Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yasir Ərəfat
Yasir Ərəfat (ərəb. یاسر عرفات‎, tam adı Məhəmməd Əbdürəhman Əbdürauf Ərəfat əl-Qüdvə əl-Hüseyni; 4 avqust 1929, Amman, İordaniya – 11 noyabr 2004[…], Klamart[d]) — Fələstin milli muxtariyyətinin 1-ci sədri (1994-2004), Fələstin Azadlıq Təşkilatının (FAT) lideri (1969-2004) və Nobel Sülh mükafatı laureatı (1994). FƏTH siyasi partiyasının qurucu üzvü olmaqla bərabər, 1959-cu ildən 2004-cü ilə qədər bu partiyaya rəhbərlik etmişdir. Ərəb milliyətçiliyi ideologiyasına sadiq idi. Fələstinin azadlığı üçün İsrailə qarşı mübarizə aparmışdır. Əvvəllər, İsrailin bir dövlət kimi varlığına qarşı çıxmasına baxmayaraq, 1988-ci ildə BMT Təhlükəsizlik Şurasının 242 saylı qərarını qəbul edərək bu fikrini dəyişdirmişdir. Ərəfat 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində FƏTH təşkilatı daxili mübarizə içərisində İordaniya ilə açıq şəkildə qarşı-qarşıya qaldıqda olduğu kimi tez-tez anlaşılmazlıqların ortasında qalmışdır. Çox çətinliklə İordaniyadan çıxarılan və Livana yerləşən Ərəfat və FƏTH təşkilatı ölkənin işğala məruz qaldığı 1978 və 1982-ci illər aralığında İsrailin hədəfi oldu. Siyasi baxışlarından asılı olmayaraq, fələstinlilərin çoxu Ərəfatı azadlıq döyüşçüsü kimi tanıyırdı. Bunun tam əksi olaraq, israillilərin əksər hissəsi isə təşkilatın mülki insanlara qarşı həyata keçirdiyi bir çox hərəkətinə görə onu terrorçu olaraq görməkdədir.Həyatının son dövrlərində FAT və İsrail arasında onilliklər boyunca davam edən anlaşılmazlığı sona çatdırmaq üçün İsrail hökuməti ilə bir sıra müzakirələr apardı.
Yasir Əl-Həbib
Yasir Əl-Həbib (ərəb. ياسر الحبيب‎) — Küveytli İslam alimi. 1979-ci ildə anadan olmuşdur. Hazırda Londonda yaşayır. O "Mehdi bəndələri təşkilatı"nın (ərəb. هيئة خدام المهدي‎ - Khoddam Al-Mahdi) lideridir. Yasir Əl-Həbib dünya miqyasında tanınmış və hörmət qazanmış, nüfuzlu islam alimlərindəndir.
Əmmar bin Yasir
Əmmar Yasir, Əmmar ibn Yasir (ərəb. عمار بن یاسر‎; 570, Məkkə – 22 iyul 657, Ər-Rəqqə) - Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. == Həyatı == Əmmarın atasının adı Yasir, anasının adı Süməyyə idi. Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzuminin kənizi Süməyyə ilə izdivac etdi və Əmmar bu nikahdan dünyaya gəldi. Əmmar zülm baş alıb gedən cəmiyyətdə böyüyürdü. O, ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslərdən idi. Məkkə müşrikləri islamı qəbul etmiş müsəlmanlar əziyyət verirdilər. Müsəlmanlara qarşı növbəti işgəncələr zamanı Əmmarın atası və anası şəhid edildilər. Onlar İslamın ilk şəhidləri hesab olunurlar. Bu iki qəhrəmanın gənc övladı Əmmar təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bildi.
Əmmar ibn Yasir
Əmmar Yasir, Əmmar ibn Yasir (ərəb. عمار بن یاسر‎; 570, Məkkə – 22 iyul 657, Ər-Rəqqə) - Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. == Həyatı == Əmmarın atasının adı Yasir, anasının adı Süməyyə idi. Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzuminin kənizi Süməyyə ilə izdivac etdi və Əmmar bu nikahdan dünyaya gəldi. Əmmar zülm baş alıb gedən cəmiyyətdə böyüyürdü. O, ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslərdən idi. Məkkə müşrikləri islamı qəbul etmiş müsəlmanlar əziyyət verirdilər. Müsəlmanlara qarşı növbəti işgəncələr zamanı Əmmarın atası və anası şəhid edildilər. Onlar İslamın ilk şəhidləri hesab olunurlar. Bu iki qəhrəmanın gənc övladı Əmmar təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bildi.
Nasir
Nasir — şəxs adı, yazıçı. Bu adı olan tanınmış şəxslər Nasir Salamov — montajçı Nasir Mənzuri — yazıçı, dilçi Nasir — Abbasi xəlifəsi.
Yasin
Yasin — Məhəmməd peyğəmbərin adlarindan biri. Yasin - Quranda 36-cı sürə. "Ya" "ey" ədatını bildirir. Ərəb dilində hər bir hərfin zuburu və bəyyinəsi var, eləcə də hər bir səsə bir ədəd uyğundur. Zubur hərfin kağız üzərində yazılışı, bəyyinə isə tələffüz zamanı yazılışdan artıq çıxarılan səslərdir. "Sin" hərfinin zuburu "s", bəyyinəsi isə "in"-dir. "S" səsinə 60, "i" səsinə 10, "n" səsinə isə 50 ədədi uyğundur. Deməli "sin" hərfinin zuburu 60, bəyyinəsi 60-dır (10+50=60). Diqqət çəkən məqam ondan ibarətdir ki, ərəb dilində "sin" yeganə hərfdir ki, zuburu bəyyinəsinə bərabərdir.
Ali-Yasin
Ali-Yasin — Məhəmməd peyğəmbərin Əhli-Beyti. Qurani-Kərimin Saffat surəsinin 130-cu ayəsinin (سلـٰم على ال ياسين) hərəkəsiz oxunuş formalarından biri - "səlamun əla ali yasin" — "Ali-Yasinə salam olsun!"-dur .
Nasir Hicazi
Nasir Hicazi (Dekabr 19, 1949 — may 23,2011) — İranın azərbaycanlı əsilli populyar futbol qapıçısı və məşqçisidir. Onun atası Təbrizli ev və əmlak alverçisi idi. O, Asiya Futbol Konfederasiyasının verdiyi məlumata görə, Asiya qitəsinin XX əsrdəki ən yaxşı ikinci qapıçı tanınır. Nasir Hicazi 1 ildən çox ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkdikdən sonra, Tehranda dünyasını dəyişdi. Onun ölüm xəbəri Azərbaycan Respublikasında da geniş olaraq yayılmışdır.
Nasir Mustafazadə
Nasir Müqəddəm
Nasir Yaqub oğlu Müqəddəm (fars. سپهبد ناصر مقدم‎ Sepahbod Nasser Moghadam) (24 iyun 1921, Tehran – 11 aprel 1979, Tehran) — "SAVAK"ın 4-cü və sonuncu rəhbəri, general-leytenant. İranın 1970-ci il inqilabından sonra həbs edilmiş və daha sonra edam olunmuşdur. == Həyatı == Nasir Müqəddəm 24 iyun 1921-ci il tarixində Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində anadan olmuşdur. Müqəddəm təhsilini hərbi məktəbdə almışdır və daha sonra Tehran Universiteti Fakültəsində qanun dərsi almışdır.16 yanvar 1979-cu il tarixində Şah və ailəsi İrandan qaçmışdır. Fevralın 1-də Xomeyni sürgündən qayıtmış və inqilaba rəhbərlik etmişdir. Üç gün davam edən mübarizədən sonra Xomeyni idarəni ələ almışdır. Bunun nəticəsində, 11 aprel 1979 tarixində "SAVAK"ın bütün rəhbərləri (Həsən Pakrəvan, Nematolla Nəssiri və Nasir Müqəddəm) edam edilmişdir.
Nasir Məlikmütii
Nasir Məlikmütii (fars. ناصر ملک‌مطیعی‎ Naṣir Məlik-müṭī‘ī; 11 aprel 1930 və ya 29 mart 1930, Tehran – 25 may 2018, Tehran) — iranlı aktyor və rejissor. İran İslam İnqilabından (1979) qabaq, İranın ən məşhur aktyorlarından biri idi.
Nasir Mənzuri
Nasir Mənzuri (1953, İran, Miyana, Küləboz) — yazıçı, dilçi. == Həyatı == Nasir Mənzuri 1953-cü ildə Güney Azərbaycanın Miyana şəhərinin Küləboz mahalında ziyalı ailəsində dünyaya gəlib. Ailə vəziyyəti ilə əlaqədar olaraq dörd yaşında olarkən köçəri həyat yaşamalı olub. Amma bu birdəfəlik köç olmayıb. İyirmi il ərzində o dəfələrlə doğma yurduna qayıdıb və yenidən köçməli olub. Bu cür köçəri bir həyat yaşadığına görə təhsil aldığı müddətdə müxtəlif yerlərdə müxtəlif xalqlar və onların mədəniyyətləri ilə tanış olub, 21 il ərzində 15 məktəb və universitet dəyişib.Nasir Mənzuri Təbriz Universitetinin Tikinti mühəndisliyi fakültəsini bitirmişdir. Tərcümeyi-halında humanitar elmlərdən uzaq olmaq üçün texniki elmlərə meyil göstərdiyini qeyd edir. Hazırda Nasir Mənzuri Humanitar Elmlər Akademiyasına inanmadığını bildirdiyinə görə öz təhsil bazasına müraciət etmir və formal karyerasından da imtina edib. == Ailəsi == Nasir Mənzuri 1980-cı ildən Tehranda yaşayır. Evlidir, iki oğlu var.
Nasir Purpirar
Naser Purpirar (ناصر پورپیرار) (ləqəbi) əsil adıyla Naser Bənakonənde (ناصر بناکننده) — İran yazıçısıdır. 1940-cı ildə Tehranda anadan olub. Onun yazıları, İran tarixi, Ərəblərin İrana hücumundan öncə və sonra, Şahnamə və Firdosi, Sədi, klassik tarix araşdərmacıların əksinə, üstə deyilən tarixi mövzuları yalan və yapma bilir və bu barədə yeni baxış ortaya qoyur. == Həyatı == Purpirarın ali təhsilatına görə bilgi yoxdu. O İranın İSNA reportyoruna deyir: ((mən savadsızam və nəqədərdə savadsızlığım çoxsa, o qədər, mənim dediklərimə cavab verməyə qadir olmayan İran klasik tarixçilərinin savadsızlığına səbəb olur.)) Purpirar, peşəkarlığını bir mətbəədə başladı. Kiyanvərin dediyinə görə o İran Tudə Partiyası üzvüydü. == Əsərləri == Purpirar tədqiqat əsasında 33 cild kitab yazıb. İranın Mədəniyyət Nazirliyi (Fərhəng və İrşadi İslami) bu kitabların bir çoxunun çapına icazə verməyib və müəllif tədqiqatlarının bir hissəsini digər ölkələrdə nəşr etdirib. Onun kitabları İranda özünün və şərik olduğu 3 nəşriyyat tərəfindən çap edilib. Əsərlərindən bəzisi bunlardır: İran tarixinin quruluşuna dair müzakirələr — birinci cild — 12 əsr sükut (8 kitabda)İslam və qılınc == Baxışı == Purpirar iranın bu günkü tarixini inkar edərkən yeni iddialar tərh edir ki hələ onların isbatlanmasına dayanaqcıl istinadlar verilməyib.
Nasir Xosrov
Nasir Xosrov və ya Əbu Muin Nasir ibn Xosrov ibn Faris əl-Kabadyani əl-Mərvəzi (fars. ناصرخسرو‎, 1004, Kubadiyan[d] – təq. 1088, Bədəxşan) — İran şairi. == Həyatı == 1004-cü ildə Kubadiyanda doğulub. 1088-ci ildə Yamqanda vəfat edib. == Yaradıcılığı == Şərqin görkəmli şair və mütəfəkkiri Nasir Xosrovun (1004–1088) "Səfərnamə" əsəri müəllifin ziyarət məqsədilə Xorasandan Məkkəyə qədər olan yolu piyada gedib-qayıtdığı yeddi illik müşahidələrinin məhsuludur. [[Fayl:SafarNamehNaserKhosrou.jpg|thumb|SafarNamehNaserKhosrou]] Nasir Xosrov doğrudan da filosof adlandırılmağa layiq şairdir. Bu şair bir tərəfdən dərin və incə mənalı söz ustası, bir tərəfdən etirazlardan üstün fikir sahibi, digər tərəfdən isə güclü dini əqidəyə malik bir şəxsiyyət olub. O, həmin dini etiqadlarına əsasən bu barədə ağız açmamalı idi, amma bütün bunlara baxmayaraq, onun divanında da bu məsələ ilə bağlı şeirlər vardır ki, onları bir növ əyləncə və zarafat və yaxud da "dəllal arif" hesab etmək lazımdır. O, bir şeirində belə deyir: Mənası: İlahi, əgər hamını gözəl yaratsaydın nə olardı?
Nasir Yeganə
Nasir Mirzə Qafar xan oğlu Yeganə (4 iyun 1921 – 15 noyabr 1993)—İran hüquqşünası və siyasətçisi. == Həyatı == Nasir Mirzə Qafar xan oğlu Yeganə 4 iyun 1921-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Tehran Universitetində oxumuşdu. Hüquq bakalavrı diplomu almışdı. Sonra Fransaya yollanmış Sarbonna Universitetində magistr ixtisasını almışdı. Daha sonra ABŞ-yə getmiş ordakı hüquq sistemini mükəmməl öyrənmişdi. Nasir Yeganə 1979-cu ildə İslam inqilabından sonra ABŞ-yə mühacirət etmişdi. Nasir Yeganə 15 noyabr 1993-cü ildə Vaşinqton şəhərində vəfat edib.
Nasir Ətapur
== Həyatı == Nasir Ətapur 1976-cı ildə İranin Təbriz şəhərində anadan olmuşdur. Uşaq yaşlarından ailə şənliklərində anasının mahnı söyləməsi onda musiqiyə böyük maraq oyatmışdır. Həmçinin anasının yaxşı qaval çalması bu aləti ona sevdirmişdir. Hələ 12 yaşında olarkən məktəblərində musiqi qrupunda çıxışlar etməyə başlamışdır. Təbrizdə keçirilən bir neçə festivalda iştirak edərək laureat olmuşdur. 1988-ci ildə Təbriz Radio və Televiziyasının uşaqlar üçün olan proqramlarında yeniyetmə kimi çıxışlar etmişdir. 1992-ci ildə Təbrizdə tələbələr arasında keçirilən müsabiqənin qalibi olmuşdur. 1993-cü ildə İranın Kirmanşah şəhərində keçirilən musiqi festivalında birinci yerə layiq görülmüşdür. 1991-ci ildən etibarən ustad Həsən Dəmirçinin özəl dərnəyində Azərbaycan xalq musiqisi ilə tanış olmaqa başlamışdır. Daha sonra mərhum sənətkar ustad Mahmud Şatiriyanın özəl dərnəyində yaranmış gənclər xalq çalqı alətləri ansamblında solist olaraq İranın bir çox şəhərlərində konsert proqramları ilə çıxışlar etmişdir.
Yasif Kərimov
Kərimov Yasif Fəzi oğlu (3 mart 1973, Yeni Daşkənd, Bərdə rayonu – 22 avqust 1992, Drombon) — döyüşçü, Yeni Daşkənd kənd orta məktəbi adını daşıyır. == Həyatı == Yasif Kərimov 1 mart 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 24 mart 1992-ci ildə Bərdə rayon Hərbi Komisarlığı tərəfindən Milli Orduya çağırılmışdır. Sıravi əsgər Yasif Kərimov 18136-cı hərbi hissənin avtomatçısı idi. 22 avqust 1992-ci ildə Ağdərənin Drambon kəndi yaxınlığında gedən döyüşdə top qəlpəsindən şəhid olmuşdur. Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur. == Xatirəsi == Yasif Kərimovun təhsil aldığı Yeni Daşkənd kənd tam orta məktəbi onun adını daşıyır. 2012-ci ildə məktəbin girişində şəhidin büstü qoyulmuş, 15 sentyabrda büstün təntənəli açılışı olmuşdur. Haqqında Araz Yaquboğlu "Ömrün şəhidlik zirvəsi" adlı kitab yazmışdır. EL TV "Əsgər" verilişinin 2018-ci il tarixli "Şəhidlər" rubrikasında Yasif Kərimovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.
Yasif Nəsirli
Nəsirli Yasif Mirzə oğlu (23 dekabr 1938, Kavdar, Cəbrayıl rayonu) — nasir, tənqidçi, publisist, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Juralistlər Birliyinin üzvü (1964), fılologiya elmləri doktoru (1991), Azəbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki (1996), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), Beynəlxalq mükafat lureatı (1994), "Qızıl qələm" mükafatı laureatı (1999). == Həyatı == Yasif Nəsirli 1938-ci il dekabrın 23-də Azərbaycanda Cəbrayıl rayonunun Kavdar kəndində anadan olmuşdur. Həmin rayonun Soltanlı kənd orta məktəbini bitirdikdən sonra Bakı Mədəni-Maarif texnikumunu (1958) və Azərbaycan Dövlət Universitetini (1963) fərqlənmə diplomu ilə bitirmişdir. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda, Ali Ədəbiyyat kurslarında (1968), ÜİLKGİ MK-nin Ali komsomol məktəbində (1964), SSRİ DTK-nin F.Dzerjinski adına Ali məktəbində (1973-1975) təhsilini artırmışdır. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin Elmi Cəmiyyətinin sədri və universitet qəzetinin baş redaktorunun müavini, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı kimi başlamış, sonra burada şöbə müdiri vəzifələrində (1962-1969) işləmişdir. "Ulduz" ədəbi-bədii və ictimai-siyasi jurnalının məsul katibi və ilk baş redaktoru (1967-1968) olmuşdur. Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı (1969-1973), Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində şöbə müdiri, İdarə rəisi və orada Kollegiya üzvü (1975-1987) olmuşdur. Azərbaycan KP MK-da İnzibati orqanlar şöbəsinin müdiri (1987-1991) vəzifəsində çalışmışdır. Azərbaycan KP MK-ya üzv seçilmişdir. Zaqafqaziya Hərbi dairəsi Hərbi Şurasının üzvü (1989-1991) olmuşdur.
Yasin Abbasov
Yasin İbrahim oğlu Abbasov (14 iyul 1963, Xanqərvənd, Qasım İsmayılov rayonu – 12 mart 1996) — şəhid. == Həyatı == Yasin Abbasov 14 iyul 1963-cı ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Teyyub Abbasov Birinci Qarabağ müharibəsi zamanı Goranboy rayonundaki birinci batalyonda xidmət etmişdir. A.Teyyub 12 mart 1996-cı ildə şəhid olmuşdur.
Yasin Adli
Yacine Adli (29 iyul 2000, Vitri-sür-Sen) — Əlcəzair əsilli Fransalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. == Həyatı == 29 iyul 2000-ci ildə anadan olub. == Klub karyerası == === PSJ === Yasin Adli 2013-cü ildə "PSJ" klubunun uşaq komandasına qoşulur. Adli 19 may 2018-ci ildə "PSJ"-nin əsas heyətində, Liqa 1 matçında "Kann" klubuna qarşı oyunda debüt edir. O, səfərdə 0:0 hesablı heç-heçə ilə bitən oyunun 83 dəqiqəsində Kristofer Nkunku əvəz edir.2 iyul 2018-ci ildə Adli "PSJ" ilə ilk peşəkar müqaviləsini imzalayır. === Bordo === 31 yanvar 2019-cu ildə, 2018–19 qış transfer pəncərəsinin son günü, Adli "PSJ"nin liqadakı rəqiblərindən olan "Bordo" klubuna transfer olunur. Futbolçu yeni klubu ilə 4+0.5 illik müqavilə bağlayır. Transferin qiyməti 5,5 milyon avro və növbəti satışdan 40% qazanc şərti ilə olur."Bordo" klubunun heyətində 67 oyun keçirir və 5 qol vurur. === Milan === 31 avqust 2021-ci ildə Adlinin İtaliya nəhəngi "Milan" klubu ilə 5 illik müqavilə imzaladığı açıqlanır.
Yasin Cəfərov
Yasin Cəfərov — kimya elmləri doktoru, Bakı Dövlət Universitetinin Kimyanın tədrisi metodikası kafedrasının müdiri, “Əməkdar müəllim”. == Həyatı == Yasin Cəfərov 1957-ci ildə Tərtər rayonunun Hüsənli kəndində anadan olub. Orta məktəbi Şuşa və Bakı şəhərlərində oxuyub. 1974-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub və 1979-cu ildə oranı bitirib. 1979-83 illərdə təyinatla AMEA-nın Neft- Kimya Prosesləri institunda işləyib. 1984- cü ildən BDU-nun kimya fakültəsində işləyir. Hal-hazırda fiziki və kolloid kimya kafedrasının dosentidir. 1988-ci ildə “Bəzi Tl-Co(Sb)-Xalkogen sistemlərinin faza tarazlığı və termodinamiki xassələri” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi alıb. 2017-ci ildə “Tallium-stibium (bismut) xalkogenidlərinin və onlar əsasında bərk məhlulların alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək “fiziki kimya” və “qeyri-üzvi kimya” ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcəsi almışdır. === Təhsili və elmi dərəcə və elmi adları === 1974-1979 - tələbə, Kimya fakültəsi, BDU 1988 - k.e.n.,Kimya fakültəsi, BDU 1999 - dosent, Kimya fakültəsi, BDU 2017 - k.e.d., Kimya fakültəsi, BDU == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1979-1982 - baş laborant, AMEA-nin NKP institutu 1984-1993 - baş laborant, Fiziki və kolloid kimya kafedrası, BDU 1993-1998 - baş müəllim, Fiziki və kolloid kimya kafedrası, BDU 1998 - dosent, Fiziki və kolloid kimya kafedrası, BDU 2019-cu ildən "Kimyanın tədrisi metodikası" kafedrasının müdiridir.Tədqiqat sahəsiÇoxkomponentli xalkogenid sistemlərində faza tarazlığı Funksional materialların termodinamiki xassələri == Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı == Новые полупроводниковые фазы переменного состава в системе Tl-Bi-S-Se Мат.конф."Современное материаловедение.
Yasin Məmmədov
Yasin İman oğlu Məmmədov (3 may 1998, Ağamalı, Gədəbəy rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yasin İman oğlu Məmmədov 1998-ci il mayın 3-də Gədəbəy rayonu Ağamalı kəndində anadan olub. 2020-ci il oktyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yasin Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasin Məmmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Yasin Qaraməmmədli
Yasin Alı oğlu Qaraməmmədli (1 dekabr 1938, Başkeçid rayonu) — Azərbaycanlı alim, siyasi icmalçı, Əməkdar jurnalist, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fəlsəfə və sosial fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru. == Həyatı == Yasin Alı oğlu Qaraməmmədli 1938-ci il dekabrın 1-də Gürcüstanın Başkeçid (indiki Dmanisi) rayonundakı Muğanlı kəndində anadan olmuşdur. 1946-1954-cü illərdə səkkizillik təhsilini doğma kəndlərində almış, 1954-1958-ci illərdə Sarvanda - Marneuli Dövlət Pedaqoji Məktəbində oxumuş, sonra təhsilini Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində davam etdirmişdir. 1963-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Bir il Saatlı rayonunun Krasnoselsk və Sabirabad rayonunun Aleksandrovsk kəndlərində müəllim və tədris hissə müdiri işləmiş, 1964-cü ilin yanvarında Bakıya qayıdaraq burada fəaliyyətini davam etdirmişdir. O, əvvəlcə Bakıdakı 19 nömrəli şəhər texniki peşə məktəbində tərbiyəçi, Azərbaycan SSR Nazirlər Soveti Dövlət Mətbuat Komitəsinin Baş Mətbuat İdarəsində (Qlavlit) senzor işləmiş, həmin ilin noyabrından Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə işə dəvət olunmuş, 20 ildən artıq bir müddət ərzində burada tərcüməçi, şərhçi, böyük redaktor və baş redaktorun müavini vəzifələrində çalışmışdır. == Fəaliyyəti == Mətbuat sahəsində çalışdığı illərdə elmi-pedaqoji fəaliyyətindən ayrılmamış, Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda “Bədii xarakter anlayışı” mövzusunda tədqiqat işi aparmış, bir sıra elmi nəşrlərdə məqalələr dərc etdirmiş, 1978-ci ildə dissertasiya müdafiə edərək estetika ixtisası üzrə fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır. Eyni zamanda 1975-ci ildən Azərbaycan Xarici Dillər İnstitutunda, 1978-ci ildən APİ-də müəllimlik fəaliyyətinə başlamışdır. 1984-cü ilin noyabrında müsabiqə yolu ilə APİ-nin fəlsəfə kafedrasında baş müəllim vəzifəsini tutmuş, kafedranın dosenti seçilmiş, 1986-cı ilin mayından 1990-cı ilin dekabrına qədər həmin kafedranın, sonra isə institutda onun təşəbbüsü ilə təzə yaradılan mədəniyyətşünaslıq kafedrasının müdiri, 1996-1998-ci illərdə Pedaqoji Universitetin tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışmışdır. Hazırda ADPU-nun fəlsəfə kafedrasının müdiri, dosenti kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir, fəlsəfə, estetika, etika, mədəniyyətşünaslıq, habelə Bakıdakı bir sıra özəl universitetlərdə konfliktologiya və müasir dünya siyasəti fənlərini tədris edir.
Yasin Qarayev
Yasin Mikayıl oğlu Qarayev — Azərbaycanın tanınmış teatr və televiziya aktyoru vəikinci rejissor, Azərbaycanın xalq artisti (2006), "Qızıl Dərviş" mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü. == Həyatı == Yasin Qarayev 22 may 1946-cı ildə Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olub.1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirmiş, 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır. Doğma teatrın səhnəsində aşağıdakı rolları ifa etmişdir 1. Aşıq Vəli, Mahmud - («Hacı Qəmbər», Nəcəf Bəy Vəzirov) 2. Cəlal - («Komsomol poeması», İskəndər Coşğun) 3. Volodya Kulikov - («Unutmayın», Yusif Əzimzadə) 4. Elşad - («Şəhərli oğlan», Qeybulla Rəsulov) 5. Əziz - («Sağlıq olsun», İsi Məlikzadə) 6. Qarakişi - («Gəl qohum olaq», İsi Məlikzadə) 7. Qulu - («Tamahkar», Süleyman Sani Axundov) 8.
Yasin Rüstəmov
Yasin İsmayıl oğlu Rüstəmov (28 iyul 1956) — texnika elmləri doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri. == Həyatı == Rüstəmov Yasin İsmayıl oğlu 28 iyul 1956-cı ildə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuşdur. 1973-ci ildə Bakı Dövlət Universiteti-nin (keçmiş Azərbaycan Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsinə daxil olmuş və 1978-ci ildə maye və qaz mexanikası üzrə tam kursu bitirərək "Mexanik" ixtisasını almışdır. Zaqafqaziya Layihə-Quraşdırma İşləri İdarəsində mühəndis olaraq əmək fəaliyyətinə başlamışdır. Uzun müddət Azərbaycan Meliorasiya və Su Təsərrüfatı sistemində müxtəlif vəzifələrdə işləmişdir. 1986-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan Hidrotexnika və Meliorasiya institutunun aspiranturasına daxil olmuş, 1991-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində texnika elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1993-2001-ci illərdə Naxçıvan MR Dövlət Kommunikasiya Komitəsinin sədri olmuşdur. 2015-ci ildə texnika elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. AMEA Torpaqşünaslıq və Aqrokimya institutunda dissertasiya şurasının üzvüdür. Elmi-tədqiqat layihələrinin üzvü və rəhbəri olmuşdur.
Taşir
Taşir, Vorontsovka, Kalinino — Ermənistanda şəhər. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir adlandırılmışdır. Şəhərdən İrəvan şəhərinə olan məsafə 174 km-dir. == Tarixi == Vorontsovka rayonunun mərkəzi şəhər tipli Vorontsovka (Kalinino) qəsəbəsidir (1961-ci ildən şəhər tipli qəsəbədir). Vorontsovka adı 3 mart 1935-ci ildə dəyişdirilərək Kalinino adlandırılmışdır. == Əhalisi == === Tanınmışları === Samir Əliyev — futbolçu.
Yaşıl
Yaşıl – rənglərdən biri. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir.Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir. Açıq tonlarından istifadə etmək daha çox məsləhət görülür.
Çaşır
Çaşır (lat. Prangos) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Cryptodiscus A.Schrenk Cryptodiscus Schrenk ex Fisch. & C.A.Mey.
Azad Yaşar
== Həyatı == Azad Yaşar (Fərəcov Azad İlyas oğlu) 10 aprel 1961-ci ildə Bakıda anadan olub. Əli Bayramlı şəhərində böyüyüb, orada orta təhsilini başa vurub. Ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsində alıb. Əli Bayramlı şəhərində baş memar, baş rəssam və zavodda dizayn qrupunun rəhbəri vəzifələrində işləyıb. 1993–2001-ci illərdə Rusiyada fəaliyyət göstərən türk inşaat firmasında memar və müdir yardımçısı vəzifələrində çalışıb. 2002–2004-cü illərdə "Space" telekanalında yayınlanan "Gecə kanalı" proqramının bədii redaktoru, 2004–2016-cı illərdə isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbu orqanı "PENSİYAÇI" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.2016–2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial həyat" jurnalında məsul katib kimi fəaliyyət göstərmişdir. 1976-cı ildən bədii yaradıcılıqla və tərcümə işi ilə məşğul olur. "Gözlərimin günahı" adlı ilk mətbu şeiri 1980-ci ildə sonralar müasir dövr Azərbaycan demokratik mətbuatının banisi olacaq görkəmli ziyalı Nəcəf Nəcəfovun tövsiyəsi ilə "İnşaatçı" qəzetində çap olunub. Dünya ədəbiyyatını təmsil edən 800-ə yaxın yazarın ən müxtəlif janrlardakı əsərlərini uğurla dilimizə çevirmişdir. Bunların təxminən yarısı ilə Azərbaycan oxucusu ilk dəfə tanış olub.
Açıq yaşıl
Açıq yaşıl — 75% sarı və 25% yaşıl rəngləri qarışdırılaraq əldə edilir. == Ümumi məlumat == Hex dəyəri "#BFFF00", RGB dəyəri "192, 255, 0", CMYK dəyəri isə "20, 0, 100, 0"dır.
Başir Rameev
Başir Rameev (tatar. Bəşir Iskəndər uğlı Rəmiev, Бәшир Искәндәр улы Рәмиев, rus. Баши́р Исканда́рович Раме́ев; d. 1 may 1918, Baymak, Başqırdıstan, Rusiya) — "Ural" hesablama maşınları ailəsinin baş konstruktoru. O, baş konstruktor olaraq öz kollektivi ilə birgə bir neçə universal və ixtisaslaşdırılmış hesablama maşını və 100-dən artıq müxtəlif periferiya qurğusu hazırlamışdır. == Həyatı == Başir Rameev 1 may 1918-ci ildə Rusiyanın Başqırdıstan Respublikasının Baymak şəhərində anadan olub. Ziyalı tatar ailəsindən olan Başirin babası Zakar Rameev məşhur qızıl mədənçisi və Rusiya Dövlət Dumasının üzvü olub. Atası İsgəndər Rameev "Başzoloto" trest laboratoriyasının rəhbəri vəzifəsində çalışıb. 1935-ci ildə Başirin ailəsi Ufaya köçür. O, uşaqlıqdan radiotexnika ilə maraqlanır, zirehli qatarın radio ilə idarə olunan modelini hazırlayır və 17 yaşında Ümumittifaq İxtiraçılar Cəmiyyətinin üzvü olur.
Ebru Yaşar
Ebru Yaşar (8 avqust 1977)— Türkiyə müğənnisi. == Həyatı == Türkiyənin tanınmış müğənnisi Ebru Yaşar 8 avqust 1977-ci il tarixində Ankarada anadan olub. Musiqiyə qarşı olan boyük sevgisindən kiçik yaşlarından səhnəyə addımlarını atıb. Vaxt keçdikcə səsinin dəyərini daha gözəl bilən sənətçi yaxın dostlarının da məsləhəti ilə albom çıxarmaq istəyini reallaşdırıb. 1995-ci ildə "Bu sahildə" adlı albomunu çıxardıb. Albomun adını daşıyan mahnı hər kəs tərəfindən çox sevilib. Az müddətdə əldə etdiyi nailiyyətə görə eyni ildə Maqazin Qəzetləri Dərnəyi tərəfindən "İlin qadın sənətçisi" mükafatına layiq görülüb. Gün keçdikcə ulduzu parlayan sənətçi 3 il fasilədən sonra — 1998-ci ildə "İdobay" adlı musiqi şirkətiylə işləməyə başlayıb. 1999-cu ildə "Səni anan mənim için doğurmuş" adlı albomunu satışa çıxarıb. Albomuyla fırtınalar əsdirən sənətçi əsasən də albomun adını daşıyan mahnısı sayəsində kiçikdən-böyüyə hər kəsin məhəbbətini qazanıb.
Gövdəsiz çaşır
Gövdəsiz çaşır (lat. Prangos acaulis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çaşır cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik sıx, qısa və bozumtul tükcüklü, ot bitkisidir. Ləçəkləri bayırdan saqqalcıqlıdır, Hündürlüyü 40-sm-dir. Kökətrafı yarpaq lövhələri enli üçküncdür, üçər-dördər yarılmış lələklidir, son ayları kütdür, uzunsov xətvaridir, eni 2-3 mm-dir. Gövdə yarpaqları kiçikdir və az yarılmış, uzun-xətvari ayalıdır. Çətirləri 5(4)-6 şüalıdır. Meyvələri uzunsovdur (uzunluğu 12-13 mm-dir), enli dalğalı-pərdəli qanadları vardır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə aprel-may, meyvəvermə may-iyun aylarına təsadüf edir.
Lev Yaşin
Lev Yaşin (22 oktyabr 1929[…], Moskva – 20 mart 1990, Moskva) — əfsanəvi sovet futbol qapıçısı, 5-qat SSRİ çempionu, bütün SSRİ-də "Qızıl top" mükafatını almış yeganə qapıçı. == Həyatı == Sovet futbolunun görkəmli şəxsiyyətlərindən olan Lev İvanoviç Yaşin 22 oktyabr 1929-cu ildə Moskvada doğulub. == Karyerası == O, futbolçu karyerası ərzində yalnız "Dinamo" (Moskva) klubunda çıxış edib. 1949-cu ildən "Dinamo" (Moskva) klubunda oynamağa başlayan qapıçı 5 il sonra SSRİ yığmasına cəlb olunub. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında və 1960-cı il Avropa çempionatında qızıl medal qazanıb. 1954–1959-cu illərdə Dinamo Moskva klubunda azərbaycanlı futbolçulardan Ələkbər Məmmədovla, 1966-cı il dünya çempionatında isə yığmanın tərkibində Anatoli Banişevski ilə birgə çıxış edib. 1963-cü ildə ona Avropanın ən yaxşı futbolçusu üçün müəyyənləşdirilən "Qızıl top" mükafatı verilib. 1986-cı ildə olimpiya ordeninə və bundan 2 il sonra FİFA-nın qızıl ordeninə layiq görülüb. 1971-ci il mayın 27-də futbolçu karyerasını başa vurduqdan sonra o, bir müddət uşaq və yeniyetmələrdən ibarət komandalarda məşqçi kimi çalışıb. İntensiv siqaret çəkməsi ilə əlaqədar damarlarının tutulması üzündən 50 yaşından sonra onun sol ayağında qanqrena başlayıb.