Leyla İmanova
Leyla Bəkir qızı İmanova (30 noyabr 1960, Bakı) — Azərbaycan alimi, tibb üzrə fəlsəfə doktoru.
== Həyatı ==
Leyla İmanova 30 noyabr 1960-cı ildə tanınmış alim Bəkir Nəbiyevin ailəsində dünyaya göz açmışdır. 1968–1975-ci illərdə Bakı şəhərində yerləşən 16 saylı musiqi məktəbini oxumuş, 1968–1978-ci illərdə isə 225 saylı orta məktəbi bitirmişdir. 1978–1984-cü illərdə Azərbaycan Dövlət Tibb Universiteti, Müalicə–profilaktika fakültəsi, müalicə işi üzrə həkim ixtisasına yiyələnən L. İmanova 1993–1995-ci illərdə AMEA, "İnsan fiziologiyası" ixtisası üzrə aspirantura təhsili almışdır.
=== Ailəsi ===
Nazim İmanovla ailəlidir, iki övladı var.
== Fəaliyyəti ==
=== Əmək fəaliyyəti ===
1984–1985 — Xəzər Gəmiçiliyinin Mərkəzi Klinik Xəstəxanası, intern həkim;
1985–1987–16 saylı şəhər poliklinikası, sahə həkimi;
1987–1988–16 saylı şəhər poliklinikası nəzdində AMEA Tibb Məntəqəsinin rəhbəri;
1988–2001 — AMEA Fiziologiya İnstitutu, Respublika Nevroloji Mərkəzi bazasında Kliniki Neyrofiziologiya laboratoriyası, baş elmi işçi;
1998–2000 — Türk – Amerika Tibb Mərkəzi, nevropatoloq həkim;
2001–2004 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, İctimai Səhiyyə Proqramı, əlaqələndirici;
2004–2009 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Proqram direktoru (İctimai Səhiyyə proqramı, Zərərin Azaldılması Beynəlxalq proqramı, Beynəlxalq Palliativ Yardım proqramı, Səhiyyə Büdcəsinin monitorinqi proqramı, Psixi Sağlamlıq proqramı);
2006–2012 — HİV/AİDS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond proqramının 4-cü və 9-cu raundlar üzrə Vətəndaş Sektoru hissəsinin rəhbəri;
2009–2012 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Sağlamlıq Hüququ və Siyasəti Proqramının direktoru;
Səhiyyə sahəsində araşdırmaların və Milli Səhiyyə Proqramlarının hazırlanmasının təşkili, habelə ekspert qismində iştirak;
İctimai Səhiyyə sahəsində 300-dən çox konfrans, seminar, dəyirmi masa və təlimin təşkili və nəticələrinin əlaqələndirilməsi, habelə eskpert qismində iştirak;
İctimai Səhiyyə sahəsində 250-dən çox layihənin hazırlanması və icrasının əlaqələndirilməsi;
Müxtəlif qurumların və işçi qrupların üzvü: Vərəm, Tütün, Palliativ Yardım və Uşaqların Müdafiəsi üzrə Şəbəkələrin üzvü, Ədliyə Nazirliyi Penitensiar xidmətinin Yetkinlik yaşına çatmamış uşaqlar üçün Tərbiyə müəssisəsinin Himayəçilik Şurasının sədri, HİV/AİDS, Vərəm və Malyariya ilə mübatizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının üzvü;
Maliyyə və proqram hesabatlarının hazırlanması;
BMT-yə HİV üzrə ölkə hesabatının "Vətəndaş sektoru" bölməsinin 2010 və 2012-ci illər üzrə müəllifi və əlaqələndiricisi;
Qanun layihələrinin vətəndaş sektoru tərəfindən müzakirələrinin təşkili, təkliflərin formalaşdırılaraq Milli Məclisə təqdim edilməsi, o cümlədən HİV/AİDS və Sosial Xidmətlər üzrə Qanun layihələrinin hazırlanması dövründə MM Sosial Siyasət Komitəsi nəzdindəki işçi qruplarda vətəndaş sektorunun təmsilçisi;
Çap materiallarının, metodik vəsaitlərin tərtib edilməsi, redaktəsi, nəşrə hazırlanması və nəşrinin əlaqələndirilməsi, dizayn işləri üzrə məsləhətçi;
Soros Fondları Şəbəkəsinin Azərbaycan bölməsinin İctimai Səhiyyə proqramı üzrə ölkə strategiyalarının yazılması və Azərbaycanın maraqlarının təmsilçisi kimi müdafiəsi;
Zərərin Azaldılması, Palliativ Yardım, Əlilliyi olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyası və reabilitasiyası üzrə proqram və maliyyə standartlarının hazırlanması;
Yerli və beynəlxalq ekspertlərin işinin təşkili və əlaqələndirilməsi;
2012–2014 — "Qafqazın Strateji Tədqiqatlar İnstitutu" MMC – İnformasiya və təhlil şöbəsinin rəhbəri;
2014–2020 — AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru.
2021-indiyədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) Strateji planlaşdırma, beynəlxalq əlaqələr və layihələr departamentinin direktoru.
== Mükafatları ==
1996-cı ildə "The British Council" təlim mərkəzindən İngilis dili üzrə Sertifikat
1998-ci ildə Nevrologiya və fiziologiya ixtisasları üzrə Tibb elmləri namizədi diplomu
1998-ci ildə Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə institutu tərəfindən Nevrologiya ixtisası üzrə sertifikatı
22 oktyabr 2018-ci ildə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi tərəfindən "Qızıl xaç" ordeninə layiq görülmüşdür.
== İstinadlar ==
== Xarici keçidlər ==
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Prezident Kitabxanasında olmuşdur Arxivləşdirilib 2019-12-04 at the Wayback Machine
Leyla İmanova: "Nəsimi ili" çərçivəsində Mərkəzi Elmi Kitabxana tərəfindən fəaliyyət planı hazırlanıb
Leyla İmanova: Tədqiqat aparmaq üçün əski erməni dilini bilən mütəxəssislərə ehtiyac var
MEK direktoru Leyla İmanova və professor Claudia Lux AzTV-nin Səhər proqramında qonaq.