Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yolsuzluq
Off-road (ing. off-road — yolsuzluq) — yolsuzluq maşını adlandırılan tamötürücülü avtomobil ilə çətin və keçilməz trayektoriya üzrə hərəkət etməni nəzərdə tutan aktiv istirahət və idman növü. Yolsuzluq avtomobilinin ekipajı ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Şturman naviqasiya sistemi ilə, hərəkət marşrutunu müəyyən edir, keçilməz yollarda pilota tövsiyələr verir. Pilot yolsuzluq və ekstremal şəraitdə avtomobili yaxşı idarə etmək bacarıqlarına malik olmalıdır. Offroad-ı iki kateqoriyaya bölmək olar: idman və aktiv istirahət.
Dilsuz
Mustafayev Dilsuz Murtaza oğlu (1 mart 1945, Buruc, Tərtər rayonu) - şair, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Dilsuz 1945-ci il martın 1-də Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbin ikinci sinfini bitirdikdən sonra ailəliklə Tərtər rayon mərkəzinə köçdüklərindən orta təhsilini orada, 1 saylı məktəbdə başa vurmuşdur (1961). Sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsil almışdır (1962-1968). Əmək fəaliyyətinə Bakı yaxınlığında olan Əmircan qəsəbəsindəki sənaye müəssisəsində layihəçi-mühəndis kimi başlamışdır (1968-1970). Azərbaycan Radio və Televiziya Şirkətində səs operatoru (1970-1973), ədəbi-dram baş redaksiyasının incəsənət və radio teatrı şöbəsində redaktor (1973-1979), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, publisistika şöbəsinin müdiri (1979-1992), sonra "Axtarış" qəzetində ədəbi işçi (1992), "Kəndin səsi" qəzetinin redaktor müavini vəzifəsində çalışmışdır (1992-1993). Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetində məsul işçidir (1993-cü ildən). Bədii yaradıcılığa 70-ci illərdən başlamışdır. Onun şerləri, publisist yazıları "Azərbaycan", "Ulduz" jurnallarında və qəzetlərdə müntəzəm çap edilir. Şerləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Yalbuz
Yalbuz - türk və altay mifologiyasında əfsanəvi dağ. Albuz və ya Alvuz olaraq da bilinir. Aşılmaz yüksəkliyə malikdir. Ətrafı sularla çevrilidir. Toğrul və Qonrul quşu burada yaşayır. Xəyali canlıların yaşadığı yerdir. Yaxın Şərq mədəniyyətlərinin təsiri Qaf dağı daha çox ön plana çıxmışdır. Bu dağ İran mədəniyyətində Elbürz olaraq keçər. Pəri qızlarının yaşadığı məkan olaraq qəbul edilir. == Etimologiya == (Yal/Al) kökündən törəmişdir.
Dilsuz Dünyamalıyev
Dilsuz Dünyamalıyev (d. 2 noyabr 1945) — yazıçı-publisist; Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azər­bay­can Yazıçılar Birliyinin üzvü. == Həyatı == Hacı Dilsuz Dünyamalıyev 1945-ci ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. 1959-cu ildə Keçili kənd yeddiillik məktəbini, 1962-ci ildə Şahbuz qəsəbəsində XI sinfi bitirib. Həmin il Naxçıvan şəhərindəki birillik pedaqoji kursa daxil olub. Həmin il pedaqoji kursu bitirəndən sonra Külüs və Keçili kəndlərində müəllim işləyib. 1964-cü ildə V.İ.Lenin adına APİ-nin (indiki N.Tusi adına APU) dil-ədəbiyyat fakültəsinə daxil olub və təhsilini qiyabi yolla başa vurub. 1970–1980-ci illərdə Keçili kənd orta məktəbində direktor, 1980–1995-ci illərdə Keçili və Külüs kəndlərində sovet sədri, 1995–2006-cı illərdə Keçili kənd orta məktəbində müəllim işləmişdir. Ailəlidir. İki övladı, beş nəvəsi, bir nəticəsi var.
Dilsuz Musayev
Dilsuz Musa oğlu Musayev (10 fevral 1948, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan Yazıçılar və jurnanilstlər Birliyinin üzvü və “Azərbaycan ekologiyası” qəzetinin baş redaktoru == Həyatı == 1948-ci il fevral ayının 10-da Gürcüstan Respubilkası Bolnisi rayonunun Saraclı kəndində anadan olub. 1966-cı ildə Saraclı kənd orta məktəbinin 11-ci sinfini, 1973-cü ildə isə Azərbaycan Pedoqoji Dillər İnstitiutunu (İndiki BSU-nu) bitirib. Təyinatla Tərtər (Mirbəşir) rayonuna göndərilmiş 1973-1979 illərdə həmin rayonun Hacıqərvənd (Kolanlı) kəndində rus dili və ədəbiyyatı müəllimi işləyib. 1980- 84-cü illərdə Bakı şəhərində 5 saylı kimya-biologiya təmayüllü internat məktəbində ixtisası üzrə çalışıb. 1985-ci ildə Respublika “Bilik” cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri təyin olunub. 1986—89 cu ullərdə Abşeron Rayon Partiya Kömitəsində müxtəlif vəzifələrdə işləyib. 1987-ci ildə dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi ilə Bolqarıstan Xalq respubilkasına gedən nümayəndə heyətinin rəhbəri olub. 1989-cü ildən Qarabağa Xalq Yardımı Komitəsində təlimatçı, ümumi şöbə müdiri, komitə sədrinin birinci müavini vəzifəsində çalışıb. 1994-cü il dekabr ayının 23-də keçirilmiş İkinci Ümumrespublika Konfransında komitənin sədri seçilib. Bir çox ölkələrdə, o cümlədən, Finlandiya, Norvec, Polşa, Avstrya, İspaniya, hollandiya, Almaniya ölkələrində ümumdünya dilçiliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak edib.
Dilsuz Mustafayev
Mustafayev Dilsuz Murtaza oğlu (1 mart 1945, Buruc, Tərtər rayonu) - şair, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Dilsuz 1945-ci il martın 1-də Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbin ikinci sinfini bitirdikdən sonra ailəliklə Tərtər rayon mərkəzinə köçdüklərindən orta təhsilini orada, 1 saylı məktəbdə başa vurmuşdur (1961). Sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsil almışdır (1962-1968). Əmək fəaliyyətinə Bakı yaxınlığında olan Əmircan qəsəbəsindəki sənaye müəssisəsində layihəçi-mühəndis kimi başlamışdır (1968-1970). Azərbaycan Radio və Televiziya Şirkətində səs operatoru (1970-1973), ədəbi-dram baş redaksiyasının incəsənət və radio teatrı şöbəsində redaktor (1973-1979), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, publisistika şöbəsinin müdiri (1979-1992), sonra "Axtarış" qəzetində ədəbi işçi (1992), "Kəndin səsi" qəzetinin redaktor müavini vəzifəsində çalışmışdır (1992-1993). Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetində məsul işçidir (1993-cü ildən). Bədii yaradıcılığa 70-ci illərdən başlamışdır. Onun şerləri, publisist yazıları "Azərbaycan", "Ulduz" jurnallarında və qəzetlərdə müntəzəm çap edilir. Şerləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Dilsuz Qarayev
Dilsuz Məmmədağa oğlu Qarayev (23 dekabr 1990; Hindarx, Ağcabədi rayonu, Azərbaycan SSR – 3 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi. == Həyatı və hərbi xidməti == Dilsuz Qarayev 23 dekabr 1990-cı ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Gədəbəydə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 6 ay xidmət keçdikdən sonra gizir məktəbinə göndərilməsi üçün komandanlığa müraciət etmişdir. Gizir məktəbinə bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin giziri olmuşdur. Paytaxtda xidmət edən Dilsuz Qarayev ön xəttdə xidmət etmək üçün komandanlığa müraciət edir və o, ön xəttdə yerləşən "N" saylı hərbi hissələrdən birinə göndərilir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Dilsuz Qarayev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşdu. Dilsuz Qarayev 3 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.
Məhəmmədəmin Dilsuz
Məhəmməd Əmin Dilsuz (XIX əsr, Təbriz – XVIII əsr, Təbriz) — XIX əsr Azərbaycan şairi. == Həyatı == XIX əsrin məşhur şairlərindən olan Məhəmməd Əmin Dilsuzun həyat yolu, doğum və ölüm tarixi haqqında ətraflı məlumat yoxdur. F.Köçərlinin yazdığına görə 1834-cü ildə "hali-həyatda imiş və özü dəxi müsinn halında vəfat edibdir". "Ustad" ləqəbi ilə tanınan Dilsuz əsərlərini azərbaycan və fars dillərində yazmışdır. Onun divanı Təbrizdə dəfələrlə çap olunmuşdur. Şeirləri qəzəl, qəsidə, müxəmməs;, rübai, saqinamə, növhə və sinəzənlərdən ibarətdir.
Sonsuz dövr
Sonsuz dövr (ing. infinite loop, rus. бесконечный цикл, türk. sonsuz döngü) – semantik və ya məntiqi yanlışlıqlara görə normal şəkildə başa çata bilməyən dövr; həmçinin, qəsdən aşkar başaçatma şərti olmadan yazılmış, lakin kənar müdaxilə ilə başa çatdırılan dövr. Bax: LOOP, SIDE EFFECT. #include <stdio.h> main() { while(1) { printf("Infinite Loop\n"); } } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Make an infinite loop in several languages, on programming-idioms.org.
Sonsuz düyüm
Sonsuz düyüm və ya daimi düyüm xüsusilə Tibet, Monqolistan, Tıva, Kalmıkiya, Buryatiya kimi Tibet Buddizminin təsirə malik olduğu ərazilərdə mühüm mədəni simvoldur. == Mənası == Buddizmdə sonsuz düyüm kəsişərək düzbucaqlar əmələ gətirən xətlərdən ibarət qapalı, qrafik ornamentdir. Bu işarənin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir. Bu simvol əbədiyyəti mövcudluğun əsas reallığı olaraq göstərir. Xətlərin kəsişməsi bütün hadisələrin bir-birləri ilə səbəb və nəticə əlaqəsi kimi güclü bir əlaqə ilə bağlı olmasını təmsil edir. İşarədə heç bir boşluq olmadan bütün kompozisiyanın qapalı olması sadəliyin və tamamilə tarazlaşdırılmış ahəngdarlığının təsviri formasıdır.
Xovsuz xalça
Xovsuz xalçalar — toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palaz, cecim,ladı, kilim, şəddə, vərni, zili, sumax.
Xovsuz xalçalar
Xovsuz xalçalar — toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palaz, cecim,ladı, kilim, şəddə, vərni, zili, sumax.
Yulduz Cumabayeva
Yulduz Cumabayeva (22 aprel 1998) — Türkmənistanlı qadın ağır atlet. 48 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkmənistanı təmsil edir. Yulduz Cumabayeva İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.
Yulduz Usmanova
Yulduz Usmanova (12 dekabr 1963, Margilan, Fərqanə vilayəti) — Özbəkistan müğənnisi. Özbəkistan Respublikasının xalq artisti.
Yusif Yulduz
Yusif Yulduz (doğum adı: Yusif Seyfulla oğlu Əliyev; 4 avqust 1905, Bakı – 7 noyabr 1979, Bakı) — Azərbaycanın teatr və kino rejissoru və aktyoru. == Həyatı == Leninqrad Səhnə Sənəti İnstitunda rejissor və dram aktyoru fakültəsini bitirib (1923-1928). Peşəkar təhsil alan ilk azərbaycanlı.Azərbaycanda ilk tamaşası M.Qorkinin "Həyatın dibində" əsəri olub. Bakı, Tiflis və İrəvan teatrlarında rejissor kimi şöhrət qazanandan sonra 1936-1937-ci il teatr mövsümündə Naxçıvana dəvət alıb. Teatrda Mirzə İbrahimovun "Həyat", Cəfər Cabbarlının "Od gəlini", Uilyam Şekspirin "Otello" pyeslərinə monumental üslubda səhnə quruluşları verib. Jan Batist Molyerin "Cancur Səməd" komediyasını, Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" operettasını tamaşaya hazırlayıb. Sonralar -1955-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, rejissor, dublyaj rejissoru işləməyə başlayıb.Bir sıra filmlərdə aktyor kimi çəkilib. == Filmoqrafiya == Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-rol: kəndli Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: satıcı Bakıda küləklər əsir (film, 1974) Bir ailəlik bağ evi (film, 1978) Bizim küçə (film, 1961) Çardaş (film, 1973) Əhməd haradadır? (film, 1963) Foto "Fantaziya" (film, 1970) General (film, 1970) Hörmətli alim yoldaşlar (film, 1971) Xəzinə (film, 1970) Kölgələr sürünür (film, 1958) Qərib cinlər diyarında (film, 1977) Qəribə adamlar (film, 1978) Mən ki gözəl deyildim (film, 1968) Min birinci söz (film, 1997) Möcüzələr adası (film, 1963) O olmasın, bu olsun (film, 1956) O qızı tapın (film, 1970) Rəqiblər (1974) Romeo mənim qonşumdur (film, 1963) Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979) Şərikli çörək (film, 1969) Torpaq.
Boluz (Tikantəpə)
Boluz (fars. بلوز‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (30 ailə).
Yolçu Babazadə
Yolçu Bəhruz oğlu Babazadə (20 yanvar 2002; Qozlubulaq, Şəki rayonu, Azərbaycan — 7 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yolçu Babazadə 20 yanvar 2002-ci ildə Şəki rayonunun Qozlubulaq kəndində Bəhruz Babayevin və Xatirə Babayevanın ailəsində anadan olmuşdur. 2008-ci ildə Şəki rayon Qozlubulaq kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2019-cu ildə məktəbin 11-ci sinfini bitirmişdir. Subay idi. == Hərbi xidməti == Yolçu Babazadə 20 yanvar 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Beyləqanda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət qullluqçusu olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Yolçu Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Yolçu Babazadə 7 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Yolçu Əliyev
Yolçu Əliyev və ya Avarets (tam adı: Yolçu Əfi oğlu Əliyev; d. 5 noyabr 1964, Daşburun, Beyləqan rayonu, Azərbaycan SSR, SSRİ — ö. 27 iyul 2014, Ukrayna) — Donbass müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Yolçu Əliyev 1964-cü il mayın 11-də Beyləqan rayonun Daşburun kəndində anadan olub. === Donbass müharibəsi və döyüşlərdə iştirakı === Ukraynada "Ruslan" kimi tanınan Yolçu Əliyev, "Aydar" könüllülər batalyonunun kəşfiyyat bölüyündə xidmət edib. === Ölümü === 2014-cü il iyulun 27-də hərbi əməliyyat zamanı qəhrəmancasına həlak olub.
Yosun fermaları
Yosun fermaları və ya Dəniz fermaları — dəniz məhsullarından daha çox istifadə edən ölkələrdə yaradılır. Onlar dəniz məhsullarını yalnız okeandan ov etməklə deyil, xüsusi fermalardan da əldə edirlər. Belə fermalarda dəniz canlılarından başqa, dəniz bitkiləri də becərilir.Yosun fermalarının geniş inkişaf etdiyi ölkələr Yaponiya, Çin və Koreyadır. Əldə olunan yosunlar əsasən qida məhsulu kimi, həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunur.
Məhəmməd Əmin Dilsuz
Məhəmməd Əmin Dilsuz (XIX əsr, Təbriz – XVIII əsr, Təbriz) — XIX əsr Azərbaycan şairi. == Həyatı == XIX əsrin məşhur şairlərindən olan Məhəmməd Əmin Dilsuzun həyat yolu, doğum və ölüm tarixi haqqında ətraflı məlumat yoxdur. F.Köçərlinin yazdığına görə 1834-cü ildə "hali-həyatda imiş və özü dəxi müsinn halında vəfat edibdir". "Ustad" ləqəbi ilə tanınan Dilsuz əsərlərini azərbaycan və fars dillərində yazmışdır. Onun divanı Təbrizdə dəfələrlə çap olunmuşdur. Şeirləri qəzəl, qəsidə, müxəmməs;, rübai, saqinamə, növhə və sinəzənlərdən ibarətdir.
Sonsuz meymun teoremi
Sonsuz meymun teoremi — bir yazı makinasının düymələrinə sonsuz bir müddət boyunca təsadüfi şəkildə basan bir meymunun müəyyən bir mətni (məsələn Vilyam Şekspirin bütün əsərlərini) demək olar ki tam dəqiq olaraq yaza biləcəyini iddia edən riyaziyyat teoremidir. Burada "meymun" sözü həqiqi bir meymundansa, təsadüfi hərflərdən ibarət olan bir təsadüfi ardıcıllığı sonsuzadək davam etdirə bilən bir obyekti ifadə edir. Teorem çox böyük, amma sonlu bir ədəd xəyal edərək sonsuzluq haqqında fikir yürütmənin risklərinə diqqət çəkir. Bir meymunun Şekspirin Hamleti kimi bir əsəri tamamən eyni formada yaza bilmə ehtimalı o qədər kiçikdir ki, bu hadisənin kainatın yaşı miqdarında bir vaxtda həyata keçmə şansı çox azdır, amma sıfır deyildir. Teoremin çox və ya sonsuz sayda printer olan versiyaları olduğu kimi, hədəf mətnin böyüklüyü də bütün bir kitabxana ilə tək bir cümlə arasında da dəyişə bilir. Teoremin kökləri Aristotelin 'Yaranma və Dağılma' və Siseronun 'De natura deorum' adlı əsərləri ilə Blez Paskal və Conatan Sviftin düşüncələrinə əsaslanır. ..... Yazı yazan meymunlara olan xüsusi maraq televiziya, radio, musiqi və İnternetdəki bir çox misaldan görünə bilir. 2003-cü ildə altı kəkilli qara meymunla (Macaca nigra) bir sınaq həyata keçirilmişdir, lakin ortaya çıxmış kağız 'S' hərfinin üstünlük təşkil etdiyi beş səhifəlik bir yazı nümunəsi olmuşdur. == Həll == === Sübut === Teoremin olduqca başa düşülən bir sübutu vardır.
Yolunuz Uğurlu (1989)
== Məzmun == Film Yevlax şəhərindəki I saylı Şəhərlərarası Avtomobil Nəqliyyatı İdarəsinin fəaliyyətindən bəhs edir. == Film haqqında == Film Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: Hüseyn Ağayev Operator: Nemət Rzayev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Yoşua
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
Öksüz
Öksüz - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km şimal-qərbdə, Gürcüstan respublikası ilə həmsərhəddə yerləşir. Toponim qədim türk dilində «çay» mənasını bildirən öküz sözü əsasında formalaşmışdır. Bu söz həm də oquz, okus, oqus formasında qeyd edilir. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Darik qoyulmuşdur. == Əhalisi == Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və onlar ayrıca bir xalq kimi təqdim edilir. Kənddə 1886-cı ildə 62 nəfər, 1897-ci ildə 96 nəfər, 1908-ci ildə 153 nəfər, 1914 - cü ildə 176 nəfər azərbaycanlı yaşamışdır.
Dur yolçu heykəli
Türkiyə nin ən böyük heykəlidir.6 Avqust 2008-cı tarixdə Türkiyənin paytaxtı Ankarada(Polatlı ,Kartaltepe) Dur yolçu abidəsinin açılış mərasimi olmuşdur.Dur yolçu abidəsinin uzunluğu ümumilikdə 32 metrdir. Heykəl 22, postament isə 10 metrdir.Abidənin müəllifi akademik Sait Rüstem dir.
ASEAN yolu
ASEAN yolu (ing. ASEAN Way), Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının regional və rəsmi himni.
Appi yolu
Appi yolu (lat. Via Appia) – Romada ilk dəfə çaydaşı ilə döşənmiş yol (uz.təqr. 580 km, eni 4–4,5 m). E.ə. 312-ci ildə senzor Appi Klavdinin (adı da buradandır) dövründə salınmağa başlanmışdır. Appi yolu əvvəl Romadan Kapuya şəhərinədək (350 km), e.ə. 244-cü ildə isə Brundizi (indiki Brindizi) limanınadək uzanırdı. Romalılar mühüm ticari və strateji əhəmiyyətə malik Appi yolunu «yolların kraliçası» adlandırıdılar. Appi yolunun ən qədim sahəsində Roma patrisilərinin iqamətgahları, yol boyunca isə qəbirüstü abidələr, qurbangahlar, tanınmış şəxslərin, həmçinin Roma hərbi və dövlət xadimlərinin məqbərələri olmuşdur. Müqəddəs Pyotr ilə İsa Məsihin görüşdüyü yerdə “Domine Quo Vadis?” (“Hara gedirsən?”) erkən xristian bazilikası inşa edilmişdir.
Avtomobil yolu
Avtomobil yolu — avtomobillərin hərəkəti üçün salınan, yaxud uyğunlaşdırılan yol. Müasir avtomobil yolunda avtomobilin sürətli və intensiv hərəkəti təhlükəsiz, fasiləsiz və rahat olmaqla bərabər, yük və sərnişin daşınması ucuz başa gəlməlidir. == Tarixi == SSRİ-nin iqtisadiyyatdakı əhəmiyyətinə görə ittifaq, respublika, yerli (rayon və kənd) və müəyyən idarə tableyində avtomobil yolları var idi. Azərbaycanda olan ittifaq. respublika və vilayət əhəmiyyətli avtomobil yollarının hamısına Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin, yerli yollar isə rayon icraiyyə komitələrinin nəzarətində idi. Bundan əlavə, "Azərneft" birliyi tabeliyində olan avtomobil yolları da var idi. SSRİ-də avtomobil yolları beş texniki dərəcəyə bölünürdü. Dərəcə bütün yol boyu və ya onun ayrı-ayrı hissələrində perspektiv (10–20 ildən sonra) orta gündəlik hərəkət intensivliyinə görə təyin edilirdi. Hərəkətin orta gündəlik intensivliyi (hər iki istiqamətdə) 7 min avtomobildən ço olduqda yol I dərəcəli, 3 mindən 7 minədək II dərəcəli, 1,000-dən 3 minədək III dərəcəli, 200-dən 1,000-dək IV dərəcəli və 200-dən az olduqda V dərəcəli adlanırdı. == İnşaatı == Yolun texniki normativləri (hərəkətin hesablanma sürəti, hərəkət zolaqlarının sayı, genişliyi, yol çiyinlərinin eni, üfüqi və şaquli əyrilərin ən kiçik radiusları, ən böyük uzunluq mailliyi, ən kiçik görmə məsafəsi, yol örtüyünün tipi və s.) onun texniki dərəcəsinə əsasən inşaat normaları üzrə müəyyənləşdirilir.
Yoşua Şin
Yoşua Şin (20 iyun 1993) — Vanuatunu təmsil edən stolüstü tennisçi. == Karyerası == Yoşua Şin Vanuatunu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub. Daha sonra Yoşua Şin Vanuatunu 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Yoşua əməliyyatı
Yoşua əməliyyatı, həmçinin Şeba əməliyyatı kimi də tanınır — 1985-ci ildə Sudanda yerləşən qaçqın düşərgələrindən efiopiyalı yəhudilərin İsrailə evakuasiya edilmə əməliyyatı. Efiopiya yəhudiləri, ölkələrindəki ağır aclıqdan Sudan qaçqın düşərgələrinə üz tutmağa məcbur qaldılar. İsrail qüvvələrin 21 noyabr 1984-cü ildən 5 yanvar 1985-ci ilədək keçirtdiyi Musa əməliyyatı nəticəsində 8000 nəfəri İsrailə çatdırıldı, ancaq məlumat mətbuata sızandan sonra müsəlman ölkələrindən təzyiqlər yaranmağa başlandı və Sudan növbəti uçuşları dayandırdı. Amerika Birləşmiş Ştatlarının 100 senatorunun hamısı Prezident Ronald Reyqana evakuasiyanın yenidən davam etdirilməsi üçün gizli ərizə imzaladılar. Ardından Vitse-prezident Corc Herbert Buş Yoşua adlı əməliyyatı təşkil elədi. 22 mart 1985-ci ildə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-130 Hercules nəqliyyat təyyarəsi Əl Qadarif şəhərinin yaxınlığında eniş etdi. "təqribən 500", "500-dən çox" və ya "təxminən 650" yəhudi köçürüldü və İsrailin cənubundakı Uvda aviabazasına daşındı. == Ədəbiyyat == Mitchell G. Bard, From Tragedy to Triumph: The Politics Behind the Rescue of Ethiopian Jewry, 2002, ISBN 978-0-275-97000-0, p.
Adam Uolşun qətli
Adam Uolşun qətli (ing. Adam Walsh; d. 14 noyabr 1974-cü il, Florida ştatı, Hollivud — ö. 27 iyul 1981-ci il, Florida ştatı, St. Lucie qraflığı) — 27 iyul 1981-ci ildə Florida ştatı, Hollivudda yerləşən Hollivud ticarət mərkəzindəki "Sears" mağazasından oğurlanan amerikalı uşaq. Onun kəsilmiş başı iki həftə sonra tapıldı. Adamın ölümü dövlət səviyyəsində rezonans doğurdu. Onun atası Con Uolş zorakı cinayət qurbanlarının vəkili oldu və "America’s Most Wanted" televiziya proqramını təşkil etdi. == Qətlin araşdırılması və nəticələri == Məhkəmə həkimləri Adamın ölümünün boğulma olduğunu və cəsədin tanınmasını çətinləşdirmək məqsədi ilə oğlanın başının kəsildiyini müəyyən etdilər. Bir müddət Adam Uolşun qətlində Ceffri Damer şübhəli oldu.