Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eski Yurt
Eski Yurt (krımtat. Eski Yurt, ukr. Ескі-Юрт) — Krımın cənub-qərbində qəsəbə. Son məlumatlara görə kənd Podqorodno kəndinin inzibati ərazisinə daxildir. Tarixən Baxçasaray şəhərinin qərb hissələrinə aid idi. Kəndin adı Krım-tatar dilində köhnə yer, kənd deməkdir. == Ümumi məlumat == Qızıl Orda dövründə Eski Yurt, Xerson və Kalamita limanlarından Krım yarımadasının daxili hissəsinə qədər ticarət yolunun üzərində yerləşirdi və böyük önəmə malik idi. Qəsəbənin ölçüsü haqqında elə Krımın qərb hissəsindəki ən böyük və ən qədim müsəlman qəbiristanlığının miqyası məlumat verir. Yaşayış məntəqəsi 1441-ci ildə müstəqil bir dövlət olaraq qurulan Krım xanlığı tarixində belə qorunub saxlanmışdır. Məhs 1532-ci ildə Bağçasaray şəhərinin əsası qoyulduqdan sonra kənd özünün əvvəlki iqtisadi və inzibati statusuni itirdi.
Naji-Yurt
Naji-Yurt (çeç. Нажи-Юрт) — Çeçenistan Respublikası, Naji-Yurt rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Naji-Yurt rayonunun və Naji-Yurt kənd sovetliyinin mərkəzidir. Naji-Yurt kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Çeçenistan Respublikasının şərqində, yamansu çayının sahilində, Qroznı şəhərindən 90 km cənub-şərqdə, Xasavyurtdan km cənub-qərbdə yerləşir. yaınlıqda yerləşən yaşayış məntəqələri: şimalda — Balansu və Yamansu kəndləri; şimal-şərqdə — Çapayevo və Novolak kəndləri; cənub-şərqdə — Çurç-İrzu kəndi; cənubda — Biltı və Mexkeştı kəndləri; cənub-qərbdə — İşxoy-Xutor, Roqun-Kaja və Ayti-Moxk kəndləri; qərbdə — Betti-Moxk kəndi; şimal-qərbdə — Yeni Zamay-Yurt kəndi. Dağların oynunda yerləşən kənd demək olar ki, hərtərəfdən meşələrlə əhatələnmişdir. Yamansu çayı kəndin mərkəzindən keçərən onu iki hissəyə bölür. == Etimologiya == Kəndi adı Nojay — «palıd» və yurd — «kənd» sözlərinin birləşməsindən ortaya çıxmışdır. «Palıd yolunda kən» anlamındadır.
Tolstoy-Yurt
Tolstoy-Yurt (çeçen. Девкар-Эвла) kəndi Çeçenistan Respublikasının Qroznı rayonunda yerləşir. Tolstoy-Yurt kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. Tolstoy-Yurt kəndində, Qroznı bələdiyyəsinin idarəsi yerləşir, mahalın inzibati mərkəzi Qroznı şəhəridir. == Coğrafiya == Kənd Qroznı şəhərindən 12 km şimal-şərqdə Terski silsiləsinin şimal ətəyində yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda Nikolayev kəndi və Naberejnıy kəndi, şimal-şərqdə Vinoqradnoye kəndi, cənub-şərqdə Petropavlovskaya kəndi, cənubda Qoryaçeistoçnenskaya kəndi, cənub-qərbdə Alxan-Çurt kəndi (Qroznı şəhərinin bir hissəsi) ) və şimal-qərbdə - Pravoberejnoye kəndidir. == Tarix == "ЭСБЕ"-yə görə, Tolstoy-Yurt (Köhnə Yurt) kəndi 1705-ci ildə qurulmuşdur. Rusiya imperiyasının bir hissəsi olaraq, Terek bölgəsinin Qroznı şöbəsinə aid idi. 1934-cü il avqustun 1-nə qədər Köhnə Yurt kəndi Nadterek rayonunun tərkibində idi. 1 Avqust 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Çeçen-İnquş Muxtar Vilayətinin Qroznı şəhərində, o cümlədən sərhədləri daxilində yeni bir Qroznı bölgəsi yaratmaq qərarına gəldi.
Yufu dağı
Yufu dağı (由布岳, Yufudake) – Yaponiyanın Oyta prefekturasında, Yufu və Beppu şəhərləri arasında yerləşən stratovulkan. Yufu dağı stratovulkandır. İki zirvəsi var: Hiqaşi-mine (Şərq zirvəsi) və Nişi-mine (Qərb zirvəsi). Hiqaşi-mine Nişi-minedən təxminən 10 metr hündürdür. Dağa çatmaq üçün ən populyar marşrut Kamenoi Bus ilə Yufu Tozanquçi avtobus dayanacağından başlayır. Yol 2 saat yarımlıqdır. Digər marşrutlar Yufu şəhərindən və Hiqqşi Tozanquçi avtobus dayanacağından başlayır. == Qalereya == == Xarici keçidlər == Vikianbarda Yufu dağı ilə əlaqəli mediafayllar var.
Əhməd-Yurt
Əhməd-Yurt (çeç. Ахмат-Юрт, Хоси-Юрт) — Çeçenistan Respublikasının Kurçaloyevski rayonu ərazisində yerləşən kənd. Axmat-Yurt kənd inzibati vahidliyinin mərkəzi. == Coğrafiyası == Kənd Miçik çayının hər iki sahilində, rayon mərkəzindən 15 km şimal-şərqdə və Qroznı şəhərindən isə 52 km cənub-şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda — Oisxara kəndi və Yuxarı Noyber kəndi, şərqdə Alleroy kəndi, cənubda Qansolçu kəndi, şimal-qərbdə İlasxan-Yurt kəndi, cənub-qərbdə Ciqurtı kəndi, qərbdə Baçı-Yurt kəndi. == Tarix == === Qurulması === Kəndin qurucusu 18-ci əsrdə Oysxara kəndini quran Sontaroyevtlərin nəslindən olan Xosa Umaxanovdur. === Qafqaz müharibəsi === İmam Şamilin rəhbərliyi altında 1840-cı ildə Çeçenlərin ümumi üsyanı zamanı, Oysxara da daxil olmaqla, Kaçkalıq silsiləsinin şimal yamacında yerləşən kəndlərdə yaşayan çeçenlər, Miçik naibliyinin naibi Şuayba-mulla Sontaroyevskinin əmrinə tabe idilər. === 1944-cü ildə === 1944–1958-ci illərdə Çeçenlərin və İnquşların deportasiyasından və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvindən sonra kənd Krasnoarmeyskoe adlanır və Dağıstanın Levaşi rayonundan olan insanlar tərəfindən məskunlaşdırılır. Vəziyyətə görə Xosa Umaxanov 1877-ci ilin yanvarında qurulan Çeçen Süvari Alayı sıralarına daxil olur. 12 aprel 1877-ci ildə Rus-Türk müharibəsi başlayır və Çeçen Süvari Alayı Şərq Cəbhəsinə köçürülür.
Naji-Yurt rayonu
Naji-Yurt rayonu (Çeçen. Нажи-Йуьртан кӀошт) — Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Naji-Yurt kəndidir. == Coğrafiya == Naji-Yurt bələdiyyə rayonu, Çeçenistanın şərq hissəsində, dağətəkdən dağa keçid zonasında yerləşir. Şərqdən və cənubdan Dağıstanla, şimaldan Qudermes bölgəsi ilə, qərbdən Vedeno və Kurçaloyevski rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 628.93 km² -dir. İqlimi mülayimdir, orta illik yağıntı təxminən 500 mm-dir. == Tarixi == Naji-Yurt rayonu, Çeçen regional icra komitəsinin 30 mart 1923-cü il tarixli qərarı ilə Vedeno rayonunun keçmiş 2-ci hissəsindən yaranmışdır. 14 sentyabr 1925-ci ildə Nojai-Yurt mahalı Yassinski adlandırıldı; həmin il oktyabrın 3-də Yassinski rayonu Sayasanovski adlandırıldı. 8 Mart 1926-cı il Sayasanovski rayonu yenidən Naji-Yurt rayonu adlandırıldı.
Təzəkənd-i Yəft (Hurand)
Təzəkənd-i Yəft (fars. تازه كنديافت‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (8 ailə).
Bufo bufo
Adi quru qurbağası (lat. Bufo bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. == Statusu == Azərbaycanda adi quru qurbağasının Bufo bufo verucosissima (Pallas,1813) yarımnövü yayılmışdır. Lənkəran rayonunda və Böyük Qafqazın cənub ətəklərində təsadüf edilir. == Yaşayış yeri == Meşə kənarlarındakı çəmənliklərdə, çoxalma dövründə isə meşə kənarındakı gölməçələrdə təsadüf edilir. == Sayı == Çoxalma zamanı optimal şəraitdə 1 km marşruta 3-4 fərd düşür. 1989-cu ildə Zaqatala rayonunun Qəbizdərə kəndinin yaxınlığındakı gölməçədə 100 m-lik sahil zolağında 30-40 fərd hesablanmışdır. == Çoxalması == Mayalanma xaricidir. Cütləşmə 4-12 (hərdən daha çox) saat davam edir. Kürütökmə 7-10 gün ərzində gedir.
Baft
Baft— İranın Kirman ostanının şəhərlərindən və Baft şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 35,008 nəfər və 8,265 ailədən ibarət idi.
Bufo
Quru qurbağası (lat. Bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinə aid heyvan cinsi.
Cift
Cift (lat. Placenta) — süngərəbənzər, yumuşaq, qan ilə dolu disk şəklində olan, uşaqlığın selikli qişasına bitişmiş; 15-20 sm, qalınlığı mərkəzi hissəsində 3 sm və vəzni 500 q olan bir üzvdür. Cift dölə baxan və uşaqlıq divarına bitişik iki səthə malikdir. Dölə baxan səthi basıq və hamardır özüdə su qişası ilə örtülmüşdür. Bunun ortasından göbək ciyəsi — lat. funiculus umbilicalis başlanır. Ciftin uşaqlıq divarına bitişik səthi qabarıqdır və dərin şırımlar vasitəsilə bir çox paycıqlara (lat. cotyledones) bölünmüşdür.
Duat
Duat (qibt. Amenthes) Qədim Misir mifologiyasında axirət dünyası. Qədim padşahlıq dövründə Duatın baş tanrısı Anubis sayılırdı, sonrakı dövrlərdə isə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir. == Dəfn mərasimi == Qədim misirlilər hesab edirdilər ki, insanın ömürü başa çatdıqdan sonra Ba quşu (ruhu) onu tərk etməsi ilə ölüm yetişir. Mumiyalaşdırıldıqdan 70 gündən sonra cəsəd ölməzliyə qovuşmaq üçün emalatxanadan məzara kötürülərək Duata yola salınır. Qədim Misir mifologiyasında məhz 70 gün ərzində İsida, Neftida və Anubis böyük tanrı Osirisin parçalanmış hissələrini taparaq bərpa etmişlər. 70 gün ərzində ölüyə yas tutulur, ağlanılır, qadınlar başlarına kül tökərək ağlaşma qururlar. Cəsəd balzamlanmaq üçün emalatxanaya gətirilir. Burada mumiyalama işi beş nəfər tərəfindən həyata keçirilir. Onların başçısı Anubis maskası geyinir.
Dust
Dust — toz halında olan pestisid. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Kufə
Kufə, (Ərəbcə: الكوفة əl Kufə) — İraqda şəhər, Bağdadın 170 km cənubunda, Nəcəfin 10 km şimal-şərqində yerləşir. Fərat çayı kənarındadır. 2003-cü il məlumatına görə əhalisi 110.000 nəfərdir. Əli bin Əbu Talib dönəmində xilafətin mərkəzi idi. Paytaxt olduğu müddətdə mədəni təbəqəsi və müasir dövrdə Şiə Müsəlmanlardan ibarət idi. Nəcəf və Kufə şəhərləri bir-birlərinə çox yaxındırlar və bu səbəbdən onları iki ayrı şəhər hesblamaq olmur.Muxtar Seqefinin İmam Hüseyn İbn Əli uğrunda qaldırdığı üsyan bu şəhərdə olub.
Kurt
Kurt — ad. Kurt Hödel — Avstriya əsilli Amerikan Kurt Sprengel — alman botaniki, həkim və filoloq. Kurt Kobeyn — musiqiçi, bəstəkar. Kurt Kalleya — Maltalı müğənni. Kurt Marti — İsveçrəli teoloq və şair.
Lift
Lift (ing. lift — qaldırmaq) — ya da asansor şaquli yerdəyişmələr üçün istifadə olunan nəqliyyat vasitəsi. == Etimologiya == Lift sözü fransızca "ascenseur" sözündən götürülmüşdür. Ascenseur mexaniki yüksəliş cihazı deməkdir. Bu sözü ilk işlədən şəxsin 1867-ci ildə Léon Edoux olduğu bildirilir.. 19-cu əsrdə bəzi mədən və fabriklərdə kömür və lazımi materialların daşınması üçün yük liftlərindən istifadə olunurdu. İnsanların təhlükəsizliyinə təhlükə yaratmayan ilk liftlər 19-cu əsrin ortalarında tikilmişdir. Bu dövrə qədər şəhərlərdəki binalar insanların pilləkənlərlə qalxa biləcəyi hündürlükdə, ən çoxu beş-altı mərtəbədə tikilirdi. Bu təhlükəsiz liftlər buxarla işləyirdi. Bu liftlərdə buxar mühərriki tambur fırlanırdı və liftin kabinəsini çəkən kəndir, makaralı balıqçı çubuqlarında olduğu kimi bu barabana sarılırdı.
Lyft
Lyft — istifadəçilərə veb sayt və ya mobil tətbiqetmə vasitəsi ilə xidmətlə işləyən sürücüləri tapmağa və uyğun qiymətə səyahət etmək imkanı təqdim edən şirkət. 2012-ci ildən bəri "Sizin avtomobilli dostunuz" sloqanından istifadə etməkdədir. Şirkət məlumatlarına görə, Lyft xidməti ənənəvi taksilərdən 30% daha az xərclə avtomobil ilə səyahət etmək imkanı verir. Lyft ilə işləyən sürücülər avtomobillərini tampon üzərində çəhrayı bığ şəklində kürklü maskotla qeyd edirlər.2014-cü ilin aprel ayından etibarən Lyft şirkəti, San-Fransisko, Los-Anceles, San-Dieqo, Sakramento, Sitl, Çikaqo, Nyu-York, Vaşinqton, Boston, Denver, Dallas, Atlanta , Baltimor, Finiks, Minneapolis, Sent-Luiz, İndianapolis, Pittsburq kimi böyük şəhərlər də daxil olmaqla ABŞ-nin 60 şəhərində xidmət göstərir. == İcmal == İstifadəçilər Lyft mobil tətbiqini smartfonlarına yükləməli, qeydiyyatdan keçməli, etibarlı bir telefon nömrəsi və bir ödəmə forması (kredit kartı, Lyft hədiyyə kartı və ya Apple Pay, Google Wallet və ya PayPal hesabı) daxil etməlidirlər. Səfər başa çatdıqdan sonra ödəniş mənbəyindən vəsait çıxılır. === Avtomobil gedişləri === Hesabları yaradıldıqdan sonra, sərnişinlər yaxınlıqdakı bir sürücünü çağıra bilər. Sifariş sürücü tərəfindən qəbul edildikdən sonra tətbiqdə sürücünün adı, keçmiş sərnişinlərin reytinqləri, sürücünün və avtomobilin şəkilləri göstərilir. Həmçinin, sərnişinlər səyahət zamanı profillərinə şəxsi məlumatlar əlavə edə bilərlər. Gediş başa çatdıqdan sonra istər nəğdi istər seçilmiş ödəniş mənbəyi istifadə olunaraq ödəniş edilə bilər.
Mufta
Mufta — bir-birinə nisbətən oxboyu fırlanan vallar, çarxlar və ya başqa fırlanan hissələr arasında daimi və ya müvəqqəti ötürmə yaratmaq və bununla bir tərəfdən digər tərəfə qüvvə ötürmək üçün birləşmə qurğusudur. Muftaların sinifləşdirilməsi üçün birləşmənin işə salınması növü əsas götürülür. Birinci halda ayrılmayan muftalardan istifadə edilir. Fırlanan hissələri tez-tez birləşdirmək və ya ayırmaq üçün ayrılıb-qoşulabilən muftaların tətbiqi əlverişlidir. Ayrılabilməyənlər sərt və elastiki olaraq iki qrupa bölünürlər. Sərt muftalar bir-birinə nisbətən dəqiq fırlanan vallarda tətbiq olunur. Bunlar kinematik və sürtünmə ilişməsinə ayrılırlar. Elastiki muftalarla birləşmiş valların fırlanma dəqiqliyi aşağı olur. İlişmə yaranan xətalardan asılı olaraq eninə, uzununa, bucaq və dönmə istiqamətlərində elastiki olanlara bölünür. Həm də müxtəlif elastikli muftaları kombinasiya etmək olar.
Must
Must - tam yetişmiş üzümdən alınan təzə sıxılmış təbii üzüm şirəsidir. == Hazırlanma qaydası == Must Üzüm Avropa və hibrid sortlarından hazırlanır. Must əsasən üzüm şirəsi kimi hazırlanır, lakin şəffaflaşdırılmır, təzə halda içilir və ya pasterizə edilib, izotermiki çənlərə tökülür. Ev şəraitində tutumu 3-5 l olan termoslara tökmək olar. Uzun müddət saxlanılmır. Must desert içki kimi süfrəyə verilir. Müalicəvi qidalanmada geniş tətbiq edilir. Mustun rəngi və dadı yaxşı hiss olunmalı və hazırlandığı üzümün sortuna uyğun gəlməlidir. Kütləyə görə quru maddədən 14%-dən az, turşuluğu 1,0%-dən çox olmalıdır.
Neft
Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir.
Kult
Kult — adətən xarizmatik olan və öz-özünü təyin etmiş, deviant sayılan, cəmiyyət normalarından kənarda bir sıra hərəkətlərə və təcrübələrə sarsılmaz sədaqət tələb edərək üzvlərinə hədsiz dərəcədə nəzarət edən rəhbəri olan nisbətən kiçik qrup üçün nəzərdə tutulmuş, bəziləri tərəfindən alçaldıcı hesab edilən termin. Bu termin həmçinin, onun qeyri-adi dini, mənəvi və ya fəlsəfi inancları və ritualları, yaxud konkret şəxsiyyət, obyekt və ya məqsədə ümumi marağı ilə müəyyən edilən yeni dini hərəkat və ya digər sosial qruplar üçün istifadə olunur.
Nutt.
Tomas Nattol (ing. Thomas Nuttall, 5 yanvar 1786, Long-Preston — 10 sentyabr 1859, Sent-Helens, Lankaşir, İngiltərə) — İngiltərə botaniki və zooloqu. 1808–1841-ci illərdə ABŞ-də yaşayıb. == Həmçinin bax == == Əsərləri == The genera of North American plants, and a catalogue of the species, to the year 1817. By Thomas Nuttall, Philadelphia: Printed for the author by D. Heartt, 1818 (ing.) Доступно на сайте Botanicus New genera and species of plants, 1840 (ing.) The North American sylva, 1842–1849 (ing.). == Ədəbiyyat == Graustein, Jeannette E. 1967. Thomas Nuttall, Naturalist: Explorations in America, 1808–1841. Harvard Univ. Press, Cambridge, MA (ing.) Richard and Barbara Mearns. Audubon to Xantus — ISBN 0-12-487423-1 (ing.) Francis W. Pennell (1936).
Puff
Puff internetdə senzuradan yayınma aləti olub, istifadəçiləri internetə proksi serverlər vasitəsilə bağlayır. Bununla "Puff" həmin ərazidə filtrasiya səbəbindən daxil olmaq mümkün olmayan məlumatlara giriş verir, buna görə də o, qoruyucu divar və digər internet filtrasiya formaları qarşısında aciz qalan insanlar üçün əla vasitə sayılır.
Rift
Rift (ing. rift) — çat, qırılma) — bir neçə yüz km məsafəyə (çox vaxt 1000 km-dən çox) xətti uzanan dərinlik mənşəli yarıqvari və ya yarğanvari struktur. Bir çox qitə və okean riftlərinin eni 30–70 km ölçülür. Eyni zamanda, çox dar (5–20 km, məsələn: Ölü dəniz) və çox enli (200–400 km, məsələn: Qırmızı dəniz) riftlər də məlumdur. Rift təsvirini Qreqori (1921) Şərq Afrika qrabenlər sistemi timsalında vermişdir. Rift adətən dar gərilmə zonası əmələ gətirir və vulkanizmlə səciyyələnir. Rift vulkanizmində qələvi süxurların əsasi tərkibli növləri (olivinli bazaltlar, analsimli bazaltlar, pikritlər) üstünlük təşkil edir, turş süxurlar (fonolitlər, traxitlər) isə məhdud yayılır. Rift növləri: 1) qitədaxili — Yer qabığının ilkin zəifləmiş zonaları boyu uzanan riftlər (məsələn: Şərq Afrika rift sistemi); 2) qitələrarası — qitə qabığının olmadığı zonalarda inkişaf edən (məsələn: Qırmızı dəniz və Ədən körfəzi) riftləri; 3) okeandaxili — okeanqabıqlı dar rift dərələri aralıq okean silsilələri və ya georiftogenallar. Riftlərin əmələ gəlməsi haqqında bir neçə fərziyyə vardır: 1) blokların diferensiasion hərəkəti nəticəsində; 2) aralanma — qaymaların horizontal yerdəyişməsi nəticəsində; 3) ikimərhələli (hər iki fərziyyəni birləşdirir): başlanğıc mərhələdə tağ qalxması baş verir, gərilmə qüvvələrinin təsirindən tağın mərkəzi hissəsi uçur və sonrakı mərhələdə qaymalar riftdən bir və ya iki tərəfə aralanır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Nuxt
Nuxt.js — Vue.js, Node.js, Webpack və Babel.js-a əsaslanan pulsuz və açıq mənbəli veb tətbiqetməsidir. Proqram "universal tətbiqlər üçün meta-çərçivə" kimi reklam olunur. Universal termini burada çərçivənin məqsədi istifadəçilərə tanış Vue.js vahid fayl komponent sistemindən istifadə edərək JavaScript-də veb görünüşləri yaratmağa imkan vermək mənasında istifadə olunur və həm brauzerdə vahid səhifə tətbiqi kimi işləyə bilər. Bundan əlavə, proqram istifadəçilərə məzmunu və ya onun hissələrini, serverdə əvvəlcədən göstərilən və statik sayt generatorları şəklində xidmət göstərməyə imkan verir.
Küfr
Küfr (ərəb. الكفر‎) — Qurani-Kərim və hədislərdə çox geniş yer verilmiş terminlərdən biri də küfr kəlməsidir. Bu termin Allahı (c.c.) və Rəsulu Muhəmməd sallallahu əleyhi və səlləmin gətirdiyi şəriətinə inanmamaq və ya şəriətdə hər hansı bir şeyi inkar etməkdir. İslam alimlərinin imanın mahiyyəti haqqında irəli sürdükləri fərqli görüşlərindən dolayı küfrün də mahiyyəti haqqında da fərqli görüşlər ortaya qoyublar. Küfür lüğətdə örtmək, gizləmək, nankorluq etmək kimi mənaları ifadə edir. == Termin mənası == Hz. Peyğəmbəri Allahdan gətirdiyi şeylərdə yalanlayıb, təvatur yolu ilə bizə gəlib çatan dinin əsaslarından birini və ya bir neçəsini inkar etmək deməkdir. Qurani-Kərimdə k-f-r kökündən yaranan küfür kəlməsi qırx bir dəfə amma bu kökdən olan feil və ismlər bir çox ayələrdə istifadə olunmuşdur. Həmçinin Quranda “ cəhd (bilərək inkar etmək), işraq (şərik qoşmaq) və təkzib (yalançı qəbul etmək)” kəlmələridə küfr mənasında istifadə olunmuşdur. Bunlardan əlavə “Tuğyan (həddi aşmaq), zülm (haqsızlıq etmək), ism ( günah işləmək) və fisq (haq yoldan ayrılmaq) kəlmələrinə də küfr və inanmayanları bildirmək üçün yer verilmişdir.
Küftə
Küftə - Azərbaycan mətbəxinin önəmli yeməklərindən biridir. Çəkilmiş ətin qarışıq tərkiblə bişirilmiş halıdır və çox növləri vardır. Ən çox məşhur olanları Küftə-bozbaş, Təbriz küftəsi, Rizə küftə və Tava küftəsidir.
Müfti
Müfti (ərəbcə مفتى) - dini məhkəmə sistemində vəzifəli şəxsdir; qazilərin iş təcrübəsindəki oxşar hadisələrdən istifadə edərək müxtəlif dini-hüquqi məsələlər barəsində qərarlar çıxarır (fətva verir). Hazırda hər bir müsəlman dövlətində ölkənin baş müftisi vardır. Əslində o, icmanın başçısıdır, çox böyük nüfuza malikdir və istər dövlət proqramlarına dair (onların dini cəhətlərinə dair), istərsə də sırf dini məsələlərə dair (məsələn, dini bayramların və orucluğun başlanması vaxtı haqqında) qərarlar qəbul edir. Yeni və ən yeni dövrlərdə dünyəvi hakimiyyət orqanlarının və müsəlman ölkələrinin geniş əhali kütlələrinin bir çox məişət yeniliklərinə, iqtisadi və siyasi yeniliklərə münasibəti müftilərin qərarından asılı olmuş və asılıdır.
Çufa
Yeməli topalaq (lat. Cyperus esculentus) — topalaq cinsinə aid bitki növü.
Büst
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.