Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yəhudilik
İudaizm (q.yun. Ἰουδαϊσμός), yaxud musəvilik və ya yəhudilik — e.ə. I minillikdə Fələstində yaranmış monoteist ibrahimi din. == Ümumi məlumat == İudaizm qədim yəhudi qəbilələrinin politeizmindən yaranmış, e.ə VII əsrdən başlayaraq moneteist din olmuşdur. Vahid Allah Yəhvaya, Tövratın müqəddəsliyinə etiqad; axirətə, qiyamət gününə, o dünyada əcr veriləcəyinə inam; ölülərin diriləcəyinə və Məsihanın zühr edəcəyinə etiqad; ruhun varlığına və taleyinə inam və s. iudaizmin əsas etiqad ehkamlarıdır. Müqəddəs kitabları Tanah və Talmuddur. Musa peyğəmbərin adıyla bağlı olaraq bu dinə "Musəvilik" də deyilir. Yəhudilər demək olar ki, dünyanın hər yerinə yayılıblar. Dünyanın əksər ölkərində yəhudilər yaşayır.
Gizli Yəhudilik
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Kripto Yəhudilik

Ortodoks yəhudilik
Ortodoks Yəhudilik, Pravoslav Yəhudilik və ya Ortodoks Musəvilik — Qüdsdəki məbədin dağıdılmasından müasir dövrə kimi gəlmiş rəsmi yəhudi inanc və ənənələrini təmsil edən, hələ də üzvləri ən çox olan İudaizm məzhəbidir. Bu gün İsrail dövlətində də bu məzhəbin tərəfdarları hakimdir. == Xüsusiyyətləri == Musanın qanunlarına ciddi şəkildə əməl edən pravoslav yəhudilər, Şabbat (şənbə) günü heç nə etməmək və Kaşrut qaydalarına tabe olmaq mövzusunda digər təriqətlərə nisbətən daha sərt mövqe tuturlar. Pravoslav Yəhudilərə görə, Allah Musaya Tövratı və On əmri vermişdir. Bunlar ilahidir, əbədi davam edəcək və heç bir şəkildə dəyişdirilə bilməz. Yazılmış Tövratdan əlavə, Allah Musaya şifahi şəkillərdə olan əmrlərini də vermişdir ki, bunlar da, nəsillərdən bəri davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Eyni şəkildə, onlarda ilahi və müqəddəs sayılırlar. Bu mövzuda xüsusilə Talmud və Midraşdan əsas götürülür. Alahaya ciddi şəkildə riayət etmək lazımdır.
Rekonstruktiv yəhudilik
Rekonstruktiv yəhudilik (ivr. ‏יהדות רקונסטרוקציוניסטית‏‎; Romanizasiya: yahadút rekonstruktsyonistit) ya da (ivr. ‏יהדות מתחדשת‏‎; Romanizasiya: yahadút mitkhadéshet) Mordecai Kaplan tərəfindən yaradılmışdır. Bunlar daha əvvəllər mühafizəkar Yəhudilik içində iştirak etmişlər. Zamanla Kaplanın fikirləri digər Yəhudi məzhəblərinə də təsir etmişdir. Hərəkatın qurucusuna görə Yəhudilər də digər millətlər kimi bir millətdir. “Seçilmişlik” xüsusiyyəti yoxdur. Allah Yəhudiləri deyil, Yəhudilər Allaha seçmişlər. Bunlar yenidən dirilməyi və axirəti rədd edərlər. Tövrat Tanrı vəhyi deyil.
Yəhudilər
Yəhudilər ya da Cuhudlar (köhnə mənbələrdə Ebrəçilər) (ivr. ‏יהודים‏‎) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
Kripto yəhudilər
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Yaponiyada yəhudilər
Yaponiyada yəhudilər (日本のユダヤ人, Nihon no yudayacin) say baxımından ölkənin ən kiçik etnik qruplarından biridir. Yaponiyaya yəhudilərin ilk axını XIX əsrin ortalarında baş verib. Naqasaki və Yokohama icmaları ölkədəki ilk yəhudi icmaları olsa da, daha sonra bu icmalar yox olmuşdur. Hazırda Tokio və Kobe icmaları Yaponiyadakı yeganə yəhudi icmalarıdır. 2016-cı ilin statistikasına əsasən Yaponiyada cəmi 1000–1400 yəhudi yaşayır. Hər il minlərlə İsrail yəhudisi Yaponiyanı ziyarət etməyə gəlir. ABŞ-nin Okinavada yerləşən hərbi bazasında mütəmadi olaraq 200–300 yəhudi əsilli hərbçi saxlanılır.Yaponiyada yəhudilər üçün üç sinaqoq, ivrit dili məktəbi, mikva fəaliyyət göstərir, eləcə də, mədəni proqramlar təşkil olunur. Tokio və Kobedə yəhudilər üçün koşer qidalar satan yerlər mövcuddur. == Tarix == === XX əsrə qədər === Orta əsrlərin əvvəllərində bəzi Avropa və Orta Şərq yəhudilərinin İpək yolu vasitəsilə Yaponiya ilə ticarət əlaqələri saxladığı ehtimal olunur. 1543-cü ildə Yaponiyaya ayaq basmış və ölkə haqqında yazılar yazmış portuqal dənizçi Fernan Mendeş Pintu yəhudi əsilli şəxs olmuşdur.
Aşkenazi yəhudisi
Aşkenazi yəhudiləri (ivr. ‏אשכנזים‏‎, aşkenazim; təkdə: aşkenazi) — Mərkəzi Avropada formalaşmış yəhudi subetnik qrupu. Bu mədəni icma üçün bu terminin işlənilməsinə ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Tarixən əşkinazi yəhudilərinin böyük əksəriyyət üçün danışıq dili idiş olmuşdur. İkinci dünya müharibəsi zamanı baş verən holokostun qurbanlarının böyük əksəriyyəti əşkinazi yəhudisi olmuşdur. Yəhudilər bu gün dünyanın demək olar, bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti - İsrail mövcuddur. Ənənəvi dini iudaizmdir. Yəhudilərin çoxu yaşadıqları ölkənin dilində danışırlar. İsraildə isə rəsmi dövlət dili XIX əsrdə danışıq dili kimi dirçəldilmış ivritdir.
Almaniya Milli Yəhudilər Assosiasiyası
Almaniya Milli Yəhudilər Assosiasiyası (alm. Verband nationaldeutscher Juden‎) — Veymar Respublikası dövründə və Üçüncü Reyxin ilk illərində Adolf Hitleri dəstəkləyən Almaniya yəhudilərindən ibarət təşkilat. == Tarix == Almaniya Milli Yəhudilər Assosiasiyası 1921-ci ilin aprel ayında Maks Nauman tərəfindən təsis edilmişdir. O, 1921–1926-cı və 1933–1935-ci illərdə təşkilatın sədri olmuşdur. Siyasi baxımdan, assosiasiya milli mühafizəkar və monarxist Alman Milli Xalq Partiyasına yaxın idi, hansı ki, assosiasiya ilə əməkdaşlıq etməkdən imtina etmişdir.Assosiasiyanın fəaliyyətləri arasında yəhudilərin alman məhsullarını boykot eləməsinə qarşı mübarizə aparmaq da var idi. Onlar həmçinin, ölkədə yəhudilərə ədalətli şəkildə davranıldığını vurğulayan manifest yayımlamışdılar. 1934-cü ildə qrup belə bu bəyanatı yaymışdır: Ekstremal vətənpərvərliklərinə baxmayaraq, Almaniya hökuməti onların hədəflərini və assimilyasiya olmaqlarını qəbul etməmişdir. Almaniya Milli Yəhudilər Assosiasiyası qeyri-qanuni olduğu bəyan edilir və 18 noyabr 1935-ci ildə ləğv edilmişdir. Maks Nauman həmin gün Gestapo tərəfindən həbs edilir və «Kolumbiya» həbs düşərgəsinə göndərilir. O, bir neçə həftə sonra sərbəst buraxılır.