Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şirvan
Şirvan (tarixi ərazi) — Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Şirvan (qədim şəhər) — Azərbaycan ərazisində qədim şəhər, Şirvan vilayətinin mərkəzi olmuşdur. Şirvanat — Şirvan bölgəsinin adının ərəbcə cəm şəklidir. Orta əsr mənbələrində Şirvan və ona tabe olan ərazilərə verilən ad. Şirvan xanlığı — 1747-ci ildən 1820-ci ilədək Azərbaycan ərazisində mövcud olmuş dövlət. Şirvan bəylərbəyliyi və ya Şirvan vilayəti — Səfəvilər tərəfindən Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan sonra, yerində yaratdıqları inzibati-ərazi vahidi. Şirvan əyaləti — Osmanlı dövlətinin tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. Şirvan bəyliyi — Osmanlı imperiyası daxilində bir kürd bəyliyi. Şirvan (Azərbaycan) — 2008-ci ilədək adı Əli Bayramlı olan Azərbaycan şəhəri. Şirvan düzü — Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasında yerləşən ərazi.
Qədim Şirvan
Şirvan — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Xəzər dənizi sahilində - Şamaxı-Dərbənd ticarət yolu üstündə yerləşirdi. Tarixi Şirvan vilayətinin mərkəzi idi. Əlİstəxri, ibn-Havqəl və əl-Müqəddəsi Şəmaxiyyə və Şəbəranla yanaşı, Şirvan şəhərinin də adını çəkirlər. İbn Havqəlin xəritəsində Şəbərandan başlayaraq Şirvan və Şəmaxiyyədən keçib, Bərdicə, oradan da Bərdəyə gedən yol qeyd edilmişdir. Həm də, Şəbəranla Şirvan arasındakı məsafə Şirvanla Şəmaxiyyə arasındakı məsafədən üç dəfə çoxdur. Müqəddəsi (təqribən 985-ci ildə yazmışdır) Şirvan haqqında aşağıdakı məlumatları verir: "Düzənlikdə böyük şəhərdir. Binaları daşdandır, bazar meydanında Cümə məscidi vardır. Şəhərin içindən çay keçir". V. F. Minorskinin fikrincə, Şirvanşah şəhərinin bu təsviri Şəbərana aiddir, belə ki, İstəxrinin əsərinin bizə gəlib çatmayan, lakin Yaqut tərəfindən istifadə olunmuş nüsxəsində Şirvan əvəzinə Şəbəran yazılmışdır.
Yeni Şirvan
Yeni Şirvan (qəzet)
Şahdağ-Şirvan
Şahdağ Şirvan 2010-cu ildə yaradılmış Azərbaycan voleybol klubudur. Şirvanın ilk voleybol komandasıdır. Şirvanlılar Voleybol üzrə Azərbaycan Superliqasında 2010-2011 mövsümündə iştirak etdilər və 6 komanda içində sonuncu yeri tutaraq avrokuboklara vəsiqə şansını itirdi. 2011-ci isə klub fəaliyyətini dayandıraraq tarixin yaddaşına köçdü.
Şirvan (Azərbaycan)
Şirvan (əvvəlki adları Zubovka (1938-ci ilədək); Əli-Bayramlı (1938–2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır. Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 87946 nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir. Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır.
Şirvan (Siirt)
Şirvan (Farsca; سیروان, Türkcə; Şirvan) — Siirt ilinin bir ilçəsidir. Şirvan ilçəsi eyni zamanda bəkməziylə də ünlüdür. Dişlinar kəndində becərilən zivzik narı ilə məşhur olub Ormanbağı kəndi bəkməziylə de meşhurdur. İlçədə canlı alabalıq vətəgələri mövcud olub Siirt ili ilə arasındakı məsafə 26 km dir. İki tarixi kilisə sadəcə Şirvan ilçəsi sərhəd-sınırları içərisində olub Mədən kəndində mis mədəni var. Burdan çıxarılan mis xam maddə olaraq xaricə göndərilməkdədir.
Şirvan (Sumqayıt)
Şirvan — Sumqayıt şəhərindəki yaşayış massivlərindən biri.
Şirvan (dəqiqləşdirmə)
Şirvan (tarixi ərazi) — Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Şirvan (qədim şəhər) — Azərbaycan ərazisində qədim şəhər, Şirvan vilayətinin mərkəzi olmuşdur. Şirvanat — Şirvan bölgəsinin adının ərəbcə cəm şəklidir. Orta əsr mənbələrində Şirvan və ona tabe olan ərazilərə verilən ad. Şirvan xanlığı — 1747-ci ildən 1820-ci ilədək Azərbaycan ərazisində mövcud olmuş dövlət. Şirvan bəylərbəyliyi və ya Şirvan vilayəti — Səfəvilər tərəfindən Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan sonra, yerində yaratdıqları inzibati-ərazi vahidi. Şirvan əyaləti — Osmanlı dövlətinin tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. Şirvan bəyliyi — Osmanlı imperiyası daxilində bir kürd bəyliyi. Şirvan (Azərbaycan) — 2008-ci ilədək adı Əli Bayramlı olan Azərbaycan şəhəri. Şirvan düzü — Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasında yerləşən ərazi.
Şirvan (kənd)
Şirvan (əvvəlki adları: Şirvanzadə (? – 29 dekabr 1992); Xoylu (29 dekabr 1992 – 26 iyul 1994)) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şamaxı rayonunun Şirvanzadə kəndi Xoylu kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şamaxı rayonunun Saqiyan kənd inzibati-ərazi vahidinin tərkibindəki Xoylu kəndi Şirvan kəndi adlandırılmışdır. Kənd 19 əsrdə Cənubi Azərbaycanın Xoy mahalından gələnlər tərəfındən salındığı üçün əvvəllər Zarxı Xoylu adlanırdı. XIX əsrin bir sənədində Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan kənd icması daxilində Zarxı adlı kənd (22 ailə, 151 nəfər) qeydə alınmışdır. Sovet dövründə bir müddət erməni yazıçısı A.M.Şirvanzadənin şərəfinə Şirvanzadə adlandırılmışdırr. 1992-ci ildə kəndə Xoylu adı qaytarılmışdır. 1994-cü ildən isə kəndə yerləşdiyi Şirvan mahalının adı verilmişdir. Kənd Ləngəbiz silsiləsində, Kükeş dərəsi hövzəsində yerləşir. Kənd əhalisi 419 nəfərdir ki, onun da 219 nəfəri kişi, 200 nəfəri isə qadınlar təşkil edir.
Şirvan (İran)
Şirvan — İranın Şimali Xorasan ostanının şəhərlərindən və Şirvan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 82,790 nəfər və 20,878 ailədən ibarət idi.
Şirvan (Şamaxı)
Şirvan (əvvəlki adları: Şirvanzadə (? – 29 dekabr 1992); Xoylu (29 dekabr 1992 – 26 iyul 1994)) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şamaxı rayonunun Şirvanzadə kəndi Xoylu kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şamaxı rayonunun Saqiyan kənd inzibati-ərazi vahidinin tərkibindəki Xoylu kəndi Şirvan kəndi adlandırılmışdır. Kənd 19 əsrdə Cənubi Azərbaycanın Xoy mahalından gələnlər tərəfındən salındığı üçün əvvəllər Zarxı Xoylu adlanırdı. XIX əsrin bir sənədində Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan kənd icması daxilində Zarxı adlı kənd (22 ailə, 151 nəfər) qeydə alınmışdır. Sovet dövründə bir müddət erməni yazıçısı A.M.Şirvanzadənin şərəfinə Şirvanzadə adlandırılmışdırr. 1992-ci ildə kəndə Xoylu adı qaytarılmışdır. 1994-cü ildən isə kəndə yerləşdiyi Şirvan mahalının adı verilmişdir. Kənd Ləngəbiz silsiləsində, Kükeş dərəsi hövzəsində yerləşir. Kənd əhalisi 419 nəfərdir ki, onun da 219 nəfəri kişi, 200 nəfəri isə qadınlar təşkil edir.
Şirvan (şəhər)
Şirvan (əvvəlki adları Zubovka (1938-ci ilədək); Əli-Bayramlı (1938–2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır. Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 87946 nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir. Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır.
Şirvan atı
Şirvan atı — Azərbaycanda şöhrət tapan at cinslərindən biri. Azərbaycanda şöhrət tapan at cinslərindən biri də Şirvan atıdır. Lakin bu atın mənşəyi, yayılma arealı, iş keyfiyyəti və eksteryeri haqqında məlumat son dərəcə azlıq təşkil edir. "Şirvan atı da Azərbaycanın yerli at cinslərindən biri olmuşdur". Yəqin ki Şirvan atına Qarabağ və Quba atlarının təsiri olmuşdur. Alman tədqiqatçısı K.Freytaq Şirvan atı haqqında yazır: "şirvan atları quruluşu və yaraşığına görə öz əcdadlarına az oxşayır. Lakin bir qayda olaraq onlardan sürəti, davamlı və çevikliyilə seçilir. Bu atları rus süvariləri, xüsusilə yüksək rütbəli zabitlər böyük həvəslə götürürdülər". 1891-ci il siyahıyaalınmaya görə Ərəş və Göyçay qəzalarında beş yüz baş Şirvan atı olmuşdur. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı.
Şirvan dairəsi
Şirvan dairəsi və ya Şirvan mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Göyçay olmuşdur. Bu səbəbdən Göyçay dairəsi (Göyçay mahalı) kimi də adlandırılmışdır. Şirvan dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır. Şamaxı və Göyçay qəzalarını əvəz etmişdir. SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Şirvan dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.
Şirvan bölgəsi
Şirvan — indiki Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Qədimdə Şirvan Dərbənddən Kür çayına doğru Xəzər dənizi sahillərində yerləşən kiçik bir vilayətin adı idi. Qədim Şirvan şəhəri bu vilayətin mərkəzi rolunu oynayırdı. Şirvanşahlar zamanı onlara tabe olan daha geniş ərazilər də "Şirvan" adlanmağa başladı. Şirvan ərazisində VIII – XVI əsrlərdə Azərbaycanın ən mühüm dövlət qurumlarından biri- paytaxtı Şamaxı şəhərində yerləşən Şirvanşahlar dövləti mövcud olmuşdur. Orta əsrlərin Şərq tarixində bu ən uzun müddət mövcud olmuş dövlət idi. Şirvan toponiminə bir sıra ölkələrin yer adlarında – Türkiyənin Cənub-şərqi Anadolu regionunda, Şimali İraqda, Cənubi Azərbaycanda (qərb hissəsi, Xoydan cənubda) və Xorasan yaxınlığında rast gəlinir. Şirvan İraq tayfalarından birinin adı kimi də çəkilir. Lakin bütün ərəb mənbələrində Şirvan adı ilə yanaşı Şərvan formasına da təsadüf edilir. Bunu gürcü salnamələri da təsdiq edir.
Şirvan bələdiyyələri
Şirvan bələdiyyələri — Şirvan şəhərində yerləşən bələdiyyələri. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ilsə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şirvan bələdiyyəsi
Şirvan bələdiyyələri — Şirvan şəhərində yerləşən bələdiyyələri. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ilsə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şirvan bəyliyi
Şirvan bəyliyi və ya Şirvan əmirliyi (kürd. Mîrektiya Şêrwanê) — Əyyubilər sülaləsinin süqutundan sonra Şirvan ətrafında mərkəzləşmiş kürd bəyliyi. Əmirliyi qurucusu Soran əmiri Korun qohumu olan Əmir Həsən idi. Əmirlik 1840-cı illərin ortalarında Osmanlının mərkəzləşdirmə siyasəti nəticəsində muxtariyyətini itirmiş, əmirliyin kürd bəyləri isə sürgün edilmişdir. Əmirlik pik nöqtəsində Bitlisdən Hakkariyə qədər olan ərazinin böyük bir hissəsini əhatə edirdi. Onun hakimləri cənubda Botan əmirliyinə və oranın bəyi Bədirxan bəyə sadiq idi. Hakimiyyətdən uzaqlaşdırılsa da, Şirvanın keçmiş hakimlərinin törəmələri hələ də XIX əsrin sonlarına qədər bu bölgədə hörmətə sahib idilər. Budaq, Salihê Kurê Xan; Kerem Soylu. Dîroka nijada Şêrwan (kürd). Aksaray, Istanbul: Kurdish Institute in Istanbul.
Şirvan bəylərbəyliyi
Şirvan bəylərbəyliyi — Səfəvilər tərəfindən Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan sonra, yerində yaratdıqları inzibati-ərazi vahidi. Müşkür mahalı Şirvan bəylərbəyliyinin mərkəzi Şamaxı şəhəri idi. Bəylərbəyliyin cənub sərhəddi Kür çayı, şimal sərhəddi Samurçay və Böyük Qafqaz sıra dağlarının ətəklərindən keçirdi. Dərbənd ərazisi də Şirvan bəylərbəyliyinin tərkibində idi. Dərbənddən şimalda olan Dağıstan əraziləri farsdilli mənbələrdə «Diyari-Çərkəs» (Çərkəs diyarı) adlanırdı. Bəylərbəylik qərbdə Kartli və Kaxetiya ərazisinə çatırdı. Şirvan bəylərbəyliyinin tərkibinə Cavad, Salyan, Bakı, Quba, Kolxan, Dərbənd, Şəki, Ərəş, Alpout, Ağdaş, Mahmudabad, Çəmişgizək (Kürün sol sahilində, Şamaxının qərbində) əraziləri daxil idi. Bəylərbəyliyin ərazisində Quba, Şamaxı, Cavad, Bakı, Dərbənd və Şəki xanlıqları təşəkkül tapdı. 1524-cü ildə I Şah İsmayılın qəfil ölümündən sonra hakimiyyətə on yaşlı oğlu Təhmasib gəldi. Lakin on yaşlı şah yüksək gəlirli dövlət vəzifələri, zəngin və məhsuldar torpaqlar ələ keçirtmək uğrunda bir-biri ilə mübarizə aparan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi.
Şirvan bəyləri
Şirvan bəyləri — Azərbaycanın Şirvan bölgəsinə mənsub zadəganlar:
Şirvan düzü
Şirvan düzü — Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasaında yerləşən ərazi. Şirvan düzündə Şirvan (köhnə adı Əli Bayramlı), Hacıqabul, Kürdəmir, Göyçay, Ucar, Ağdaş, Zərdab rayonları yerləşir. Keçmişdə Şirvan adı altında Azərbaycan rayonlarının bütün şərq hissəsi, yəni Şirvan düzü, Qobustan, Abşeron yarımadası və Şimal-şərqi Azərbaycan nəzərdə tutulurdu. Hazırda isə Şirvan anlayışı Şirvan düzü, Ağsu, Şamaxı rayonlarını əhatə edir. Düz şirvan əyalətinin adı ilə adlanmışdır. Şirvan tarixi ərazi vahidi kimi Kür çayı ilə Şabran, Xəzər dənizi ilə Qəbələ arasındakı ərazidən ibarətdir. Orta əsr mənbələrində ölkə də adlanmışdır. İlk dəfə VII əsr erməni mənbələrində Albaniyada Sasani mərbazanlarının idarə etdiyi 11 əyalətdən birinin də Şirvan olması göstəlrilmişdir. Şirvanşahlar dövləti Şirvan ərazisində yaranmışdı. Şirvanşahlar dövlətinə son qoyan (1538) Səfəvilərin yaratdıqları inzibati ərazi vahidlərindən biri də Şirvan bəylərbəyi idi.
Şirvan külməsi
Şirvan külməsi və ya Azərbaycan külməsi (lat. Pseudophoxinus atropatenus) — Çəkikimilər fəsiləsinə aid bir növdür. Azərbaycanda Qəbələ rayonunun Türyançay sistemindəki bulaq sularında (Nic və Çuxur Qəbələ kəndlərində olan bulaqlarda) yayılmışdır. Lakin arealın məhdudluğu, antropogen təsirlər (yayıldığı sahələrin çirkləndirilməsi, qurudulması və s.) növə təhlükə yaradır. Şirvan külməsinin endemik növ olmasını və məhdud sahədə yayılmasını nəzərə alaraq onun yayıldığı ərazi xüsusi mühafizə olunan ərazi elan olunmalıdır. D III 7-8, A III 7 (8), squ. 37-39. orta hesabla 37,9 - dur. Yan xətt pulcuqları dəliksiz pulcuqların arasında nizamsız düzülmüşdür. Yan xətt tam deyildir.
Şirvan məscidi
Şirvan məscidi — 1895-ci ildə Azərbaycanın Qarabağ və Şirvan bölgəsindən Amasyaya köçən azərbaycanlılar tərəfindən toplanan ianələr hesabına Türkiyənin Amasya şəhərində Şeyx Hacı Mahmud Əfəndi tərəfindən təkkə-təsəvvüf ədəbiyyatının tanınmış nümayəndəsi, nəqşibəndi şeyxi Mir Həmzə Nigarinin şərəfinə inşa edilmiş məscid. Şirvan məscidi Azərbaycanın Qarabağ bölgəsindən olan Şeyx Hacı Mahmud Əfəndi tərəfindən Azərbaycanın Qarabağ və Şirvan bölgələrindən Amasiya şəhərində yaşayan Azərbaycan türklərindən toplanan ianələr hesabına 1895-ci ildə inşasına başlanmışdır. Amasyadakı məscidlərin əksəriyyəti dövlət adamları və nüfuzlu şəxslər tərəfindən tikdirilərkən, Şirvanl məscidi bir mürşidin, Mir Həmzə Nigarinin adına, sevənləri və müridləri tərəfindən inşa edilmişdir. 1885-ci ildə Xarputda vəfat edən Mir Həmzə Nigarinin cənazəsi vəsiyyəti üzrə sonradan Amasyaya aparılaraq orada bir evin arxasasına dəfn edilmiş və söyləndiyi kimi Şeyx Hacı Mahmut Əfəndinin başçılığı ilə toplanan yardımlarla məzarın üzəri bir türbəylə örtülərək yanında bir məscid tikilmişdir. Məscid kare planlı, tək qübbəli və tək minarəlidir. Tikintisində kəsmə daş və moloz daş malzəmlə birlikdə istifadə olunmuşdur. Şimal tərəfində dörd sütunlu, üç gözlü bir camaat yeri yerləşir. Klassik sütun başlıqlarının üzərindəki sivri kəmərlər qırmızı və bəyaz mərmər işlədilərək süslənmiş, bu bölümün üzəri üç kiçik qübbəylə örtülmüşdür. Ağ mərmərdən tikilmiş giriş qapısındaki naxışlar və motivlər türk memarlığı üslubunda qurulmuşdur. Türbə məscidin şərq tərəfində yer alır və məscidə bitişikdir.
Şirvan qoyunu
Şirvan qoyunu Azərbaycanın qədim yerli, xüsusən Şirvan zonasında təsərüffatlarda geniş yayılmış, əsasən ətlik südlük qismən yunluq istiqamətli qoyun cinslərindən biri. Şirvan qoyun cinsi də Azərbaycanda ən qədim cinslərdən olub, adını yarandığı və geniş yayıldığı ərazidən götürmüşdür. Ləzgi qoyunu və Qarabağ qoyunlarının cütləşməsindən yaranan bu qoyun cinsinin bir sıra xarakterik nişanələri vardır. Yeri gəlmişkən onu da qeyd edək ki, bu cinsə xalq arasında "dönmə" cins deyilməsi onun göstərilən qoyun cinslərindən yaranması ilə əlaqədardır. Şirvan cinsi boyca xırda, südü az və yunu nisbətən aşağı keyfiyyətli olur. Ana şirvan qoyununun çəkisi 32-40 kq, erkəklərinin orta çəkisi 56-65 kq,, qoşlarda 50,7 kq (46-55 kq) olur. İldə bir dəfə qırxılan şirvan ana qoyunundan 1,7 kq, erkəyindən 2,45 kq kirli yun alınır. Şirvan qoyun cinsi əsas etibarilə Şamaxı, Abşeron, Göyçay, Ucar, Zərdab, qismən də Lənkəran və Salyanın şimal ərazisində yayılmışdır. Овцеводство, 2 том, Под редакцией порофессора Г.Р. Литовченко и кандидат наук селскохаозяыственных наук П.А. Есаулов, Москва "Koлос" 1972 , стр.
Şirvan qurdotu
Şirvan qurdotu (Elmi adı Linaria schirvanica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(i, ii, iii) + 2ab(ii, iii, iv). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxilik və ya birillik ot bitkisidir. Gövdəsi 20-45 sm hündürlükdədir. Yarpaqlar oturaq, darxətvari, itidir, 2-7 sm uzunluqda, 1-4 mm enindədir. Çiçək qrupu azçiçəkli, sünbüllü salxımdır. Kasacığın hissəcikləri 3-4 mm uzunluğunda, uzunsov –yumurtavari və ya uzunsov dairəvi – küt, vəzicikli-tükcüklüdür. Tac iri, 15-25 mm uzunluğunda (mahmızı yoxdur), parlaq bənövşəyi rənglidir, mahmızı nazik, hamar, enli haşiyəli, 3 mm uzunluğundadır. Çiçəkləməsi aprel-iyun, meyvə əmələgətirməsi may –iyul alarına təsadüf edir. Kserofit bitkidir.
Fələki Şirvani
Fələki Şirvani — XII əsrin I yarısında yaşamış Azərbaycan şairi, alimi. == Həyatı == Fələki Şirvani 1108-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. XII əsrin I yarısında yazıb yaratmış Fələki Şirvani həm də dövrünün nüfuzlu münəccimlərindən, məşhur alimlərdən biri olmuşdur. Bir sıra mənbələrə əsasən əsl adı Məhəmməddir. Fələki gəncliyindən nücum elmini öyrənməyə başlamışdır. Fitri istedad və qabiliyyəti sayəsində bu elmi mükəmməl şəkildə öyrənmişdir. Nücum və astronomiya elmlərinə dərindən bələd olan şair İxtisasına uyğun olaraq "Fələki" təxəllüsünü qəbul etmişdir. Bir müddət Şirvanşahlar sarayında yaşamış, Şirvanşah Mənuçöhrə mədhiyyələr həsr etmişdir. Buna baxmayaraq F.Şirvani həbsxanaya salınmış və burada "Həbsiyyə" qəsidəsini yazmışdır. Zindan həyatının səhhətində törətdiyi pozuntuların nəticəsi olaraq Fələki cavan yaşlarında, 1146-cı ildə vəfat etmişdir.
Fərrux Şirvani
Fərrux Şirvani1125-1176 12 əsr Azərbaycan şairi. Şirvan şahı III Mənuçöhrə qəsidələr yazmışdır. Dərin fəlsəfi şeirləri vardır. Bir müddət Azərbaycan Atabəylərinin sarayında fəaliyyət göstərmişdir.
Fətullah Şirvani
Fətullah Şirvani (ərəb. فتح الله الشرواني‎; tam adı Fətullah ibn Əbu Yezid ibn İbrahim əş-Şəbərani əş-Şamaxi əş-Şirvani; 1417, Şamaxı - 1486, Şamaxı) — Şirvanlı astronom, riyaziyyatçı və müəllim. == Həyatı == 1417-ci ildə (I Xəlilullahın hakimiyyət dövrü), Şamaxıda doğulmuşdur. İlk təhsilini atası Əbu Yeziddən (bəzi yerlərdə Molla Şükrullah) almış, sonralar biliyini artırmaq məqsədi ilə Şirazda, Səmərqənddə və Tusda təhsilini davam etdirmiş, dövrünün görkəmli ustadlarından dərs almışdır. Şirazda Sədəddin əl-Təftəzaninin qəbrini ziyarət etmişdi. Tus şəhərində Seyyid Şərif Cürcaninin Nəsrəddin Tusinin astronomiya haqqında yazdığı əsərlərinə rəylərini qeyd etdiyi "Şərh əl-Təhkirə fi-elmi Həya" adlı əsərini Seyyid Əbu Talibdən öyrənmişdir. 1435-ci ildə Səmərqəndə yola düşmüş Qadızadədən dərs almış, astronomiya, dilçilik və riyaziyyat haqqında biliklərə yiyələnmişdir. 13 sentyabr 1440-cı ildə məzun olmuş, 5 il Səmərqənd rəsədxanasında da işləmişdir. == Fəaliyyəti == 1440-cı ildə Şirvana qayıtmış, bəzi mədrəsələrdə dərs vermişdir. Bir müddət sonra Qadızadənin məsləhəti ilə Kastamonuya getmiş və orada müəllimlik etməyə davam etmişdir.
Hacı Məhəmmədəli Şirvani
Hacı Məhəmmədəli ibn Axund İskəndər Şirvani (1783, Şamaxı – ən tezi 1831) — azərbaycanlı tarixçi, səyyah şair. == Həyatı == Hacı Məhəmmədəli Şirvani 1783-cü ildə Şamaxıda dünyaya gəlmişdir. XVIII əsrin tanınmış alimlərindən olmuşdur. Hacı Zeynalabdin Şirvaninin qardaşı olan bu şəxs səyyah, mütəfəkkir, tarixçi, maarifçi, ədib və şair kimi tanınmışdı. O, "Fani" təxəllüsü ilə şeirlər yazmışdır. Hacı Məhəmmədəli də Kərbəla mühitində formalaşmış alim idi. O, həyatının təqribən 20 ilini təhsilə, elmi biliklərə yiyələnməyə sərf etmişdir. Alimi daha çox ictimai-fəlsəfi məsələlər maraqlandırırdı. O, təqribən 30 il ərzində Yaxın və Orta Şərq ölkələrini, Hindistanı və Orta (Mərkəzi) Asiyanı gəzmişdir. Elm aləminə onun 4 başlıca əsəri məlumdur.
Hacı Zeynalabdin Şirvani
Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani (16 avqust 1780, Şamaxı – 1838, Qırmızı dəniz) — azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair. astronomiya elmləri ilə əlaqə yaradıb. Əsl adı isə Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani-dir == Həyatı == Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir. == Fəaliyyətləri == Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmovun da yazdığı kimi, "Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir.
Hacı Zeynalabidin Şirvani
Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani (16 avqust 1780, Şamaxı – 1838, Qırmızı dəniz) — azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair. astronomiya elmləri ilə əlaqə yaradıb. Əsl adı isə Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani-dir == Həyatı == Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir. == Fəaliyyətləri == Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmovun da yazdığı kimi, "Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir.
Həmzət bəy Qəbulov-Şirvanlı
Həmzət bəy Qəbulov-Şirvanlı (1884, Qax-1912, Tiflis) — publisist. == Həyatı == Stavropol gimnaziyasında, sonra Kiyev hərbi məktəbində oxuyub. Bir müddət Tiflisdə dövlət qulluğunda işlədikdən sonra 1908-dən bu şəhərdəki "Zakavkazye" qəzetində "müsəlman şöbəsi"nin müdiri işləyib. Məhz onun təəssübkeşliyi sayəsində bu qəzetdə Azərbaycan ədəbiyyatı haqqında çoxlu dəyərli yazılar çıxıb. Təkcə bunu desək yetər ki, M.F.Axundzadənin rusca ilk tərcümeyi-halı məhz Həmzət bəyin əliylə bu qəzetdə dərc edilib. Həmzət bəyin "Zakavkazye"dəki çoxlu məqalələri millətimizin ozamankı ən vacib problemlərinə həsr edilib. Nə yazıqlar ki, bu böyük şəxsiyyət Tiflisdə hədsiz yoxsulluq və xəstəlik içərisində yaşayaraq çox gənckən dünyasını dəyişib.
Həsən İbn Rza Şirvani
Həsən İbn Rza Şirvani - XVIII əsrdə yaşamış məşhur Azərbaycan əczaçısı və "Siracüt-tibb" ("Tibbin çırağı") əsərinin müəllifi == Həyatı == Həsən İbn Rza Şirvani XVIII əsrdə yaşamış məşhur Azərbaycan əczaçısı və "Siracüt-tibb" ("Tibbin çırağı") əsərinin müəllifidir. Fars dilində yazılmış bu məşhur əsərdə yüzlərlə dərman nüsxələri göstərilmişdir. "Siracüt-tibb" orta əsr Azərbaycan əczaçılarının stolüstü kitabı olmaqla yanaşı, qonşu Şərq ölkələrində də məşhur idi. Kitabda mürəkkəb tərkibli nüsxələrdən bəhs olunur. Müəllif onları "mürəkkəbat" adlandırır. Bu dərmanlardan bəziləri 50-60 və daha çox bitkilərdən ibarətdir. Nümunə kimi, Həsən İbn Rza Şirvaninin nüsxələrindən birinini göstərək: "Bambukun içliyindən hazırlanan həblər ("qursi-təbaşir") ödqovucu təsirə malikdir, qan təzyiqini aşağı salır, spazmlara qarşı faydalıdır. Tərkibi: bambukun içi, qızılgül, ağ səndəl, xiyar toxumları, nilufər siropu, zirinc, ərəb qatranı, gəvən kitrəsi, dəvətikanın havada bərkimiş şirəsi. Bütün bunları yaxşıca döyürlər və sitron suyu ilə qarışdırıb yayma həblər düzəldirlər". Həsən İbn Rza Şirvaniyə məxsus bu əsərinin əlyazma nüsxələri Azərbaycan MЕA-nın M.Füzuli adına Əlyazmalar Institutunda və еləcə də İranın əlyazma xəzinələrində saxlanır.
Həsənağa Şirvani
I İbrahim (Şirvanşah)
I İbrahim (1382, Şəki – 1417, Şamaxı) — Şirvanşahlar dövlətinin 34-cü hökmdarı. Şirvanşah Şeyx İbrahim Dərbəndilər sülaləsindən olan ilk hökmdardır. Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir. == Taxta çıxması == Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində gizlənmişdilər. Əhməd Qaffarinin məlumatına görə, Şeyx İbrahimin atası oradaca ölmüş, Şeyx İbrahim isə Huşəngin ölümünə və Şirvan feodalları onu Şirvanşahlar taxtına sahib olmağa dəvət edənə qədər həmin yerdə gizlənib qalmışdı. Onun taxta çıxması haqqmda başqa mənbələrdə daha müfəssəl məlumat verilir: Zadəgan nəslindən olan yoxsullaşmış feodal Şeyx İbrahim atası və qohumları ilə birlikdə Şirvanın Şəki nahiyəsindəki kəndlərin birində yaşayaraq, əkinçiliklə məşğul olurdu. Onlar özlərini Sasani şahı I Xosrov Ənuşirəvanın nəslindən hesab edir və şəcərələrini bunun üzərində qururdular. Xalq iğtişaşlarından və feodal çəkişmələrindən sonra Şirvan feodalları Şeyx İbrahimi Şirvanşah seçməyi qərar aldılar.
Kolanı yurdları (Şirvan və Muğanda)
Kolanı yurdları — Kolanı tayfası ilə bağlı Şirvanda və Muğanda geniş yayılmış yer adları. == Haqqında == Tarixi Şirvan ərazisinin ən böyük tayfalarından biri olan Kolanılar barədə geniş araşdırmalar aparan tədqiqatçı Nurəddin Bəndəliyevin tədqiqatına əsasən Qarabağdan Şirvana köçürülən Kolanı elatının Şamaxı şəhəri yaxınlığındakı müasir Xilmilli və Qızmeydan kəndləri ərazisində yerləşdiyi müəyyənləşdirilmişdir. Tədqiqatçının mülahizələrinə əsasən Qarabağdan böyük bir Kolanı tayfasının Şirvana göndərilməsi 1795-ci ildə olsa da, Kolanıların Qarabağ və Naxçıvandan bu bölgəyə yerləşməsi bu tarixdən əvvələ, XVI əsrdən olmalıdır. Girdə yaylağında Kolanıların məskunlaşmasından əvvəl digər tayfalar da olmuşdur, ancaq yaylaq ərazisində mövcud olmuş Dağ Kolanı kəndinin qəbiristanlığının tarixi, yerli sakinlərin fikrincə, 1600-cü illərədək qədimə aiddir. Onların Naxçıvan və Qarabağdan Şirvan ərazisinə 1600-cü illərdən də əvvəl köçməsi səbəbləri və faktlar barədə tarixi qaynaqlar vardır. Osmanlı hücumları, Şah Təhmasibin "yandırılmış torpaq" taktikası ilə köçürmə siyasəti bu tarixi yarım əsr də geriyə aparır. Kolanıların Şirvana məhz Qarabağ və Naxçıvandan, eləcə də XVI əsrdə gəlməsi onların Şirvanda ilk məskunlaşma tarixi kimi qəbul oluna bilməz. Məlum olduğu kimi, Şirvan ərazisində türk tayfalarının məskunlaşma tarixi qədim dövlərə gedib çıxır. Kolanı tayfasının bəzən Kolan olaraq da adlanmasına Şirvanda da rast gəlinmişdir. N. Bəndəliyev Kolanıların Goran, Qaraoğlanlı, Pirəvənd, Osallı, Türəni, Şadılı, Həzili, Ağsaqlı, Lolaylı və Alataxtalı kimi qollarının XVIII əsrdə Şirvanda məskunlaşdığını bildirir.
Küdrü-Şirvan fiziki-coğrafi rayonu
Küdrü-Şirvan fiziki-coğrafi rayonu - Fiziki - coğrafi rayonun ərazisi Acınohur Öndağlığının və Ləngəbiz tirəsinin ətəklərində yerləşib, mütləq yüksəkliyi 0 m-lə 200 m arasında dəyişir. Rayonda landşaftın litoloji əsasını üst Dördüncü dövrdə çayların gətirdiyi çaqıldaşı, qum və gillər təşkil edir. Alçaqdağlığın dabanına təmas edən sahələrdə isə delüvial-prolüvial çöküntülər yayılmışdır. Rayon ərazisi arid iqlimə malik olub yarımsəhra, dağ ətəklərində quruçöl landşaft kompleksinin inkişafını təmin edir. Çay kənarlarında güclü antropogen təsirə məruz qalmış tuqay meşələrinin qalıqları və kolluqlar yayılmışdır. Küdrü-Şirvan fiziki - coğrafi rayonu daxilində suvarma geniş tətbiq olunmaqla pambıqçılıq, taxılçılıq, maldarlıq, bağçılıq ( başlıca olaraq üzüm, nar) inkişaf etmişdir.
Mahmud ibn Məhəmməd Şirvani
Mahmud ibn Məhəmməd Dilşad Şirvani — XV əsrdə Osmanlı imperatorluğunda yaşamış tarixçi, coğrafiyaşünas, mütərcim və ədib. == Həyatı == Şirvanda doğulmuşdur. == Yaradıcılığı == Bir sıra əsərin müəllifidir: === Töhfəyi Muradi === "Töhfəyi-Muradi" adı ilə tanınan "Muradi fi Əsnafil-Cəvahir" adlı hənəfi fiqhinə dair osmanlı dilində qələmə alınmış əsər müəllif tərəfindən II Murada təqdim edilmişdir. Bu əsərin bilinən üç əlyazma nüsxəsindən biri Parisdə, digəri Qahirədə, üçüncüsü isə Türkiyədə Kastamonuda saxlanılır. === Tərcümeyi Tarixi ibn Kəsir === Mahmud Şirvaninin ən məşhur əsəridir. İmadəddin İsmayıl ibn Kəsirin "Bidayə vən-Nihayə" adlı tarixə dair çoxcildli əsərini ixtisarla ərəbcədən türkcəyə tərcüməsidir. Türkiyədəki kitabxanalarda beş əlyazma nüsxəsi mövcuddur. === Digər əsərləri === Kəhhalnaməyi Nuril Uyun — tibbə aiddir. Xəridətül - Əcaib və Fəridətül - Ğəraib (müəllif: Ömər ibnül-Vərdi) — tərcümə. Məsalikül-Məmalik (müəllif: əl-İstəxri) — tərcümə.
Mahmud Şirvani
Mahmud ibn İlyas Şirvani — Azərbaycan xalqının yetirdiyi ən nəhəng təbib-alimlərdən biri. == "Elmi təbabət kitabı" haqqında == XIII əsrdə yaşamış Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" zəmanəmizə qədər gəlib çatmış və XVIII əsrə qədər ondan geniş istifadə edilmişdir. Əsər 1260-cı ildə yazılıb. Əfəndiyevin yazdığına görə, bu, Mahmudun eyniadlı iri həcmli çoxcildlik əsərindən çıxarışdır. Kitab çoxəsrlik Şərq təbabəti təcrübəsinin təhlili və alimin şəxsi elmi və həkimlik praktikası əsasında qələmə alınıb. Əsərin yazılmasında onun müxtəlif ölkələrə çoxsaylı səfərləri zamanı bir çox alimlərlə keçirdiyi görüşlər mühüm rol oynayıb. Belə səfərlərindən birini təsvir edərkən o yazır ki, səyahəti zamanı çox şey "görüb-götürmüş" və vətənə qayıdarkən "doğma ellər haqqında söhbət etmək, Kafi-əd-Dinin vəsiyyətlərini xatırlamaq, bizə həmişə sevinc bəxş edən Şirvan haqda xatirələrə dalmaq" məqsədilə "yolüstü Bağdada dönüb," bir böyük həmyerlisi ilə görüşmüşdür. O yazır: "Nə qəribədir, mən ata yurdum Şirvanı bu qədər sevə-sevə Şirazda yaşayıram". Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" nəzəri və təcrübi təbabətə, sadə və mürəkkəb (tərkibi) dərmanlara həsr olunmuş dörd hissədən ibarətdir. Birinci hissə 17, ikinci isə 59 fəslə bölünmüşdür.
Mehman Şirvanov
Mehman Mirəziz oğlu Şirvanov (24 fevral 1980; Lənkəran rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehman Şirvanov 1980-ci il fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olub. Əslən Lerik rayonunun Dico kəndindəndir. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Mehman Şirvanov Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Şirvanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Mehman Şirvanov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Lənkəran rayonunun Ürgə kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Şirvanov "Qarabağ" ordeni ilə təltif edildi.
Mehrab (Şirvanşah şahzadəsi)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Mirzə Həsən Şirvani
Mirzə Məhəmməd Şirvani
Mirzə Məhəmməd Şirvani (1623-1687), üləma, şair. Azərbaycan torpağının yetişdirdiyi məşhur ruhani alimlərdən biri də "Molla Mirza" və "Müdəqqiq Şirvani" ləqəbləri ilə tanınmış Məhəmməd Şirvanidir. Məhəmməd ibn Həsən Şirvani təqribən 1623-cü ildə Şirvan məntəqəsində doğulmuş, amma ömrünün çox hissəsini o dövrün dini elmlər mərkəzlərinin ən qabaqcıllarından sayılan İsfahan şəhərində keçirmişdir. Onun müəllimlərinin arasında Ağa Hüseyn Xansarinin adı xüsusi olaraq qeyd olunmalıdır. Kitablarda "Mühəqqiq Xansari" kimi də xatırlanan Ağa Hüseyn ibn Cəmaləddin 17-ci əsrin ən böyük cəfəri fəqihlərindən sayılırdı. Məhəmməd Təqi Məclisi kimi elm nəhəngindən dərs almış Ağa Hüseyn Xansari fəlsəfə, kəlam və məntiq kimi əqli elmlərdə də dərin biliyə malik idi. O, həm camaat arasında, həm də Səfəvilər sarayında böyük nüfuz qazanmışdı. Hətta Süleyman şah Səfəvi səfərə gedərkən, İsfahanda öz yerinə Ağa Hüseyn Xansarini canişin qoyurmuş. Məhəmməd Şirvani bir müddət İsfahanda təhsil aldıqdan sonra biliyini təkmilləşdirmək məqsədilə İraqa yola düşür və Nəcəf şəhərində məskunlaşır. Lakin Süleyman şah Səfəvi İsfahanda bu böyük alimin şəxsiyyətinə ehtiyac duyaraq, ona qayıtmağı təklif edir.
Mirzə Məhəmmədhəsən Fələkzadə Şirvani
Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə Şirvani (1851-1917) — Azərbaycan xanəndəsi. Şirvanın tanınmış el sənətkarlarından biri olan tanınmış xanəndə Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə XIX əsrin ortalarında Şamaxıda dünyaya gəlmiş, yaşayıb-yaratmışdır. Mirzə Məhəmmədhəsən şamaxılı mesenat Mahmud ağanın sarayında təşkil olunan muğam məclislərində püxtələşmiş, dövrünün məşhur xanəndələrindən biri kimi tanınmışdı. Şamaxı torpağının yetirməsi olan bu məşhur xanəndənin 1916-cı ildə "Nalə" adlı şeirlər kitabı nəşr olunmuşdur. Mirzə Məhəmmədhəsən "Sarıtorpaq şikəstəsi"nin və bir çox təsniflərin müəllifi olmuşdur. "Hümayun", "Şur", "Şüştər" və "Rast" muğamlarını, xüsusilə "Mənsuriyyə" zərbi-muğamını el şənliklərində, məclislərində böyük ustalıqla oxuyan xanəndənin ifa tərzinin öz yeri, öz gözəlliyi var idi.
Moisey ben Aaron Şirvani
Moisey ben Aaron ben Şeerit Şirvani — Şamaxı yəhudisi, "Aqron" lüğətinin müəllifi. Şirvanda yaşamışdır. 1459-cu ildə Tövrat terminlərindən ibarət olan "Arqon" adlı lüğəti qələmə almışdır. Lüğət günümüzə təkcə hissələr halında gəlib çatmışdır. Y (yud - י) hərfindən sonadək saxlanmış lüğətdə Əhdi-Ətiqin hətta arami terminləri də özünə yer tapmışdır. Bir sözün bütün digər mənalarını ayrı məqalələrdə izah olunmuşdur. Lüğət o vaxtlar Şirvanşahlar dövlətinin dili olan fars dilindədir. Yeganə nüsxəsi Sankt-Peterburqda saxlanır.
Muhəmməd Əmin ibn Sədrəddin Şirvani
Muhəmməd Əmin ibn Sədrəddin Şirvani 1552-ci ildə Şamaxı yaxınlığında, Bico kəndində, din xadimi ailəsində anadan olmuşdur. Böyük mütəfəkkir kimi tanınır. Şamaxı dini mədrəsəsində təhsil aldıqdan sonra, İstanbula getmişdir. Atası onun qayıdıb gəlməsini və ailə qurmasını tələb etsə də, o, İstanbulda ömrünü elmə sərf etməyə üstünlük vermişdir. İstanbulda "Əhmədiyyə" məscidinin valisi olmuşdur. "Fəvadiul xaqaniyyə" (Xaqanlığın qaydaları), "Həşiyyətüşşərhi Şəmsiyyə" (Şəmsiyyənin şərhinə haşiyə), "Şərhü qavaid əl-Əqaid li-l-Qəzali" (Qəzali əqidələrinin qaydalarına şərh), "Təliqat ilə təfsir əl-Beyzavi" (Beyzavinin təfsirinə təliqə), "Məsahib əl-muxtəlifə li təvaif və vəluməm" (Tayfaların və xalqların müxtəlif məzhəbləri), "Cihət əl-vədlə" (Birlik yönü) və s. kimi məşhur əsərlərin müəllifidir. Bir çox əsərlərinin əlyazmaları Bakı, İstanbul, Qahirə, Berlin, Sankt-Peterburq və Vyana kitabxanalarında saxlanılır.
Mustafa Lütfi İsmayılov Şirvanski
Mustafa Lütfi Sədrəddin oğlu İsmayılov-Şirvanski və ya Mustafa Lütfi Şirvani (az-əbcəd. مصطفی لطفی اسماعیلوف٬ مصطفی لطفی شیروانی‎; mühacirətdə: Mustafa Lütfi Azər; 1876, 1878 və ya 1879, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 14 avqust 1939, Şanlıurfa, Türkiyə) — müəllim, şair, jurnalist, Həştərxanda nəşr olunan "Bürhani-tərəqqi" qəzetinin redaktoru və naşiri. I cağırış TBMM-nin millət vəkili (1920–1923). Mustafa Hacı Sədrəddin oğlu İsmayılov (Mustafa Lütfi Şirvani) 1876-cı (Zaqafqaziya Sünni Ruhani İdarəsinin verdiyi şəhadətnamədə 1873-cü, öz tərcümeyi-halında 1879-cu) ildə Şirvanın mərkəzi Şamaxı şəhərində doğulmuşdur. Mustafanın atası Hacı Sədrəddin əfəndi nəqşibəndi şeyxi, Qafqazdakı müridizmi hərəkatının mənəvi babalarından olan, İsmayıl Kürdəmiri (İsmayıl Siracəddin Şirvani) kimi tanınan bir pirin müridlərindəndir. 1902-ci ildə Şamaxı mədrəsəsindən icazə alıb sonra İstanbula gəlir. İstanbulda Fateh mədrəsəsində dağıstanlı Əbdülfəttah əfəndinin şagirdi olur. Təhsilini 1905-ci ildə İstanbul Darülmüəllimində tamamlayıb. Rusiya çarının 17 oktyabr 1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi kimi Həştərxana gəlmiş, qısa bir müddətdən sonra- noyabrın 26-da burada "Şurayi-İslam" adlı ictimai-siyasi cəmiyyət yaradır. Mustafa İsmayılov təhsildə tərbiyənin rolunu yüksək qiymətləndirməyə meyilli pedaqoq kimi cəmiyyətin nəzdində "Darül-ədəb" ("ədəb evi", "ədəb məktəbi"), qızlar üçün "Nümuneyi-tərəqqi" adlı zəmanənin tələb etdiyi yeni tipli məktəb açır.
Mustafa xan Şirvanlı
Mustafa xan Xançobanlı (d. 1768 – ö. 17 sentyabr 1844) — sonuncu Şirvan xanı. Mustafa xan Ağası xan oğlu Şamaxı şəhərində anadan olmuşdu. О xeyli qaçqın həyat sürdükdən sоnra 1792-ci ildən xanlıq kürsüsünə sahib оldu. Bir zaman Azərbaycan xanlıqlarına və xanlarına qənim kəsilmiş Fətəli xan Qubalının əlindən canını götürüb qaçaraq Qarabağ xanlığına pənah gətirmiş оlan Əsgər bəy, Qasım bəy və Mustafa bəy Ərəşli Şəhabəddin sultan tərəfindən tutularaq qоlları qandallanmış halda Fətəli xanın sərəncamına göndərildi. Оnları Fətəli xanın elçisi Məmmədkərim bəylə Hacı Seyid bəy aparırdı. Bir təsadüf nəticəsində Göyçay ərazisində Hacı Seyid bəy əsirləri azad etdi və Məmmədkərim bəyi zəncirləyib geri döndü. Bu 3 nəfər əvvəlcə Cara və оradan da Avarstana getdilər. Оrada da qala bilməyən xanzadələr Qarabağa və оradan da Türkiyəyə getdilər.
Məhəmməd İbn Mahmud Şirvani
Mahmud ibn Məhəmməd Dilşad Şirvani — XV əsrdə Osmanlı imperatorluğunda yaşamış tarixçi, coğrafiyaşünas, mütərcim və ədib. Şirvanda doğulmuşdur. Bir sıra əsərin müəllifidir: "Töhfəyi-Muradi" adı ilə tanınan "Muradi fi Əsnafil-Cəvahir" adlı hənəfi fiqhinə dair osmanlı dilində qələmə alınmış əsər müəllif tərəfindən II Murada təqdim edilmişdir. Bu əsərin bilinən üç əlyazma nüsxəsindən biri Parisdə, digəri Qahirədə, üçüncüsü isə Türkiyədə Kastamonuda saxlanılır. Mahmud Şirvaninin ən məşhur əsəridir. İmadəddin İsmayıl ibn Kəsirin "Bidayə vən-Nihayə" adlı tarixə dair çoxcildli əsərini ixtisarla ərəbcədən türkcəyə tərcüməsidir. Türkiyədəki kitabxanalarda beş əlyazma nüsxəsi mövcuddur. Kəhhalnaməyi Nuril Uyun — tibbə aiddir. Xəridətül - Əcaib və Fəridətül - Ğəraib (müəllif: Ömər ibnül-Vərdi) — tərcümə. Məsalikül-Məmalik (müəllif: əl-İstəxri) — tərcümə.
Məhəmməd Şirvani
Şirvani - sufi alimi, mürşid. Böyük vəlilərdən. Adı Məhəmməd Əli, künyəsi Əbu Hikmət, ləqəbi Muhyiddîn Şemâxî'dir. Şirvanda doğulub. 1335 (H.736) tarixində Gəncə şəhərində vəfat etdi. Məhəmməd Şirvani, Təbrizdə elm təhsil etdi. Daha sonra məmləkəti olan Şirvan'a dönüb ticarətlə məşğul oldu. Vəlilik yoluna girişi belə anladılır: Şirvani həzrətləri əvvəllər ipək alıb satardı. Geylan və Laheycan diyarlarına mal göndərərdi. O diyarda bir şəriki var idi.
Şirtan
Şartan (шарта́н, шырта́н, шитран; çuvaş. шӑрттан, шӑртан) - Çuvaşların xüsusi ənənəsi ilə hazırlanan kolbasadır. Delikates hesab edilir və adətən bayramlarda hazırlanır. Bayram ənənəsi daşıyır. Onu vam xodda odun üzərində bişirirlər. Əsas tərkibi qoyun əti, mədəsi və sarımsaqdır. Müasir dövrdə çuvaşlar bu kolbasanı yalnızca qoyun ətindən deyil, həmçinin mal əti və donuz ətindən də istifadə edirlər. Çuvaşiya və Mariy El respublikalarında bu kolbasanı istehsal edən sənaye obyektləri mövcuddur. Kolbasanı hazırlamaq üçün farş ilə lazımı inqreyendləri birlikdə vam xodda odun üzərində bişirmək lazımdır. Bişirilmə prosesi biretaplıdır və 6 saat çəkir.
Şirvani
Şirvani — təxəllüs. Xaqani Şirvani — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Fələki Şirvani — XII əsrin I yarısında yaşamış Azərbaycan şairi, alimi. İzzəddin Şirvani – XII əsr Azərbaycan şairi, Zülfüqar Şirvani (1190-1291) - Azərbaycan şairi, alimi. Fərrux Şirvani —XII əsr Azərbaycan şairi, Zeynəddin Şirvani — XIII əsr memarı Hacı Zeynalabdin Şirvani — Ömər Şirvani — Bədr Şirvani — (1387-1450)—Azərbaycan şairi. Mahmud ibn Məhəmməd Şirvani — XV əsrdə Osmanlı imperatorluğunda yaşamış tarixçi, coğrafiyaşünas, mütərcim və ədib Şükrüllah Şirvani — Fətullah Şirvani — Şirvani (Salmas) — Şirvani Ədilli — Seyid Əzim Şirvani — Fazil Şirvani — Məhəmməd Yusif Şirvani — XVII əsrin sonunda, XVIII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur alim, həkim və xəttatlarından biri. Məhcur Şirvani — Azərbaycan şairi XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Ağa Məsih Şirvani — XVIII əsr Azərbaycan şairi və maarifpərvəri. Şakir Şirvani — Azərbaycan şairi XVIII əsir Arif Şirvani — Azərbaycanın XVIII əsrdə yaşamış şairlərindən biri. Əbdürrəhim Şirvani — Mənsur Şirvani — Fəthullah Şirvani — Fəthullah b Əbi Yezid b.
Sirxan Sirxan
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Sarvan
Şəhərlər Gürcüstan Sarvan (şəhər) — Gürcüstanın Aşağı Kartli diyarında şəhər, Sarvan bələdiyyəsinin inzibati mərkəzi. Kəndlər Azərbaycan Sarvan (Salyan) — Azərbaycanın Salyan rayonunun inzibati ərazi vahidində kənd. Sarvan (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Gürcüstan Sarvan (kənd) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Bələdiyyələr Azərbaycan Sarvan bələdiyyəsi (Salyan) — Azərbaycanın Salyan rayonunda bələdiyyə. Gürcüstan Sarvan bələdiyyəsi (Borçalı) — Gürcüstanın Aşağı Kartli diyarında inzibati-ərazi vahidi.
Sircan
Sircan (fars. سیرجان‎, Sīrjān), İranın Kerman ostanında şəhər. Öz adını daşıyan Sircan şəhristanının idarə mərkəzi olan şəhərin 2006-cı ildə əhalisi 167.014 nəfərdir. Şəhər yerfıstığı məhsulu və kilimləriylə məşhurdur. Şəhər İranın sürətlə böyüyən şəhərlərindən birisidir. Xüsusilə yeni qurulan Sircan Azad İqtisadi Bölgəsi şəhərin inkişafında önəmli bir yer qazandırmış və Sircan idxalat və ixracat mallarının depolandığı və ölkə sənayesinin dayanağı halına gələn ən önəmli mərkəzlərdən birinə dönmüşdür. Sircanın xüsusi iqtisadi bölgəsinin böyük milli bir layihə olaraq seçilməsindəki sebeb, bölgənin başda coğrafi vəziyyəti olmaq üzrə, sahib olduğu digər məsələlər də var. Ölkənin ən böyük dəniz limanı Bəndər Abbasa 300 km məsafədə olan və Fars, Yəzd, Xorasan, Sistan və Bəlucistan və Hörmüzqan əyalətlərinin tam ortasında olan bu bölgə eyni zamanda Bəndər Abbas limanı yoluyla ölkəyə girən malların mübadiləsi və paylaşmasının aparıldığı önəmli bir kəsişmə nöqtəsində yerləşir.
Sirdan
Sirdan — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşində şəhər. Tarım bölgəsi, tarix baxımından Azərbaycanın ən zəngin bölgələrindən biridir. Bura 9-cu əsrdən bəri Azərbaycan tarixinə dərin izlər qoymuş Salarilər kimi böyük sülalələrin mərkəzinə çevirilmişdi, belə ki Tarım bölgəsindəki Kəngər və ya Qız qalası vaxtıilə Salarilərin paytaxtı imiş. Bölgənin başqa önəmli qalalarından Qız qalası, Oğlan qalası, Niyərikdəki Narınqala, Üməra qalası, Firdövs qalası və Səngan kəndindəki Talıbxan qalasının (Talfan qayası) adını çəkmək olar. Sirdan uzun bir tarixə malik olaraq, İslamdan sonra Tarım bölgəsinin (Yuxarı Tarım və Aşağı Tarım) mərkəzi olub. 1928-ci ildə burada 2,000 insan yaşamaqda imiş. Sirdan ilk olaraq şəhərin şərqindən axan çayın qırağından təşkil edilərək quzey, qərb və güneyə doğru genişləməyə başlayıb. Şəhərin evləri sıx və bir-birinə yaxın tikilsədə 1980-ci ildən dağınıq şəkildə evlərin tikilməsinə başlayıb. Hazırda Sirdanın sahəsi 17 hektardır. Sirdan şəhəri Qəzvin, Zəncan və Gilan ostanlarının kəsişdiyi yerdə, Şamadəşt dağının şimal-şərq yamacında yerləşir.
Sirkan
Sirkan-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Bəmpoşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,347 nəfər və 284 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Sıravan
Sıravan (fars. سیراوند‎, (az-əbcəd. سێراوان‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. Sıravan kəndinin yolu Əsədabad - Sonqur yolunun 8-ci kilometrində ayrılaraq Dehnuş kəndindən keçir.Hündürlüyünə görə kəndin iqlimi Əsədabaddan daha soyuqdur.Kəndin qışları soyuq və kəskin qarlı keçərək, yayları isə mötədil olur.Sıravanın üç yanında dağlar, başqa tərəfində isə sulu bulaqlar və geniş bağlar var.Kənd quzeydən Sıyar dağı, şərqdən Çıqçığa dağı, qərbdən Yekədağ(Böyük güney dağı) və güneydən bol ağaclı geniş bağlar ilə əhatə olunub. Lavcı bulağı, Xorxora, Bağ Türkiyə, Kövsər bulağı, Neyqələm, Pışpış, Əlibulağı, Cühüdbaulağı, Leysanbulağı və Göl. 2016-cı ilin məlumatına görə kənddə 531 nəfər yaşayır (163 ailə). Burada yaşayan insanların hamısı Azərbaycan türklərinin, Əfşar, Bayat və Ustaclı boylarının törəmələridir. Kənddə Bəşirlilər tayfası üstünlük təşkil edir ki Türk kökənli Əfşar boyunun törəmələsidirlər.Adı çəkilən tayfa kəndin Əmir məhəlləsi adlanan hissəsində yerləşib.Bəşirlilərdən başqa Sıravanda Bayat boyunun törəmələri olan Şiri tayfası kəndin qərbində, Bəyli tayfası isə kəndin Bəy məhəlləsində yaşayırlar. Şıxlar tayfası Ustaclı boyunun törəməsi olub ki vaxtıilə Fəridən bölgəsindən bu kəndə köçüblər.Bundan başqa Sıravanda Tahirlilər (Bayatların qolu), Küranilər (Əfşarların qolu) və vaxtıilə indiki Azərbaycan Respublikasından bu kəndə köçən insanlar da yaşamaqdadır. Sıravanlıların gəliri əsasən bağçılıq və əkinçilikdən əldə edilən gəlirdir.Kənddə yetişdirilən ən önəmli bağ məhsulu qozdur.Eləcə kənddə çox sayda ərik, badam, alma, alça, gavalı, göyəm, gilas, şaftalı, nar, üzüm, tut, əncir, sumaq, zirinc və armud ağacları var.
Şırdan
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Şırlan
Şırlan — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Şırlan kəndi Çaykənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şırlan kənd Soveti yaradılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şırlan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Şırlan kəndi yaşayış məntəqəsi kimi xəlfəli tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd öz adını yaxınlıqdakı Şırlan adlı şəlalənin adından almışdır. Şırlan hündür yerdən tökülən çay, şəlalə, şırşır deməkdir. Şırlan kəndi fransız, ingilis, rus, fars, ərəb və digər səyyahların marağına səbəb olub. Məşhur türk sərkərdələri Ənvər Paşa, Nuru Paşa bu kənddə qonaq olublar.
Sirvan şəhristanı
Sirvan şəhristanı — İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Lumar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 17,197 nəfərdən ibarət idi.