Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sultanay (Askın)
Sultanay (başq. Солтанай, rus. Султанай) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Yaybulək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 9 km, kənd sovetliyindən (Yaybulək): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 117 km. == Əhali == == Tanınmış şəxsləri == Məhəmməd Xuseynov — din xadimi.
Sultan Sultanov
Sultan Sultanov (birinci katib)
Sultan Sultanov (alim)
Sultan Əsgər oğlu Sultanov (15 avqust 1927 – 17 iyul 2013) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor, 1983-2009-cu illər ərzində “Reaktiv və dizel yanacaqları laboratoriyasına rəhbərlik etmişdir. == Həyatı == Sultan Sultanov 1927-ci il avqust ayının 15-də Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri Ordubad şəhərində keçmişdir. Uşaqlıqdan tibb elminə böyük həvəsi oldugu üçün o orta məktəbi bitirdikdən sonra tibb texnikumuna daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1947-ci ildə Bakıya gəldikdən sonra o, həkim və ya kimyaçı olmaq dileması qarşısında qalır. Çox düşündükdən sonra sənədlərini Bakı Dövlət Universitetinin kimya fakültəsinə verir və oranı 1952-ci ildə əlaçı diplomu ilə bitirir. 1950-1951-ci illərdə Universitetdə təhsil aldığı müddətdə fiziki-kimya fakültəsində baş laborant vəzifəsində çalışır. 1952-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının nəzdində olan Neft İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayır. İnstitutda işləyə-işləyə 1954-1958-ci illərdə Azərbaycan Elmi-tədqiqat Neft Emalı İnstitutunun aspiranturasına daxil olur. 1959-1982-ci illərdə S.Ə.Sultanov akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır.
Sultan Sultanov (kimyaçı)
Sultan Əsgər oğlu Sultanov (15 avqust 1927 – 17 iyul 2013) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor, 1983-2009-cu illər ərzində “Reaktiv və dizel yanacaqları laboratoriyasına rəhbərlik etmişdir. == Həyatı == Sultan Sultanov 1927-ci il avqust ayının 15-də Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri Ordubad şəhərində keçmişdir. Uşaqlıqdan tibb elminə böyük həvəsi oldugu üçün o orta məktəbi bitirdikdən sonra tibb texnikumuna daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1947-ci ildə Bakıya gəldikdən sonra o, həkim və ya kimyaçı olmaq dileması qarşısında qalır. Çox düşündükdən sonra sənədlərini Bakı Dövlət Universitetinin kimya fakültəsinə verir və oranı 1952-ci ildə əlaçı diplomu ilə bitirir. 1950-1951-ci illərdə Universitetdə təhsil aldığı müddətdə fiziki-kimya fakültəsində baş laborant vəzifəsində çalışır. 1952-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının nəzdində olan Neft İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayır. İnstitutda işləyə-işləyə 1954-1958-ci illərdə Azərbaycan Elmi-tədqiqat Neft Emalı İnstitutunun aspiranturasına daxil olur. 1959-1982-ci illərdə S.Ə.Sultanov akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır.
Sultan bəy Sultanov
Sultan bəy Sultanov və ya Sultan bəy Əlipaşa bəy oğlu Muradov(1871, Kürdhacı, Zəngəzur qəzası – 1955, Qars, Qars ili) — Azərbaycan xalq qəhrəmanı. == Sultan bəyin soyu == Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında (Hazırda Laçın rayonunun Kürdhacı kəndində) doğulmuşdur. Paşa bəyin oğlu olub. Bəllidir ki, Sultan bəy bir zamanlar Muradov soyadını daşıyıb. Babası Xanmurad bəyin adından götürülən bu soyadı hazırda törəmələri daşıyırlar. Sultan bəy Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun qardaşı olmuşdur. == Fəaliyyəti == Sultan bəy doğma yurda, Qasımuşağı obasına qayıdıb əmək fəaliyyətinə başlayır. öncə maldarlıqla məşğul olur. Yerli və xarici cinsdən çoxlu inək alıb dağlar qoynunda, çəmənlərdə bəsləyir. Bu qarışıq cins sonralar "Hacısamlı" adlanır.
Sultan Sultanov (birinci katib)
Sultan Teymur oğlu Sultanov (1905 – 9 yanvar 1938) — alay komandirinin köməkçisi, mayor. Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi (1937). == Həyatı == 1905-ci ildə anadan olub. 9 yanvar 1938-ci ildə SSRİ Ali məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarı ilə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Həbs olunana kimi alay komandirinin köməkçisi mayor vəzifəsində xidmət etmişdir. Həbs ediləndən bir gün sonra güllələnmişdir. == İctimai-siyasi fəaliyyəti == 1937-ci ildə Naxçıvan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin edilir. 1937-ci il oktyabr ayının 22-dən 1938-ci ilin yanvarına qədər Azərbaycan Kommunist (bolşevik) partiyasının Mərkəzi Komitəsinin Büro üzvü vəzifəsini icra edir. Çox çəkmir ki, "əksinqilabçı-millətçi" damğası ilə həbs edilərək güllələnir.
Sultanlar
Hüsülü — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 1 dekabrda Azərbaycan respublikası Silahlı qüvvələri tərəfindən işğaldan azad edilib. == Tarixi == Hüsülü kəndi Laçın rayonunun Malıbəyli kəndinin inzibati ərazi vahidində yerləşmişdir. Keçmiş adı Sultanlar (Sultanlı, Sultankənd kimi də qeydə alınmışdır) olmuşdur. Yaşayış məntəqəsi qaraçorlu tayfasından Həmzə sultanın adı ilə adlandırılmışdır.. Hüsülü kəndi 1992-ci il Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər kənddə Həmzə sultanın tikdirdiyi XVIII əsrə aid Həmzə Sultan sarayı qalırdı. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Hüsülü kəndi dağətəyi ərazidə yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Sultanlı
Sultanlı və ya Soltanlı: Əli Sultanlı — ədəbiyyatşünas, pedaqoq. Vaqif Sultanlı — Azərbaycan alimi.ToponimlərSoltanlı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Bala Soltanlı — Azərbaycanın Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Sultanşah
Rüknəddövlə Sultanşah — Qavurd bəyin oğlu, Kirman hakimi. Məlikşahın hakimiyyətini qəbul etmişdi. 1084-cü ildə vəfat etmiş, yerinə qardaşı Turanşah gəlmişdi.
Sultani
Sultani (pul) — II. Mehmed dövründə (1477–1478-ci illərdə) zərb edilmiş, təxminən 3,45 qramlıq klassik Osmanlı qızıl pulu. Sultani (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İmanxan Sultani — Azərbaycanlı futbol hakimi. Şərəfəddin Hüseyn Sultani – XV əsr Azərbaycan xəttatı, Şamaxıda və Təbrizdə yaşamışdır.
Sultan
Sultan (ərəb. سلطان‎) — İslam dövlətlərində hökmdar titulu. == Mənası == Quranda "sultan" sözü hakimiyyəti izah edir. Sonradan termin dini hakimiyyətdən fərqli dünyəvi hakimiyyəti izah etmək üçün istifadə edildi. Hesab edilir ki, ilk dəfə bu söz Tabari tərəfindən xəlif əl-Mütamidin qardaşı Müvəffəq üçün işlədilib.
Aleksey Sultanov
Aleksey Fayzulhaqq oğlu Sultanov (7 avqust 1969, Daşkənd — 30 iyun 2005, Fоrt-Uort, ABŞ) —XX əsrin ən görkəmli pianoçularından biri, SSRİ-də və ABŞ-də böyük sənətkar kimi məşhur idi. Musiqiçilər (atası Fazulhaqq Abdulhaqq oğlu violonçelist, anası Natalya xanım Poqorelova skripkaçdır) ailəsində dünyaya gəlib, nənəsi Zamirə xanım Hidoyatova, özbək xalqının tanınmış və sevimli aktrisasıdır. == Həyatı == Aleksey Sultanov 6 yaşından Özbəkistanda V.Uspenski adına respublika musiqi məktəbində əmekdar müəllim Тamara Popoviçin sinifində (fortopiano) təhsil almışdır. 8 yaşından konsertlər vermiş, 12 yaşında Beynəlxalq "Konsertino Praqa-82" müsabiqəsinin laureatı, 15 yaşında Özbəkistan respublikası Komsomol mükafatı laureatı adına layiq görülmüşdür. Təhsilini Моskva konservatoryasında (ali musiqi məktəbi) Lev İvanoviç Naumovun sinifində davam etmişdir. 1986-cı ildə 17 yaşlı gənc pianoçu haqqında rejissor Əli Hamrayev sənədli film çəkmişdir. 1989-cu ildə Van Klibern adina 8-ci Beynəlxalq pianoçular müsabiqəsinin qalibi çıxdıqdan sonra, davamlı olaraq qastrollara dəvət edilmişdir. 1990-cı ildə konservatoryanın üçüncü kursunu davam etdirməmiş ve 1991-ci ildə Amerika Birləşmiş Ştatlarına getmişdir. Sonralar, Aleksey Sultanov iki dəfə - 1995-ci ildə Varşavada Şopen adına 13-cü Beynəlxalq pianoçular və 1998-ci ildə Çaykovski adına Beynəlxalq pianoçular müsabiqələrində iştirak etmiş və hər iki müsabiqədə gənc pianoçuya qarşı ədalətsizlik olmuşdur. Şopen adına Beynəlxalq pianoçular müsabiqəsində, jüri, ikinci dərəcəli mükəfatı Aleksey Sultanova verməyi, birinci mükəfatı isə heç kimə verməmyi qərara almışdır.
Aslan Sultanov
Sultanov Aslan bəy Kərbəlayi Hüseyn oğlu — Zəngəzur qəzasının mahal pristavı, Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı. == Həyatı == Aslan Sultanov 1888-ci ildə Zəngəzur qəzasının Qubadlı bölgəsində Hacılı kəndində anadan olmuş, ilk təhsilini kənddə əmisi oğlu Həsən bəyin müdir olduğu dördillik rus məktəbində almışdır. Sonradan Qori seminariyasını, ardından Rusiyada ali hərbi məktəb bitirmişdir. Böyük təşkilatçılıq qabiliyyətinə, fenomenal hərbi istedada malik olmaqla yanaşı, həm də fərd olaraq son dərəcə cəsarətə və döyüşkənliyə sahib Aslan bəy Azərbaycan Demokratik Cümhuriyyətinin dövründə Zəngəzur qəzasının mahal pristavı vəzifəsində çalışmışdı. Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Azərbaycan Respublikası Mərkəzi İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun əmriylə Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı təyin edilib. Ona verilmiş Fövqəladə Komissarın Mandatında yazılıb: "Bu mandat sahibi yoldaş A.Sultanov Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı təyin edilir. Azərbaycan Respublikası Mərkəzi Hakimiyyətinin nümayəndəsi kimi ona bu qəzaların ərazisində fövqəladə və məhdudiyyətsiz səlahiyyətlər, yəni vəzifəsindən və kimliyindən asılı olmayaraq hər kəsi həbs eləmək, istintaqa cəlb etmək, həmçinin qurumların təşkili kimi hüququ verilir. Bütün partiya, təşkilatları, idarə və müəssisələr, hərbi təşkilatlar yoldaş Aslan Sultanovun əmrlərini sözsüz yerinə yetirməlidirlər. Onun əmrlərinə qarşı çıxan hər kəs dərhal həbs olunmalı və İnqilabi Tribunala verilməlidir".
Ağa Sultanov
Ağa İsmayıl oğlu Sultanov (1901, Bakı – 12 iyun 1936, Axalsıx) — Azərbaycan inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maarif komissarı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Gürcüstan Kommunist Partiyası Axalsıx Rayon Komitəsinin birinci katibi. == Həyatı == Ağa İsmayıl oğlu Sultanov 1901-ci ildə Bakı şəhərində neftçi fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsil almış, maddi səbəblərə görə dəmirçi emalatxanasında işləməyə başlamış, dəmirçi şagirdi olmuşdur. 1917-ci ildə inqilabi hərəkata qoşulmuş, Qriqori Petrovun döyüş dəstəsində xidmət etmişdir. 1919-cu ildə bolşeviklər partiyası sıralarına qəbul olunmuş və həmin ildən Azərbaycan dəmir yolunda işləyərək Bakı dəmiryolçularının həmkarlar ittifaqına başçılıq etmişdir. O, Bakı Partiya Komitəsinin tapşığı ilə dəmiryolçular arasında gizli təbliğat və təşviqat işi aparmışdır.1920-ci ilin fevral ayında Ağa Sultanov Bakı partiya təşkilatı tərəfindən Hacıqabula göndərilmiş və burada, eləcə də Kürdəmirdə və Yevlaxda həmkarlar ittifaqı təşkilatlarına başçılıq etmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra ilk vaxtlar o, Hacıqabul və Şamxor qəza inqilab komitələrinin sədri, sonralar isə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Baş Milis İdarəsində komissar vəzifəsində və digər məsul işlərdə çalışmışdır. 1922–1924-cü Azərbaycan diviziyasında rəhbər partiya-siyasi vəzifədə çalışarkən Ağa SultanovAzərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Hacıqabul və Şamxor qəza inqilab komitələrinin sədri (1920–1933), Azərbaycan diviziyasında şobə rəisi və partiya komissiyasının katibi, Stalin rayon Partiya Komitəsi təşkilat şobəsinin müdiri, Gəncə mahal Partiya Komitəsinin katibi, AK(b)P MK-nın ikinci katibi vəzifələrində çalışıb. 1933-cü ildə Gürcüstana göndərilmiş və həyatının sonunadək burada Axalsıx Rayon Partiya Komitəsinin katibi (birinci katib) vəzifəsində çalışmışdır.Gürcüstan K(b)P MK və UİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin üzvü olub, Gürcüstan SSR və ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib. Ağa Sultanov 12 iyun 1936-cı ildə Axalsıx şəhərində vəfat etmişdir.
Ağabəy Sultanov
Hacı Ağabəy Sultanov — əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının, Psixiatrların Dünya Federasiyasının həqiqi üzvü, BMT-nin psixiatriya üzrə Azərbaycandakı koordinatoru. == Həyatı == Ağabəy Sultanov 1936-cı il fevralın 22-də Bakı şəhərində anadan olmuşdur. O, 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1960-cı ildə ali təhsilini başa vuran Ağabəy Sultanov əmək fəaliyyətinə 1 №-li Respublika Psixiatriya Xəstəxanasında həkim kimi başlamışdır. 1962-1963-cü illərdə Azərbaycan Tibb İnstitutunun psixiatriya kafedrasında klinik ordinatura keçdikdən sonra, 1964-1967-ci illərdə Moskvada Elmi Tədqiqat Psixiatriya İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında müxtəlif vəzifələrdə işləmiş, 1990-cı ildən isə kafedranın müdiri olmuşdur. Azərbaycan Tibb Universitetində çalışdığı bütün bu dövr ərzində Ağabəy Sultanov tibbi kadrların yetişdirilməsi, ölkəmizdə psixiatriya xidmətinin təkmilləşdirilməsi, təbabət elminin inkişafı sahəsində göstərdiyi səylərə görə ictimaiyyətin dərin hörmət və ehtiramını qazanmışdır. Ağabəy Sultanov 1967-ci ildə namizədlik, 1973-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, psixiatriyanın müxtəlif problemlərinə həsr edilmiş 4 dərslik və monoqrafiyanın, 300-dək elmi məqalənin müəllifidir. Alimin əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Ağamir Sultanov
Ağamir Əzizxan oğlu Sultanov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Raket və Artilleriya Qoşunlarının komandanı. Vətən müharibəsinin komandanlarından biri. == Hərbi xidməti == Leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti Heydər Əliyevin 20 iyun 1994-cü il tarixli 158 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.Polkovnik-leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2013-cü il tarixli 2974 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.Polkovnik-leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilmişdir.Polkovnik Ağamir Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət göstərmiş, Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib.
Ceyhun Sultanov
Ceyhun Sultanov (12 iyun 1979, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbol mütəxəssisi, keçmiş futbolçu, Bakı FK-nın seleksiyaçı məşqçisi. Fərid Bakı, Neftçi Bakı, Dinamo Bakı, Maşinsazi Təbriz, Xəzər-Lənkəran, Kəpəz Gəncə, Sumqayıt, Qəbələ klublarının heyətində çıxış edib. == Həyatı == Ceyhun Sultanov Bakı şəhərində anadan olub. 10 yaşından etibarən futbolla məşğul olur. Top oyununun sirlərinə Vaqif Paşayevin rəhbərliyi altında yiyələnib. Ceyhun Sultanov orta təhsilini 9-cu sinifə qədər 20 nömrəli, daha sonra isə 277 nömrəli məktəbdə alıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Ailəlidir, 3 qız övladı var. == Karyerası == Artıq 16 yaşında yüksək liqada debüt edib. Sultanov bu şansı Ruslan Abdullayevin çalışdırdığı Fərid Bakı klubunda qazanıb.
Cəlaləddin Sultanşah
Cəlaləddin Sultanşah — I Güştaspın kiçik oğlu. == Həyatı == Nə vaxt anadan olduğu bilinmir. III Fəribürzdən kiçik idi. 1222-ci ildə atası tərəfindən Gürcüstana yollanmışdı. Çar IV Georgi ilə bağlanmış müqaviləyə əsasən Cəlaləddin Rusudan ilə evlənəcəkdi. O burada xristian olmuş və xristian adətləri ilə böyüməyə başlamışdı. 1226-cı ildə Cəlaləddin Mənguberdinin Tiflisi tutmasından sonra azad olundu və sünnət edilərək müsəlman oldu. Bu hadisə mənbələrdə belə təsvir olunur: Sultan gürcülərin ölkəsini tutanda yetimi əsarət məngənəsindən azad etdi... Şirvanşahın oğluna gəlincə, o, sanki gözəl bir halə arasındakı parlaq mirvari dənəsi idi. Sultan ona ən yüksək səviyyədə tərbiyə verdi, hökmdar övladı kimi sünnət etdirdi.
Eldar Sultanov
Eldar Bəşir oğlu Sultanov — Polis zabiti və Çernobıl faciəsində likvidator. == Həyatı == === Erkən illəri === 1972-ci ildə Bakıda polis kimi işə başlayıb. 1974-cü ildə Ukraynaya təyinat alıb. === Çernobıl faciəsi === 1986-ci il aprelin 26-da Çernobıl faciəsi baş verəndə, Eldar Sultanov Ukraynanın Qostomel şəhərində polis zabiti idi. Qəzadan bir neçə gün sonra, axşam xəbərlərində Çernobıl alovlara bürünmüş nüvə zavodunu görəndən sonra, hərbi komissarlığa yollanaraq, könüllü olaraq xilasetmə əməliyyatlarında iştirak etmək qərarına gəlir. Hadisə zamanı, bir çox könüllü kimi sənəd imzalayaraq, bütün məsuliyyəti öz üzərinə götürmüşdü.İşə başlayandan bir neçə həftə sonra şualanma Sultanova da təsir etdi. O bir ay müddətində xəstəxanada müalicə aldı, daha sonra yenidən təmizləmə işlərinə geri qaytarıldı. Bir il sonra, 1987-ci ilin may ayında, o, yarı iflic olmuş vəziyyətdə zəhərli bölgəni tərk etdi. O, Kiyevdəki xəstəxanada 5 ay müddətində radiasiyaya qarşı müalicə aldı. Onun sözlərinə görə: Xəstəxanada Sultanova xəstəliyimin anadangəlmə olduğu və şualanma ilə heç bir əlaqəsi olmadığı bildirildi.
Elnur Sultanov
Elnur Sultanov (tam adı: Elnur İxtiyar oğlu Sultanov) — Azərbaycan diplomatı. == Diplomatik fəaliyyəti == Elnur Sultanov 10 fevral 2012-ci ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmiş və Azərbaycan Respublikası Prezidentinin elə həmin gün imzaladığı digər Sərəncam ilə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may 2014-cü il tarixli Sərəncamı ilə iqamətgahı Brazilia şəhərində olmaqla, eyni zamanda daha 3 ölkədə Azərbaycan Respublikasının – Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında və Surinam Respublikasında, 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə də Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 26 iyul 2021-ci ildə Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfiri təyin edilmişdir.
Elçin Sultanov
Elçin Hafiz oğlu Sultanov (d. 1959) — AMEA Zoologiya institutu, biologiya üzrə fəlsəfə doktoru, dosent == Həyatı == Elçin Hafiz oğlu Sultanov 20 may 1959 ildə Bakı şəhəri anadan olmuşdur. 1981 ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakultəsini bitirmişdir. == Əsas elmi nailliyyətləri == Qafqazda oturaq meşə quşlarının coğrafi populyasiyalarının nəğmə quruluşu əsasında aşkar edilməsi. Talış populyasıyasının ən izolə olduğunu , böyük Qafqazın qərb hissəsinin populyasıyasının genetik cəhətdən ən qarışıq olduğunun aşkarlanması. Bir sıra sərçəkimi növlərinin Qafqazda və Azərbaycanda nəğmə və populyasiya quruluşunun tədqiqatı (meşə sərçəsi, böyük və qara arıquşları, mərcimək quşu, kiçik milçəkqapan, tarla vələmirquşu, sarıköynək və s. növlər). Azərbaycanda 17 Potnsial Ramsar (beynəlxalq əhəmiyyətlı) su-batalıq ətazilərinin Ramsar konvensyası kriteriləri əsasında meəyyən edilməsi və təsviri (Azərbaycanın Potensial Ramsar sahələri kitabının 2000 ildə nəşr edilməsi). Azərbaycanda bir sıra təhlükədə olan, beynəlxalq Qırmızı Siyahıya və Azərbaycan Qırmızı Kitabına düşən bir sıra növlərin tədqiqatı və alınmış nəticələr əsasında bu növlərin Azərbaycanda yayılması, sayı və yaşayış yerlərinə bağlılığının aşkar edilməsi, qorunması elmi tövsiyələrin verilməsi (qıvrımlələk qutan. göydimidik ördək, imperator qartalı, çöl muymulu, leşyeyən ağkərkəs, çığırqan cüllüt, kiçik əyridimdik, ağ durna və s.
Elşən Sultanlı
Elşən Sultanlı Nazim oğlu (15 fevral 2001, Teşkan, Yardımlı rayonu – 17 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — İkinci Qarabağ müharibəsişəhidi. == Həyatı == Elşən Yardımlının ən ucqar kiçik bir kəndində - Teşkanda anadan olmuşdu. O, Böyük İkinci Qarabağ müharibəsindən əlil kimi qayıdan atasının babası Məşədi Bəhmənin müharibənin dəhşətlərindən bəhs edən söhbətlərini babası Təzəxandan eşitmişdi. Ağlı kəsəndən həmişə, "mən Bəhmənin nəvəsiyəm, böyuyəndə torpaqlarımızı azad edəcəyəm" deyirdi. İlk sinif müəllimi Muxtar müəllim də Elşəni çox vətənpərvər bir uşaq kimi xatırladığını deyir. Muxtar müəllim sinifdə torpaqlarımızın işğal olunmasından, xüsusilə Xocalı faciəsindən söhbət edəndə onun necə həyəcanlandığından söhbət açır. Hər belə söhbətlərdən sonra o ayağa duraraq, "mən böyüyəndə gedib qisasımızı alacam, torpaqlarımızı ermənilərdən azad edəcəm" deyirmiş. Elşənin uşaq təxəyyülünə görə, kim istəsə, gedib torpaqlarımızı azad edə bilərdi, təki əlində silahı olsun. Elə buna görə də o evdə özünə ağacdan müxtəlif silahlar düzəldirdi. Elşən 2007-ci ildə doğulduğu Teşkan kənd ibtidai məktəbinin 1-ci sinfinə getmiş, ilk müəllimi də Müəllimlər İnstitutunu yenicə qurtarıb doğma kəndlərinə bir il əvvəl təyinat almış və indi həm qürur hissi, həm də kədər içində gözəl xatirələr söyləyən Muxtar Əliyev olmuşdu.
Fikrət Sultanov
Fikrət Əbdülhəmid oğlu Sultanov (14 may 1943, Bakı) — Azərbaycanlı aktyor, rejissor. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi. == Həyatı == Fikrət Sultanov 14 may 1943-cü ildə anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun "Dram rejissoru" ixtisasını (kursun rəhbəri Tofiq Kazımov) və 1970-ci ildə Moskva Ümumittifaq Teatr Sənəti İnstitutunun "Assistent-stajorluğu"nu (rəhbəri - İ.M.Rayevski) bitirib. 1969-cu ildə Moskvada Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" musiqili komediyasını "Təbəssümünü gizlətmə" adı ilə səhnələşdirib. 1966-cı ildən pedaqoji fəaliyyətlə məşğuldur. 20 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində buraxılış kafedrası olan "Rejissorluq və aktyor sənəti" kafedrasının müdiri, 5 il "Teatr və kino sənəti" fakültəsinin dekanı vəzifələrində işləyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. 2005–2006-cı illərdə Türkiyədə İstanbul Beykent Universitetində kafedra müdiri və professoru vəzifələrində çalışıb, Ümumtürkiyə Ali Attestasiya komissiyasının üzvü ("Jürinin Asıl Üyesi") olub. Quruluşçu-rejissor kimi Azərbaycan Dövlət Akademik Dram Teatrında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət televiziya və radiosunda, Moskva Operetta Teatrında tamaşalar, habelə dövlət səviyyəli kütləvi tədbirlər hazırlamışdır.
Hacıbəy Sultanov
Hacıbəy Sultanov (Sultanov Hacıbəy Fərəculla oğlu; 20 sentyabr 1921, Bakı, Şağan – 2008, Bakı) — elmlər doktoru (1967), AEA-nın həqiqi üzvü (1972), Əməkdar elm və texnika xadimi, Şamaxı Astrofizika Rəsədxanasının fəxri direktoru. == Həyatı == Hacıbəy Sultanov 1921-ci il sentyabrın 20-də Bakının Şağan kəndində anadan olmuşdur. 1942-ci ildə BDU-nun Fizika-riyaziyyat fakültəsini Astronomiya, göy mexanikası ixtisası üzrə bitirmişdir. 1951-ci ildə fəlsəfə doktorluğu, 1967-ci ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etmiş, 1972-ci ildə AEA-nın həqiqi üzvü seçilmişdir.Akademik Hacıbəy Sultanov 2008-ci ildə Bakıda vəfat etmişdir. == Əmək fəaliyyəti == 1953-cü ildən Azərbaycan SSR EA Fizika-Riyaziyyat İnstitutunda astrono­miya ekspedisiyasının rəisi (1953-1954), astrofizika şöbəsinin müdiri (1954- 1956), Azərbaycan SSR EAAstrofizika sektorunun rəhbəri (1956-1959), Şama­xı Astrofizika Rəsədxanasının direktoru (1959-1981), Azərbaycan SSR EA vit­se-prezidenti (1976-1981) vəzifələrində çalışmışdır. Beynəlxalq Astronomiya İttifaqının (BAİ), Avropa Astronomiya Cəmiyyətinin üzvü olmuşdur. == Elmi fəaliyyəti == H.Sultanovun elmi fəaliyyəti astrofizika sahəsində müşahidələrin təşkili və təhlili ilə əlaqədardır. Mars və Yupiter planetlərinin orbitləri arasında yerləşən asteroidlərin mənşəyi ilə bağlı riyazi nəzəriyyənin müəlliflərindəndir. Aste- roidlər həlqəsinin Mars və Yupiterin arasında hərəkət edən bir neçə nisbətən böyük ilkin cisimlərin ardıcıl parçalanması nəticəsində əmələ gəldiyini əsaslan­dırmışdır.Şamaxı Astrofizika Rəsədxanasının təşkili, yaşayış və inzibati binaların, qur­ğuların tikintisinin başlanması, teleskop və başqa astronomik cihazların sifa­rişi, istifadəyə verilməsinə, eləcə də kadrların hazırlanmasına mühüm töhfə vermişdir. Teleskopların (xüsusən 2-metrlik reflektorun) alınıb quraşdırılması, elmi və yaşayış binalarının tikilib istifadəyə verilməsi, hazırlanmış elmi-texniki kadrların artıq rəsədxanada müstəqil fəaliyyətə başlamaları məhz onun rəh­bərliyi altında yerinə yetirilmişdir.
Hüseyin Sultanov
Hüseyn Fərhad oğlu Sultanov (6 aprel 1996, Hacıqurbanoba, Xaçmaz, Azərbaycan — 21 oktyabr 2020;, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyin Sultanov 6 aprel 1992-ci ildə Xaçmazın Hacıqurbanoba kəndində anadan olub. Hüseyn ailədə 3 qardaşın ən kiçiyi idi. 2009-cu ildə Xaçmaz şəhər 2 saylı orta məktəbi bitirib Sumqayıt Dövlət Universiteti'nin İqtisadiyyat və idarəetmə fakültəsinə daxil olub. 2013-2014-cü illərdə hərbi xidmətdə olmuşdur. Daha sonra dövlət qulluğuna qəbul olaraq Dövlət Statistika İdarəsinin Xaçmaz Rayon Şöbəsində çalışmışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hüseyn Sultanov Füzulinin azad edilməsində savaşıb. 21 oktyabr 2020-ci ildə Xocavəndin Düdüklükəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Xaçmazda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyin Sultanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyin Sultanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyin Sultanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyin Sultanov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Hüseyin Sultanov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.