Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nargilə
Qəlyan — Orta Şərq, Qafqaz və Cənubi Asiyaya xas ənənəvi bir tütün çəkmə vasitəsi İstifadəçinin bir xortum vasitəsilə sudan keçərək süzülən tüstünü içinə çəkməsini təmin edən bir qurğudur. Qəlyanın içim şəkli və forması yüzlərlə il keçdikdən sonra daha da formlaşmışdır. Bu istifadə ənənəsi ilə sadə bir alətdən daha çoxunu ifadə edir, hətta şərq mədəniyyətinin bir parçası halına gəlmişdir. Qəlyan təməl olaraq 4 hissədən meydana gələr: Sər: Qəlyanın uzun gövdəsi. Boyun qisimi dar olmaqla birlikdə qarın qisiminə enildikcə diametri genişləyən, quruluş olaraq dolçaya bənzəyən bir parçadır. Şüşə, metal və dulusçuluqdan edilir. Lülə: Ən üstdə olan, təmbəkinin qoyulduğu dəlikli tabaq. Gümüş, düyü ya da misdən edilmiş, oymalarla bəzəkli bir mühafizə ilə çevrilidir, üzərinə köz qoyularaq lazımlı istilik təmin edilir. Marpuç: Tüstünü şüşədən alan və ağıza çatdıran hissədir. Bu hissədə istifadə edilən xortum qoyun dərisindən edilir.
Zəngilər
Zəngilər — 1127-ci ildə Levant bölgəsində qurulmuş dövlətdir. == Tarixi == Adları qədim mənbələrdə "sanqi" şəklində qeyd edilmiş zəngilər əsasən Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşamışlar. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngiçay da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişlər. Böyük qazax mütəfəkkiri Çokan Vəlixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir.Səlcuqlu əmirlərdən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitdi, lakin zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də hakimiyətdə idi. Bu isə onu göstərir ki, Ak-Sonqurun oğlu Zənginin mənsub olduğu zəngi soyu əhali arasında geniş dayağı olan tirələrdən imiş. Prof. F. Cəlilov qeyd edir ki, Zəncan şəhərinin adı da sanqi//zəngi boyu ilə bağlıdır.
Zəngulə
Zəngulə - (hərf. far. – zınqırov, xırda zəng, cınqral) Yaxın Şərq xalqları klassik musiqisinin əsasını təşkil edən 12 muğamdan doqquzuncusu. Azərbaycan vokal musiqi yaradıcılığında geniş istifadə olunan bəzək və zinət priyomlarından biri. Xanəndə və aşıq ifaçılığında avazın yekrəng səslənməsi və dinləyiciyə daha artıq xoş gəlməsi üçün oxunan muğam, qoşma və sairənin melodiyasında təğənni olunan ayrı – ayrı səsin yüksəliyi etibarı ilə ona ən yaxın qonşu səslər ilə növbələndirilməsi.
Zəngələ
Zəngələ — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Zəngələ kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Vərov kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim Zəngənə adlı bir tayfanı əks etdirir. Məmməd Həsən Vəliyevin sözlərinə görə, XIV əsrdə Hulaku hökmdarlar ilə Zəngənə tayfası Türküstandan İrana göçürülüb gəlmişdi. Və bu tayfa orta əsrlərdə qızılbaşlara qoşulmuşdur. Bir müddət keçəndən sonra Səfəvi şahları Zəngənə tayfasına Azərbaycanda,Gürcüstanda və Ermənistanda ərazi ayırmışdır.Zəngələ sözünün etimologiyası ilə bağlı üç fərziyyə var. Bunlardan biri zəngənə adlı tayfa ilə bağlıdır. Digər iki fərziyyəyə görə kəndin adı talış dilindən zənqulə (sırsıra) və ya zənqələ (balıqqulağı) sözləri ilə əlaqələndirir. == Tarixi == == Coğrafiyası və iqlimi = == Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir. == İqtisadiyyatı == Kənd əhalisi heyvandarlıq və əkinçiliklə məşğuldur.
Zərrinə
Zərrinə- İranın Kürdüstan ostanının Divandərə şəhristanının Kərəftu bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,272 nəfər və 266 ailədən ibarət idi.
Şorgilə
Şorgilə (lat. Nitraria) — sabunağacıçiçəklilər sırasının şorgiləkimilər fəsiləsinə aid bitki cinsi.
Dərgil
May itburnusu (lat. Rosa majalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Azərbaycanın dağ-meşə zonalarında və kolluq yerlərində geniş yayılmışdır. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələri adətən sentyabr-oktyabr aylarında toplanır və quruducularda 70-80 temperaturda qurudulur. Meyvələrin rəngi çəhrayıdan parlaq-qırmızı rəngə keçəndə onları toplamaq məsləhətdir. May itburnusu meyvəsinin tərkibində C vitamini, karotin, B1, B2, K və P vitaminləri, karotinoidlər, flavonoidlər, 18 %-ə qədər şəkər, 4 % aşı maddəsi, 3,7 % limon və alma turşuları, pektin maddələri, dəmir, manqan, fosfor, kalsium duzları və s. vardır. Ona görə də bu meyvələrdən çox zəngin polivitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. May itburnusunun meyvələrindən dəmləmə, konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn skorbutin, C və P Hipo – və avitaminozların, raxitin, qızılyelin, qanazlığının, vərəmin, sidik və öd yolları xəstəliklərində geniş istifadə edirlər.
Zərifə
Zərifə — qadın adı. Zərifə Əliyeva — tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. Zərifə Salahova — Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri. Zərifə Cəbrayılova — texnika elmləri doktoru, dosent . Zərifə Ağayeva — Azərbaycanın qadın jurnalisti. Zərifə Budaqova — AMEA­-nın müxbir üzvü.
Ərsilə
Ərsilə — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərsilə kəndi Ərus kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ərsilə kənd Soveti yaradılmışdır. == Toponimikası == Tədqiqatçıların fikrincə, oykonim keçmışdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş ərus adlı icmanın adından və talış dilində kiçiltmə bildirən lə şəkilçisindən ibarətdir. S.Kazımbəy 1869-cu ildə qələmə aldığı "Cəvahirnameyi-Lənkəran" əsərində bu kəndin adını Ərsidə şəklində qeyd edir və kənd ərazisindəki məşhur ocaq haqqında geniş məlumat verir. Müəllif Ərsidədəki məşhur "Babül-Dərdə" ocağının dövlət başçıları tərəfindən "Uçtıq-Sufidəşt" adlandırıldığını qeyd edir. Çox güman ki, uçtıq sözü burada üç tuğ (üç bayraq) mənasındadır. Vaxtilə həmin ocaqda saxlanılan və dini mərasimlərdə - məhərrəm ayında gəzdirilən "üç ələm"ə işarədir. Ərsilə toponiminin ikinci komponentindəki –lə topoformantının talış dilindəki –lə kiçiltmə şəkilçisi ilə heç bir əlaqəsi yoxdur. Toponimin tərkibindəki –lə şəkilçi deyil, "dağ" mənasında işlənən monqol dilindəki "ula" sözüdür. XIX əsrin II yarısında bu leksem -idə/-də şəklində göstərilmişdir.
Beqqer dərgili
Nargilə Qəribova
Nargilə Dursun qızı Qəribova — Azərbaycan aktrisası, teatr rejissoru, Azərbaycanın əməkdar artisti. == Həyatı == Nargilə Qəribova 1977-ci ildə anadan olmuşdur. Əvvəlcə ixtisasca rəqqasə olmaq istəsə də, orta ixtisas diplomu olmadığı üçün İncəsənət İnstitutunda aktyorluq fakültəsinə qəbul olunmuşdur. Nargilə Qəribova 2001-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1999-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışmışdır. Həmin Teatr-studiya 2000-ci ildə Dövlət statusu aldıqda N. Qəribova teatrın aktrisası kimi fəaliyyət göstərmişdir. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan N. Qəribova bu müddət ərzində B. Xanızadənin "Maska", "Şərqə səyahət", S. Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş. Əttarın "Uçuş", Ü. Hacıbəyovun "Dulusçu", U. Şekspirin sonetləri əsasında hazırlanmış "Eşq", A. Rünoske "Kesa və Morito" tamaşalarında uğurla çıxış edərək, özünü peşəkar pantomim aktrisası kimi təsdiq etmişdir. N. Qəribova Türkiyədə, Rusiyada, Gürcüstanda, Hollandiyada, Fransada, Misirdə keçirilən Beynəlxalq Teatr Festivalların iştirakçısı olmuşdur. Rusiyanın İrkutsk şəhərində festivalda "Leyli və Məcnun" tamaşasındakı çıxışına görə "Tamaşanın mürəkkəb plastik həllində parlaq aktyor oyunu" diplomu ilə təltif olunmuşdur.Nargilə Qəribova 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Yenə o bağ olaydı (film, 2002) Manqurt (film, 2003) Qurban (film, 2011) Şəbəkə (film, 2011) İnikas (film, 2014) 4.1.
Sərgizə (Marağa)
Sərgizə (fars. سرگزه‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,233 nəfər yaşayır (261 ailə).
Zəngilər (Zəngibasar)
Donuzgirən (?-03.01.1935), Zəngilər (03.01.1935-19.04.1991), Zorak (19.04.1991-indi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km şimal-qərbdə, Zəngi çayının sol sahilində yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Donuzyeyən formasında, 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə kəndin adı Donuzpayan, Qafqazın 5 verstlik xəritəsində Donquzian formasında qeyd edilmişdir. Toponim donuz heyvan adına «girən» (daxil olan mənasında) feli sifətinin artırılması ilə düzəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Toponimi == Zəngilər toponimi də türk mənşəlidir. Türk əsilli zəngilər nəsil adı ilə bağlıdır. F.Sümər yazır: «Əlcəzair və Suriyə hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər». Ərəb ölkələrindəki məmlük türkləri qıpçaq tayfalarıdır.
Zəngilər dövləti
Zəngilər — 1127-ci ildə Levant bölgəsində qurulmuş dövlətdir. == Tarixi == Adları qədim mənbələrdə "sanqi" şəklində qeyd edilmiş zəngilər əsasən Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşamışlar. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngiçay da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişlər. Böyük qazax mütəfəkkiri Çokan Vəlixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir.Səlcuqlu əmirlərdən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitdi, lakin zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də hakimiyətdə idi. Bu isə onu göstərir ki, Ak-Sonqurun oğlu Zənginin mənsub olduğu zəngi soyu əhali arasında geniş dayağı olan tirələrdən imiş. Prof. F. Cəlilov qeyd edir ki, Zəncan şəhərinin adı da sanqi//zəngi boyu ilə bağlıdır.
Zərbil (Kəleybər)
Zərbil (fars. زربيل‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 243 nəfər yaşayır (57 ailə).
Zərifə Budaqova
Zərifə İsmayıl qızı Budaqova (28 aprel 1929, İrəvan – 10 noyabr 1989, Bakı) — filologiya elmləri doktoru (1963), professor (1968), AMEA-nın müxbir üzvü (1980), azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru (1988–1989-cu illər). == Həyatı == Zərifə Budaqova 28 aprel 1929-cu ildə İrəvan şəhərində anadan olub. 1943-cü ildə Ermənistan SSR Pedaqoji Texnikumunda, 1945-ci ildə Ermənistan SSR Dövlət Pedaqoji İnstitununun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1948-ci ildə tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki azərbaycanlıların böyük qisminin deportasiya edilməsi nəticəsində Zərifə Budaqovanın da ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçmüş və o, 1948–1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == Zərifə Budaqova 1949–1953-cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxuyan Zərifə Budaqova 1953-cü ildə "Azərbaycan dilində feilin tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Zərifə Budaqova 1968-ci ildə "Türk dilləri" ixtisası üzrə professor elmi adını qazanıb, 1980-ci ildə isə AMEAnın müxbir üzvü seçilib.Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru olub.Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil edib. Dilçi alim 20-dən çox elmlər namizədi və elmlər doktoru yetişdirib. == Əmək fəaliyyəti == Zərifə Budaqova 1953–1955-ci illərdə Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda (o zaman bu institutlar birgə olmuşlar) böyük elmi işçi vəzifəsində çalışmış, 1955-ci ildən 1989-cu ilədək (ömrünün sonuna qədər) Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinə rəhbərlik edib.Dilçi alim 1984–1988-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, 1988–1989-cu illərdə direktoru vəzifəsində çalışıb.
Zərifə Cəbrayılova
Zərifə Qasım qızı Cəbrayılova — texnika elmləri doktoru, dosent. == Həyatı == Cəbrayılova Zərifə 14 iyun 1961-cı ildə Dəvəçidə anadan olmuşdur 1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == 1984-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur. 1996-ci ildə Kibernetika İnstitutunda "Təşkilat idarəetmə sistemlərində qərarların qəbul olunması metodları" mövzusunda dissertasiya müdafiə etmişdir. Texnika elmləri namizədi və dosentdir. Süni intellekt texnologiyaları çərçivəsində qeyri-səlis məntiq üsullarinin tədqiqi, tətbiqi və inkişafi istiqamətində çətin formalizə olunan bir sıra predmet sahələri üçün metod və alqoritmlər işləmişdir. Hazırda süni intellekt texnologiyası üsullarının tətbiqi ilə müxtəlif predmet sahələrində qiymətləndirmə məsələlərinin, insan resurslarının idarə olunması ilə bağlı qərarların qəbul olunması məsələlərinin həlli və müvafiq sistemlərin reallaşdırılması problemləri ilə məşğul olur. 121-dan çox elmi məqalənin müəllifidir. Onlardan 66-sı xarici elmi mətbuatda dərc edilmişdir. İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində və BDU-da pedaqoji fəaliyyət göstərib.
Zərifə Quliyeva
Zərifə Rzaqulu qızı Quliyeva (Quliyeva Zərifə Rzaqulu qızı; 13 fevral 1952, Balakən rayonu) — Azərbaycan həkimi və yazıçısı; Koreya Şərq Təbabəti Klinikasının baş həkimi., Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin sədri, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri. == Həyatı == Zərifə Quliyeva 13 fevral 1952-ci ildə Azərbaycan SSR-nin Balakən rayonunda anadan olmuşdur. 1959-cu ildə Naxçıvan şəhər 4 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1969-cu ildə Əli Bayramlı şəhəri orta məktəbini bitirmişdir. 1969-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1976-cı ildə bitirmişdir. İlk əmək fəaliyyətinə 1975-ci ildə Bakı şəhər 5 saylı kliniki xəstəxanasında qəbul şöbəsində həkim işləməklə başlamış, 1981-ci ildən 1984-cü ilədək həmin xəstəxanada qəbul şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1984-cü ildən 1989-cu ilədək Nizami rayon partiya komitəsində təlimatçı kimi həm də, səhiyyə, təhsil, mədəniyyət sahəsinin kuratoru kimi geniş fəaliyyət geniş fəaliyyət göstərmişdir. 1989-cu ildən 1995-ci ilədək Nizami rayon 17 saylı tibbi-sanitar hissənin baş həkimi vəzifəsində işləmişdir. 1990–1993-cü illərdə mənfur erməni işğalçılarına qarşı Qarabağ müharibəsi dövründə atəşkəs imzalanana qədər on millərlə insana qan yardımı proqramını təşkil etmiş, bu işin Qanköçürmə İnstitutu tərəfindən yerinə yetirilməsinə nail olmuşdur. == Fəaliyyəti == === Sosial və ictimai fəaliyyəti === Müxtəlif sosial və ictimai, şəhid ailələri və qazilərlə bağlı bir sıra tədbir təşkil edib. == Yaradıcılığı == Z. R. Quliyeva 2005-ci ildə "Təhsil" nəşriyyatı tərəfindən "Ömrün son baharı" adlı ilk kitabı, 2006-cı ildə həmin nəşriyyat tərəfindən "Sənsiz səninlə" adlı ikinci kitabı,2008-ci ildə "Son ümidim" adlı üçüncü kitabı, 2010-cu ildə "Naksiana" nəşriyyatı tərəfindən "Tale yazısı" adlı dördüncü kitabı, 2011-ci ildə "Sabah" nəşriyyatı tərəfindən "Nicat günü" adlı beşinci kitabı çapdan çıxmışdır.
Zərifə Salahova
Zərifə Teymur qızı Salahova (2 fevral 1932, Bakı) — Azərbaycan ictimai xadimi, Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri. == Həyatı == Zərifə Teymur qızı Salahova 1932-ci il fevralın 2-də Bakı şəhərində doğulub. 1952-ci illərdə Sabir adına Pedaqoji məktəbi bitirib. 1952–1956-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1966–1967-ci illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbinin dinləyicisi olub. 1956–1958-ci illərdə orta məktəbdə ibtidai sinif pedaqoqu, rus dili və ədəbiyyatı müəllimi işləyib. 1958–1962-ci illərdə "Minqeçaurskiy raboçiy" və "Kommunist Sumqaita" qəzetlərinin əməkdaşı olub. 1962–1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı, mühazirəçisi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib. 1970–1981-ci illərdə Azərbaycan KP MK-nin təşkilat-partiya işi şöbəsinin partiya informasiya sektorunun müdiri olub.
Zərifə Şükürova
Zərifə Zülfüqar qızı Şükürova (1920, Şuşa) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1958–1971). == Həyatı == Zərifə Şükürova 1920-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1936-cı ildə başlamışdır. Bakı məktəblərində müəllimlik etmiş, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra 1944-cü ildə laborant, daha sonra həkim, 1948–1954-cü illərdə isə Bakının Lenin rayonu səhiyyə şöbəsinin müdiri işləmişdir.Zərifə Şükürova Azərbaycan SSR Ali Sovetinin 4–7 çağırış deputatı seçilmiş, 1958–1971-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olmuşdur.
Zərifə Əliyarova
Əliyarova Zərifə Abbasqulu qızı (8.5.1935, Naxçıvan şəhəri – 28.6.1999, Bakı şəhəri) – fizik. Fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1983), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1972). == Həyatı == 1935-ci il may ayının 8-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universiteti (indiki BDU) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsini (1956) və Azərbaycan Milli EA Fizika İnstitutunun aspiranturasını (1959) bitirmişdir. Azərbaycanda fizika-riyaziyyat elmləri namizədi (1959) və doktoru adına layiq görülmüş ilk qadın fizikdir. 1983-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş elmi işçi, laboratoriya müdiri olmuşdur. 1983-cü ildən Azərbaycan Dövlət Neft Akademiyası fizika kafedrasının professor idi. Yarımkeçiricilər fizikasına dair tədqiqatların, o cümlədən 80-dən çox elmi məqalənin, ixtiranın, bir dərsliyin müəllifidir. 20-dən çox müəlliflik şəhadətnaməsi almışdır. Onun rəhbərliyi ilə dünyada ilk dəfə olaraq yeni növlü yarımkeçirici yaddaş elementləri alınmışdır.
Zərifə Əliyeva
Zərifə Əziz qızı Əliyeva (28 aprel 1923, Şahtaxtı, Naxçıvan MSSR – 15 aprel 1985, Moskva) — Azərbaycanın oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru (1976), professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1983). == Həyatı == Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərifə xanım 1932–1942-ci illərdə orta məktəbdə təhsil almışdır. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1949–1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982–1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır. 1954-cü ildə Heydər Əliyev ilə ailə qurmuş, 1955-ci il 18 oktyabr Sevil Əliyeva, 1961-ci il 24 dekabr İlham Əliyev dünyaya gəlmişdir. 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur. === Təhsili === 1947-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə kurs keçmişdir. 1950–1953-cü illərdə aspiranturanı başa vurur.
Vergili
Publi Vergili Maron (15 oktyabr e.ə. 70 – 21 sentyabr e.ə. 19, Brindizi, Roma imperiyası) — Roma ədəbiyyatının qızıl dövründə yaşamış görkəmli şair. E.ə. 70-19-cu illərdə yaşamışdır. Romanın klassik şairi və ən qüdrətli ədəbi xadimlərindən biri sayılır. Vergilinin üç əsəri çox məşhurdur: "Ekloqlar" "Georgikilər" "Eneida" == Həyatı == Vergili Roma yaxınlığında And kəndində varlı ailədə anadan olmuşdur. Sonralar əmlakının böyük bir hissəsini itirən şairə bunları geri almağa imperator Oktavian Avqust və Messenat kömək etmişdir. Buna görə də onun əsərlərində xüsusilə də bukolikalarında onlar mədh edilir. == "Ekloqlar" == Bu Vergilinin ilk kitabıdır.
Zemqale
Zemqale (latış. Zemgale‎; alm. Semgallen‎; pol. Semigalia; lit. Žiemgala; liv. Zemgāl) — Latviyanın tarixi-mədəni bölgəsi. Adı bu torpaqlarda yaşamış zemqallar xalqından gəlir. == Coğrafiya == Mərkəzi keçmiş Kurzeme və Zemqale Hersoqluğun paytaxtı olan Yelqava şəhəridir. Seliya diyarı və bəzən Litvanın hissələri də Zemqale torpaqları kimi sayılır. Litvada yerləşən tarixi Zemqale (Jiemqala) hissəsi Aukştaytiya bölgəsinin hissəsidir.
Zərqulu
Zərqulu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zərqulu kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Zarqulu kəndi Uzunyal dağının ətəyindədir. Yaşayış məntəqəsini Laçın rayonunun Muncuqlu kəndindən (hazırda mövcud deyil) gəlmiş hacporuclar və Dərələyəz mahalından gəlmiş Hamzalar adlı nəsillərə mənsub ailələr salmışlar. Zarqulu kəndin bünövrəsini qoymuş şəxsin adı hesab olunur.Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Onun bünövrəsini XV-XVI əsrlərdə Şano adlı bir şəxs qoyub. Bu ərazidə çox sayda qızıl quyuları var. Burada quyu dağ-mədən lağımı mənasındadır. Zər qızıl deməkdir. Görünür nə vaxtsa ərazi Zərquyular adlanıb, sonralar söz assimliyasiya olunaraq Zərqulu formasına keçib.
Beynəlxalq Sərgilər Bürosu
Beynəlxalq Sərgilər Bürosu (fr. Le Bureau International des Exposition (BIE)) — 1928-ci ildə Parisdə imzalanan müqavilələr nəticəsində quruldu. == Məqsədləri == Vaxtın, nominasiyaların, seçimlərin təşkili və idarə edilməsi. Milli pavilyonlarda ev sahibi olan ölkə və iştirakçı ölkələr arasında əməkdaşlıq.
Almaniyada vergilər
Almaniyanın vergi sistemi Xarici ölkələrin vergi sistemlərinin öyrənilməsi bu ölkələrin vergitutma təcrübəsini, vergitutma mexanizmlərinin inkişafının ümumi qanunauyğunluqlarını nəzərə almağa imkan verir. Bazar iqtisadiyyatına xas olan ölkələrin vergi sistemləri müxtəlif iqtisadi, siyasi və sosial amillərin təsiri nəticəsində təşəkkül tapmışdır. Vergilərin sayı¬na, strukturuna, yığılma üsullarına, dərəcələrinə və digər əlamətlərinə görə ölkələrin vergi sistemləri bir-birindən əhəmiyyətli dərəcədə fərq¬lə¬nir. Buna baxmayaraq bütün bu vergi sistemlərinə xas olan ümumi bir cəhət var. Bu da dövlətin vergi gəlirlərinin artırılması üçün yolların axtarılmasından və vergitutmanın əsas prinsiplərinin tələblərinə cavab ve¬rən optimal vergi sisteminin yaradılmasından ibarətdir. İnkişaf etmiş dövlətlər üçün ən xarakterik cəhət iqtisadi həyatın müxtəlif sahələrinə dövlət müdaxiləsinin səviyyəsidir. Məsələn, ABŞ-da bu müdaxilənin səviyyəsi aşağı, İsveçdə yüksək, Yaponiya və Almaniyada isə bu ölkələrlə müqayisədə nisbətən orta səviyyədədir. Dövlət müdaxiləsinin əsas məqsədi iqtisadiyyatın tənzimlənməsidir. Dövlət tənzimlənməsinin vasitələri isə vergi siyasəti və azad sahibkarlığa maliyyə dəstəyinin göstərilməsidir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi sabit iqtisadi artıma nail olmaq, əsas əmtəə və xidmətlərin qiymətlərinin sabitliyinin, əmək qabiliyyətli əhalinin tam məşğulluğunun və əhalinin gəlirlərinin müəyyən minimal səviyyəsinin təmin edil¬məsi və vətəndaşların sosial müdafiə sisteminin yaradılmasıdır.
Azərbaycanda vergilər
Qədim dövrün vergi növləri- hali sinfi strukturuna görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyuşçülər, 3) katiblər, 4) vergi verənlər. Vergi verənlər zümrəsi özündə bütün zəhmətkeş əhalini – əkinçiləri, sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi. Bütün vergi verən zümrənin başında vastarioşan-salar dururdu. Vergi və mükəlləfiyyətlər içərisində ən mühümü qazidağ, maraq və xarq idi. I Xosrovun vergi islahatından sonra qazidağ termini can vergisi mənasında işlənib. Əvvəllər Torpaq vergisi zekat adlanirdi.Ümumiyyətlə, vergi mənasında olan xaraq termini də elə həmin dövrdə (III-IV əsrlər) torpaq vergisinə aid edilib. Vergilərin başçısı olan xarqbed – Sasani dövlətinin idarə aparatında yüksək mövqe tuturdu. I Xosrovun dövründə üzərinə vergi qoyulmuş torpaqlar siyahıya alınırdı. Torpaq siyahısı hələ Kavadın dövründə tutulmağa başlanmış, oğlu I Xosrovun zamanında başa çatdırılmışdır. Vergi vahidi 1/10 hektara bərabər olan qarib sayılmağa başladı.
Estoniyada vergilər
Estoniyada vergilər — Estoniya Respublikasının vergi sistemi. == Rəsmi orqan == Ölkədə qanun çərçivəsində vergi və gömrük sahəsində nəzarət, məcbur­etmə səlahiyyətlərini həyata keçirən dövlət orqanı Estoniya Vergi və Gömrük Şurasıdır. Bu Şura Estoniya Maliyyə Nazirliyinin tərkibinə daxildir. Dövlət gəlirlərinin idarə edilməsi, dövlətin vergi və gömrük siyasətinin həyata keçirilməsi və iqtisadi fəaliyyətin təşviq edilməsi Şuranın əsas funksiyalarıdır. 2012-ci ildə Şurada 1555 əməkdaş çalışmış, onun vasitəsi ilə dövlət büdcəsinə 6,1 milyard dollar həcmində vəsait toplanmışdır. Bu vəsait birbaşa vergilərdən 10,8%, dolayı vergilərdən 47,6%, sosial fondlardan 40,5% və 1,1% isə digərlərindən ibarət idi. == Vergi növləri == === Mənfəət vergisi === Digər Avropa İttifaqı ölkələrindən fərqli olaraq, Estoniyada qeyri-ənənəvi mənfəət vergi sistemi tətbiq olunur. Bu ölkədə mənfəət vergisi ilə bağlı ən mühüm cəhət budur ki, müəssisələr klassik şəkildə mənfəət vergisi ödəyicisi deyildir. Bunun əvəzinə müəssisələr mənfəətin bölüşdürülməsindən bölüşdürmə vergisi ödəyirlər. 2012-ci ildə bölüşdürmə vergisi bölüşdürülən xalis mənfəətdən 21/79 dərəcə – təxminən 26,6% ilə tutulur.
Fransada vergilər
Fransa vergi sisteminin ümumi xüsusiyyətləri Ərazisi – 674,8 min km²; Əhalisi – 65,1 milyon nəfər; ÜDM – 1,83 trln. dollar; Adambaşına düşən ÜDM – 29316 dollar. Fransanın vergi sistemi son illərdə formalaşmış, ölkənin tarixi və mədəni xüsusiyyətlərini, özünəməxsus vergi və yığımların məcmusunu özündə əks etdirir. Hazıda vergi və yığımlar, onların tətbiqi stabilliyə malikdir. Vergi dərəcələrinə ölkənin iqtisdi vəziyyəti və sosial-iqtisadi siyasəti nəzərə alinmaqla vaxtaşırı yenidən baxılır. Vergilər Fransa hökumətində dövlət büdcəsinin formalaşmasinda əsas mənbəə olmaqla büdcə gəlirinin 90 faizini təşkil edir. Fransanın vergi sisteminin əsasini təşkil edən prinsiplər aşağıdakılardır: sistemlilik (parlament tərəfindən vergilərin idarə edilməsi sahəsində ciddi mərkəzləşdirilmiş bazanın mövcudluğu, müvafiq olaraq vergilərin geniş qanunvericilik əsasına malik olması, daxildə vergilərin bir-biri ilə qarşılıqlı əlaqəsi, ikiqat vergitutmanin istisna edilməsi); vergi sisteminin elastikliyi (illik vergi dərəcələrinin dəqiqləşdirilməsi imkanının təmin edilməsi və parlamentin dövlət büdcəsi haqqında qəbul etdiyi illik qanunlara əsasən siyasi və iqtisadi konyukturanın dəyişiklikləri nəzərə alınmaqla vergi siyasətinin həyata keçirilməsi); vergi sisteminin sosial istiqaməti (ölkənin sosial və iqtisadi inkişafının stimullaşdırılması bir sıra faktorlarla belə ki, inkişaf tempi, iqtisadiyyatın sahələrinin maliyyə vəziyyəti, işsizlik və infilyasiya dərəcəsi, regionun iqtisadi inkişafının tarazlaşdırılması faktorları ilə bağlı olması).Fransanın vergi sistemində aşkar üstünlük fiskal funksiyaya məxsusdur. Fransanin əsas vergi növlərini dolayı, birbaşa vergilər və gerb yığımları təşkil edir. Qeyd olunmalıdır ki, dolayı vergilər üstunlük təşkil edir. Dolayı vergilərin 50 faizini əlavə dəyər vergisi (ƏDV) təşkil edir.
Kanadada vergilər
Kanadanın vergi sistemi ADIU "Vergi və vergiqoyma" kafedrası i.f.d. Pərviz Rzayev Ərazisi – 9,98 mln. kv.km; Əhalisi – 33,3 milyon nəfər; ÜDM – 1,43 trln. dollar; Adambaşına düşən ÜDM – 42738 dollar. Ümumi məlumat Qeyd etməliyik ki, bütün ölkələrin vergi sistemləri üçün əsas meyar vergilərin iqtisadiyyatın inkişafına xidmət etməsidir. Hər bir ölkə öz milli maraqlarını nəzərə almaqla vergi siyasəti aparır. Azərbaycan Respublikasında vergi sisteminin təkmilləşdirilməsinin başlıca məqsədi milli mənəvi dəyərlər nəzərə alınmaqla, vergi sistemini beynəlxalq standartlara uyğunlaşdırmaqla ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə təkan verən səmərəli vergi siyasətinin həyata keçirilməsindən ibarətdir. Xarici ölkələrin vergi sistemlərinin öyrənilməsi bu ölkələrin səmərəli, qabaqcıl təcrübəsini nəzərə almağa və tətbiq etməyə imkan verir. İnkişaf etmiş ölkələrin vergi sistemlərinə xas olan xüsusiyyətlərdən biri də müxtəlif səviyyəli büdcələrin gəlirləri arasında dəqiq sərhədin müəyyən edilməsidir. Ölkənin vergi sisteminin strukturu onun dövlət qurluşundan bilavasitə asılıdır.
Mərqişə (Çaypara)
Mərqişə (fars. مرقشه‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 260 nəfər yaşayır (57 ailə).
Qarı İzerqil
İzergil qarı - (rus. Старуха Изергиль) - 1894-cü ildə Maksim Qorki tərəfindən yazılmış əsər. == Ədəbiyyat == Ханов В. А. Рассказ М. Горького «Старуха Изергиль»: культурологические аспекты // Русская словесность. — 2003. — № 4. Щербина И. «Я и Старуха…»: О рассказе М. Горького «Старуха Изергиль». И. Щербина // Литература. — 2003 — № 8. Гуйс, Ирина. «Старуха Изергиль» А. М. Горького [Текст] : новый взгляд / Ирина Гуйс // Литература.
Qazaxıstanda vergilər
Qazaxıstanda vergilər Qazaxıstanda vergi tətbiqini quran və tənzimləyən əsas qanunverici akt Qazaxıstan Respublikasının "Vergi və büdcəyə digər məcburi ödənişlər haqqında" məcəlləsidir (bundan sonra - "Vergi Məcəlləsi"). Vergi Məcəlləsi 10 dekabr 2008-ci ildə qəbul edilmiş və 1 yanvar 2009-cu ildə qüvvəyə minmişdir. == Tarixi == Qazaxıstan Sovet İttifaqının dağılmasından sonra 1990-cı ilin oktyabrında suverenliyini elan etdi. 1991-ci ilin dekabrında ölkə müstəqillik elan etdi. Suveren respublikanın vergi qanunvericiliyinin əsası 1991-ci ildə çıxarılan "Müəssisələr, birliklər və təşkilatlardan vergilər haqqında" Fərman idi. Sonradan Qazaxıstan inkişaf etmiş bazar iqtisadiyyatı üçün xarakterik olan vergi dəsti ilə klassik vergi sistemini qəbul etdi. 1995-ci ildə Qazaxıstan Respublikasının Prezidenti Qazaxıstanda vergi sistemini tənzimləyən "Vergi və büdcəyə digər məcburi ödənişlər haqqında" fərman (bundan sonra "Fərman") verdi. Fərmanda vergilərin hər biri haqqında konkret məlumat əldə etmək üçün verilən təlimatlara istinad edilmişdir. 2002-ci ildə Qazaxıstan Respublikasının "Vergi və büdcəyə digər məcburi ödənişlər haqqında" məcəlləsi ("2002 Vergi Məcəlləsi") qüvvəyə minmişdir. Vergi Məcəlləsi Fərmandan daha ümumi bir hüquqi akt idi.
Vergilər Nazirliyi
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti — Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. == Tarix == 1919-cu il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyinin təsis olunması ilə Azərbaycanda vergi xidmətinin ilk fəaliyyəti başlanmışdır. 1920–1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, həmin dövrdə vergi məsələləri Sovet İttifaqının vergi qanunları ilə tənzimlənmişdir. 1990-cı ilin iyul ayında yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə Respublika Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılmışdır. 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədi ilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır. 11 fevral 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılmışdır.23 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb.12 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsi təsdiq edilib.3 iyul 2020 – Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edilib.6 may, 2021-ci il – Dövlət başçısının sərəncamı ilə Orxan Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib. == Vəzifələri == İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: vergi münasibətlərini, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək; müvafiq sahəyə dair inkişaf proqramlarının hazırlanmasında iştirak etmək və həyata keçirmək; ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə birlikdə vergilərin və digər icbari ödənişlərin dərəcələri ilə, habelə bu sahədə güzəşt və azadolmalarla bağlı təkliflər hazırlanmasında iştirak etmək; vergitutma ilə bağlı digər ölkələrlə Azərbaycan Respublikası arasında münasibətlərin tənzimlənməsinə dair təkliflər hazırlanmasında iştirak etmək; vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə daxilolma proqnozunun hazırlanmasında iştirak etmək; 3.0.18–1. sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək; Azərbaycan Respublikasının vergi qanunvericiliyinə, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinə riayət olunmasını təmin etmək; vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin etmək; hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının uçotunu aparmaq və bu barədə hesabatın Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi məqsədilə Nazirliyə məlumat vermək; dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək; "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək; kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq; vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər bölmələrinin (obyektlərinin), nəzarət-kassa aparatlarının, habelə məcburi dövlət sosial sığortanın məqsədləri üçün ailə kəndli təsərrüfatlarını və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotunu aparmaq; Vergi Məcəlləsinə uyğun olaraq aksiz markalarının hazırlanmasını, satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək; Vergi Məcəlləsinə uyğun olaraq məcburi nişanlamanın hazırlanmasını, vergi ödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək; "Dini etiqad azadlığı haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək; siyahıya aldığı aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq; vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı hesabatların, bəyannamələrin və digər sənədlərin formalarını tərtib etmək; vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək; Azərbaycan Respublikasının vergi qanunvericiliyi, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı vergi ödəyicilərinə məlumatların, habelə vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi barədə əvəzsiz izahların verilməsini təmin etmək; vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə və müraciətlərə vaxtında və obyektiv baxılmasını təmin etmək, vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin pozulması hallarının aradan qaldırılması üçün tədbirlər görmək; fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısını almaq; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini fəaliyyət istiqamətləri üzrə təmin etmək; öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; dövlət sirrinin və məxfilik rejiminin, habelə fəaliyyət istiqamətləri çərçivəsində vergi, kommersiya və bank sirrinin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək; Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək; Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək; fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək; Xidmətin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək; Xidmətdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək; fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək; Vergi Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək. == Hüquqları == İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsasnaməsinə uyğun olaraq, öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır. müvafiq sahədə islahatların aparılmasına dair Nazirliyə təkliflər vermək; müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirlik qarşısında təşəbbüslə çıxış etmək; Nazirliklə razılaşdırmaqla, beynəlxalq tədbirlərdə iştirak etmək və belə tədbirlərin, habelə konfransların, seminarların və treyninq kurslarının ölkədə və ya xaricdə keçirilməsini təşkil etmək; Nazirliklə razılaşdırmaqla, beynəlxalq və xarici əməkdaşlığı həyata keçirmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və ya danışıqlar aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək və tətbiq edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq; fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim etmək; fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq; strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların və onların vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək; strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün Nazirliyə təkliflər vermək; müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq; "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövri mətbu orqanın təsis edilməsi, xüsusi bülletenlərin və digər nəşrlərin buraxılması ilə bağlı Nazirliyə təkliflər vermək; fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qeyri-normativ metodiki və təlimat xarakterli göstərişlər, məsləhət və izahlar vermək; Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək; vergi nəzarəti tədbirləri həyata keçirilərkən Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş hüquqlardan istifadə etmək; səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə, faktiki iqtisadi göstəriciləri əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək; maliyyə institutlarında vergi monitorinqi aparmaq və bununla bağlı maliyyə institutlarından vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda almaq; qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının vergi qanunvericiliyinin, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinin pozulması ilə bağlı işlərə baxmaq, vergi ödəyicilərinin vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə borclara faizlər hesablamaq, onlara maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; qanunla müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsini təmin etmək məqsədilə Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları, habelə Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək; Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi öhdəliklərinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yerinə yetirilməsi müddətini dəyişdirmək; aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyənləşdirilmiş qaydaların tələblərinə riayət olunmasına nəzarət etmək; nəzarət markalarının qəsdən məhv edilməsinin, saxtalaşdırılmasının, qeyri-qanuni yolla hazırlanmasının, istifadəsinin və satışının qarşısının alınması sahəsində nəzarətin həyata keçirilməsini təmin etmək; lisenziya və ya icazə tələb olunan fəaliyyət lisenziya və ya icazə olmadan həyata keçirildiyi halda, qanuna və Azərbaycan Respublikası Prezidentinin aktına uyğun olaraq müvafiq tədbir görmək; lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri ilə məşğul olan şəxslərə verilmiş lisenziyanın və ya icazənin dayandırılması və ya ləğv edilməsi barədə lisenziya və ya icazə verən orqan qarşısında vəsatət qaldırmaq; nəzarət-kassa aparatlarının tətbiqinə və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarəti təmin etmək; hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının alınması barədə, yaxud hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq; qanunla müəyyən edilmiş hallarda kommersiya hüquqi şəxslərinin və publik hüquqi şəxslərin dövlət qeydiyyatının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq; dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq; "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat və istintaq aparmaq; müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxmaq, inzibati tənbeh tədbirləri tətbiq etmək; Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda vergi ödəyiciləri üçün icrası məcburi olan qərarlar qəbul etmək; vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək; Vergi Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
Akademik Zərifə Əliyeva (film)
Akademik Zərifə Əliyeva sənədli televiziya filmi Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film oftalmoloq alim, akademik Zərifə Əliyeva haqqndadır. == Məzmun == Film oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edir.
Zərifə Əliyeva adına lisey
Akademik Zərifə Əliyeva adına lisey — Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən tam orta məktəb. == Tarixi == Lisey Heydər Əliyev Fondunun dəstəyi ilə 28 aprel 2008-ci ildə görkəmli oftomoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85 illik yubileyi ərəfəsində açılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək liseyin maddi-texniki bazası ilə tanış olmuş və haqqında xoş fikirlər söyləmişdir. İlk dəfə 2008–2009-cu tədris ilində fəaliyyətə başlayan liseydə IX–X siniflərdə təhsil alacaq 700 nəfərə yaxın şagird müsabiqə və imtahanlardan keçmişdir. == Fəaliyyət prinsipləri == Siniflərin təmayüllər üzrə komplektləşməsi, şagirdlərin maraq göstərdikləri elmi daha dərindən mənimsənilməsinə xidmət edən liseydə fundamental və tətbiqi biliklərin tədrisi, bilik yarışlarının keçirilməsi, ölkədaxili və beynəlxalq olimpiadalarda iştirak, xaricdə və respublikanın nüfuzlu ali məktəblərində təhsili əsas proritet məsələlərdən hesab olunur. Liseyin pedaqoji kollektivi öz işində şagirdlərə müstəqil düşünmək, mühakimə yürütmək, nəticə çıxarmaq, tədqiqat aparmaq kimi bacarıq və vərdişlərin formalaşmasını əsas tutur. 2009-cu ildən lisey Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Elektron məktəb" pilot layihəsinə qoşulub. Liseydə müəllimlər şagirdlərdən yüksək nailiyyətlər gözləyir və o istiqamətdə işlərini qururlar. Müəllimlər şagirdlərin düşünmə qabiliyyətini dərinləşdirən tapşırıqlar tərtib edir və mütəmadi olaraq formativ qiymətləndirmə həyata keçirirlər. Qiymətləndirmə şagirdlərin faktları əzbərləməsini və əlaqəsiz tapşırıqların yerinə yetirilməsini deyil, qavramanı və dərk etməni yoxlamaq məqsədi daşıyır.