Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yem
== Yem bitkiləri == Yem — kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi üçün becərilən birillik, ikiillik və çoxillik bitkilər. Buraya siloslu və dənli yem bitkiləri aiddir. Azərbaycanda birillik və çoxillik yem otları, şalğam, yemlik, yerkökü, yem çuğunduru, turneps, kartof (yemlik sortları), yerarmudu, yemlik qarpız və qabaq, qarğıdalı, günəbaxan, yem kələmi və s. becərilir. Yaşıl yem üçün dənli-paxlalı (noxud, soya, mərci) və dənli yemlər (çovdar, vələmir, arpa, darı) bitkilər, dənli yemlər almaq üçün çöl noxudu, at paxlası, noxud, vələmir, arpa, qarğıdalı, darı, kalış və s. bitkilərdən istifadə olunur. == Yem əmsalı == İstifadə olunan yem kütləsinin, yemi istifadə edənin çəkisinin artımına nisbəti (onların kimyəvi tərkibindən asılı olmayaraq). Yem əmsalı sənaye heyvanlarının inkişafı üçün yem resurslarının effektivliyini göstərir. == Yem norması == Heyvanların sağlam saxlanmasını v ə yüksək məhsuldarlığını təmin etmək üçün zəruri qidalı maddələrin miqdarı. Yemləmə məhsuldarlıqdan (südlük, ətlik, yunluq, yumurtalıq), məhsulun tərkibindən (südün yağlılığı) fizioloji vəziyyətdən (böyümə, dölün inkişafı və s.) asılı olaraq normaya salınır.
Yen
Yen,(円) Yaponiyanın pul vahidi, dünyanın əsas valyuta ehtiyatlarından biri. Yenin simvolu ¥ hərfi qəbul olunmuşdur. Qızl və gümüş pul kimi 1869–1871-ci illərdə buraxılmışdır. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yer
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Ağ yel
Ağ yel - Azərbaycan ərazisində, yüksək temperatur və aşağı rütubəti ilə seçilən külək. == Ümumi məlumat == Ağ yellər mürəkkəb meteoroloji hadisədir və havanın aşağı nisbi rütubətinin (30%-dən az) , havanın yüksək temperaturunun ( 25 C-dən yuxarı) , küləyin böyük sürətinin (5 m/san-dən çox) birgə təsiri ilə xarakterizə olunur.Belə kompleks amillər yüksək buxarlanmaya səbəb olur ki, bu da bitkilərin su balansının pozulmasına gətirib çıxarır. Nəticədə kənd təsərrüfatı bitkilərinə öldürücü ziyan dəyir, məhsuldarlıqları aşağı düşür. Ağ yellər bitkiçiliyə mənfi təsir edən əsas amillərdəndir. Onların geniş şəkildə öyrənilməsinə keçən əsrin əvvəllərində başlanmış və sonrakı dövrlərdə inkişaf etdirilmişdir. Bu sahənin inkişafında kemiş SSRİ alimlərinin qatqısı çox mühim rol oynayır. Ağ yel kimi təhlükəli hadisəyə qarşı mübarizə tədbirlərinin görülməsi üçün onların təsir gücünü və coğrafi arealını müəyyənləşdirmək lazımdır. Azərbaycanda Kür-Araz ovalığı, Naxçıvan MR ərazisinin 1500 metr yüksəkliyi olan ərazilərdə, Böyük və Kiçik Qafqazın dağətəyi ərazilərində müşahidə edilir. Bu hava axını ölkəmiz üçün yerli hava kütlələrindən biridir. Onlar əsən zaman temperature 35°-40 °C-yə qədər artır, hətta bəzi hallarda daha çox olur.
Bolo Yen
Yan Sze (ing. Bolo Yeung, kantonca:楊斯; 3 iyul 1946) — Çin və ABŞ aktyoru, döyüş ustasıdır. == Həyatı == Bolo Yen 3 iyul 1946-cı ildə Çin Xalq Respublikasının Quandun əyalətinin inzibati mərkəzi olan Quançjouda doğulmuşdur. 10 yaşı tamam olduqdan sonra bir çox çin vətəndaşları kimi kunq-fu sənəti lə məşğul olmağa başlayır. Döyüş sənətləri ilə bərabər Bolo Yen bodibildinqlə məşğul olur və bir müddət keçdikdən sonra 1970-ci ildə "Cənab Honq Konq" yarışmasının qalibi olur. Həmin ildən başlayaraq "Shaw Brothers Studio" kompaniyasının istehsal etdiyi filmlərdə pis obraz rolları alaraq, çəkilməyə başlayır. Bolo Yen bu studiyanı 1971-ci ildə tərk edir. "Winston" markalı siqaretin reklamında Bolo Yen Brüs Li ilə tanış olur və Brüs Li onu Əjdahanın çıxışı filmində dəvət edir. 1974-cü ildə Türkiyə-Honkonq əməkdaşlığı sayəsində çəkilən və Cüneyt Arkının rol aldığı "Karateçilər İstanbulda" filmində Mister Yanq rolunu ifa edir. Ona ilk populyarlıq isə 1988-ci ildə Frenk Dyuksun həyatından bəhs edən döyüş filmi janrında çəkilən Qanlı idman filmində "Çonq Li" rolu gətirir.
Donni Yen
Donni Yen (çin. 甄子丹, ing. Donnie Yen, 27 iyul 1963, Quançjou) — Honkonq aktyoru, döyüş sənəti ustası, rejissor, prodüser və hərəkət xeoqrafı. Yen Honkonq film ulduzlarından biridir. Yen Tai Çi, Boks, Kikboksinq, Citkundo, Hapkido, Taekvondo, Karate, Muay Tay, Güləş, Cüdo, Vin Çun və uşu sahələrini yaxşı bilir və bir sıra döyüş sənətlərində bacarıq nümayiş etdirdir. 2000-ci illərin əvvəllərində Asiyanın ən populyar film ulduzlarından biri olan Yen davamlı olaraq Asiyanın ən çox qazanan aktyorlarından biri olub. Yen 2013-cü ildə dörd filmdən və altı reklamdan 220 milyon Honkonq dolları (28.4 milyon ABŞ dolları) qazandı. Yen, Çində Vin Çun-un populyarlaşmasına töhfə verdiyinə görə bir çoxları tərəfindən qiymətləndirilir. O, kassa uğuru qazanan İp Man filmində Vin Çun İp Man rolunu oynayır. Bu Çin qanadında və Asiyanın digər bölgələrində yüzlərlə yeni Vin Çun məktəblərinin açılmasına səbəb oldu.
Mişel Yeo
Mişel Yeo Çu-Ken (Michelle Yeoh Choo-Kheng və ya Michelle Khan, 6 avqust 1962) — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisasıdır. Döyüş filmlərində çəkilməsinə baxmayaraq əslində döyüşü filmlərdə öyrənmişdir. Onun əsas sahəsi isə rəqs və modaçılıq olub. Döyüşdə rəqsdə öyrəndiyi hərəkətlərdən və ya özü tərəfindən hazırlanan hərəkətlərdən istifadə edib. Ceki Çan ona bütün aktrisalardan fərqli olaraq fənnlərindən istifadə etməyə icazə verib. 1997-ci ildə "People" jurnalı onu "Dünyanın ən gözəl 50 insanı" siyahısına daxil edib. == Həyatı == Mişel Yeonun atası hüquqşünas, anası isə evdar xanım olmuşdur. Mişel uşaqlıq vaxtlarında balerina ilə məşğul olurdu. Lakin onurğa sütunundan zədə aldıqdan sonra moda ilə məşğul olmağa başlayır. 1983-cü ildə Malayziyanın "Gözəllik müsabiqəsi"nin qalibi olur.
Mountain Dew
Mountain Dew (azərbaycanca "Mauntin Dyu") PepsiCo tərəfindən hazırlanmış qazlı içki. İçkinin orijinal resepti Barni və Alli Hartman tərəfindən hazırlanmışdır. Yenidən 1958-ci ildə tərtib edilən reseptin müəllifi isə Bil Fricfortdur. Bu formulun hüquqlarını isə Marion, Virciniyanın Tip korporasiyası əldə etmişdir.
New Game!
New Game! (ニューゲーム, Nyū Gēmu, azərb. Yeni oyun!‎) — Şotaro Tokuno tərəfindən hazırlanan yonkoma seriyası. 2013-cü ilin yanvarından Houbunsha nəşriyyatının "Manga Time Kirara Carat" seynen manqası jurnalında nəşr olunur. 4 iyul 2016-cı ildən 19 sentyabr 2016-cı ilə kimi Doga Kobo tərəfindən istehsal olunmuş anime adaptasiyası yayımlanmışdır. 11 iyul 2017-ci ildən ikinci mövsümü yayımlanır. 2017-ci ilin yanvarında 5pb. şirkəti tərəfindən istehsal olunmuş vizual roman adaptasiyası buraxılmışdır. == Məzmun == Uşaq ikən oynadığı "Fairies Story" videooyununun böyük fanatı olan Aoba Suzukaze liseydən məzun olduqdan sonra Eagle Jump videooyun şirkətində personaj dizayneri kimi işə başlayır. "Fairies Story 3" adlı yeni oyun üzərində işlədiklərini öyrənən Suzukaze hələ gənc olmasına baxmayaraq yeni dostlar qazanmağa və bacardığı qədər kömək etməyə çalışır.
New Goblin
Herri Ozborn (ing. Harry Osborn) yaxud Yeni Qoblin (ing. New Goblin) – Marvel Comics kainatında xəyali bir personaj. Yeni qoblin əslində Piter Parkerin, yəni Hörümçək-adamın ən yaxın dostu Herri Ozborn''dur. Herri atasının ölümündən sonra Hörümçək-adamın əslində ən yaxın dostu Piter olduğunu öyrəndikdən sonra Piterdən intiqam almaq üçün özü-özünə söz verər (Sonralar atasının köməkçisinin sayəsində atasının özünü öldürdüyünü öyrənincə verdiyi sözü pozaraq Hörümçək-adama Venom və Qum-adamın qarşısında durmağa kömək edir). Qüvvətli fiziki gücə sahibdir və özünün yaratdığı texnoloji alətlərdən istifadə edir.
New Horizons
"Yeni üfüqlər" (ing. New Horizons), NASA tərəfindən hazırlanan bir insansız kosmos gəmidir. Cırtdan planet olan Pluton və peyklərinə uçuş edəcək ilk kosmos vasitəsidir. 19 yanvar 2006-cı ildə uğurla uçurulmuşdur. 28 fevral 2007, saat 5:43:40 Yupiterin yanından keçən New Horizonsın Günəş Sistemini tərk etmədən öncə iyul 2015-ci ildə Plutona ən yaxın nöqtədən keçərək planetin quruluşu və atmosferini təhlil etməsi gözlənilir. Bundan başqa, Plutonu kəş edən Clyde Tombaughun külünün bir hissəsi bu insansız kosmik gəminin içindədir. 2015 Aprel ayı etibarilə Yeni Üfüqlər gəmisi Plutonun ilə bağlı zəif keyfiyyətə malik şəkillər göndərmişdir. Yeni üfüqlər peyki NASA-nın rəsmi saytından tam zamanlı təhlil olunduğu kimi 14 iyul 2015-ci ildə Plutonun 12500 km məsafə uzaqdan şəkillər çəkib göndərəcəyi düşünülür. Görüntülər National Geographic Channeldan 14 iyul 2015 tarixində yayımlanacağı planlanmışdır.
New York
Nyu-York (ing. New York; New York City) qısa adı ilə NYC — Nyu-York ştatında yerləşən Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri. Şəhərin ərazisi 778,2 km², əhalisi isə 2020-ci ilin siyahıyaalması ilə 8.804.190 nəfərdir. Nyu-York ştatının cənubunda yerləşən şəhər Nyu-York aqlomerasiya regionunun mərkəzidir, həmçinin ərazisinə görə dünyanın ən böyük aqlomerasiya regionudur. 2020-ci ilin statistikasına əsasən şəhər 20 milyondan çox əhali ilə həm də dünyanın ən sıx məskunlaşılan meqapolislərindən biridir. Nyu-York dünyanın mədəni, maliyyə və media mərkəzi kimi təsvir edilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, yemək, incəsənət, dəb və idman sahələrində yer alır. Dünyanın ən çox fotoşəkil çəkilən şəhəridir. Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahının yerləşdiyi Nyu-York beynəlxalq diplomatiya mərkəzlərindən biri və qlobal investorlar üçün etibarlı sığınacaqdır. Nyu-York bəzən dünyanın paytaxtı kimi təsvir edilir. Dünyanın ən böyük limanlarından birində yerləşən və sahəsinin 36,4%-i su ilə əhatələnmiş Nyu-York şəhəri beş borodan ibarətdir.
Qara yel
Qara yel - küləyin əsmə istiqaməti baxımından ağ yelin əksidir. Belə ki, qara yel şimal-qərbdən əsməsi ilə seçilir. Sürəti yüksək olduqda torpaqlarən tozanaqlığı artır. Torpaq eroziyasını artırır. Deflyasiya xüsusi ilə yaz-payız ayları əkin sahələrinin şumlanması zamanı güçləndirir. İl boyu əsə bilir. İsti aylarda çox güçlü ola bilir. Bu zaman dam örtüklərini uçurur, ağacları isə slndırması ilə seçilir. Xüsusi ilə Kiçik Qafqazın şimal-şərq hissələrində (Daşkəsən, Gədəbəy, Tovuz, Tərtər, Goranboy) böyük fəsadlar törədir. Abşeron yarımadasında və ona yaxın ərazilərdə qışda və yayda demək olar ki, eyni istiqamətli, yə'ni, əsasən şimal-qərb, şimal, şimal-şərq, Kür çayının deltası sahəsində qışda şimal-şərq və qərb, yayda şərq, cənub-şərq küləkləri hakim olur.
Tərs yer
Tərs yer — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Gədəbəy rayonunun Samanlıq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Tərs yer kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 138 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Yel Ana
Yel Ata
Yel Kolleci
Yel Kolleci — Yale Universitetinin liberal sənət kollecidir. 1701-ci ildə qurulan bu universitetin əsl məktəbidir. Universitetin digər məktəbləri 1810-cu ildən etibarən təsis edilmiş olsa da, Yale bütün Yale Kolleci olaraq 1887-ci ilə qədər tanındı və məktəbləri birləşdi və universitet Yale Universiteti kimi adlandırıldı. İlk olaraq, Tərəfdaş nazirləri hazırlamaq üçün qurulan kollec, 18-ci əsrin sonlarına qədər humanitar və təbiət elmləri tədris etməyə başladı. Eyni zamanda, tələbələr sinifdənkənar təşkilatları, ilk ədəbi cəmiyyətləri və sonrakı nəşrləri, idman komandaları və oxuma qrupları təşkil etməyə başladılar. 19-cu əsrin ortalarına qədər, ABŞ-də ən böyük kollec idi. 1847-ci ildə, 20-ci əsrin ortalarında kollecə daxil olan Şeffild Elmi Məktəbinin Yale-də yerləşən bir başqa lisenziya dərəcəsi verən məktəb də iştirak etdi. Bu birləşdirilmiş tədris proqramı tələbələr üçün günümüzün liberal tədris proqramının əsasını qoydu, hansı ki şagirdlərin müstəsna ixtisas səviyyəsində xarici dil, inşa, elmlər və kəmiyyət əsasları daxil olmasını tələb edir. Bakalavr həyatının ən fərqli xüsusiyyəti 1932-ci ildə qurulan və İngilis universitetlərinin təsis edilmiş məktəblərindən sonra modelləşdirilmiş yaşayış məktəblərinin tədris-bina sistemidir. Bütün məzunlar, bu kolleclərdə birinci sinifdən sonra, ən çoxu məktəbin Köhnə Binasında yaşayırlar.
Yel Universiteti
Yale Universiteti — ABŞ-nin ən məşhur universitetlərindən biri. Amerikanın ən qədim şəhərlərindən biri olan Nyu-Heyvendə yerləşir. Nyu-Heyven 125 min əhalisi olan liman şəhəridir, Nyu-Yorkdan 120 kilometr şimal-şərqdə və Bostondan 200 kilometr cənub-qərbdədir. Yale 1701-ci ildə yaradılıb, bura 12 bölmə daxildir: dörd illik bakalavr dərəcəsi verən Yale Kolleci; dəqiq, təbii və humanitar elmlər, eləcə də hüquqşünaslıq, tibb, biznes, ətraf mühitin mühafizəsi, ilahiyyat, memarlıq, musiqişünaslıq, rəssamlıq, aktyorluq və s. ixtisaslar üzrə aspiranturadır. Universitetin təməli olan Yale Kollecinin proqramı genişliyi və dərinliyi ilə seçilir. Hər il 65 kafedra tərəfindən 2000-dən çox kurs təklif edilir. Ənənəyə uyğun olaraq universitetin professor-müəllim heyəti tələbələrin təhsilinə xüsusi diqqət yetirir. Giriş fənlərinin çoxu əməkdar alimlər və professorlar tərəfindən aparılır. == Tarixi == 1640-cı ildə müstəmləkəçi keşişlər Nyu-Heyven kollecinin yaradılması məqsədilə fəaliyyətə başlayıblar.
Yel alıcı
Yel alıcı (fars. بادگیر‎ bâdgir: bâd "yel" + gir "alıcı","alan "ərəb. ملقف ‎malqaf və ya بارجيل barjeel) — binalarda təbii ventilyasiya yaratmaq üçün ənənəvi İran memarlıq elementlərindən biri.
Yel dəyirmanı
Yel dərmanı (ing. Windmill, alm. Windmühle‎, rus. Ветряная мельница) — enerji əldə etmək üçün küləyin gücündən faydalanaraq hərəkət gələn iri çarxlı qurğu. Qədim zamanlardan yel dərmanları buğdanı üyütmək və su ehtiyatını qorumaq üçün istifadə olunmuşdur. Orta əsrlərdə Hollandiyada yerləşən yel dərmanları sahildə toplanan suyu təziqlə geri vururdu. Texnikanın sürətlə inkişaf etməsi nəticəsində yel dərmanlarının əhəmiyyəti müəyyən qədər azalmışdır. Orta əsrlərdə yel dərmanlarından əsasən kənd təsərrüfatında istifadə olunurdu. Enerji əldə etmək üçün ilk yel dərmanı 1890-cı ildə Danimarkada tikilmişdir. Yel dərmanlarının növu və hərəkətə gəlməsi küləyin sürəti, istiqaməti və hündürlüyünə əsaslanır.
Yel iyesi
Yel iyəsi
Yel çərşənbəsi
Yel çərşənbəsi — Novruz bayramının üçüncü çərşənbəsi. Xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə", Muğanın bir sıra kəndlərində isə "Heydər çərşənbə" adlandırılır. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir. Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir. Evlərdə plov dəmlənir, süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanan çərəzlər düzülür. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı lent bağlanır.
Yem güldəfnəsi
Samanlıq güldəfnəsi (lat. Trigonella foenum-graecum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü. Vətənı Yaxın Şərq, Xüsusən Suriya, Cənubi-Qərbi Avropa, Hindistan və Çindir. Çindən Aralıq dəniziniə qədər geniş sahəyə yayılıb. Toxumları və bəzi ölkələrdə yaşıl yarpaqları göyərti kimi istifadə olunmaqdadır. Dadı acıtəhər və ətirlidir. Efirində 40 növ maddə tapılır. Qədimdən Orta Şərq ve Hind mətbəxində istifadə olunmaqdadır. == Xüsusiyyətləri == Sarə-kəhrəba rəngli rombşəkilli güldəfnə toxumları, adətən şoraba və pastaların hazırlanmasında isitfadə olunur. Xüsusən Hindistan subkontinentinin mətbəxində rast olunur.
Yem noxudu
Yem noxudu, Əkin lərgəsi (lat. Vicia sativa) – lərgə cinsinə aid bitki növü. == Sinonim == Vicia alba Moench Vicia bacla Moench Vicia bobartii E. Forster Vicia communis Rouy Vicia cornigera St.-Amans Vicia cornigera Chaub. Vicia cosentini Guss. Vicia cuneata Gren. & Godr. Vicia erythosperma Rchb. Vicia glabra Schleich. Vicia globosa Retz. Vicia intermedia Viv.