Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mao Anin
Mao Anin (毛岸英, pinyin Máo Anyīng, rus. Сергей Зедонович Мао; az:Sergey Zedon oğlu Mao, Sergey Zedonoviç Mao; 24 oktyabr 1922, Çansa, Çin Respublikası – 25 noyabr 1950, Tonçxan[d], Şimali Koreya) — Çin Kommunist Partiyasının sədri Mao Zedunun ikinci həyat yoldaşı Yang Kaihui tərəfindən oğlu. == Həyatı == 24 oktyabr 1922-ci ildə doğulub. 25 noyabr 1950-ci ildə vəfat edib.
ADİN
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi. 18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
Acin
Acin (Həmədan) — İranın Həmədan ostanının Əsədabad şəhristanında şəhər.
Akın
Akın — qazax, qırğız və bəzi başqa xalqlarda el şairi və nəğməkarı. Akınlar mahnılarını çalğı aləti dombranın müşaiyəti ilə ifa edirlər. Qazax akını Cambul Cabayevin (1846–1945), qızğız akını Toktoqul Satılqanovun (1864–1939) adı və əsərləri məşhurdur. Bu akınlar xalq akını adı almışdır. Hazırda peşəkar şairlərə də akın deyirlər.
Alın
Alın (lat. regio frontalis) — yuxarı baş dərisi və qaşlar (sərhəd sümükün infraorbital kənarı) ilə bağlanan insan başının anatomik bölgəsi.
Anion
Anion — mənfi elektrik yükü daşıyan, elektroliz zamanı müsbət yüklənmiş elektroda - anoda doğru yönələn ion. Anion öz təsir dairəsində atom nüvəsinin müsbət yüklərini kompensasiya edən elektronlardan və bir və ya bir neçə artıq elektron saxlayan atom və ya atomlar qrupundan ibarətdir. Kristallik birləşmələrdə təkatomlu anion yükü vahiddən çox ola bilməz. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Ağin
Ağin — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Gümrü şəhərindən 22–23 km cənub-qərbdə, Arpaçayın üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilmişdir. Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «daxma, koma, mağara» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-78-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Banin
Ümmülbanu (bəzi mənbələrdə Ümm-Əl-Banu) Mirzə qızı Əsədullayeva (təxəllüsü: Banin (fr. Banine); (18 dekabr 1905[…], Bakı – 23 oktyabr 1992[…], Paris, Fransa) — Azərbaycan əsilli fransız yazıçı, memuarçı, model, XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi. == Həyatı == Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin 18 dekabr tarixində anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Banin atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin nüfuzlu bir şəxsə ərə gedir.
Knin
Knin (xorv. Knin) — Xorvatiyanın Şibenik-Knin qraflığında, Dalmatiya diyarnın iç bölgəsində yerləşən şəhər. Şəhər Krka çayının mənbəyinin yaxınlığında olub Zaqreb ilə Split arasındakı qovşağın və dəmiryol xətləri üzərindədir. Knin şəhərinin əhəmiyyəti tarixdə iki dəfə artmışdır. Həm orta əsrlərin Xorvatiya Krallığının, həm də XX əsrin sonunda Krayina Serb Respublikasının paytaxtı olmuşdur. == Ad == Orta əsrlərdə şəhər macarca Tinin, italyanca Tenin, latınca Tinum adlanmışdır. Tinum sözü indi də bir yepiskop titulu adı kimi işlənməkdədir. == Coğrafiya == Knin şəhəri Dalmatiya diyarında yerləşmiş olub sahil şəhəri Şibenikdən 56 km uzaqlıqdadır. Şəhərin yaxınlığında Knin meşəsi, Krka çayı, Dinar Alp dağları yerləşir. == Milli etnik tərkib == == İdman == Şəhərin başlıca futbol klubu 1913-cü ildə qurulmuş "Dinara" FK-dır.
Amin
Amin bu mənaları ifadə edə bilər:
ANN
Anime News Network (azərb. Anime xəbər şəbəkəsi‎) və ya ANN — Şimali Amerika, Avstraliya, Cənub-Şərqi Asiya və Yaponiyada anime, manqa, video oyunları, Yapon populyar musiqisi və digər əlaqəli mədəniyyətlərin statusu haqqında məlumat verən xəbər saytı. Vebsaytda icmallar və digər redaksiya məzmunu, oxucuların cari problemləri və hadisələri müzakirə edə biləcəyi forumlar, yapon və ingilis dillərində heyət haqqında məlumat, tematik musiqi, hadisələrin xülasəsi və istifadəçi reytinqləri ilə anime və manqa ensiklopediyası var.
Ani
Ani (erm: Անի, yun: Ανίον, lat: Abnicum) — Türkiyə Cümhuriyyətinin Şərqində, Anadolunun qədim mədəniyyət mərkəzlərindən biri, şəhərlər şəhəri, yalnız şəhər, min bir kilsəli şəhər kimi tanınmış qədim erməni şəhəri. Bu möhtəşəm şəhərin dövrümüzə yalnız xarabalıqları çatmışdır. 961–1045 ilərdə Erməni Ani çarlığının paytaxtı olub. 1064-cü ildə şəhər səlcuqlu türklərinin əlinə keçib. 1072-ci ildən şəhər Şəddadilərin hakimiyyəti altında olub. 1236-cı ildə şəhər monqollar tərəfindən işğal edilib. 1319-cu ildə zəlzələ zamanı şəhərin xeyli hissəsi dağılıb və tədricən şəhər xarabalığa çevrilib.1878-ci ildə Rusiya ərazini işğal etsə də 1914–1918-ci illərdə türklər ərazini yenidən geri qaytarıblar. Şəhərin adını indi Ermənistan Respublikasında bir rayona veriblər. Akademik Nikolay Marr 1892-ci ildən başlayaraq kiçik fasilələrlə 14 il bu ərazidə arxeoloji qazıntılar aparıb. == Tarixi == Şəhərlə bağlı əfsanədə qeyd edilir ki, bir zaman Ani şəhərində Urum baba adlı bir qoca yaşayırmış.
Evrim Akın
Evrim Akın — Türkiyə kino və teatr aktrisası, teleaparıcı. == Həyatı == Evrim Akın 12 iyun 1979-cu ildə Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Boyu 160 sm-dir. O, 17 yaşında ikən atası dünyasını dəyişmişdir. == Karyerası == Karyerasına İzmirdə Konak Bələdiyyə Teatrında başlayan Evrim Akın daha sonra Müjdət Gəzən Sənət Məktəbinə daxil olmuşdur. === Filmləri === ==== Bədii filmləri ==== Şaşqın | 2006 | Zeynəb rolunda ==== Televiziya filmləri ==== Memleket Hikayeleri - Ana Beni Eversene | 2006 | Handan Karadağ rolunda === TV serialları === Güldür Güldür | 2019 | Özge rolunda Alemin Kralı | 2011 | Jülide Mermercin rolunda Bez Bebek | 2007 | Bez Bebek Nana rolunda Avrupa Yakası | 2004-2006 (cəmi 52 bölümdə) | Selin Yerebakan rolunda Estağfurullah Yokuşu | 2003 | Gümüş rolunda Analık | 2003 | ...
Fatih Akın
Fatih Akın (25 avqust 1973[…], Hamburq) — türk mənşəli alman kinorejissor və ssenarist. == Həyatı == Fatih Akın 1973-cü il avqustun 25-də Almaniyanın Hamburq şəhərində anadan olub. 2004-cü ildə Avropadakı türk mühacirlərinin həyatını əks etdirən "Divara qarşı" filmi ilə Berlin kinofestivalının baş mükafatı – "Qızıl ayı"ya layiq görülüb. 2007-ci ildə ekranlaşdırdığı "Həyatın kənarında" filmi isə Kann kinofestivalında "ən yaxşı ssenari" nominasiyasında qalib olub.
Filiz Akın
Filiz Akın (2 yanvar 1943, Ankara) — Türkiyəli kinoaktrisa. Türk kinosunun nəcib, müasir, şəhərli və zərif siması kimi kinosevərlərin rəğbətini qazanan Filiz Akın həm də Avropa siması, kollec qızı və böyük ekranın sarışın ulduzu kimi tanınır. O, kino aktyorları Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə yanaşı türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli aktrisadan biri hesab olunur. Filiz Akın orta təhsilini başa vurduqdan sonra bir turizm şirkətinin Ankara agentliyində işləməyə başlayıb. Göndərdiyi fotoşəkillə 1962-ci ildə Artist jurnalının müsabiqəsinin qalibi olur. Memduh Ün təkidi ilə Akasyalar Açarken filmi üçün kamera qarşısına keçməyə razılıq verdi. Beləliklə, onun 13 il davam edəcək aktiv aktyorluq karyerası başladı. 1964-cü ildə "Qadın Bərbər" filminin çəkiliş meydançasında tanış olduğu prodüser-rejissor Türker İnanoğlu ilə evləndi. 1965-ci ildə oğlu İlkər İnanoğlu dünyaya gəlib. 1974-cü ildə Türker İnanoğlu ilə boşanan Akın 1975-ci ildə "Ataların atası" filmi ilə kinoya vidalaşıb.
Fərda Amin
Fərda Amin (Fərda Akif oğlu Xudaverdiyev; 12 avqust 1979, Cəbrayıl) — azərbaycanlı aktyor, ssenarist, aparıcı, rejissor və şoumen. == Həyatı == Fərda Akif oğlu Xudaverdiyev əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir. O, 1979-cu ildə 12 avqust tarixində Cəbrayıl rayonunda doğulub. İqtisad Universitetində təhsil aldığı dövrdə "Şən və Hazırcavablar Klubu"nda çıxış edib. Müəllifi və aparıcısı Həsən Əliyev olan, "Space TV"-də yayımlanan "Tək səbir" verilişinin iştirakçısı olub. Verilişdə olan gülməli monoloq, videoroliklər insanları çox güldürürdü. Bu verilişin rejissoru Fərda idi. Senarisini isə Elməddin Cəfərovla birlikdə yazırdılar. Ancaq bu verilişin ömrü uzun olmur. Fərda "Tam Sərbəst" verilişini yaradır və bir neçə il sonra "Tam Sərbəst solo" adlı proqramla ekranlara çıxır.
Kanin Kamen
Kanin Kamen — Kanin yarımadasının şimalında, yaylaya bənzər tirə. İnzibati baxımdan Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Kanin Kamen Timanski tirəsinin davamını təşkil edir. Tirə kristalik şistdən təşkil olunmuşdur. Onun maksimal hündürlüyü 241 metrdir. Şimal-qərb qutaracağı Kanin Nos, cənub-şərq qutaracağı isə Mikulkin Nos burnunu əmələ gətirir.
Kanin Nos
Kanin Nos — Rusiyanın Nenets Muxtar Dairəsi ərazisində, Ağ dəniz ilə Barens dənizi arasında yerləşən burun. Sahilləri sıldırımlıdır. burada hündürlük 15-20 m arasında dəyişir. Kanin yarımadasının şimal-qərb nöqtəsini təkil edir. Ərazi tundra bitkiləri ilə örtülüdür. Maralçılıq inkişaf etmişdir. == Mereostansiya və mayak == Burunda 1915-ci ildə Hidrometeoloji stansiya quraşdırılmışdır. Eyni adlı mayakda 1915-ci ildə inşa edilmişdir və bu gündə fəaliyyət göstərir. == İqlim == Orta illik temperatur −0,5° C təkil edir. Ən soyuq ay fevral, ən isti ay isə avqustdur.
Kanin yarımadası
Kanin yarımadası — Nenets Muxtar Dairəsi ərazisinə daxil olan. Barens dənizinin Çyoş buxtası ilə Ağ dənizi arasında yerləşir. Doqquz min il əvvəl Kanin yarımadası Kande Nos adası olmuşdur. Vaxtı ilə ada ilə materik arasında olan boğaz qumla dolmuş və ada yarımadaya çerilmişdir. Yarımadanın sahəsi 10,5 min. km², şimaldan cənuba uzunluğu 300 km-dir. Yarımdanın şimal sahəsinin böyük hissəsini Kanin Kamen tirəsi təşkil edir. Tirə çimal-qərbdən cənub-şərqə doğru uzanır. Yarımadanın maksimal hündürlüyü 242 metrdir. Şimal-qərb qutaracağı Kanin Nos, cənub-şərq qutaracağı isə Mikulkin Nos adlanır.
Knin qalası
Knin qalası ( hr. Kninska tvrđava) -Xorvatiyada ən yüksək dağın (Dinara) və Krka çayı mənbəyinin yaxınlığında yerləşir. Xorvatiyada ikinci ən böyük və ən mühüm müdafiə qalasıdır. Qala 9-cu əsrdə tikilmiş, hazırkı vəziyyəti 17-ci və 18-ci əsrlərdə formalaşdırılmışdır. 1076-cı ildən, Xorvatiyanın Kralı Demetrius Zvonimirin hakimiyyəti dövründə başçılıq etdiyi Xorvatiya Krallığının siyasi mərkəzi kimi xidmət etdiyi dövrdə zirvəyə yüksəldi. == Yerləşməsi və təsviri == Dalmatiadan Xorvatiya və Bosniyaya qədər gedən əsas nəqliyyat dəhlizində yerləşir. Knin qalası, dağın ətəklərində olduqca erkən formalaşmış Xorvatiyanın Knin şəhərindən 100 metr (328 fut) yüksəklikdə, Spas dağının üstündə yerləşir. Arxeoloji qazıntılar bu ərazidə məskunlaşmanın 6-cı əsrə aid olduğunu göstərir. Dənizdən 345 metr (1,132 fut) yüksəklikdə yerləşib, 470 metr (1540 fut) uzunluqda və 110 metr (361 fut) genişlikdədir. Tikinti materialının əskik olması səbəbindən binanın orijinal görünüşü tamamilə məlum deyil.
Maaruf Amin
Maaruf Amin — İndoneziya vitse-prezidenti olan indoneziyalı siyasətçi və İslam din xadimi. Vəzifəyə gəldikdən təxminən 77 yaşında İndoneziya tarixində ən yaşlı vitse-prezidentdir.
Meri Aninq
Meri Enninq (ing. Mary Anning; 21 may 1799-cu il - 9 mart 1847-ci il) — britaniyalı həvəckar daşlaşmış sümük kolleksioneri və palentioloq. Yaşadığı Laym-Recisdə tapdığı daşlaşmış sümük və dəniz faunası tapıntılarına görə məşhurlaşıb. Onun elmi işləri Yer kürəsinin qədim dövrü barəsində tarixi və həyatı barəsində təsəvvürün dəyişməsinə səbəb olub. Meri Aninq 1809 və 1811-ci illər arasında hələ 10-12 yaşında olarkən dinozavr qalıqlarını aşkarlamış və tərəfindən aşkarlanan qalıqların bütün hissələrini müəyyən müddət sonra birləşdirmişdir. Bununla Meri Enninq dünya tarixinə ilk paleontoloq qadın kimi daxil olmuşdur. O ilk arxeoloq qadın kimi də tanınır. Müxtəlif vaxtlarda ona pul müqabilində iş görmək təklif olunsa da, o bundan imtina etmişdir.
Miura Ancin
Vilyam Adams (ing. William Adams; 24 sentyabr 1564, Cillinhem[d], Kent qraflığı – 16 may 1620[…], Hirado[d], Naqasaki prefekturası) – XVII əsrdə Yaponiyada yaşamış ingilis dənizçi və tacir. Tokuqava İeyasu tərəfindən ona Miura yarımadasında torpaq verildiyi üçün Yaponiyada Miura Ancin (三浦按針, azərb. "Miura şturmanı"‎) adı ilə tanınmışdır. O, Yaponiyaya çata bilən ilk ingilis şəxs hesab olunur. Vilyam Adams 1564-cü ildə İngiltərənin Kent qraflığının Cillinhem şəhərində doğulmuş, gəmiqayırma sahəsində işləməyə başlamışdır. 1598-ci ildə bir holland flotuna şturman kimi qatılmış, bir neçə bədbəxt hadisədən sonra qəzalı vəziyyətdə olan gəmisi "Liefde" ilə 1600-cü ilin aprelində Yaponiyanın Kyuşu adasına çatmışdır. Tokuqava İeyasu onunla dostluq əlaqələri qurmuş, onu maliyyə nümayəndəsi, xəbərverən, şturman, gəmiqayıran və tərcüməçi kimi vəzifələrə təyin etmişdir. Bunun sayəsində Adams Yaponiyada varlı şəxsə çevrilmiş, 80-ə yaxın xidmətçiyə və öz mülkünə sahib olmuşdur. Rəsmi iş çərçivəsində bütün Yaponiyanı gəzmişdir.
Nor Açin
Nor Açin — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Nurul Amin
Nurul Amin (15 iyul 1893 – 2 oktyabr 1974, Ravalpindi, Pəncab) — Pakistan İslam Respublikasının 8-ci baş naziri.