ZƏM

ZƏM

f. soyuq; soyuqluq.

ZƏ’M

ə. ehtimal, güman.

ZƏLZƏLƏ
ZƏMAİM
OBASTAN VİKİ
Zəm-zəm
Zəm-zəm suyu (ərəb. زمزم‎) — Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası və çox az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.
Zəm-zəm suyu

Ruhullah Zəm
Ruhullah Zəm (fars. روح‌الله زم‎; 27 iyul 1978, Tehran – 12 dekabr 2020, Tehran) — İran ictimai fəalı və jurnalisti. O, hökumət korrupsiyası haqqında sənədləri yayımlamaqla tanınır. Zəm 2009-cu ildə İran İnqilab Keşikçiləri tərəfindən həbs edilmişdi. Həbs edilməsindən və İranı tərk etməsindən sonra 2015-ci ildə "Amad News" adlı "Telegram" kanalı açan Zəm 2017–2018-ci il İran etirazları zamanı əhəmiyyətli jurnalistik fəaliyyət göstərmişdir. "Voice of America" portalının farsdilli bölməsi onu tez-tez buraxılışlarına dəvət edir. Ruhullah Zəm 1978-ci ildə İranın paytaxtı Tehran şəhərində, ruhani ailəsində anadan olmuşdur. Onun atası Məhəmmədəli Zəm 1980–1990-cı illərdə müxtəlif dövlət vəzifələrində çalışmış bir islahatçı idi. Ruhullah Zəm 2009-cu ildə keçirilən etiraz aksiyalarına qoşulmuş, bir müddət Evin həbsxanasında saxlanılmışdır. O, 2011-ci ildə Əli Xameneiyə göndərdiyini açıq məktubda işgəncəyə məruz qaldığını bildirmişdir.
Hindi Zəmi
Hindi Zəmi (fars. هندی‌زمین‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 192 nəfər yaşayır (66 ailə).
Mahmud Zəmaxşəri
Mahmud Zəməxşəri (18 mart 1075[…], Zəmaxşər, Daşoğuz vilayəti – 12 iyun 1144, Köhnə Ürgənc) — islam filosofu, fəqih. == Həyatı == Doğulduğu kəndin adını özünə soyad kimi götürən, məhurlaşdıqca kəndini də dünyaya tanıdan Mahmud Xarəzmin Zəməxşər kəndində anadan olmuşdur. Onun doğum tarixi qaynaqlarda 1074-cü il və 8 mart 1075-ci il kimi göstərilir. Uşaqlıqdan qəza nəticəsində bir ayağı şikəst olsa da, o, ruhdan düşməmiş dünyanın bir çox ölkələrini gəzmiş, müqəddəs yerləri ziyarət etmiş, 70 ilə yaxın ömür sürmüşdür. Mahmud Zəməxşəri tarix səhnəsinə yeni atılmış, elmə, mədəniyyətə yüksək qiymət verən Səlcuqilər dönəmində yaşadığından onun fitri istedadının cilalanması üçün gözəl şərait yaradılıb. Kənd mollası olan atası balaca Mahmudu dərziyə şagird vermək istəyib, lakin hökumətin elmə, alimə, mədəniyyətə böyük qayğı göstərdiyini gördükdə onu Xarəzmdəki dövrünün ən böyük elm mərkəzlərindən olan mədrəsəyə oxumağa göndərib. Mahmud qısa bir zamanda mədrəsədə məşhurlaşıb. Sonra da təhsilini davam etdirmək üçün dövrünün məşhur elm ocaqlarına yol alıb. Səlcuqların batıya doğrü yürüşləri, 1055-ci ildə Abbasilər xilafətini asılı vəziyyətə salmaları Doğuda bir dinclik, əminlik yaratmışdı. Karvanlar rahat və təhlükəsiz hərəkət edə bilirdilər.
Mustafa Zəmani
Mustafa Zamani (fars. مصطفی زمانی‎; 20 iyun 1982, Əmləş, Gilan ostanı) — İran aktyorudur. İlk dəfə filmlərdə tələbəlik illərində — 2005-ci ildə çəkilmişdir. Mustafa Zamani 21 iyun 1982-ci il tarixində İranın Mazandaran vilayətində dünyaya göz açmışdır. Mustafa adı ona anası tərəfindən verilmişdir. O, öz soyadı (Zamani) ilə fəxr edir. Gənc yaşlarından hər kəs onun gözlərinin gözəlliyindən bəhs edərdi. Mustafa Zamani sənaye idarəçiliyi üzrə təhsil almışdır, mühasib vəzifəsində çalışmışdır. Hobbisi atçılıqla məşğul olmaqdır. Kamera qarşısına ilk dəfə 2005-ci ildə, tələbə ikən çıxmışdır.
Qanlı zəmi (film, 1985)
Qanlı zəmi filmi rejissorlar Həsənağa Turabov və Əbdül Mahmudov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır. Film aktyor Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Film 1-ci kateqoriyaya layiq görülüb. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Həsənağa Turabov, Mömünat Qurbanova, Gümrah Rəhimov, Ənvər Həsənov, Ömür Nağıyev, Eldəniz Quliyev, Rasim Balayev, Ramiz Əzizbəyli, Şahmar Ələkbərov ifa edirlər. XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər də əri ilə birgə həmin dəstədə vuruşurdu. O vaxtlar vəzifə sahibi olan ermənilər filmin istehsalata buraxılmasına əngəl törətməyə başlamışdılar.
Qiymətli kağızlar üzrə zəmanət
Sevda binti Zəma
Sevda binti Zəma (ərəb. سودة بنت زمعة‎; 589, Məkkə – 1 sentyabr 674, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Məhəmməd peyğəmbər Xədicənin vəfatından və Mədinəyə köçməsindən sonra 53 yaşında Sevda ilə evlənir. O, ilk müsəlmanlardan olan Səkran ibn Amrın dul arvadı olur. Onun atası Qureyş qəbiləsindən idi. Sevda binti Zəma Efiopiyaya hicrət edən ilk müsəlman qadınlardan biridir. Onun birinci əri Məkkə müşrikləri tərəfindən zülmə məruz qalan əmisi oğlu Səkran ibn Amr idi. Məkkəyə qayıtdıqdan sonra Səkran vəfat edir. Sevda və Səkranın 637-ci ildə Cəlulə döyüşündə şəhid olan bir oğulları var idi. Məhəmməd peyğəmbər Xədicənin vəfatından bir neçə gün sonra peyğəmbərliyinin onuncu ilinin Şəvval ayında Sevda ilə evlənir.
Tələb zəmanəti
Tələb zəmanəti (fr. garantie autonome) — fransız mülki hüququnda muxtar zəmanət, öhdəliklərin yerinə yetirilməsi üçün üç növ şəxsi təhlükəsizlik növündən biridir. Bu zəmanət sayəsində zamin şəxs üçüncü bir şəxsin üzərinə götürdüyü öhdəliyi nəzərə alaraq ya kreditorun ilk tələbi ilə, ya da müqavilədə nəzərdə tutulmuş başqa bir qaydada müəyyən miqdarda pul ödəmək öhdəliyini götürür. Öhdəliklərin yerinə yetirilməsi üçün şəxsi təhlükəsizliyin digər iki növü zaminlik (xəbərdarlıq) və niyyət memorandumudur (lettre d’intention). Hər hansı digər zəmanət kimi, muxtar bir zəmanət də borclunun öz öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün hazırlanmışdır. Bununla birlikdə, bu zəmanət, zəmanətçinin onlara zəmanət verilmiş öhdəliklə bağlı hər hansı bir etiraz bildirmək hüququna malik olmadığı xüsusiyyətinə malikdir. Bundan əlavə, zaminin borclunun əmlakından əvvəl borc götürülməsini (bénéfice de discussion) və ya öhdəliyinin bölüşdürülməsini (bénéfice de division) kreditordan tələb etməsinə icazə vermir. Əksinə bir razılaşma olmadığı təqdirdə, muxtar zəmanətlə müəyyən edilmiş təminat, zəmanət verilmiş öhdəliyə əməl etmir, çünki təbiətinə görə yalnız şəxsi və daşınmaz əmlakla təmin olunur. Benefisiar (faydalanan) tərəfindən aşkar şəkildə sui-istifadə (dələduzluq) və ya saxtakarlıq və ya tələb irəli sürən şəxslə sövdələşmə halında, zamin onun öhdəliyi ilə bağlı deyildir. Fransız qanunlarındakı xüsusi müddəalara əsasən, muxtar zəmanət miras hüququnda da istifadə olunur.
Zəmanət İbrahimli
Zəmhərir (Mərənd)
Zəmhərir (fars. زمهرير‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 162 nəfər yaşayır (64 ailə).
Zəmilərdə dairələr
Zəmilərdə dairələr — yastılanmış bitkilər vasitəsilə zəmilərdə dairə, halqa və digər həndəsi fiqurlar formasında şəkillərin əmələ gəlməsini ifadə edən termin. Bu şəkillər kiçik və ya tam şəkildə təyyarədən görünə biləcək qədər böyük olurlar. Zəmilərdə dairələrin dəqiq yaranma tarixi məlum olmasa da, 1970-ci illərdən başlayaraq bu haqda rəsmi qeydlər artmağa başlamışdır. XX əsrin son 30 illiyində 26 ölkədə 10 minə yaxın bu cür hal qeydə alınmışdır ki, bunun da 90%-i İngiltərənin cənubuna təsadüf edir. Dairələr adətən gecələr yaranır, lakin gündüzlər yaradılmış dairələrə də rast gəlinir. İnsanlar tərəfindən yaradılan dairələrin hazırlanması zamanı əsasən bir ucu dayaq nöqtəsinə, digər ucu isə bitkiləri yastılamaq üçün istifadə edilən lövhəyə bərkidilmiş ipdən istifadə edilir. Bəzi dairələr müxtəlif şirkətlər tərəfindən reklam məqsədilə sifarişlə hazırlanır. Zəmilərdə dairələrin ölçüləri 5-220 metr arasında dəyişir. Hətta ən böyüyünün uzunluğu 280-ə metrə çatır və 10 min kvadrat metr ərazini əhatə edir. İngiltərənin Stounhenc bölgəsi bu çevrələrin vətəni kimi tanınsa da, dünyanın demək olar ki, bir çox ölkəsində bu işarələrə rast gəlinib.
Zəmindar
Zəmindar — Dehli sultanlığında hərbi xidmət müqabilində dövlətdən torpaq alan şərti torpaq sahibi. Торнер Д. «Аграрный строй в Индии», Москва 1959.
Zəminə Aslanova
Zəminə Sərdar qızı Aslanova (20 iyun 1940, Qalaqayın, Sabirabad rayonu – 23 iyun 2019, Qalaqayın, Sabirabad rayonu) — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR pambıq ustası (1973), SSRİ Dövlət mükafatı laureatı (1976). Zəminə Aslanova 1960-cı ildən Sabirabad rayonundakı 26 Bakı komissarı adına kolxozun üzvü, 1963-cü ildən həmin kolxozda briqadir işləmişdir. 1976-cı ildə pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1969, Moskva), həmçinin Sov.İKP 24 və Azərbaycan KP 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan KP MK təftiş komissiyasının üzvü olmuşdur (1976). Azərbaycan SSR Ali Sovetinin (7, 8 və 9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. Zəminə Aslanova 23 iyun 2019-cu ildə vəfat etmişdir. Зәминә Сәрдар гызы Асланова // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш.
Çoxtərəfli investisiya zəmanəti agentliyi
Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi və ya MİGA — 1988-ci ildə yaradılıb və 157 üzvü var. Ölkə MİGA-ya üzv olmaq üçün ilk öncə BYİB-ə üzv olmalıdır. Təşkilatın maliyyə mənbəyini üzvlük kapitalı təşkil edir. İndiyə qədər buraxılan zəmanətlərin ümumi həcmi 10,4 milyard dollara bərabərdir. Zəmanət verilən birbaşa xarici investisiyaların həcmi isə 30 milyard dollara bərabər olmuşdur. 2002-ci il fiskal ilində 1,4 milyard dollar həcmində zəmanət buraxılmışdır. MİGA-nın yaradılmasında əsas məqsəd az inkişaf etmiş ölkələrə birbaşa xarici investisiyaların yönəldilməsinin artırılması yolu ilə bu ölkələrdə insanların yaşayış şəraitinin yaxşılaşdırılması və yoxsulluğun azaldılmasıdır. Təşkilatın vəzifələri aşağıdakılardır: · üzv ölkəyə digər üzv ölkədən qoyulmuş investisiyalarda mövcud olan qeyri-kommersiya risklərinə qarşı zəmanət verilməsi, o cümlədən investisiyaların birgə sığortası və təkrar sığortası; · inkişaf etməkdə olan ölkələrə investisiya axınının artırılması üçün digər müvafiq əlavə fəaliyyətlərin həyata keçirilməsi. · təşkilat tərəfindən yalnız inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşuna zəmanət verilir. MİGA-nın dəstəklədiyi layihələr ölkələrə hərtərəfli fayda gətirir: yeni iş yerləri açılır, vergi gəlirləri yaranır, təcrübə və texnoloji nou-hau transfer olunur.
Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi

Əl Zəman (dərgi)
Əl Zəman (dərgi) — Bağdadda ərəb dilində fəaliyyət göstərən dərgi Müstəqil, gündəlik siyasi qəzetdir. Mətbu orqanın sahibi və təsisçisi Əl Bəzzazdır. 1997-ci il aprelin 10-u yaradılıb. “Zaman” müəssisəsi adı altında “Gündəlik Zaman”, “Gündəlik Zaman İdman”, “Yeni zaman” aylıq dərgi, “A-dan Z-yə” mədəniyyət dərgisi çapdan çıxır. Londonda fəaliyyət göstərən “Zaman”-ın nəşrləri bütün Avropa və Şimali Afrikaya yayılır.
Zəmanət
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Zəmanətçi

Zəmayən (Mahnişan)
Zəmayən (fars. زماين‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (40 ailə).
Zəmanətli ödəmə
Zəmanətli ödəmə — ilkin qiymət və sonrakı kotirovka arasında mümkün fərqi ödəmək üçün törəmə alətlər müqaviləsi üzrə ödəmə. Zəmanət haqqı anlayışı müştəri tərəfindən ilkin olaraq ödənilən sifariş üçün ümumi ödəniş məbləğinin onun icrası zamanı sifarişdən mümkün imtinanın qarşısını almaq üçün nəzərdə tutulmuş hissəsinə aiddir. Sifarişdən imtina zəmanət haqqının itirilməsi ilə nəticələnir. Münasibətlərdə qeydə alınan ən çox rast gəlinən hal kirayəçinin kirayə üçün təhlükəsizlik depozitinin köçürülməsidir. Bu təcrübə geniş yayılmışdır və təhlükəsizlik depozitləri demək olar ki, bütün annuitet müqavilələrində görünür. Üstəlik, söhbət təkcə daşınmaz əmlakdan deyil, həm də avadanlıqların, avtomobillərin və digər məişət əşyalarının icarəsindən gedir. Ancaq belə bir geniş yayılmış fenomen heç bir şəkildə qanunvericinin diqqətinə təsir etmədi — burada birbaşa və aydın tənzimləmə yoxdur. Buna görə də, mühasibat uçotu apararkən, mümkün olduqda onları vəziyyətə "tənzimləmək" üçün standart normaları tətbiq etmək lazımdır. İcarəyə götürən tərəfindən kirayə müqaviləsinin rəsmi imzalanmasından əvvəl də köçürülən təminat depozitinin əsas məqsədi onun belə bir müqavilə bağlamaq niyyətini maddi cəhətdən təsdiqləməkdir. Bu o deməkdir ki, əmanət qoymağın bütün əlamətləri mövcuddur.
Ömər zəmanəti
Ömər zəmanəti (ərəb. العهدة العمرية‎) — xəlifə Ömər ibn Xəttab tərəfindən romalılar tərəfindən Eliya adlanan Yerusəlim xalqına verilən təhlükəsizlik zəmanəti. Zəmanətin bir neçə variantı və onların həqiqiliyinə dair müxtəlif baxışlar mövcuddur. Ənənəvi görüşdə bu, xəlifə Ömər ibn Xəttaba və b.e. 637–638-ci illərdə müsəlmanların Yerusəlimi ələ keçirdikləri vaxta aid edilir. Xristianlara kilsələri və digər mülkləri ilə bağlı verilən zəmanətlər onu şəhərin tarixinin ən mühüm sənədlərindən birinə çevirir. Zəmanətin əhəmiyyəti Vakidi kimi erkən müsəlman tarixçiləri tərəfindən müzakirə edilir. Sənədin mətni IX, X və sonrakı əsrlərə aid əsərlərə qısaldılmış və ya tam şəkildə daxil edilmişdir. Ömər razılaşması El-Awaisi, Abd al-Fattah. Umar’s Assurance of Safety to the People of Aelia (Jerusalem): A critical Analytical Study of the Historical Sources.
Güvənliyə zəmanət verilmir
Güvənliyə zəmanət verilmir (ing. Safety Not Guaranteed) — 2012-ci ildə ekranlara çıxan komediya janrındakı ABŞ filmi. Filmdəki səhnələrin birində Arctic Monkeys qrupunun “Brick by Brick” mahnısı səsləndirilir. == Süjet == Bir adam qəzetə elan yerləşdirib, zaman səyahətində ona qoşulacaq birini axtarır. == Rollarda == Aubrey Plaza — Darius Britt Mark Düplass — Kenneth Calloway Jake Johnson — Jeff Schwensen Karan Soni — Arnau Jenica Bergere — Liz Mary Lynn Rajskub — Bridget Kristen Bell — Belinda Jeff Garlin — Darius's father William Hall Jr.
Zəməxşər
Zəməxşər (türkm. Yzmykşir galasy) — Türkmənistanın Xarəzm əyalətində tarixi-coğrafi bir yerdir. Daşoğuz şəhərinin cənubunda yerləşir və mərkəzlə 25km fasiləsi var. Məşhur alim Mahmud Zəmaxşəri bu qəsəbədə doğulmuşdur.