Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəlal ilə Ceren
Celal ilə Ceren — Türkiyə istehsalı komediya film. "Hər kəsin bir Cereni var" şüarı ilə çəkilən film, altı ildir birlikdə olan sevgililərin ayrıldıqdan sonra yaşadıqları hekayədən bəhs edir. Şahan Gökbakar filmdəki baş rolu Ezgi Mola ilə bölüşdü. İstifadəçilərin səsverməsi nəticəsində IMDb Worst 100 siyahısında birinci yerdədir. == Mövzu == 30 yaşında olan Celal (Şahan Gökbakar), Karaköydə atasının elektrikçi dükanında işləyir. Sözlüsü yenə 30 yaşında olan Ceren (Ezgi Mola) isə bir mebel mağazasında işləməkdədir. İki sevgilinin birlikdə olması 6 il davam etmişdir və hələ də Celal evlilik təklifi etməmişdir. Celal bir dostunun subaylığa vida şənliyinə getmək istəyəndə cütlük dəhşət dərəcədə savaşır və ayrılırlar. Ceren getməyini istəməsə də, Celal yalan deyib Cereni aldadaraq Aksaraydakı Rus qadınlarının olduğu şənliyə gedir. Şənlikdə Cəlalın dostu böyük bir saflıqla Cəlalın Rus qızlarla bərabər əyləndiyi video görüntüləri İnternetə qoyur.
Fil ilə edam
Fil ilə edam — Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü. Fil ilə edam üsulu orta əsrlərdə Hindistanda geniş istifadə edilmişdir. Bu məqsədlə asiya fillərinin xüsusi şəkildə əhilləşdirildikləri məlumdur. Fil bələdçiləri xüsusi əhilləşdirilmiş fillər vasitəsilə edam ediləcək şəxsi anidən yox, əzab verərək öldürməyi bacarırdılar. Fil ilə edamların gerçəkləşdirilmişəsi Böyük Moğol imperiyasının hökmdarları üçün sonsuz güc və səltənət simvolu olaraq qəbul edilmişdir. Asiya qitəsində və xüsusilə Hindistan ərazilərində məhkumların fillərin ayaqları altına atılaraq edam edilməsi həmin dövrdə Avropadan gəlmiş səyyah və tacirlərin böyük marağına səbəb olmuşdur. Orta əsrlərdə yaşamış bir çox avropalı səyyah şahidi olduğu mənzərələr haqqında müxtəlif qeydlər yazmışdır. Fil ilə edam üsulu XVIII və XIX əsrlərdə Hindistanda müstəmləkəçilik siyasəti yeridən ingilislər tərəfindən zamanla qadağan edilmişdir. Hindistana qədər insanların fillərin ayaqları altına atılaraq edam edilməsi üsulu, nadir hallarda olsa da Qədim Roma və Karfagen dövlətində üsyançı əsgərlərə qarşı istifadə edilmişdir. == Mədəni xüsusiyyətlər == Fillərin həssaslığı, dözümlülüyü və çox yönlü olması, romalılar tərəfindən döyüş məqsədilə istifadə olunmuş şir və ayılara nəzərən daha çox üstünlük yaratmışdır.
Fotoqrafiya ilə evlilik
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi.Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır. Belə ki, tarixən Yaponiyada evlilik üçün sevgi yox, ailə əlaqələri böyük əhəmiyyət kəsb etmişdir.
Kəsmə ilə emal
Kəsmə ilə emal - mexaniki emal üsullarına aid olan texnologiyadır. Burada pəstahda olan artıq material yonularaq (kəsilərək) çıxarılır və lazımi olan formaya salınır. Baxmayar ki, bu üsullarla qeyri metallar da emal oluna bilirlər, çox vaxt kəsmə ilə emal metalların emalı ilə əlaqələndirilir. Bunun səbəbi sənaye inqilabı dövründə maşınqayırmanın inkişafı ilə bağlıdır. Maşınlarda çalışan peşəkarlardan tornaçılar və başqa mütəxəssislər meydana gəlirlər. Əslində əl ilə emal da (məsələn, yonma, yiyələmə, mişarlama) bu sahəyə aiddir. Kəsmə ilə emal istehsal prosesinin tərkib hissəi olub ayrıca bir elm kimi tədqiq olunur. Kəsmənin əsas prinsipi iti tilə malik kəsici alətinin pəstahın səthinə girməsi və bunun nəticəsində nazik material qatını - yonqarı çıxarmasından ibarətdir. Alətin materialı emal olunan pəstahın materialından bərk olmalıdır. Yumşaq materialların emalında adi polad kəsici material kimi tətbiq oluna bilir.
Palitra ilə avtoportret
Palitra ilə avtoportret (fr. Portrait de soi avec la Palette) — Fransız boyakarı Pol Sezannın məşhur avtoportretlərindən biridir. Əsər İsveçrənin Sürix şəhərində yerləşən E.G.Bührle fonduda saxlanılır.
Qartal ilə ovçuluq
Qartal ilə ovlamaq, Avrasiya çölündə tapılan, qədim türk xalqları tərəfindən tətbiq olunan ənənəvi ovçuluq formasıdır. Bu gün Qazaxlar və Qırğızlar tərəfindən çağdaş Qazaxıstan və Qırğızıstandan, habelə Monqolustanın Bayan-Ölqiy vilayətində və Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda ovda qartallardan istifadə olunur. Bu bölgələrin əhalisinin ən çox berqutlarla ovlamaqla məşhur olsalar da, şimal qırqovulları, şahin, ütəlgi qızılquşlar və bir çox digər quşalrı əhliləşdirməsi məlumdur. == Terminologiya == Həm qazax, həm də qırğız dilində ümumilikdə yırtıcı quşlarla ov edənlər və qartallarla ov edənlər üçün ayrıca terminlər mövcuddur. Qazax dilində həm qusbegi, həm də sayatşi ümumilikdə ovçulara aiddir. Qusbegi qus ("quş") və bek ("ağa") sözlərindəndir, beləliklə sözün əsl mənası "quşların ağası" kimi tərcümə olunur. Köhnə türk dilində kus begi, sarayın şahin ovçusunun qiymətləndirəni rolunu əks etdirən xanın ən hörmətli məsləhətçiləri üçün istifadə edilən ad idi. Sayatşi, türk dilində peşəkar adlar üçün istifadə edilən sayat ("şahinlik") sözündən və -şi şəkilçisindən əmələ gəlir. == Tarix == === Xitaylar === Eramızın 936-45-ci illərində Mançuriyadan olan köçəri bir xalq olan Xitaylar Şimali Çinin bir hissəsini fəth etdilər. 960-cı ildə Çin Sun sülaləsi tərəfindən fəth edildi.
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. == Haqqında == Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Slavyanka ilə vidalaşma
"Slavyanka ilə vidalaşma" (rus. Прощание славянки) — bəstəkar Vasili Aqapkin tərəfindən Birinci Balkan müharibəsində ərlərini müşayiət edən slavyan qadınların şərəfinə yazılmış Rusiya vətənpərvərlik marşı. Marş 1912-ci ilin sonunda Tambovda yazılmış və premyerası olmuşdur. 1915-ci ilin yayında Kiyevdə qrammofon sinqlı kimi buraxıldı. Slavyanka "slavyan qadını" deməkdir. == Tarixi == Melodiya Rusiyada və ona daxil olan ölkələrdə Birinci Dünya müharibəsi illərində, rus əsgərləri evlərini tərk edərkən və marşın musiqisi ilə müşayiət olunanda populyarlıq qazandı. 1941-ci il noyabrın 7- də Qırmızı meydanda keçirilən parad zamanı da nümayiş edildi, bundan sonra əsgərlər birbaşa Moskva döyüşünə getdilər. Bu marş həm də admiral Kolçakın Ağ Ordusunun qeyri-rəsmi himni kimi istifadə olunurdu. Qərb mənbələri iddia edirdi ki, mahnı 1957-ci ildə mükafata layiq görülmüş "Durnalar uçur" filmində istifadə edilməzdən əvvəl senzuradan keçməyən mövzular ilə bağlı sözləri olduğu üçün qadağan edilib. Bununla belə, bundan əvvəl ifa olunan mahnının bir çox sənədləri var, bir çoxunu Aqapkinin özü idarə etdi.
Xanım sincab ilə
"Xanım gəlincik ilə" (it. Dama con l'ermellino) — Leonardo da Vinçinin portretlərindən biri. Tədqiqatçıların çoxunun fikrincə bu portretdə Sisilya Qallerani – İl Moro adı ilə tanınan Milan hersoqu Lüdoviko Sforsun sevgilisi təsvir olunub və bu da əsərin mürəkkəb simvolikasında öz təsdiqini tapır. Bu rəsm əsəri "Mona Liza", "Cinevra de Bençinin portreti" və "Gözəl Ferronyera" ilə yanaşı Leonardoya məxsus dörd qadın portretindən biridir. == Portretin ehtimal edilən modeli == Ənənəvi olaraq hesab edilir ki, portretin modeli Milan hersoqunun məşuqəsi Sisilya Qalleranidir. Əvvəllər belə bir ehtimal mövcud idi ki, həmin qadın Leonardonun başqa bir portretində — "Gözəl Ferronyera" əsərində də təsvir olunmuşdur. Lakin hazırda, "Gözəl Ferronyera"dakı modelin, uzun müddət hersoqun məşuqəsi olmuş Lukresiya Krivelli olduğu güman edilir. Bu portretin Qalleraninin təsviri ilə identifikasiyası ən yeni dövrə aiddir. Hələ 1877-ci ildə Leonardo yaradıcılığının tədqiqatçıları yazırdılar: == Yaradılması tarixi və vaxtı == Ehtimal edilir ki, Milan sarayında işləyən Leonardo, portreti Sisilya hersoqun sevgilisi olanda, yəni 1489–1490-cı illərdən başlayaraq işləmişdir. Ədəbiyyatda bir qayda olaraq portretdə 17 yaşlı Sisilyanın təsvir edildiyi göstərilsə də, bu sübut edilməmişdir.
İnterpolyasiya ilə axtarış
İnterpolyasiya ilə axtarış (ing. Interpolation search) — Artan və ya azalan sıra ilə düzülmüş massivdə verilmiş elementin tapılması alqoritmidir. == İşləmə prinsipi == Eyni ilə ikili axtarış alqoritminin sxemi üzrə qurulur. Yeganə fərq ondan ibarətdir ki, massiv hər addımda ikiyə tən ortadan deyil, cari intervalın uclarındakı qiymətlərdən asılı olaraq xətti interpolyasiya ilə tapılmış mövqedən bölünür. Hesablamaya sərf olunan vaxt baxımından intervalın ikiyə ortadan bölunməsi ilə interpolyasıyanın hesablanması arasında fərq ciddi olmadığı üçün, bu intervalın daha böyük sürətlə yığılmasına gətirir. Massivdəki elementlərin sayı N olarsa, bir elementin mövqeyinin tapılması üçün orta hesabla l o g ( l o g ( N ) ) {\displaystyle log(log(N))} müqayisə sərf edilər. Ən pis halda (məsələn verilənlər eksponsional xarakter daşıdıqda) tələb edilən əməliyatların sayı O ( N ) {\displaystyle O(N)} -ə çata bilər.
Ana südü ilə qidalanma
Ana südü ilə qidalanma yaxud təbii qidalanma məməlilərin dişilərinin döşlərindəki südü övladlarına çatdırmasıdır. Körpələrin instinktiv ana südü ilə qidalanma refleksi sayəsində öyrənmə prosesi lazım deyildir. İnsanlarda ana südü ilə qidalanma tövsiyələri 6 ay ilə 2 yaş arasında dəyişir. Ana südü ilə qidalanma üçün təbii əmizdirmə yerinə, bir qabda cəmlənərək şüşə ilə qidalanma üsulu da izlənilə bilər. Bunun üçün məmə üzərinə qoyulan və südün alınmasına kömək edən tirl kimi alətlərdən istifadə edilir.
Aristotel Homerin büstü ilə
Aristotel Homerin büstü ilə (nid. Aristoteles peinzend bij een borstbeeld van Homerus) — Rembrandtın italyan kolleksiyasıçısının sifarişi ilə 1653-cü ildə çəkdiyi iri ölçülü (143,5x136,5 sm) rəsm əsəri. Rəssamın yaradıcılığı üçün ənənəvi olan bu portret tarixi süjet kimi qələmə verilmişdir. == Rəsmin tarixi == Siciliyalı zadəgan Antonio Ruffo (1610/11- 1678) Rembrandtin ofortlarını Romada görmüş və onları yüksək qiymətləndirmişdi. 1652-ci ildə o özünün Amsterdamdakı agenti vasitəsilə Aristoteli təsvir edəcək rəsm əsərinə görə Rembrandta 500 florin təklif etmişdi. O dövr üçün bu çox böyük məbləğ idi (Rəsmlərin İtaliyadakı orta qiymətindən 8 dəfə çox). O dövrkü Amsterdamda isə bu məbləğ rəssam və ya dükan sahibinin ailəsi ilə birlikdə 1 il yaşaması üçün kifayət idi.Lakin Rembrandt üçün bu daha böyük məbləğ idi, çünki Amsterdamda o artıq dəbdən düşmüşdü. Bundan əlavə, Rembrandt böyük fəlakət astanasında idi: hətta belə böyük məbləğ onu müflisləşmədən xilas edə bilmirdi Rembrandt sifarişi yerinə yetirərək rəsmi dəniz yolu ilə Messinaya göndərdi. Ruffo rəsmi çox bəyəndiyindən daha sonra Rembrandta Makedoniyalı İskəndəri (1661, dövrümüzədək gəlib çatmamışdır) və “İliada”nı pəsdən öz şagirdlərinə oxuyan Homeri (1663, Mauritsxeys) təsvir edən daha iki rəsm sifariş etmişdi. == Rəsmin təsviri == Aristotel rəsmin mərkəzində tünd pərdə və küncdə bir qalaq kitabın fonunda dayanmışdır.
Avstriya ilə dövlət müqaviləsi
Avstriya ilə dövlət müqaviləsi (alm. Österreichischer Staatsvertrag‎) və ya Müstəqil və demokratik Avstriyanın bərpası haqqında dövlət müqaviləsi (alm. Staatsvertrag betreffend die Wiederherstellung eines unabhängigen und demokratischen Österreich‎) — Avstriyanın dövlət müstəqilliyini bərpa edən müqavilə. Bu, İkinci Dünya müharibəsində antihitler koalisiyasına daxil olan dörd böyük dövlət – SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransa ilə Avstriya arasında 15 may 1955-ci ildə Vyana şəhərində imzalanmışdır. Müqavilə Avstriyanın dörd böyük dövlət tərəfindən işğalına son qoymuşdu. Böyük dövlətlər Avstriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edəcəyi, Avstriya isə Almaniya ilə hər hansı bir şəkildə siyasi, iqtisadi ittifaqa girməyəcəyi, ölkədə demokratik azadlığı təmin edəcəyi, nasist və faşist təşkilatların fəaliyyətinə imkan verməyəcəyi barədə öhdəlik götürmüşdür. Müqaviləyə anşlussu qadağan edən maddə də əlavə edilmişdir Avstriya ilə dövlət müqaviləsi beynəlxalq gərginliyin zəiflədilməsi və Avropada sülhün möhkəmləndirilməsində mühüm rol oynamış, müstəqil Avstriyanın inkişafına zəmin yaratmışdır.
Cənaba sevgi ilə (roman)
Cənaba sevgi ilə (ing. To Sir, With Love) – Qayana yazıçısı E. R. Braytvayt tərəfindən 1959-cu ildə yazılan yarı avtobioqrafik roman. == Mövzu == Roman 1950-ci illərin sonlarında Londonun şərqində ancaq varlı uşaqların təhsil aldıqları məktəbdə iş tapa bilən yoxsul ailədən çıxmış qaradərili müəllimin qarşılaşdığı çətinliklərdən bəhs edir. Həmin illərdə E. R. Braytvaytda Londonda belə məktəbdə təhsil almış və eyni problemlərlə qarşılaşmışdı. Yazıçı, diplomat və müəllim olan Edvard Rikardo Braytvayt qaradərililərə qarşı bəslənilən münasibət və irqçilik haqqında yazdığı əsərlər ilə tanınmışıdır. == Film == 1959-cu ildə yazılmış bu roman əsasında 1967-ci ildə İngiltərədə Ceyms Klavel tərəfindən eyniadlı film çəkilmişdir. Filmin baş rolunda amerikalı Sidney Poytyer oynamışdır. Filmdə həmçinin Kristian Roberts, Suzi Kendal, Cudi Qiison və Lulu rol almışdılar. Lulunun həmin film üçün bəstələdiyi "To Sir, with Love" mahnısı həmin il ABŞ-də pop mahnıya çevrilmişdi.
Dostların Gözü ilə (1979)
Dostluq Yolu ilə (1964)
Dostluq Yolu ilə (1974)
Gürzə ilə Əlbəyaxa (1984)
== Məzmun == Azərbaycanda qeyri-adi laboratoriya vardır. Bu laboratoriyada adi insanlar işləyirlər. Onları herpentoloq, laboratoriyanı isə herpentoloji adlandırırlar. Filmin qəhrəmanı Eldar Xanlarov hər gün 100-dən artıq gürzə ilə mübarizədən qalib çıxır. O, insanlara lazım olan zəhəri əldə edir. Zəhərdən isə insanları bir sıra xəstəliklərdən xilas edən çoxlu qiymətli dərmanlar hazırlanır. Bu laboratoriyada 2300 gürzə saxlanılır və dünyada ən nadir və ən iri "mağaza" hesab olunur. Film Azərbaycan alimlərinin cəsarətli təcrübəsindən bəhs edir. Onlar inkubasiya şəraitində gürzə balasını almağa müvəffəq olublar. Gürzənin zəhəri isə insan həyatı üçün mübarizədə çox vacibdir.
Kopernik. Tanrı ilə söhbət
"Kopernik. Tanrı ilə söhbət" (pol. Astronom Kopernik, czyli rozmowa z Bogiem) — polyak rəssam Yan Mateykonun 1873-cü ildə tamamladığı rəsm. Rəsmdə məşhur astronom Nikolay Kopernikin Fromborq şəhərində kilsənin yanındakı qüllədən müşahidələr aparma səhnəsi təsvir olunmuşdur. Hal-hazırda rəsm Krakov şəhərində Yagellon Universitetinin kolleksiyasına daxildir. Bu rəsmi Polşa ictimaiyyəti pul ilə alaraq Yagellon Universitetinə bağışlamışdır. == Yaranma tarixi == Yan Mateyko rəsmin üzərində işləməyə 1871-ci ildə Kopernikin 400 illik yubileyinin qeyd edilməsi üçün görülən hazırlıqlar ərəfəsində başlamışdır. Onun digər rəsmlərində olduğu kimi bu rəsm də Polşa tarixinin önəmli hadisəsinə həsr olunmuşdur. Bu rəsm əsərində Nikolay Kopernik dünyanın heliosentrik nizamının tərəfdarı və elmi inqilabın yaradıcısı kimi təsvir olunmuşdur. Rəsmin çəkilməsi üçün Mateyko Yagellon Universitetində əlçatan olan tarixi sənədləri araşdırmış, bir neçə karandaş eskiz və daha sonra rəsmin yekun variantının bitməsinə qədər yağlı boya ilə çəkilmiş daha 2 eskiz yaratmışdır.
Lenin Yolu ilə (1949)
== Məzmun == Kinooçerk Leninin vəfatının 25 illiyi münasibətilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mikayıl Mikayılov Ssenari müəllifi: Q.Qrekin Operator: Vladimir Zbudski, Mirzə Mustafayev, Leonid Koretski Səs operatoru: İlya Ozerski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.
Leninin Adi ilə (1977)
== Məzmun == Kinolentdə "Leninneft" NQÇİ fəhlə və mühəndislərinin fədakar əməyindən söhbət gedir. == Film haqqında == Film Leninneft NQÇİ-nin sifarişi ilə çəkilmişdir.
Leyla ilə Məcnun (serial)
Leyla ilə Məcnun (türk. Leyla ile Mecnun) — EfLAtunfilm kinoşirkəti tərəfindən istehsal olunub 3 mövsüm TRT 1-də yayımlanmış və final bölümü olmadan yayımdan çıxardılmış absurd komediya janrında Türkiyə teleserialıdır. Serial əfsanəvi obrazlar Leyli və Məcnunun hekayəsinə bənzədilmiş və seriala absurd komediya, elmi fantastika janrları da əlavə edilmişdir. == İstehsal == Ssenari müəllifi Burak Aksak, rejissoru Onur Ünlü olan serialın 1-ci bölümü 9 fevral 2011-ci il tarixində TRT 1 telekanalında yayımlanmışdır. Son bölüm sayılan 103-cü bölüm isə 17 iyun 2013-cü il tarixində yayımlanmışdır. Daha sonra isə TRT 27 yanvar 2014-cü il tarixində 104-cü bölümü də yayımlayacağını açıqlamışdır.Serialın 12-ci və 13-cü bölümlərində "Behzat Ç." serialı ilə ortaq səhnələri vardır. Serial bununla Türkiyədə ilk dəfə fərqli kinoşirkətlərə məxsus serialların bir-birilərinə qonaq olmasını etmişdir. Leyla ilə Məcnun bitəndən sonra filminin də çəkilməsi planlaşdırılırdı. Lakin bəzi aktyorların və aktrisaların serialdan ayrılmasına və final bölümünün olmamasına görə film çəkilmədi. == Məzmun == Bir gündə eyni doğum evində dünyaya gələn iki körpəni çarpayının az olmasına görə yan-yana yatırdırlar.
Madonna payızbülbülü balası ilə
Madonna payızbülbülü balası ilə (it. La Madonna del Cardellino) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-1506-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir və hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Uffitsi qalereyasında saxlanılır.
Mumiya ilə söhbət (hekayə)
Edqar Allan Po "Mumiya ilə söhbət" hekayəsi-(Some Words with Mumia) Po bu hekayəsində qədim Misir və 19-cu əsrin mədəniyyət, memarlıq, tibb, siyasət, dövlət quruluşu,din, tarixi şəxsiyyətlər, astronomiya,hətta geyim stillərini belə müqayisə edir, çoxlu ensiklopedik biliklər verir. 19-cu əsrin həkimləri təxminən 5800 il yaşamış mumiya ilə qızğın mübahisəyə girir. Açdıqları hər mövzuda mumiya həkimlərə qalib gəlir, sonda həkimlər 19-cu əsrin geyimini misirlilərinkinə qarşı qoyaraq mübahisəni udurlar. Bəzi məlumatlar uydurma olsa da (Məs:5000 il bundan qabaq yaşamış mumiyanın *qalvanizmlə oyanması və s.) hekayə qədim Misirin umumi mənzərəsini canlandırır.
Penisin əl ilə stimullaşdırılması
Penisin əl ilə stimullaşdırılması və ya Hənd cob (ing. Hand Job) — kişinin cinsiyyət orqanının kişi və ya qadın cinsi partnyoru tərəfindən adətən orqazm və boşalma nöqtəsinə qədər əl ilə stimullaşdırılmasıdır. Masturbasiyadan fərqli olaraq, qadının vaginasının, klitorunun və ya vulvasının əl ilə stimullaşdırılmasına barmaqlama deyilərkən, partnyorlar tərəfindən eyni vaxtda tətbiq edilən əl ilə stimullaşdırılmaya isə müştərək masturbasiya deyilir. Müştərək masturbasiya zamanı kişi qadının vaginasını barmaqlayıb, yaxud da klitorisi ilə oynayarkən, qadında öz növbəsində kişinin cinsiyyət orqanı və ya xayaları ilə oynayır. Fahişəliyin qeyri-qanuni olduğu yerlərdə cinsi xidmətlər təklif edən masaj salonları müştərilərinə penisin əl ilə stimullaşdırılmasını təklif edə bilərlər, həm də qanun çərçivəsində qalaraq, qanundan kənara çıxmazlar. Masaj salonlarındakı deyiliş ilə, masajçı tərəfindən; masajın bir hissəsi kimi və ya ondan sonra həyata keçirilən penisin əl ilə stimullaşdırılmasına “xoşbəxt sonluq” deyilir. 1975-ci ildə A.J. Velarde tərəfindən həyata keçirilmiş olan tədqiqata görə, ABŞ-nin Sakit okean sahilində yerləşən adı açıqlanmayan bir şəhərdə, “penisin əl ilə stimullaşdırılması” masajçıların məşğulluq şərti olaraq təklif etdiyi xidmətlərdən biridir.
Bataqlıq ərəbləri
Bataqlıq ərəbləri (ərəb. عرب الأهوار‎), Maadanlar (ərəb. معدان‎) — İraqın cənub-şərqində, İranla sərhəd boyunca Mesopotamiya bataqlıqlarının sakinləri. Maadanlar İraqın ərəb ləhcəsində danışırlar. Kişilərin ənənəvi geyimləri sallanma şəklində bükülmüş saub və kufiyədir. Al Bu-Muhammad, Ferayqat, Şaqbana, Bani Lam kimi müxtəlif qəbilə birliklərinin tərkibində təbii qaynaqlara yönəlmiş unikal bir mədəniyyət qurmuşlar. Bataqlıqda olan ərəblərin əksəriyyəti şiə müsəlmanlardır, baxmayaraq ki bataqlıqlarda aramik dilində danışan maadanların kiçik icmaları vardır. Maadanların Hindistan yarımqitəsi və ya qədim şumerlərin sakinləri ilə əlaqələri haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Lakin əksər hallarda, Maadan mədəniyyətinin Abbasilər xilafətinin süqutundan sonra bu torpaqlara gələn səhra bədəvi mədəniyyəti ilə çox əlaqəsi olduğu qeyd edilir. == Bataqlığın mənimsənilməsi == Qədim dövrlərdən bəri Mesopotamiyada əkinçilik, melamasiya, şumerlərə görə «torpaqların sudan ayrılması» - yəni əkin sahələri üçün torpaqları boşaltmaq və suvarma kanalları sistemi qurmaq üçün bataqlıqların drenajına əsaslanırdı.
Xorasan ərəbləri
Xorasan ərəbləri-İranın Xorasan regionunda yaşayan ərəb əsilli xalq.Xorasan ərəblərinin əksəriyyəti Şeybani, Zənguyi, Mişməst, Xuzəymə və Əzd tayfalarından ibarətdirlər və fars dilində danışırlar və çox azının anadili ərəb dilidir.Bu xalqın çoxu Məşhəd, Bircənd və Nişapur şəhərlərində sakindirlər.
İran ərəbləri
İran ərəbləri — İranda yaşayan bir qrup Ərəb soylu xalaqdırlar. İran ərəblərinin içinə Xuzistan ərəbləri, Xorasan ərəbləri, Hörmüzgan ərəbləri, Buşehr ərəbləri, İraqlı Moavedlər, Farslaşmış ərəb elləri daxildir. == Yaşayış məntəqələri == === Böyük ərəb əhalisi olan məntəqələr === Xuzistan Hörmüzgan Buşehr Fars Cənubi Xorasan Qum === Azlıq ərəb əhalisi olan məntəqələr === Rəzəvi Xorasan İlam Kirmanşah Tehran == Farslaşmış ərəb elləri == Ərəb sərhəngi: Simnan ostanında Ərəb derazi: Simnan ostanında Bəni lam: Yəzd ostanında Bəni şeyban: Yəzd ostanında Xəzai: Yəzd ostanında Bəstami: Yəzd ostanında Amiri: Yəzd ostanında Mişməst: Yəzd ostanında Ərəb cəbbarə: Fars ostanında Ərəb şeybani: Fars ostanında Ərəb kəti: Tehran ostanında Ərəb səhnayi: Tehran ostanında Ərəb baqiri: Əlburz ostanında == Etnik mənşələri Ərəb sanılan xalqlar == Şəhrəki eli:Sistan və Bəlucistan əyalətində,Fars dilində danışırlar. Kul eli:Sistan və Bəlucistan əyalətində,Fars dilində danışırlar. Mir eli:Sistan və Bəlucistan əyalətində,Fars dilində danışırlar. Sərbəndi eli:Sistan və Bəlucistan əyalətində,Fars dilində danışırlar. Səyyad eli:Sistan və Bəlucistan əyalətində,Fars dilində danışırlar. Biranvənd eli:Luristan əyalətində, Lək dilində danışırlar. Bacelan eli: və ya Bacolvənd eli,Luristan əyalətində, Lək dilində danışırlar.
İsrail ərəbləri
İsrail ərəbləri (ivr. ‏ערבים אזרחי ישראל‏‎; ərəb. عرب إسرائيل (العرب الإسرائيليون)‏‎) - İsrail dövlətində yaşayan və bu dövlətin vətəndaşlığını daşıyan ərəb toplumu. İsrail ərəbləri ölkə əhalisinin 20.7% ini təşkil edir. İsrail daxilində yaşayan və ölkənin vətəndaşı olan 1.8 milyona yaxın şəxs yəhudi mənşəli deyil. Toplumun adlandırılmasında tez-tez İsrailin ərəb kökənli vətəndaşları ifadəsindən istifadə edilsə də toplumun daxilində ərəbcə danışan, ancaq ərəb kökənli olmayan kiçik qruplar da mövcuddur. Müxtəlif dini inanclara sahib olan İsrail ərəblərinin danışdığı dil ərəb dilidir. Toplum tərəfindən ərəb dilinin spesifik ləhcəsi olan fələstin ərəbcəsindən istifadə olunur. Əsasən gənc nəsildən olan şəxslər ərəb dili ilə yanaşı dövlətin əsas dili olan ivrit dilini də bilməkdədir. Toplumun 83.8% nisbətində olan bölümü Sünni məzhəbinə daxildir.
Şirvan ərəbləri
Ərəblər ilk dəfə Qafqaza eramızın VIII əsrində müsəlman işğalı zamanında peyda olmuşdular. IX əsrdən başlarayaq Ərəb Xilafətinin süqutu nəticəsində burada bir sıra ərəb sülalələrinin başçılıq etdiyi dövlətlər yaranmışdır. Onlardan ən güclüsü Məzyədilər sülaləsinin hökmdarlıq etdiyi Şirvanşahlar dövləti olmuşdur. Şirvanşahlar öz hakimiyyətini qısa zamanda bütün cənub-şərqi Qafqaza, o cümlədən Dərbənd əmirliyinə də yaymışdılar. Lakin qonşu əmirliklər müxtəlif imperiyaların tabeliyinə düşdükcə Şirvan get-gedə ərəb aləmindən həm coğrafi, həm də mədəni baxımdan ayrı düşürdü. Farslaşma prosesi nəticəsində Məzyədiləri XI əsrdə əvəz etmiş Kəsranilər sülaləsinə aid olan şirvanşahlar ərəb əsilli olduqlarına baxmayaraq, artıq ərəb yox, fars adlarını (Mənuçöhr, Qubad, Fəribürz) daşıyırdılar və sarayda ərəb dilinin yerinə fars dilində danışmağı üstün tuturdular. Fars dilinin iri şəhərlərdə geniş yayılmasına baxmayaraq, əyalətdə hələ də yerli arran dili danışılırdı. Özlərini daha da möhkəm bərqərar etmək niyyətində Kəsranilər hətta qədim fars şahları nəslindən olduqlarını iddia edirdilər, lakin Minoskinin fikrincə şirvanşahların Sasani dövründən qalmış yerli əsilzadə ailələrlə qaynayıb qarışmasını istisna etmək olmaz. XVII əsrdə yerli oğuz türk dili artıq bütün bölgədə gündəlik ünsiyyət, ticarət və xalqlararası dil olaraq yayılmışdır.Ərəb köçü orta əsrlərdə də davam etmişdir. Köçəri ərəb tayfaları kiçik sayda Qafqaza dalğaşəkilli halda daxil olub burada assimilyasiyaya uğramışdılar.
Bəhruz Kəngərlinin rəsm əsərləri
Bəhruz Kəngərlinin rəsm əsərləri aşağıda qeyd olunmuşdur:
Gənc alimlərin əsərləri (jurnal)
"Gənc Alimlərin Əsərləri" ("Proceedings of Young Scientists") — beynəlxalq elmlərarası elmi tədqiqat jurnalı. 2008-ci ildə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucovun ideyası əsasında əsasında yaradılmışdır. == Jurnal haqqında məlumat == "Gənc Alimlərin Əsərləri" ("Proceedings of Young Scientists") jurnalı 2008-cı ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (AGAAMC) birgə təsisçiliyi ilə təsis edilmişdir. Jurnal ildə 2 dəfə olmaqla nəşr olunur və 2017-ci ilədək jurnalın 15 sayı çapdan çıxmışdır. Jurnal 2010-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2010-cu il 30 aprel tarixli qərarı ilə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlərin siyahısına daxil edilmişdir. Jurnalın məqsədi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gənclərə göstərdiyi böyük diqqət və qayğının davamı kimi gənc alimlərin əsərlərinin çap olunması və yayılmasına dəstək vermək, onların Respublika daxilində və ondan kənarda çapını geniş təşkil etmək, elmi gəncliyin fəaliyyətinin stimullaşırılması, elmi biliklərin sərbəst mübadiləsi, gənc alimlərin, doktorantların və magistrlərin mütərəqqi dünya səviyyəsində hazırlığı və fəaliyyətlərinin inkişafına kömək etməkdə ibarətdir. == Redaksiya Şurası == Jurnalın ilk Baş redaktoru AMEA-nın Prezidenti mərhum akademik Mahmud Kərimov, Baş redaktorun müavini İlqar Orucov olmuşdur. Hazırda jurnalın Baş redaktoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov, məsul katibi tarix elmləri üzrə fəlsəfə doktoru Ruslan Rəhimlidir. Jurnalın beynəlxalq tərkibdə Redaksiya Şurası fəaliyyət göstərir. Redaksiya şurasına Baş redaktor rəhbərlik edir.
Tahir Salahovun rəsm əsərləri
Tahir Salahovun rəsm əsərləri aşağıda qeyd olunmuşdur:
Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)
== Məzmun == Kinolentdə əyani dərs vəsaiti kimi istifadə olunmaq üçün Cəfər Cabbarlının səhnə əsərlərindən fraqmentlər verilmişdir. == Film haqqında == Tədris filmi Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.II cild
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə. II cild — Məhəmməd Hadinin (1879–1920) əsərlərinin II cildinə onun Azərbaycan və Türkiyə mətbuatında çıxan publisistik yazıları, nəsr əsərləri, ədəbi-tənqidi məqalələri, iqtibas və tərcümələrindən bəhs edən kitab. == Haqqında == XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin ən parlaq və universal zəkalarından olan, “Hürriyyət əndəlibi” adlandırılan, yaradıcılığa başlayarkən özünə “Hadi” təxəllüsünü götürən (ərəbcə doğru yol göstərən, düz yola çağıran, bələdçi) və təxəllüsün daşıdığı mənalara bütün yaradıcılığı boyu sadiq qalan Məhəmməd Hadi Azərbaycan romantizminin inkişafında mühüm xidmətlər göstərmişdir. Kitaba 1905–1919-cu illərdə Bakıda nəşr olunmuş "Həyat", "Füyuzat", "Təzə həyat", "İttifaq", "Tərəqqi", "Səda", "İqbal", "İqdam", "Bəsirət", "Sovqat", "Açıq söz", "Azərbaycan", İstanbulda çıxan "Sabah", "Tənin" və "Məhtab" kimi mətbuat orqanlarından toplanmış, ərəb qrafikasından transliterasiya olunaraq tərtib olunan dörd bölmədən ibarət kitabın birinci – "Publistikası" bölməsinə 91, ikinci – "Nəsr əsərləri" bölməsinə 12, üçüncü – "Ədəbi-tənqidi məqalələri" bölməsinə 9, dördüncü — "İqtibas və tərcümələr" bölməsinə 13 əsər daxil edilmişdir. Əsərlər izah və şərhlər yazılmaq, mənbələri göstərilməklə xronoloji ardıcılıqla düzülmüş, dil və üslubu mümkün qədər qorunub saxlanılmışdır. Kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, məsul redaktoru, toplayanı, ərəb qrafikasından transliterasiya edib çapa hazırlayanı, şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İslam Qəribli, Məhəmməd Hadinin əsərlərində ərəb dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, Məhəmməd Hadinin əsərlərində fars dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi isə filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyevadır. == Əhəmiyyəti == Məhmməd Hadi irsinin böyük bir hissəsini təşkil edən publisistikası, bədii nəsri, ədəbi-tənqidi məqalələri, publisistik iqtibas və tərcümələri müxtəlif münasibətlərlə tədqiq olunsa da, indiyə kimi kitab halında nəşr olunmamış, ədəbi-elmi ictimaiyyətə çatdırılmamışdır. Müəllifin əsərlərinin II cildinə onun Azərbaycan və Türkiyə mətbuatında çıxan publisistik yazıları, nəsr əsərləri, ədəbi-tənqidi məqalələri, publisistik iqtibas və tərcümələri salınmışdır.
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.I cild
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə. I cild — XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin görkəmli nümayəndələrindən biri, milli Azərbaycan romantizminin yaradıcı və başçılarından olan Məhəmməd Hadinin (1879–1920) orijinal poetik əsərləri, mənsur şeirləri, məktubları və poetik tərcümələri daxil edilmiş kitab. == Haqqında == Cildin tərtibində Məhəmməd Hadinin 1978-ci ildə "Elm" nəşriyyatının buraxdığı "Seçilmiş əsərləri"nin birinci cildi əsas götürülsə də, buraya həmin nəşrdə gedən şeirlərdən əlavə müəllifin kiril və latın əlifbaları ilə çap olunan kitablarına düşməyən 64 şeiri, 4 mənsur şeiri, 3 məktubu, 5 poetik tərcüməsi daxil edilmişdir. 1978-ci il çapında dərc olunan əsərlər ilk mənbələrlə tutuşdurularaq onlardakı səhvlər və təhriflər islah olunmuş, ixtisarlar bərpa edilmişdir. Kitabın elmi məsləhətçi və ön sözünün müəllifi akademik İsa Həbibbəyli, redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, tərtib edənlər AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov və filologiya elmləri doktoru, professor İslam Qəribli, izah və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İslam Qəriblidir. == Əhəmiyyəti == Əsərlərin, demək olar ki, əksəriyyətinin müxtəlif mətbuat orqanlarında, müəllifin sağlığında və ölümündən sonra çap olunan kitablarda çıxan mətnləri əldə edilmiş, həmin mətnlər əsas mətn kimi götürdüyümüz 1978-ci il çapı ilə tutuşdurulmuş, “Seçilmiş əsərləri”nin I cildindəki təhriflər, yanlışlıqlar islah edilmiş, ixtisarlar ilk mənbələr əsasında bərpa olunmuş, izah və şərhlər genişləndirilmiş, əhatəli lüğət hazırlanaraq nəşrə əlavə olunmuşdur. Məhəmməd Hadinin elə əsərləri var ki, onlar bir neçə yerdə çap olunmuş, bəzən əsərlərin mətnində ya müəllif, ya da naşirlər tərəfindən yerdəyişmələr, 22 ixtisar və artırmalar olmuşdur. Müəllifin sağlığında çap olunmuş əsərlərin mətnini mümkün qədər bərpa edilməyə çalışılmış, əsərlərin hansı mənbələrdən götürüldüyünü fərq və nüsxələri göstərilmişdir.
Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı
Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı — bu siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən hazırlanmışdır. == Müəlliflər == Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər bunlardır: Qətran Təbrizi; Məhsəti Gəncəvi; Əfzələddin Xaqani; Nizami Gəncəvi; Qazi Bürhanəddin; İmadəddin Nəsimi; Aşıq Qurbani; Şah İsmayıl Xətai; Məhəmməd Füzuli; Aşıq Abbas Tufarqanlı; Molla Pənah Vaqif; Molla Vəli Vidadi; Qasım bəy Zakir; Mirzə Fətəli Axundzadə; Həsən bəy Zərdabi; Seyid Əzim Şirvani; Xurşidbanu Natəvan; Mirzə Ələkbər Sabir; Nəcəf bəy Vəzirov; Aşıq Ələsgər; Cəlil Məmmədquluzadə; Əbdürrəhim bəy Haqverdiyev; Cəfər Cabbarlı; Əhməd Cavad; Mikayıl Müşfiq; Əhməd bəy Ağayev; Əli bəy Hüseynzadə; Nəriman Nərimanov; Məmməd Səid Ordubadi; Hüseyn Cavid; Əzim Əzimzadə; Yusif Vəzir Çəmənzəminli; Üzeyir Hacıbəyov; Səməd Vurğun; Əliağa Vahid.
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. == Ailəm == Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. == Sözün mənşəyi == Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Ərəblər
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur. İslam ənənəsinə görə, islam peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmayıldır.
Əsənlər
Əsənlər (türk. Esenler) — İstanbul ilinin ilçəsi. Şimalında Bayrampaşa, cənubda Güngörən, cənub-şərqdə Zeytunburnu, qərbdə Bağçılar rayonları ilə həmsərhəddir. Əsənlər, 18 məhəllədən ibarətdir və ərazisi 5.227 hektardır. Əsənlər, qonşu ilçələrindən fərqli olaraq, sənaye mərkəzi olmaqdan çox yaşayış mərkəzi xüsusiyyətini daşıyır. Əsənləri Davudpaşa yoluna bağlayan Ayaza yolu üzərindəki su nəzarət quyuları, bələdiyyə avtomobil qarajı kimi istifadə edilən Üç Üz, Ayaza Bulağı, Su Tərəzisi və qaraj daxilində xaraba vəziyyətdə olan kilsə gözəl bir memarlıq nümunəsi kimi qarşımıza çıxır. Əsənlər Mərkəz Məscidinin qarşısındakı kilsə qalığı bərpa edilərək müasir kitabxana olaraq istifadəyə verilmişdir. İstanbul qala divarlarının yıxılmasından sonra bu bölgə torpaqları hərbi baxımdan əhəmiyyət qazanmışdır. Rayon tarixi İstanbulun ümumi tarixində mühüm rol oynamışdır. Rayon tarixi əsər baxımından zəngin sayılmaz.
Oynaq
Oynaq - Skelet sistemini meydana gətirən sümüklər arasında əlaqəni təmin edən birləşmə yerinə oynaq deyilir. Qısaca oynaq, sümüklərin bir-birlərinə bağlandıqları yerlərə deyilir. Oynaqlarımız, sümüklərimizi bir-birinə bağlayaraq hərəkət etməmizə imkan verər. Barmaqlarımızda oynaqlarımız olmasaydı, hər hansı bir obyekti tuta bilməzdik. Qıçlarımızdakı oynaqlarımız olmasaydı, oturub qalxa bilməzdik, gedib qaça bilməzdik. Onurğamızı və sinə qəfəsimizi meydana gətirən sümüklər arasında da oynaqlar vardır. Lakin bu oynaqlar, əl və ayaqlarımızdakı qədər hərəkətli deyil. Bu bölgələrdəki oynaqların hərəkətləri məhduddur. Bunun yanında kəlləmizdə olan oynaqlar, heç hərəkət etməzlər.
Xilə
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. == Coğrafi mövqeyi == Əmircan Bakının şərqində, Şor gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. == Əhalisi == Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi.
Çilə
Çilə — Sufi dərvişlərin nəfslərini tərbiyə edib təsəvvüf yolunda irəlləmək üçün qırx gün inzivaya çəkilib riyazət (dünyanın rahatlıq və ləzzətlərindən əl çəkmə) və ibadətlə məşğul olmaları.
Alim Aydamaq
Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816 – ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. == Həyatı == 1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır. Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var.1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.Müxtəlif mənbələrdə Aydamağın ölüm tarixi 1849-cu il kimi olaraq qeyd olunub. == Mədəniyyətdə == Alim Aydamağa çoxlu əsərlər həsr olunub, onlar arasında N. A. Popovun "Alim Krım soyğunçusu" (1895) (rus.
Bernulli ədədləri
Bernulli ədədləri — riyaziyyatda ədədlər nəzəriyyəsi ilə geniş əlaqəsi olan rasional ədədlər ardıcıllığıdır. Ədədlərin qiymətləri Rieman zeta funksiyasının mənfi tam ədədlər üçün aldığı qiymətlərə yaxındır. n 1-dən fərqli bir tək ədəd olmaq şərtilə, Bn = 0 bərabərliyi mövcud olur. B1 isə 1/2 ya da -1/2 qiymətini alır. Sıfırdan fərqli bir neçə Bernulli ədədi aşağıda göstərilmişdir. Bernulli ədədləri riyaziyyatçı Yakob Bernullinin adını daşıyır.
Buffalo əsgərləri
Buffalo əsgərləri (ing. Buffalo soldier) - 1867 - 1896-cı illərdə Amerika Birləşmiş Ştatlarının qərbində hindilərə qarşı döyüşmüş afrikalı şəxslərə verilən ləqəb. Bu əsgərlər ağ dərili zabitlərə tabe idi. Buffalo əsgər adını qara dərililərə hindilər vermişdilər.
Danların əməlləri
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir.Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir. Salnamənin barəsində məlumat verdiyi son mövzu danların indiki Almaniyanın şimalında, Şlezviq-Holşteyn vilayətində yaşayan slavyan xalqı olan vendləri məğlub etməsidir.
Ferma ədədləri
Ferma ədədləri - F n = 2 ( 2 n ) + 1 {\displaystyle F_{n}=2^{(2^{n})}+1} şəklində olan ədədlərə deyilir, haradaki n mənfi ədəd deyil. == Haqqında == XVII əsrin məşhur riyaziyyatçısı Pyer Ferma 22n + 1 şəklində olan ədədləri öyrənmişdi. Bu ədədləri Ferma ədələri adlandırırlar. Alim qəbul etmişdi ki bu ədədlərin hamısı sadə ədədlərdir. Onun buna əsası da vardı. Ona görə ki, n=0; 1; 2; 3; 4 qiymətləri üçün, həqiqətən Ferma ədədləri sadə ədədlərdir. Ancaq XVIII əsrdə Leonard Eyler göstərdi ki, 225 +1 = 232 + 1 = 4294967297 ədədini 641 və 6700417 sadə ədədlərinin hasili şəklində göstərmək olar. Digər tərəfdən yuxarıda göstərilən beş ədəddən başqa sadə Ferma ədələrinin olması məlum deyil. Maren Mersenə ( 1588-1648-ci illərdə yaşamış Fransız rahibi, həmçini riyaziyyatçısı, əgər 2n -1 sadə ədəddirsə onu Mersen ədədi adlandırırlar) ünvanladığı məktublarının birində Pyer Ferma belə bir təklif irəli sürür ki, n ikinin qüvvətidirsə 2n + 1 şəkilndə olan ədədlər mütləq sadədir. Ferma həmçinin bilirdi ki, n ikinin qüvvəti deyilsə, onda 2n + 1 ədədi sadə deyil.
Fibonaççi ədədləri
Riyaziyyatda, Fibonaççi ədədləri aşağıdakı kimi təyin olunur:0; 1; 1; 2; 3; 5; 8; 13; 21; 34; 55; 89...Tərifə əsasən, ilk iki Fibonaççi ədədləri 0 və 1-dir. Sonra gələn ədəd özündən əvvəlki ilk iki ədədin cəminə bərabərdir. Bəzi mənbələrdə sıranın ilk ədədi 0 yox, 1 götürülür. Riyazi dildə, Fibonaççi sırası Fn aşağıdakı rekurrent düsturla verilir F n = F n − 1 + F n − 2 , {\displaystyle F_{n}=F_{n-1}+F_{n-2},\!\,} harda ki, F 0 = 0 {\displaystyle F_{0}=0} və F 1 = 1. {\displaystyle F_{1}=1.} Fibonaççi sırası Pizalı Leonardonun adı ilə bağlıdır.Fibonaççi ədədləri arasında nisbət 1,618- dir. O, qədim misirlilər tərəfindən tapılmış və Pifaqor ondan riyaziyyatda istifadə etmişdir. Bu, tamın iki qeyri-bərabər, lakin mütənasib hissələrə bölmənin nəticəsidir. Vaxtı ilə bunu "ilahi nisbət", "qızıl nisbət", adlandırmışlar, sonra isə Leonardo da Vinçi mütənasibliyi ifadə etmək üçün ümumi qəbul edilmiş termin – "qızıl kəsik"dən istifadə etmişdir. O vaxtdan bu mütənasiblik bir çox təbii hadisələrdə tapılmışdır: bədənimizin quruluşunda, botanikada, kvant mexanikası proseslərində və s. bizim zəmanədə qızıl kəsik olmaz praktiki fəaliyyətdə istifadə olunur, riyaziyyatda, texnikada, musiqidə, estetikada və s.
Fibonnaççi ədədləri
Riyaziyyatda, Fibonaççi ədədləri aşağıdakı kimi təyin olunur:0; 1; 1; 2; 3; 5; 8; 13; 21; 34; 55; 89...Tərifə əsasən, ilk iki Fibonaççi ədədləri 0 və 1-dir. Sonra gələn ədəd özündən əvvəlki ilk iki ədədin cəminə bərabərdir. Bəzi mənbələrdə sıranın ilk ədədi 0 yox, 1 götürülür. Riyazi dildə, Fibonaççi sırası Fn aşağıdakı rekurrent düsturla verilir F n = F n − 1 + F n − 2 , {\displaystyle F_{n}=F_{n-1}+F_{n-2},\!\,} harda ki, F 0 = 0 {\displaystyle F_{0}=0} və F 1 = 1. {\displaystyle F_{1}=1.} Fibonaççi sırası Pizalı Leonardonun adı ilə bağlıdır.Fibonaççi ədədləri arasında nisbət 1,618- dir. O, qədim misirlilər tərəfindən tapılmış və Pifaqor ondan riyaziyyatda istifadə etmişdir. Bu, tamın iki qeyri-bərabər, lakin mütənasib hissələrə bölmənin nəticəsidir. Vaxtı ilə bunu "ilahi nisbət", "qızıl nisbət", adlandırmışlar, sonra isə Leonardo da Vinçi mütənasibliyi ifadə etmək üçün ümumi qəbul edilmiş termin – "qızıl kəsik"dən istifadə etmişdir. O vaxtdan bu mütənasiblik bir çox təbii hadisələrdə tapılmışdır: bədənimizin quruluşunda, botanikada, kvant mexanikası proseslərində və s. bizim zəmanədə qızıl kəsik olmaz praktiki fəaliyyətdə istifadə olunur, riyaziyyatda, texnikada, musiqidə, estetikada və s.
Sistem tələbləri
Sistem tələbləri — bütün proqram təminatı kompüterə uyğunlaşdırmaq üçün müəyyən texniki vasitələr komponentlərinə və ya başqa proqram təminatı resurslarına ehtiyac duyulur. Bu ilkin şərtlər kompüter sistemində sistem tələbləri kimi tanınır və tam qaydaya əks olaraq direktiv kimi tez-tez istifadə edilir. Əksər proqram təminatı sistem tələblərinin iki yığımını müəyyən edir: minimum və maksimal. Minimum sistem tələbləri proqram təminatının işləməsinə xidmət edir. Maksimal sistem tələbləri isə proqram təminatındakı düzəlişlər etməyə imkan yaradır.
Üçbucaq ədədləri
Üçbucaq ədədləri — 1-dən n,ə qədər olan n həqiqi ədədin cəmidir. Bu ədədlərə üçbucaq ədədləri deyilməyinin səbəbi, bir üçbucaq şəklində düzülə bilən bərabər ölçülü topların saylarına qarşılıq olmalarıdır. n,inci üçbucaq ədədin formulu belədir: T n = ∑ k = 1 n k = 1 + 2 + 3 + ⋯ + ( n − 2 ) + ( n − 1 ) + n = n ( n + 1 ) 2 = n 2 + n 2 = ( n + 1 2 ) . {\displaystyle T_{n}=\sum _{k=1}^{n}k=1+2+3+\dotsb +(n-2)+(n-1)+n={\frac {n(n+1)}{2}}={\frac {n^{2}+n}{2}}={n+1 \choose 2}.} Bu düsturdan da göründüyü kimi, n,inci üçbucaq ədədi eyni zamanda, n + 1 elementli bir çoxluqdan seçilə biləcək bir-birindən fərqli bütün element cütlərinin də qiymətini verir. İlk on üçbucaq ədədləri bunlardır: 1, 3, 6, 10, 15, 21, 28, 36, 45, 55.
Bala Ərəblər
Bala Ərəblər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Ərəblər kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Gəncliyin səsləri
Gənclərin Səsi dünyanın hər yerindən olan uşaqlara məlumat və fikir mübadiləsi aparmağa kömək etmək üçün UNICEF tərəfindən yaradılmış təşkilatdır. Gənclərin Səsi 1995-ci ildə Sosial İnkişaf üzrə Ümumdünya Sammitində 81 ölkədəki uşaqların mesajlarını dünya liderlərinə çatdırmaq üçün yaradılıb. 1997-ci ildə gənclərə uşaq hüquqları və inkişaf məsələlərini müzakirə etmək imkanı vermək üçün “Gənclərin Səsi” rəsmi müzakirə lövhələri (“Görüş yeri” adlanır) yaradılmışdır. Müxtəlif insanların iştirakına imkan yaratmaq üçün ingilis, fransız və ispan dillərində paralel forumlar yaradılmışdır. Eyni zamanda testlər, oyunlar və foto gündəliklər vasitəsilə gənclərə uşaq hüquqları ilə bağlı dəqiq və əlçatan məlumatların çatdırılması üçün “Öyrənmə məkanı” yaradılıb. Müəllimlərə və digər gənc liderlərə fikir mübadiləsi aparmaq və Gəncliyin Səslərindən öyrənmə vasitəsi kimi istifadə etmək yollarını tapmaq üçün forum kimi “Müəllim yeri” də yaradılmışdır. 2002-ci ildə "Gənclərin səsləri" tamamilə yenidən işlənmişdir. Dünyanın hər yerindən olan sayt istifadəçiləri ilə mümkün dəyişiklikləri müzakirə etdikdən sonra administratorlar veb-saytı üç bölmədə yenidən təşkil etdilər: “Kəşf et”, “Speak Up” və “Take action”. "Gənclərin Səsi" öz internet səhifəsindən əlavə, iki ayda bir "Gənclər Nə Deyir" adlı xəbər bülleteni də dərc edir. 2005-ci ildə Gənclərin Səsi dünyanın hər yerindən ərəb dilli gəncləri hüquqlar haqqında müzakirələrə cəlb etmək üçün ərəb güzgü saytını əlavə etdi.
Ərəblər (Bərdə)
Ərəblər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Toponomik izahı == Ərəblər kəndi Bərdə rayonunun Güloğlular inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir; 2. Dəvəçi rayonunun Gəndov i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqələri vaxtilə Azərbaycanda məskunlaşmış ərəblərin adı ilə bağlıdır. Oykonim ərəb etnoniminə -lər şək.-sini əlavə etməklə yaranmışdır.
Ərəblər (Dərbənd)
Ərəblər və ya Ərəbli — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. == Əhalisi == Milli tərkibi2003-cü ilin sonlarına olan məlumat: ləzgilər — 948 nəf. (45,5 %) tabasaranlılar — 700 nəf. (33,6 %) azərbaycanlılar — 239 nəf. (11,5 %) darginlər — 76 nəf. (3,6 %) ağullar — 67 nəf. (3,2 %) qumuklar — 20 nəf. (1,0 %) ruslar — 10 nəf. (0,5 %) digərləri — 24 nəf. (1,2 %)Etiqad baxımından kənd əhalisi şiə və sünni müsəlmanlardan ibarətdir.
Ərəblər (Qürah)
Ərəblər (Qürah) (rus. Арабля́р) — Dağıstan Respublikasının Qürah rayonunda yerləşən kəndlərdən biridir. == Əhalisi == 2010-cu ilin məlumatına görə kənddə 514 nəfər yaşayır.
Ərəblər (dəqiqləşdirmə)
Ərəblər — Asiyada xalq.Yaşayış məntəqələriƏrəblər (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Bala Ərəblər — Azərbaycanın Bərdə rayonunda kənd. Ərəblər (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd.
Ərəblər (xalq)
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur. İslam ənənəsinə görə, islam peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmayıldır.
Ərəblər (Şabran)
Ərəblər — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şabran rayonunun Gəndov inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqələri vaxtilə Azərbaycanda məskunlaşmış ərəblərin adı ilə bağlıdır. Oykonim ərəb etnoniminə -lər Şəkilçisini əlavə etməklə yaranmışdır.
Eserlər
Sosialist İnqilabçılar Partiyası, qısaca SR, eser, eserlər və ya PSR — Rusiya imperiyası ərazisində fəaliyyət göstərmiş sosialist partiyası. == Tarixi == === Yaradılması === === Sol eserlər === === Sağ eserlər === === Seçkilərdə === == Azərbaycanda eserlər == Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. 1904-cü ildən özəl mətbəəyə malik idilər. Mətbuat orqanları "Kavkazkoe slovo" qəzeti olmuşdur. Bakı eserlərinin sosial bazası, əsasən, fəhlələrdən, Xəzər ticarət gəmiçiliyi donanmasının dənizçilərindən, həmçinin tələbə gənclərdən ibarət idi. 1904–1907-ci illərdə Şuşa, Yelizavetpol (Gəncə) və Zaqatalada da eser təşkilatları yaradıldı. Bakı eserlərinin təşəbbüsü ilə İttifaq Partiyası (1905) və "Əş-Səms " (1906) adlı milli sosialist inqilabçılar təşkilatları yaradıldı. İttifaq Partiyasının liderləri sırasında R. Şərifzadə, M. Cuvarlinski və R. Məlikov kimi şəxslər olmuşdur. 1906–1907-ci illərdə, çoxsaylı həbslərə baxmayaraq, eserlərin Azərbaycandakı mövqeləri xeyli möhkəmləndi. Onların təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə var idi.
Le-Pon-de-Kle
Le-Pon-de-Kle (fr. Le Pont-de-Claix) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38317. Kommunanın 2006-cı il üçün əhalisi 11573 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 227 ilə 391 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 7 km cənubda yerləşir. == Əhalisi == Əhalinin dinamikası (INSEE): == Le-Pon-de-Kle xüsusiyyətləri == Le-Pon-de-Kle sənaye şəhəridir, çünki ərazisinin demək olar ki, üçdə bir hissəsi böyük bir kimyəvi platformadır.
Azatağac meşələri
Azatağac meşələrinin (lat. Zelkova Spach) - Hirkan azatağacı (lat. Z.hyrcana A.Grossh.) iqlim şəraitinə münasibəti baxımından bir qədər plastik ağac cinsi olub dəniz səthindən müxtəlif hündürlüklərdə və müxtəlif iqlim rejimlərində bitərək Lənkəranın düzən ərazisində, quru subtropik Muğan düzündə, həmçinin Talışın quru kontinental dağlıq hissəsində bitir. Lənkəran zonasında sırf və qarışıq azatağac meşələrinə az təsadüf etmək olar. Burada azatağaclar 160-200 yaşında 36–40 m hündürlüyə və 1-1,5 m diametrə, 1 ha-da oduncaq ehtiyatı 600–800 m3-ə çatır. Tək-tək 300-400 yaşlı azat ağaclarına rast gəlinir, onların yoğunluğu 2,0-2,6 m-ə çatır. Belə ağaclar Masallı, Lənkəran, Lerik və Yardımlı rayonlarında, əsasən qəbirstanlıqlarda qalmışdır. == Qorunması == Dövlət tərəfindən qeydə alınıb qorunması vacib sayılan çoxyaşlı azatağaclarının sayı bu rayonlarda 209 ədəddir (Təhməzov, Yusifov. Əsədov, 2004). Onlardan 46-sı Masallı, 161-i Lerik, 9-u Lənkəran, 2-si Yardımlı rayonunun payına düşür.
Azərbaycan meşələri
Azərbaycan meşələri - Azərbaycan Respublikasında meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-dir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.Azərbaycan meşələrinin sahəsi ümumi əraziyə nisbətdə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır. Azərbaycanın əksər meşələri (85%) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir.Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri – mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir. Onların arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır.
Azərbaycanın meşələri
Azərbaycan meşələri - Azərbaycan Respublikasında meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-dir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.Azərbaycan meşələrinin sahəsi ümumi əraziyə nisbətdə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır. Azərbaycanın əksər meşələri (85%) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir.Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri – mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir. Onların arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır.
Dağ meşələri
Dağlıq rayonlarda meşə bitkisi yüksəklik qurşaqlığı ilə səciyyələnir. Respublikanın ayrı-ayrı dağ sistemlərində bitki qurşaqlığı qanunauyğunluğunda müəyyən oxşarlıq olsa da onları bir-birindən fərqləndirən cəhətlər də var. Böyük Qafqazda və Kiçik Qafqazın şimal, şimal-şərq makroyamaclarında aşağı dağ meşə qurşağında (600(900–1000)m) vələslə qarışıq iberiya palıdı (lat. Quercus iberica) meşələri, orta dağ qurşağında şərq fıstığı (lat. Fagus ]) meşələri, yuxarı dağ-meşə qurşağında isə şərq palıdı (lat. Q. macranthera), tozağac (lat. Betula) və yüksək dağ (trautvetter) ağcaqayını (lat. Acer trautvettery) meşələri yayılmışdır. Lənkəran regionu rayonlarında aşağı meşə qurşağında şabalıdyarpaq palıd, Qafqaz vələsi və bir sıra hirkan tipli relikt ağac cinslərinin iştirakı ilə mürəkkəb tipli dəmirağac meşələri yayılmışdır. Lənkəran regionunun aşağı meşə qurşağında meşələr üçüncü dövrün relikt və endem növlərinin zənginliyi ilə seçilir.
Düzən meşələri
Azər­bay­ca­nın dü­zən me­şə­lə­ri­nə bir-bi­rin­dən kəs­gin fərq­lə­nən qu­ru və rü­tu­bət­li sub­tro­pik iq­lim şə­ra­i­tin­də rast gə­li­nir. Ona gö­rə də bu me­şə­lər müx­tə­lif ağac və kol cins­lə­rin­dən təş­kil olun­muş­dur. Dü­zən me­şə­lə­ri res­pub­li­ka­nın me­şə ilə ör­tü­lü sa­hə­si­nin 10%-ni təş­kil edir. Res­pub­li­ka­mı­zın dü­zən me­şə­lə­ri­nin aşa­ğı­da­kı təs­ni­fa­tı­nı tək­lif edi­rik: Rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Lən­kə­ran ova­lı­ğı); Ya­rım­rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Qa­nıx - Əyriçay va­di­si); Də­niz iq­li­mi şə­ra­i­tin­də dü­zən me­şə­lər (Sa­mur-Də­və­çi ova­lı­ğı); Qu­ru iq­lim şə­ra­i­tin­də dü­zən me­şə­lər (Kür-Araz dü­zən­li­yi); Tu­qay me­şə­lə­ri. == Lənkəran ovalığı meşələri == Lən­kə­ran ova­lı­ğı­nın spe­si­fik rü­tu­bət­li iq­li­mi və əra­zi­si­nin buz­laş­ma­ya mə­ruz qal­ma­ma­sı bu­ra­da bir çox is­ti­se­vər qə­dim re­likt ağac və kol bit­ki növ­lə­ri­nin qal­ma­sı­na im­kan ya­rat­mış­dır. Den­drof­lo­ra­sı­nın zən­gin­li­yi­nə gö­rə Lən­kə­ran ova­lı­ğı (Ta­lış) Qaf­qaz­da bi­rin­ci ye­ri tu­tub, özün­də 150-dən ar­tıq ağac və kol nö­vü cəm­ləş­di­rir, on­la­rın 36-sı en­dem nö­vü olub, tə­bii hal­da yal­nız bu əra­zi­də bi­tir. Ta­lı­şın üçün­cü döv­rə a­id olan əsas ağac və kol növ­lə­rin­dən ipək, ya­xud Lən­kə­ran aka­si­ya­sı, də­mi­ra­ğac, aza­ta­ğac, şa­ba­lıd­yar­paq pa­lıd (lat. Qucras castaneifolia), xə­zər lə­lə­yi, hir­kan pır­ka­lı (İlex Hyrcana Arxivləşdirilib 2017-01-16 at the Wayback Machine), ürək­yar­paq qı­zı­la­ğac (lat. Alnussubcordata) və s. gös­tər­mək olar.
Kosovo meşələri
Kosova meşələri — Kosovo Respublikasının meşə təsərrüfatına aid olan ərazilər. Meşələr ölkə ərazisinin 41 %-ni təşkil edir. Meşələr əsasən ölkənin cənub-qərb zonasında cəmləşib. Bundan başqa meşələr Peç, Deçan, İstok, Yunik və Caykov şəhərləri ətraflarında da mövcuddur. Bu ərazilər ölkə qanunvericiliyi əsasında qorunur. Kosovoda bir neçə meşə tipi mövcud olsa da, daha çox şam meşələri üstünlük təşkil edir.Kosovo meşələri zəngin flora və faunaya malikdir. Balkan yarımadası üçün böyük əhəmiyyətə malik bu meşələrdə balkanların flora ehtiyatının 25 % cəmləşib. Biomüxtəliflik baxımdan Şar dağları və Albaniya alpları daha zəngindir. Kosovo meşələri zaman zaman baş verən meşə yanğınlarından və qanunsuz meşə qırımından əziyyət çəkir. == Ümumi məlumat == Kosovo meşələri dövlət əhəmiyyətlidir və müxtəlif qanunlarla qorunur.
Qarmaqvari meşələri
== Qarmaqvari şam meşələri (Pinus sosnowskyi D.Sosn.) == Şam meşələri respublikamızda olduqca cüzi sahə tutub ümumi meşələrimizin yarım faizini belə təşkil etmir. Dünya miqyasında isə şam iynəyarpaqlı meşələrin ən geniş yayılan nümayəndəsidir. Şamın 100-ə qədər növü məlumdur. Qarmaqvari, Sosnovski və ya Qafqaz şamı - Pinus sosnowskyi. Boyu 20-35 m-ə çatan dəyirmi və ya piramida çətirli ağacdır. Böyük Qafqazın cənub yamacında qarmaqvari şam Filizçay (Balakənçayın qolu) hövzəsində dəniz səthindən 800-1000 m yüksəklikdə bitir. Burada 10 hektara yaxın sahədə olan şam ağacları qayalı aşırımları və dik, çılpaq qayalıqları tutur. Bizim fikrimizcə, Filizçaydakı şamlar buzlaq dövründən bizə qalan yadıgarlardır. Belə dik qayalı yamaclarda şamları əhatə edən və tək-tək ona qarışan enliyarpaq ağac cinsləri (fıstıq, vələs) şamla rəqabətə girə bilmir, belə şəraitdə pioner ağac cinsi sayılan şam mübarizədə qalib gəlir. Belə şəraitdə şam meşələri seyrək bitir, burada ot örtüyü də zəif inkişaf edir.
Tuqay meşələri
Tuqay meşələri — Kür çayının subasarında, əsasən söyüd və ağyarpaq qovaq ağacları üstünlük təşkil edən nadir meşədir. Bu meşələrin azalmasını nəzərə alaraq 1978-ci ildə Kür qırağında Ağstafa meşə təsərrüfatı ərazisində sahəsi 4860 ha olan Qarayazı dövlət təbiət qoruğu yaradılmışdır. Ha­zır­da Kür­qı­ra­ğın­da me­şə ilə ör­tü­lü sa­hə 23 min ha təş­kil edir. Bu me­şə­lə­rin 8 min ha qo­vaq me­şə­lə­ri­dir, la­kin on­la­rın ço­xu­su bu və ya di­gər də­rə­cə­də po­zul­muş və­ziy­yət­də­dir. Nis­bə­tən nor­mal do­lu­luq­lu qo­vaq me­şə­lə­ri­nin sa­hə­si cə­mi təş­kil edir. Vax­ti­lə pa­lıd, qa­ra­ğac və saq­qı­za­ğac me­şə­lə­ri Kür­bo­yu əra­zi­də ge­niş sa­hə tu­tur­muş, in­di pa­lıd me­şə­si­nin Qa­ra­ya­zı qo­ru­ğu əra­zi­sin­də­dir, la­kin on­lar ­da la­zı­mi sə­viy­yə­də qo­run­ma­yıb po­zul­maq­da da­vam edir. Tuqay meşəaltı torpaqları ən çox Orta Asiyada - Amudarya və Sırdarya çayları boyunda və onların ətraflarında yayılmışdır. Burada bitən sıx meşələr “Tuqay” meşələri adlanır. Bu zolaqda əmələ gəlmiş torpaqlara isə tuqay torpaqları deyilir. Azərbaycanın şimal-şərq düzənliyində, Kür, İori, Alazan və başqa çaylar ətrafında tuqay torpaqları inkişaf edərək böyük sahə tutur.
.gle
.google — İnternet Domen Ad Sistemində istifadə olunan, brendə aid yüksək səviyyəli sahə adı sonluğudur. 2014-cü ildə yaradılan, Google-un üst şirkəti olan Alphabet Inc. tərəfindən idarə olunur. Bu, bir brendin ictimai bir tor şəbəkə səhifəsinə aid ilk sahə adı sonluğudur. Digər Alphabet məhsullarını və sahə adlarını .google-a köçürmək üçün planlar mövcuddur. Google Sahə Adları, https://domains.google şəbəkə səhifəsində bir sahə adı qeydiyyatı xidmətidir. Bundan əlavə, Google şirkəti, .goog (https://partnergainage.goog və https://pki.goog kimi saytlar üçün) və .gle (goo.gle və forms.gle kimi qısaldılmış ünvanlar üçün) sahə adlarına da sahibdir. Eyni zamanda Quqlun bəzi səhifələri, aşağıdakı nümunələr kimi .google sahə adı sonluğu istifadə edir: https://about.google – Google məhsulları və şirkət məlumatlarını nümayiş etdirir. https://blog.google – Google məhsulları haqqında xəbərlər nümayiş etdirir. https://registry.google – Google-un sahib olduğu sahə adı sonluqlarını nümayiş etdirir.