YAŞID

is.sif. Bir başqası ilə bir yaşda olan (adam); həmyaş.
Baxdı, yaşıdları oynayıb-gülür; Üzündən, gözündən sevinc süzülür. M.Rahim.
Qoşqar öz yaşıdları ilə birgə günlərini bu çayın sağa-sola ayrılıb yenidən birləşən qolları arasında daşlı-qayalı adacıqlarında keçirərdi. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAŞID yaşıd bax həmyaşıd
YAŞAYIŞ
YAŞIDLIQ

Digər lüğətlərdə