Fəyaz Bənihəmməd
Fəyaz Rəşid Əhməd Həsən əl-Qədi Bənihəmməd (ərəb. فايز راشد احمد حسن القاضي بني حماد, Fāyaz Rāshid Aḥmad Ḥassan al-Qāḍī Banī Ḥammad; 19 mart 1977 – 11 sentyabr 2001) ― 11 sentyabr 2001-ci il terror aktları çərçivəsində Yunayted Hava Yolları reys 175-i qaçıran beş nəfərdən biri.
Birləşmiş Ərəb Əmirliklərində anadan olan Bənihəmməd Visa Express proqramını istifadə edərək ABŞ turist vizasını almışdır.
Bənihəmməd 2001-ci ilin iyun ayında ABŞ-yə gəldi. 11 sentyabr 2001-ci ildə Bənihəmməd Yunayted Hava Yolları reys 175-ə mindi və təyyarənin qaçırılmasında iştirak etdi ki, o,Dünya Ticarət Mərkəzinin cənub qülləsinə dəysin.
== Ləqəbləri ==
Həm Bənihəmmədin özü, həm də media onu təsvir etmək üçün "Fəyaz Əhməd", "Bənihəmməd Fəyaz Əbu-Dabi Bənihəmməd", "Fəyaz Rəşid Əhməd", "Rəşid Əhməd Həsən əl-Qədi", " Əbu-Dabi Bənihəmməd Əhməd Fəyaz" və s. kimi digər ləqəblərindən istifadə edirdi.
== Hücumlar ==
Fəyaz Bənihəmməd həm özünün həm də Mohand əl-Şəhri Yunayted Hava Yolları reys 175 uçuşu üçün 27 və ya 29 avqust tarixlərində bir tərəfli birinci sinif biletlərini VISA kartı ilə Mustafa əl-Havsəvdən $4464.50 qiymətinə aldı. Hər ikisinin ünvanını Mail Boxes Etc., Delrey Biç kimi qeyd etmişdir. Bu poçt ünvanı eyni uçuş üçün biletlərini bir gün sonra alan Həmzə və Əhməd əl-Həmdinin poçt ünvanları ilə üst-üstə düşmürdü, lakin hər iki qrup eyni telefon nömrəsini qeyd etmişdilər.