Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərraf Şirinov
Zərraf Şirinov (2 may 1955, Kilsə, Kəlbəcər rayonu) — tibb elmləri doktoru, professor. Akademik M. A. Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzinin qaraciyər, öd yolları və mədəaltı vəz xəstəliklərinin cərrahlığı şöbəsi baş elmi işçi. == Həyatı == Zərraf Şirinov 1962-ci ildə Kəlbəcər rayonunun Kilsə kəndində doğulub. 1983-ci ildə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə-profilaktika fakültəsinə qəbul olub və elə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fərqlənmə ilə ali təhsili bitirdiyi üçün həmin ildə internanı bitirməmiş birbaşa yeni yaranmış Elmi Tədqiqat Qastroenterologiya İnstitutuna klinik ordinator kimi işə götürülüb. 2 illik kliniki ordinatura dövründə həmin illərdə qida borusu, mədə, onikibarmaq bağırsağın cərrahiyyəsi üzrə ixtisaslaşma kursu keçib. Bundan sonra həmin klinikanın qida borusu, mədə, onikibarmaq bağırsağın cərrahiyyəsi şöbəsində kiçik elmi işçi kimi işləyib. 1997-ci ildə namizədlik dissertasiyasını müadfiə edib və tibb elmləri namizədi elmi adını alıb. 2000-ci ildə həmin şöbəyə müdir təyin edilib. 2005-ci ildə Moskvada Xalqlar Dostluğu Universitetində doktorluq dissertasiyasını müdafiə edib.
Arizona Zervas
Arizona Zervas (ing. Arizona Zervas; 19 aprel 1995 və ya 9 aprel 1995, Providens[d]) — amerikalı repçi, müğənni. 2019-cu ildə Spotify pleylistlərində populyarlaşan və bunla da Billboard Hot 100 cərgəsinin dördüncü pilləsinə yüksələn "Roxanne" mahnısına görə məşhurdur. Mahnının uğuru nəticəsində o, ölkə daxilində konsert turlarına çıxmağa başlayıb və elə həmin ilin noyabrında Columbia Records ilə müqavilə bağlayıb. Mahnı üstəlik Yeni Zelandiya çartlarında bir nömrəyə çevrilib, eləcə də Böyük Britaniya, Avstraliya və bir neçə ölkədə ilk onluğa daxil olub. Onun 2023-cü ildə leybl olmadan özü tərəfindən buraxdığı debüt albomu "Wild West" ABŞ-də Apple Music reytinqlərində 59-cu sırada qərarlaşıb. == Fəaliyyəti == Arizona Zervas ilk mahnısını on birinci sinifdə oxuyarkən buraxıb. Onun debüt sinqlı olan "Not Hit My Line" 2016-cı ildə işıq üzü görüb. O, bunun ardınca 30-dan çox mahnı buraxıb, mahnıların demək olar ki, hər biri Spotify-da 1 milyon dəfə dinlənilib. Zervasın musiqi cərgələrinı düşən ilk mahnısı 2019-cu ilin 10 oktyabrında buraxdığı "Roxanne" olub.
Dərvaq
Dərvaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Dərvaq kəndi «„Dərvaq kənd“» vahidliyinə daxildir. == Əhali == Əhalisi 2875 nəfərdir (2019). Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. == Coğrafiya == Kənd Dağıstan öndağlığı ərazisində, Dərbənd şəhərindən 20 km qərbdə yerləşir. == Tarix == Bir çox məlumstlara görə kənd V—VII əsrlərdə «Dağ-Barı» istehkamının ətrafında salınmışdır. Dəndin adı Dərbəndnamədə belə keçərlidir. Oda qeyd edilir ki, Əbu Cəfər əl-Mənsur xəlifə olarkın Qafqaza Yezid ibn Əsədi göndərərək Dərbənddə sədd tikintisinə gösyəriş verir. Altı ay ərzində Yezid ibn Əsəd bir necə qalanın tikintisini başa çatdırır.
Pərvan
Pərvan vilayəti (dəri پروان, puşt. پروان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 5.974 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 600 min nəfər, inzibati mərkəzi Çahariqar şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (vilayətdə Vardak puştun tayfası məskunlaşıb, Vərdək tayfası Qılzay tayfa ittifaqına daxildir və kompakt halda Surxi Parsa rayonunda yaşayırlar), taciklərdən (əksər rayonlarda yaşasalar da yalnız Saləng rayonunda əhalinin çoxluğunu təşkil edirlər), qızılbaşlardan (kompakt halda Şeyx Əli və Surxi Parsa rayonlarında yaşayırlar - Nadir Şah tərəfindən Azərbaycandan bura köçürülmüşlər), kuçilərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), həzaralardan (kompakt halda Çahariqar və Qorbənd rayonlarında və az sayda digər rayonlarda yaşayırlar), özbəklərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), safilərdən (əsasən Kohi Safi rayonunda yaşayırlar) və şinvarilərdən (əsasən Şinvari, Cəbəlüsaray və Qorbənd rayonlarında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Bağram, Çahariqar, Qorbənd, Cəbülsaray, Kohi Safi, Salang, Səyid Xel, Şeyx Əli, Şinvari və Surxi Parsa rayonlarına bölünür.
Sərraf
Sərraf — təxəllüs.
Xərvar
Xalvar— çəki ölçü vahidi. == Ümumi məlumat == Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir. "Hesab var dinarla, bəxşiş var xalvarla" – atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır. Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir (farsca "xər" – uzunqulaq deməkdir). Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdi.
Zərdab
Zərdab – Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati mərkəzi. == Tarixi == Öz coğrafi mövqeyinə görə bir zamanlar Kürdən əlverişli keçid kimi mühüm strateji rol oynamışdır. Zaman-zaman uzaq ölkələrdən yola çıxan səyyahlar, karvanlar və qoşunlar Kür çayını Zərdab ərazisindən keçmişlər. Mənbələrdə göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları 1500 −1501-ci illərdə Ərzincandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından Kürü keçmiş, Şamaxıya getmişdir. 1 Şah Təhmasib öz ordusuyla Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan Kürü keçmiş, Zərdaba gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir. Professor Oqtay Əfəndiyev Azərbaycan Səfəvilər dövləti əsərində belə yazır: I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı… Zilhiccənin 11-də (fevralın 2-də) (bu, tarixi mənbələrdə Zərdabın qədim adını ifadə edir) keçidinin yanından Kürü keçdi… Əli Şabana gəldi. Ötən əsrin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qadın bəzək şeyləri, məişət və mədəniyyət əşyaları üzə çıxırdı və indi bunların bir çox nümunələri Zərdab tarix diyarşunaslıq muzeyində eksponad kimi nümayiş etdirilir. Ümumiyytlə 1578-ci ilə aid tarixi mənbələrdə Zərdabın adına rast gəlinir. Bir çox mənbələr Zərdab adını fars dilində zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığını göstərir, xəstəlik yayan sarı su mənasını verdiyini bildirir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə mənasında işlədildiyini iddia edirlər.
Zərgan
Zərgan və ya Zərqan - İranın Fars ostanının Şiraz şəhristanının Zərgan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,861 nəfər və 5,127 ailədən ibarət idi.
Zərgar
Zərgər, Zərgar və ya Zərkar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1820-ci ildə İrandan Qarabağa köçüb gəlmiş ellərdən biri də Zərgər adlanırdı. Bu el Şahsevənlərin Sarıxanbəyli qoluna mənsub idi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Zərgər oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd. Köndələnçayın sahilində, dağətəyi düzənlikdədir. XIX əsrin 70-ci illarinə aid məlumata görə, kənd şahsevənlərin sərxanbayli tayfasının zərcərli tirəsinə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Keçən əsrin 30-cu illərində Xızı r-nunda da Zərgərli adlı kənd qeydə alınmışdır.
Zərkar
Zərgər, Zərgar və ya Zərkar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1820-ci ildə İrandan Qarabağa köçüb gəlmiş ellərdən biri də Zərgər adlanırdı. Bu el Şahsevənlərin Sarıxanbəyli qoluna mənsub idi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Zərgər oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd. Köndələnçayın sahilində, dağətəyi düzənlikdədir. XIX əsrin 70-ci illarinə aid məlumata görə, kənd şahsevənlərin sərxanbayli tayfasının zərcərli tirəsinə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Keçən əsrin 30-cu illərində Xızı r-nunda da Zərgərli adlı kənd qeydə alınmışdır.
Zərqan
Zərgan və ya Zərqan - İranın Fars ostanının Şiraz şəhristanının Zərgan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,861 nəfər və 5,127 ailədən ibarət idi.
Zərrab
Zərrab — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Zəraf, Zərdab variantlarında da qeydə alınmışdır. Kənd Sarısu adlı kiçik çayın sahilində yerləşdiyinə görə belə adlanmışdır. Fars dilində Zərdab "sarısu" deməkdir. "Zərrab"ın "zər" və "ab" sözlərindən yarandığı da ehtimal edilir. "Zər"in "od", "ab"ın isə "su" olduğu bəllidir. == Tarixi == === Tarixi abidələri === Kənddə albanlara aid olduğu ehtimal edilən qədim xristian qəbiristanlığı mövcuddur. == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 25 km cənubda, Yaqubludan 5 km qərbdə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 289 nəfər yaşayır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini taxılçılıq, heyvandarlıq və üzümçülük təşkil edir.
Təvaf
Təvaf (Ərəbcə: طواف) — Həcc və ya ümrə vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq. Ümrə, həcc və habelə "Nisa" təvafları zamanı Kəbənin ətrafında yeddi dəfə dolanmaq ("şut") vacibdir. Təvaf, qəsdi-qürbət niyyəti ilə yerinə yetirilməlidir. Təvaf, Həcərül-əsvədin qarşısından başlamalı və Kəbə təvaf edən şəxsin sol tərəfində olmalıdır. Həcərül-əsvədə çatdıqda bir "şut" sayılır və bu iş yeddi dəfə təkrar edilməli və yeddi dövrədən sonra bir "təvaf" əməli sona çatır. Vacib təvafda təharətli olmaq, onun qəbul olması üçün vacib şərt, müstəhəb təvafda isə fəzilət şərti sayılır. Təvaf edən şəxs Kəbədən fasilədə olmamalıdır. Amma cəmiyyət izdihamı halında ondan uzaqlaşmağa məcbur olduqda, imkan olduqca Kəbədən fasiləsiz halda təvaf etmək lazımdır. Vacib təvaf dövrələri bir-birinin ardınca və ardıcıl şəkildə olmalıdır. Amma bir şəxs müəyyən bir üzrlü səbəb üzündən təvaf əsnasında dördüncü dövrədən sonra ondan xaric olarsa, sonradan kəsdiyi yerdən (beşinci dövrədən) təvafa başlayıb onu sona çatdıra bilər.
"Sərvan" nəğmələri
"Sərvan" nəğmələri – Güney Azərbaycanda qədim toy-nişan mərasimində oxunan nəğmələr. Nişan, xına gecəsi və toy günü mərasimlərində, xüsusilə qadın çalğıçılar məclisdə iştirak edən xanımlarla birgə "sərvanlar" söyləyər, bu nəğmələrin ritmi ilə rəqs edərdilər. "Sarvan" nəğmələri bayatılar əsasında qurulmaqla müxtəlif mövzularda sarvana müraciətlər üzərində oxunur: Oxşar nəğmə başlıqları ("Yoluva qoymuşam iydə", "Yoluva qoymuşam kahı", "Yoluva qoymuşam qəndi", "yoluva qoymuşam alma" və s.) "sərvanlar"ın əvvəlki bənd misralarında yer almaqla həm də qadın çalğıçı, qavalçılarının bir-birlərilə asanlıqla nəğmə qoşub oxumalarına şərait yaradır. "Sərvan" nəğmələri bir çox hallarda oxşar nəqəratlərlə oxunur. "Aş gəl, aş gəl" nəqəratli sərvan nəğmələri Güney toy mərasimləri folklorunda xüsusilə geniş yayılmışdır.
Abbas Zəryab
Abbas Zəryab (13 avqust 1919, Xoy, Qərbi Azərbaycan ostanı – 3 fevral 1995, Tehran) — Azərbaycan əsilli tarixçi, tərcüməçi, ədəbiyyat professoru və İranoloq. O, bir neçə kitabın müəllifidir. Onun həmçinin Məhəmmədin həyatı və digər mövzular barədə İran ensiklopediyasında məqalələri nəşr edilmişdir. Bu ensiklopediyaya bəzən İranika da deyilir. == Həyatı == Abbas Zəryab 1919-cu ilin 13 avqustunda Xoy şəhərində anadan olmuşdur. === Təhsili === Orta məktəbə doğulduğu yerdə getmişdir. Orta məktəbdə istedadına görə seçilən Abbas Zəryab məktəbi bitirdikdən sonra Almaniyada ali təhsil almaq üçün təqaüd qazanmışdır. O, doktorantura təhsilini Mayns Universitetinin Tarix kafedrasında almışdır. Onun elmi işinin mövzusu Əmir Teymurun xələflərinin hakimiyyəti dövrü olmuşdur. O, bu dövrü Rarix-i-Kəbir Cəfəri əsəri əsasında tədqiq etmişdir.
Araz Zərkar
Araz Zərgər — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Araz Zərgər Füzuli rayonunun Əhmədbəyli inzibati ərazi vahidində kənd. Araz çayının sahilində, Mil düzündədir. Oykonim Araz (hidr.) və Zərgər (etnotoponim) sözlərindən düzəlib, "Araz sahilində Zərgər kəndi" deməkdir. Kəndi r-nun ərazisindəki Zərgər adlı digər kənddən fərqləndirmək üçün Araz sahilində olan bu kənd belə adlandırılmışdır. Kəndin əhalisi 1820-ci ildə Cənubi Azərbaycandan köçürülmüş ailələrdən ibarətdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Aşağı Zərnav
Aşağı Zərnava — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun faktiki mövcud olan Aşağı Zərnava kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zərnava kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kənd ərazisindəki Zərnova bulağının adı ilə adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd Girdimançayın sahilində, İlandağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Əhalisi 251 nəfərdir ki, onun da 130 nəfəri kişi, 121 nəfəri qadındır.
Burunlu (Zərdab)
Burunlu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Bıçaqçı (Zərdab)
Bıçaqçı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 31 kilometr qərbdə, Kür çayının sahilində yerləşir. == Tarixi == Zərdabın zəngin tarixi olan kəndlərindən biri də Bıçaqçıdır. Bu kəndin adına Həsən bəy Zərdabinin 1880–1890-cı illərdə "Zərdabdan məktublar" başlığı altında "Kaspi" qəzetində dərc etdirdiyi məqalələrdə tez-tez rast gəlinir. Tarixdən Qacar tayfasının Bıçaqçı (Pıçaqçı) qolu olduğu məlumdur və ehtimal olunur ki, bu kənd də həmin tayfanın törəməsidir. Lakin belə bir fikir də var ki, Kür sahilində yerləşdiyinə və bir zamanlar balıqla zəngin olduğuna balığı bıçaqla yarıb kürüsünü çıxaran, duzlayan ilk sakinlərin məşğuliyyəti ilə bağlı kənd Bıçaqçı adlandırılmışdır. Deyilənə görə, bu kənd 1800-cü illərin əvvəllərində balıq vətəgəsi yerində yaradılmış və buraya ilk sakinlər Zərdabın Aşağı və Yuxarı Seyidlər, eləcə də Əlvənd kəndlərindən gəlmişlər. Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov Bıçaqçı kəndində doğulmuşdur. == Mədəniyyəti == Kənddə bələdiyyə, orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, poçt, ATS, modul tipli içməli sutəmizləyici qurğu, uşaq bağçası, iaşə və məişət xidməti obyektləri və s. fəaliyyət göstərir.
Bəyimli (Zərdab)
Bəyimli — Azərbaycan Respublikasının Zərdab rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Qəsəbə Şirvan düzündədir. Yaşayış məntəqəsi XX əsrin 20-ci illərində Bəyimli adlı ərazidə salınmışdır. Kəndin ərazisi əvvəllər Ağsu rayonunun Bəyimli kəndinə məxsus qışlaq yeri olmuşdur.
Cilovxanlı (Zərdab)
Cilovxanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Şirvan düzündə yerləşir. == Tarixi == Clovxan variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsi muğanlı tayfasının cilovxanlı tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, bu nəsil Salyan rayonu ərazisindən gəlmişdir.
Hüseynxanlı (Zərdab)
Hüseynxanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə 1 natamam orta məktəb, 1 uşaq bağçası var. == Əhalisi == Kənd əhalisinin sayı təxminən 800 nəfərdir.[mənbə göstərin] == İqtisadiyyatı == Əhali əsasən əkinçılık və maldarlıqla məşğul olur. == İdman == Rayonda ən yaxşı futbol oynayanlar Qaravəlli kəndi ilə yanaşı bu kənddə toplanıb. == İnfrastruktur == 2014-cü ilin noyabr ayının 27-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
II Mərvan
Mərvan II ibn Məhəmməd (təqribən 684 - 750) — sonuncu Əməvi xəlfəsi (744 -750). Bizanslılara qarşı vuruşmalarda fərqlənmiş, Ərməniyyə, Azərbaycan və əl-Cəzirədə vali olmuş, Xəzərlərə qarşı genişmiqyaslı əməliyatlar keçirmiş, hakimiyyətə keçdikdən sonra iqamətgahın Harrana (Mesopotamiya) köçürmüşdü. Mərvanın dövründə Suriyada Xilafətə qarşı çıxışlar baş verdi. İraqda xaricilərin, Xorasan və Məvarənnəhrdə şiələrin mərkəzi hakimiyyətə qarşı çıxışları gücləndi. 747 ildə Əbu Müslimin başçılığı ilə baş verən üsyan Qərbi İrandan İraqa yayıldı. Böyük Zab sahilindəki vuruşmada məğlub olan 11 M. kiçik dəstə ilə Suriyaya, oradan da qoşun toplamaq üçün Misirə qaçdı və orada öldürüldü; II Mərvanın ölümü ilə Əməvilər sülaləsinə son qoyuldu, hakimiyyətə Abbasilər keçdi.
I Mərvan
Mərvan ibn Həkəm ibn Əbu əl-As ibn Üməyyə ibn Əbdüşşəms ibn Əbdülmanaf (28 mart 623, Məkkə – 7 may 685, Dəməşq) — Əməvilər sülaləsindən olan dördüncü ərəb xəlifəsi. Üçüncü raşidi xəlifəsi Osman ibn Əffanın əmisi oğlu və kürəkəni. == Həyatı == M. 28 mart 623/H.Q. 2-ci ildə Məkkə şəhərində dünyaya gəlmişdir. Hz. Məhəmməd (s.ə.v.s)atasını Taifə sürgün etdiyinə görə uşaqlığı orada keçmişdir. Əmisi oğlu Osman ibn Əffan xəlifə seçildikdən sonra Mərvan və atası Həkəmi sürgündən geri çağırmışdır. Sonra isə özünə xəlifə katibi təyin etmişdir. Daha sonra qızını da ona ərə vermişdir. 656-ci ildə Osmanın xəlifəliyinə qarşı qiyam qaldırmış qiyamçılarla döyüşəndə boynundan ağır yaralanmış və boynu ömürlük əyri qalmışdır. Elə həmin il xəlifə seçilən Əli tərəfindən xəlifə katibliyi vəzifəsindən azad edilmişdir.
Salahlı (Zərdab)
Salahlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) – Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir. == Din == Kənddə Salahlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Nerva
Mark Kokçey Nerva (lat. Marcus Cocceius Nerva; * 8 noyabr 30; † 27 yanvar 98) — Antoninlər sülaləsinin banisi, "Beş yaxşı imperator"dan birincisi. == Həyatı == Nerva Vespasian kimi flavi sülaləsinə mənsub olub, əsilli nəcabətli ailəsi əslən Romadan bir qədər şimalda yerləşən Narnia şəhərindəndir. Babası və atası dövrünün seçilən hüquqşünas və aristokratlarından olmuşlar. Ata-baba sənətinin davamçısı olan Nervanın şairlik və artistlik qabiliyyəti onu imperator Neronun sevimlisinə çevirmişdir. Karyerasına konsul kimi 71-ci ildə imperator Vaspasianın dövründə başlamış və 90-cı illərdə Domisianın hakimiyyəti dövründə davam etmişdir. == İmperatorluğu == 96-cı ildə Domisian sui-qəsd nəticəsində öldürüldükdən sonra, artıq yaşlaşmış və sonsuz Nerva senatın dəstəyi ilə 18 sentyabr 96-cı ildə imperator elan edilir və Domisiana qarşı onu xatirədən silmək (lat. Damnatio memoriae) qərarı verir. Senatın bu tədbirli planı digər hakimiyyət iddiaçılarını geri çəkilməyə məcbur edir. Domisian zamanında sürgün edilənlərin geriyə dönməsinə və mülklərinə yenidən sahib olmasına izin verən Nerva, Pretorian qvardiyasının (latın dili|lat.