Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sağ qalmaq
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Ağlar söyüd
Ağlar söyüd (yaxud Babil söyüdü və ya sallaq söyüd) (lat. Salix babylonica) — Söyüd fəsiləsindən bitki cinsi. == Təbii yayılması == Vətəni İran və Çindir. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.
Sağ qalmaq (teleserial)
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Ağlar-Güləyən (1988)
Ağlar-güləyən qısametrajlı sənədli-bədii filmi rejissor Rauf Nağıyev tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir. Filmdə bədii səhnələrdə Məlik Dadaşov, Mikayıl Mirzə, Əbdül Mahmudov, Sirus Zindadel, Həsən Adıgözəlzadə və Alim Aslanov çəkilmişlər. == Məzmun == Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir.
Sağ qalmaq (film, 2006)
Sağ qalmaq (norv. Fritt Vilt) — Norveç istehsalı olan və rejissor Roar Uthauq tərəfindən çəkilmiş qorxu və triller filmidir. 2006-cı ildə premyerası baş tutmuş bu film müasir Norveç qorxu filmləri arasında ən yaxşılarından hesab olunur. Film eləcə də bir sıra ölkələrdə də nümayiş etdirilib. == Məzmun == Beş norveçli gənc pasxa tətilini keçirtmək məqsədilə ölkənin şimalındakı dağlara üz tuturlar. Həm tətil həm də xizək sürməyi planlaşdıran gənclərin bu istəyi dostlarından birinin ayağının qırılması ilə yarımçıq qalır. Maşınlarında da uzaq düşən bu gənclər sığınacaq axtarmağa başlayırlar və tərk edilmiş köhnə bir otel tapırlar. Əvvəlcə hər şey qaydasında görünür. Hətta əylənməyə də başlayan gənclər sonradan başlarına gələcəklərdən xəbərsizdirlər. Oteldə bilmədikləri bir adam onları bir-bir pldürməyə başladığında artıq vəziyyət dəyişir.
Sağ qalmaq (teleserial, 2004)
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Anası Xəlilova
Anası Xəlilova (21 avqust 1921, Güvəkənd, Ərəş qəzası – 1993, Ağdaş rayonu) — Pambıqçı, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1921-ci ildə Ağdaş rayonunda anadan olub. SSRİ Ali Sovetinin deputatı seçilib. Sosialist Əməyi Qəhrəmanı adına 1966-cı ildə layiq görülüb.
Dəniz anası
Meduza — hidroidlər sinifinə daxil beyinləri olmayan canlılar. Meduzalar şəffaf görünüşləri ilə diqqət cəlb edir.
Kuzmanın anası
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Kuzyanın anası
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Uistlerin anası
1 №-li boz və qara aranjiman: Rəssamın anasının portreti (ing. Arrangement in Grey and Black, No.1: Portrait of the Artist's Mother) çox vaxt "Vistlerin anası" (ing. Whistler's Mother) kimi xatırlanır — amerikalı rəssam Ceyms Vistlerin 1871-ci ildə çəkdiyi ən məşhur rəsm əsəri. Əsərdə rəssamın anası Anna Vistler (1804–1881) təsvir olunub. Fransanın Paris şəhərindəki Orse muzeyində saxlanılır. Əsərin ölçüsü 144,3 × 162,4 sm-dir. == Tarixi == Anna Makneyl Vistler oğlu ilə London, Cheyne Walk, Çelsi-də yaşayarkən portret üçün poza verdi.Əsərlə əlaqədar bir neçə təsdiqlənməyən hekayə mövcuddur, onlardan biri belədir ki, bir gün portret üçün poza verməli olan model planlaşdırılan sessiyaya gəlmədiyindən Ceyms Vistler öz anası Anna Makneyl Vistlerdən onun portretini çəkmək üçün poza verməsini istəmişdir. Əvvəlcə o, modeli ayaq üstə çəkmək niyyətində idi. Lakin o zaman 67 yaşı olan yaşlı ana üçün uzun müddət ayaq üstə dayanmaq çox çətin idi. Əsərin çəkilməsi onlarla poza seansı aparıldı.
Vistlerin anası
1 №-li boz və qara aranjiman: Rəssamın anasının portreti (ing. Arrangement in Grey and Black, No.1: Portrait of the Artist's Mother) çox vaxt "Vistlerin anası" (ing. Whistler's Mother) kimi xatırlanır — amerikalı rəssam Ceyms Vistlerin 1871-ci ildə çəkdiyi ən məşhur rəsm əsəri. Əsərdə rəssamın anası Anna Vistler (1804–1881) təsvir olunub. Fransanın Paris şəhərindəki Orse muzeyində saxlanılır. Əsərin ölçüsü 144,3 × 162,4 sm-dir. == Tarixi == Anna Makneyl Vistler oğlu ilə London, Cheyne Walk, Çelsi-də yaşayarkən portret üçün poza verdi.Əsərlə əlaqədar bir neçə təsdiqlənməyən hekayə mövcuddur, onlardan biri belədir ki, bir gün portret üçün poza verməli olan model planlaşdırılan sessiyaya gəlmədiyindən Ceyms Vistler öz anası Anna Makneyl Vistlerdən onun portretini çəkmək üçün poza verməsini istəmişdir. Əvvəlcə o, modeli ayaq üstə çəkmək niyyətində idi. Lakin o zaman 67 yaşı olan yaşlı ana üçün uzun müddət ayaq üstə dayanmaq çox çətin idi. Əsərin çəkilməsi onlarla poza seansı aparıldı.
Xəzər anası
Xəzər anası (yaxud Xəzər madonnası) Alimlər tərəfindən "Xəzər madonnası" adlandırılan - əlində körpə uşaq olan qadın təsvirli, orijinal mis medalyondan ibarətdir.(bütpərəstliklə xristianlığın simbiozu kimi)Arxeoloqlar tərəfindən Sulak arxası Qumuqda(Şimali Dağıstan), xəzər şəhərləri Bələncər(Çiri Yurd), erkən orta əsr (7-9-cu əsrin əvvəli) katakombaların birində tapılıb. Ona bənzəri Kislovodsk ərazisində də tapılıb. M.M.Mamayev bunu xristian müqəddəs anası(madonna) kimi izah edir. Lakin deməyə əsas var ki, həmin medalyonun təsvirinin anlam süjeti bir qədər fərqlidir. == Mənbə == -Xəzər anası "Обряды и культы Древнего и Средневекового Дагестана". Сб. статей. Махачкала.1986. С.90-109.
Ağlar-güləyən (film, 1988)
Ağlar-güləyən qısametrajlı sənədli-bədii filmi rejissor Rauf Nağıyev tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir. Filmdə bədii səhnələrdə Məlik Dadaşov, Mikayıl Mirzə, Əbdül Mahmudov, Sirus Zindadel, Həsən Adıgözəlzadə və Alim Aslanov çəkilmişlər. == Məzmun == Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir.
Ağlar və qaralar (balet)
Ağlar və Qaralar — Xəyyam Mirzəzadə tərəfindən 1984-cü ildə fortepiano üçün 12 prelüd silsiləsi əsasında bəstələnmiş balet. Premyera 7 iyun 2000-ci ildə olub. Baletmeyster Pulumb Agilliu, rəssam Tahir Tahirov, dirijor Cavanşir Cəfərov. == Məzmun == == Qaynaq == Bir ömrün fəsilləri.
Analar yanar ağlar (film, 1990)
Analar yanar ağlar televiziya tamaşası 1990-cı ildə Azərbaycan televiziyasında istehsal edilmişdir.
Sağ qalmaq 3 (film, 2010)
Sağ qalmaq 3 (norv. Fritt Vilt 3) Norveç istehsalı olan qorxu/triller filmidir. 2006 və 2008-ci illərdə uğurla nümayiş olunmuş Sağ qalmaq və Sağ qalmaq 2: Dirilmə filmlərinin davamıdır. == Məzmun == Beş gənc xizək sürmək və tətillərini keçirtmək üçün Norveçin şimalındakı dağlara üz tuturlar. Lakin burada bilmədikləri sirr var. Naməlum qatil tərəfindən bir-bir öldürüləcək bu gənclər başlarına gələcək fəlakətdən xəbərsizdirlər. == Rollarda == İda Marie Bakkerud / Hedda Kim S. Falk-Yorgqnsen / Anders Pal Stokka / Maqni Culie Rusti / Siri Artur Berninq a/ Saymen Sturla Rui / Knut Terce Ranes / Eynar Nils Conson / Con Hallvard Holmen / Bcorn Braz Trine Viggen / Maqni Braz == İstehsal == Bu filmin çəkilişləri əvvəlki 2 filmdə olduğu kimi Norveçin şimalında olan Jotunheimen (Nəhənglərin Evi) dağlarında baş tutub. == Nümayiş == Filmin premyerası 15 oktyabr 2010-cu ildə Norveçdə keçirilib.
Müqəddəs Tanrı anası kilsəsi (Tağaser)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Tağaser kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsə iki inşaat kitabəsinə malikdir. Onlar hər ikisi iç tərəfdən portal timpanına yerləşdirilmişdir. Kitabələrdən məlum olur ki, kilsə 1635-ci ildə kənd sakinlərinin iştirak ilə inşa edilmişdir. Bu kilsə vaxtilə mövcud olmuş və dövrümüzə çatmamış daha qədim və daha kiçik ölçülü kilsə ilə üzbəüz yerləşirdi. == Memarlıq xüsusiyyətləri == Təpə ətəyində yerləşən kilsə, tut və qoz bağları ilə əhatə olunmuşdur. Müqəddəs Tanrı anası kilsəsi dörd pilona malik bazilikadır. Kilsə narteksindən dövrümüzə yalnız yarıdağınıq kilsə binası qalmışdır Böyük ölçülərə malik kilsə tağtavana və iki tərəfli dam örtüyünə malikdir. Şərq apsidasının hər iki tərəfində köməkçi otaqlar yerləşir.
Müqəddəs Tanrı anası kilsəsi (Zakirli)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Zakirli kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsə ərazisində ən qədim tarix xaçdaşlardan biri üzərində yazılmış və "1198-ci ilin yayı"na aiddir. Kilsə timpanndakı kitabədə XII əsrdə burada artıq monastırın fəaliyyət göstərdiyini deməyə əsas verir. Kitabədə qeyd edilir ki, vardapet Yakov 1682-ci ildə köhnə kilsəni bərpa etdirmişdir. == Memarlıq xüsusiyyətləri == Müqəddəs Tanrı anası kilsəsi Zakirli kəndinin mərkəzində, alma və armud bağlarının arasında yerləşir. Vaxtilə burada mövcud olmuş qədim monastır kompleksindən dövrümüzə yalnız əsas kilsə binası çatmışdır.Kilsə xaricdən düzbucaqlı, daxildən isə günbəzli bazilikal formaya malikdir. Kilsə divarları daxildən əhəng məhlulu ilə üzlənmişdir. Tağlar, nişlər və altar karnizlərinin inşasında yaxşı yonulmuş mavi tonlu daşlar, digər divar hörgüsündə isə kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. Divarların qalınlığı bir metrdən artıqdır.
Müqəddəs Tanrı anası kilsəsi (Çanaqçı)
Müqəddəs Tanrı anası kilsəsi — Xocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsə 1651-ci ildə inşa edilmişdir. Kilsədə qədim əlyazmalar, perqamentlərdə yazılmış İncil nüsxələri, dəyərli relikviyalar və 1600-cü illərə aid bədii dəyərli xaçlar saxlanılırdı. K. Mkrtçyanın məlumatına görə, qədim əlyazmalardan bəziləri Çanaqçının qədim skriptoriumunda hazırlanmışdır. == Memarlıq xüsusiyyətləri == Hündür, geniş və uzunsov üçnefli bazilika formasına malik kilsə Çanaqçı kəndinin mərkəzində yerləşir. Planda düzbucaqlı formasına malik kilsənin tərəfləri 27.35 x 15.30 metrə bərabərdir.Altarın hər iki tərəfində köməkçi otaqların üstündə yerləşən pilonların zərifliyi, eyni zamanda maraqlı memarlıq elementləri tikilinin daxili kompozisiyasının ifadəliliyini vurğulayır.
Müqəddəs Tanrı anası kilsəsi (Çörəkli)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsə timpanında inşaat kitabəsinin olmaması, onun tikilmə tarixini müəyyənləşdirməkdə çətinlik yaradır. Lakin, hələ dəqiq öyrənilməməsinə baxmayaraqçəhrayı rəngli qranit pilonlara birləşdirilmiş zəngin dekorlu dörd xaçdaş üzərindəki tarixlə artıq XII əsrdə burada dini kompleks olduğunu sübut edir.Abidəni tədqiq etmiş K. Mkrtçyan qeyd edir ki, divar hörgüsü, epiqrafika nümunələrinin stilistik xüsusiyyətləri və sair xüsusiyyətləri əsas götürərək demək olar ki, kilsə XVI-XVII əsrlərdə daha qədim dini kompleksin yerində inşa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Kilsə Çörəkli kəndinin düz mərkəzində, məktəb binasının yanında yerləşur. Birnefli bazilika formasına malik tikili tağtavanlı dama malikdir. Planda düzbucaqlı formaya malik tikilinin ölçüləri 12.6x6 metrdir. Kilsənin inşasında yaxşı yonulmuş yerli daşlardan istifadə edilmişdir.Apsidanın hər iki tərəfində köməkçi otaqlar vardır. Kilsənin əsas girişi cənub tərəfdəndir. Buna baxmayaraq, şimal divarında da giriş qapısı olmuş, lakin, sonrakı dövrdə həmin qapı hörülərək qapadılmışdır.
Müqəddəs Tanrı anası monastırı (Zar)
Müqəddəs Məryəm Ana monastırı — Kəlbəcər rayonunun Zar kəndi ərazisində, Xudavəng monastırından 3 km qərbdə, Tərtər çayının sahilində yerləşən tarix-memarlıq abidəsi. == Tarixi == Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsinin timpanında onun inşa edilmə tarixi və sifarişçisi haqqında məlumat verilmişdir: "çariça, çar Kürikenin qızı…1174-cü il" Ümumilikdə monastır ərazisində səkkiz kitabə oxunmuş və çap edilmişdir ki, onlardan da bəziləri 1174, 1178, 1261-ci illərə aiddir. == Memarlıq xüsusiyyəti == Kompleksə müxtəlif qorunma vəziyyətində olan iyirmidən çox tikili daxildir. Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsi onun şimal hissəsində yerləşir. Kilsə planda düzbucaqlı formasına malik olmaqla, tağtavanla örtülmüşdür. Qərb tərəfdən kilsə binasına bitişik düzbucaqlı formalı narteks inşa edilmişdir. Onun qərb girişi orta otağa aparır, böyül cənub-qərb qapısı isə həyətə açılır.Kilsənin qərb tərəfinə bitişik inşa edilmiş ikinci tikili qədim sovməədir. Sovməənin şimal divarı həm də Müqəddəs Məryəm Ana kilsəsinin qərb divarıdır.Kompleksin mərkəzində monastırın əsas kilsəsi yerləşir. Üçnefli bazilika formasına malik tikili maraqlı interyerlərə malik olmaqla, bütün memarlıq xüsusiyyətlərini qoruyaraq dövrümüzə çatmışdır. Kilsənin tağtavanı iki pilon və divarönü yarımpilona söykənir.
Salehə Sultan (I Mahmudun anası)
Salehə Sultan (1680, Konstantinopol – 21 sentyabr 1739, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın xanımı və I Mahmudun anası, Validə sultan. == Həyatı == === İlk illəri === Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1680-ci il olaraq qəbul edilir. Əslən yunan olub, İstanbulda dünyaya gəldiyi, kiçik yaşlarında saraya alınaraq Sultan Mehmedin xanımı Validə Əmətullah Gülnuş Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra Sultan Mustafaya təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Mahmudu 2 avqust 1696-cı ildə Ədirnə sarayında dünyaya gətirdi. Ancaq 1703-cü ildə baş verən Ədirnə hadisələri nəticəsində Sultan Mustafa taxtdan endirildi və padşahın bütün hərəmiylə birlikdə Salehə Sultan da Ədirnə sarayında otaq həbsinə alındı. Taxta çıxan Sultan Əhməd isə qardaşı oğlu olan Şahzadə Mahmud və Şahzadə Osmanı alaraq İstanbula geri döndü. Ancaq çox keçmədən 5 ay sonra Sultan Mustafa əziyyət çəkdiyi böyrək çatışmazlığı səbəbilə Ədirnədə vəfat etdi və bütün hərəmi İstanbuldakı köhnə saraya daşındı. 27 il boyunca köhnə sarayda yaşayan Salehə Sultan bu müddət ərzində Darüssəadə ağası Hacı Bəşir ağanın vasitəsiylə Topqapı sarayındakı Şimşirlik bölümündə tutulan oğlu Şahzadə Mahmudu qorudu.
Sağ qalmaq 2: Dirilmə (film, 2008)
Sağ qalmaq 2: Dirilmə (norv. Fritt Vilt 2) Norveç istehsalı olan qorxu və kriminal janrlı filmdir. Rejissorunun Mats Stenberq olduğu bu film 2008-ci ildə işıq üzü görüb. == Məzmun == Bu filmdə hadisələr qaldığı yerdən davam edir. Oteldə ikən hamını öldürməyə müvəffəq olan qatilin əlindən yalnız Yannike xilas olaraq xəstəxanaya gəlir. Eyni zamanda onu öldürdüyünü düşünən Yannike həqiqətdən xəbərsizdir. Çünki öldürdüyünü fərz etdiyi həmin qatil sağdı və qisas üçün yenidən yeni terrora başlayacaq. == Rollarda == İngrid Bolso Berdal / Yannike Marthe Snorresdotter Rovik / Kamilla Kim Wifladt / Ole Fridtjov Saheim / Herman Cohanna Mork / Audlild Mats Eldoen / Sverre Run Melbi / Dağda yaşayan adam (qatil) == Ev üçün buraxılış == Bu filmin DVD versiyası Shout! Factory tərəfindən 23 aprel 2013-cü ildə satışa çıxarıldı.
Atatürk, Anası və Qadın Hüquqları abidəsi
Atatürk, Anası və Qadın Hüquqları abidəsi — Türkiyənin İzmir ilinin Karşıyaka ilçəsindəki Anayasa Meydanı içərisində yerləşən abidə. == Tarixi == 1967-ci ilin mayında qurulan Karşıyaka Atatürk Abidəsi Qurma və İdeallarını Yaşatma Dərnəyi Karşıyakada Mustafa Kamal Atatürkün xatirəsinə abidə qoyulması üçün layihə müsabiqəsi başlatdı. 10 noyabr 1971-ci ildə nəticəsi elan olunan müsabiqədə heykəltaraş Tamer Başoğlu ve memar Erkal Güngörenin dizaynı qalib gəldi. Cümhuriyyətin elan edilməsinin 50. ili şərəfinə qərarlaşdırılan və 1.2 milyon lirəyə başa gəlməsi planlanlaşdırılan abidə karşıyakalıların ianələriylə 1972-ci ildə inşa edilməyə başlandı və 26 oktyabr 1973-cü ildə mərasimlə açıldı. 2015-ci ilin mayında baxımsızlıq və korroziya səbəbiylə pis vəziyyətdə olan abidənin dağıdılaraq yerinə daha böyüyünün tikiləcəyi deyildi. İzmir Valiliyi abidənin "can və mal təhlükəsizliyi üçün risk yaratdığını" bildirdi. İzmir 1 saylı Mədəniyyət Mülklərinin Qorunması üzrə Bölgə Komitəsi də abidənin "tarixi abidə" olmadığını bildirərək yenilənməsinə icazə verdi. 2017-nin aprelində təşkil edilən tenderdən sonra 6.8 milyon lirə xərc qarşılığında firma ilə müqavilə imzalandı. 12 iyun 2017-ci ildə abidənin dağıdılması reallaşdı.
Qalpaq
Qalpaq (türk. kalpak) — kəsik konus şəklində, əsasən kürk, parça və ya dəridən tikilən bir papaq növüdür. ƏsasənTürkiyədə, Qafqazda, İranda, Rusiyada və Orta Asiya ölkələrində istifadə edilir. Tarixən müxtəlif türk birliklərində çox geniş istifadə edilmişdir. İndiki dövrdə Özbəkistan sərhədləri içində yaşayan Qaraqalpaqlar da adlarını qalpaq sözündən götürmüşdür. == Mənbə == "kalpak." Arxivləşdirilib 2009-04-04 at the Wayback Machine Güncel Türkçe Sözlük. Türk Dil Kurumu. 2009. "kalpak." Büyük Larousse Sözlük ve Ansiklopedisi. Gelişim Yayınları.
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Qalaq
Qalaq (yığın) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Qalaq (verilənlər strukturu) — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Qalaq sıralaması — massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır.
Adlar
Ad — Canlı və cansız varlıqları, duyğu və düşüncələri, müxtəlif vəziyyətləri bildirən sözlər. Adlar ümumi və xüsusi ad olmaq üzrə ikiyə ayrılar. Xüsusi ad: Dünyada tək bir varlığı ifadə edən adlara deyilir. Ümumi adlar ayrılar: Maddə adları: Əllə tutulub gözlə görülən varlıqlara verilən adlara deyilir. Məsələn: masa, paltar, daş, düzənlik, prospekt, küçə…. Məna adları: Əllə tutulmayan və gözlə görülə bilməyən varlıqlara verilən adlara deyilir. Məsələn: səs, yuxu, sevinc, acı/ağrılı, yuxu, ağıl, xasiyyət, xoşbəxtlik, həsrət, sevgi və s. Birlik adları: Eyni növdən olan varlıqların toxlu olaraq ol/tapıldıqları vəziyyətlərə verilən adlara deyilir. Məsələn: məktəb, sinif, lağ/alay, batalyon, sürü, meşə, xalq, millət, ailə, xor… == Adlarda təklik və çoxluq == Bir tək varlığı ifadə edən tək ad, eyni cinsdən bir çox varlığı ifadə edən adlara isə çoxluq ad deyilir. == Şəxs adları == Bizdən sonra dünyada qalan həyatdakı əməllərimizin güzgüsü adımızdır və heç nəyə görə yox, məhz adımıza görə də bizi yad edəcəklər.
Allar
Allar (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Allar (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd.
Atlar
Atlar (lat. Equidae) — təkdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə yeganə müasir olan at cinsi ilə yanaşı onlarla nəsli kəsilmiş cins daxildir.
Ağalar
Ağalar — Gürcüstanın Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Qarapapaklar yaşayır.
Ağyar
Ağyar (Dərələyəz) — Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ağyar — Babək rayonu ərazisində dağ; Ağyar — Laçın rayonunun Qanqışlaq kəndi ərazisində dağ.
Tağlar
== Yaşayış məntəqələri == Böyük Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Köhnə Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Tağlar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Digər == Tağlar mağarası — Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində mağara.
Vağlar
Vağlar (lat. Ardeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi. == Cinsləri == === Yarımfəsilə Tigrisomatinae === ==== Cins Cochlearius ==== Qayıq dimdikli vağ (Cochlearius cochlearius)Cins Tigrisoma Meksika pələng vağı (Tigrisoma mexicanum) Tigrisoma fasciatum Pələng vağı (Tigrisoma lineatum) ==== Cins Tigriornis ==== Afrika pələng vağı (Tigriornis leucopha) ==== Cins Zonerodius ==== Zonerodius heliosylus === Yarımfəsilə Botaurinae === ==== Cins Zebrilus ==== Zebrilus undulatus ==== Cins Ixobrychus ==== Xırda balaban (Ixobrychus minutus) Ixobrychus dubius Ixobrychus novaezelandiae (nəsli tükənib 1890) Ixobrychus cinnamomeus Ixobrychus involucris Ixobrychus exilis Ixobrychus sinensis Ixobrychus eurhythmus Ixobrychus sturmii Ixobrychus flavicollis ==== Cins Botaurus ==== Botaurus lentiginosus Adi balaban (Botaurus stellaris) Botaurus pinnatus Botaurus poiciloptilus === Yarımfəsilə Ardeinae === ==== Cins Nycticorax ==== Gecə vağı (Nycticorax nycticorax) Nanken gecə vağı(Nycticorax caledonicus) ==== Cins Nyctanassa ==== Nyctanassa carcinocatactes (nəsli 17-ci əsrdə tükənib.) Sarı taclı gece vağı (Nyctanassa violacea) ==== Cins Gorsachius ==== Gorsachius leuconotus Gorsachius magnificus Gorsachius goisagi Gorsachius melanolophus ==== Cins Butorides ==== Butorides virescens Butorides sundevalli Yaşıl arxalı balıqcıl (Butorides striata) ==== Cins Agamia ==== Agamia agami ==== Cins Pilherodius ==== Pilherodius pileatus ==== Cins Ardeola ==== Ardeola grayii Adi vağ (Ardeola ralloides) Ardeola bacchus Ardeola speciosa Ardeola idae Ardeola rufiventris ==== Cins Bubulcus ==== Misir vağı (Bubulcus ibis) ==== Cins Ardea ==== Böyük mavi vağ (Ardea herodias) Boz vağ (Ardea cinerea) İri vağ (Ardea goliath) Ardea cocoi Ardea pacifica Ardea melanocephala Ardea humbloti Ardea insignis Ardea sumatrana Erquvani vağı (Ardea purpurea) İri ağ vağ (Ardea alba) Ardea picata ==== Cins Syrigma ==== Fit çalan vağ (Syrigma sibilatrix) ==== Cins Egretta ==== Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) Qar vağı (Egretta thula) Qızılı vağ (Egretta rufescens) Egretta vinaceigula Qara vağ (Egretta ardesiaca) Louisiana vağı (Egretta tricolor) Egretta novaehollandiae (və ya Ardea novaehollandiae) Xırda mavi vağ (Egretta caerulea) Egretta sacra (ya da Ardea sacra) Sahil vağı (Egretta gularis) Egretta dimorpha Egretta eulophotes ==== Cins Mesophoyx ==== Mesophoyx intermedia == Azərbaycanda yayılması == Azərbaycanda 8 növü yaşayır: Erquvani vağı (Ardea purpurea) Boz vağ (Ardea cinerea) Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) İri ağ vağ (Ardea alba) Misir vağı (Bubulcus ibis) Adi vağ (Ardeola ralloides) Gecə vağı (Nycticorax nycticorax) Adi balaban (Botaurus stellaris)2023-cü ildə adətən su hövzələrində rast gəlinən vağ quşları qeyri-adi hal kimi Masallı rayonunun Viləş kəndindəki meşə zolağında məskən salmışlar.
Yağlar
Yağ — su ilə qarışmayan bir sıra kimyəvi maddələrin qarışığına deyilir. Yağlar üçatomlu spirt olan qliserinin və birəsaslı alı yağ turşularının mürəkkəb efirləridir. belə birləşmələrin ümumi adi triqliseridlərdir. Triqliseridləri əsas etibarı ilə palmitin və stearin, həmçinin olein tuşuları əmələ gətirir. Syearin turşusunun triqliseridi ilk dəfə 1854-cü ildə M.Bertlo tərəfindən sintez edilib Yağlar üç qrupa bölünürlər: piylər, neft məhsulları və efir yağı. Yemək üçün 1 (Qarğıdalı yağı) 2 (günəbaxan yağı)Bəzi hallarda lipofil maddələrin qarışığına (texniki, sintetik yağ) da yağ deyilir. == Fiziki xassələri == təbii yağda normalquruluşlu və cüt karbon atomu olan irimolekullu (C10 -dan C24 dək) alifatik turşular da iştirak edir. Yağlar sudan yüngüldür və onda həll olmur. onlar üzvi həlledicilərdə - benzolda, karbon 4-sulfiddə (CS2), efirdə və s. yaxşı həll olur.
Anal qarmaq
Anal qarmaq - anal cinsi əlaqə və ya digər cinsi fəaliyyətlər üçün istifadə olunan, görünüşcə balıq qarmağına bənzəyən seks oyuncağı. Anal qarmaqlar daha çox paslanmaz poladdan hazırlansa da, müxtəlif materiallardan hazırlana bilər. Anal qarmağın dizaynı adətən bir ucunda metal top, digər tərəfində halqa olan əyri çubuqdur. Dildolar və anal muncuqlar kimi penetrasiya üçün nəzərdə tutulmuş digər oyuncaqlardan fərqli olaraq anal qarmaqlar daha sərt materiallardan hazırlandıqları üçün doğru istifadə olunmadıqları təqdirdə ciddi yaralanmalara səbəb ola bilər.
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır.Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nizamülmülkün "Siyasətnamə"sin də, Ömər Xəyyamın "Novruznamə"sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır.
Qalaq (yığın)
Qalaq (heap) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Proqram belə verilənləri saxlamaq üçün qalaqdan boş sahə istəyə bilər, bu yaddaşı öz bildiyi kimi istifadə edə, sonra isə boşalda bilər. C və Pascal proqramlaşdırma dillərində qalaqda işləmək üçün funksiyalar və prosedurlar nəzərdə tutulub. Ehtiyat üçün ayrılan digər yaddaş sahəsi stekdən (STACK) fərqli olaraq, proqramın tələbinə uyğun olaraq, müxtəlif ölçülü bloklarla bölüşdürülür; münasib ölçülü blok qalagın hansı yerində tapılırsa, o yer ayrılır. Nəticədə proqram işlədikcə qalağın fraqmentasiyası artır və onun sıxlaşdırılmasına zərurət yaranır; sıxlaşdırmada kiçik bloklar daha iri sahələrdə birləşirlər ki, bu da yaddaşın daha səmərəli istifadəsinə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qalaq nizamlama
== Qalaq strukturundan istifadə etməklə verilənlərin sıraya düzülməsi alqoritmi == Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Qalaq sıralaması
== Qalaq strukturundan istifadə etməklə verilənlərin sıraya düzülməsi alqoritmi == Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Alar
Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimilası == Etnooykonimdir. == Tarixi == Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. Q. Qeybullayev arxiv materiallarına istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi. Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.
Allar (Yardımlı)
Allar — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Alar Yardımlı rayonu ərazisində kənd. Alar çayının (Viləş çayının qolu) sahilindədir. Etnooykonimdir. Müxtəlif məlumat kitablarında Alar/Allar/Alılar Şəklində qeydə alınmışdır. Alarlar monqol yürüşlərində (XIII əsr) iştirak etmiş türk-monqol mənşəli oyrat tayfasının bir qolu olub, həmin əsrdə Talış zonasına köçürülmüşlər. XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. == Tarixi == Türk tayfasının adıdır. Xalq ehtimalına görə İrandan gəlib burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə Alılar adlandırılıb. Sonra Allar və nəhayət Alar formasına düşüb.
İrsən almaq
İrsən almaq (ing. inherit ~ ru. унаследовать ~ tr. kalıt almak) – obyekt-yönlü proqramlaşdırmada: bir sinfin xarakteristikalarının onun əsasında yaradılan başqa bir sinif tərəfindən götürülməsi. İrsən alınmış xarakteristikalar gücləndirilə, məhdudlaşdırıla və ya dəyişdirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aqar adası
Aqar adası (ing. Agar's Island) — Bermud adalarına daxil olan mərcan adası. Bermudların paytaxtı olan Hamilton şəhərindən 2 km aralıdadır. Ada The Wired Society: A Challenge for Tomorrow (1977) kitabına görə Pulitser mükafatı alan yazıçı Ceyms Martinə mənsub olmuşdur. == Mənbə == Agar’s Island.
Adalar adası
Adalar adası (Аdalar, Ağ daşlar, ukr. Адалари, Білі Камні, krımtat. Ada — ada)- Gurzuf yaxınlığında Qara dənizə məxsus iki qayalıqdan ibarət adadır. == Etimologiya == Bu söz Krımtatar dilindəki adalar və türk dilindəki ada sözlərindən əmələ gəlmişdir. Adalar kimi də tərcümə olunur. == Coğrafiya == Ada sahildən təxminən 250 m məsafədə yerləşmişdir. Diametri 20–30 m arasındadır. Qayalıqların hündürlüyü — 35 və 48 metrdir. Onların arsındakı məsafə təxminən 40 m-dir. Qayalıqların yerləşdiyi dəniz hissəsinin dərinliyi 14 m-dən 38 m-ə qədərdir.
Dörd Barmaq adası
Dörd Barmaq — Oxot dənizində, Qijiqin körfəzinin şimal sahillərində yerləşən kiçik ada. Rifovı burnundan 4 km cənub-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqəsi Evensk adadan 20 km aralıda yerləşir. İnzibati cəhətdən Maqadan vilayəti. ərazisinə daxildir.
Aqlar silsiləsi
Aqlar silsiləsi — Culfa rayonu ərazisində cənub-şərq yamacı sıldırımlı alçaqdağlıq silsilə. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin şimal istiqamətli Şahqaraş qolundan şərqə ayrılan eyniadlı şaxəsinin qurtaracağında tirə. Aydaş silsiləsinin şimal-qərb qurtaracağında yerləşərək Qaradərəçayın adsız sağ qolları arasında şimal-şərq istiqamətində uzanır. Ən yüksək zirvəsinin hündürlüyü 1224,0 m, ümumi uzunluğu 2,5 km-ə yaxındır. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu və Gilançay lay dəstələrinin, şimal-qərb yamacında isə həmçinin Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə və qismən vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli Aydaş maili sinklinalını eninə kəsir.
AGLAE
AGLAE (fr. Accélérateur Grand Louvre d'analyse élémentaire) – Parisdə yerləşən Luvr muzeyinin şüşə piramidasının altında, 15 metr dərinlikdəki zirzəmidə saxlanılan muzeyin zərrəcik sürətləndiricisi. 1988-ci ildən bəri muzeyin bir parçasıdır.Araşdırmaçılar əsərlərin hazırlandığı maddələri öyrənmək və orijinallıqlarını təsdiqləmək üçün AGLAE-nin proton və alfa zərrəcik şüalarını istifadə edir. Bir obyektin tərkibindəki elementlərin miqdarı və kombinasiyaları, mineralın çıxarıldığı mədənlərə və obyektin nə vaxt hazırlandığına dair barmaq izi kimi məlumat verə bilər. == İstifadəsi == Alimlər AGLAE-dən Fransız hökumətinin Napoleon Bonaparta hədiyyə etdiyi bir qılınc qınının təmiz qızıldan hazırlandığını yoxlamaq (həqiqətən elə idi) və "Oturmuş Katib" adlı 4500 illik Misir heykəlinin canlı kimi görünən gözlərindəki mineralları müəyyən etmək üçün də istifadə etdilər (qara qaya kristalı, ağ maqnezium karbonat və damarlar üçün də qırmızı dəmir oksid). Bu, müvafiq araşdırma sahəsi üçün istifadə edilən yeganə zərrəcik sürətləndiricisidir.Maşını idarə edən qrupun rəhbəri Kler Paçekodur. Paçeko Bordo Universitetində antik əşyalar sahəsində doktorluq dərəcəsi almaq üçün AGLAE-də ion-şüalanmaları analizləri ilə işə başlamışdır. 2011-ci ildə qrup lideri olan Paçeko sürətləndiricini üç mühəndisdən ibarət olan komandayla birlikdə idarə edir. Fiziklər və mühəndislər araşdırmalarını kuratorlar və sənət tarixçiləri ilə birlikdə aparır.AGLAE-nin ən əhəmiyyətli xüsusiyyətlərindən biri əsərlər üzərində tədqiqat aparılarkən zərər verməməsidir. Əgər söhbət mədəni mirasdan gedirsə bu ilk prioritet olur.
Aqrar
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s.Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı. Kimya sənayesi.
Aqyar
Sevastopol (ukr. və rus. Севастополь) və ya Ağyar (krımtat. Aqyar), — Krımda şəhər. == Tarixi == Sevastopol şəhərini türklər Aktıyar və ya Akyar adlandırırdılar. 1783-cü ildən Rus-Türk müharibəsi Türkiyənin Kerç, Yeni qala, Kıl Burun hərb qalalarını və Qara dəniz sahillərinin xeyli hissəsini itirdiyi Küçük Qaynarca sülhü ilə başa çatmışdır. Rusiyanın əldə etdiyi bu yeni torpaqlarda istilaçılara qarşı xalq həyacanları şiddətlənirdi. Müharibədən məğlub çıxsa da, xalq yadellilərin boyunduruğu altına düşmək istəmirdi. II Yekaterina Kırım və Kubandakı rus qoşunlarının komandanı Suvorovu qəzəb və nifrətdən çalxanan bu torpaqlara səfərbər etdi. 1783-cü ilin aprelində Kırım tamamən Rusiyanın əlinə keçdikdən sonra II Yekaterina Kırımın hakimi general Q.A.Potyomkinə "indiki Aktiyarın yerində böyük Sevastopol qalası tikməyə dair" göstəriş verdi.
Maqlar
Maqlar (Qədim fars dilində. 𐎶𐎦𐎢𐏁 (maguš), q. yunan dili. Μάγοι, lat. magus) — qədim İranda, eləcə də İranla qonşu olan bir sıra ölkələrdə keşişlər və kahinlər kastasının üzvləridir. Midiya tayfalarından biri olan Herodota görə və eyni zamanda Midiya falçıları və kahinləri maqlar kimi adlanırdı. Bəzi tədqiqatçıların fikrincə, maqlar öz dini baxışlarında monoteizmə sitayiş etmişlər.Zərdüştiliyin Qərbi İranda yayılması ilə maqlar Zərdüştün öz peyğəmbəri kimi tanıyaraq onun kahinləri kimi fəaliyyət göstərirlər (tədqiqatçılar bu hadisəni müxtəlif yollarla qeyd edirlər: eramızdan əvvəl 7-ci əsrdən 5-ci əsrin sonu - IV əsrin əvvəlinə qədər). Maqlar Qədim İranın siyasi həyatında böyük rol oynamışlar; dövlətçiliyin ilkin mərhələlərində qəbilə zadəganlarına qarşı mübarizədə ümumiyyətlə kral hakimiyyətini dəstəkləyirdilər; Sasanilər dövründə maqlar əsasən ictimai həyatın mühafizəkar normalarının əsas dayağı idi. Ellinizm dövründə və sonralar “maqlar” sözü sehrbazlar, astroloqlar və s. sözlərin kimi istifadə olunurdu.Yuri Rapoportun fikrincə, "maqlar sərgiləmə adətini kaspilərdən və ya orta Asiya tayfalarından götürmüşlər.
Adalar arası dəniz
Adalar arası dəniz — halqavari şəkildə adalarla ( və ya qayalıqlarla) əhatələnmiş və okeanın digər hissələrindən ayrılmış dənizlərə deyilir. Adalar arası dənizlərin böyük qismi Malay arxipelaqına daxil adaların arasında yerləşir. Adalar arası dənizlər: Filippin dənizi, Yava dənizi, Banda dənizi, Sulavesi dənizi, Solomon dənizi, Daxili Yapon dənizi, Aki dənizi, Sulu dənizi, Bismark dənizi, Halmahera dənizi, Mindanao dənizi, Koro dənizi, İrland dənizi və s. Geostruktur baxımından çağdaş Geosinknal bölgələrdə yerləşir.
Allar mağarası
Allar mağarası — mağara insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri olmuşdur. Mağara Yardımlı rayonunun Allar kəndində Viləş çayın sol sahilindədir. Allar mağarası 1500 metr yüksəklikdə yerləşir. Mağara 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təşkil edilən və A. Q. Cəfərovun rəhbərlik etdiyi ekspedisiya zamanı aşkarlanmışdır. Araşdırmalar nəticəsində mağaradan 9 daş əmək aləti tapılmışdır. Texniki və tipoloji baxımından alətlər orta paleolit dövrünə aiddir. == Mənbə == Azərbaycan Milli Elmlər Akademiyası. Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycan Arxeologiyası. Daş dövrü (6).
Aylar Lay
Aylar Lay (12 fevral 1984, Tehran) — Norveç manekeni və keçmiş pornoaktrisası. Hal-hazırda o musiqi sənayesində aktirsa və müğənni kimi fəaliyyət göstərir, İsveç diceyi Basshunterin bir neçə klipində iştirak edib. Ailəsində baş verən problemlər səbəbindən o öz ailəsindən alınaraq ögey ailədə böyüdülüb. == Həyatı == Aylar İranın paytaxtı Tehran şəhərində. ailəsində anadan olub. Lakin sonradan ailəsi Norveçə köçüb. Burada bir müddət sonra o öz ailəsindən alınaraq norveçli ailənin tərbiyəsinə verilib. Öz müsahibələrində Aylar həmişə özünün norveçli olduğunu qətiyyətlə vurğulayıb. Məktəbi bitirdikdən sonra Aylar porno filmlərdə çəkilməyə başlayıb. Diana səhnə ləqəbi altında bir neçə porno filmdə çəkildikdən sonra model fəaliyyətinə başlamaq qərarına gəlir.
Ağalar Abbasbəyli
Ağalar Nəriman oğlu Abbasbəyli (31 dekabr 1941, Bakı) — Azərbaycan tarixçisi və dövlət xadimi, tarix elmləri doktoru, professor, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1987–1988), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin katibi (1981–1987). == Həyatı == Ağalar Abbasbəyli 1941-ci il dekabrın 31-də Bakı şəhərində dünyaya gəlib. 1958-ci ildə orta məktəbi bitirib. M. V. Lomonosov adına MDU-nun tələbəsi, aspirantı, stajoru və doktorantı olub. Tarix elmləri doktoru elmi dərəcəsi və iki istiqamət üzrə elmi adı var: tarix və beynəlxalq münasibətlər istiqamətləri üzrə professor. 500-dək elmi əsərin müəllifidir. Bunlardan 50-si monoqrafiya və dərsliklərdir. Elmi-pedaqoji fəaliyyət dövründə 25 alim – elmlər namizədi və elmlər doktoru hazırlyıb, o cümlədən Azərbaycan Respublikasında ilk dəfə siyasi elmlər istiqamətində 10 siyasi elmlər namizədi və 3 elmlər doktorunun elmi rəhbəri və məsləhətçisi olub, "Beynəlxalq münasibətlər" ixtisası üzrə 50 nəfər magistrın ərsəyə gəlməsində mühüm rol oynayıb. 100-dən yuxarı elmi-nəzəri konfransda, o cümlədən xarici ölkədə keçirilən 30 konfransda iştirak edib. Müxtəlif illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Beynəlxalq əlaqələr" kafedrasının yaradıcısı və müdiri olub, müxtəlif dövlət və partiya vəzifələrində çalışıb, xarici ölkələrdə Sovet səfirliyində müşavir, uzun müddət SSRİ Sülh Fondunun sədr müavini və AR Sülh Fondunun sədri olub, Azərbaycan KP Bakı şəhər Partiya Komitəsinin katibi, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri, Azərbaycan KP Təşviqat Komissiyasının sədr müavini və sədr əvəzi, MSK-nın üzvü və s.
Ağalar Abdullayev
Ağalar Bəhman oğlu Abdullayev (23 mart 1923, Bakı – 19 yanvar 2000, Bakı) — Azərbaycan rəssamı. == Həyatı == 1944-cü ilə qədər Bakı incəsənət kollecində təhsil almışdır. 1948-1954-cü illərdə V.İ.Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutunda (MDAİİ) təhsil almış, rəssamın müəllimi V.P Yefanov idi. MDAİİ-ni bitirdikdən sonra çəkdiyi "Tətildə ilk səhər" Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Xüsusən portret janrında əsərlər çəkmişdir. 1945-ci ildə Bakıda keçirilmiş respublika sənət sərgisində Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş "Qəhrəmanlıq hekayəsi" adlı bir sıra əsərləri uğurla təqdim etmişdir. 1945-ci ildən bəri sərgilərdə iştirak etmişdir. Rəssamın incə və lirik qabiliyyəti onun "Görüş", "Çoban ailəsi", "Dağlıq yerdə kolxoz",və s. əsərlərində görünür. Böyük Vətən müharibəsi mövzusunda "Qəhrəman ömrü" (1944) mövzusunda bir sıra çəkilişlərin müəllifidir.
Ağalar Bayramov
Ağalar Xanlar oğlu Bayramov (16 yanvar 1954, Boyat, Ucar rayonu) — Azərbaycanlı aktyor, Respublikanın Əməkdar artisti (2002), "Qızıl qılınc" mükafatı laureatı (2003) == Həyatı == Ağalar Xanlar oğlu Bayramov 1954-cü ilin yanvar ayının 16-da Azərbaycan Respublikasının Ucar rayonun Boyat kəndində anadan olub. Valideynlərini erkən yaşda itirdiyinə görə onu nənəsi böyüdüb. 1961–1971-ci illərdə orta məktəbdə, 1971–1972-ci illərdə isə Göyçay texniki peşə məktəbində təhsil alıb.1972–1974-cü illərdə Göyçayda işləyən Ağalar 1974-cü il mayın 31-də Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində hərbi xidmətə yollanıb. 1976-cı ildə əsgərlikdən Ucara qayıdan Ağaların nənəsi rəhmətə gedir və o artıq rayonda qala bilmir və 6 ay sonra Bakıya yollanır. Bakıda fəhləlik edib pul qazanan aktyor əvvəlcə sənədlərini Bakı Dövlət Universitetinin "Filologiya" fakültəsinə verir, lakin qəbul ola bilmir. 1977–1979-cu illərdə Bakı Mədəni-Maarif Texnikumunda özfəaliyyət dram rəhbəri ixtisasına yiyələnir.Aktyor 1980–1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. Ailəlidir, bir qızı, bir oğlu var. == Fəaliyyəti == 1980-ci ildə ailə quran aktyor institutu bitirdikdən sonra 1985-ci ildə institutun "Aktyor sənəti" kafedrasında baş laborant, bir müddət sonra isə dekan müavini işləmişdir. Hələ universiteti bitirməmiş, yəni 1984-cü ildən Tədris teatrında aktyor kimi fəaliyyətə başlamış, 1991-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı" kafedrasında dosent kimi, aktyorlara "Səhnə danışığı fənnini tədris edir. 1983-cü ildən bu günə qədər Dövlət Teleradio şirkətində bədii qiraətçi-aktyor kimi çalışmaqdadır.
Ağalar Hacıqasımov
Ağalar Hacıqasımov (tam adı: Hacıqasımov Ağalar Sultan oğlu; d. 5 mart, 1935-ci il) — geologiya‑mineralogiya elmləri doktoru, professor. İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft və qazın axtarış və kəşfiyyatının nəzəri əsasları kafedrasının əməkdaşı. == Həyatı == Hacıqasımov Ağalar Sultan oğlu 1935-ci il martın 5-də Bakı şəhərində anadan olub. 1957-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə bitirib. A.Hacıqasımov əmək bioqrafiyasına "Azdənizneftkəşfiyyat" trestində 3 nömrəli buruq kontorunda məhlulölçən kimi başlayıb, sonradan "Leninneft" trestində geoloq, baş geoloq, 11 nömrəli neft mədəni müdirinin müavini işləyib. 1963-cü ildə doğma universitetin aspiranturasında təhsilini başa vurduqdan və namizədlik dissertasiyasını müdafiə etdikdən sonra neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasında geologiya-geofizika problem laboratoriyasının mühəndisi, elmi-tədqiqat işləri sektorunun rəhbəri, böyük elmi işçi, dosent, professor (1969), kafedra müdiri vəzifələrində fəaliyyət göstərib. 1968-ci ildən tədris işləri üzrə prorektor işləyib. 1981-ci ildə A.Hacıqasımov İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunun neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasına dəvət edilib və orada professor vəzifəsində işləyib, kafedra müdirinin müavini olub. 1992-ci ildə "buruq qazmasının texnikası və təşkili" Elmi İstehsalat Kompaniyası" (TOBUS EİK) Səhmdar Cəmiyyətinə baş geoloq vəzifəsinə keçib, sonradan baş direktorun müavini, vitse-prezident təyin olunub.
Barmaq
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Baymaq
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Başmaq
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir. Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).
Galega
Çəpişotu (lat. Galega) — leguminosae fəsiləsinə aid bitki cinsi.
Garman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. == Əsərləri == "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Kalmar
Kalmarlar (tarixi Azərbaycandilli mənbələrdə mürəkkəb balıqları; lat. Teuthida) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi. == Həyat tərzi == Başıayaqlı molyuskaların digər nümayəndələri kimi kalmarlara da Şimal və Uzaq Şərq dənizlərində xüsusən sahilə yaxın yerlərdə təsadüf edilir. Bu molyuska suda çox gözəl uzən, acgöz, yırtıcı heyvan olmaqla, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə bilir. == Quruluşu == Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. Kalmarın bənəni iki hissədən — baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə on ədəd əzələli qolcuq vardır. Bu qolcuklar digər molyuskalarda olan ayağa müvafik gəlir.
Palmae
Palmakimilər (lat. Arecaceae) — birləpəlilər kladının palmaçiçəklilər sırasına aid bitki fəsiləsi.
Qaladağ
Qaladağ (Ordubad) — Ordubad rayonunda dağ. Qaladağ — Oğuz rayonu ərazisində, Oğuz şəhərindən şimalda dağ. Qaladağ — Samux rayonu ərazisində, Bozdag silsiləsində zirvə. Hündürlüyü 391 m. Qaladağ — Yevlax rayonu ərazisində, Bozdag silsiləsinda dağ.
Qalmaqal
Qalmaqal (I mövsüm) — Qalmaqal teleserialının birini mövsümü. Qalmaqal (II mövsüm) — Qalmaqal teleserialının ikinci mövsümü. Qalmaqal (III mövsüm) — Qalmaqal teleserialının üçüncü mövsümü.
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Qalxan
Qalxan – ox, qılınc və başqa silahlardan qorunmaq üçün bir savaş vasitəsidir. Ən köhnə qalxanlar ağacdan düzəlirdi, lakin daha sonra dəmir, polad və başqa materiallardan da istifadə edilirdi. Müasir zamanda gülləkeçirməz şüşədən düzələn qalxanlara da rast gəlmək olar. Qalxanlar qədim zamanlarda meydana çıxmış, lakin son orta əsrlərdə zirehlərin təkmilləşdirilməsi və qılıncoynatmaların inkişafı səbəbindən onların əhəmiyyəti azalmışdır. Odlu silahların yayılması ilə qalxanlar tədricən döyüş əhəmiyyətini itirmişdir. Lakin sonrakı dövrdə Avropa ölkələrində dekorativ qalxanların istehsalına başlanılmışdır. (Bunlar orta əsr qalxanlarının bənzəri idi, lakin praktiki istifadə üçün nəzərdə tutulmamışdı - əsasən aristokratların qalalarında və saraylarında otaqların bəzədilməsinə xidmət edirdi). Birinci Dünya Müharibəsi zamanı, mövqe savaşı şəraitində, piyadaları qorumaq üçün yenidən metal qalxanlar geniş yayılmışdır. Son zamanlar hüquq-mühafizə orqanlarının xüsusi birləşmələrində küçə asayişi, kiçik hücum hərəkətləri və s. bərpa edilərkən qalxanlardan istifadə olunur.
Qalxma
Qalxma; uçmağı bacaran canlıların və təyyarələrin yer, su və digər səthlərlə təmasının kəsilməsi və uçmağa başlaması. Kosmik gəmilərin və raketlərin yerdən böyük bir bucaq yaradacaq şəkildə rampadan etdiyi qalxmaya əsasən fırlatma deyilir. Bir cismin qalxması üçün, daşıyıcı qüvvənin cazibə qüvvəsini üstələməsi lazımdır. Təyyarələr şaquli qalxma və üfüqi qalxma edə bilənlər kimi ikiyə bölünür. Bəzi hibrid nəqliyyat vasitələri həm şaquli, həm də üfüqi şəkildə qalxma həyata keçirdə bilirlər. Əksər sabit qanadlı təyyarələr yerdə sürətlənirlər ki, qanadlarda nəqliyyat vasitəsini havaya qaldırmağa yetəcək qədər qüvvə olsun. Helikopterlər kimi fırlanan qanadlı nəqliyyat vasitələri də paletlərdə olan daşıma qüvvəsi ilə qalxmanı həyata keçirirlər. İsti hava balonları isə içərisindəki isti havanın xaricdəki havadan daha yüngül olması səbəbinə görə batmazlıq qüvvəsi sayəsində qalxma həyata keçirirlər.
Qandağ
Qandağ — Şərur rayonu ərazisində dağ; Qandağ — Balakən rayonu ərazisində dağ silsiləsi.
Qaynaq
Qaynaq (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Qumlaq
Qumlaq (Ağdaş) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Qumlaq (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Qumlaq (Cəbrayıl)Qumlaq (kənd, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd. Qumlaq (qəsəbə, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə.