meir (2008). The Shaolin Monastery: History, Religion, and the Chinese Martial Arts. Honolulu: University of Hawai'i Press. ISBN 0824831101. Liu, James J. Y. (1967). The Chinese Knight Errant. London: Routledge and Kegan Paul.
Dam Kuanq Çunq
Dam Kuanq Çunq (vyet. Đàm Quang Trung; 12 sentyabr 1921 – 3 mart 1995, Hanoy) — Vyetnam hərbçisi, Vyetnam Xalq Ordusunun generalı. O, Birinci Hind-Çin müharibəsində və Vyetnam müharibəsində xidmət etmişdir. == Həyatı == Dam Kuanq Çunq 1939-cu ildə Vyetnam Kommunist Partiyasına qoşulmuşdur. O, 1940-cı ildə Fransanın müstəmləkə orqanları tərəfindən həbs edilmiş, lakin qısa müddət sonra azad olunmuşdur. 1944-cü ilin sentyabrında ölkənin şimal sərhədində Çin ilə partizan müharibəsi qurmağa başlamışdır. Dekabr ayında kommunist partizan hərəkatına qoşulmuşdur. 1945-ci ildə Avqust inqilabı zamanı o, Thaynquyendə hakimiyyətin ələ keçirilməsində Vyetmin rota komandiri kimi xidmət etmişdir. Şimali Vyetnamın qurulmasından sonra yenidən bir rota komandanlığını öz üzərinə götürmüş, eyni zamanda Hanoy xüsusi zonasının baş zabiti olmuşdur. O, Birinci Hind-Çin müharibəsi zamanı general rütbəsinə qədər yüksəlmişdir.
Kim Unq-Yonq
Kim Unq-Yonq (d. 8 mart 1962) — koreyalı vunderkinddir, o, dünyada ən yüksək intellekt əmsalının sahibi kimi Ginnesin Rekordlar Kitabına daxil olub. İki yaşında ikən o, artıq sərbəst şəkildə iki dildə danışa bilir, 4 yaşında isə çətin riyazi məsələləri həll edirdi. 8 yaşı olanda o, ABŞ-də təhsil almaq üçün NASA-ya dəvət olunmuşdu. Hal-hazırda intellekt səviyyəsi 210-a bərabərdir.
Cüng
Cünk — XX əsrin əvvəllərinə qədər ədəbiyyat həvəskarları tərəfindən tərtib edilən poeziya antologiyaları — əlyazma kitabları. Cünk sahibinin ədəbiyyata bələdliyi, şəxsi zövqü, savadı, ədəbi mənbələrə bələdliyi, nəhayət, hansı regionda yaşaması onun tərtib etdiyi əlyazma antologiyasının xarakterini və mündəricəsini müəyyənləşdirir. Cünklər həm eyni janrda yazılmış poeziya nümunələrini, həm də müxtəlif janrlı poetik parçaları özündə ehtiva edə bilər. Ədəbiyyat tarixinin öyrənilməsində, habelə mənbəşünaslıq baxımından, cünklərin mühüm əhəmiyyəti var. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Jung
Jung — Koreya adı. Jung So-min — Cənubi Koreya aktrisası. Jung Hye-young — Cənubi Koreya aktrisası. Jung İl-woo — Cənubi Koreya aktyoru. Jung Hoseok — Cənubi Koreyalı rəqqas.
Küng
Küng — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. == Coğrafiyası və iqlimi == Daşkənd və Yuxarı Quşçular kəndlərinin arasında yerləşir == İqtisadiyyatı == Kənd əhalisi əsasən maldarlıq və bostançılıqla məşğuldur.
Xünc
Xünc – İranın Fars ostanının şəhərlərindən və Xünc şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,012 nəfər və 3,362 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Kunq Lao (Mortal Kombat)
Kunq Lao (ing. Kung Lao ) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. "Ölümcül döyüş" turnirinin çempionudur.
Kunq-fu panda (film)
Kunq-fu Panda (ing. Kung Fu Panda ) — 2008-ci ildə istehsal olunmuş ən məşhur animasiya filmlərindən biridir. Filmdə məşhur aktyor Ceki Çan "Meymun" personajını, Ancelina Coli isə "Pələng" personajını səsləndirmişdir. == Məzmun == Panda Po kunq-fu pərəstişkarıdır. Ancaq ailəsinə aid makaron restoranında çalışar və bu idmana çox uyğun sayılmır. Heç gözləmədiyi bir anda köhnə bir kəhanətin gərəyini yerinə yetirmək üçün vəzifələndirilincə, Ponun xəyalları gərçəyə çevrilər. Po artıq əfsanəvi "Qorxusuz Beşli"nin yanında kunq fu dünyasına qatılmışdır. Kunq fu ustası Pələng, Mantis, İlanı, Durna və Meymun ilə yan-yana döyüşmə fürsətini tapmışdır. Ancaq Tay Lunqun həbsxanadan qaçaraq önlərinə çıxması üzərinə "Barış Vadisi" xalqını yaxınlaşan təhlükəyə qarşı müdafiə etmək Poya qalacaqdır. Bunun üçün Po usta Şifunun uzun əziyyətli sınaqlarından keçməlidir...
Bəndər Kung
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Jung Hoseok
J-Hope (kor. 정호석; 18 fevral 1994, Kvanju) — Əsl adı Jung Ho-Seok , səhnə adı J-Hope , Cənubi Koreyalı rəqqas , repper , bəstəkar.2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan BTS-in əsas rəqqası,repperi və alt vokalıdır. J-Hope 2018-ci ildə özünün ilk solo mixtapı olan Hope World-ü buraxdı. Albom tənqidçilər tərəfindən müsbət qarşılandı və ABŞ-də Billboard 200-də 38-ci yerə yüksəldi və onu o zamankı reytinqə əsasən dünyada ən yüksək siyahıya düşən solo Koreyalı sənətçi etdi. O, 2019-cu ildə müğənni Becky G-nin iştirak etdiyi "Chicken Noodle Soup" adlı sinqlı qrafikdə 81-ci yerdə debüt etdiyi zaman solist kimi Billboard Hot 100-ə daxil olan ilk BTS üzvü oldu. 2022-ci ildə J-Hope debüt studiya albomu "Jack in the Box"-u buraxdı. == Haqqında == === İlk illər === Jung Ho-seok (Hanqıl: 정호석) 18 fevral 1994-cü ildə Cənubi Koreyanın (Gwangju) Qvancu şəhərində anadan olub, burada valideynləri və böyük bacısı ilə yaşamışdır.BTS ilə debut etməzdən əvvəl yeraltı rəqs komandası Neuron-un bir hissəsi olmuş və Big Hit Entertainment ilə müqavilə imzaladığı 4-cü sinifdən 9-cu sinifədək altı il Qvancu Musiqi Akademiyasında rəqs dərsləri almışdır.J-Hope debutdan əvvəl rəqs bacarıqları ilə nisbətən yaxşı tanınırdı. O,2008-ci ildə milli rəqs yarışmasında birinci yer də daxil olmaqla bir neçə yerli rəqs mükafatı qazandı. Rəqs etmək bacarığı nəticədə ona bir idol təcrübəçisi kimi mahnı oxumağa və seçməyə marağının inkişafına kömək etdi. Stajyer olaraq J-Hope, (Jo Kwon) Co kvon-un 2012-ci ildə çıxardığı "Animal" mahnısında repçi olaraq iştirak etdi.
Xing Yu
Xing Yu (12 mart 1991) — Çinli oxatan. Xing Yu Çin Xalq Respublikasını 2012-ci ildə və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Xing Yu birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Almaniyanın nümayəndəsi Kamilo Mayr ilə üz-üzə gəldi. Həmin görüşdə Xing Yu rəqibinə 3:0 hesabı ilə qalib gəldi. Növbəti görüşdə isə Xing Yu Malayziyanın nümayəndəsi Xairul Anuar Məhəmməd ilə qarşılaşdı və 2:3 hesabı ilə uduzdu. Xing Yu növbəti Olimpiya Oyunlarına 2016-ci ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində İndoneziyanın nümayəndəsi Riau Ega Aqata ilə üz-üzə gəldi. Həmin görüşdə Xing Yu rəqibinə 1:7 hesabı ilə uduzdu.
Xünc şəhristanı
Xünc şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xünc şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 37,978 nəfər və 7,025 ailədən ibarət idi.
Xün Xürtü
«Huun-Huur-Tu» (tıva Хүн Хүртү, translit. Khün Khürtü; rus. Хуун-Хуур-Ту; çin. sadə. 恒哈图, pinyin: Hénghātú; azərb. Xün Xürtü‎) — ənənəvi musiqi ifa edən Tıva musiqi qrupu. Musiqi qrupunun ən fərqləndirici xüsusiyyəti Tıva qırtlaq musiqisindən (xoomey) istifadə etməsidir. Musiqi qrupu adətən iqil, demir-xomus (Tıva ağız qopuzu), doşpuluur, tunqur (şaman bubeni) kimi ənənəvi Tıva musiqi alətlərindən istifadə edir. Buna baxmayaraq, qrup son illərdə gitara kimi qərb musiqi alətlərindən daha çox istifadə etməyə başlamışdır. "Huun-Huur-Tu" qrupunun əsas üslubu folk olsa da, bəzən müasir qərb musiqi alətlərindən, eləcə də elektronik musiqidən istifadə edirlər.
Jung So-min
Jung So-min (16 mart 1989, Busan) — Cənubi Koreya aktrisası. == Həyatı == Jung So-min 16 mart 1989-cu ildə Cənubi Koreyanın Busan şəhərində anadan olub.
Canq Çonq
Canq Çonq (d. 3 may 1990) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Çonq, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Aanq
Avatar Aanq (ing. Aang; çin. 安昂, Ān Áng) — Avatar: Aanq haqqında əfsanə cizgi serialın və Axırıncı hava maqı filmin əsas personajı. Aanq — Avatar və dünyada axırıncı hava maqı. == Yaradılması və konsepsiyası == Aanq personajı Brayan Konietzko əvvəl keçəl başında ox təsvirli kişinin şəklindən başlayıb, sonra isə içan bizonlu oğlanın şəklinə inkişaf edilib. Maykl Dante DiMartino isə, o zaman Cənub qütbüdə tələyə düşən kəşfiyyatçılar haqqında sənədli film ilə maraqlanırdı və o, bu marağını Konietzkonun şəkilləri ilə birləşdirib: Biz fikirləşdik: "Orada hava oğlanı tək bu su adamları ilə qarlı çölünün duzdağda qalmışlar... Və bəlkə onları od adamları zülm edirlər..." Onların izah etdikləri məzmun nəticədə Avatar: Aanq haqqında əfsanə serialının birinci və ikinci seriyaları olub: su adamları (Katara və Sokka) hava oğlanı (Aanq) xilas edirlər, onlar qarlı çölünün duzdağda qalmışlar (Cənubi Su Tayfası) və onları od adamları zülm edirlər (Od Millətinin qoşunları ilə Zuko). === Xarakteri === Biz istəyirdik ki, Aanq ağılı da, güclü qabiliyyətləri ilə də problemləri çözsün və düşmənləri məğlub etsin. Serialın yaradıcılarının sözlərinə görə, Buddizm və Taoizm Avatar üçün böyük ilham mənbəyi idi. Omaşu Kralı və Baş sarğısı seriyalarda göstərilir ki, Aanq vegetariandır.
Bund
Bund — Litva, Polşa və Rusiyada Ümumi yəhudi fəhlə ittifaqı. 1897-ci ildə Vilnoda yəhudi sosial-demokrat qruplarının təsis qurultayında təşkil edilmişdi. Bund, əsas etibarı ilə Rusiyanın qərb vilayətlərinin yəhudi sənətkarlarının yarımproletar ünsürlərini birləşdirirdi. O Rusiya fəhlə hərəkatında millətçilik və separatizm təmsilçisi idi. Bundçular RSDFP daxilində daim partiyanın opportunist qanadına ("iqtisadçılara", menşeviklərə, təsviyəçilərə) tərəfdar çıxır, bolşevizmə qarşı mübarizə edirdilər. Xarici hərbi müdaxilə və vətəndaş müharibəsi illərində Bundun rəhbərləri əksinqilab qüvvələri ilə birləşdilər. Bununla bir zamanda Bundun sıravi üzvləri arasında Sovet hakimiyyəti ilə əməkdaşlıq xeyrinə dönüş əmələ gəldi. 1921-ci ilin martında Bund öz-özünü ləğv etdi və onun üzvlərinin bir hissəsi ümumi əsaslarla RK(b)P-yə qəbul olundu. == Mənbə == V.İ.Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 251-252.
Canq
Canq (urdu جھنگ) — Pakistanın Pəncab əyalətindəki Canq rayonunun inzibati-mərkəzi. Çenab çayından şərqdə yerləşir. Pakistanın ən böyük 18-ci şəhəridir. Şəhər Sultan Bahunun məzarının burada yerləşməsinə görə tanınır və Pakistanın turistik yerlərindən biridir. == Tarixi == Britaniya Racının altında bir-birindən iki mil (3,2 km) məsafədə yerləşən Canq və Mighiana şəhərləri daha sonra Canq-Maqiana olaraq bilinən ortaq bir bələdiyyəyə çevrildi.Maqiana, Çenab allüvial vadisinə baxmadan, dağlıq ərazilərin kənarında yerləşir, köhnə Canq şəhəri isə ayaqları altındakı ovalıqları tutur.