Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əminə
Əminə (ərəb. أمينة‎) — qadınlara verilmiş bir ərəbcə addır.
Zəminə Aslanova
Zəminə Sərdar qızı Aslanova (20 iyun 1940, Qalaqayın, Sabirabad rayonu – 23 iyun 2019, Qalaqayın, Sabirabad rayonu) — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR pambıq ustası (1973), SSRİ Dövlət mükafatı laureatı (1976). Zəminə Aslanova 1960-cı ildən Sabirabad rayonundakı 26 Bakı komissarı adına kolxozun üzvü, 1963-cü ildən həmin kolxozda briqadir işləmişdir. 1976-cı ildə pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1969, Moskva), həmçinin Sov.İKP 24 və Azərbaycan KP 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan KP MK təftiş komissiyasının üzvü olmuşdur (1976). Azərbaycan SSR Ali Sovetinin (7, 8 və 9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. Zəminə Aslanova 23 iyun 2019-cu ildə vəfat etmişdir. Зәминә Сәрдар гызы Асланова // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш.
Zəminə Cavanşir
Zəminə Rəşid ağa qızı Cavanşir – Rəşid ağa Cavanşirin qızı.“Gənclik” nəşriyyatında redaktor Rəşid ağanın birinci qızı Zəminə bəyim 1933-cü il fevralın 18-də Bakı şəhərində doğulmuş, Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) filologiya fakultəsini bitirmiĢdi. Uzun illər “Gənclik” nəşriyyatında redaktor işləmişdir. Zəminə bəyim tanınmış şair Rasim Kərimli (1932-1996) ilə ailə qurmuşdu... Zəminə xanım hazırda Bakıda yaşayır.
Zəminə Dünyamalıyeva
Zəminə Dünyamalı qızı Dünyamalıyeva (1957, Şelli, Ağdam rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Zəminə Dünyamalıyeva 1957-ci il mayın 1-də Ağdam rayonunun Şelli qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqronomluq üzrə ali təhsil alıb. Zəminə Dünyamalıyeva ailəlidir, üç övladı var. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 10-cu sırada olan Zəminə Dünyamalıyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Zəminə Dünyamalıyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. 1995–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) üzvü və YAP Ağdam Rayon Şöbəsinin sədri olub. 1998-ci ildə YAP-dan istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur. 1998-ci ildən 2007-ci illədək Azərbaycan Demokrat Partiyasının (ADP), 2007-ci ildən 2009-cu illədək Açıq Cəmiyyət Partiyasının (ACP) (dövlət qeydiyyatı yoxdur) üzvü olmuşdur. Həmin partiyanın Ali Məclisinin sədri olan Zəminı Dünyamalıyeva həmçinin bir müddət Demokratik Qüvvələrin Milli Şurasında da təmsil olunmuşdur.
Zəminə Həsənova
Zəminə Həsən qızı Həsənova (10 may 1922, Corat, Bakı qəzası – 2006, Sumqayıt) — Azərbaycanın ilk qadın metallurqu, Sosialist Əməyi Qəhrəmanı (1960), Sumqayıtın fəxri vətəndaşı. Zəminə Həsən qızı Həsənova 1922-ci ilin mayın 10-da Sumqayıtda, indiki Corat qəsəbəsində anadan olub. O əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlayıb. Sovet dövründə Energetika Birliyinin sədri vəzifəsində çalışıb və yaşayış binalarının bünövrəsinin qoyulması ilə məşğul olub. Böyük Vətən Müharibəsi illərində Bakının vətəndaş müdafiəsi sistemində fəaliyyət göstərib. Müharibədən sonra əmək fəaliyyətini "Boruprokat" zavodunda operator kimi davam etdirib. Daha sonra briqadir vəzifəsində çalışıb. Həsənova 1970-ci ildə isə baş briqadir olub və həmin zavodda 4 briqadaya rəhbərlik edib. Z. Həsənova Azərbaycanın ictimai həyatında da fəal iştirak edib. Məktəbli uşaqlar üçün yaradılan "Horizont 8" klubunun təşkilatçılarından biri olub.
Zəminə Orucova
Zəminə Xınalı
Zəminə Xınalı - şairə, Əməkdar mədəniyyət işçisi, qadın hərbçi, H.Aslanov adına Mərkəzi Zabitlər Evində muzey müdiri, Azərbaycanda fəaliyyət göstərən ali hərbi məktəbləri – H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Dünya Azərbaycanlılarının Həmrəylik marşının və Azərbaycan Sülhməramlı Qüvvələrinin Sülh marşının sözlərinini müəllifidir. “Azərbaycan Silahlı Qüvvələrinini 90 illiyi” yubiley medalı, “Qüsursuz Xidmətə görə” medalı ilə təltif edilmişdir. 1964-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində doğulmuşdur. Kənddə orta məktəbi bitirdikdən sonra Sumqayıt Kimya Texnologiya Texnikumunun analitik kimya fakültəsində təhsil almışdır (1981-1984). Əmək fəaliyyətinə Sumqayıt Kimya İstehsalat Birliyində laborant kimi başlamışdır(1984-1986). Sonralar Bakıdakı 25 saylı texniki peşə məktəbində istehsalat təlim ustası (1986-1990), 240 saylı orta məktəbdə əmək və rəsm müəllimi (1990-1996) işləmişdir. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində təhsilini davam etdirmiş, hərbi jurnalistika fakültəsini bitirmişdir (1996-1998). Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində uzun müddət Qadınlar Şurasının sədri, eyni zamanda Azərbaycan Ordusu qəzetində ştatdankənar müxbir işləmişdir (1996-2001). 2013- cü ilə qədər H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi qulluqçu kimi xidmət etmiş və həmin ildən ehtiyata buraxılmışdır.Hal- hazırda MN H.Aslanov adına Mərkəzi Zabitlər Evində muzey müdiridi. 2007-ci ildən Qazax Müəllimlər İnstitutunun filologiya fakültəsinin məzunudur.2015- ci ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.
Əminə Ağazadə
Əminə Həmid qızı Ağazadə (26 mart 1980, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı; Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü;MDB Parlament Assambleyasının Hüquq Komissiyasının sədr müavini, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü. Əminə Ağazadə 26 mart 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur, azərbaycanlıdır. 1986-cı ildə Bakı şəhər 20 №li orta məktəbinə qəbul olunmuş, 1997-ci ildə həmin məktəbi bitirmişdir. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə təhsilimi fərqlənmə diplomu ilə bitirib, ali peşə istiqaməti üzrə bakalavr dərəcəsini almışdır. 2001-ci ildə Bakı Dövlət Universitetinin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisaslaşması üzrə magistraturaya daxil olmuş, 2003-cü ildə Bakı Dövlət Universitetinin magistraturanı fərqlənmə diplomu ilə bitirib, magistr dərəcəsini almışdır. Ailəlidir, bir övladı var. 2002-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Prokurorluq orqanlarında ilk dəfə keçirilən müsabiqədə iştirak etmişdir. Test və söhbət mərhəlsindən ibarət müsabiqədə yüksək bal toplayaraq 27 dekabr 2002-ci il tarixində Bakı şəhəri Sabunçu rayon prokurorluğuna stajor-müstəntiq vəzifəsinə təyin olunmuşdur. 2004-cü ilin fevral ayında bir illik stajorluq müddətini başa çatdırdıqdan sonra uğurla attestasiyadan keçərək, Baş Prokurorluğun Ali Attestasiya Komissiyası tərəfindən bir il sınaq muddəti ilə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin olunmuşdur. 2005-ci ilin avqust ayından Baş Prokurorluğun Beynəlxalq əlaqələr şöbəsinə ezam olunmuşdur.
Əminə Babayeva
Babayeva Əminə Ağahüseyn qızı — Azərbaycanın tanınmış teatr və kino aktrisası. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının Əməkdar Artisti (2019) Əminə Ağahüseyn qızı Babayeva 1950-ci ildə Bakı şəhərində anadan olub. Əminə Babayeva səhnə fəaliyyətini ilk illərdə görkəmli rejissor Lütfi Məmmədbəyovun rəhbərlik elədiyi Xalq Teatrında başlayıb. İlk gündən irili-xırdalı bir çox uğurlu tamaşalarda çıxış edib.1969-cu ildə görkəmli rejissor Tofiq Kazımovun dəvəti ildə Azərbaycan Dövlət Akademik Teatrından fəaliyyətə başlayıb. Teatrda ilk rolu X. Vahidin "Bağ qonşuları" tamaşasında Rəmziyyə obrazı olub. Teatrda işlədiyi ərzində o həm klassik həm də çağdaş Milli və əcnəbi dramaturqlarının pyeslərinin tamaşalarında dram obrazlarına səhnə həyatı verib. Ə. Babayeva 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif işi fakültəsini bitirib. Əminə Babayeva Azərbaycan televiziyasında müxtəlif proqramlarda, o cümlədən "Poeziya axşamı","Komediyalar axşamı","Hekayələr axşamı" adlı verlişlərdə mütamati olaraq çıxış ediridi. Oynadığı bir çox teatr tamaşalar və televiziya tamaşaları Qızıl Fondda saxlanılır. 1990-cı ildə Akademik Milli Dram Teatrının direktoru olmuş xalq artisti Hüseynağa Turabov tərəfindən teatrdan uzaqlaşdırılıb.10 il səhnədən ayrı düşən aktrisa 10-ildən sonra 2000-ci ildə İrəvan Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlamışdır daha sonra Bakı Bələdiyyə Teatrında az müddət çalışmışdır.10 il ərzində aktrisa "Əlvida" adlı 16 seriyalı bədii filmdə əsas obrazlardan birinə Ana roluna çəkilmişdir eləcədə bir neçə bədii filmlərdə rol almışdır.
Əminə Bağırova
Əminə Rəhim qızı Bağırova — Azərbaycanda neft sahəsi üzrə mühəndis, Sosialist Əməyi Qəhrəmanı (1960). Əminə Rəhim qızı Bağırova 1912-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Ə. H. Qarayev adına Bakı neftayırma zavodunda işləməyə başlamışdır. Əminə Bağırova zavodda ilk vaxtlar işə başladığı haqqında yazır: "Məni əvvəlcə operator vəzifəsinə götürdülər. Çətin vaxtlar idi. Cəbhə benzin və başqa neft məhsulları tələb edirdi. Təzə qəbul olunmuş fəhlələrin əksəriyyəti isə işi yaxşı bilmirdi. Qurğuların texnoloji rejimini öyrənmək üçün onlar xeyli vaxt sərf etməyə məcbur olurdular, bu isə xeyli məhsul itkisi demək idi. Mühəndislər, briqadalar, operatorlar gecə-gündüz növbədə durur, qocaman neftayıranların köməyi ilə işi qaydaya salır, yorula-yorula, istirahət saatlarından kəsə-kəsə prosesə bələd olurdular. Belələrindən biri də mən idim".
Əminə Buğra
Əminə Buğra (çin. ənən. 愛美娜 1920) — Çində uyğur siyasətçi. 1948-ci ildə Çin Respublikasının parlamenti "Qanunverici Yuan"a seçilən ilk qadınlardan olmuşdur. O qanunverici orqana Sincan əyalətindən seçilmişdir. Əminə Buğra uyğur siyasi lideri Məhəmməd Əmin Buğranın həyat yoldaşı idi. O, Sincan Qadınlar Birliyinin sədr müavini və Çin Respublikası Konstitusiyasını hazırlayan Konstitusiya Milli Məclisinin üzvü olmuşdur. 1948-ci ildə Sincandan Çin Respublikasının parlamenti Qanunverici Yuana seçilmişdir. Əminə Buğra Çin tarixində parlamentə seçilən ilk qadınlardan idi. O, seçildikdən sonra qanunverici orqanda Siyasi və Yerli Özünü İdarəetmə Komitəsində, Xarici İşlər Komitəsində və Sərhəd Komitəsində təmsil olunmuşdur.
Əminə Cəfərova
Cəfərova Əminə Surxay qızı (1925, Ağdam, Ağdam qəzası – 13 avqust 2011, Bakı) — Sov.İKP-nin üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949). Cəfərova Əminə Surxay qızı 1925-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Gənc yaşlarından Çəlik deyilən üzümçülük sahəsində əmək fəaliyyətinə başlamış, az bir vaxtda öz işgüzarlığı, əməksevərliyi sayəsində Manqa başçısı vəzifəsinə qədər yüksəlmişdir. 1941–1971-ci illərdə Ağdam rayonundakı "Nətəvan" adına üzümçülük sovxozunda manqabaşçısı, uşaq bağçasının müdiri, şərab zavodunda laborant, 1971-ci ildən isə mikrobioloq işləmişdir. 1947-ci ildən Sov.İKP-nin üzvü olmuşdur. Əminə Cəfərova 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Belə ki, 3 hektarlıq məhsuldar sahənin hər hektarından 230,2 sentner məhsul götürmüşdür. Hökumət qarşısında xidmətini nəzərə alan SSRİ Ali Soveti 5 oktyabr 1949-cu il tarixli 4724 saylı qərarı ilə ona Sosialist Əməyi Qəhrəmanı adı vermişdir. Bundan əlavə Əminə Cəfərova 3 dəfə Lenin ordeni və müxtəlif medallarla təltif edilmişdir. 1951-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində əmək qabaqcılları ilə birgə Moskva şəhərindəki Ümumittifaq Kənd Təsərrüfatı nailiyyətləri sərgisində iştirak etmişdir.
Əminə Dilbazi
Əminə Paşa qızı Dilbazi (26 dekabr 1919, Qazax, Gəncə quberniyası – 30 aprel 2010, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Azərbaycan SSR xalq artisti (1959). Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. İlk təhsilini 132 saylı məktəbin rus bölməsində almışdır. Məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, Şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır. Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat etmişdir. Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqas ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. 1939-cu ildən xalq rəqslərini səhnəyə qoyub. O, 1936–1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışmış və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik etmişdir. Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə, 1962–65-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967–68-ci illərdə isə "Sevinc" rəqs ansamblına rəhbərlik etmişdir.
Əminə Fiqarova
Əminə Fiqarova (2 dekabr 1964, Bakı) indi Manhettendə olan azərbaycanlı caz pianist və bəstəkardır. Klassik pianist olaraq Bakıda təhsil almış, yerli xalq musiqisinin həvəskarı olmuş, sonra isə cazda ixtisaslaşmışdır. 1980-ci illərin əvvəllərinə qədər, həyat yoldaşı fleytaçı Bart Platteau ilə birlikdə dünyanın bir çox yerində keçirilən caz festivallarında çıxış etmişdir. 2 dekabr 1964-cü ildə Bakıda doğulmuş Əminə Fiqarova kiçik uşaqikən pianino çalmağı örənmiş və altı yaşında musiqi bəstələmişdir. Klassik pianist olmaq üçün Bakı Musiqi Akademiyasında təhsil almışdır. 1988-ci ildə Moskva Caz Festivalında olarkən, Caz musiqisinə marağının əsasının yarandığı Rotterdam Konservatoriyasında təhsil almaq üçün qəbul almışdır. O, təhsilini Bostonda yerləşən Berklee Musiqi Kollejində tamamlamışdır. Birləşmiş Ştatlarda olduğu müddətdə Kolorado, Aspendə Thelonious Monk Jazz Kaloniyasında iştrak etmişdir. Sonradan ailə həyatı qurduğu fleytaçı Bart Platteau ilə birlikdə dünyanın fərqli yerlərində caz konsertlərində çıxış etməyə başlayır. Onun albomları olan "September Suite" və daha yaxınlarda buraxılan "Blue Whisper"i o Nyu Yorkda Blue Note Jazz Club-da ifa edərkən 11 sentyabr 2001-ci ildəki hadisələrdən ilhamlanmışdır.
Əminə Kazımova
Əminə Məlikova
Əminə Nağıyeva
Əminə Abbas qızı Nağıyeva (Sultanova) (26 mart 1919, Bakı – 23 iyul 1977, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943). Əminə Əliabbas qızı Nağıyeva (Sultanova) 1934-cü ildən Əli Bayramov adına qadınlar klubunun dram dərnəyində çıxış edib. 1936–1939-cu illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində təhsil alıb. 1938-ci ildə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bir müddət xalq artisti Əjdər Sultanovun həyat yoldaşı olduğu üçün rollarının bir qismini "Sultanova" soyadı ilə oynayıb. 17 iyun 1943-cü ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülmüşdür. 1940-1950-ci illərdə Tiflis teatrında müxtəlif obrazlar yaratmışdır. Ən yaddaqalan obrazlarından Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin"ində Böyükxanım, Sabit Rəhmanın "Xoşbəxtlər" tamaşasında Maralı (1941) misal göstərmək olar.
Əminə Cabbar
Əminə Ayyar qızı Cabbar (krımtat. Emine Ayar qızı Ceppar) və ya Əminə Ayyarovna Cabbarova (ukr. Еміне Айярівна Джапа́рова; 5 may 1983, Krasnodar) — Krım tatarı mənşəli Ukrayna siyasi və dövlət xadimi, jurnalisti, Ukrayna Xarici İşlər nazirinin birinci müavini. Əminə Ayyar qızı Cabbar 5 may 1983-cü ildə SSRİ-nin bir hissəsi olan RSFSR-nin Krasnodar şəhərində bir Krım tatarı ailəsində anadan olmuşdur. O, orta təhsilini Krımda almışdır. Cabbar 2000-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər ixtisasına daxil olmuşdur. O, ABŞ Dövlət Departamentində və Ukrayna Ali Radasında təcrübə keçmişdir. Cabbar 2006-cı ildə beynəlxalq politoloq və ingilis dilindən tərcüməçi diplomlarını fərqlənmə diplomu ilə almışdır. Cabbar 2005-ci ildə ABŞ Dövlət Departamentinin "Beynəlxalq Ziyarətçi Liderlik Proqramı" və "Gənclər üçün Alternativ" proqramlarında iştirak etmişdir. O, həmin il Ali Rada sədrinin birinci müavini Katibliyində keçirilən "Gənclər Alternativi" təcrübəsində iştirak etmişdir.
Əminə Sədr
Bint əl-Huda əs-Sədr (ərəb. بنت الهدى الصدر‎) kimi tanınan Əminə Heydər əs-Sədr 1980-ci ildə Səddam Hüseyn rejimi tərəfindən qardaşı Ayətullah Seyid Məhəmməd Baqir əs-Sədrlə edam olunan iraqlı maarifçi və siyasi fəal. == Həyatı == Əminə Heydər əl-Sədr 1937-ci ildə anadan olub Kazımiyyə şəhərində qızlar üçün bir neçə dini məktəb yaratmışdır. Bint əl-Huda İraqın müsəlman qadınları arasında İslam şüurunun yaradılmasında mühüm rol oynamışdır. O, 1959-cu ildə İraqın Nəcəf şəhərinin dini ziyalıları tərəfindən çap edilən əl-Ədva adlı İslam jurnalında məqalələr yazmağa başlayanda o, iyirmi yaşında idi. O, 1977-ci ildə Səfər üsyanında iştirakı ilə də məşhur idi. Bint əl-Huda ciddi öyrənmə eşqi ilə böyüdü. O, tezliklə müsəlman qadınların əzabları və ölkəsində İslam ideologiyasına zərər verən böyük fəlakətlər kimi qəbul etdiyi şeylərdən xəbərdar oldu. 1980-ci ildə dini lider Ayətullah Seyid Məhəmməd Baqir əs-Sədr və onun bacısı Bint əl-Huda rejimə qarşı müxalifətdə aparıcı rol oynadıqları üçün Səddam Hüseyn rejimi tərəfindən həbs edilmiş, vəhşicəsinə işgəncələrə məruz qalmış və daha sonra edam edilmişdir. Rejim onun cəsədini heç vaxt qaytarmayıb, lakin onun dəfn olunduğu yerin Nəcəf Vadi-üs-Salamda olduğu bildirilir.
Əminə Pakrəvan
Əminə Pakrəvan — yazıçı Əminə Pakrəvan 3 oktyabr 1880-ci ildə İstanbulda dünyaya göz açmışdır. Atası Həsənxan Qacarların diplomatı idi və 20 il Qacarların İstanbuldaki Böyük Elçilik görəvini yapmışdır. Əminə Pakrəvanın anası Alis Fun Heartfeld Avstriyalı bir xanım idi. Həsənxan 1893-cü ildə Parisdə vəfat edir və Əminə xanımın ailəsi öncə Avstriyada Hersfeld ailəsinin yaşadığı yaxın bir kilsəyə yerləşir. Gənc ana iki qızı Fatma və Əminə ilə on il kilsədə qalır. Alis xanım qızlarının tərbiyəsi ilə özü məşğul olmağa başlayır. Laybax və Lubliyana kitabxanalarından əmanət aldığı kitablar vasitəsi ilə qızlarında kitab oxuma alışqanlığı yaratmağa çalışır. Əminə, türkcə və farscanın yanı sıra fransız, ingilis və alman dillərini yaxşıca öyrənir. İtalyan dilini də danışma səviyəsində deyil, oxuma düzeyində bilmiş olur. Bir neçə ildən sonra Alis təkrar İstanbula dönür.
Əminə Salamova
Əminə Salamova (Əminə Nəcəf qızı Salamova; d. 14 iyul 1977. Bakı, Azərbaycan SSR, SSRİ) — Ekologiya üzrə fəlsəfə doktoru (2011), İndiana Universitetinin elmi işçisi (2013), ekologiya üzrə ABŞ-də elmi dərəcə alan ilk azərbaycanlı qadın. Əminə Salamova 14 iyul 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 83 saylı tam orta məktəbdə almışdır. 1998-ci idə Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavr dərəcəsi, 2000-ci ildə isə həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnmiş və hər iki təhsilini qırmızı diplomla bitirmişdir. 2000-ci ildən BDU-nun Üzvi kimya kafedrasında böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 2002-ci ildə ABŞ-nin İndiana Universitetinə yenidən magistr proqramına qəbul olunub və 2004-cü ildə ekologiya ixtisası üzrə İctimai və Ətraf Mühit Məsələləri Fakültəsində (ing. School of Public and Environmental Affairs) magistr dərəcəsi alıb. 2013-cü ildən həmin fakültənin elmi işçisidir.
Əminə Sultan
Əminə Sultan (24 avqust 1874, Konstantinopol – 30 yanvar 1920, Konstantinopol) — 32. Osmanlı padşahı Əbdüləzizin qızıdır. Əminə Sultan 1874-cü ildə Dolmabağça Sarayında dünyaya gəlmişdir. Anası Neşərək Qadınəfəndidir. İki yaşında atası taxtdan endirilərək öldürülmüş, əmisi oğlu II Əbdülhəmidin Ulduz Sarayındakı hərəminə alınaraq böyüdülmüşdür. Uzun boyu, iri qara gözü, uzunsov üzü və çəkik qaşları ilə nadir gözəlliyə sahib idi. Əminə Sultan 12 sentyabr 1901 tarixində Əhməd Şükrü Paşanın oğlu Mehmed Şərif Çavdaroğlu ilə evləndirildi. Sultan II Əbdülhəmid Əminə Sultana toy hədiyyəsi olaraq Nəqqaştəpə səmtində bir köşk hədiyyə etmişdir. Vəfatlarına qədər yaşadıqları bu köşk 1935-ci ildə dağıdılmışdır. Əminə Sultan 1909-cu ildə II Əbdülhəmidin taxtdan endirilməsinin ardından ailəsi ilə birlikdə Selanikə sürgün edildi.
Əminə Sultanova
Əminə Abbas qızı Nağıyeva (Sultanova) (26 mart 1919, Bakı – 23 iyul 1977, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943). Əminə Əliabbas qızı Nağıyeva (Sultanova) 1934-cü ildən Əli Bayramov adına qadınlar klubunun dram dərnəyində çıxış edib. 1936–1939-cu illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində təhsil alıb. 1938-ci ildə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bir müddət xalq artisti Əjdər Sultanovun həyat yoldaşı olduğu üçün rollarının bir qismini "Sultanova" soyadı ilə oynayıb. 17 iyun 1943-cü ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülmüşdür. 1940-1950-ci illərdə Tiflis teatrında müxtəlif obrazlar yaratmışdır. Ən yaddaqalan obrazlarından Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin"ində Böyükxanım, Sabit Rəhmanın "Xoşbəxtlər" tamaşasında Maralı (1941) misal göstərmək olar.
Əminə Sırtlanova
Əminə (Əminə xanım) Mahmudovna Sırtlanova (frans. Amina Hanum Syrtlanoff, doğulanda Şeyxəliyeva və ya Şeyx Əli soyadını daşıyırdı; 25 iyul 1884, Ufa, Ufa quberniyası, Rusiya imperiyası – ən tezi 1940, Fransa) — ictimai xadim, mərhəmət bacısı, teosof, Le Droit Humain Ordenin 840 nömrəli "Avrora" adlı Paris mason lojasının möhtərəm ustadı. 1884-cü ildə general-mayor Mahmud Maqomedoviç Şeyx Əlinin (Şıxəliyev) və mülkədar Magiparvaz Şeyxəliyevanın (qız soyadı Alkina) ailəsində anadan olub. Fəxri ümdə özdəni, podpolkovnik, Stavropol quberniyası müsəlman xalqlarının baş məhkəmə məmuru Dövlət-Mirzə Şıxəliyevin (Şeyx Əli) qardaşıqızıdı, eləcə də tanınmış ictimai xadimləri İbniamin Alkinin və Seid Girey Alkinin bacısıqızıdı. III Rusiya Dövlət Dumasının deputatı Galiaskar Syrtlanovın həyat yoldaşı idi. Onun 1912-ci ildə faciəli ölümündən sonra ictimai həyatda fəal iştirak etməyə başlamışdı. "Petroqradsk müsəlman maarifçilik cəmiyyətinin" sədri olub və "Petroqrad və Ufadan olan savadlı müsəlmanlar arasında geniş nüfuza" malik idi. Birinci Dünya Müharibəsi başlayandan sonra, cəbhəyə kömək üçün müsəlman xeyriyyə cəmiyyətinin birləşdirməyə çalışan Rusiya müsəlman ictimai təşkilatlarının Mərkəzi komitəsinin üzvlərindən biri olub. 1916-cı ilin yayında qabaqcıl mövqeyə göndərilən Rusiya müsəlmanlarının sanitar dəstəsinə başçılıq edib. Rus İnqilabından sonra Sırtlanova Finlandiyaya mühacirət etdi.
Əminə Xatun
Əminə Xatun (1398, Əlbistan – 1449, Bursa) — Osmanlı padşahı II Muradın anası, validə sultan və I Mehmedin xanımıdır. Dulqədiroğulları bəyliyinin 5-ci hökmdarı olan Zülqədiroğlu Nəsrəddin Məhəmməd bəyin qızıdır. İldırım Bəyazidin oğlu Çələbi I Mehmed ilə 1403-cü ildə evlənmişdir. II Muradın anası və beləliklə, Fateh Sultan Mehmedin nənəsidir. Oğlunun səltənəti dövrünü görmüş və Validə sultan olmuş olsa da, o dövr üçün validə sultanların saray daxilində çox da gücləri yox idi. Bu səbəbdən güclü saray qadını olmamışdır. 1449 tarixində, oğlundan iki il əvvəl vəfat etmiş, cənazəsi Muradiyə Məscidindəki Xatuniyə türbəsinə dəfn edilmişdir.
Emine Önasya
Emine Önasya (türk. Emine Semiye Önasya 28 mart 1866, Konstantinopol – 1944, İstanbul) — Türk əsilli yazıçı və ilk feministlərdən biri. == Bioqrafiya == 28 mart 1866-cı ildə İstanbulda anadan olmuşdur. Əhməd Cövdət paşanın ikinci qızı və yazıçı Aliye Fatmanın bacısı idi. Emine Seminin anası Advie Rəbiyə xanım idi. Emine Semiye yeddi il Fransa və İsveçrədə psixologiya və sosiologiyanı öyrənir. Osmanlı İmperiyasının Avropada təhsil almış ilk müsəlman qadınlarından biri olur. 1882-ci ildən etibarən Emine Semiye İstanbulda, digər şəhərlərdə türk dili və ədəbiyyatından dərs deyir. Qızlar üçün bir məktəbdə müfəttiş və Şişli Eftal xəstəxanasında tibb bacısı işləmişdir. "Mütalaa" və "Hanımlara Mahsus Gazete" qəzetlərində dərc olunan təhsil və siyasətlə bağlı məqalələr yazır.
Naminə
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Siminə
Siminə (tarixi adı Qaramusalı)(fars. سیمینه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanının Siminə bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957 nəfər və 188 ailədən ibarət idi. Şəhərin tarixi adı olan Qaramusalı, şəhərin Tatavuçay (farsca adı Siminərud) çayının sağ sahilində yerləşdiyinə görə Siminə olaraq dəyişdirilmişdir. Şəhər Tatavuçayın sağ sahilində, dəniz səviyyəsindən 1309 metr yüksəklikdə, Qərbi Azərbaycan ostanının inzibati mərkəzi olan Urmiya şəhərindən 129 kilometr cənub-şərq məsafədə yerləşir.
Emincə
Emincə — Türkiyənin İğdır ilinı daxil olan Aralıq ilçəsində kənd. Tarixən Qərbi Azərbaycanın Gərnibasar mahalı ərazisinə daxil olmuşdur. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır il mərkəzindən 53 km, Aralıq ilçə mərkəzinə 8 km uzaqlıqdadır.
Eminem
Eminem (əsl adı: Marşal Brüs Meters III; 17 oktyabr 1972[…], Sent-Cozef, Missuri, ABŞ) — ABŞ repçisi. O, hip-hop janrını Orta Amerikada populyarlaşdırıb və indiyə qədərki ən yaxşı repçilərdən biri hesab olunur. Bəziləri inanır ki, onun uğuru ağdərili repçilər üçün musiqi sənayesində qapılar açıb. Eminem 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Amerikanın aşağı təbəqəsinin mübarizəsini əks etdirən mübahisəli transaqressiv əsərlərinə görə tanınır. Müxtəlif janrlarda olan bir çox musiqiçi ondan ilham alıb və onun təsirini geniş şəkildə qəbul edir. Eminem dörd "Brit" və on beş "Qremmi" mükafatı laureatıdır. Eminem debüt albomu olan "Infinite"-ni 1996-cı ildə çıxarıb. 1997-ci ildə "Slim Shady EP" adlı mini-albom təqdim etmişdir. O, bu iki buraxılışından sonra Dr. Dre-nin Aftermath Entertainment leyblı ilə saziş bağlamışdır.
Esmines
Esmines və ya destroyer — dəniz terminologiyasında (az.dağıtmaq və ya məhv etmək), sürətli, yüksək manevr qabiliyyətli, zirehli, dözümlü, donanma və ya hücum qruplarına, kiçik hərbi dəniz nəqliyyat vasitələrindən (torpedo gəmiləri, sualtı qayıqlar və hərbi təyyarələr) gələn hücumlardan müdafiə və müşahidə funksiyasını icra edən bir hərbi gəmidir. Böyük döyüş gəmiləri arasında orta mövqe tutan Destroyer, Freqatdan daha böyük və daha genişdir, bir az yüngül həcmli Kreyserdən daha kiçikdir. Birinci Dünya müharibəsindən əvvəl destroyerlər okeanarxası missiyalar üçün nəzərdə tutulmamış, yüngül döyüş gəmiləri idi, buna görə də bir destroyer qrupu və ya destroyer qayığı şəklində istifadə edilərkən, İkinci Dünya müharibəsi dövründə və sonra, xüsusən 1950-1960-cı illərdə onlar kreyserlər qədər müstəqil və vacib idilər. Bununla bərabər, ABŞ-nin Iowa sinifli iki döyüş gəmisi var ki, onlar hal-hazırda aktiv şəkildə istifadə edilmirlər, lakin hər hansı bir ehtiyac yaranarsa onlar aktivləşdirilməyə qadirdirlər. Müasir destroyerlər çəki baxımından İkinci Dünya müharibəsinin kreyserlərinə bərabər olsalar da, kiçik bir yaylım atəşi ilə şəhərləri belə məhv etmək və nüvə başlığı ilə təchiz olunmuş döyüş raketləri ilə onlardan üstündürlər. Torpedo atmaq qabiliyyətinə malikdirlər.