Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ПМА "В-1" və ПМА "В-2" aşqarları
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti
V
V — Latın qrafikalı Azərbaycan əlifbasında 30-cu hərf, 23 samitdən biri. Cingiltili samitdir, kar qarşılığı f samitidir. Finikiya əlifbasında mıxa oxşadığı üçün "vav" ("mıx") adlanırdı. Kiril qrafikalı əlifbada rast gəlinən "B" Yunan əlifbasındakı "β" "beta" hərfi əsasında qurulmuşdur.
Rayon
Rayon (fr. rayon — radius, şüa) — böyük yaşayış məntəqəsi. Rayona tabe kəndlər, qəsəbələr, qismən də şəhər və şəhər tipli qəsəbələr vardır.
Aza rayonu
Aza rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1921–1933-cü illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Aza kəndi olmuşdur. Aza rayonuna 11 kənd daxil idi. 1921-ci ildə yaradılan Parağa rayonuna aşağıdakı qəsəbə və kəndlər daxil edilib: Aza rayonu Yuxarı Aza, Aşağı Aza, Kələntər Dizə, Der, Baş Dizə, Sumbatan Dizə, Qoşadizə, Düylün, Düylün Dizə, Gilançay və Dəstə kəndlərini əhatə etmiş və 1930-cu ildə təşkil olunan Ordubad rayonunun tərkibinə daxil edilmişdir.
Aznakay rayonu
Aznakay rayonu (tatar. Aznaqay rayonı, Азнакай районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın cənub-şərqində yerləşir. Şimaldan Muslim, şimal-qərbdən Sarmanov rayonu, qərbdən Aktnış, cənubdan respublikanın Buqulma və Yutazı rayonları ilə, şərqdən Başqırdıstanın Bakalı və Şaran rayonları ilə həmsərhəddir. İnzibati mərkəzi Aznakay şəhəridir. Rayon respublikanın cənub-şərqində yerləşir. Təbii baxımdan Şərqi Zakamyenin meşə-çöl zonasına daxildir. Relyef yüksək bir düzənlikdir. Yüksək yarusluluq, quruluş və yamacların açıq asimmetriyası ilə xarakterizə olunur. Ural dağları ərəfəsində, Buqulma yaylasındakı ərazi Buqulma-Belebey dağının şimal-şərqini tutur (Çatır-Tau dağı regional əlamətlidir və onun ayrılmaz hissəsidir) və geniş İk vadisinin sol sahilini bitişik İks-Zain su hövzəsi ilə əhatə edir..
Azov rayonu
Azov rayonu — Rusiya Federasiyasında, Rostov vilayətində inzibati-ərazi vahidi. Rayon mərkəzi Azov şəhəri rayon tərkibinə daxil deyil. Azov rayonu Rostov vilayətinin cənub-qərb hissəsində, Taqanrok körfəzinin Cənub sahilində yerləşir. Don çayının deltasında yerləşən rayonun sahəsi — 2966,0 km²-dir. Rayon ərazisi fərqli landşaft formaları ilə zəngindir. Ərazidə cənubi rus çölü, sahil rayonu, don deltasının qoruq ərazisi diqqəti cəlb edir. 1884-cü ildə rayon ərazisində Aleksandrovski meşəsi salınmışdır. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azov dənizi sahilləri sürrətlə məskunlaşmağa başladı. Bölgə əhalisi əsasən Ukraynadan və Rusiyanın Mərkəzi quberniyasından gələnlərin hesabına artırdı. Çöl ərazilərində qısa zamanda çoxlu kəndlər və xutorlar formalaşdı.
Ağcabədi rayonu
Ağcabədi rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağcabədi şəhəridir. Ağcabədi rayonunun mərkəzi aeroport, Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir. Azərbaycan Respublikasının ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədi rayonunun ərazisi 1756 km² — dir, əhalisi 136,7 min nəfərdir (1 yanvar 2020). Məşğul əhalinin əsas hissəsi səhiyyə, təhsil, mədəniyyət sahəsində, kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye müəssisələrində, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır. Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən və 44 kənddən (Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Avşar, Aşağı Avşar, Xocavənd, Salmanbəyli, Mehrablı, Aran, Yeni Qaradolaq, Qaradolaq, Kəbirli, Hacıbədəlli, Nəcəfqulubəyli, Şənlik, Şahmalılar, Şotlanlı, Bala Kəhrizli, Böyük Kəhrizli, Biləğan, Ağabəyli, Pərioğullar, Cəfərbəyli, Hüsülü, Rəncbərlər, Qiyaməddinli, Qaravəlli, Təzəkənd, Muğanlı, Şahsevən, Şahsevən-Təzəkənd, Köyük, Boyat, Qaraxanlı, Hacılar, Kəhrizli, Şərəfxanlı, Arazbar, Sarvanlar, Kürdlər, Minəxorlu, Yuxarı Qiyaməddinli , Sarıcalı, Taynaq, Poladlı, İmamqulubəyli, Gələbədin kəndləri) ibarətdir. Rayon ərazisində 216 idarə və müəssisə, 8 bank filialı, 2 rabitə müəssisəsi, 5 mehmanxana fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə Atena MMC- dir. Bu Məhdud Məsuliyyətli cəmiyyətin 200 nəfər işçisi vardır. Hazırda rayon üzrə məşğul əhalinin sayı 72632 nəfər, o cümlədən sənayedə çalışanların sayı 664 nəfər, kənd təsərrüfatında çalışanların sayı 32681 nəfər, tikintidə 398 nəfər, nəqliyyat və rabitədə 329 nəfər, təhsil, mədəniyyət və incəsənətdə 5351 nəfər, səhiyyə, bədən tərbiyəsi və sosial təminatda 1171 nəfər, kreditləşmə maliyyə və sığortada 134 nəfər, İdarəetmə orqanları aparatında 417 nəfər, ticarət və xidmət sahələrində 3635 nəfər, digər sahələrdə 24361 nəfərdir.
Ağdam rayonu
Ağdam rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağdam şəhəridir. 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 km², əhalisi 202.200 olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşir. Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alıb. Ağdamın şəhid sayı 6570 nəfər, Milli Qəhrəmanı 16 nəfər, döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi 4950 nəfər. Qarabağ müharibəsinin ilk şəhidlərin Ağdam rayonu verib. 22 fevral 1988-ci ildə Əli Hacıyev və Bəxtiyar Quliyev. Sərhəd rayonlar — Tərtər, Bərdə, Ağcabədi, Xocavənd, Xocalı, Ağdərə.
Babayurd rayonu
Babayurd rayonu — Rusiya Federasiyası Dağıstan Respubilkası yerləşir. Ərazisi 3.262 km² əhalisi isə 2012-ci il rəqəmlərinə görə 46.372 nəfərdir. Əhalisi etnik cəhətdən qumuq, avar və noqaylar dan ibarətdir.
Babək rayonu
Babək rayonu — Naxçıvan MR-da rayon. Arazboyu düzənlikdədir. 23 oktyabr 1978-ci ildə Heydər Əliyevin qərarı ilə rayon kimi təşkil olunmuş, XI əsrdə Azərbaycanda ərəb xilafətinə qarşı xalq hərəkatına başçılıq etmiş görkəmli sərkərdə Babəkin şərəfinə belə adlandırılmışdır. Şimal-qərbdə Ermənistan, cənubda İran, eləcə də Naxçıvan MR-in Kəngərli, Şahbuz, Culfa rayonları ilə həmsərhəddir. Ərazisi 760 kvadrat kilometr, əhalisi 76.5 min nəfərdir (1. yanvar 2021). Mərkəzi Babək şəhəridir. Rayonun ərazisi 0,92 min km²., əhalisi 65040 nəfərdir. Rayonda bir şəhər, 2 qəsəbə, 33 kənd vardır. Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir.
Balakatay rayonu
Balakatay rayonu (başq. Балаҡатай районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Yeni Balakatay kəndidir. Ufadan 278 km məsafədə yerləşir. Rayon Başqırdıstanın şimal-şərq hissəsində yerləşir. Qərbdən və cənub-qərbdən Başqırdıstanın Məsetle və Kıyğı rayonları ilə, şərqdə Çelyabinsk vilayətinin Nyazepetrovski və Kusinski rayonları ilə, şimaldan Sverdlovsk vilayətinin Artinski şəhər rayonu ilə həmsərhəddir. Sahəsi 3037 km²-dir. Rayonun ərazisi Ufa ilə Aya çaylarının aşağı axınları arasında, dəniz səviyyəsindən 300–400 m yüksəklikdə yerləşir. Ərazisi çay vadiləri və yarğanlarla güclü şəkildə bölünür. Şərq hissəsi Uralın qərb yamacındakı inkişaf etmiş silsilələr sisteminə malikdir.
Balakən rayonu
Balakən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Balakən şəhəridir. Balakən rayonu inzibati vahid kimi 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Zaqatala dairəsinə daxil idi. 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırmışdır. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Yazılı qaynaqların verdiyi məlumatlara görə Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur. Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), inqiloylar (Qerləri xatırladan) və s.
Baltas rayonu
Baltas rayonu (başq. Балтаc районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Starobaltas kəndidir. Rayonun ərazisi 1598 km² təşkil edir. İqlimi mülayim kontinentaldır. Ərazisindən Bıstrıy Tanıp çayı axır. Ərazisində əsasən boz meşə və qara torpaqlar geniş sahə tutur. Enliyarpaqlı meşələr ərazisinin 21,6 % təşkil edir. Bölgədə neft (Şavyadinskoye, Stepanovski), gil (Baltaçevskoye, Yakşeevskoye, Seytyakovskoye) yataqları vardır. Baltas rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.
Baltaç rayonu
Baltaç rayonu (tatar. Baltaç rayonı, Балта́ч районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimalında yerləşir. İnzibati mərkəzi Baltaç şəhəridir. Tatarıstanın Kukmara, Arça, Saba rayonları, Kirov vilayətinin Malmıj rayonu və Mari El Respublikasının Mari-Turekski rayonu ilə həmsərhəddir. Relyefi hündürlüyü 170–200 m olan yüksək bir düzənlikdir. Çay şəbəkəsi Şuşma çayı və onun qolları Arbor, Kuqubork və Kuşket ilə təmsil olunur. 1920-ci ilə qədər rayonun ərazisi Kazan vilayətinin Kazan qəzası və Vyatka quberniyasının Mamadış qəzasına daxil idi. 1920-1930-cu illərdə rayon Arça və Mamadış kantonlarının, 1930-1932-ci illərdə isə Tyunterski rayonunun tərkibində idi. 2 mart 1932-ci ildə Tyunterski rayonu Baltaç adlandırıldı.
Bavlı rayonu
Bavlı rayonu (tatar. Баулы районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimal-qərbində yerləşir. İnzibati mərkəzi Bavlı şəhəridir. Qərbdən Buqulma rayonu, şimaldan Yutazinski rayonu ilə, şərqdən Başqırdıstan Respublikası ilə (Şaran, Tuymazı rayonları, Oktyabrski şəhər rayonu), Orenburq vilayəti (Severnı və Abdulinski rayonları) ilə həmsərhəddir. Rayonda əsasən qara və karbonatlı torpaqlar yayılmışdır. Rayonun ərazisi 1920-ci ilə qədər Samara əyalətinin Buqulma qəzasına, 1920-1930-cu illərdə isə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Buqulma kantonuna daxil olur. Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının inzibati bir qurumu olaraq rayon 10 avqust 1930-cu ildə qurulmuşdur. 4 yanvar 1963-cü ildə Bavlı rayonunun ərazisi Buqulma rayonuna daxil edilir. 12 yanvar 1965-ci ildə Bavlı rayonu yenidən qurulur.
Baymak rayonu
Bayma rayonu (başq. Әбйәлил районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi baymak şəhəridir. Baymak rayonu 20 avqust 1930-cu ildə Ümumrusiya Məərkəzi Rəyasət Heyətinin "Başqırd Muxtar Sovet Sosialist Respublikasının inzibati bölgüsü haqqında" 1930-cu il tarixli qərarı ilə qurulmuşdur. XIX əsrin 30-cu illərində Xudolaz çayının yuxarı axarında qızıl yataqları işlənmişdir. Külcə və filiz qızılının yeni yataqlarının işlənməsi, mis pirit filizlərindən qızılın çıxarılması hesabına qızıl mədəni genişlənmişdir. 1923-cü ildə Tanalık-Baymak dağlıq dairəsi tərəfindən hasil edilən qızılın payı ümumi Uralın 40% -ə çatırdı. Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə: 2024 — 58,81 min nəfər. 2035 — 60,08 min nəfər. Milli tərkib 2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: başqırdlar - 83,3%, ruslar - 11,9%, tatarlar - 3,5%, digər millətlərdən olanlar - 1,3%.
Başkeçid rayonu
Dmanisi bələdiyyəsi, Başkeçid bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Başkeçid şəhəridir. Bələdiyyə ərazisi 1917-ci ilədək Tiflis quberniyasının Borçalı qəzasına, 1917-1930-cu illərdə birbaşa Tiflis quberniyasına daxil olmuşdur. 1930-cu ildə hazırkı bələdiyyənin ərazisini əhatə edən Başkeçid rayonu təşkil edildi. 18 mart 1947-ci il tarixində rayonun inzibati mərkəzi rəsmən Dmanisi şəhəri, rayonun özü isə Dmanisi rayonu adlandırıldı. Başkeçid bələdiyyəsi Borçalının ən hündür dağlıq regionu hesab olunur. Ərazisi təqribən dəniz səviyyəsindən 1000 mertdən başlayaraq Qaraxaç yaylasında hündüylüyü 3196 metrə çatan Ağçala dağınadək yüksək dağlıq relyefə malikdir. Digər hündür zirvələri Leyli (3154 m.), Yemlikli (3055 m.), Əyriqar (2973 m.), Sənəkuçan (2923 m.), Şindi dağı (1897 m.) və s.-dir. 2009-cu ilə olan məlumata əsasən ərazisinin 23.936 hektarı meşələrlə örtülüdür. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Başkeçid rayonu 1204 km² ərazini, bu ərazidə yerləşən 8 kənd sovetliyinə daxil olan toplam 65 kəndi və bu kəndlərdə yaşayan 26.277 nəfər əhalini əhatə edirdi.
Beyləqan rayonu
Beyləqan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Beyləqan şəhəridir. Beyləqan rayonu 1939-cu ilin yanvar ayında inqilabçı Andrey Jdanovun adı ilə yaranmışdır. 1963-cü ildə rayon ləğv edilərək İmişli rayonu ilə birləşdirilmiş, mərkəzi İmişli şəhəri olmuşdur. 1964-cü ildə yenidən ayrılaraq Jdanov olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək ərazidə xarabalıqları qalmış qədim tarixi Beyləqan (Örənqala) şəhərinin adı verilmişdir. Qədim Beyləqan şəhərinin əsasının IV əsrdə qoyulması ehtimal olunmaqla XIII əsrdə monqol istilaçıları tərəfindən dağıldığı tarixi faktdır. Qədim İpək yolunun buradan keçməsi Beyləqanın Bərdə, Gəncə və Təbrizlə əlaqəsini genişləndirmişdir. Beyləqan rayonu Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə, habelə İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun ərazisi 1,13 min kvadrat km-dır.
Birsk rayonu
Birsk rayonu (başq. Бөрө районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Birsk şəhəridir. Rayonun ərazisi 1717 km² təşkil edir. Rayon Ağidel çayının aşağı axarında yerləşir. Ərazisi elə də quru olmayan aqroiqlim, Şimal meşə çol zonasına daxildir. Birsk rayonunun Ağıdel çayı sahili hövzəsində meşə-çol zonası yayılmışdır. Bu bölgənin torpaq örtüyünün 25-57 % boz meşə torpaqlarıdır. Ərazinin karst məşhəlli ərazilərində palıd, cökə, ağcaqayın, fındıq, qarağac kimi ağalar geniş ərazini əhatə edir. Meşə kənarı, hündür çöl zonasında qara torpaq geniş yayılmışdır. Ağıdel çayının eni 10–20 km olan vadisi boyu ərazilər rayonun digər ərazilərindən fərqlənir.
Bişbülək rayonu
Bişbülək rayonu (başq. Бишбүләк районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Sterlibaşev kəndidir. Başqırdıstanın cənub-qərbində yerləşir. Rayonun ərazisi 2134 km² təşkil edir. İqlimi mülayim kontinental və rütübətlidir. Ərazisində neft (Şkapovskoye, Demskoye, Sataevskoye, Aznakaevskoye yataqları), kirəçdaşı (Çulpan), qum, qum-çınqıl qarışığı (Çulpan), gil (Aitovskoye) çıxarılır. Bölgənin şimal-qərbindən İk çayı başlayır, cənubdan isə Dyoma çayı axır. Sterlya, Urşak, Tyater və Kundryak çayları axır. Başdan-başa qara torpaqla örtülü olsa da, talalar şəklində olsa da tünd boz meşə torpaqlarına rast gəlinir.
Blaqodarnenski rayonu
Blaqodarnenski rayonu (rus. Арзгирский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Blaqodarnı şəhəridir. Blaqodarnenski rayonu Stavropol diyarının mərkəzində yerləşir. Petrovski, Türkmən, Arzqirski, Budennovski, Novoselitski və Aleksandrovski rayonları ilə həmsərhəddir. Rayonun ərazisi Stavropol yüksəkliklərində yerləşir və böyük hissəsini düzənliklər təşkil edir. Qərbdən şərqə Mokraya Buyvula çayı tərəfindən zəif parçalanır. Tünd şabalıdı və şabalıdı torpaqları ilə təmsil olunur. Torpaq örtüyü müxtəlif və mürəkkəbdir. Şabalıdı qara torpaqlar rayonun qərb və cənub hissələrində ayrı konturlarda olur.
Blaqovar rayonu
Blaqovar rayonu (başq. Благовар районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Yazıkovo kəndidir. Ufa 70 km qərbdə yerləşir. Başqırdıstanın qərbində yerləşir. Rayonun ərazisi 1611 km² təşkil edir. Ərazisinin 7 % meşələr təşkil edir. İqlimi kontinental mülayimdir. Rütubət çatışmamazlığı vardır. Əsasən qara torpaqlar ilə örtülüdür.
Blaqoveşensk rayonu
Blaqoveşensk rayonu (başq. Благовещен районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Blaqoveşensk şəhəridir. Rayon Başqırdıstanın mərkəzi hissəsində, Ufa şəhərətrafı ərazidə yerləşir. Rayonun sahəsi 2291 km²-dir. Cənubdan Ufa və İlqin, qərbdən Kuşnarenko və Birsk, şimalda Mişkinski, Karaidel və şərqdən Nuriman rayonları ilə həmsərhəddir. Rayon ərazisinin əsas hissəsi Pribelskaya qayalı dalğalanan düzənliyində, şimal-şərq hissəsi Ufa yaylasında yerləşir. Ağidel çayı rayonun cənub-qərb kənarından, Ufa çayı ilə birlikdə Usa və İzyak şərq kənarlarından axır. Çay vadilərində, xüsusən də Ağidel çayının yatağı boyunca çoxlu sel gölləri vardır. Meşələr rayonun 21,2% -ni tutur.
Bolnisi rayonu
Bolnisi bələdiyyəsi[mənbə göstərin], Bolus bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Bolnisi şəhəridir. 1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində Bolnisi rayonu təşkil edilmişdir, 1930-1943-cü illərdə "Lüksemburq rayonu" adlandırılmış, 1943-cü ildən 2006-cı ilədək isə Bolnisi rayonu, 2006-cı ildən etibarən isə Bolnisi bələdiyyəsi adlanmaqdadır. 1963-cü ildə Dmanisi və Marneuli rayonları ləğv edilərək əraziləri Bolnisi rayonunun tərkibinə verilsə də, 1966-cı ildə təkrarən Dmanisi və Marneuli rayonları təşkil edildi və Bolnisi rayonunun (2006-cı ildən "bələdiyyə") sərhədləri indiki şəklini aldı. Gürcüstan 1991-ci ildə müstəqilliyini əldə edər-etməz əsasını hələ XX əsrin 40-50-ci illərində qoyduqları türk mənşəli qədim toponimlərin dəyişdirilərək gürcüləşdirilməsinə başlanıldı. Addəyişmə prosesi Bolnisi (Çörük-Qəmərli) rayonundan başladı. Qoçulu Çapala, Cəfərli Samtredio, Mığırlı Vanati, İmirhəsən Savaneti, Aşağı Qoşakilsə Kvemo Arkvani, Muğanlı Farizi, Kolagir Surtava, Daşlıqullar Muxrani, Həsənxocalı Xidisquri, Əsmələr Mskneti, Karatikan kəndi isə Sabereti. Arıxlı Naxiduri və s. adlandırıldı. Bir neçə ay ərzində əhalisi tamamilə Azərbaycan türklərindən ibarət 35 kəndin adı dəyişdirildi.
Bryuxovetski rayonu
Bryuxovetski rayonu (rus. Брюховецкий район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Bryuxovets kəndidir. Rayonun ərazisi 1376 km²-dir. Rayon Krasnodar diyarının mərkəzi hissəsində, Azov-Kuban ovalığında yerləşir. Şərqdə Vıselkovski rayonu, cənubda Korenovski və Timaşevski rayonları, şimalda Kanevski və Pavlovski rayonları, qərbdə Primorsko-Axtarski rayonları ilə həmsərhəddir. Bryuxovetski rayonu 2 iyun 1924-cü ildə Cənub-Şərq diyarının Kuban dairəsinin bir hissəsi olaraq qurulur. Buraya ləğv edilmiş Krasnodar şöbəsinin Bryuxovets volostu və Kuban-Qara diyarının Slavyan şöbəsinin Roqovskaya volostu əraziləri daxil idi. Əvvəlcə rayon 7 kənd məclisindən ibarət idi - Bryuxovetski, Baturinski, Novocerelievski, Novokorsunski, Pereyaslovski, Roqovski və Çepiqinski. 16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən isə Azov-Qara dəniz diyarının bir hissəsi olur.
Böryən rayonu
Böryən rayonu (başq. Бөрйән районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Starosubxanqul kəndidir. Yaşayış məntəqəsi Ufadan 340 km aralıda yerləşir. Böryən rayonu Cənubi Uralın mərkəzində yerləşir. 4442 km² əraziyə sahibdir. Rayonun ərazisi şərqdə su ayırıcı Uraltau, qərbdə isə Kalu silsiləsi əhatələnir. Ərazisindən Ağidel, Nuquş çayları axır. Barit, tikinti daşları, dam örtükləri, kərpic xammallı, qum, dolomit, maqnezit yataqları geoloji cəhətdən kifayət qədər dədqiq öyrənilməmişdir. Böryən rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.
Ayşə Sultan (I Əhmədin qızı)
Aişə Sultan (1605, Konstantinopol – 1660, Konstantinopol) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. Aişə Sultan 1605-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Osmanlı tarixində ilk dəfə atası Sultan Əhmədin səltənətində başlanılan və uşaq yaşdakı xanım sultanların dövlət xadimləriylə evləndirilməsinə əsaslanan saray ənənəsinə uyğun olaraq, bacısı Gövhər Sultan kimi, Aişə Sultan da hələ azyaşlı bir uşaq ikən evləndirildi. İlk nigahı 7 yaşında ikən - 1612-ci ilin fevralında şeyxülislam Xocazadə Mehmed Əfəndi tərəfindən sədrəzəm Nasuh Paşayla bağlandı. Bu şənliklər əsnasında bacısı Gövhər Sultan da kaptan-ı dərya Mehmed Paşayla nigahlandı. Atası Sultan Əhmədin istəyilə baş tutan bu evliliklər tamamilə siyasi xarakter daşımaqda idi. Belə ki, o əsnada sədrəzəm şərq cəbhəsində Səfəvi şahı Şah Abbasla sülh müzakirələrini davam etdirməkdə idi. Səfəvilərlə bağlanan İstanbul sülhünün ardından 1612-ci ilin dekabrında cütlüyün toy mərasimi keçirildi və mərasimin ardından azyaşlı sultan Nasuh Paşanın Atmeydanındakı sarayına (İbrahim Paşa sarayı) göndərildi. Ancaq yaşı səbəbilə, zifaf gecəsi olmadı və saray ənənələrinə görə, Aişə Sultanın həddi-buluğa çatması gözlənildi.
Azad Veys-i Sülfa (Bicar)
Azad Veys-i Sülfa (fars. آزاد ويس سفلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (15 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Azad Veys-i Ülya (Bicar)
Azad Veys-i Ülya (fars. آزاد ويس عليا‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 281 nəfər yaşayır (52 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Azedarach sempervirens f. incisodentata
Melia azedarach (lat. Melia azedarach) – meliekimilər fəsiləsinin melia cinsinə aid bitki növü. Azedara speciosa Raf. Azedarach commelinii Medik. Azedarach deleteria Medik. Azedarach fraxinifolia Moench Azedarach odoratum Noronha Azedarach sempervirens Kuntze Azedarach sempervirens var. glabrior (C.DC.) Kuntze Azedarach sempervirens f. incisodentata Kuntze Azedarach sempervirens f. longifoliola Kuntze Azedarach sempervirens f. subdentata Kuntze Melia angustifolia Schumach.
Azedarach sempervirens f. longifoliola
Melia azedarach (lat. Melia azedarach) – meliekimilər fəsiləsinin melia cinsinə aid bitki növü. Azedara speciosa Raf. Azedarach commelinii Medik. Azedarach deleteria Medik. Azedarach fraxinifolia Moench Azedarach odoratum Noronha Azedarach sempervirens Kuntze Azedarach sempervirens var. glabrior (C.DC.) Kuntze Azedarach sempervirens f. incisodentata Kuntze Azedarach sempervirens f. longifoliola Kuntze Azedarach sempervirens f. subdentata Kuntze Melia angustifolia Schumach.
Azedarach sempervirens f. subdentata
Melia azedarach (lat. Melia azedarach) – meliekimilər fəsiləsinin melia cinsinə aid bitki növü. Azedara speciosa Raf. Azedarach commelinii Medik. Azedarach deleteria Medik. Azedarach fraxinifolia Moench Azedarach odoratum Noronha Azedarach sempervirens Kuntze Azedarach sempervirens var. glabrior (C.DC.) Kuntze Azedarach sempervirens f. incisodentata Kuntze Azedarach sempervirens f. longifoliola Kuntze Azedarach sempervirens f. subdentata Kuntze Melia angustifolia Schumach.
AzerSat-1
Azerspace/Africasat-1A Rabitə Peyki (ing. Azerspace/Africasat-1A Satellite) — Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-1 peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır. Çəkisi: 6521 kq. Ölçüləri: Tam açılmış halda peykin ölçüləri: 23,6 m x 8,9 m x 5,6 m-dir. "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. "Azerspace-1"-in istismar müddəti isə azı 15 ildir. Telekommunikasiya peyki olan Azerspace-1-dən səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə edilə bilər. Peykin verəcəyi bir neçə qiqabitlik İnternet alternativ kimi fors-major situasiyalarda faydalı ola bilər.
Azerspace-1
Azerspace/Africasat-1A Rabitə Peyki (ing. Azerspace/Africasat-1A Satellite) — Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-1 peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır. Çəkisi: 6521 kq. Ölçüləri: Tam açılmış halda peykin ölçüləri: 23,6 m x 8,9 m x 5,6 m-dir. "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. "Azerspace-1"-in istismar müddəti isə azı 15 ildir. Telekommunikasiya peyki olan Azerspace-1-dən səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə edilə bilər. Peykin verəcəyi bir neçə qiqabitlik İnternet alternativ kimi fors-major situasiyalarda faydalı ola bilər.
Azerspace-1/Africasat-1a
Azerspace/Africasat-1A Rabitə Peyki (ing. Azerspace/Africasat-1A Satellite) — Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-1 peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır. Çəkisi: 6521 kq. Ölçüləri: Tam açılmış halda peykin ölçüləri: 23,6 m x 8,9 m x 5,6 m-dir. "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. "Azerspace-1"-in istismar müddəti isə azı 15 ildir. Telekommunikasiya peyki olan Azerspace-1-dən səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə edilə bilər. Peykin verəcəyi bir neçə qiqabitlik İnternet alternativ kimi fors-major situasiyalarda faydalı ola bilər.
Azerspace-2
Azerspace-2 (ing. Azerspace-2 Satellite) — Azərbaycan Respublikasının sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki. "Azerspace-2" ABŞ-nin Space Systems Loral (SSL) şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-2 26 sentyabr 2018-ci il tarixində Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılmışdır. Azerspace-2 peykinin istismar müddəti isə azı 15 il nəzərdə tutulur. Azerspace-2 peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələri daxildir. Azerspace-2 həm də birinci telekommunikasiya peyki olan Azerspace-1-in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürəcək. "BakuTel-2015" sərgisi çərçivəsində 2 dekabr 2015-ci ildə "Azerspace-2" peykinin orbitə çıxarılması barədə "Azərkosmos" ASC ilə Fransanın "Arianespace" şirkəti arasında müqavilə imzalanmışdır. 26 sentyabr 2018-ci il tarixində Fransanın Ariane-5 roketi ilə Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılmışdır. Azərkosmos ASC idarəsində olan peyk 45 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşib.
Aziya i Afrika seqodnya
"Aziya i Afrika seqodnya" (rus. Азия и Африка сегодня) — Asiya və Afrikanın öyrənilməsinə həsr olunmuş SSRİ və Rusiya elmi jurnalı. Jurnal Ali Attestasiya Komissiyasının elmlər namizədi və elmlər doktoru elmi dərəcəsi almaq üçün nəşrlər üçün tövsiyə etdiyi nəşrlər siyahısına daxildir. Bu, "Web of Science" platformasında Rusiya Elm Sitat İndeksi verilənlər bazasına, "EBSCO Publishing" beynəlxalq məlumat bazasına daxil edilmişdir. Jurnal "Nauka" nəşriyyatı tərəfindən nəşr olunur. Nəşr 1957-ci ilin iyulunda SSRİ Elmlər Akademiyası tərəfindən yaradılmışdır. İndi Rusiya Elmlər Akademiyasının Afrikaşünaslıq İnstitutu və Şərqşünaslıq İnstitutu tərəfindən nəşr olunur. 2007-ci ildə jurnalın 600-cü nömrəsi işıq üzü görmüşdür. Adətən təxminən 80 səhifədən ibarətdir. 2015-ci ilin oktyabr ayından etibarən jurnal Misirdə ərəb dilində "Asiya və İfriqiyyə əl-yəum" adı ilə nəşr olunmağa başlamışdır.
Azot-1 oksid
Azot-1 oksid duz əmələ gətirməyən oksiddir Diazot-monoksid və ya azot 1-oksid (N2O) ilk dəfə 1772-ci ildə Cozef Pristli tərəfindən alınmışdır və onu azaldılmış azot havası adlandırmışdır. Texniki adı şadlandırıcı-şənləndirici qazdır. Bu da onun keyləşdirici xüsusiyyətə malik olması ilə əlaqədardır. Tərkibində N2O olan hava ilə tənəffüs etdikdə əvvəlcə oyadıcı təsir göstərir, sonra isə keyləşmə baş verir. N2O-nun keyləşdirici təsirini ilk dəfə 1799-cu ildə məşhur ingilis alimi H. Devi müəyyən etmişdir. Belə ki, N2O qarışmış hava ilə tənəffüs etdikdə diş ağrısı aradan qalxır. Devinin bununla bağlı bir çox maraqlı təcrübələri var. Bundan yarım əsr sonra 1844-cü ildə amerikalı diş həkimi X. Uells dişlərin çıxarılmasında N2O- dan ağrıkəsici vasitə kimi istifadə etmişdir. Hazırda diazot-oksidindən miokard (ürəyin əzələ qişası) infarktının əməliyatında ağrıkəsici kimi (80% N2 və 20% O2) istifadə edilir. N2O rəngsiz, xoşagələn zəif iyli, şirintəhər qazdır.
Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatlarının siyahısı
Onuncu çağırış 1980-ci ildən 1984-cü ilədək işləmişdir. Onuncu çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər 1980-ci il fevralın 24-də keçirilmişdir. Ali Sovetə cəmi 450 deputat seçilmişdir. 247 deputat və ya onların 54,9 faizi əvvəlki çağırış respublika Ali Sovetinin deputatı olmamışdır. Deputatların 179 nəfəri qadındır, 312 deputat Sov.İKP üzvü, yaxud üzvlüyünə namizəd, 138 deputat bitərəf, o cümlədən 87 deputat ÜİLKGİ üzvüdür. Respublika ali dövlət hakimiyyəti orqanında 201 fəhlə və kolxozçu vardır ki, bu da deputatların ümumi tərkibinin 50,9 faizini təşkil edir, 23 deputat elm, mədəniyyət, ədəbiyyat, incəsənət, maarif və səhiyyə işçiləri, 101 deputat partiya, həmkarlar ittifaqları və komsomol işçiləri, 53 deputat dövlət və sovet orqanlarının işçisi, 32 deputat sənaye və kənd təsrrüfatı müəssisələrin rəhbərləri, mühəndis, hərbi qulluqçu və digər mütəxəssislər. 379 deputatın və ya deputatları 82,4 faizinin ali və orta ixtisas təhsili var, 42 deputat alimlik dərəcəsi və ya elmi adı vardır. Azərbaycan SSR Ali Soveti deputatlarının yaşa görə tərkibi belədir: 112 deputatın və ya deputatların 24,9 faizinin yaşı 30-dək, 191 deputatın və ya deputatların 42,4 faizinin yaşı 31-dən 50-dək, 105 deputatın və ya deputatların 23,3 faizinin yaşı 51-dən 60-dəkdir, 42 deputatın və ya deputatların 9,3 faizinin yaşı 60-dan yuxarıdır. Ali Soveti deputatlarıından 22 nəfər Sovet İttifaqı Qəhrəmanı və Sosialist Əməyi Qəhrəmanıdır. 314 deputat SSRİ ordenləri və medalları ilə təltif edilmişdir.
Azərbaycan SSR Ali Sovetinin X çağırışı
Onuncu çağırış 1980-ci ildən 1984-cü ilədək işləmişdir. Onuncu çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər 1980-ci il fevralın 24-də keçirilmişdir. Ali Sovetə cəmi 450 deputat seçilmişdir. 247 deputat və ya onların 54,9 faizi əvvəlki çağırış respublika Ali Sovetinin deputatı olmamışdır. Deputatların 179 nəfəri qadındır, 312 deputat Sov.İKP üzvü, yaxud üzvlüyünə namizəd, 138 deputat bitərəf, o cümlədən 87 deputat ÜİLKGİ üzvüdür. Respublika ali dövlət hakimiyyəti orqanında 201 fəhlə və kolxozçu vardır ki, bu da deputatların ümumi tərkibinin 50,9 faizini təşkil edir, 23 deputat elm, mədəniyyət, ədəbiyyat, incəsənət, maarif və səhiyyə işçiləri, 101 deputat partiya, həmkarlar ittifaqları və komsomol işçiləri, 53 deputat dövlət və sovet orqanlarının işçisi, 32 deputat sənaye və kənd təsrrüfatı müəssisələrin rəhbərləri, mühəndis, hərbi qulluqçu və digər mütəxəssislər. 379 deputatın və ya deputatları 82,4 faizinin ali və orta ixtisas təhsili var, 42 deputat alimlik dərəcəsi və ya elmi adı vardır. Azərbaycan SSR Ali Soveti deputatlarının yaşa görə tərkibi belədir: 112 deputatın və ya deputatların 24,9 faizinin yaşı 30-dək, 191 deputatın və ya deputatların 42,4 faizinin yaşı 31-dən 50-dək, 105 deputatın və ya deputatların 23,3 faizinin yaşı 51-dən 60-dəkdir, 42 deputatın və ya deputatların 9,3 faizinin yaşı 60-dan yuxarıdır. Ali Soveti deputatlarıından 22 nəfər Sovet İttifaqı Qəhrəmanı və Sosialist Əməyi Qəhrəmanıdır. 314 deputat SSRİ ordenləri və medalları ilə təltif edilmişdir.
Azərbaycan Sovetlərinin V qurultayı (film, 1927)
Azərbaycan Sovetlərinin V qurultayı qısametrajlı sənədli filmi 1927-ci ildə Azdövlətkinoda istehsal edilmişdir. Kinolentdə Azərbaycan SSR V Sovetlər qurultayından, qurultayda sovetlərin fəaliyyətindən və onların daha da təkmilləşdirilməsindən bəhs edilir. Kinolentdə Azərbaycan SSR V Sovetlər qurultayından, qurultayda sovetlərin fəaliyyətindən və onların daha da təkmilləşdirilməsindən bəhs edilir.
Azərbaycan U-17 qızlardan ibarət milli futbol komandası
Azərbaycan U-17 qızlardan ibarət milli futbol komandası — 17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandası İlk dəfə 2007/2008 mövsümündə qitə arenasına çıxmışdır.
Azərbaycan U-18 milli futbol komandası
Azərbaycan U-19 milli futbol komandası — 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İlk dəfə 1994/95 mövsümündə qitə arenasına çıxan yığma 7 il U-18 kimi, 2001/02 mövsümündən sonra isə U-19 kimi yarışlara qatılıb. Komanda 18 yaşlılar arasında 16 oyunda 3 qələbə və 13 məğlubiyyət qarşılığında top fərqində çox geridədir – 8:41. Tarixində 17 dəfə qitə birinciliklərinə qatılan milli özünün yubiley – 50-ci görüşünü 13 oktyabr 2010-cu ildə Portuqaliyada Yunanıstana qarşı keçirmişdir. Həmin görüş də daxil olmaqla baş tutan 50 qarşılaşmada Azərbaycan futbolçuları 10 qələbə qazanıb, 7 heç-heçə edib və 33 dəfə meydanı xalsız tərk ediblər. Bu görüşlərdə azərbaycanlılar 40 qol vurub, 117 dəfə qapısında top görüb. 4 dəfə iştirak etmişdir.
Azərbaycan U-19 milli futbol komandası
Azərbaycan U-19 milli futbol komandası — 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İlk dəfə 1994/95 mövsümündə qitə arenasına çıxan yığma 7 il U-18 kimi, 2001/02 mövsümündən sonra isə U-19 kimi yarışlara qatılıb. Komanda 18 yaşlılar arasında 16 oyunda 3 qələbə və 13 məğlubiyyət qarşılığında top fərqində çox geridədir – 8:41. Tarixində 17 dəfə qitə birinciliklərinə qatılan milli özünün yubiley – 50-ci görüşünü 13 oktyabr 2010-cu ildə Portuqaliyada Yunanıstana qarşı keçirmişdir. Həmin görüş də daxil olmaqla baş tutan 50 qarşılaşmada Azərbaycan futbolçuları 10 qələbə qazanıb, 7 heç-heçə edib və 33 dəfə meydanı xalsız tərk ediblər. Bu görüşlərdə azərbaycanlılar 40 qol vurub, 117 dəfə qapısında top görüb. 4 dəfə iştirak etmişdir.
Azərbaycan U-21 milli futbol komandası
Azərbaycan U-21 milli futbol komandası — Azərbaycanı beynəlxalq futbol arenasında təmsil edir və AFFA tərəfindən idarə olunur. Azərbaycan U-21 milli futbol komandası əsasən iki peşəkar futbol turnirində iştirak etmək üçün mübarizə aparır: FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı.
Azərbaycan Xalq Cümhuriyyətinin I Nazirlər Kabineti
I Xoyski hökuməti, Birinci hökumət kabineti və ya Müsavat-Sosialistlər hökuməti— Azərbaycan Xalq Cümhuriyyətinin sayca 1-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 28 may 1918 tarixindən 17 iyun 1918 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər və hümmətçilərdən ibarət koalisya hökuməti. Cümhuriyyət Hökuməti son dərəcə ağır tarixi şəraitdə formalaşmışdı. Zaqafqaziya Seymi buraxıldıqdan sonra 1918 il mayın 27-də seymin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Mayın 28-də Zaqafqaziya Seyminin fəaliyyət göstərmiş olduğu Tiflisdə — keçmiş Qafqaz canişininin iqamətgahında özünün ilk iclasına toplanan Azərbaycan Milli Şurası uzun və hərtərəfli müzakirələrdən sonra Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini qəbul etdi. Bəyannamənin 6-cı maddəsində göstərilirdi ki,"Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyəyə qarşı məsul Hökuməti-müvəqqəti durur". Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk Hökuməti təsdiq edildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə -London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Tehran, Moskva,Roma, Vyana, Buxarest, Sofiya, Tokio, Haaqa, Kopenhagen, Kiyev, Kristianiya (Oslo) və Stokholma rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış Hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi. Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar ən ümdə təşkilati tədbirləri həyata keçirdikdən və bu haqda bütün dünyaya məlumat verdikdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Hökuməti öz nüfuz dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918 il iyunun 16-da Gəncəyə köçdü.
Azərbaycan Xalq Cümhuriyyətinin V Nazirlər Kabineti
II Yusifbəyli hökuməti və ya Beşinci hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 5-ci, Nəsib bəy Yusifbəyli başçılığında təşkil olunan, müsavatçılar, ittihadçılar, müstəqillər, bitərəflər, əharçılar və hümmətçilərdən ibarət koalisiya hökuməti. 22 dekabr 1919-cu ildə kabinetdaxili münaqişələrə görə IV hökumət kabineti istefa verdi. 1919-cu il dekabrın 24-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin hökumətə 1920-ci il martın axırına qədər başçılıq etdi. Nəsib bəy Yusifbəyli baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransındakı gərgin əməyi sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin böyük dövlətlər tərəfindən de-fakto tanınması olmuşdur. Bu dövrdə həmçinin Bakı Dövlət Universiteti açıldı. Müxtəlif ixtisaslar üzrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın müxtəlif ali məktəblərinə göndərildi. Torpaq islahatları haqqında 29 maddədən ibarət qanun layihəsi hazırlanaraq, 1920-ci ilin fevralında ümumxalq müzakirəsinə verildi. Savadsızlıqla mübarizə üçün müvəqqəti pedaqoji kurslar açıldı, ibtidai və orta məktəblər üçün dərsliklərin hazırlanması və nəşri işinə başlanıldı. 1920-ci ilin əvvəllərində Şimali Qafqaz və Dağıstanda Denikin qüvvələrini məğlub edən Qırmızı Ordu Azərbaycan sərhədlərinə yaxınlaşaraq Sovet Rusiyasının çoxdan ələ keçirmək arzusunda olduğu Bakını təhlükə altına aldı. Diplomatik əlaqələr yaratmaq haqqında Azərbaycan Hökumətinin bütün təkliflərini cavabsız qoyan Sovet Rusiyası ölkə daxilində bolşeviklərin vasitəsilə müdaxilə üçün zəmin hazırlayırdı.
Azərbaycan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında
Azərbaycan — 2010-ci ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 12 idmançı ilə 7 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl və 3 gümüş) başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov (qızıl), Elman Muxtarov (qızıl), Patimat Bəhəmmədova (qızıl), Əli Məhəmmədəbirov (qızıl) və Kənan Quliyev (gümüş), ağır atlet Nicat Rəhimov (qızıl), boksçular Salman Əlizadə (gümüş) və Elvin İsayev (gümüş) medala sahib oldu. Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 5 qızıl və 3 gümüş medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 11-ci pillədə, medalların sayına görə isə 18-ci pillədə qərarlaşdı. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl və 3 gümüş) başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov, Elman Muxtarov, Patimat Bəhəmmədova və Əli Məhəmmədəbirov, həmçinin ağır atlet Nicat Rəhimov Olimpiadanın qalib oldu. DNF — bitirmədi Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında ağır atletlərin turnirlərində Azərbaycanı bir idmançı təmsil elədi: Nicat Rəhimov. Nicat Rəhimov 2010-cu ildə Valensiya şəhərində (İspaniya) baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən Sinqapur Olimpiadasına vəsiqə qazandı. Oğlanların turnirində mübarizə aparan Nicat Rəhimov birdən qaldırma turnirində əvvəlcə 125 кiloqramlıq, sonra isə 130 кiloqramlıq ştanqın öhdəsindən gəldi.
Azərbaycan alimlərinin I Qurultayı
Azərbaycan alimlərinin I Qurultayı — Milli Elmlər Akademiyasında Azərbaycan alimlərinin ilk qurultayı. 19 dekabr 2014-cü ildə ölkəmizin tarixində ilk dəfə olaraq Milli Elmlər Akademiyasında Azərbaycan alimlərinin I Qurultayı keçirilib. Tədbir Bakı şəhərində, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə baş tutub. Öncə Fəxri Xiyabanda milli lider Heydər Əliyevin və görkəmli akademik Zərifə Əliyevanın məzarları ziyarət edilib. Dünya azərbaycanlı alimlərinin də iştirak etdiyi qurultay internet üzərindən canlı yayımlanıb. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə qurultayın müasir dünyanın qlobal çağırışlarının, Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının Azərbaycan elmində gedən proseslərin məntiqi nəticəsi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Hazırda elmi potensialın milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biridir. Respublika Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında biliklər cəmiyyətinin formalaşdırılmasının ölkəmizin əsas strateji inkişaf xətti olaraq qəbul edildiyini vurğulayıb. Akademik Akif Əlizadə Konsepsiyanın Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyduğunu ifadə edib.