Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çaydan dənizə qədər
"Çaydan dənizə" (ərəb. من النهر إلى البحر‎, min ən-nəhr ila l-bəhr və ya من المية للمية, min il-mayyə lə-l-mayyə) — coğrafi olaraq İordan çayı ilə Aralıq dənizi arasında müəyyən edilən və Fələstin kimi təsvir edilən əraziyə istinad edən siyasi şüar. Bu, indiki dövrdə İsrail və İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinə, o cümlədən Qərb sahili, Şərqi Qüds və Qəzzə zolağına aid edilir. Fələstinli proqressivlər bu ifadəni bütün ərazi üzərində vahid demokratiyaya çağırmaq üçün istifadə edir, digərləri isə bunun "milyonlarla fələstinli üzərində onilliklər davam edən, açıq uclu İsrail hərbi idarəsindən sonra sülh və bərabərliyə çağırış" olduğunu qeyd edir. İslamçı militant HƏMAS qruplaşması 2017-ci il nizamnaməsində bu ifadədən istifadə etmişdir. Bu şüarın Fələstin yaraqlı qrupları tərəfindən istifadə edilməsi tənqidçilərin bu şüarın dolayısı ilə İsrailin parçalanmasına, regiondakı yəhudi əhalisinin çıxarılmasına və ya məhv edilməsinə çağırış olduğunu iddia etməsinə gətirib çıxarmışdır. Bu ifadəni İsrail siyasətçiləri də istifadə etmişlər. İsrailin sağçı "Likud" Partiyasının 1977-ci il seçki manifestində deyilirdi: "Dənizlə İordan arasında yalnız İsrailin suverenliyi olacaq". Oxşar ifadə son vaxtlar digər İsrail siyasətçiləri tərəfindən də istifadə edilmişdir. Bəzi ölkələr şüarın istifadəsinə görə cinayət məsuliyyətini nəzərdə tutur.
Abşeron sayı
Abşeron sayı — Azərbaycan Respublikasının ərazisində, Abşeron arxipelaqının tərkibinə daxil olan dayazlıq. Xəzər dənizinin qərb sahilində, Pirallahı adasından şimal-şərqdə yerləşir. Sayın mərkəzi hissəsində palçıq vulkanı vardır. Burada neft və qaz yatağı aşkar edilmişdir.
Orqanizmlərin sayı
Orqanimzlərin sayı aşağıdakı kimidir. Vahid sahədə hər hansı bir növün fərdlərinin sayı (mütləq hesablamada): bolluğu, rast gəlinməsi və s. (gözəyarı və ya nisbi uçot metodları ilə) Növün populyasiyasında və ya hər hansı bir ərazidə olan fərdlərin ümumi miqdarı (Ussuriya tayqasında pələnglərin sayı. Şirvan düzündə ceyranların sayı, Hindistanda fillərin sayı və s.) Müəyyən sahədəki fərdlərin ümumi sayı (onların sistematik bölgüyə mənsubiyyətindən asılı olmayaraq). Orqanizmlərin hədsiz çoxalması; populyasiyanın sıxlığı məskunlaşdığı yerin həcmini maksimal doldurur. Bu fazada zərərvericilər kənd təsərrüfatına, maldarlığa və insanlara böyük ziyan yetirir.
Sıra sayı
Sıra sayları — əşyanın sırasını bildirən, "neçənci?", bəzən də "hansı?" sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları bəzən "hansı ?" sualına da cavab verir. Məsələn, birinci (hansı?) mərtəbə, axırıncı (hansı?) cərgə və s. Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir. Məsələn: beşinci siniflər, 30-cu illər, birinci sıralar və s. Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir, yəni isimləşir.
Ölü sayı
Ölü sayı (ing. Body count) — müəyyən hadisə zamanı ölənlərin ümumi sayı. Döyüşlərdə ölü sayı, təsdiq olunmuş ölü sayına əsaslansa da, bəzən bu yalnız təxmini hesablama ola bilər. Hərbi döyüşlər ilə birgə, termin həmçinin bir sıra ölümlərin cəlb olunduğu hər hansı vəziyyətdə də istifadə olunur, məsələn, seriyalı qatilin qurbanları.
Bud sümüyü başının bağı
Bud sümüyü başının bağı ya Budun girdə bağı (lat. ligamentum capitis femoris et ligamentum teres femoris) — bud-çanaq oyanağına aid bağlardan olub, geniş bir surətdə köndələn bağ nahiyəsində aypara səthin ucları arasından başlayıb, bud sümüyü başı çuxurcuğuna bağlanır. Bud sümüyü başının bağı lifli dəstələrdən təşkil olaraq sinovial zar ilə örtülmüşdür. Onun uzunluğu 2—2,5 sm-ə bərabərdir. Bəzən bu bağa heç təsadüf edilmir. Vəzifəsi bud sümüyü bağına qan damarlarını ötürməkdir. == Mənbə == Prof.
Kritik mach sayı
Aerodinamikada, bir təyyarənin kritik Mach sürəti, qanadın kiçik bir hissəsi üzərindəki axının səs sürətinə çatdığı ən kiçik Mach sürətidir. Uçuşda olan bütün avianəqliyyat vasitələri üçün, nəqliyyat vasitəsinin ətrafında dövran edən havanın sürətinin artmasından və ya azalmasından, nəqliyyat vasitəsinin ətrafındakı hava axını nəqliyyat vasitəsinin hava sürəti ilə eyni deyildir. Kritik Mach sürətində, təyyarənin özü 1,0 Mach sürətindən daha az bir hava sürətinə malik olmasına baxmayaraq gövdə yaxınlığındakı bəzi bölgələrdə yerli hava axını səs sürətinə çatır. Bu vəziyyət zəif bir şok dalğası yaradır. Kritik Mach sayından yüksək sürətlərdə: Sürüklənmə əmsalı birdən-birə artaraq yüksək təsirli sürüklənməyə səbəb olar. Transonik və supersonik sürətlər üçün nəzərdə tutulmayan təyyarələrdə idarəetmə səthlərindəki hava axını nəqliyyat vasitəsinin idarəetməsində pozğunluqlara səbəb olar. Kritik Mach sayında uçmaq üçün dizayn edilməyən nəqliyyat vasitələrində, qanad və quyruq qanadı üstündəki axıntıda olan şok dalğaları qanaddakı hündürlüyü itirmək üçün kifayətdir. Kritik Mach sayındakı problemlərlə əlaqəli bu fenomen sıxışdırılma olaraq bilinir. Sıxışdırılma 1930-40-cı illərdə yüksək sürətli hərbi və eksperimental təyyarələrdə bir çox qəzaya səbəb olmuşdur. O vaxt bilinməsə də, sıxışdırılma səs divarı kimi tanınan fenomenin səbəbi idi.
Oyunçuların sayı (futbol)
Üçüncü futbol qaydaları meydanda oyunçuların sayını və oyunçuların dəyişdirilmə üsülünü müəyyən edir. Futbolda iki komanda bir biri ilə qarşılaşır və hər biri, qapıçıda daxil olmaqla, 11 oyunçulardan ibarətdir. Hər komandada ən azı 7 oyunçu olmalıdır, əks halda oyun başlaya bilməz. Ehtiyat oyunçuların sayı isə, yarışın reqlamenti müəyyənləşdirir, amma üç-yeddi civarında olmalıdır. FİFA və ya başqa milli federasiyalarının bayrağı altında keçirilən oyunlarda, maksimal əvəzləmə üçə bərabərdir. Milli liqaların oyunlarında əvəzləmə maksimum altıya qaldırıla bilər Qalan oyunlarda isə iki komanda arasında razılaşmaya əsasən daha çox əvəzləmə etmək olar, amma hakim oyun başlamdan öncə xəbər olunmalıdı. Əgər hakim xəbərdar olmasa və yaxud komandaları ortaq razılaşmaya gələ bilmədilərsə,onda 6 əvəzləmədən artığ əvəzləmə etmək olmaz. Hər bir halda ehtiyat oyunçuların adları oyun öncəsi müəyyən edilməlidir. Əgər oyunçu hakimə verilən siyahıda yoxdursa, o, oyunda iştirak edə bilməz. Hakim əvəzləmə haqda bildiriş almalıdır Əvəzləmə ancaq oyun dəyandıqda baş verə bilər və yeni oyunçu meydanın ortasından girməlidir Ehtiyat oyunçu meydana daxil olmağı üçün, əvəz etdiyi futbolçu oyundan çıxmalıdır.
Ölkələr üzrə yəhudilərin sayı
Ölkələr üzrə yəhudilərin sayı -
Ölkələrə görə televiziyaların sayı
Bu siyahı dünya ölkələrində olan televiziyaların sayı haqqındadır.
İran türkdilli xalqlarının sayı
İran türkləri — İran əhalisinin təxminən 1/5-ni təşkil edirlər və sayları təxminən 17 milyon nəfərdir. İrandakı türkdilli xalqları əsasən üç böyük bölgədə yaşayırlar. İranın şimalında, şimal-qərb və mərkəz və cənubunda yerləşən əyalətlər. İranın şimal-qərb bölgələrində yerləşən əyalətlər tarixi Cənubi Azərbaycan ərazisində yerləşirlər. Şimal-şərq bölgəsində yerləşən əyalətlər, tarixi Xorasan ərazilərindədir. İranın mərkəzində və cənubunda olan və türkdilli xalqların yaşadığı əyalətlər, Fars əyalətinə şamil olunurlar. Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar, tarixi Azərbaycan bölgələri ərazisində, həmçinin ondan kənarda, İranın digər əyalət və bölgələrində yaşamaqdadırlar. Bunlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi, Gilan, Kürdüstan, Kirmanşah, Əlburz, Tehran və Qum bölgələridir . İran azərbaycanlılarının sayı 1998-ci ildə ethnologue saytının təxmini hesablamasına görə, 13,5 milyon nəfər imiş. Bu sayı indiki dövr artımı ilə 20 milyon nəfər hesab etmək olar .
Sizi dünyalar qədər sevirdim
Sizi dünyalar qədər sevirdim — filmi rejissor Rasim İsmayılov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak etmişlər. Film Azərbaycan xalqının rəşadətli oğlu, igid sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Film tarixi, döyüş, bioqrafik, müharibə janrındadır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ramiz Novruzov, Viktor Tarasov, Aleksandr Denisov, Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == Burada hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir...
Axırıncı aşırıma qədər (film, 2002)
Axırıncı aşırıma qədər qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür. == Məzmun == Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür.
İşıqlar yanana qədər (film, 2012)
Nə qədər ki, işıqlar yanır (ing. Keep The Lights On) — ABŞ-nin dram janrında çəkilmiş filmidir. Filmin təqdimatı ilk dəfə 2012-ci ildə Sandens Film Festivalında baş tutmuşdu. Xarici və müstəqil filmlərin distribütoru sayılan Music Box Films 7 sentyabr 2012-ci ildə filmi Nyu-York və Los-Anceles şəhərlərində təqdim etmişdi. Filmin rejissoru Ayra Saks, müəllifi isə Saks və Maurisio Zaxariasdır. Baş rolda Ture Lindhardt, Zaxari But və Culiana Nikolson oynamışdırlar. Filmin süjeti rəssam Averi Uillard barədə sənədli film üzərində işləmək üçün Nyu-York şəhərinə köçən Erik adlı danimarkalı kinorejissor və onun Paul adında nəşriyyat sektorunda hüquqşünas vəzfəsində çalışan və narkomaniya ilə mübarizə aparan gənc oğlanla uzunmüddətli mürəkkəb sevgi əlaqələri haqqda bəhz edir. İkincidərəcəli rollarda David Anzuelo, Maria Dizzia, Süleyman Say Savane, Migel Del Toro və Paprika Stin oynamışdılar. Filmin məzmunu rejissor Saksın keçmişdə sevgi əlaqələrində olduğu Bill Klegg adlı yazıçının 2010-cu ildə Portrait of an Addict as a Young Man adı altında narkomaniya ilə mübarizələrini xatirə (memuar) şəklində nəşr etdiyi romana əsaslanır. 1998-ci il.
Əvvəldən sona qədər (film, 2009)
Əvvəldən sona qədər (port. Do Começo ao Fim, ing. From Beginning to End) — Braziliya istehsalı olan və 2009-cu ildə nümayiş olunmuş dram filmi. Analarının ölümündən sonra bir-birlərinə qarşı hiss etdikləri qardaş sevgisinin, sonradan isə məhəbbətə çevrilməsini başa düşən Fransisko və Tomas bundan sonra sərhədləri aşaraq əsl sevgi yaşamağa başlayırlar. Film ilk dəfə 16 noyabr 2009-cu ildə MixBrasil festivalında nümayiş olunan film həmin ilin 27 noyabrında kinoteatrlarda nümayişə başladı. Əsas çəkilişləri Rio de Janeyroda baş tutan filmin Original Motion Picture Soundtrack adlı musiqi albomu da var. Lakin film Braziliyada yalnız 6 kinoteatrda nümayiş olundu. 26 mayda Seattle Beynəlxalq Film Festivalında, 26 iyunda Frameline Film Festivalı'nda, 15 iyulda isə QFest və Outfest Film Festivalında göstərildi. Clia Lemmertz — Culieta (ana) Fabio Assunçao — Aleksandra (Tomasın atası) Cin Pierre Noher — Pedro (Fransiskonun atası) Lusi Kardoso — Rouz Mausi Martinez Qabriel Kaufmann — Tomas (6 yaşında) Lukas Kotrim as Fransisko (11 yaşında) Rafael Kardoso — Tomas (20 yaşında) Coao Qabriel Vasconcellos as Francisco (25 yaşında) Əvvəldən Sona Qədər — Internet Movie Database saytında.
Azərbaycan Respublikası əhalisinin illərə görə sayı
Azərbaycan əhalisi — Bu məqalə Azərbaycan Respublikası əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. == İlk sakinləri == == Ümumi əhali == Cədvəllə əlaqədar qeydlər - 1897,1926, 1939, 1959, 1970, 1979, 1989, 1999-cu illərin məlumatları əhalinin siyahıyaalınmaları üzrə, 1913, 1917, 1920-cı illərin məlumatları ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir;- 2000–2009-cu illər üzrə məlumatlar ölkədə 2009-cu ilin aprel ayında keçirilmiş əhalinin siyahıyaalınmasının ilkin nəticələri əsasında dəqiqləşdirilmişdir. Dövri hadisələrin əhali sayısına olan təsirini görmək üçün 1950-ci ilə qədər olan müddət onilliklərə görə verilməmişdir. === 2010–2014 r.t. === MKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Azərbaycan Republikası əhalisinin sayına görə dünyada 240 ölkə arasında 92-ci yerdə dayanmaqdadır. === Cinsi tərkibi === 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Azərbaycan Respublikasının de-fakto əhalisi 9.235.085 nəfərdir. Onlardan 4.583.484 nəfərini kişilər, 4.651.601 nəfərini isə qadınlar təşkil edir. == Etnik tərkib == == Dil == == Rayonlar və respublika tabeli şəhərlər üzrə əhali == *Qeyd: 2009-cu ildə aparılmış siyahıyaalınmaya əsasən Naxçıvan Muxtar Respublikasının ümumi əhalisinin (398,323 nəfər) 115488* nəfəri şəhər əhalisi, 282835** nəfəri isə kənd əhalisi olmuşdur Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine. == Təhsil səviyyəsi == == Miqrasiya == === Əhalinin beynəlxalq miqrasiyası === Qeyd: Ölkəyə daimi yaşamaq üçün gələnlər — immiqrant, Ölkədən daimi yaşamaq üçün gedənlər — emmiqrant hesab edilirlər. === Daimi yaşamaq üçün Azərbaycana gələn və gedənlərin ölkələr üzrə bölgüsü === === Azərbaycanda miqrantlar === 2011-ci ilin iyul ayında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun və ombudsman Elmira Süleymanovanın bildirdiyinə görə Azərbaycan Respublikasında təxminən 450 min nəfər miqrant vardır.
Nə qədər ki sağam (film, 2012)
Samar Anand (Şahrux Xan) Hindistan Ordusunda mayor vəzifəsində xidmət edən, heç bir təhlükəsizlik vasitələrindən istifadə etmədən bomba zərərsizləşdirmək üzrə çalışan bir mütəxəssizdir. Bir müddətdən sonra Discovery Channel-da sənədli filmlər qurmaqla məşğul olan Akira Rai (Anuşka Şarma) Ladax-da bir çaya baş vurur və mayor tərəfindən xilas edilir. Samar ona jaketini verir, ancaq geri almadan onu tərk edir. Akira jaketin cibində onun gündəliyini tapır və oxumağa başlayır. Gündəlik Samarın Londonda əvvəllər immiqrant kimi yaşadığı mövzularla başlayır. O həm musiqiçi, həm də digər işlərdə çalışaraq yaşadığı yerin kirayə pulunu ödəməklə bərabər, otaq yoldaşına da yardım edir. Bir gün Samar iş gorərkən Meera-nı (Katrina Kaif) görür və onunla tanışır. İngilis dili dərslərini öyrənmək qarşılığında Samar ona Pəncabca mahnı oxumağı öyrədir. Bir müddətdən sonra Meera atasına Samar ilə olan münasibəti haqqında danışmaq qərarına gəlir, ancaq Samar-ın başına bədbəxt hadisə gəlir, o motosikletlə qəzaya uğrayır. Meera Tanrıya onun həyatını xilas etməsi üçün dua edir və qarşılığında onunla bir də görüşməyəcəyinə dair söz verir.
Sizi dünyalar qədər sevirdim (film, 1985)
Sizi dünyalar qədər sevirdim — filmi rejissor Rasim İsmayılov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak etmişlər. Film Azərbaycan xalqının rəşadətli oğlu, igid sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Film tarixi, döyüş, bioqrafik, müharibə janrındadır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ramiz Novruzov, Viktor Tarasov, Aleksandr Denisov, Şahmar Ələkbərov ifa edirlər. Burada hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir...
Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir (kitab)
Nə qədər ki, işıqlar yanır (film, 2012)
Nə qədər ki, işıqlar yanır (ing. Keep The Lights On) — ABŞ-nin dram janrında çəkilmiş filmidir. Filmin təqdimatı ilk dəfə 2012-ci ildə Sandens Film Festivalında baş tutmuşdu. Xarici və müstəqil filmlərin distribütoru sayılan Music Box Films 7 sentyabr 2012-ci ildə filmi Nyu-York və Los-Anceles şəhərlərində təqdim etmişdi. Filmin rejissoru Ayra Saks, müəllifi isə Saks və Maurisio Zaxariasdır. Baş rolda Ture Lindhardt, Zaxari But və Culiana Nikolson oynamışdırlar. Filmin süjeti rəssam Averi Uillard barədə sənədli film üzərində işləmək üçün Nyu-York şəhərinə köçən Erik adlı danimarkalı kinorejissor və onun Paul adında nəşriyyat sektorunda hüquqşünas vəzfəsində çalışan və narkomaniya ilə mübarizə aparan gənc oğlanla uzunmüddətli mürəkkəb sevgi əlaqələri haqqda bəhz edir. İkincidərəcəli rollarda David Anzuelo, Maria Dizzia, Süleyman Say Savane, Migel Del Toro və Paprika Stin oynamışdılar. Filmin məzmunu rejissor Saksın keçmişdə sevgi əlaqələrində olduğu Bill Klegg adlı yazıçının 2010-cu ildə Portrait of an Addict as a Young Man adı altında narkomaniya ilə mübarizələrini xatirə (memuar) şəklində nəşr etdiyi romana əsaslanır. 1998-ci il.
Qarabağ XIII əsrdən 1920-ci ilə qədər
"Qarabağ XIII əsrdən 1920-ci ilə qədər. Azərbaycan tarixinin açılması" (ing. Karabakh from the 13th century to 1920: Unfolding Azerbaijan's history) — Almaniya tarixçisi Maykl Reynhard Hessin 2020-ci ildə Qarabağ regionu haqqında yazdığı kitab. Əsər Münhendə "Gulandot" tərəfindən nəşr edilmişdir. 2022-ci ilin fevral ayında kitabın İkinci Qarabağ müharibəsinin nəticələri ilə yenilənmiş 3-cü nəşri buraxılmışdır. Kitabda Azərbaycan ilə Ermənistan arasında münaqişə nöqtəsi olan Qarabağ regionunu tarixi araşdırılır. Burada XIII əsrdə monqol və türk tayfalarının Cənubi Qafqaza gəlişindən 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması və ardınca Dağlıq Qarabağ Muxtar Vilayətinin qurulması əhatə edilir.
Çingiz xan: Torpağın və dənizin axırına qədər
Çingiz xan: torpağın və dənizin axırına qədər (Yaponca: 蒼き狼 地果て海尽きるまで Rom: Aoki Ōkami: Chi Hate Umi Tsukiru Made) 2007-ci ildə Yaponiya və Monqolustanın müştərək istehsalı olan və Çingiz Xan haqqında çəkilmiş olan tarixi dramdır. Rusiyada film “Böyük monqol: Çingiz xan” adı ilə nümayiş etdirilmişdir. Film Takehiro Nakajima və Şoyçi Maruyamanın yapon klassiki Yasuşi İnouenin (1907–1991) “Mavi qurd” (1960) adlı tarixi romanının ekranlaşdırılmış versiyasıdır. 30 milyon dollarlıq büdcəsi olan film 2006-cı ildə dörd ay ərzində Monqolustanda çəkilmişdir. Filmin çəkilişləri zamanı 27 000-dən çox insan, o cümlədən də 5 000 Monqolustan əsgəri iştirak etmişdir.
Hədər
Hədər (Salmas)
Kədər
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Qədəm
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Qərər
Qərər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən verilən xəbərə əsasən kənd Azərbaycan ordusu tərəfindən işğalçılardan azad edilmişdir. Qərər Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dursunludur. Yerli əhali kəndi Qərar Dursun da adlandırır. Kənd taqr•. XIX əsrin awəllərində buradaki Qərər Dursun pirinin yanında salındığına görə onun adı ila adlandırılmışdır. Pirin adı isə "Dursun adlı şəxsin dəfr olunduğu (qarar tutduğu) yər” mənasındadır.
Qətər
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Qəmər
Qəmər — Azərbaycan qadın adı. Qəmər Almaszadə — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). Qəmər bəyim Şeyda — azərbaycanlı şairə və dramaturq. Qəmər Salamzadə — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist. Qəmər Adıgözəlova — həkim, professor. Qəmər Əmiraslanova — əməkdar həkim. Qəmər Topuriya — Azərbaycan-sovet teatr aktrisası Qəmər Ağaoğlu — Qarabağ xanları nəslindən olan incəsənət xadimi. Qəmər Məmmədova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000) Qəmər İmamverdiyeva — Qəhrəman ana Qəmər Cavadlı — jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru.
Tütünün Becərilməsi (1967)
Kinolent tütünün Azərbaycanda təsərrüfat sahələrindən birinə çevrilməsindən, iqtisadiyyatda müəyyən yer tutmasından, respublikamızda tütünçülüyün inkişafından, onun qabaqcıl üsullarla becərilməsindən və istehsalından söhbət açır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Əli Musayev Ssenari müəllifi: Fərman Kərimzadə, Əjdər İsmayılov Operator: Mehman Dadaşov Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–179.
Çingiz xan: torpağın və dənizin axırına qədər (film, 2007)
Çingiz xan: torpağın və dənizin axırına qədər (Yaponca: 蒼き狼 地果て海尽きるまで Rom: Aoki Ōkami: Chi Hate Umi Tsukiru Made) 2007-ci ildə Yaponiya və Monqolustanın müştərək istehsalı olan və Çingiz Xan haqqında çəkilmiş olan tarixi dramdır. Rusiyada film “Böyük monqol: Çingiz xan” adı ilə nümayiş etdirilmişdir. Film Takehiro Nakajima və Şoyçi Maruyamanın yapon klassiki Yasuşi İnouenin (1907–1991) “Mavi qurd” (1960) adlı tarixi romanının ekranlaşdırılmış versiyasıdır. 30 milyon dollarlıq büdcəsi olan film 2006-cı ildə dörd ay ərzində Monqolustanda çəkilmişdir. Filmin çəkilişləri zamanı 27 000-dən çox insan, o cümlədən də 5 000 Monqolustan əsgəri iştirak etmişdir.
Bakının tarixi
Bakı şəhəri — Azərbaycan Respublikasının paytaxtıdır. Müxtəlif dövrlərdə Bakı şəhəri Şirvanşahlar dövləti, Bakı xanlığı, Bakı quberniyası, Azərbaycan Demokratik Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur. Hal-hazırkı dövrdə isə Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır. == Adın etimologiyası == Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Fars dilində bu adın ilkin forması kimi Baqavan sözündən istifadə edilmişdir. Bu söz Tanrının şəhəri kimi tərcümə olunur. Fars mənbələrində Bakı adının digər bir etimologiyası kimi Bādkube (بادکوبه) kimi yazılan Küləklər şəhəridir. Bakı şəhərinin eramızın V əsrində yarandığından Badükübə sözünü bu dövrdən etibarən istifadə olunduğu ehtimal olunur. === Müxtəlif dövrlərdə şəhərin adlanırılması === == Tarixi == Abşeron yarımadası ərazisində yazılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s.
Bakının mühasirəsi
Bakının işğalı və ya Bakının tutulması — Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü zamanı (1722-1723) baş vermiş döyüşlərdən biridir. Bakının hələ 1722-ci ildə, Dərbəndin alınmasından sonra işğal edilməsi planlaşdırılırdı, lakin dənizdə baş verən davamlı tufanlar bunu həyata keçirməyə imkan vermədi. Bakının dənizdən mühasirəsi 1723-cü ilin iyulunda başladı. 4 günlük güclü bombardmandan sonra bakılılar təslim olublar. == Zəmin == Dərbəndin işğalından sonra Rusiyaya qayıdan I Pyotr böyük hərbi-strateji və iqtisadi əhəmiyyət kəsb edən Bakı qalasını almaq üçün plan tərtib etdi. Bakının tutulması Rusiya imperiyasına Xəzər dənizində iri dəniz limanlarından birini əldə etməyə imkan verirdi ki, bu da gələcəkdə rus tacirlərinə Şərq ölkələri ilə dəniz yolu ilə fəal ticarət aparmağa imkan verəcəkdi. Çar hökuməti Bakının neft yataqlarının istismarında çox maraqlı idi. Abşerondakı neft quyularının əksəriyyəti xanın mülkiyyəti idi. Ağ neft çıxarılan quyular daşla bağlanırdı və bu lövhədə Bakı xanının adı yazılırdı. I Pyotr bu yerlərdə möhkəmlənmək üçün Xəzərsahili vilayətlərdən, xüsusən Bakıdan yerli camaatı – azərbaycanlıları köçürüb, onların torpaqlarında erməniləri, gürcüləri və rusları yerləşdirmək, özünə xaçpərəstlərdən ibarət istinadgah yaratmaq istəyirdi.
Bakının açarı
Bakının Açarı — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib == Məzmunu == Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da Bakının yeraltı şəhərinin yerini ancaq Bakının qoruyucuları bilir. Qoruyuculardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O açarı ələ keçirmək üçün şəhərin ən yaxşı 5 oğrusunu bir araya yığıb açarı rusların Bakıdakı tarix muzeyindən oğurlamaq planı qurur. Ruslar da muzeydə açarın oğurlanmasını gözləyir ki, qoruyucunun izinə düşsünlər. Tanıtım linki == Filmin janrı == Film Macəra janrındadır. == Yaradıcı heyət == Quruluşçu rejissor: Zaur Tahirsoy Ssenari müəllifi: Zaur Tahirsoy Quruluşçu operator: Elvin Mikail Montaj: Azflix Pro === Aktyor heyəti === Azərbaycan Film Akademiyası aktyor və aktrisa heyəti: Urfan Cabbarlı Nərmin Əhməd Vüsal Dastan Anar Əli İbrahim Əlizadə Fidan İsmayılova Maya Hüseynli == Çəkiliş yerləri == • Filmin çəkilişi Azərbaycan Film Akademiyasında aparılıb.
Bakının işıqları
Bakının işıqları tammetrajlı bədii filmi rejissorlar Aleksandr Zarxi, Rza Təhmasib və İosif Xeyfits tərəfindən 1950-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Bakı neftçiləri haqqındadır. Əsas rolları Mirzəağa Əliyev, Mərziyyə Davudova, Nikolay Oxlopkov, Rza Təhmasib və Nəcibə Məlikova ifa edirlər. == Məzmun == Film Bakı neftçiləri haqqındadır. Hadisələr 30-cu illərdə başlayır və II Dünya müharibəsi illərində daha da inkişaf edir. Bu vaxt Bakı neft mədənləri artıq yeni texnika ilə təchiz edilmişdi, açıq dənizdə yeni qazma üsulları sınaqdan çıxarılmışdı. Neftçilər alman-faşist işğalçılarına qarşı döyüşən ordunu bol yanacaqla təchiz etmək və qələbəni yaxınlaşdırmaq üçün fədakarcasına çalışırdılar. Filmin sonunda görürük ki, müharibədən sonrakı ilk illərdə Bakıda yeni neft buruqlarının işıqları yandırıldı. Hadisələrin fonunda usta Əlibala (Mirzəağa Əliyev) və onun neftçilər briqadası üzvlərinin əmək qəhrəmanlığı, fədakarlığı, gündəlik qayğıları və şəxsi həyatı öz əksini tapmışdır.
Bakının dastanı
== Bakının Dastanı (poema) == Bakının Dastanı — Səməd Vurğunun Azərbaycan ədəbiyyatında mühüm yer tutan epik poemasıdır. Bu əsər Bakının təbiətini, tarixi irsini və xalq üçün əhəmiyyətini əks etdirir. Əsərdə Bakının yalnız təbii gözəllikləri deyil, onun zəngin tarixi keçmişi və müasir həyatı təsvir olunur. == Məzmun == Poema proloqla başlayır. Burada şair Bakını uzun müddətdir tərənnüm etməyi arzuladığını və nəhayət bu arzunu gerçəkləşdirdiyini bildirir. O, Bakını "böyük bir dəniz" kimi təsvir edərək bu şəhəri dərin məhəbbətlə vəsf edir. Şairin Bakıya olan sevgi və ehtiramı əsərin hər sətrində hiss olunur. İlk nəğmədə şair Bakı baharının gözəlliklərindən bəhs edir. Sakin hava, duru dəniz və səhər mənzərələri şairə ilham verir və onun qəlbində şəhərə qarşı duyğularını gücləndirir. Bakı baharı, şair üçün böyük ilham qaynağına çevrilir.
Tütünün becərilməsi (film, 1967)
Kinolent tütünün Azərbaycanda təsərrüfat sahələrindən birinə çevrilməsindən, iqtisadiyyatda müəyyən yer tutmasından, respublikamızda tütünçülüyün inkişafından, onun qabaqcıl üsullarla becərilməsindən və istehsalından söhbət açır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Əli Musayev Ssenari müəllifi: Fərman Kərimzadə, Əjdər İsmayılov Operator: Mehman Dadaşov Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–179.
Hədər (Xoy)
Hədər (fars. ديبك‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 223 nəfər yaşayır (34 ailə).
Kədər maskası
Kədər maskası —— SSRİ-da siyasi repressiya qurbanı olanlara həsr olunmuş Maqadanda yerləşən memorial abidə. Nəzərdə tutulan "Kədər üçbucağı" abidələrindən birincisi. "Kədər üçbucağı"na aid olan ikinci abidə isə 2017-ci ildə Yekaterinburq ətrafında qoyulub. == Abidənin tarixi == 1990-cı ilin yayında ABŞ-də yaşayan heykəltaraş Ernst Neizvestnıy Maqadana gəlir. O özü ilə 1930–1950-ci illərdə stalin repressiyalarının qurbanlarının xatirəsinə həsr olunmuş abidənin eskizlərini gətirərək burada nümayiş etdirir. Nəzərdə tutulurdu ki heykəltaraş tərəfindən düşünülən "Kədər üçbucağı" (Maqadan, Vorkuta, Yekaterinburq) abidələrindən ilki Maqadanda ucaldılacaq. 23 iyul 1990-cı ildə Maqadan şəhər icraiyyə komitəsi Maqadanda Stalin repressiyaları qurbanlarına memorial abidənin ucaldılması ilə bağlı qərar verir. Memorialın mərkəzi abidəsi sol gözündən kiçik maskalar şəklində göz yaşı axan insan üzünə bənzədilib. Sağ göz isə dəmir barmaqlıqlı pəncərə formasında düzəldilib. Abidənin arxa tərəfində isə standart olmayan xaçın altında bürüncdən düzəldilmiş ağlayan qadın heykəli var.
Müqəddəs Qədəh
Müqəddəs Qədəh — Xristian mifologiyasına görə İsa Məsihin Sonuncu şam yeməyi zamanı istifadə etdiyi və hansiniki Arifmeyli Yusif Məsihin qanını yığdığı qədəh.
Qədir-Xum
Qədiri-Xum(ərəb. غدير خم‎) — şiələrin böyük bayramlarından biridir. Hər il zilhiccə ayının 18-də qeyd olunur. Qədir Xum" hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vasində baş vermiş məşhur hadisənin adıdır. Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur: Şimal istiqamətində bir yol Mədinəyə gedir; Şərq istiqamətində bir yol İraqa gedir; Qərb istiqamətində bir yol Misirə gedir; Cənub istiqamətində bir yol Yəmənə gedir. Rəvayətlərə görə Həzrəti Məhəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Qədir Xum məntəqəsi Məkkə yaxınlığında Cühfə kəndindən təqribən 3 km.aralıda yerləşir. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl "Qədir-Xum" hadisəsi baş vermişdir.
Qədir Aslan
Aslanov Qədir Təyyar oğlu (14 may 1944, Nərimanlı, Basarkeçər rayonu) — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1995). Aslanov Qədir Təyyar oğlu Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. BDU-nun jurnalistika fakültəsini bitirib. Sonra 20 il "Vardenis" rayon qəzetində məsul vəzifələrdə çalışıb. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçməli olub və "İşıq" nəşriyyatında redaktor işləməyə başlayıb. Qədir Aslan 7 nəfər Azərbaycan Milli Qəhrəmanlarına həsr olunmuş "Goranboy qartalları" adlı oçerklər kitabını yazmışdır. Bu kitab Azərbaycan Mətbuat Fondunun Fəxri Fərmanına layiq görülüb. 1995-ci ildən "Qızıl qələm" mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Möhsün Qədiroğlunun atasıdır.
Qədir Hüseynov
Qədir Hüseynov (21 may 1986, Moskva) — Azərbaycan şahmatçısı, qrosmeyster (2002). 1994-cü ildə 8 yaşındaikən Rumıniyada keçirilən Avropa çempionatında birinci yeri tutduqdan sonra o nəinki dünyanın ən gənc FİDE ustası adını qazanır və həmçinin Ginnesin Rekordlar Kitabına düşür, hətta Azərbaycanda birinci şahmatçı olur, hansı ki Müstəqil Azərbaycan Respublikası yarandığı 1991-ci ildən sonra Azərbaycan şahmat tarixində ilk dəfə olaraq ölkəyə birinci qızıl medalı gətirdi. Şahmat oynamağı Qədirə 6 yaşında olarkən atası öyrətmişdi. İlk dəfə olaraq şahmat məktəbinə Gəncə şəhərində getmişdi. Tezliklə Respublika Çempionatında üçüncü yeri tutaraq o gənclər arasında Avropa çempionatında iştirak etmək hüququ əldə edir. Şahmatçının ailə vəziyyətinin yaxşı olmaması səbəbindən onun bu yarışda iştirakı sual altında idi. Həmin illərdə Azərbaycan müharibə şəraitində Yaxın qohumunun koməyi sayəsində Qədir Hüseynov bu turnirə qatılır və gənclər arasında Avropa çempionatının qalibi olur. Qədirin ilk məşqçisi idman ustalığına namizəd olan Şahin Hacıyev idi, daha sonra onu məşqçi Qurviç çalışdırmışdı. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dörd ən güclü şahmatçını qəbul etmişdir, onların arasında gənc şahmatçı Qədir Huseynov var idi. 2002-ci ildə 15 yaşında ikən o, beynəlxalq qrosmeyster normasını yerinə yetirmişdi.
Qədir Mirzəliyev
Qədir Mirzə Əli (qaz. Қадыр Мырза Әлі, rus. Кадыр Гинаятович Мырзалиев; 5 yanvar 1935 – 24 yanvar 2011, Almatı) — Qazaxıstan xalq yazıçısı, şair və ilk Qazaxıstan himninin həmmüəllifidir. O, 50-dən çox şeir kitabı, ədəbi tənqid və uşaq kitabları müəllifidir. Qədir Mirzəliyev Ural oblastının Cambeytı kəndində anadan olmuşdur. O, uşaqlıqdan bəri kitablara maraq göstərmiş və yerli rayon kitabxanasının daimi ziyarətçisi idi. 11 yaşında bəstələdiyi ilk şeirində sinif yoldaşlarını zarafatcıl tərzdə təsvir etmişdir. Atasının ölümündən sonra o, internat məktəbinə göndərildi, burada şeir sənəti üzrə təhsilini davam etdirdi. 1954-cü ildə gənc şair "Pioner" respublika jurnalında dərc olunmağa başlayır. 1958-ci ildə Qədir Mirzəliyev S. M. Kirov adına Qazax Milli Universitetinin filologiya fakültəsi, iki il sonra aspiranturasını bitirdi.
Qədir Möhsünzadə
Qədir Qurban oğlu Möhsünzadə (24 fevral 1914, Lənkəran, Lənkəran qəzası – 1993, Odessa) — baytarlıq elmləri doktoru, professor. Qədir Möhsünzadə 1914-cü il fevral ayının 24-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1934-cü ildə Zaqafqaziya Baytarlıq İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir (İrəvan). Q.Möhsünzadə institutda oxuyarkən elmə böyük həvəs göstərmişdir. 1934-cü ildə baytarlıq üzrə ən nüfuzlu institutun - Kazan Baytarlıq İnstitutunun aspiranturasına daxil olmuş, yüksək səviyyədə elmi-tədqiqat işi apararaq 3 yaşında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Gənc alim 1937- ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstituna (Gəncə şəhəri) işə dəvət olunmuş və 1941- ci ilə kimi baytarlıq fakültəsinin dekanı və klinik diaqnostika kafedrasının müdiri vəzifəsində çalışmışdır. Q. Möhsünzadə, 1941-1945-ci illərdə ordu sıralarında Vətən Müharibəsinin iştirakçısı olmuşdur. "Baytarlıq" jurnalı 2005-ci il 5-ci nömrəsində Böyük Vətən Müharibəsində Qələbəmizin 60 illiyinə həsr etmiş, Rusiya Federasiyası Hərbi Silahlı Qüvvələrin baytar-sanitar xidmətinin rəisi, tibb xidməti polkovniki Y.Q.Boyevin "1941- 1945- ci illərdə Böyük Vətən Müharibəsində hərbi baytarlıq xidməti" məqaləsində yazır: "Müharibə cəbhələrində hırbi terapevtiki xəstələrin müalicəsinin təşkilində və onların məharətlə yerinə yetirilməsində istedadlı şəxslərin- İ. M. Qolosov, A.M.Kolesov, Q.Q.Möhsunzadə, N.Z.Objorin, V. P. Spaski, İ. A. Şarobin, S. D. Şelevin- işlərini xüsusilə qeyd etmək lazımdır". Q. Möhsünzadə 1946- 1951- ci illərdə Gəncədə yenidən Kənd Təsərrüfatı İnstitunun Klinik diaqnostika kafedrasının müdiri olmuş, at və qaramalda böyrəyin funksional fəaliyyətinin öyrənilməsinə dair elmi və əməli əhəmiyyətli geniş tədqiqatlar aparmış və 1950- ci ildə Moskva Baytarlıq Akadmiyasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1951- ci ildə Q. Möhsünzadə Leninqrad Baytarlıq İnstituna dəvət olunmuş və 1960- cı ilə kimi orada Klinik diaqnostika kafedrasına rəhbərlik etmişdir.
Qədir Məmişov
Qədir Məmmədov
Qədir Qızılsəs ya da doğum soyadıyla Məmmədov (1956, Astraxanbazar rayonu) — azərbaycanlı müğənni. Qədir Qızılsəs 1956-cı ildə Cəlilabad rayonunda anadan olub. 1977-ci ildə Bakı şəhərinə köçmüşdür. 1983-cü ildə ilk Audio Kasseti çıxıb. 2002-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatının respublika bütün müğənnilərin ifası üzrə keçirdiyi sorğuda "Qayıt" mahnısı ilə birinci yeri tutub. "Qızıl səs" mükafatına layiq görülüb. 1. Ölürəm Bir Dəli Sevgidən Ötrü — 1999 2. Gəlmədin — 2000 3. Getmə — 2001 4.
Qədir Nəsibov
Qədir Nəsibov (Nəsibov Qədir Əşrəf oğlu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini – MTT qərargahının rəisi. Qədir Nəsibov 1967-ci il iyulun 12-də Qərbi Azərbaycan Göycə mahalının Çəmbərək rayonunun Cil kəndində anadan olmuşdur. Azərbaycan respublikası Prezidentinin 24 iyun 2019-cu il tarixli 1286 nömrəli Sərəncamı ilə polkovnik Qədir Əşrəf oğlu Nəsibova “general-mayor” hərbi rütbəsi verilmişdir. General 30 Dekabr 2021-ci il tarixlində Qarabağ bplgəsinin iişğaldan azad olunmuş ərazilərə baş çəkərək, orada maddi-texniki xidmətin təşkil olunmasına rəhbərlik edib. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2023-cü il tarixli 3991 nömrəli Sərəncamı ilə General-mayor Qədir Əşrəf oğlu Nəsibov hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. Ailəlidir. Üç övladı var.
Şari çayı
Şari çayı — Mərkəzi Afrikada yerləşən 949 km uzunluğu olan çay. Başlanğıcını Mərkəzi Afrika Respublikasından götürərək Çada axar və Çadın paytaxtı Ncamena ilə Kamerunun Kousseri şəhəri arasındakı sərhəd xəttini əmələ gətirən Loqon çayı ilə birləşərək Çad gölünə tökülür. Paytaxt Ncamena və Sarh şəhəridə daxil olmaqla Çad əhalisinin böyük hissəsi bu çayın sahillərində sıxlaşmışdır. Çay, Çad gölünü bəsləyən qaynaqların 90 %-ni təşkil edir. Çayın suvardığı ərazinin sahəsi təxminən 548747 km²-dir. Çayın ən böyük qolu Loqon çayı olub, daha kiçik ölçülü qolları Bahr Salamat, Bahr Sahr, Bahr Aouk ve Bahr Keytadır. Bütün bu çay şəbəkəsi bölgədə böyük bir balıqçılıq sənayesinin yaranmasını təmin etmişdir. Çayda ovlanan ən dəyərli balıq Nil xanısıdır.
Gedən Dənizdən də Keçib Gedər (1962)
Gedər körpüsü
Gedər körpüsü — İrəvan şəhərində 1664-cü ildə Zəngi çayının qolu olan Gedər çayı üstündə qırmızı daşdan tikilmiş birtağlı körpüdür.
Gender
Gender — kişiyə xas olan, qadına xas olan cəmiyyət tərəfindən təzyiq ifadələridir, həm də qadınlıq və kişiliyi fərqləndirən xüsusiyyətlər toplusudur. Kontekstdən asılı olaraq, bu xüsusiyyətlərə bioloji gender (qadın və ya kişi) xüsusiyyətləri, gender əsaslı sosial quruluşlar və gender kimliyi daxil ola bilər. Bir çox mədəniyyətdə insanların sadəcə iki cinsə (qadın və ya kişi) sahib ola biləcəyini nəzərdə tutan bir bipolyar gender sistemi istifadə olunur (gender binarizmi). Bipolyar gender sisteminin xaricində yaşayan insanlar "non-bayneri" və ya "kvir" hesab olunur. Gender siyasət, iqtisadiyyat, hüquq, ideologiya, mədəniyyət, təhsil, elm və səhiyyə də daxil olmaqla həyatın bütün sahələrində ifadə oluna bilər. == Cins == Cins sözü şəxsin kişi və ya qadın cinsinə mənsubiyyətini müəyyənləşdirmək üçün fizioloji xüsusiyyətlərə şamil olunur: Genital orqanların növü (penis, yumurtalıq, vagina, uşaqlıq, döş) Orqanizimdə dövriyyə edən dominant hormonların növü (estrogen, testosteron) Sperma və ya toxum hüceyrəsi ifraz etmək bacarığı Dünyaya uşaq gətirmək və onu döşlə yedizdirmək bacarığı Gender sözü qadınlar və kişilərlə əlaqədar geniş yayılmış xəyali obraz və gözlənilənlərə şamil olunur. Bu səciyyəvi xəyali obraza qadına xas olan və ya qadın və kişiyə xas olan, yaxud kişi xüsusiyyət bacarıqlarına, həmçinin qadın və kişilərin müxtəlif vəziyyətlərdə necə hərəkət etməsinə aid geniş yayılmış ümidlər daxildir. Bu xəyali obraz və ümidlər ailə, dostlar, liderlər, dini və mədəni təsisatlar, məktəblər, iş yerləri, reklamlar və mediadan öyrənilir. Bu xəyali obrazlar qadın və kişilərin cəmiyyətdəki müxtəlif rollarını, sosial statusunu, iqtisadi və siyasi gücünü əks etdirərək həmin göstəricilərə təsir edir. == Gender kimliyi == Gender kimliyi şəxslərin aid olduqlarını hiss etdikləri genderə istinad edir, həmin gender onların anadangəlmə cinsi ilə eyni ola və ya olmaya bilər.
Qədeş
Qədeş və ya balaqədeş — Azərbaycanda submədəniyyət. Yalnız Bakı və Bakıətrafı yaşayış məntəqələri üçün xarakterik sayılır. 2010-cu illərin axırlarından bəri bu submədəniyyətə yalnız Bakının kənd yerlərində nadir hallarda rast gəlinir. Qədeşlik yalnız Azərbaycana, xüsusilə də Bakıya xas lokal submədəniyyət idi. Bir neçə mənbəyə görə "qədeş" sözü bütün türk dillərində rast gəlinən və tat dili ilə Abşeron ləhcəsinə uyğunlaşdırılmış "qardaş" sözündən törəmişdir. Bu, qaraqalpaq və qırğız dillərində də "kiçik bacı" mənasındadır. Həmçinin, "karındaş//kerenteş//xərəntəş" başqırd sözü olub, dilin cənub dialektlərində "kiçik bacı" mənasını verir. Qədeş submədəniyyəti 1950-ci illərdə yaranmışdır. Onlar Azərbaycana, əsas olaraq Bakı və ətraf ərazilərə xasdır. Qədeşlər ilə eyni dövrdə mövcud olmuş, qədeşlərin əks qütbü olan stilyaqalar arasında baş verən antaqonizm daha çox qədeşlərin stilyaqalara təzyiq etməsi və onlara qarşı zorakılıq tətbiq etməsi ilə özünü göstərirdi.
Xeder
Xeder (idiş חדר‎ xeder — ibtidai yəhudi məktəbi; ivr. ‏חֶדֶר‏‎ — otaq) — yəhudi dini ibtidai məktəbi. Xeder adı ilk dəfə XIII əsrdə işlədilmişdir. Sonradan bu növ məktəblər Aşkenazi yəhudiləri arasında geniş yayılmışdır. XVII əsrin birinci yarısında Belarusiya və Polşada xederin fəaliyyəti N.Hanoverin "İven Metzula" ("Dərin alt") kitabında təsvir edilmişdir. O, illərdə qurulan sistem Rusiya imperiyası daxilində və Avstriya-Macarıstanın bəzi bölgələrində Birinci Dünya müharibəsinə qədər qorunub saxlanılmışdır. Talmud-tora məktəblərində olduğu kimi, xederdədə yalnız oğlanlar təhsil alırdı. Bununla belə, əgər talmud-tora valideynləri təhsil haqqını ödəyə bilmədiyi üçün kasıb uşaqlara dəstək olmaq üçün yaradılmışdısa, xederdə təhsil pullu idi. Burada müəllim (melamed) keçdiyi dərs müqabilində valideynlərindən ödəniş alırdı (belə bir haqqı almaq üçün, alaha nüfuzlu şəxslərinin qanuni tövsiyələri tələb olunurdu, çünki iman qanunlarının öyrədilməsi mitsva şəklində, yəni pulsuz həyata keçirilməli olduğuna inanılırdı). Təhsil adətən müəllimlərin evinin otaqlarından birində aparılırdı.
Gedən dənizdən də keçib gedər (film, 1962)
Don tütünü
“Donskoy tütünü” QSC və ya “Don Tobacco” — Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən siqaret və tütün istehsalı şirkəti. Siqaret istehsal edən beynəlxalq şirkət olan Japan Tobacco-nun bir qoludur. 2018-ci ildə “Don Tobacco” Rusiyanın dördüncü ən böyük siqaret istehsalçısı idi. == Tarixi == Don tütünü ilk dəfə 1857-ci ildə Rostov-na-Donuda rus sahibkarı Vasili Asmolov tərəfindən yaradılmış tütün fabrikinin varisidir. 1870-ci illərdə Asmolovun siqaretləri Vyana Ümumdünya Sərgisində, Filadelfiya Yüzillik Sərgisində və Paris Ümumdünya Sərgisində beynəlxalq arenaya tanıdılmışdı. Nəticədə Asmolovun tütün fabriki Rusiya imperatoru üçün “İmperator Əlahəzrət Məhkəməsinin Təchizatçısına” çevrildi. 1917-ci il inqilabından sonra fabrik milliləşdirildi və Don Dövlət Tütün fabriki (DSTF) adlandırıldı. 1992-ci ildə SSRİ-nin süqutundan sonra DSTF 1980-ci illərdən fabrikdə işləyən İvan Savvidi tərəfindən özəlləşdirilib. Savvidis fabrikin adını dəyişərək “Dons Tabak” qoydu. 1992-ci ilə qədər o, şirkətin səhmlərinin 75,71% -ni əldə etdi və 2003-cü ilə qədər bu vəzifəni tutaraq onun baş direktoru oldu.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Erix Reder
Erix Yohann Albert Reder (alm. Erich Johann Albert Raeder‎; 24 aprel 1876[…], Vandsbek[d], Hamburq – 6 noyabr 1960[…], Kil) — alman hərb xadimi, qross-admiralı, 1935–1945-ci illərdə Üçüncü Reyxin hərbi-dəniz qüvvələri olan Kriqsmarinenin baş komandanı.
Gezer Xan
Gezər Xan — əfsanəvi xaqan. "Abay Gesər" və ya Gesər (Kesər, Kezer) Xan, sovet mənbələrində Geser (azərb-kiril. Ҝесер) — türk, monqol və mibet, tungus əfsanələrinin qəhrəmanı. Reallaşdırdığı hücumlar və etdiyi qəhrəmanlıqlar uzun dastanlarda işlənmişdir. Tarixi bir şəxsiyyət olduğu iddia edilmiş, lakin isbat edilməmişdir. Möcüzəvi şəkildə atasız doğulmuşdur. Türk dastanlarındaki kimi yerin altına enmiş, oradan geri qayıtmağı bacarmışdır. Büke Beligte əsl adıdır. Səmadan tanrılar tərəfindən göndərildiyinə inanılır. == Gezər Dastanı == Tibet, buryat, butan, monqol versiyalarının hamısında ortaq motiv olaraq Gezər fövqəladə bir doğumla dünyaya gəlir.
Gezər xan
Gezər Xan — əfsanəvi xaqan. "Abay Gesər" və ya Gesər (Kesər, Kezer) Xan, sovet mənbələrində Geser (azərb-kiril. Ҝесер) — türk, monqol və mibet, tungus əfsanələrinin qəhrəmanı. Reallaşdırdığı hücumlar və etdiyi qəhrəmanlıqlar uzun dastanlarda işlənmişdir. Tarixi bir şəxsiyyət olduğu iddia edilmiş, lakin isbat edilməmişdir. Möcüzəvi şəkildə atasız doğulmuşdur. Türk dastanlarındaki kimi yerin altına enmiş, oradan geri qayıtmağı bacarmışdır. Büke Beligte əsl adıdır. Səmadan tanrılar tərəfindən göndərildiyinə inanılır. == Gezər Dastanı == Tibet, buryat, butan, monqol versiyalarının hamısında ortaq motiv olaraq Gezər fövqəladə bir doğumla dünyaya gəlir.
Sarı Aşığın abidəsi
Sarı Aşığın abidəsi (XVII əsr) – Laçın rayonu Güləbird kəndi ərazisində bayatı ustadı Sarı Aşığın qəbri. Həm şifahi xalq ədəbiyyatı, həm də yazılı ədəbiyyatda mahir bayatı ustası kimi tanınan Sarı Aşığın həyat yolu hələ saglığında ikən əfsanə və rəvayətlərə çevrilmiş, onun adı və sənəti əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatmışdır. XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında Həkəri çayının sağ sahilində XVII -XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olub, burada yaşayıb və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunub. Aşığın qəbrinin baş daşına onun xəyali şəkli də həkk olunub. Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir. Sarı Aşığın həyatıyla bağlı xalq arasında "Yaxşı və Aşıq" dastanı təşəkkül tapıb. Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, "bayatı qoşmaq qadın işidir" deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük verib. Aşıq əsasən əxlaqi məsələlərə toxunan bu bayatılarında cinaslardan çox ustalıqla istifadə edib.
Sarı Aşığın xatirə muzeyi
Sarı Aşığın xatirə muzeyi və ya Sarı Aşığın ev muzeyi - Azərbaycan aşıqlarından olan Sarı Aşığın ölümündən sonra Laçın rayonu, Güləbird kəndində yaradılan xatirə muzeyi. Muzey Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında, hazırkı Güləbird kəndinin ərazisində dəfn olunmuşdur. Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir. Azərbaycan SSR-i dövründə 1989-cü ildə Laçın rayonu Güləbird kəndində Sarı Aşığın abidəsi üzərində dövlət səviyyəsində tanınmış dövlət və hökumət nümayəndələri, o cümlədən Azərbaycan Yazıçılar İttifaqının və rayon ictimaiyyətinin nümayəndələri iştirakı ilə ev muzeyinin açılışı olmuşdur. Muzeyin yaradılmasında məqsəd Sarı Aşıq yaradıcılığının tanıdılması idi. Bu zaman həmin xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmışdı. Muzeyin ətrafında abadlıq işləri aparılmış və Sarı Aşığın xatirəsinə həsr edilmiş abidəsi ucaldımışdı. Muzey 1989-cu ildən 1992-ci ilin may ayına kimi Laçın rayonu Güləbird kəndində 9 nəfər işçi ilə fəaliyyət göstərmişdir.
Qətl gününün mühakiməsi
Qətl gününün mühakiməsi (ing. The Doomsday Conspiracy) — Sidni Şeldonun 1991-ci ildə yazdığı romandır.
Bakının 32 kəndi
Bakı kəndləri, həmçinin "Bakının 32 kəndi" — Bakı və Abşeronda geniş yayılmış, ənənəvi Abşeron kəndlərini ifadə edən anlayış. Bu anlayış adətən XIX əsrin sonlarında Abşeron yarımadasında getmiş sənayeləşməyə qədərki yaşayış məskənlərinə işarə etsə də, əslində Bakının sözügedən "ənənəvi" kəndlərinin sayı həmişə 32-dən çox olub. Hələ 1813-cü ildə Bakıətrafı kəndlərin sayı 37 idi. Bakı ətrafında və Abşeronda kəndlərin sayının sonuncu dəfə XVII əsrdə 32-yə bərabər olması, bu ifadənin də ən geci XVII əsrdə yaranmasını ehtimal edir. Bununla belə Bakının 32 kəndi adı altında ehtiva edilən kəndlərin bir qismi sözügedən anlayışdan xeyli sonralar yaranmışdır. 1813-cü ilin məlumatına görə, Bakıda artıq 37 kənd var idi, 1850-ci ilin dövlət sənədlərində isə bu rəqəm 40-a çatıb. Sonralar onların üzərinə Göradil, Ləş, Şüvəlan və Pirəküşkül kəndləri də əlavə olunub. 2018-ci il statistikasına əsasən Bakı şəhəri inzibati ərazisi daxilində 59 qəsəbə var.
Bakının Müdafiə Sistemi
Bakının müdafiə sistemi — 1919-cu ilin yayında Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı Bakı şəhərinin qurudan və dənizdən müdafiəsinin təşkili üçün həyata keçirilmiş hərbi tədbirlər sistemi. == Təşkili == Bakı istehkamçılar hissəsinin rəhbərliyi altında aparılırdı. Bakı ətrafında 14 müdafiə mövqeyi yaradılmışdı. Onlardan ilk yeddisi Abşeron yarımadasının müdafiə xətti boyunca qurulmuşdu. Bakının müdafiəsi üçün Biləcəri, Böyükşor — Razin dağı və Əhmədli yüksəkliyindən keçən xətt boyunca qurulmuş mövqelər Abşeron yarımadasının müdafiə mövqelərinin davamı kimi nömrələnmişdi. 8-ci dayaq qrupu Biləcəridə, 9-cu qrup Dərnəgüldə, 10-cu Keşlədə, 11-ci Güvüldağda, 12-ci Əhmədlidə, 13-cü Sultan (Zığ) burnunda, 14-cü isə Nargin adasında yerləşdirilmişdi. Bu qrupların hər biri üçün 2 piyada bölüyü, 8 ədəd pulemyot və 2 ədəd top ayrılmışdı. Dayaq qrupları üçün s əngərlər qazılmış, onların arasında əlaqələr yaradılmış, atəş mövqeləri düzəldilmiş və ətrafında tikanlı məftillərdən maneələr qurulmuşdu. Bakı ətrafının müdafiə xəttinin ümumi uzunluğu 40 verstə qədər idi. == Dənizdən müdafiə sistemi == Bakının dənizdən müdafiəsinin təşkili üçün aşağıdakı tədbirlər həyata keçirilirdi: dənizdən Bakıya girəcək marşrutlann müşahidəsi; Bakı hüdudlarının dənizdən qorunması üçün artilleriya müdafiəsinin təşkili; Bakı buxtasında dəniz polisinin yaradılması.
Bakının alınması (1501)
Bakının mühasirəsi — Bakının 1501-ci ildə İsmayılın başçılıq etdiyi qızılbaşlar tərəfindən mühasirəyə alınması. Burada İsmayıla bildirilir ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə itaət etməkdən və "xərac verməkdən" imtina edir. Belə olduqda İsmayıl, Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu Bakını tutmaq üçün göndərir. Qalanı ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət edir. Əmirlərin müşayiəti ilə şəhərə yaxınlaşan İsmayıl qala divarlarını, qüllələri, qapıları və xəndəyi bir-bir gəzib nəzərdən keçirir. Qalaya hücumun çətinliklərlə bağlı olacağını və itkilərlə nəticələnə biləcəyini başa düşən Səfəvilər bakılılarla dialoqa girib, şəhəri təslim etməyə razı salmağı qərara alır. Qalanın müdafiəsinə, Fərrux Yəsarın oğlu olan Qazı bəyin arvadı başçılıq edirdi. İsmayıl öz səfirini "Qazı bəyin və onun arvadının" hüzuruna göndərir. Qızılbaş səfirinin təslim olmaq haqqında tələbinə cavab olaraq Qazı bəyin arvadı onun edam olunmasını əmr edir. Belə olanda Bakı darğası Əbülfəth bəy onu İsmayılın qəzəbi ilə qorxudaraq bu addımı atmaqdan çəkindirməyə cəgd göstərir.
Bakının görməli yerləri
Bakının görməli yerlərinin siyahısı — Azərbaycanın paytaxtı və ən böyük şəhəri olan Bakı şəhərinin turizm potensialı ilə bağlıdır. Siyahıda şəhərin turistik və görməli yerləri — teatrlar, kinoteatrlar, saraylar, konsert zalları, parklar, muzey və qoruqlar, habelə ibadət yerləri, idman arenaları və s. öz əksini tapmışdır. Ümumi məlumat olaraq sahəsi 2130 km² olan Bakı şəhəri Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir və şəhərin tərkibinə 12 inzibati rayon, 5 şəhər tipli qəsəbə və 32 kənd daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 metr (92 ft) aşağıdır. Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqində top onluğa düşmüşdür.
Bakının inzibati bölgüsü
Bakının inzibati bölgüsü - Bakı şəhərinin inzibati bölgüsü hal-hazırda şəhər rayonlarından ibarətdir. Bakı şəhərinin 12 rayonu vardır. == Tarixi == Bakı şəhərinin 1 iyun 1940-cı il tarixli məlumata görə rayonlarının sayı 17, 1 yanvar 1953-cü il tarixli məlumata görə rayonlarının sayı 13, 1 yanvar 1965-ci il tarixli məlumata görə rayonlarının sayı 13 olmuşdur.
Miras: Bakının sirri
Bakının işğalı (1723)
Bakının işğalı və ya Bakının tutulması — Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü zamanı (1722-1723) baş vermiş döyüşlərdən biridir. Bakının hələ 1722-ci ildə, Dərbəndin alınmasından sonra işğal edilməsi planlaşdırılırdı, lakin dənizdə baş verən davamlı tufanlar bunu həyata keçirməyə imkan vermədi. Bakının dənizdən mühasirəsi 1723-cü ilin iyulunda başladı. 4 günlük güclü bombardmandan sonra bakılılar təslim olublar. == Zəmin == Dərbəndin işğalından sonra Rusiyaya qayıdan I Pyotr böyük hərbi-strateji və iqtisadi əhəmiyyət kəsb edən Bakı qalasını almaq üçün plan tərtib etdi. Bakının tutulması Rusiya imperiyasına Xəzər dənizində iri dəniz limanlarından birini əldə etməyə imkan verirdi ki, bu da gələcəkdə rus tacirlərinə Şərq ölkələri ilə dəniz yolu ilə fəal ticarət aparmağa imkan verəcəkdi. Çar hökuməti Bakının neft yataqlarının istismarında çox maraqlı idi. Abşerondakı neft quyularının əksəriyyəti xanın mülkiyyəti idi. Ağ neft çıxarılan quyular daşla bağlanırdı və bu lövhədə Bakı xanının adı yazılırdı. I Pyotr bu yerlərdə möhkəmlənmək üçün Xəzərsahili vilayətlərdən, xüsusən Bakıdan yerli camaatı – azərbaycanlıları köçürüb, onların torpaqlarında erməniləri, gürcüləri və rusları yerləşdirmək, özünə xaçpərəstlərdən ibarət istinadgah yaratmaq istəyirdi.
Basilan
Basilan (taqal Basilan) — Filippinin cənubunda yerləşən ada. == Coğrafi yerləşmə == Filippin arxipelaqına daxil olan 7107 adadan biridir. lokal olaraq isə Sulu arxipelaqının 400 adasından biridir. Adanın sahəsi 1234,2 km², uzunluğu 66 km, eni 44 km təşkil edir. Adada 293 322 nəfər yaşayır (2010). Mindoro adasından 17 km enə malik Basilan boğazı ilə ayrılır. Adanın qərbindən şərqinə dağ silsiləsi keçir. Cənubunda hündürlüyü 1020 metr olan zirvə vardır. == Əhalisi == Ərazisinin 4/5 hissəsi Basilan vilayətinə daxildir. Basilan vilayəti Müsəlman Mindanao Muxtar Bölgəsinə daxildir.
Faminin
Faminin və ya Pambıqlı — İranın Həmədan ostanında yerləşən şəhər, Faminin şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 14019 nəfər və 3634 ailədən ibarət idi. Bu şəhərin köhnə adı "Pambıqlı" olub. Əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar .
Kalinin
Kalinin (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kalinin vilayəti — Tver vilayətinin 1990-cı ilə qədərki adı. Kalinin rayonu (Ufa) — Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin rayonu. Mixail Kalinin — SSRİ dövlət xadimi.
Tulonun mühasirəsi
Tulonun mühasirəsi (18 sentyabr - 18 dekabr 1793-cü il) — Birinci Koalisiya müharibələri çərçivəsində Fransanın cənubundakı Toulon şəhərində müttəfiqlərin dəstəyi ilə baş tutan royalistlərin üsyanına qarşı respublikaçı qüvvələrin hərbi əməliyyatı. Bu Fransa inqilabı müharibələrinin epizodu ilə Napoleon Bonapartın karyerasında yüksəliş başlamışdır. 1793-cü il fevralın 1-də Fransız inqilabçıları İngiltərə ilə, martın 7-də - İspaniya ilə müharibəyə başladılar. Bundan sonra may ayında Toulonda toplaşan bir qrup kral tərəfdarı respublikaya qarşı üsyan qaldırdı. 1793-cü ilin yay ayları, Fransa inqilabının dördüncü ilinin başlanğıcı idi. Anarxiyanın bir addımlığında olan, bir il öncə respublika elan olunan Fransada Yakobinlərin ekstrimist siyasi eksperimentləri dövrü idi. Mərkəzçilərə başçılıq edən Robespyerin mühüm siyasi gücə çevrildiyi, iyulun 23-də solçu Maratın gənc jirondist tərəfindən sui-qəsdə qurban getdiyi bu yay günlərinin davamında cərəyan edəcək hadisələr nəinki Fransanın, bütün Avropanın taleyinə köklü şəkildə təsir eləmişdir. Mübahisəli şəxsiyyət olan Robespyerin radikal siyasi fikirləri və davamında inqilabın düşməni ola biləcək hər kəsin kütləvi terrora məruz qalması xalqı dəhşətə gətirmişdi. Yeni respublikada birliyi təmin etmək ümidi ilə Milli Konvent Habsburqlara müharibə elan etmişdi. Fransadakı hadisələr Avropa monarxlarını çox narahat edirdi və bu siyasi dəyişikliklər Prusiya ilə də müharibəyə səbəb oldu.
Martti Turunen
Marutey Tsurunen (弦念 丸呈, Tsurunen Marutey, 30 aprel 1940) – finəsilli Yaponiya siyasətçisi. O, Yaponiya parlamentinə seçilmiş ilk xaricdə doğulmuş Avropa əsilli şəxsdir. Yaponiya Demokratlar Partiyasının üzvüdür. 2001–2013-cü illərdə Müşavirlər Palatasında fəaliyyət göstərmişdir. == İlk illəri == Tsurunen Finlandiyanın Lieksa bələdiyyəsinin Höntönvaara kəndində Martti Turunen adı ilə doğulmuşdur. Uşaqlığını Yaankonvaara kəndində keçirmişdir. Davam müharibəsi zamanı o və ailəsi sovet əsgərlərinin kəndə etdikləri hücumdan sağ çıxan azsaylı şəxslərdən biri olmuşdur. 1967-ci ildə həyat yoldaşı ilə birlikdə lüteran missiyası çərçivəsində Yaponiyaya səyahət etmişdir. 1979-cu ildə Yaponiya vətəndaşlığına keçmiş, 1981-ci ildə Kanaqava prefekturasında yerləşən Yuqavara qəsəbəsinə köçmüşdür. == Siyasi karyerası == Tsurunen 1992-ci ildə Yuqavara qəsəbə şurasına namizəd olmuş və 1051 səslə seçilmişdir.