Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yolüstü
Yolüstü — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Əhali == Əhalisi 1587 nəfərdir.[mənbə göstərin] == İnfrastruktur == 17 sentyabr 2012-ci ildə 360 şagird yerlik Yolüstü kənd tam orta məktəbi fəaliyyətə başlamışdır. == Din == Kənddə Yolüstü kənd məscidi dini icması fəaliyyət göstərir.
Yolüstü saray (Strelna)
I Pyotrun Yolüstü sarayı (rus. Путевой дворец Петра I) — Peterburqun şəhərətrafı sayılan Strelna qəsəbəsində yerləşən saray. Bura Pyotrun zamanından günümüzə kimi qorunub saxlanılmış ən erkən tikililərdən biridir. Saray Fin körfəzinin sahilində, Neva buxtasının cənub hissəsində, buzlaqların çəkilməsindən sonra qalan təpənin üzərində yerləşir və çoxlu yarğan və Strelka çayı ilə əhatə olunur. Ölçü və dekorativ tərtibatına görə sadə olan taxta saray, imperatorun Sankt-Peterburqdan tikilən Kronştadt şəhərinə müntəzəm səfərləri zamanı dayanacaq və istirahəti üçün nəzərdə tutulmuşdur. == Tarix == Sarayın tikinti işləri 1716-cı ildə başlamışdı (başqa bir versiyaya əsasən 1710—1711-ci illərdə). Sarayın ilkin memarı məlum deyil. Özünün "Şimal Versaliyası" sayılan Peterhofla məşğul olan Pyotr, Strelna qəsəbəsinə marağını azaltmışdı. Buna baxmayaraq, onun əmri ilə 1719-1720-ci illərdə ev yenidən qurulmuş və genişləndirilmişdir. Tezliklə məlum oldu ki, ətrafda böyük miqdarda suyun olmasına baxmayaraq (Kikenka və Strelka çayları), Pyotrun Versala bənzər, böyük fəvvarə və kaskadlarla dolu park ansamblının yaradılması mümkün deyil.
Qoçüstü
Qoçüstü- Naxçıvan şəhərinin şərqində, Naxçıvançayın sağ sahilində 11-18-ci əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Hаzırdа yаşаyış yеrinin ərаzisi "Yеni Nахçıvаn"ın müаsir tikintiləri ilə örtülmüşdür. Yаşаyış yеrində mədəni təbəqə tikinti işləri görülərkən dаğıdılmışdır. 1994-cü ildə yаşаyış yеrinin ərаzisində V.B.Bахşəliyеv və Ə.İ.Nоvruzlu tərəfindən аpаrılаn kəşfiyyаt işləri nəticəsində оrtа əsrlərə аid gil qаblаr аşkаr еdilmişdir. Tikinti zаmаnı əmələ gəlmiş kəsiklərdə mədəni təbəqə 0,5-1 m qаlınlığındа sахlаnmışdı. Mədəni təbəqə kül qаrışıq tоrpаq lаylаrdаn ibаrət idi. Təbəqədə çiy və bişmiş kərpic qırıqlаrınа təsаdüf еdilirdi. Əldə еdilmiş tаpıntılаrа əsаsən Qоçüstü yаşаyış yеrini ХI-ХVIII əsrlərə аid еtmək оlаr.
Filüstü polo
Filüstü polo — polonun Cənubi-Şərgi Asiyada yayılmış filüstü növü. Oyunçular topu meydançada atüstü polodakı olduğu kimi bambukdan düzəldilmiş xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlət. Oyun 200 m uzunluğu olan meydançada oynanılır. Oyun vaxtı filin üstündə iki nəfər oturur: oyunçu və fili idarə edən. Filüstü polo XX əsrin əvvələrində Asiya səfər edən ingilislərlə oynanılmağa başladı. İdman növü kimi XX əsrin sonlarında formalaşıb. Filüstü polonun ümumdünya assosiyasıyası 1982-ci ildə Nepalın Çitvan Milli Parkında Ceyms Manklark və isveçrəli Cim Edvards tərəfindən yaranmışdı. Əvvəlcə top kimi adi futbol topundan istifadə edilirdi. Ancaq fillərin bu topları əzdiyinə görə, kiçik ölçülü standart polo topundan istifadə edilməyə başlanıldı. Bambuk polo taxtaları da atüstü polodan götürülüb.
Gülüstü Qadınəfəndi
Gülüstü Qadınəfəndi (d. 1830 - ö. may 1861) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 36-cı Osmanlı sultanı VI Mehmed Vahidəddinin anası. == Həyatı == Gülüstü Qadınəfəndi 1830-cu ildə Suxumidə dünyaya gəlmişdir. Əsl adı Fatma olub, Şervaşidze ailəsinə mənsubdur. Atası Tahir bəy Şervaşidze, anası isə Afisə xanım Lakerbadır. Atası ailəsiylə birlikdə 1831-ci ildə İstanbula köç etmiş, ancaq bir il sonra vəfat etmişdir. Sarayda xidmət edən yaxın adamlarından birinin vasitəsilə Afisə xanım qızını 10 yaşında ikən Sultan Əbdülməcidin hərəminə təhvil vermiş, balaca Fatmanın adı dəyişdirilərək mükəmməl təhsil verilmişdir.Bəzmialəm Validə Sultan tərəfindən yetişdirildikdən sonra 1854-cü ilin avqustunda Topqapı sarayında Sultan Əbdülməcidlə evləndirildi. Bu evlilikdən 4 övladı oldu. Ancaq əkiz olan qızları Zəkiyə və Fəhimə Sultan 2 yaşlarında vəfat etmişdir.
Qoçüstü nekropolu
== Coğrafi mövqeyi == Qoçüstü nekropolu, Qoçüstü yaşayış yeri yaxınlığında orta əsrlərə aid arxeoloji abidə. == Haqqında == Оrtа əsrlərə аid qəbirlər şərq-qərb istiqаmətinə yönəlmişdir. Qəbirlərdən bəzisinin üzərinə bоz və çəhrаyı dаşlаrdаn yоnulmuş qоç fiqurlаrı qоyulmuşdur. Qоç fiqurlаrı hələ kеçən əsrdə qırılıb dаğıdılmış, bir qismi isə nаməlum аdаmlаr tərəfindən аpаrılmışdır. 1926-cı ildə Nахçıvаndа оlаn V.M. Sısоеv burаdа sаlаmаt qаlаn bir qоç fiquru hаqqındа məlumаt vеrmişdir. Yеrli əhаlinin məlumаtınа görə sоn vахtlаrа qədər həmin dаş qоçun yеrləşdiyi ərаziyə və dаş qоçа sitаyiş оlunmuşdur. Uşаğı оlmаyаn qаdınlаr niyyət еdib bu dаş qоçun аltındаn kеçmişlər. Hаzırdа nеkrоpоlun ərаzisi tаmаmilə dаğılmışdır.
Stolüstü tennis
Stolüstü tennis və ya Pinq Ponq, 2 və ya 4 oyunçunun bir-birlərinə topu irəli geri vurmasıyla oynanan bir oyundur. == Tarixçəsi == Bu idmanın salon tennisi adıyla bilinən ən köhnə şəkli 1880-ci illərdə Hindistan və Cənubi Afrika dakı İngilis ordu zabitləri tərəfindən oynanardı. Siqar qutularının qapaqlarını raketka, yuvarlaşdırılmış şərab şüşəsi probkalarını da top olaraq istifadə edərdilər. Tor kimi də kitabları istifadə edirdilər. 1890-cı illərdə İngiltərədə bu oyunun digər versiyaları inkişaf etdirildi. Bunlar "whiff whaff" və "gossima" kimi dəyişik adlara sahib idilər və Parker Brothers firması masaya qurula bilən portativ tor, üstü torlu kiçik bir top və miniatür raketkalardan ibarət olan salon tennisi avadanlığı satmağa başladı. 1900-cü ildə Amerikanı ziyarət edən İngilis Jeyms Qib (James Gibb), dönərkən yanında bəzi içi boş selüloid toplardan gətirdi və yoldaşlarıyla salon tennisini bu topları istifadə edərək oynamağa başladı. Qib, topun raketkaya və masaya çarpdığı zaman çıxardığı səsi təmsil edən "ping pong" adını işlətməyə başladı. Lakin 1901-ci ildə İngilis idman avadanlığı istehsalçısı olan Jon Jakves (John Jacques) "Ping Pong" adını öz adına qeydiyyat etdirdi və bu adın Amerika haqqlarını Parker Brothers firmasına satdı. Onlar da yeni avadanlığlarını bu adla çıxardılar.
Yerüstü inversiya
== Troposferdə inversiya == Ümumilikdə troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq azalır, lakin bəzi hallarda yerüstü qatda, xüsusilə aydın havalarda effektiv şüalanma nəticəsində soyumuş torpaq üzərində temperaturun yuxarıya doğru artması müşahidə edilir. Bundan başqa polyar ərazilərdə buz və qar örtüyü üzərində dayanıqlı temperatur inversiyası bütün sutka ərzində, nəinki qışda, hətta yayda da müşahidə edilir. == Yerüstü inversiya == Yerüstü qatda gecələr konveksiyanın mümkünlüyünü aradan qaldıran dayanıqlı stratifikasiya yaranır. Bu zaman temperatur inversiyasının yaranması adi haldır: köşkdə temperatur yer səthindən daha yüksəkdir və tez- tez köşk üzərində temperatur, artmağa davam edir.
Yerüstü proseslər
Yerüstü pros­es­lər – (rus. процессы наземные, ing. surface processes) subakval proseslər məf­humunun əksi olub, Yer üstündə baş verən proseslərdir.
Stolüstü oyun
Masaüstü oyun — masa və ya başqa düz səthin üzərində oynanılan oyun. Məsələn, lövhə oyunları, kart oyunları, zər oyunları və s.. == Tarix == Ən qədim masaüstü oyunu sayılan tapıntı Türkiyənin Siirt ilində yerləşən Başur tellində (e.ə. 5000) aşkar olunmuş 49 zərdir. Bundan erkən olan tapıntılar tarixdən əvvəlki dövrünə aid olan zərlərə oxşar talus sümükləridir. Ehtimal olunur ki, bu cür sümüklər də oynamaq üçün işlənilirdi və onlar zərlərin əcdadlarıdır.Tapılan bütün ən erkən lövhə oyunlarıda zər işlənilirdi və onlar iki oyunçu üçün nəzərdə tutulurdu. Onların ən erkəni Misirdə tapılan senet oyunudur. Senet sülalə əvvəl və I sülalə dövrlərinə (e.ə. 3500-3100 arası) aid dəfn məkanlarında aşkar olunub və bundan əlavə, ona istinadlar e.ə. 3100 dövrünə aid heroqlif mənbələrində var.
Azərbaycanda stolüstü tennis
Azərbaycanda Stolüstü Tennis — Azərbaycanda stolüstü tennis idman növünə maraq 1939-1940-cı illərdən yaranmışdır. Böyük Vətən müharibəsindən (1941-1945-ci illər) sonra bir çox müəssisə və təşkilatlarda, zavod və fabriklərdə stolüstü tennis bölmələri yaradılır və bu idman növü get-gedə inkişaf etməyə başlayır. 50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakı stolüstü tennis bölməsi yaradılır və sonradan respublika Stolüstü Tennis Federasiyası təsis olunur. Həmin vaxtdan etibarən respublikada bu idman növü üzrə müxtəlif yarışlar keçirilməyə başlayır. Bakı şəhərinin ilk çempionları V.Lazorkin və R.Yaşagina olmuşlar. O dövrün ən güclü tennisçiləri arasında M.Şeydabəyovun, K.Bağırovun, V.Lazorkinin, R.Şapayevanın, O.Spiridonovun, A.Knijnikin və başqalarının adlarını çəkmək olar. Azərbaycanda SSRİ-nin əməkdar məşqçiləri N.Novikov, R.Kotsev, Azərbaycanın əməkdar məşqçiləri Y.Oparin, İ.Mazin kimi məşqçilər yetişmişdir. Onlar M.Şeydabəyov (1961-ci ildə SSRİ çempionu), V.Popova (6 dəfə SSRİ çempionu, 1984-cü ildə Avropanın mütləq çempionu) kimi idmançıların ərsəyə gəlməsində böyük əmək sərf etmişlər. Azərbaycan idmançıları bir çox respublika və beynəlxalq yarışlarda iştirak etməyə başladılar. SSRİ dağıldıqdan sonra ictimai-siyasi həyatda olduğu kimi, idman sahəsində də durğunluq dövrü yarandı.
Gülüstü Qadın Əfəndi
Gülüstü Qadınəfəndi (d. 1830 - ö. may 1861) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 36-cı Osmanlı sultanı VI Mehmed Vahidəddinin anası. == Həyatı == Gülüstü Qadınəfəndi 1830-cu ildə Suxumidə dünyaya gəlmişdir. Əsl adı Fatma olub, Şervaşidze ailəsinə mənsubdur. Atası Tahir bəy Şervaşidze, anası isə Afisə xanım Lakerbadır. Atası ailəsiylə birlikdə 1831-ci ildə İstanbula köç etmiş, ancaq bir il sonra vəfat etmişdir. Sarayda xidmət edən yaxın adamlarından birinin vasitəsilə Afisə xanım qızını 10 yaşında ikən Sultan Əbdülməcidin hərəminə təhvil vermiş, balaca Fatmanın adı dəyişdirilərək mükəmməl təhsil verilmişdir.Bəzmialəm Validə Sultan tərəfindən yetişdirildikdən sonra 1854-cü ilin avqustunda Topqapı sarayında Sultan Əbdülməcidlə evləndirildi. Bu evlilikdən 4 övladı oldu. Ancaq əkiz olan qızları Zəkiyə və Fəhimə Sultan 2 yaşlarında vəfat etmişdir.
Gülüstü Qadınəfəndi türbəsi
Gülüstü Qadınəfəndi türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə. == Haqqında == Gülüstü Qadınəfəndi 31-ci Osmanlı sultanı olan Sultan Əbdülməcidin xanımı və son osmanlı sultanı olan Sultan Vahidəddinin anasıdır. 1855-ci ildə əkiz qızları Zəkiyə və Fəhimə Sultanları, 1856-cı ildə Mədiha Sultanı və 1861-ci ildə oğlu Mehmed Vahidəddin Əfəndini dünyaya gətirmişdir. Ancaq oğlu hələ 5 aylıqkən vəfat etmiş, Fateh məscidinin arxa həyətində, daha əvvəl vəfat edən övladlarının məzarı yaxınlığına dəfn edilmişdir. Məzarların üzərinə inşa edilən türbə isə Sultan Əbdülməcid səltənətinin sonlarına aiddir. Digər Osmanlı türbələrindən fərqli olaraq dairəvi planlı olan bu türbə kəsmə daşdan inşa edilib. Türbədə aşağı sıralarda 9, yuxarıda isə 14 olmaqla, ümumilikdə 23 pəncərə var. Türbədə aşağıdakı şəxslər dəfn edilmişdir: Sultan Əbdülməcidin xanımlarından Ceylanyar xanım Sultan Əbdülməcidin qızı Zəkiyə Sultan (d. 24 fevral 1855 - ö. 18 fevral 1856) Sultan Əbdülməcidin qızı Fəhimə Sultan (d.
Qoçüstü yaşayış yeri
Qoçüstü- Naxçıvan şəhərinin şərqində, Naxçıvançayın sağ sahilində 11-18-ci əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Hаzırdа yаşаyış yеrinin ərаzisi "Yеni Nахçıvаn"ın müаsir tikintiləri ilə örtülmüşdür. Yаşаyış yеrində mədəni təbəqə tikinti işləri görülərkən dаğıdılmışdır. 1994-cü ildə yаşаyış yеrinin ərаzisində V.B.Bахşəliyеv və Ə.İ.Nоvruzlu tərəfindən аpаrılаn kəşfiyyаt işləri nəticəsində оrtа əsrlərə аid gil qаblаr аşkаr еdilmişdir. Tikinti zаmаnı əmələ gəlmiş kəsiklərdə mədəni təbəqə 0,5-1 m qаlınlığındа sахlаnmışdı. Mədəni təbəqə kül qаrışıq tоrpаq lаylаrdаn ibаrət idi. Təbəqədə çiy və bişmiş kərpic qırıqlаrınа təsаdüf еdilirdi. Əldə еdilmiş tаpıntılаrа əsаsən Qоçüstü yаşаyış yеrini ХI-ХVIII əsrlərə аid еtmək оlаr.
Stels yerüstü vasitə
Stels yerüstü vasitələr, stels texnologiyasının tətbiq olunduğu hərbi vasitələrdir. Bir çox ölkə bu texnologiyanı özlərinin nəqliyyat vasitələrində tətbiq etmişdirlər. İsveç istehsalı olan Stridsvagn 103, aşkarlanma ehtimalını azaltmaq üçün aşağı profilli dizayn edilmişdir. Chieftain tankı, stels tank texnologiyasında ingilislərin ilk təşəbbüsü idi. Challenger 2-nin əvvəlki modellə müqayisədə daha aşağı Radara Görünmə Sahəsi təklif edən gövdəsi və qülləsi var. Digər nəqliyyat vasitələri, xüsusən də insansız yerüstü vasitələr kiçik ölçüləri səbəbindən nəzərə çarpmayan dərəcədə aşağı radar izinə sahib ola bilərlər.
İnsansız yerüstü vasitə
İnsansız yerüstü vasitə (qısaca İYV) yerüstü hərəkət edən və içində insanlar olmayan nəqliyyat vasitələrinin ümumi adıdır. İnsan varlığının uyğun olmayan, təhlükəli və ya qeyri-mümkün olduğu hallarda istifadə olunur. Uzaqdan idarəedici cihazla idarə edilən növləri olduğu kimi, sensorlar vasitəsilə özü hərəkət edə bilən tipləri də mövcuddur.
Azərbaycanda otüstü xokkey
Azərbaycanda otüstü xokkey 1960-cı illərin sonlarında inkişaf etməyə başladı. == Sovet dövrü == 30-50-ci illərin ortalarında Sovet İttifaqında otüstü xokkeyi inkişaf etdirmək üçün ilk uğursuz cəhdlər Azərbaycan SSR-idən yan keçir. 1970-ci ildə Bakının SKIF komandası kişilər arasında ilk SSRİ otüstü xokkey çempionatında iştirak edir. Zonal mərhələdə bakılılar yalnız İrəvan Dövlət Bədən Tərbiyəsi Universitetini qabaqlayaraq qrupda 3-cü yeri tutdular. 1971-ci ildə azərbaycanlı xokkeyçilər bütün görüşləri uduzaraq bir qol vurmadan sonuncu olurlar. 1973-cü ildə bakılıları Sumqayıtdan gələn “Spartak” əvəzləyir. Ancaq onlarda zonada sonuncu olurlar.XX əsrin 70-ci illərin ortalarından etibarən Azərbaycan otüstü xokkeyinin yüksəlişi başlayır. 1976-cı ildə Bakının “Burevestnik” klubu ilk dəfə SSRİ çempionatının yüksək liqasında iştirak etmək hüququ əldə edir. Debüt ilində 8 komanda arasında 6-cı yeri tutur. 1979-cu ildə onlar SSRİ çempionatının bürünc medallarını qazanırlar.
Aleksey Smirnov (stolüstü tennisçi)
Aleksey Smirnov (9 oktyabr 1977, Tolyatti, Samara vilayəti) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Aleksey Smirnov Rusiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 4-cü pillənin pillənin sahibi olub. Daha sonra Aleksey Smirnov Rusiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Aleksey Smirnov Rusiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Azərbaycan Stolüstü Tennis Federasiyası
Azərbaycan Stolüstü Tennis Federasiyası — == Haqqında == 50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakı stolüstü tennis bölməsi yaradılır və sonradan respublika Stolüstü Tennis Federasiyası təsis olunur. Həmin vaxtdan etibarən respublikada bu idman növü üzrə müxtəlif yarışlar keçirilməyə başlayır. 2005-ci ilin yanvar ayında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov Stolüstü Tennis Federasiyasının yeni prezidenti seçilmişdıir. 2006–2010-cu ullər ərzində federasiya tərəfindən Bakı və respublikanın bölgələrində fəaliyyət göstərən idman məktəblərinə və təşkilatlarına 200-ə qədər "TİBHAR" şirkətinin tennis stolları, raketlər, toplar, idman forması və digər zəruri ləvazimat təmənnasız olaraq paylanılmışdır Azərbaycan Stolüstü Tennis Federasiyası bir çox xarici federasiyalarla, o cümlədən Rusiya Stolüstü Tennis Federasiyası ilə sıx və işgüzar münasibətlər qurmuşdur. Azərbaycan Stolüstü Tennis Federasiyası 1995-ci ildən 207 dövlətin milli federasiyalarını özündə birləşdirən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (İTTF) və 56 Avropa milli federasiyalarının daxil olduğu Avropa Stolüstü Tennis Birliyinin (ETTU) və 2007-ci ildən Şərqi Avropa Liqasının üzvüdür. Azərbaycanın stolüstü tennis üzrə yığma komandası Avropa çempionatlarında ilk dəfə olaraq 1996-cı ildən, Dünya çempionatlarında 1997-ci ildən iştirak etməyə başlamışdır. 2013-cü ildə Azərbaycanın İqtisadiyyat Naziri Şahin Mustafayev federasiyanın Prezidenti seçilmişdir.
Boluslu
Boluslu (əvvəlki adı: Cinli Boluslu) — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2011-ci il tarixli, 210-IVQ saylı Qərarı ilə kənd Boluslu adlandırılmışdır. == Tarixi == Kənd Borçalıdan köçmüş ailələr tərəfindən salınmışdır. == Toponimikası == Boluslu kəndi Gəncə-Qazax düzənliyindədir. Etnotoponimdir. 18-ci əsrdə Gürcüstandakı Bolus (gürcücə Bolnisi) bölgəsindən Qarabağa köçmüş cinlilər tayfasının adı ilə bağlıdır. Toponim "Bolusdan / Bolnisidən gəlmiş cinlilər" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1437 nəfər əhali yaşayır.
Yolotu
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Hava gəmisinə yerüstü xidmət
Hava gəmisinə yerüstü xidmət (ing. handling ) — təyyarənin dayanacaqda qəbul edilməsi, uçuşa hazırlıq və uçuşa buraxılması üçün görülən işlər. == Görüş == Təyyarənin qarşılanması üzərində iş dayanacaqda taksilər zamanı əyani siqnallarla idarə edilməsini, yastiqciqlar quraşdırılmasını, təyyarənin uçuşdan sonrakı müayinəsini əhatə edir. == Çəkmə == Təyyarənin yedəklənməsi, aerodrom yerinin məhdud olduğu təqdirdə, öz mühərriklərindən istifadə etməklə təyyarənin taksi sürməsini, habelə istismar işləri zamanı təyyarənin ekipaj iştirakı olmadan hərəkət etməsini mümkünsüz edir. == Yerüstü elektrik təchizatı == Yanacaq istehlakını azaltmaq və təyyarə sistemlərindəki yükü azaltmaq üçün, xüsusən də köməkçi elektrik stansiyasından istifadəni azaltmaq üçün parkinqdəki təyyarə sistemlərinin enerji təchizatı ümumiyyətlə yer mənbəyindən həyata keçirilir. Hazırda əksər təyyarələr 400 Hz tezliyində 115 V fazalı gərginlikli üç fazalı elektrik cərəyanını istifadə edirlər. Təyyarələrin bəzi növləri 28 V sabit bir gərginlik istifadə edir. == Daxili kondisioner == Soyuq iqlimlərdə qızdırılan hava verilir, isti havalarda isə soyudulmuş hava verilir. Hava, hava kondisioner sisteminə (SCR), kondisioner sistemində tez bir şəkildə kəsilmə bağlantısı vasitəsilə bir kol (böyük diametrli nazik divarlı bir hortum) ilə verilir, ümumiyyətlə dəridə lyukla bağlanır. == Boşaltma və yükləmə == Baqajın yüklənməsi və boşaldılması adətən xüsusi qruplar tərəfindən həyata keçirilir.
Robert Frank (stolüstü tennisçi)
Robert Frank (22 yanvar 1990) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Robert Frank Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Boluslu bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cinli Boluslu
Boluslu (əvvəlki adı: Cinli Boluslu) — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2011-ci il tarixli, 210-IVQ saylı Qərarı ilə kənd Boluslu adlandırılmışdır. == Tarixi == Kənd Borçalıdan köçmüş ailələr tərəfindən salınmışdır. == Toponimikası == Boluslu kəndi Gəncə-Qazax düzənliyindədir. Etnotoponimdir. 18-ci əsrdə Gürcüstandakı Bolus (gürcücə Bolnisi) bölgəsindən Qarabağa köçmüş cinlilər tayfasının adı ilə bağlıdır. Toponim "Bolusdan / Bolnisidən gəlmiş cinlilər" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1437 nəfər əhali yaşayır.
Okay Yokuşlu
Okay Yokuşlu (9 mart 1994, Konak, İzmir ili) — Türkiyə milli futbolçusu. O, La Liqa komandalarından olan “Selta Viqo”dan icarə əsasında “Xetafe”də çıxış edir. == Həyatı == == Karyera == Okay Yokuşlu futbola 8 yaşında Karşıyaka İdman Məktəbində başlayıb. İdman məktəblərində hər uşaq kimi futbolu sevən Okay karyerasına 2004-cü ildə “Altay Youth”da başlayıb.
Səfər Boluslu
Səfər Boluslu (Həsənov Səfər Nəsir oğlu) - el şairi == Həyatı == Səfər Boluslu 1923-cü ildə Qasım İsmayılov rayonunun (indiki Goranboy) Cinli-Boluslu kəndində anadan olmuşdur.1956-cı ildə Moksvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. Səfər Boluslu 1984-cü ildə Cinli-Boluslu kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.[mənbə göstərin] == Yaradıcılığı == Səfər Boluslu gənc yaşlarından şer yazmış və bir müddətdən sonra sinədəftər el şairi kimi məşhurlaşmışdır. O şerlərini bədahətən dediyindən onun şerləri maqnitofon yazıları kimi və başqaları tərəfindən qeydə alınaraq yayılmışdır. Səfər Boluslunun şerləri Borçalıdan tutmuş Gəncəbasarda, Qarabağda, Muğanda dillərdə əzbər olmuş, toy məclislərində, şənliklərdə söylənmişdir. Sovet dövründə S. Boluslunun şerlərinin çap olunmamasının əsas səbəbi onun öz vicdanı əleyhinə getməməsi, həmişə duyduğunu və istədiyini yazması, yeri gəldikcə də mövcud rejimi tənqid etməsi olub. == Kitabları == Səfər Boluslu. "Gəl sənə şerimlə xəritə verim"... Şerlər toplusu. "Azərbaycan" nəşriyyatı, Bakı 1997. (Tərtib edəni: Mədət Əyyuboğlu).