xana
xanədan
OBASTAN VİKİ
Böyük Xana
Böyük Xana — 1728-ci ildə İrəvan əyalətinin Maku nahiyəsində kənd adı
Xana Kubadi
Xana Kubadi (kürd. خانای قوبادی ) (1700, Cavanrud, Kirmanşah ostanı – 1759) — kürd şairi. O, gorani dilində yazmış və Caf elindən idi. O, Ərdalan xanlığında Həvrami şeir məktəbinə mənsub idi və Dərnədə yaşamışdır. Kubadi Quranı gorani bilinə tərcümə etdiyi üçün qonşu Babana qaçmışdır. Əsas nəşr olunan əsəri 1740-cı ildə yazılmış "Şirin və Xosrov"dur. Fars dilinə və ədəbiyyatına bələd olmasına baxmayaraq, şeirlərinin birində qeyd edildiyi kimi kürd dilindən istifadənin tərəfdarı olmuşdur.
Çapar Xana
Çapar Xana (Farsca: چاپارخانه, kuryer evi) Əhəmənlər dövründə istifadə olunan poçt xidməti üçün bina adı. Sistem, Əhəmən İmperiyasının qurucusu II Kir tərəfindən icad edildi və daha sonra I Dara tərəfindən inkişaf etdirildi və imperyada kral ünsiyyət üsulu olaraq quruldu. Hər bir "Çapar Xana", əsasən Sardisdən Susaya qədər uzanan, imperyada böyük şəhərlərinin əksəriyyətini birləşdirən 2500 km uzunluğundakı qədim magistral yol olan Kral Yolu boyunca yerləşən bir stansiya idi. Çaparların "Çapar Xana" binalarında yeni ləvazımları təmin edilərdi. Çapar yol boyu hər stansiyada təzə ləvazimatlar və atlarla təmin olunan təcili kuryerlər idilər ki, özləri tədarük almadan və ya atlarının dincəlməsini gözləmədən yollarını tez bir zamanda tamamlasınlar. Herodot eramızdan əvvəl 440-cı ildə yazır: "Nə qar, nə yağış, nə istilik, nə də gecənin qaranlığı bu məmurların işlərini tez bir zamanda yerinə yetirməsinə mane ola bilməz. Birinci Çapar tez bir zamanda ikinci Çapara çatdırır, ikinci üçüncünə çatdırır və ... beləliklə məktub məqsədə çatır, Yunanların Hefest məbədinə çatdırmaq üçün əllərində tutduqları Olimpiya məşəli kimi.
Xana-i Xosrov (Kəleybər)
Xana-i Xosrov (fars. خانه خسرو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (23 ailə).
İmran Xana sui-qəsd cəhdi

Digər lüğətlərdə