Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toydaş dağı
Toydaş dağı – Вabək rayonu ərazisində dağ (hünd. 1312,7 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin suayırıcısında zirvə. Sirabçayın sağ sahilində, Sirab kəndindən 1,3 km şimal-şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit və kvarslı andezit tərkibli ekstruziv günbəzdir. Cənub-qərb və şimal-şərq yamaclarında iki daha kiçik, eynitərkibli maqmatik kütlə açılır, həmçinin şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulmaları izlənilir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında müşahidə edilən Sirab sinklinalını şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik fay qırılmasının yatan qanadında yerləşir. Konusvari formadadır, subvulkandır.
Yurdda Sülh Şurası
Vətəndə Sülh Şurası (türk. Yurtta Sulh Konseyi) — 15 iyul 2016-cı ildən 16 iyul 2016-cı il tarixinə keçən gecə 65-ci Türkiyə hökumətinə qarşı uğursuz çevrilişə cəhd edən xunta. Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli rəhbərliyi komandanlıqdan kənar fəaliyyət göstərən Vətəndə Sülh Şurasının formalaşmasında iştirak etməsə də, onu Məhərrəm Kösə, Mehmet Oğuz Ağquş, Erkan Ağır və Doğan Uysal idarə etdiyi iddia olunmuşdur. Çevriliş və şuranın əsas məsul şəxsinin YAŞ üzvü general Axın Öztürk olduğu iddia edilmişdir. Həmçinin, təşkilatın Gülən hərəkatı ilə əlaqəli olduğu da iddia edilmişdir. Tijen Karaşın TRT ekranlarında oxuduğu çevriliş bəyanatı ilə ictimaiyyət ilk dəfə şuranın varlığından xəbər tutmuşdur. Ankara Respublika Baş Prokurorluğunun Baş Qərargahda çevriliş cəhdi ilə bağlı hazırladığı çətir ittihamnaməsində Vətəndə Sülh Şurasının 38 üzvdən ibarət olduğu iddia edilmişdir.
Sultanlıq soydan gəlir (kitab)
Yurdda sülh, cahanda sülh
Yurdda sülh, cahanda sülh! (türk. Yurtta sulh, cihanda sulh) — şüarı Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürk 20 aprel 1931-ci ildə Anadolu turları zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını tələffüz edib. Bu şüar sonradan Türkiyə Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 20 aprel 1931-ci ildə Anadolu səfəri zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını səsləndirmişdir. Əslində şüarın cümləsi genişdir. Atatürk nitqində "Hesab edirəm ki, Cümhuriyyət Xalq Partiyasının qəti ümumi siyasətini ifadə etmək üçün aşağıdakı qısa cümlə kifayətdir: Yurdda sülh, cahanda sülh üçün çalışırıq".
Göydaş
Göydaş (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Göydaş (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.
Göydaş (Çaroymaq)
Göydaş (fars. ‎‎‎‎‎گوي داش‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (34 ailə).
Göydaş (Duzluca)
Göydaş — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Qurddağ
Qurddağ — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyinin şimal-şərq hissəsində yerləşir (hünd. 1319,0 m). Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin suayırıcısında zirvə. Tirəni eninə kəsən Sirabçayla Qahabçayın arasında, Sirab kəndindən 3 km şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit və kvarslı andezit tərkibli ekstruziv günbəzdir. Cənub-qərb yamaclarında iki daha kiçik eynitərkibli maqmatik kütlə açılır, həmçinin şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulmaları izlənilir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında müşahidə edilən Sirab sinklinalını şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik fay qırılmasının yatan qanadında yerləşir.
Surudaş
Surudaş — Tiflis quberniyasının Borçalı qəzasında qaya. Qarabağ tarixçisi Mir Mehdi Xəzani bu qayanın adını "Sürüdaş" kimi qeyd etmişdir. Türk dillərində suri "konusvari, ucu şiş" və daş (qaya) sözlərindəndir. E.ə.714-cü ilə aid assur mənbəyində Manna ərazisində Surikaş (suru və türk dillərində kaş "dağın qaşı" sözlərindən), Cənubi Azərbaycanda Süleymaniyyə yaxınlığında Suridaş, Balakən rayonunda Soorqaş dağ adları ilə mənaca eynidir. Şimali Qafqazda Kuban əyalətində Suruçay adı ilə mənaca eynidir.
Qoydan
Qoydan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 68 nəfər, 35 kişi, 33 qadındir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.
Saldaş
Saldaş — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Saldaş kəndi Hərtiz dağının cənub-qərbində, dağətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər sofülu tayfasına məxsus qışlaq yeri olmuş və Saldaşlıq adlanmışdır. Sonralar yaşayış məntəqəsinə çevrilən qışlaq Saldaş kimi rəsmiləşdirilmişdir.
Soylan
Əzizbəyov, Vayk, Soylan — Ermənistanda şəhər. Paşalı rayonunun inzibati mərkəzi.
Soylar
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Sığdaş
Sığdaş — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kəndi Böyük Kolatan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sığdaş kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Sığdaş kəndinin ərazisindən 40,60 ha (bundan bələdiyyə mülkiyyətində olan 4,0 ha və xüsusi mülkiyyətdə olan 36,60 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. Oykonim sığ (talış, “daş”) və daş sözlərindən düzəlib, oradakı çınqıl daşlarının olması ilə bağlı yaranmışdır. Bəzi tədqiqatçılara görə, oykonimin ikinci komponenti fars dilindəki “dəşt” (çöl, biyaban, düz) sözünün qısaldılmış formasıdır. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində toplam 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişilər, 134 nəfəri qadınlar) şiə təriqətli müsəlman əhali yaşayırdı. Viləşçay sahilində yerləşən Sığdaş kəndi həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi. Yeni salınmış kiçik kənd olan Qodman öz adını sahilində yerləşdiyi Qodman çayından almışdır. Hazırda kənd əhalisinin sayı 1505 nəfərdir.
Yoldaş
Yoldaş (qəzet) Yoldaş (qəzet, Azərbaycan) — Azərbaycanda qəzet. Yoldaş (qəzet, Dağıstan) — Dağıstanda qəzet. Yoldaş (Uçalı) — Yoldaş (Avurğazı) — Başqırdıstan Respublikasının Auırqazı rayonunda yerləşən kənd. İki Yoldaş adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İki yoldaş (film, 1934) — Rejissor Aleksandr Makovskinin filmi. Üç yoldaş (roman) — Erix Mariya Remark tərəfindən 1937-ci ildə yazılmış roman.
Soyadı
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Turdaş
Turdaş — Rumıniyada neolit dövrünə aid arxeoloji mədəniyyət. Tapıldığı eyni adlı kəndin adı ilə adlandırılmışdır. Turdaş mədəniyyəti tayfaları ibtidai əkinçilik və maldarlıqla məşğul olmuş, koma və qazmalarda, sonralar yürüstü evlərdə yaşamışlar. Mikrolitlər, daş baltalar, mis əşyalar və gil qablara təsadüf edilmişdir. Ölülər yaşayış yerində dəfn olunmuşdur. Məskənlərin birində (Tartariya) üzərində şumerlərdən əvvəl Mesopotamiyada mövcud olmuş yazı işarələri olan 3 gil lövhə tapılmışdır.
Yaddaş
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Sayda
Pollachius virens (lat. Pollachius virens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin treskalar fəsiləsinin pollachius cinsinə aid heyvan növü.
Soyad
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Yumrudaş (Çaldıran)
Yumrudaş (fars. يومري داش‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 264 nəfər yaşayır (48 ailə).
Layoş Çordaş
Layoş Çordaş (mac. Csordás Lajos; 26 oktyabr 1932 – 5 aprel 1968, Budapeşt) — hücumçu mövqeyində oynamış Macarıstan futbolçusu və məşqçisi. == Həyatı == 1952 Yay Olimpiya Oyunlarının qalibi olan komandanın ən gənc üzvü olmuşdur. Çordaş Budapeştin şərab rayonu olan Budafokda anadan olmuşdur. Karyerasına bir neçə mövsüm keçirdiyi "Vaşaş" klubunda başladı, bundan sonra 20 yaşında milli komandaya çağrıldı. Əvvələrdə Çordaşı Ferents Puşkaş ilə müqayisə etsələr də, sonradan o, formasını itirdi və getdikcə zəif oyun sərgiləməyə başladı. Oyunçu karyerasını bitirdikdən sonra əvvəl doğma klubunda, daha sonra "Budafok"da məşqçi kimi çalışmağa başladı. 35 yaşında ürək tutmasından vəfat etdi.
Loytaş kanyonu
Loytaş (alm. Leutaschklamm‎) ― Almaniyanın Bavariya vilayəti və Avstriyanın Tirol torpağının sərhəddi boyunca axan Loytaşer-Açe çayı üzərində kanyon. Ümumi uzunluğu 1 650 metr olan Loytaş şərqi Alp dağlarındakı ən uzun kanyondur. Kanyon olduqca dik divarlara sahibdir və 2006-cı ilə qədər turistlərə açılmamışdır. Kanyonun turizm üçün uyğun hala gətirilməsi üçün Aİ-nın da dəstəklədiyi, 1,4 milyon avro dəyərində Avstriya-Alman layihəsi həyata keçirilmiş və ərazidə 970 metr məsafədə polad keçidlər və körpülər inşa edilmişdir. Loştaş 24 may 2006-cı ildə turizm üçün açılmışdır. == Marketinq == Kanyon Koboldpfad ("Kobold yolu") ilə birlikdə Geisterklamm ("Ruh kanyonu") adlandırılan ailəvi istirahət mərkəzinə aiddir. Ərazidə mif, geologiya, flora və faunaya dair məlumatların olduğu 40 lövhə var. Piyada keçidləri mümkün olduğu yerlərdə üfüqi vəziyyətdədir və dırmaşma avadanlığı olmadan keçilə biləcək şəkildə tikilmişdir. Keçidin möhkəm dizaynı ilə kanyonun üstündən keçən piyada keçidində kanyonun divarları arasındakı hündürlük fərqinin 50 metrdən çox olmasından qaynaqlanan hər hansı bir narahatlığn qarşısı alınmışdır.
Mümtaz Soysal
Osman Mümtaz Soysal (türk. Osman Mümtaz Soysal; 15 sentyabr 1929, Zonquldak – 11 noyabr 2019, İstanbul) — hüquqşünas, siyasətçi, alim, 1961-ci il Türkiyə Respublikasının Konstitusiyasının müəlliflərindən biri. 1994-cü ildə qısa müddətdə Türkiyə Xarici İşlər naziri və Türkiyə Böyük Millət Məclisinin 19 və 20-ci çağırışlarında Sosial-Demokrat partiyasından Zonquldak və Ankaradan seçilmiş millət vəkili. Mümtaz Soysal 1929-cu ildə Zonquldak vilayətində anadan olub. 1949-cu ildə Qalatasaray liseyini bitirmişdir. Ardından Soysal Ankara Universiteti Siyasi Elmlər Fakültəsin də təhsil almış və 1953-cü ildə məzun olmuşdur. Orta Şərq Dövlət İdarəetmə İnstitutunda köməkçi vəzifəsində çalışarkən fərq kursu imtahanlarını vermiş və 1954-cü ildə Ankara Universitetinin Hüquq Fakültəsini bitirmişdir. 1956-cı ildə Ankara Universiteti Siyasi Elmlər Fakültəsin də asistent kimi işləməyə başlamışdır. Mümtaz Soysal 1958-ci ildə siyasi elmlər doktoru dərəcəsini almışdır. Uzun illər Siyasi Elmlər Fakültəsin də Konstitusiya hüququ professoru kimi dərs demişdir.
Qızlıq soyadı
Qızlıq soyadı — qadınlarda soyadın evlənmədən əvvəl ailəsindən qalmasına deyilir. Bir qadın evlənmədən əvvəl ailəsindən aldığı soyadı daşıyır. Evləndikdən sonra isə evləndiyi kişinin ailəsindən daşıdığı yeni soyadı alır. Köhnə soyada "qızlıq soyad" deyilir. Bəzi ölkələrdə isə qadınlar, istədiyi soyadı daşıyabilir.
Sayqın Soysal
Sayqın Soysal (türk. Saygın Soysal; 21 may 1982, Ankara)— Türk kino aktyoru. Sayqın Soysal 21 may 1982-ci ildə Ankara şəhərində anadan olub. Hacettepe Universitetini bitirib. Aktyordur. Bir çox film və seriallarda çəkilib.
Selen Soyder
Selen Soyder (türk. Selen Soyder, 26 dekabr 1986, İzmir) — Türkiyə modeli, Miss-Türkiyə 2007. 26 dekabr 1986-cı ildə İzmirin Alsancak qəsəbəsində anadan olmuşdur. Məktəbi qurtarandan sonra Selen Soyder liseyi İzmirdə bitirmişdir. 2006-cı ildə Miss Model Of Turkey yarışmasında Türkiyənin ən yaxşı modeli seçildi ve Miss Bikini Of The Universe yarışmasında Çin Xalq Respublikasında Türkiyəni təmsil etdi. İlk beşliyə daxil olan Soyder, Türkiyəyə "Ən yaxşı milli geyim" mükafatını qazandırdı. 2007-ci ildə Star TV-nin yayımladığı və 1200 nəfərin qatıldığı Türkiyə Gözəllik Yarışması Miss Turkey-də "Türkiyə Gözəli" seçildi və Türkiyəni Miss World 2007-də 106 ölkənin içində Çinin Sanya adasında təmsil etdi. İlk beşliyə daxil ola bilmədi. 2007-ci ildə Vakkonun modeli olmuşdur. Daha sonra dil təhsili üçün Kanadaya gedən Selen Soyder 2009-cu ildə Türkiyəyə geri döndü.
Seydan (Urmiya)
Seydan (fars. سيدان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.220 nəfər yaşayır (217 ailə).
Göydağ
Göydağ (Naxçıvan)
Seytas
Seytas — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Seytas kəndi dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Ermənistanın Aqvan və Danzaver kəndlərindən qaçıb gəlmiş ailələr Seytas adlanan köhnə kənd yerində salmışdılar. Kəndin adı 1933-cü ildə Seytaş şəklində qeydə alınmışdır. Güman etmək olar ki, kənd dağların əha¬təsində yerləşdiyi üçün sey (orta, mərkəz) və taş (daş, qaya) komponentlərindən ibarət olub, “dağların ortası” mənasındadır.
Qoyas
Qoyas (port. Goiás) — Ştat Braziliyanın Mərkəz-qərb regionuna daxildir. Ştat Tokantins, Matu-Qrosu, Matu-Qrosu-du-Sul, Baiya və Minas-Jerays ilə sərhədə malikdir. 2010-cu il məlumatına görə Qoyas ərazisində 6 003 788 nəfər yaşayır. Ərazisi 340 103 km² təşkil edir. Ştatın inzibati mərkəzi Qoyaniya şəhəridirQoyaniya aqlomerasiyasında ümumilikdə 2 mln insan yaşayır Ərazisi savannadır. Şimal-şərqində Şapada-dus-Veadeyrus Milli Parkı yerləşir. Ərazisindən Tokantins, Paranaiba çayı və Parana çayı axır. Apanpolis şəhərində Braziliya HHQ aid baza yerləşir. 1727-ci ildə Bartolomeu Bueno da Silvera bölgədə qızıl aşkarlaylr.
Socas
Socas- İranın Zəncan ostanınınd Xudabəndə şəhristanının Socasrud bəxşində şəhər və bu bəxşin mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,577 nəfər və 1,345 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Şeyda
Şeyda — Azərbaycanda və İranda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Fazil xan Şeyda — XIX əsr Azərbaycan şairi. Nəcəfqulu bəy Şeyda — XIX əsr Azərbaycan şairi. Qəmər bəyim Şeyda — XIX əsr Azərbaycan şairi. Mirzə Yəhya bəy Şeyda — XIX əsr-XX əsr Azərbaycan şairi. Mirzə Abbas xan Şeyda — XIX əsr-XX əsr İran şairi. Mirzə Ələkbər Şeyda — XIX əsr-XX əsr İran şairi. Yəhya Şeyda — XX əsr Azərbaycan şairi. Şeyda Əziz — Azərbaycan şairi. Əsərlər Şeyda (əsər) — Azərbaycan şairi Hüseyn Cavidin əsəri.