Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaysız il
"Yayı olmayan il" (ing. “Poverty Year”, “The Summer that Never Was”, “Year There Was No Summer”) — 1816-cı il Şimali Amerikada və Qərbi Avropada çox soyuq keçdiyindən həmin il tarixdə bu adla qalmışdır. Meteoroloji müşahidələrin başlandığı dövrdən bəri ən soyuq il olmuşdur. ABŞ-də 1816-cı ili, həm də “Eighteen hundred and frozen to death” (“Min səkkiz yüz və ölümcül şaxta”) adlandırırlar. == Səbəbləri == 1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys “Yayı olmayan ili” izah edə bilmişdir. O iqlimdə baş verən dəyişiklikləri Sumbava adlı İndoneziya adasında yerləşən Tambora vulkanının püskürməsi ilə izah etmişdir. Bu püskürmə tarixən müşahidə edilmiş ən güclü vulkan püskürməsi sayılır. 1815-ci ildə baş vermiş bu püskürmə VEİ şkalası üzrə 7 bal gücünə malik idi və atmosferə atılmış 150 km3 kül növbəti illərdə şimal yarımkürəsində vulkanik qış effekti yaratmışdı. Başqa bir məlumata görə, 1809-cu ildə tropiklər ərazisində daha bir vulkan püskürməsi baş vermişdi və onun barəsində yazılı qeydlər olmasa da, onun püskürmə gücü Tambora vulkanı ilə müqayisə edilən idi. Bu iki püskürmənin nəticəsində növbəti onillik (1810-1819) son 550 il ərzində ən soyuq onillik kimi tarixdə qalmışdı .
Başsız
Başsız (Eçmiədzin)
Yanszı
Yantszı (çin. 長江 listen — Uzun çay; çin dilində |揚子江|扬子江|Yángzǐ Jiāng|Yantsızyan) Listen) — Avrasiyanın ən sulu və uzun çayıdır. Dünya üzrə uzunluğuna görə Nil və Amazon çaylarından sonra 3-cü yeri tutur. Çin ərazisi ilə ilə axır, uzunluğu 5800 km, hövzəsinin sahəsi — 1 808 500 km². Yantszı çayı Şərqi Çin dənizinə tökülərkən böyük delta yaratmışdır. Böyük məsafədə gəmiçilik üçün yararlıdır, suvarmada geniş istifadə olunur. Çin əhalisinin dörddə bir hissəsi Yantszı çayının hövzəsində yaşayır. == Coğrafi mövqeyi == Çin Xalq Respublikasının ərazisində Sakit okeana (Şərqi Çin dənizi) tökülən çaylarından biri. Avrasiyada ən uzun çay. Tibet yaylasının mərkəzi hissəsindən, 5500 metr hündürlüyündən başlanır.
Yarpız
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. == Faydaları == İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Yaylıq
Yaylıq (albom)
Şamsız
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Adsız
Payız
Payız vəya güz — ilin dörd fəslindən biri.
Qaysı
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Yaycı
Yaycı (Culfa) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Yaycı (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Yaycı (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda kənd. Yaycı (Dərəçiçək) — Yaycı (Qırxbulaq) — Yaycı stansiyası — Culfa rayonunda dəmiryolu stansiyası. Yaycı — Culfa rayonu ərazisində çay. Araz çayının sol qoludur.
Yayık
Yayım
Yayım — radio, televiziya, internet kimi hər hansı bir vasitəçi (media) vasitəsilə bir qrupa məlumat və ya proqramı ötürmək deməkdir. Yayım bir nöqtədən bir çox qəbulediciyə ötürülən və ötürülmə mühiti təkcə şəbəkə deyil, həm də radiodalğalar vasitəsi ilə yerli və ya peyk olaraq da ötürülə bilən bir ötürmə növüdür.
Yayıx
Ayaqsız kərtənkələ
Ayaqsız kərtənkələ (lat. Anniella) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin ayaqsız kərtənkələlər fəsiləsinə aid heyvan cinsi.
Ayaqsız kərtənkələlər
Ayaqsız kərtənkələlər (lat. Anniellidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Başsız (Bostanabad)
Başsız (fars. باش سيز‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 545 nəfər yaşayır (92 ailə).
Başsız (Eçmiədzin)
Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Toponim == Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qeyd olunur. Əsli Baş Sis. 1590-cı ilə aid mənbədə Başsız, 1727-ci ilə aid mənbədə isə kəndin adı Baş Sis kimidir. Sis-Kiçik Asiyanın cənubunda Kiligiya əyalətində şəhər və mahal adıdır. Cis və Masis orta əsrlərdə Türkiyənin cənubunda Qaraman əyalətində iki qalanın adı olmuşdur. Mənbələrdə ilk dəfə XVI əsrdən məlumdur. Kənd Sisdən gəlmiş türklərin məskunlaşması nəticəsində yaranmışdır. XVII əsrə aid erməni mənbəyinə görə Sis həm də Kozan adlanmışdır.
Dünyada yalnız
Dünyada yalnız (fr. Seule au Monde,ing. Alone in the World) - fransız akademik rəssamı Vilyam Buqro tərəfindən işlənmiş əsər. Əsər rəssamın yaradıcılığının ilk dövrlərinə aid edilir. Tədqiqatçı Teo Van Qoq əsərin 1867 - ci ildən əvvəl çəkildiyini bildirmişdir. Əsərdə əlində violonçel tutaraq Parisdə, Sena çayının sahilində durmuş qız təsvir edilmişdir. Qız daha çox sol tərəfdən və qəmli sima ilə görünməkdədir. Qızın arxasında isə Paris Məryəm Ana kilsəsi və Royal Pont körpüsü görünməkdədir.
Yaşıl payız sovkası
Qaysın Quliyev
Qaysın Quliyev (qaraç.-balk. Къулийланы Шуўаны жашы Къайсын; 19 oktyabr (1 noyabr) 1917 – 4 iyun 1985, Çeqem, Kabardin-Balkar MSSR) — balkar şairi. == Həyatı == Qaysın Quliyev 1917-ci ildə noyabrın 1-də Balkariyanın dağ kəndlərindən olan Yuxarı Çegemdə dünyaya gəlib. Çox erkən, iki yaşı olanda atasını itirib. Hər bir yazdığı şeirdə, xüsusən uşaqlıq illərindən bəhs edən "Çegem poeması"nda əməkçi insanların xeyirxahlığından və igidliyindən söhbət açanda öz valideynlərini də onlardan ayırmayıb. Kəndli ailəsində böyüsə də, onun ədəbiyyata çox böyük marağı olub. Yuxarı Çegem kəndi Kabarda-Balkariyanın paytaxtı olan Nalçik şəhərindən 4–5 kilometr aralıda, mənzərəli bir ərazidə yerləşir. Nalçik isə o illərdə ümumən Qafqazın mərkəzi sayılan Tiflisdən 330 kilometr aralıdır. Qafqaz tarixindən bilirik ki, bura müharibələr meydanına çevrilsə də, neçə-neçə şöhrətli rus yazıçılarının da ilham mənbəyi olub. Lev Tolstoy, A. S. Puşkin, M. Y. Lermontov və digər rus ədibləri Qafqazla bağlı xeyli əsərlər yazıblar.
Sansız (Tarım)
Sansız (az.-əbcəd سانسێز‎, fars. سانسیز‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,074 nəfər yaşayır (327 ailə).
Uzunyarpaq yarpız
Uzunyarpaq yarpız (lat. Mentha longifolia) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Qısa morfoloji xüsusiyyətləri == Hündürlüyü 30-100 sm, sürünən kökümsovlu, gövdəsi düz, dördtilli, sıx yumşaq və qısa tüklüdür, çox vaxt ağımtıl rəngdədir, adətən qollu-budaqlı olan çoxillik ot bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm olan sürünən kokümsovlu çoxillik bitkidir. Gövdəsi düz, adətən budaqlı, kəsikdə dördkünc, yumşaq tüklü, ağımtıl rəngdədir. Yarpaqları oturaq, ucu biz, uzunsovyumurtavari, bəzən uzunsov-lansetvari, qıraqları mişarvari-diş-dişlidir, üstdən bozumtul-yaşıl, tükləşmiş, altdan ağ keçəvaridir. Çiçəkqrupu gövdənin və ya budaqların ucunda sıx, silindrikvari sünbül əmələ gətirir. Kasacığı zəngvari, çox tüklü, tacı 4–5 mm, çəhrayıdır. Qozcuqları yumurtavari, təpəsi tüklüdür. İyun-avqust aylarında çiçəkləyir, sentyabr oktyabrda meyvə verir.
Yalqız Ağac
Yalqızağac (Salmas) Yalqızağac (Mərənd) Elat Yalqızağac (Mərənd) Yalqızağac (Miyanə) Yalqız Ağac (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Əliabad-i Yalqız Ağac (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Yanszı deltası
Yanszı deltası (çin. 長江三角洲) — Çinin şərqində, Cənubi Çin dənizi sahillərində, Yanszı çayının əmələ gətirdiyi delta. Deltaya Yansızı çayı il ərzində milyon tonlarla suxur gətirir. Region ərazisi üçbucağı xatırladır. Şanxay, Szyansu vilayətinin cənubu, Sjeszyan vilayətinin isə şimal hissəsini əhatə edir. Regionda U dialekti layılmışdır. Hazırda Yanszı deltası regionu Çinin iqtisadi baxımdan ən inkişaf etmiş regionudur. Burada ÜDM 21 % cəmləşmişdir. Regionda inşa edilən tikililər sayəsinı 99 600 km² ərazisi olan şəhər aqlomerasiyası meydana gəlmişdir. Yanszı deltası regionunda ümumilikdə 80 liliyon insan yaşayır.
Yanszı plitəsi
Yanszı plitəsi — qədim platforma olaraq, Çinin cənub-şərq hissəsini əhatə edir. Sahəsi 0,05425 steradian təşkil edir. Adətən Avrasiya plitəsinin tərkib hissəsi olaraq görtərilir. Əsasən çömə suxurlardan ibarətdir.
Yarpız (dağ)
Yarpız — Qax rayonu ərazisində dağ.Baş Qafqaz silsiləsinin cənub yamacında, İlisu kəndinden сənubda yerləşir. Hündürlüyü 2611 m-dir. Dağ burada yarpız bitkisinin bolluğu ilə əlaqədar belə adlanmışdır.
Yaksik
Yaksisk (xanqıl: 약식) və ya yakpap (xanqıl: 약밥) - koreya mətbəxinə məxsus şirniyyatdır. Şirniyyata qoz, şabalıd və s. əlavə edilir. == Tərkibi == Şirniyatın tərkibinə bal, şəkər, dad verici vanil, yağ, sous və xurmada əlavə edilir. Ənənəvi olaraq yaksik "çonvol-deborm" (xanqıl: 정월대보름) bir yerdə serviz edilir. Bu şirniyyat əsasən yeni ildə, toylarda, ad günlərində və xüsusi ziyafətlərdə təqdim olunur. == Adı == Yaksikin hərfi mənası "dərmanlı düyü" və ya "dərmanlı qida" deməkdir. Tərkibində bal olduğu üçün Cosone onu "yak" yəni dərman adlandırırdı. Balın şərabla qarışıq yakçu' (약주), qaynadılmış düyü ilə bal yakkva (약과) adlanır. Digər növləri yakpan (약반), kkulban (kkulbap 꿀밥) və milbap (milbap хангыль: 밀반)-dır.
Aksiz
Aksiz — kütləvi istehlak mallarının bəzilərinə (duz, qənd, kibrit, tütün, spirtl i içkilər və s.), xidmətlərə (kommunal, nəql. və s.), həmçinin zinət əşyalarına (zərgərlik məmulatı) və mineral xammala onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növü. Aksiz vergisi yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur. == Vergi ödəyiciləri == Azərbaycan Respublikasında aksizli malların istehsalçıları; Azərbaycan Respublikasına aksizli malların idxalçıları; Xaricdə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və orada vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri;Aksizli mallar sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir. Aksiz dərəcələri təyinolunma üsuluna görə Dəyişilməz Məxsusi - icbari məbləğlərdə Advalorem - faizlərlə olur.Bütün əmtəə növlərinə (zərgərlik məmulatı və təbii qazdan savayı) məxsusi Aksiz dərəcələri təyin edilir. Tarif dərəcələrinə görə Vahid Aksiz — sortları keyfiyyət və qiymət baxımından az fərqlənən mallar üçün, Diferensiallaşdırılmış Aksiz — keyfiyyətə görə təsniflənən mallar. Məsələn: tündlüyünə görə şərablar üçün Orta Aksiz — sortları müxtəlif qiymət səviyyəsində olan eynicinsli mallar.
Yasin
Yasin — Məhəmməd peyğəmbərin adlarindan biri. Yasin - Quranda 36-cı sürə. "Ya" "ey" ədatını bildirir. Ərəb dilində hər bir hərfin zuburu və bəyyinəsi var, eləcə də hər bir səsə bir ədəd uyğundur. Zubur hərfin kağız üzərində yazılışı, bəyyinə isə tələffüz zamanı yazılışdan artıq çıxarılan səslərdir. "Sin" hərfinin zuburu "s", bəyyinəsi isə "in"-dir. "S" səsinə 60, "i" səsinə 10, "n" səsinə isə 50 ədədi uyğundur. Deməli "sin" hərfinin zuburu 60, bəyyinəsi 60-dır (10+50=60). Diqqət çəkən məqam ondan ibarətdir ki, ərəb dilində "sin" yeganə hərfdir ki, zuburu bəyyinəsinə bərabərdir.
Yaxşı
Yaxşı — müsbət xüsusiyyətlərə və ya keyfiyyətlərə malik olan; öz keyfiyyəti ilə verilən tələbləri təmin edən, lazımi qaydada olan, bəyənilən. Və yaxud da razılıq əlaməti olaraq verilən cavab.
Yaşıl
Yaşıl – rənglərdən biri. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir.Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir. Açıq tonlarından istifadə etmək daha çox məsləhət görülür.
Salavat Qaysin
Salavat Muxtar oğlu Qaysin (başq. Ғайсин Салауат Мөхтәр улы, rus. Гайсин Салават Мухтарович; 24 fevral 1940, Rəsul, Başqırd MSSR – 5 yanvar 2023) — Rusiya təsərrüfat xadimi, 1992–2011-ci illərdə Başinformsvyaz ASC-nin baş direktoru. 12-ci çağırış Başqırdıstan MSSR Ali Şurasının üzvü, 3 və 4-cü çağırış Başqırdıstan Respublikası Qurultayının deputatı. == Həyatı == Salavat Qaysin 1958-ci ildən 1959-cu ilədək Uçalı şəhərində tikinti trestinin daşyonan-dülgər kimi işləmişdir. 1964-cü ildə Novosibirsk Elektrotexnika Rabitə İnstitutunun telefon və teleqraf rabitəsi ixtisasınl bitirmişdir. 1965–1975-ci illərdə baş mühəndis, sonra isə Beloretsk istismar və texniki rabitə qovşağının rəhbəri olmuşdur. 1976-cı ildən BMSSR Texniki İstehsal Rabitəsi İdarəsinin (TİRİ) rəhbər müavini vəzifəsinə keçir və 1987-ci ilin noyabr ayında yekdilliklə müəssisə rəhbəri seçilir. 1992-ci ildə BMSSR TİRİ Başinformsvyaz ASC-yə çevrilməsindən sonra Salavat Qaysin 2011-ci ilə qədər şirkətə rəhbərlik edərək baş direktor vəzifəsində işləyirdi. 1990–1995-ci illərdə BMSSR Ali Şurasının deputatı olmuşdur, Başqırdıstan parlamentinin Nümayəndələr Palatasının deputatı seçilmişdir, Başqırdıstan Respublikası Hökumətinin üzvü olmuşdur.Rusiya Təbiət Elmləri Akademiyasının fəxri akademiki, Başqırd Dövlət Universitetinin fəxri akademiki, Telekommunikasiya Keyfiyyəti Akademiyasının həqiqi üzvü, Ufa FK-nın fəxri prezidenti.