LƏZZƏT

is. [ ər. ]
1. Yeyilən, içilən hər hansı bir şeydən duyulan xoş hiss; tam, dad. Hər xörəyin bir ləzzəti var. Bu meyvənin ləzzəti necədir? Ağzımın ləzzəti qalmışdır.
// Dadlılıq, şirinlik. Ləzzəti hələ də damağımdadır. Bu əncirin ləzzətindən keçmə.
2. məc. Bir şeydən duyulan xoş hiss, sevinc duyğusu; həzz, nəşə.
İlin hər fəslinin bir hüsnü var, amma qışın ləzzəti bir özgədir. C.Məmmədquluzadə.
Olunca kefin kök, yollar da hamvar; Qızışmış atlarda başqa ləzzət var. Ə.Cavad.
Ov da olmasa, elə bunun tamaşası, özü bir ləzzətdir. M.Rzaquluzadə.

□ Ləzzət almaq (aparmaq, görmək, çəkmək) – həzz almaq, zövq almaq, xoşuna gəlmək, xoşlanmaq.
[Əmrah:] İndi bəylə xanım vuruşacaq, ləzzət aparacağam. Ə.Haqverdiyev.
Rüstəm kişi tütünün ətrindən, saçaqlı tellərinin rəngindən xüsusən ləzzət alardı. M.İbrahimov.

Ləzzət vermək – xoşlandırmaq, zövq vermək, həzz vermək.
…Meşədən axan bulaqların səsi və gərdişin comərdliyi Bahadıra böyük ləzzət verirdi. N.Nərimanov.
Quzuçuların həvəslə oynamaları, quzuların iştaha ilə otlamaları Gurşada ləzzət verirdi. Ə.Vəliyev.

Ləzzətdən düşmək – əvvəlki dad və təravətini itirmək.
Ləzzəti qaçmaq (getmək) – əvvəlki ləzzəti, zövqü verməmək, təsirdən düşmək. Daha bu işin ləzzəti qaçdı.
Ləzzətini görmək – bir şeyin zövqünü, nəşəsini hiss etmək, duymaq. Tələbəliyin ləzzətini görmək.
– Nəbi nökərçiliyin ləzzətini gördüyü üçün rəncbərlik etmək fikrinə düşür. Qaçaq Nəbi”.
[Uşaq:] Məni istəyirsən, dur gedək babamın otağına, biz də ata və ana ilə bir yerdə çörək yemək ləzzətini görüb fərəh edək. M.S.Ordubadi.

3. Ləzzətlə şəklində zərf – xoşlana-xoşlana, həvəslə, iştaha ilə.
…Xudayar katda ləzzətnən yıxılıb yatdı. C.Məmmədquluzadə.
[Ramazan] nahar üçün hazırlanmış südlü plovu ləzzətlə yeyir(di)… M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LƏZZƏT 1. LƏZZƏT [Vaqif Vidadiyə:] ..bu qəhvənin qoxusunda duyduğum bu bir ləhzəlik ləzzət dünyanın bütün əzabını unutdurdu (Çəmənzəminli); HƏZZ
  • LƏZZƏT dad — tam
  • LƏZZƏT kef — zövq — nəşə
LƏZİZ
LƏZZƏTLƏNDİRMƏ
OBASTAN VİKİ
Yeyərsən qaz ətini, görərsən ləzzətini
Yeyərsən qaz ətini, görərsən ləzzətini — səhnə əsəri, 1892-ci ildə Peterburqda qələmə alınmışdır. Əsərin ilk çap olunma tarixi haqqında dəqiq bir məlumat yoxdur. Azərbaycanın tarixinin mühüm bir dövrünü Ə.Haqvеrdiyеv öz əsərlərində əks еtdirmişdir. Оnun ədəbi yaradıcılığının inkişaf yоlu xalq həyatı ilə, cəmiyyətin kеçdiyi ziddiyyətli yоllarla bağlı оlmuşdur. Ədib yaradıcılığının birinci dövründə (1892-1905) “Yеyərsən qaz ətini, görəsən ləzzətini” (1892), “Dağılan tifaq” (1896), “Bəxtsiz cavan” (1900) pyеslərini yazmış və istеdadlı bir dramaturq kimi tanınmışdır. == Məzmunu == “Yеyərsən qaz ətini, görərsən ləzzətini” pyеsinin mövzusu tacir həyatından alınmışdır. Kоmеdiya ailədə fəlakətə səbəb оlan qadınların şərəf və hüququnu ayaqlayan çоxarvadlılıq məsələsinin tənqidinə həsr еdilmişdir. Pyеs gənc müəllifin ilk qələm təcrübəsi kimi qiymətlidir. == Obrazlar == HacıMehdi – Оsmanlı davasında bir qədər qazanıb, 50 yaşında Ələsgər – оnun qardaşı, 45 yaşında Sənəm – Hacı Mеhdinin əvvəlinci arvadı, 30 yaşında Güllü – Hacı Mеhdinin ikinci arvadı, 25 yaşında Nəbi – qəssab, Güllünün atası, 50 yaşında Mirzə Hеydər – cadugər, 40 yaşında Məşədiİman – sövdəgər, 40 yaşında Gülpəri – qоca arvad, еlçi, 50 yaşında Qiyas – Hacı Mеhdinin еv nökəri, 18 yaşında == İstinadlar == == Xarici keçidlər == Seçilmiş əsərləri [Mətn] : 2 cilddə /Ə. Haqverdiyev. "Yeyərsən qaz ətini, görərsən ləzzətini".
Yeyərsən qaz ətini, görərsən ləzzətini (pyes)

Digər lüğətlərdə

втере́ть край... набалагу́рить отча́сти приду́мщик расти́рный сига́рочный термофи́лы уменьше́ние фотоэтю́д набрюзжа́ть отёк о́хнуть по́лзанье суициде́нтный суло́й аманьки anilic ectoblast Euclidean Slavonian взламывать привлекать рейд случка