Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zövq
Zövq — müsbət emosiyaların ayrılmaz hissəsi olan subyektiv yaşam, xüsusilə, bir və ya daha çox ehtiyaclarını ödənilməsini müşayiət edir. Zövqün antonimləri əzab və ağrıdır. Epikür fəlsəfəsindəki zövq anlayışı xoşbəxtlik ilə eyniləşdirilir. Gələcəkdə isə bu nəzəriyyəyə hedonizm adlandırılır. Stoaçılar, əksinə, zövqü bir aslılıq, ehtiras və vərdiş kimi qəbul etdilər. İndi zövq, beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunduğu başa düşülür. İndi zövq, dedikdə beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunan, pozitiv emosional fon yaradan hisslər nəzərdə tutulur. == Zövq prinsipi == Zövq prinsipi — sabitlik prinsipi, nirvana prinsipi və məcburi təkrar prinsipi ilə yanaşı, Ziqmund Freydinin nəzəriyyəsindəki zehni aparatın dörd prinsipindən biridir. Zövq prinsipi psixanın gərginliyini minimum səviyyəyə endirmək istəyini təsvir edir. Buna görə də 1920-ci ildə Freyd paradoksal nəticə çıxarırır, "zövq prinsipi ölümlə bağlı meylə tabedir"" — və hər ikisi orqanizmi minimal səviyyəyə gətirib çıxarmağa çalışır.
Eliya Zoqu
Eliya Zoqu (alb. Elia Zogu) — Alban aktrisası, müğənnisi və 8 oktyabr 2016-cı ildə evləndiyi Albaniyanın Vəliəhdi II Lekanın həyat yoldaşı. O vaxtdan ona "Albanların Əlahəzrət Vəliəhd Şahzadəsi Eliya" kimi tanınır. == İlk illəri və təhsili == Elia Zəkəriyə 8 fevral 1983-cü ildə Tiranada (Albaniya) Gerqa Zəkəriyə və Yulkanın Muyo ailəsində anadan olmuşdur. Onun atası Permet şəhərindən, anasının ailəsi isə Podqoritsadan (Monteneqro) idi. Daha sonra onlar Albaniyanın şimalındakı Şkoder şəhərinə köçürlər. Eliyanın Amos Muyi Zəkəriyyə adlı kiçik bir qardaşı vardır. Anası məşhur aktrisa, qardaşı isə aktyor və rejissordur. 2002-ci ildə Eliya Tirandakı İordaniya Misia Milli İncəsənət Məktəbini rəssamlıq və ssenarist ixtisasi üzrə bitirib. Sonra o, Parisə köçür, burada universitetdə təhsil alır və Şahzadə Leka ilə tanış olur.
Əhməd Zoğu
I Zoq və ya Əhməd Zoğu (8 oktyabr 1895[…] – 9 aprel 1961[…], Süren, Fransa) — 1928-1939-cu illərdə Albaniyanın kralı, müharibə canisi. Əhməd Zoğu burjua-mülkədar dairələrə istinad edərək demokratik hərəkatı boğmuş, ölkəni xarici kapitala satmışdır.
Növcü
Yuxarı Növcü — Azərbaycan Respublikasının Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsi tərkibindəki Növcü kəndinin bir hissəsi Yuxarı Növcü kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Kəndin adının mənşəyi Lerik rayonun Nücü kəndi ilə bağlıdır.
Zövlə
Zövlə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Zövlə kəndi Separadi kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zövlə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin adı talış dilindən tərcümədə "kömürçülər" deməkdir. == Əhalisi == Kəndin əhalisi 2474 nəfərdir. Kəndin əsl əhalisi qədimdə İranın Mazandaran bölgəsindən gələnlər olub.
Zövnə
Zövnə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Zövnə kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Toponim olaraq "Zövnə" sözünün mənasının bəzi hallarda talış dilindən tərcümədə "su çox olan yer" kimi izah olunması yanlışdır. Belə ki, talışca Zövnə sözünün qurluşunda su anlamını ifadə edən kəlmə yoxdur. Həmçinin kəndin ərazisində su ehtiyatlarının az olması da bu cür izahın məntiqə uyğun olmadığı qənaətinə gəlməyə əsas verir. Zövnə sözü cənub bölgəsində Zuvand, Züvüc, Zövlə və Zevin kəndlərinin adlarını ifadə edən sözlərlə eyni kökdən olub "güclü", "qüvvətli" mənalarını bildirir. == Tarixi == Zövnə kəndinin çox qədim tarixi vardır. Ərazidə tapılan küp qəbirlər, daşdan yonulmuş qədim qoç heykəlləri və qəbir abidələri bunu daha dəqiq sübuta yetirir. Hindona, Lara və sair yerlərdə belə qədim qəbir abidələrinə çox rast gəlinir.Kəndin əsasının kim tərəfindən və nə zaman qoyulduğu dəqiq bilinmir. Kəndin kiçik olmasına baxmayaraq bir neçə tayfa vardır.
Adalar qövsü
Adalar qövsü — əsasən bir-birinə yaxınlaşan iki tektonik plitə arasındakı sərhəd, paralel və yaxın olaraq yerləşdirilmiş, bir qövsdə düzülmüş, vulkan zəncirlərindən və bir çox adadan ibarət arxipelaq. == Adalar qövsü == Zirvəsi su səthindən qalxaraq qövsvari adalar sırası əmələ gətirən sualtı dağ silsiləsi. Adalar qövsü tək və qoşa olur. Sonuncular iki bir-birinə paralel sıra dağlardan ibarətdir: daxili — vulkan və xarici — qırışıqlıq dağlardan təşkil olub dağarası novla ayrılırlar. Adalar qövsü müasir mütəhərrik əyalətlərin bir hissəsi olub, qitədən okeana keçid zonasında yerləşir; bunlarla kənar geosinklinal dənizlərin dərin çökəklikləri, dərin okean novları və kənar okean tirələri (valları) əlaqədardır. Adalar qövsü aktiv vulkanik (əsasən andezit tərkibli) və seysmik fəaliyyətlə, eləcə də Yer qabığının kəskin şaquli hərəkətləri və parçalanmış relyeflə səciyyələnir. Bunlar qədim geosinklinal əyalətlərin geoantiklinal qalxımlarının və ya dağ silsilələrinin analoqu hesab edilir. == Adalar qovsünün maqmatizmi == Adalar qovsünə xas olan maqmatizm. Dərinlik novları və kənar dənizlərlə yanaşı, adalar qövsü fəal qitə kənarlarının tərkib hissəsidir. Bunlar üçün yüksək maqmatik və seysmik fəallıq, qeyri-bircins blok quruluşu, süxurların qələviliyinin strukturun arxa hissəsinə doğru artması, turş süxurların lokal inkişafı, əsasi və orta tərkibli süxurların isə geniş yayılması və terrigen turbiditlərlə sıx assosiasiya yaradan kalsiumlu qələvi və andezit vulkanizmin sahəvi inkişafı səciyyəvidir.
Aorta qövsü
Aorta qövsü – lat. Arcus aortae ikinci sağ döş-qabırğa oynağının bərabərində qalxan aortanın ardını təşkil edib çıxıq tərəfi yuxarıya çevrilmiş bir halda sola və arxaya doğru gedir və 4-cü döş fəqərəsinin bərabərində onurğanın sol tərəfində enən aortaya keçir; bunun uzunluğu 5–6 sm-ə bərabərdir və enən aorta ilə hüdudunu arterial bağın (lat. lig. arteriosum) bağlanan yeri təşkil edir. Aorta qövsü sol bronxun kökünü yuxarıdan çarpazlayır və sağ tərəfdə sağ orta divar plevrasına, arxada isə qida borusunun sol tərəfinə söykənir. Sintopiya cəhətcə aşağıda göstərilən üzv, sinir və damarlarla rabitədədir: ön tərəfdə – hüzrəli toxuma qatı və çəngələbənzər vəzi, dal tərəfdə – nəfəs borusu, lat. n. reccurens sinister və qida borusu, sağ tərəfdə – yuxarı boş vena, solda və bir az ön tərəfdə – lat. n. vagus sinister və sol diafraqma siniri, yuxarı tərəfdə – sol adsız vena və aşağı tərəfdə sol bronx ilə sağ ağciyər arteriyası olur.
Cahiliyyət dövrü
Cahiliyyə (ərəb. جاهلية‎) - müsəlman ənənəsinə görə, islamaqədərki tarixdə insanların peyğəmbərsiz yaşadığı dövr. Tarixdə ilk və son Cahiliyyə dövrləri fərqləndirilir. İslam dövründə meydana gələn Cahiliyyə termini islamdanəvvəlki ərəblərin yanlış inancları və həyat tərzini xarakterizə etmək üçün işlədilmiş və müəyyən zaman kəsiyinə şamil olunmuşdur. Məhəmməd peyğəmbər cahiliyyəni dövr kimi deyil, həyat tərzi kimi səciyyələndirmişdir. Əvvəllər bilgisizlik dövrü kimi anlaşılan cahiliyyəni müasir alimlər elmin deyil, helmin (mehribanlıq, səbir, kamal) əksi kimi xarakterizə edirlər. Quranda 4 dəfə xatırlanan cahiliyyə termini İslamdan əvvəlki ərəblərin elmsizliyinə deyil, yalnız Allaha inanmamasına, təkəbbür, çılğınlıq və s. kimi mənfi xüsusiyyətlərinə işarədir. Peyğəmbər həmin dövrə xas müsbət adətlərin saxlanmasının tərəfdarı idi. Zəngin mifik düşüncəyə malik olmuş Cahiliyyə dövrü ərəbləri astronomiya, təbabət, qiyafət (fizioqnomika) elmlərdə uğurlar qazanmış, dövrün yüksək bədii-estetik xüsusiyyətləri ilə seçilən poeziyasını yaratmışdılar.
Caz Dövrü
Caz dövrü 1920–1930-cu illər dövrü olub ki, caz musiqisi və rəqs üslubları Birləşmiş Ştatlarda tez bir zamanda ümummilli populyarlıq qazanıb. Caz dövrünün mədəni nəticələri, ilk növbədə, Birləşmiş Ştatlarda, cazın vətənində hiss olunurdu. Caz Yeni Orleanda, əsasən də diaspor mədəniyyətindən yaranaraq, bu dövrdə daha geniş mədəni dəyişikliklərdə əhəmiyyətli rol oynamış və onun populyar mədəniyyətə təsiri hələ uzun müddət davam etmişdir. Caz əsri tez-tez Coşqun iyirminci əsrlərlə birlikdə xatırlanır və Birləşmiş Ştatlarda o, quru qanun dövrü ilə əhəmiyyətli dərəcədə kəsişirdi. Bütün ölkə üzrə radiostansiyaların tətbiqi hərəkətə əhəmiyyətli dərəcədə təsir göstərib. Bu zaman caz dövrü inkişaf etməkdə olan gənclər mədəniyyəti ilə sıx əlaqədə olmuşdur. Bu hərəkat, həmçinin Avropa caz hərəkatına start verilməsinə kömək etdi. == Fon == "Caz dövrü" termini 1920-ci ilə qədər geniş yayılmışdır. 1922-ci ildə amerikalı yazıçı F. Skott Fitscerald bu termini daha da populyarlaşdıraraq "caz dövrünün nağılları"adlı hekayələr toplusunu dərc etmişdir. === Caz Musiqisi === Caz-19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Yeni Orlean, Luiziana ştatının qaradərili Amerika icmalarında yaranmış və blüz və rqtaymdan inkişaf etmiş musiqi janrıdır.
Coğrafi mövqe
Yer səthində hər hansı bir məntəqənin və ya ərazinin bu məntəqədən və ərazidən kənarda yerləşən ərazi və ya obyektə nisbətən tutduğu mövqedir. Coğrafi mövqe hər şeydən əvvəl məntəqənin və ərazinin coğrafi enliyi və uzunluğu ilə müəyyən edilir ki, buna riyazi coğrafi mövqe deyilir. Coğrafi mövqe fiziki-coğrafi obyektlərə (materiklərə, dağlara, okeanlara, dənizlərə, çaylara, göllərə və s.yə) görə tutduğu mövqeyinə nisbətən götürülür. İqtisadi və siyasi coğrafiyada Coğrafi mövqe dedikdə ölkənin, rayonun, yaşayış məntəqəsinin və ya digər bir obyektin başqa iqtisadi-coğrafi ( o cümlədən nəqliyyat yollarında, təsərrüfat mərkəzlərinə və s.-yə) və fiziki-coğrafi obyektlərə, habelə bir ölkənin o biri ölkəyə və ya başqa ölkələrə görə tutduğu mövqe nəzərə alınır.
Dairə qövsü
Çevrə qövsü — çevrənin üst-üstə düşməyən iki nöqtəsi arasında qalan hissəsidir. Çevrə qövsünün uzunluğunu l ilə, mərkəzi bucağı m ilə, diametri d ilə, radiusu r ilə, çevrənin uzunluğunu L ilə işarə etsək, çevrə qövsünün uzunluğu aşağıdakı kimi hesablanar: l = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } L = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } 2 π {\displaystyle \pi } r = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } π {\displaystyle \pi } d. π {\displaystyle \pi } ≈ {\displaystyle \approx } 3,14 (Pifaqor sabiti. π {\displaystyle \pi } = L / d).
Daş dövrü
Daş dövrü — insanların mədəni-tarixi inkişafında böyük rol oynamış dövr. Bu dövrdə əsasən əmək aləti və silah kimi daşdan istifadə olunmuşdur. Daş dövrü üç hissəyə ayrılır: Paleolit dövrü, Mezolit dövrü, Neolit dövrü. Paleolit dövrü özü də üç hissəyə ayrılır: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. == Paleolit == Paleolit dövrü öz növbəsində üç dövrə bölünür: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Alt Paleolit: 1,5 milyon il bundan əvvəldən 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrdə ibtidai birlik forması Ulu icma və ya İbtidai sürü mövcud olmuşdur. 700 min il bundan əvvəl ibtidai insanlar odla tanış olmuşlar. Arxeoloji qazıntılar nəticəsində insanların toteizmə inandığı aşkar edilmişdir. Onlar müxtəlif heyvanlara sitayiş etmişlər.Alt paleolit əsasən Azıx mağarası (Füzuli r.) əsasında öyrənilmişdir.
Devon dövrü
Devon dövrü - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövr. Davametmə müddəti ~50 mln. ildir. Əvvəlində kaledon qırışıqlığı nəticəsində yer qabığının geniş sahələrində qalxmalar baş vermiş və onlarda qədim qırmızı qumdaşı formasiyasının böyük qalınlıqlı qırmızı-rəngli laqun-kontinental çöküntüləri toplanmışdır. Orta və gec devonda isə platforma və geosinklinallarda çökəlmə və geniş dəniz transqressiyaları qeyd olunur, bütün dövr ərzində aktiv maqmatik (xüsülə effuziv) fəaliyyət baş vermiş və bəzi regionlarda isə halogen çöküntülər toplanmışdır. Dəniz hövzələrində tünd qırmızı yosunlar, habelə stromatoporatlar və mərcanlar (tabulatideyalar və dördşüalı mərcanlar) rif qurumları əmələ gətirmişdir. Devon dövrü braxiopodların inkişafı geniş vüsət almışdır. Bundan əlavə, qoniatitlər, klimeniyalar, mərcanlar, ostrakodlar, konodontlar, molluskalar, foraminiferlər, nəhəng xərçəngəbənzərlər, balıqların bütün sinifləri də geniş yayılmışlar. Gec devonda suda-quruda yaşayanlar meydana gəlmişdir. Bitkilərdən psilofitlər inkişaf etmişdir.
Durğunluq dövrü
Durğunluq dövrü (rus. Период застоя) — SSRİ tarixində L.İ.Brejnevin hakimiyyətə gəlməsindən (1964) Sov.İKP-in XVII qurultayına (fevral 1986), daha dəqiq — 1987-ci ilin yanvar plenumuna qədər olan dövrü əhatə edən, ondan sonra cəmiyyətin bütün sferalarında keçirilən irimiqyaslı islahatlarla nəticələnən siyasi ifadə. == Durğunluq dövründə mədəniyyət == === Ədəbiyyat === Müharibə mövzusunda yazan yazıçılar arasında ən məşhuru əvvəlki kimi Konstantin Simonov qalır, o "Dirilər və ölülər" trilogiyasını yazmaqda davam edir. Romanın ikinci və üçüncü hissələri – "Heç kim əsgər doğulmur" (1964) və "Son yay" (1970) işıq üzü görür. Müharibə haqqında ədəbiyyatda Y.V.Bondarevin ("Hərarətli qar" 1969), B.L.Vasilyevin ("Burada üfüqlər sakitdir" 1969) böyük əməyi olmuşdur. Lakin heç də yazıçıların hamısı əsərlərini maneəsiz şəkildə nəşr etdirmək imkanına malik deyildi. "durğunluq" dövründə yazılmış əsərlərin əksəriyyəti yalnız "Yenidənqurma" illərində işıq üzü gördü. Durğunluq illərində sovet mətbuatı artıq Aleksandr Soljenitsının əsərlərini çap etmişdi. Onun əsərləri xaricdə çap edilir. Bu, sovet rəhbərliyini olduqca əsəbiləşdirirdi.
Dövrü alqoritm
Dövrü alqoritm - hesablama prosesində tez-tez eyni əməliyyatlar qrupunun çoxlu sayda təkrar olunması lazım gəlir. Bu halda dövr alqoritmindən istifadə olunur. Dövrlər sadə və mürəkkəb olur. Sadə dövrlü alqoritmin bir dövrü olur. Əgər hər hansı bir alqoritmdə bir neçə daxili dövr iştirak edirsə, onda belə dövrlərə mürəkkəb dövr deyilir.DÖVRİ ALQORİTİM BLOK SİXEM ŞƏKLİNDƏDƏ OLA BİLƏR. == Mənbə == AMEA İnformasiya Texnologiyaları İnstitutu, "", tex.f.d.
I Zoğu (Albaniya kralı)
I Zoq və ya Əhməd Zoğu (8 oktyabr 1895[…] – 9 aprel 1961[…], Süren, Fransa) — 1928-1939-cu illərdə Albaniyanın kralı, müharibə canisi. Əhməd Zoğu burjua-mülkədar dairələrə istinad edərək demokratik hərəkatı boğmuş, ölkəni xarici kapitala satmışdır.
Dəmir dövrü
(İlk) Dəmir dövrü — e.ə XI–VIII əsrləri əhatə edir. Tunca nisbətən daha möhkəm, keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri və silahlar yeni yüksəlişə səbəb oldu. At və dəvədən minik vasitəsi kimi istifadəyə başlanmışdır. Süni suvarmanın yaranması ilə bağçılıq və bostançılıq inkişaf etmişdir. Son Tunc və Erkən Dəmir dövründə Azərbaycanda müdafiə tikililəri, siklopik qalalar inşa edilmişdir. E.ə. 7-ci əsrdən etibarən dəmirdən geniş istifadə edilməyə başlanmışdır.Bu dövrdə yazı meydana gəldi.Yazını papirus,gil lövhələr,daş,dəri və başqa materiallar üzərində yazırdılar. E.ə.II minilliyin I yarısını əhatə edir.Bu dövrdə 3-cü ictimai əmək bölgüsü yaranmışdır.Bu əmək bölgüsündə sənətkarlıqla əkinçilik birləşir. == Qədim Yaxın Şərq == Qədim Yaxın Şərqdə dəmir dövrünün eramızdan əvvəl 2-ci minilliyin sonlarında (e.ə. 1300-cü il) Anadoluda və ya Qafqaz və Balkanlarda dəmir əritmə və dəmirçilik texnikasının kəşfi ilə başladığı güman edilir.
Edo dövrü
Edo dövrü (江戸時代, Edo jidai) və ya Tokuqava dövrü (徳川時代, Tokuqava jidai) — Yaponiya tarixində 1603-1868-ci illəri əhatə edən dövr. Yapon cəmiyyətinin Tokuqava şoqunatınin və 300 regional daymyonun hakimiyyəti altında olması ilə səciyyələnir. Bu dövr iqtisadi inkişaf, ciddi sosial qaydalar, xarici siyasətdə özünütəcrid, sabit əhali, incəsənət və mədəniyyətə qarşı isti münasibət, materialların təkrar istehsalı və davamlı meşə idarəetməsi ilə xarakterizə olunur. Bu, məhdud ehtiyatların tam istifadəsinə əsaslanan davamlı və özü-özünü təmin edən cəmiyyət idi. Şoqunat, rəsmi olaraq, 24 mart 1603-cü ildə Edoda Tokuqava İeyasu tərəfindən yaradılmışdır. Bu dövr 3 may 1868-ci ildə Meydzi islahatının başlaması və Edonun ələ keçirilməsi ilə sona çatdı. == Hadisələr == 1600: Sekiqahara döyüşü. Tokuqava İeyasu daymyoların ordularını məğlub edərək Yaponiyanın böyük hissəsi üzərində hakimiyyətini qurur. 1603: İmperator Tokuqava İeyasunu şoqun təyin edir və o öz hökumətini Edoya (indiki Tokio) köçürərək Tokuqava şoqunlar sülaləsinin əsasını qoyur. 1605: Tokuqava İeyasu şoqunluqdan gedir və yerini oğlu Tokuqava Hidetadaya verir.
Ektaz dövrü
Ektaz dövrü və ya Ektaz — (yun. ἔκτασις (éktasis) - "uzadılmaq" deməkdir) Mezoproterozoy erasında ikinci geoloji dövrdür və 1400 milyon il əvvəldən 1200 milyon il əvvələ qədər davam etmişdir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur. Geoloji olaraq bu dövr platforma örtüklərinin davamlı genişlənməsi ilə xarakterikdir. Cinsi çoxalmanın ilk dəlilləri bu dövrə aid edilir. Kanadanın Somerset adasında tapılmış 1.2 milyard illik ov formalaşmalası Ektaz dövrünün sonundan başlayır. Bu, ilk taksonomik olaraq həll edilmiş eukariot olan Bangiomorpha pubescens (qırmızı yosunların növü) çox hüceyrəli filamentlərinin mikrofosillərini ehtiva edir. Bu mürəkkəb bir çoxhüceyrəli orqanizm üçün vacib bir xüsusiyyət olan cinsi çoxalma nümayiş etdirən ilk orqanizm idi. Mürəkkəb çoxhüceyrəlilər orqanizmlərin koloniyaları şəklində yaşayan "sadə" çoxhüceyrəlilərdəndən fərqlənir. Həqiqi çoxhüceyrəli orqanizmlər müxtəlif funksiyalar üçün ixtisaslaşdırılmış hüceyrələrə sahibdirlər.
Eneolit dövrü
Mis dövrü, mis-daş dövrü, xalkolit (yun. χαλκός — mis + λίθος — daş kəliməsindən), eneolit (lat. aeneus — mis + yun. λίθος — daş kəliməsindən) — bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsi. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi. Eneolit daş dövrünün sonu – metal əsrinin başlangıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi; qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır; yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu;Bəşəriyyət daş dövründən mis dövrünə,qədəm qoyraq inkişaf etmişdir.Alimlərin əksəriyyəti metal dövrünün e.ə IV minilliyin əvvəlində başladiğını ehtimal etsə də, ayrı-ayrı ərazilərdə bu mərhələ xeyli sonra başlamışdır.Lakin harda baş verməsindən aslı olmayaraq,istənilən halda metal əmək alətlərinin meydana gəlməsi Qobustanda olduğu kimi,həyat tərzinin ciddi surətdə dəyişməsinə səbəb olurdu.İnsanlar artıq darısqallaşmış beşiyə siğmayan körpə kimi,minilliklər boyu sığındıqları qayaları daha fəal surətdə tərk etməyə başlayırdı.Arxeoloqların fikrincə,insanın mislə ilk tanışlığı külçələr vasitəsilə baş verib.Onların emalı prosesində insanlar zərbə nəticəsində parçalanmayan külçələrin deformasiyaya uğramasına diqqət yetirmişlər.Yəni müəyyən bacarıq olduqda onlara zəruri şəkil vermənin mümkünlüyü,eyni zamanda materialın möhkəmliyinin artdığı dərk edildi.Mis kifayət qədər yumşaq material olsa da,ondan hazırlanan məmulatlar asanlıqla təmir edilir və onların istifadə muddəti xeyli uzanirdi.Üstəlik misdən düzəldilən silah və əmak alətləri daha kəskin və iş prosesində rahat,ovda və düşmənlə çapışmada daha öldürücü idi. Azərbaycan ərazində tunc dövrünün başlanğıcı adətən e.ə V minilliyin sonlarına aid edilir.
Fırlanma dövrü
Fırlanma periodu — Planetlərin, peyklərin və digər səma cisimlərinin hər hansı bir nöqtəsinin həmin cismin mərkəzi oxlarının ətrafında dönməsi nəticəsində ərtaf-mühitə nəzərən yenidən eyni yerdə olmasına qədər sərf olunan zaman müddəti. Yer kürəsinin fırlanma periodu 1 sideral gün, yəni 23 saat 56 dəqiqə təşkil edir. == Dönmənin növləri == Sideral dönmə — Ayın Yer ətrafında fırlanaraq müəyyən müddət sonra Yerin mərkəzində duran müşahidəçiyə nəzərən ikinci dəfə eyni nöqtəyə gəlməsi onun sideral dönməsi olub, 27.3 günə bərabərdir. Sinodal dönmə — Ayın fırlanaraq müəyyən müddət sonra Günəşlə Yer arasında yenidən eyni bucaqda olmasıdır, 29.5 gün təşkil edir.
Himiko dövrü
Himiko (yaponcaː 卑弥呼; bilinmir – 247, Yaponiya) — Yaponiyanın erkən dövlət qurumlarından birinin hakimi (173-250). == Haqqında == Himiko barədə məlumat verən yeganə etibarlı yazılı mənbə Çin tarixi salnaməsi "3 şahlığın yazıları" əsərdir. Bu əsərin xüsusilə "Şərq varvarları haqqında bölməsi"ni qeyd etmək olar. Həmin əsər təxminən 297-ci ildə yazılmışdır. Bu əsərdə Yaponiya arxipelaqının sakinlərinin - "Va insanları"nın (倭人 — «karlik insanlar) sosial təşkili, həmçinin "Qadın hökmdar Himikonun hakimiyyəti dövrü təsvir olunur. O, çin mənbələrində Yamatay ölkəsinin şaman və Yaponiyanın asılı ölkələrinin hakimi kimi xatırlanır. Çin salnamələri qeyd edir ki, 239-cu ildə Himikonun Çin sülaləsi - Veyə (220-265) hədiyyələr göndərməsi barədə məlumat verilir. 243-cü ildə Himikonun ikinci dəfə hədiyyələrlə öz nümayəndəsini Loyana göndərməsi barədə məlumat verilir. Sonuncu dəfə isə 248-ci ildə Çinə Himiko tərəfindən hədiyyələr göndərilməsindən bəhs edilir. Eramızın əvvəllərində Yaponiya adaları ərazisində yaşayan kumaso (xayato) (Şikoku adasında və Kyüsyü adasının cənubunda), tenson (Kyüsyü adasının şimalında), icumo (Xonsyu adasında, Noto yarımadasının mərkəzində) və emişi (eco) (Xonsyu adasının şimal-şərqində) tayfalarını göstərmək olar.
Həyat dövrü
Həyat dövrü (İnsan) — insanın doğulandan ölənə qədərki yaşadığı dövr. uşaqlıq, yeniyetməlik, gənclik orta yaş dövrü və qocaliq mərhələrinə ayrılır. İnsanın dünyada ortalama ömrü 78-82 ildir. Uşaqlıq (0-11 yaş), yeniyetməlik (11-16 yaş), erkən gənclik (16-18 yaş). gənclik (18-21 yaş), orta yaş dövrü (35-65 yaş) bəzən 35, Qocaliq (65+) Ahıllıq dövrü isə 70 yaşdan sonrakı dövr sayılır. Yeniyetməlik dövrü: Yeniyetməlik dövründə psixoloji böhranı anlamaq üçün yeniyetməlik dövrünü və bu zamana qədər olan dövürlərin normal inkişafını bilmək vacibdir. İnsan hələ ana bətnində ikən bir çox xarici mühit təsirlərinə reaksiya verməkdədir. Beləki, ananın yaşadığı kədər zamanı doğulmamış körpənin hərəkətlərinin azalmasına, ananın yaşadığı sevinc anlarında isə hərəkətliyində artmanın olması ən bariz misallardan biridir.
Kalim dövrü
Kalim və ya Kalim dövrü (yun. μμα (kálymma) - "örtük" deməkdir) — Mezoproterozoy erasında ilk geoloji dövrdür və 1600 milyon il əvvəl ilə 1400 milyon il əvvəl arasında davam edir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur. Dövr, mövcud platforma örtüklərinin genişlənməsi və ya yeni platformalar ilə xarakterizə olunur. Supercontinent Kolumbiya Kalim dövrü zamanı, 1500 milyon il əvvəl parçalanmağa başladı. == Mənbə == "Calymmian Period". GeoWhen Database. May 12, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 5, 2006. James G. Ogg.
Karbon dövrü
Daş kömür dövrü və ya Karbon dövrü (C) — Paleozoy erasının beşinci geoloji dövrü. 354-290 milyon il bundan əvvəl mövcud olmuş Daş kömür dövrünün ən səciyyəvi xüsusiyyəti və ən məlum əlaməti külli miqdarda - dünya ehtiyatının 30%-dən çox daş kömür yataqlarının əmələ gəlməsidir. Karbon adını ilk dəfə 1822-ci ildə Viliyam Koniber və Viliyam Filips təklif etmişdir.Ümumi qəbul olunmuş bölgüsü yox­dur. Qərbi Av­ropa 2 şöbəyə bölünür: alt (dinant) şöbəyə turne və vize mərtəbələri; üst (silez) şöbəyə namyur, vestfal və stefan mərtəbələri daxildir. Şimali Amerikada yaşca daş kömür dövrünə müvafiq gələn çöküntülər iki sistemə ayrılır: təxminən alt şöbəyə uyğun gələn hissəsini Missisipi və üst şöbəyə uyğun gələn Pensilvaniya sistemləri. 1960-cı ildə Şimali Amerika sxeminin sistemləri Daş kömür sistemi şöbələri kimi qəbul edilmişdir. Keçmiş SSRİ-də 3 şöbəyə bö­lünürdü: turne, vize və namyur mərtəbələrini əhatə edən alt şöbə; başqır və moskva mərtəbələri - orta şöbə; qjel və orenburq mərtəbələri - üst şöbə. == Paleocoğrafiyası == Daş- kömür dövrünün başlanğıcında şimal yarım kürəsində olan qitələr və kontinental bloklar yaxınlaşmağa başladı. Bu bloklar birləşərək Lavraziya materikinə çevrildi. Cənub supermateriki Qondvana hələ də çox nəhəng vahid kontinet olaraq qalırdı.
Kembri dövrü
Kembri dövrü - davamiyyəti 85 mln. ilə yaxındır. Bu dövrdə karbonat, silisium, fosfat mineral sekresiyalı skeletli heyvanların kütləvi şəkildə meydana gəlməsi müşahidə edilir ki, bu da kembri biotunu vend biotundan kəskin fərqləndirir. Kembridən başlayaraq foraminiferlərin aqqlütiniv skeletləri rast gəlinir. Kembri dövrü ərzində demək olar ki, hazırda mövcud olan heyvanların bütün tipləri, o cümlədən xordalılar meydana gəlmiş, arxeosiatlar isə yalnız bu dövrdə yaşamışdır. Onlarla bir yerdə hidrokonozoa, trilobitlər, xırda qastropodalar, hiolitlər, qıfılsız braxiopodalar, dərisitikanlılar, sianobiontlar və bəzi yosunlar, həmçinin sistematik vəziyyəti aydın olmayan qruplar, xüsusən akritarxilər geniş yayılmışdır. Orta kembridə ilk qraptolitlər (stereostolonatlar) və konodontlar meydana gəlmişdir. Arxiosiatlar kembriyəqədərki rifquran sianobiontları (stromatolitlər) əvəz etmiş ilk rifquran heyvanlar olmuşdur. Kembri biotunun əksəriyyəti dəniz və sahil-dəniz hövzələrində məskunlaşmışdır. Bu zaman ilk yerüstü onurğasız heyvanlar (qurdlar və çoxayaqlılar) meydana gəlmiş, onlarla birlikdə yerüstü süxur qatlarında bakteriyalar və göbələklər yaşamaqda davam etmişdir.
Keçid dövrü
=== Keçid dövrünün mahiyyəti və zəruriliyi === İnsan cəmiyyəti meydana gəldiyi vaxtdan etibarən tədriclə inkişaf edir. Inkişafın bir mərhələsindən, digərinə keçir, cəmiyyətin bir forması başqasını, daha mütərəqqi formasını əvəz edir. Bu zaman cəmiyyətin məhsuldar qüvvələri inkişaf etdikcə mövcud sosial-iqtisadi münasibətlər sistemi də dəyişir və yeniləri ilə əvəz olunur. Bu dəyişikliklər prosesi həm tədriclə, təkamül yolu ilə, həm də sıçrayışla, inqilabi yolla baş verir. Iqtisadi münasibətlər sisteminin əsasında xüsusi mülkiyyətin durduğu cəmiyyətlərin birinin digərini əvəz etməsi təkamül yolu ilə baş verir. Buna misal olaraq, feodalizmdən kapitalizmə keçilməsi prosesini gostərmək olar. Hər iki cəmiyyət xüsusi mülkiyyətə əsaslanır və bu da imkan verdi ki, kapitalist təsərrüfat formaları, kapitalist münasibətləri feodalizmin içərilərində yaransın və feodal təsərrüfat formaları ilə eyni vaxtda mövcud olsun. Hər iki təsərrüfat formasının eyni vaxta mövcud olduğu bir şəraitdə iqtisadiyyat, qarışıq iqtisadiyyat kimi fəaliyyət göstərsə də getdikcə feodal münasibətləri sistemi zəifləyir, kapitalist münasibətləri sistemi genişlənərək hakim uklad forması alır. Belə bir şəraitdə iqtisadiyyat keçid vəziyyətində olur və tədriclə kapitalist təsərrüfat formasına keçid baş verir və yeni iqtisadi sistem bərqərar olur. ==== Keçid iqtisadiyyatı ==== Keçid vəziyyətində olan iqtisadiyyatı iqtisadçı alimlər “Keçid iqtisadiyyatı” adlandırırlar.
Dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. == Tərkibi == Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. == Hazırlanma qaydası == Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Kovğa
Kovğa — təndirdə çörəkbişirmə işlərində istifadə edilən, dəmir materialdan hazırlanmış, bir ucu qarmaqşəkilli alət. Qulpunun uzunluğu 70-80 sm olan kovğanın digər ucu ərsin olur. Təsadüfi hallarda isə koğa ayrı, ərsin də ayrı hazırlanır. Kovğadan bir çox kəndlərimizdə hal-hazırda da geniş istifadə olunur ki, bu da həmin alətlərin Azərbaycan xalqının məişətində uzun müddət işlədildiyini göstərir.
Mövzu
Mövzu: Mövzu (yun. thema, «əsasında olan») — hansısa mətnin və ya söylənən fikrin əsas mənası, məzmun hissəsi.Mövzu (musiqi) — musiqi əsərinin yadda qalan əsas hissəsi.Mövzu (linqvistika) — remaya əks olaraq əvvəldən verilən fikir. Mövzu əvvəldən verilən əsas məzmundur. Rema mövzu haqqında bildirilən məlumat.
Novlu
Novlu (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. ‎Novlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.
Xovlu
Məhrəba və ya Xovlu — Əmici parça və ya kağızdır. Qurutma və ya silmək üçün istifadə olunur.Birbaşa əlaqə vasitəsi ilə, ümumiyyətlə bir suyunu çəkmək ya da sürtmə hərəkəti istifadə edərək nəmliyi çəkir. == Tarixçə == Məhrəbanın ixtirası Türkiyənin Bursa şəhəri ilə bağlı idi. Bu şəhər hələ də " türk məhrəbası" istehsalı üçün qeyd edilir.
Yuvqu
Sarı uyğurlar və ya Sarı Yuğurlar — Çin Xalq Respublikasında yaşayan türk xalqlarından biri. Onlar Çinin Qansu əyalətinin dairə dərəcəli Canqye (Zhangye) şəhərinin (prefecture-level city) Sunan Yuğur Muxtar rayonunda yaşayırlar. 2000-ci ildə aparılmış siyahıya almaya əsasən Çində sayları 13.719 nəfərdir.
Çovğun
Çovğun- düzənliklərdə qar yağa-yağa güclü külək əsməsi, küləyin qarı yer səthi üzrə hərəkət etdirməsi və sovurmasıdır. Çovğun hadisələri siklonlarda soyuq cəbhələrin keçməsi ilə bağlı olan kəskin soyuma zamanı yaranır. Qar örtüyünün sovrulması ilə çovğunlar bir sahəni çılpaqlaşdırır, digər sahələrdə isə qar təpəsi yaranır. == Çovğunun növləri == Çovğunun bir neçə növü vardır: səth çovğunu; alt çovğun; ümumi çovğun. === Səth çovğunu === Səth çovğunu çox alçaqdan əsən küləklə yaranır və qar bilavasitə qar örtüyünün səthindən sovrulur. === Alt çovğun === Alt çovğun yumşaq qar böyük hündürlüyə qalxır və görünüşü xeyli pisləşdirir. Alt çovğunun yaranma ehtimalı adətən təzə yağmış qar və kifayət qədər alçaq temperaturlarda daha böyük olur === Ümumi çovğun === Ümumi çovğun kifayət qədər güclü küləklə və bərk qar yağma ilə müşayət olunur == Azərbaycanda çovğun == Azərbaycanda çovğun çox az təkrarlanmaya malik olub, yalnız Abşeron yarımadasında qeyd edilir (1959, 1972-ci il). Güclü qaryağmalar və çovğunlarda kifayət qədər hündür qar təpələri yaranmış, dəmiryol nəqliyyatı müəyyən müddətə dayandırılmışdır, şəhər nəqliyyatının normal hərəkəti pozulmuş, qarın ağırlığı və küləyin təsirindən ağacların budaqları qırılmış, neft sənayesinə və heyvandarlığa böyük zərər dəymişdir.Qar örtüyünün dayanıqsız olduğu Kür-Araz ovalığında, ayrı-ayrı yerlərdə 10-20 ildə bir dəfədən çox olmayaraq zəif çovğun hadisələrinə rast gəlmək olar. Abşeron yarımadası və ona yaxın olan yerlərdə, xəzrinin hakim olduğu ərazilərdə orta çoxillik dövrdə çovğunlu günlərin sayı il ərzində 1-3 gün təşkil edir. Burada çox güclü çovğunlara da rast gəlinir.
Şovu
Şovu — Azərbaycan Respublikasının Lənkəran rayonunda inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1158 nəfərdir. == Toponimiyası == Oykonim 1917—ci ildə Şout, 1933-cü ildə Şüvid variantında qeydə alınmışdır. XDC əsrə aid məlumata görə, kəndin digər adı Culut olmuşdur. Culut monqol işğallarında (XIII əsr) iştirak etmiş sunnit tayfasının adının təhrifə uğramış formasıdır. Şovut toponimi talış dilində müxtəlif variantlarda “şadlıq bəxş edən yer”, “pöhrələnən yer”, “geniş ön” kimi izah edilir. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == İqtisadiyyatı == Kənd təsərrüfatı, maldarlıq, sitrusçuluq. == Din == Kənddə Şovu kənd məscidi dini icması fəaliyyət göstərir.
Borqu departamenti
Borqu departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Borqu departamentinin ərazisi 25 856 km2-dır. Borqu departamentinə 8 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Borqu departamentinin əhalisi 1 202 095 nəfərdir.