Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elcan
Elcan — kişi adı.
Elman
Elman — kişi adı. Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankın və Azərbaycan Şahmat Federasiyasının sədri. Elman Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Elman Nəsirov — Politoloq, Siyasi şərhçi Elman Qədirov — İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun radio üzrə müavinidir. Jurnalist Elman İsgəndər — biologiya elmləri doktoru, professor, Elman Əliverdiyev — "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1987). Elman Eldaroğlu — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Elxan
Elxan — Elxanilər dövlətinin hökmdarının titulu. Elxanilər eyni anda "Xan" titulu da daşıyırdılar. Bu titula 1260-cı ildən öncə mənbələrdə rast gəlinmir. Mənası "əsl xan" deməkdir.Digər yozuma görə isə mənası "Bir elin (torpağın, xalqın) xanı" deməkdir. == Qaşqaylarda == Bu titul 1818–1819-cu illərdə Qaşqayların tayfa başçısı Can Məhəmməd xan tərəfindən yenidən qəbul edilmişdir və titul nəsildən-nəsilə ötürülmüşdür. Bu nəsildən son elxan Nasir xan 1954-cü ildə Məhəmməd Musəddiqə dəstəyindən ötrü sürgün olundu və 1984-cü ildə Qaşqayların son elxanı olaraq vəfat etdi.
Elman Qasımov
Elman Əsgərov
Elman Əsgərov (13 sentyabr 1975) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == 1993-cü ildə gənclər arasında Avropa Çempionatını yeddinci pillədə başa vurmaqla beynəlxalq turnirlərdə debüt edən Elman Əsgərov birinci uğuruna 1996-cı ildə Tehran şəhərində (İran) tələbələr arasında Dünya Çempionatının bürünc medalına sahib olmaqla imza atdı. 1998-ci ildə Dünya Çempionatını 11-ci pillədə başa vuran Elman Əsgərov daha 1999-cu ildə Avropa Çempionatını 5-ci, Dünya Çempionatını isə 10-cu pillədə başa vurdu. Elman Əsgərov 2000-ci ildə Dünya Olimpiya Təsnifat Turnirində 11-ci pillənin sahibi oldu və olimpiya lisenziyasına sahib ola bilmədi. Növbəti illərdə Elman Əsgərov 2000-ci ildə Avropa Çempionatında 8-ci, 2002-ci ildə isə Avropa Çempionatında 8-ci və Dünya Çempionatında 5-ci pillələrin sahibi oldu. 2002-ci ilin mayında Elman Əsgərov Azərbaycanda baş tutan Avropa Çempionatının final görüşündə Rusiya nümayəndəsi Zaur Botayeva məğlub olmaqla turnirin gümüş medalına sahib oldu. Daha sonra Elman Əsgərov 2002-ci ildə Dünya Çempionatını 12-ci, 2003-cü ildə isə 22-ci pillələrdə başa vurdu. 2004-cü ildə Bolqarıstanda Dünya Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib olan Elman Əsgərov olimpiya lisenziyasına sahib oldu. Elman Əsgərov olimpiadadan əvvəl Almaniya Qran-Prisinin qalibi oldu. Elman Əsgərov Azərbaycanı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi.
Elvan Can
Elvan Can — Türkiyə və Avropa rekordçusu, Efiopiya əsilli türk orta və uzun məsafə qaçışçı. == İlk illər == Elvan Hevan Abeye olaraq 1982-ci ildə Əddis-Əbəbədə yeddi uşaqlı bir ailənin altıncı övladı olaraq dünyaya gəlib. İdmana ilk dəfə dostları ilə futbol oynayaraq başlayıb. Onun qaçış qabiliyyəti üzə çıxır və o, on dörd yaşında məktəbin bədən tərbiyəsi müəllimi tərəfindən atletikaya yönəldilib. 1999-cu ildə Şimali İrlandiyanın paytaxtı Belfastda keçirilən IAAF Dünya Kros Çempionatında Efiopiyanın yeniyetmələrdən ibarət komandasında karyerasına başlayıb və yarışı 9-cu yerdə başa vurub. Orada onu İstanbula görüşə dəvət ediblər. İstanbula gəlincə, səlahiyyətlilər onu bəyəndiklərini bildirirlər. O zaman Abeylegesse "Efiopiyadakı federasiyamdan kifayət qədər dəstək ala bilmədim. Türkiyədə hədəflərimə çatmağın daha asan olacağını düşündüm" dedi. Onu on yeddi yaşında ENKA-ya idmançı axtaran iş adamı Öndər Özbilən kəşf edib və ailəsinə iki il ərzində ayda 300 dollar ödəmək şərti ilə Türkiyəyə gətirilib.
Elcan Balabəyli
Elman Paşayev
Elman Məhərrəm oğlu Paşayev (22 dekabr 1971, Şişqaya, Vardenis rayonu) — Rusiyada fəaliyyət göstərmiş Azərbaycan əsilli hüquqşünas, vəkil. Paşayev Rusiyada məşhur və VİP şəxslərin vəkili kimi məşhurlaşıb. Onun müştəriləri arasında məşhur şoubiznes nümayəndələri, iş adamları və aktyorlar olub. O, xüsusilə Aktyor Mixail Efremovun məhkəmə işində iştirakı nəticəsində şöhrət qazanıb. == Həyatı == Elman Məhərrəm oğlu Paşayev (22 dekabr 1971, Vardenis rayonu və ya Ermənistan SSR) 22 dekabr 1971-ci ildə Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub. 1991-ci ildə hərbi xidməti başa vurduqdan sonra jurnalist, daha sonra Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı kimi çalışıb. Elman Paşayev 1997-ci ildə Moskvaya köçüb və burada hüquq karyerasına başlayıb. Birinci Moskva Hüquq İnstitutunda (hüquqşünaslıq ixtisası), Moskva Dövlət Hüquq Akademiyasında (hüquqşünaslıq ixtisası) və Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Dövlət İdarəçilik Akademiyasında (kadr siyasəti üzrə dövlət qulluğu ixtisası) təhsil alıb. O, Moskva Dövlət Hüquq Akademiyasında kriminalistika ixtisası üzrə aspirant olub. 2004-cü ildə Moskva "Egida" Vəkillər Kollegiyasına qəbul olunub.
Elxan İbrahimov
Elxan Paşa oğlu İbrahimov (30 iyul 1969, Bakı) Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ Müharibəsinin iştirakçısı. == Həyatı == 1976–1986-cı illərdə Bakı şəhəri 167 nömrəli orta məktəbə təhsil alıb və məktəbi fərqlənmə ilə (medalla) bitirib. 1986-cı ildə "N. Nərimanov" adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və 1992-ci ildə həmin İnstitutu müalicə işi ixtisası üzrə bitirib. Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == === Xüsusi və hərbi xidmət === Elxan İbrahimova 15.11.2000-ci ildə tibb xidməti leytenantı hərbi rütbəsi verilməklə o, 16.09.2003-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 saylı Poliklinikasında xidmətə başlayıb. 2003–2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarının Baş İdarəsinin Hərbi-həkim Komissiyasının sədri, 06.12.2013-cü il tarixdən 12.03.2020-ci il tarixədək Tibb Baş İdarəsi rəisinin müavini – Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi (komissiyanın sədri), 12.03.2020-ci il tarixdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini vəzifələrində xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 09.04.2021-ci il tarixli 2568 nömrəli Sərəncamı ilə "tibb xidməti general-mayoru" ali hərbi rütbəsi verilmişdir. === İkinci Qarabağ Müharibəsində iştirakı === 10.06.2020-ci il tarixdən 26.02.2021-ci il tarixədək İkinci Qarabağ Müharibəsində Tibb Baş İdarəsinin rəisi kimi xəstə və yaralıların vaxtında təxliyəsi və ilkin tibbi yardımın təşkilində Ordunun tibb xidmətinə rəhbərlik edib. AZƏRTAC İnformasiya Agentliyinin 06.01.2021-ci ilı tarixli verilişində Tibb Xidməti rəisi vəzifəsini icra edən Elxan İbrahimov hərbi şəraitdə tibb xidmətinin təşkili barədə ictimaiyətə geniş məlumat vermiş, eyni zamanda hərbi reabilitasiya mərkəzinin işini işıqlandırmışdır. == Təltifləri == === Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş təltiflər === Azərbaycan Respublikası Prezidentinin 09.03.2011-ci il tarixli 1387 nömrəli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı; Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli 1291 nömrəli Sərəncamı ilə "Əməkdar həkim" fəxri adı; Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli 2348 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni.
Elcan Hacıyev
Elcan Hacıyev (29 aprel 2002) — Azərbaycanı təmsil edən cüdoçu; 2024-cü il Avropa Çempionatının qalibi. == Karyerası == Elcan Hacıyev 2019-cu ildə Antalya şəhərində yeniyetmələrin beynəlxalq turnirini və U-18 Azərbaycan Çempionatını gümüş medallarla başa vurdu. 2020-ci ildə isə Poreç şəhərində (Xorvatiya) yeniyetmələrin Avropa Çempionatını beşinci pillədə tamamladı. Elcan Hacıyev 2021-ci ildə İtaliyada gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Noyabrda isə Azərbaycanda IJF Grand Slam turnirini bürünc medalla başa vurdu. 2022-ci ildə Tbilisi şəhərində də (Gürcüstan) IJF Grans Slam turnirinin bürünc medalına sahib olan Elcan Hacıyev mövsüm ərzində Praqa şəhərində (Çexiya) gənclər arasında Avropa Çempionatının qalibi oldu, Ekvadorda isə gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu. Elcan Hacıyev 2023-cü ilin yanvarında Portuqaliyada IJF Qran-Prisində gümüş, iyununda isə Düşənbədə IJF Qran-Prisində bürünc medallara sahib oldu. Komanda hesabında iyulda Çinin Çendu şəhərində Universiada Oyunlarını bürünc medalla başa vurdu. 2024-cü il Elcan Hacıyev üçün ən uğurlu mövsümlərdən oldu. Yanvarda Portuqaliyada IJF Qran-Pri turnirini bürünc, fevralda Fransada IJF Grand Slam turnirini gümüş, martda Gürcüstanda IJF Grand Slam turnirini gümüş medallarla başa buran Elcan Hacıyev apreldə Xorvatiyanın Zaqreb şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa çempionu oldu.
Elman İbrahimov
Elman Cavanşir oğlu İbrahimov– (14 yanvar 1946-cı il, Zəngilan rayonu), riyaziyyatçı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsi, Riyaziyyat üzrə Elmlər doktoru == Həyatı == Elman Cavanşir oğlu İbrahimov 1946-cı ildə Azərbaycan Respublikasının Zəngilan rayonunda anadan olmuşdur. 1970-ci illərdə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin institutun "Hesablama riyaziyyatı və ehtimal nəzəriyyəsi" kafedrasında laborant vəzifəsində işləyib. 1975-ci ildə "Sfera üzərində ümumləşmiş funksiyalar sinfi və ultrasferik sıraların cəmlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1977–1978-ci illərdə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun hesablama mərkəzində riyazi-proqramlaşdırıcı, 1978–1984-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının "Ali riyaziyyat" kafedrasında baş müəllim, 1954–2015 ilə qədər dosent vəzifəsində işləyib. 2015-ci ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsində baş elmi işçi vəzifəsində işləyir. 2018-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda "Qeqenbauer diferensial operatorunun doğurduğu harmonik analizin bəzi aspektləri haqqında" mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən 4 iyul 2018-ci ildə riyaziyyat üzrə Elmlər Doktoru elmi dərəcəsi verilmişdir. == Elmi nailiyyətləri == Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, riyaziyyat elmləri doktoru Elman İbrahimov riyaziyyat elmində Gegenbauer diferensial operatorunun doğurduğu harmonik analizə yeni inteqral çevirmə gətirib. Elman İbrahimov yaxınlaşma nəzəriyyəsində düz cekson və tərs bernşteyn teoremlərinin isbatını məhz Gegenbauer çevrilmələrinin vasitəsilə aparıb. Daxiletmə teoremləri riyazi fizika tənliklərinin ümumiləşmiş həllinin tapılması ilə bağlıdır.
Elxan Nəcəfi
Delfan şəhristanı
Dilfan şəhristanı — İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nurabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 137,385 nəfər və 29,257 ailədən ibarət idi.
Eduard Elyan
Eduar Vaqanoviç Elyan (20 avqust 1926-cı il, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ — 6 aprel 2009-cu il, Rostov) — Tupolev konstruktor bürosunun təyyarəçi-yoxlayıcısı. SSRİ-nin əməkdar təyyarəçi-yoxlayıcısı (1967), Sovet İttifaqı Qəhrəmanı (1971), polkovnik. == Həyatı == 1926-cı il avqustun 20-də Bakı şəhərində anadan olmuşdur. Ermənidi. 1938—1944-cü illərdə o, Moskva, Sverdlovsk və Norilskdə yaşamışdır. 1944-cü ildə Sverdlovsk Hərbi Hava Qüvvələrinin xüsusi məktəbini bitirmişdir. 1944-cü ilin iyun ayından orduya qoşulmuşdur. 1944-cü ildə Buquruslan şəhərində 9-cu hərbi aviasiya məktəbini bitirmişdir. 1948-ci ildə isə təyyarəçilərin Borisqlebsk hərbi aviasiya məktəbini. 1951-ci ilə qədər orada təyyarəçi-instruktor idi.
Elman Abbasov
Elman Abbasov (tam adı: Abbasov Elman Abbas oğlu; 25 iyul 1953, Naxçıvan – 2 mart 2016) — Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı. == Həyatı == Elman Abbasov 25 iyul 1953-cü ildə Naxçıvanda anadan olmuşdur. 2 mart 2016-cı ildə vəfat etmişdir. == Siyasi-ictimai fəaliyyəti == Elman Abbasov 01.06.1972-ci il tarixindən 05.05.1974-cü il tarixinədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi xidmət keçmiş və Ehtiyat zabit hazırlığı kursunun tank komandiri ixtisasını bitirdiyinə görə SSRİ Müdafiə Nazirinin 28.08.1974-cü il tarixli müvafiq əmrinə əsasən "Kiçik Leytenant" hərbi rütbəsi verilmişdir. Zaqafqaziya Hərbi Dairəsi Komandirinin 23.06.1979-cu il tarixli müvafiq əmri ilə "ehtiyatda olan leytenant" və 23.07.1984-cü il tarixli müvafiq əmri ilə "ehtiyatda olan baş leytenant" hərbi rütbəsi verilmişdir. Elman Abbasov Naxçıvan Mülki Müdafiə Qərərgahının rəisi, Babək rayonu XDS İcrayə Komitəsinin şöbə müdiri, Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq, sərhədlərinin toxunulmazlığını təmin etmək məqsədilə yaradılan Xalq ordusunun komandiri olaraq fəaliyyət göstərmişdir. Naxçıvan Muxtar Respublikasl Ali Məclisinin 20.09.1991-ci il tarixli Fərmanı ilə Elman Abbasov Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin sədri təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 27.07.1992-ci il tarixli müvafiq əmri ilə o, 5-ci əlahiddə motoatıcı briqadanın komandiri vəzifəsinə təyin edilmiş və AR Müdafiə Nazinin 28.11.1992-ci il tarixli əmri tutduğu vəzifədən azad edilmişdir. O, həmçinin, 705 saylı hərbi hissənin ilk komandiri və Naxçıvan Ali Məclisi Rəyasət Heyətinin müdafiə məsələləri şöbəsinin müdiri olaraq da çalışmışdır. Elman Abbasov 28 aprel 1994-cü il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Elman Abdullayev
Elman Telman oğlu Abdullayev (1976, Kirovabad) – Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2014–2020). == Həyatı == 1976-cı ildə Gəncədə anadan olub. Gəncə şəhər 14 saylı orta məktəbi bitirib, ali təhsilini Misirin Qahirə Universitetində alıb. Magistr dərəcəsinə ABŞ-nin Kaliforniya Dövlət Universitetində yiyələnib. 1999-cu ildən Azərbaycan XİN-də işləyir. Yaxın Şərq idarəsində, Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyində xidmət edib, Los-Ancelesdəki Baş konsulluğunda konsul vəzifəsində çalışıb. 18 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 16 dekabr 2020-ci ildə vəzifəsindən geri çağırılıb. Azərbaycan və rus dillərindən başqa, ərəb, fars, ingilis və fransız dillərini bilir. İki övladı var.
Elman Araslı
Elman Araslı (2 avqust 1933, Bakı – 22 avqust 2014) — Şərqşünas alim, filologiya elmləri doktoru, professor, diplomat, Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyadakı keçmiş səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəsi. == Həyatı == Elman Araslı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. 1961-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edir. Misirdə SSRİ Ticarət nümayəndəliyində işləyir, SSRİ-nin Bağdaddakı Mədəniyyət Mərkəzinin Baş direktoru olur, burada səfirliyin birinci katibi kimi ilk dəfə olaraq diplomatik fəaliyyətə başlayır, diplomatik nomenklaturaya daxil olur. 65 ölkədə nümayəndəliyi, filialları olan Sovet Dostluq Cəmiyyəti adlandırılan (SSOD) nüfuzlu qurumda beş il Yaxın və Orta Şərq ölkələri şöbəsinə rəhbərlik edir, “RSFSR-in əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür. 1980-1984-cü illərdə SSRİ-nin İordaniya, Yəmən səfirliyində çalışır, həm də Sovet Mədəniyyət Mərkəzinin baş direktoru vəzifəsini daşıyır. Elman Araslı Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyada səfiri kimi xidmət edib, İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndə olub. 22 avqust 2014-cü ildə vəfat etmiş, 23 avqustda dəfn olunmuşdur. == Ailəsi == Elman Araslı filologiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, ədəbiyyatçı, tənqidçi Həmid Araslının oğludur.
Elman Babaxanov
Elman Babayev
Elman Babayev (d. 30.09.1977, Yerfi kəndi, Quba) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Babayev Elman Şahbaba oğlu 30 sentyabr 1977-ci ildə Quba rayonun Yerfi kəndində ziyalı ailəsində anadan olmuşdur. 2001–2008-ci illərdə "Kaspi" qəzetində və "Trend" İnformasiya Agentliyində jurnalist vəzifəsində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib. 2008–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri¸ 2012–2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib. 2014–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikası Təhsli Nazirliyi Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. 2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Ailəsi == Ailəlidir, 2 oğlu,1 qızı var.
Elman Bədəlov
Elman Kərim oğlu Bədəlov (4 iyun 1929, Ağdam – 25 iyun 1991, Bakı) — kamançaçalan, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Elman Bədəlov 4 iyun 1929-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Gənc yaşlarından musiqi ilə məşğul olmuş, tar və kamaça alətlərində məharətlə çalmışdır. Ağdam Dövlət Dram Teatrının tamaşalarında , kosertlərlə çıxış etmiş, Azərbaycan gənclırinin II festivalının laureatı olmuşdur (1957). Bununla yanaşı , Ağdam Pedoqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil almış və müəllim kimi çalışmışdır (1947-1951) Peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində (1957-1961) və Azərbaycan Dövlət Konservatoriyasında (1975-1980) almışdır. 1958-ci ildən ömrünün sonuna kimi AzTRV QSC S.Rüstəmov adına xalq çalğı ansambl orkestrinin solisti və kamaça qrupunun konsertmeysteri olmuşdur. Elman Bədəlov solo ifaçı və muğam üçlüyünün tərkibində konsertlərdə çıxış etmiş, bir çox ölkələrdə (Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və başqa ölkələrdə qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında çıxış etmişdir. Kamançada çaldığı "Bayatı-Şiraz" "Dilkəş", "Şüştər" və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi. Elman Bədəlov 25 iyun 1991-ci ildə vəfat etmişdir.
Elman Cavadov
== Siyahı ==
Elman Cəfərli
Elman Cəfərli (tam adı: Cəfərli Elman Niyazil oğlu; 16 iyul 1975, Quzanlı, Ağdam rayonu) — jurnalist, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri. == Həyatı == Elman Cəfərli 16 iyul 1975-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. 1982-1992-ci illərdə orta təhsil, 1992-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb. 1997-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1998-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və Azərbaycan Müəllimlər İnstitutunda müəllim işləyib. == Mətbuatda fəaliyyəti == 1999-cu ildən Azərbaycan mətbuatında yazılarla çıxış edir. 2000-ci ildə "Haqq yolu" qəzetində müxbir işləyib. 2001-2015-ci illərdə "Olaylar" qəzetində müxbir, həmçinin 2007-ci ildən həmin qəzetdə redaktor vəzifəsində çalışıb. 2015-2021-ci illərdə "Cümhuriyət" qəzetinin redaktoru olub. Yazıları "Olaylar", "Cümhuriyət", "Türküstan" qəzetlərində, www.karabakhinfo.com beynəlxalq elektron jurnalında, modern.az, cebhe.info saytlarında yayımlanıb.
Elman Eldaroğlu
Elman Eldaroğlu (tam adı: Elman Eldar oğlu Mustafayev) — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Elman Eldar oğlu Mustafayev 3 yanvar 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1973-1976-cı illərdə Sumqayıt şəhərində fəaliyyət göstərən 9 saylı orta məktəbdə ibtidai təhsilini alıb. 1976-1981-ci illərdə 17 saylı orta məktəbdə oxuyub. 8 illik təhsilni həmin məktəbdə başa vurduqdan sonra 1981-1985-ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsilini davam etdirib, eyni zamanda "Sosialist Sumqayıtı" qəzetində fəaliyyət göstərmiş iki illik jurnalistika kursunda bu peşənin sirlərinə yiyələnərək, həmin qəzetin ştatdankənar müxbiri işləyib. 1985-1987-ci illərdə Sovet qoşunlarında, 1995-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1987-ci ildə istehsalatdan ayrılmadan Ç. İldırım adına Azərbaycan Politexnik İnistitutuna qəbul olunub. Yardımlı Xeyriyyə Cəmiyyəti ictimai birliyinin yaradıcısı, "Yardımlının səsi" müstəqil qəzetinin təsisçisi və baş redaktorudur. "Alın yazısı", "Bir yarpaq ömrü" şeir, "Bir elin övladları", "Ömrün Yardımlı döngəsi" publisistik kitabların və 20-dən çox maarifləndirici kitabçanın müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin, eləcə də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.
Elxan Bəşirov
Elxan Nəcəfov
Elxan Tarqulu oğlu Nəcəfov (1982, Nehrəm, Babək rayonu) — Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini və təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən (2023–2024), Naxçıvan Muxtar Respublikasının təhsil naziri (2024). == Həyatı == Elxan Nəcəfov 1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Nəcəfov magistr dərəcəsi üzrə təhsilini 2016-cı ildə tamamladıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura səviyyəsinə qəbul olub. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == Elxan Nəcəfov pedaqoji fəaliyyətinə ümumtəhsil məktəblərində müəllim kimi başlayıb, bir müddət "Hədəf" Tədris Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor vəzifəsində çalışıb. O, bundan əlavə, İxtisasartırma İnstitutunda təlimçi-müəllim olub, Dövlət Gömrük Komitəsinin Akademiyasında və Bakı Biznes Universitetində isə "Azərbaycan dili və nitq mədəniyyəti", "Azərbaycan dilində işgüzar və akademik komminukasiya" fənlərini tədris edib. Nəcəfov 2016–2020-ci illərdə AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunda çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. O, 2021-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə, 2022-ci ilin aprel ayında isə Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub. 2023-cü il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimovun sərəncamı ilə Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib və bu sərəncama əsasən Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edib.
Əlvan
Əlvan— İranın Xuzistan ostanının Dəşt Azadegan şəhristanının Əlvan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,100 nəfər və 1,081 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Əlvan (Culfa)
Əlvan (fars. لوان‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (24 ailə).
Əlvan Hüseynov
Əlvan Kəbirli
Əlvan Mədət oğlu Əliyev (Əlvan Kəbirli) (25 iyul 1947, Salmanbəyli, Ağcabədi rayonu – 3 mart 2014) — Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı (1991 – 1993-cü illər), Azərbaycan Respublikasının qabaqçıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 1947-ci ilin 25 iyulunda Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. İlk təhsilini Salmanbəyli kənd yeddiillik məktəbində alıb. 1964-cü ildə Ağcabədi şəhər 2 nömrəli onbirillik məktəbini bitirib.1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olub və 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.1968-ci ildə dövlət təyinatı ilə Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib. 1968-ci ilin noyabrından 1969-cu ilin dekabrınadək Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1974–1977-ci illərdə S. M. Kirov adına ADU-nun (indiki BDU) fəlsəfə elmləri üzrə əyani aspiranturasında təhsil alıb və H. Zərdabi adına KDPİ-yə (indiki GDU) qayıdıb. 5 fevral 1975-ci ildə ailə həyatı qurub, 3 övladı var. 1982-ci ilin sentyabrından 1983-cü ilin fevralınadək Rostov Dövlət Universitetində (Rusiya Federasiyası) ixtisasartırma kursu keçib. Ömrünün sonuna kimi Gəncə Dövlət Universitetinin sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb. == Əmək fəaliyyəti == 1968-ci ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) "Fəlsəfə və elmi kommunizm" kafedrasında (indiki "Sosial fənlər" kafedrası) müəllim kimi əmək fəaliyyətinə başlayıb 1987-ci ildən həmin kafedrada baş müəllim vəzifəsində çalışıb 1983 – 1989-cu illərdə institut partiya komitəsi katibinin müavini və Xalq Nəzarəti Qrupunun sədri vəzifəsində çalışıb 1990-cı ildə Gəncə şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib 1991 – 1993-cü illərdə Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil İşçisi" döş nişanına layiq görülüb 2007-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub 2012-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Qızıl Qələm" Media Mükafatı ilə təltif edilib Bir kitabın, 42 elmi məqalənin və yüzlərlə elmi – populyar məqalənin müəllifidir == İctimai-siyasi fəaliyyəti == Əlvan Kəbirli elmi-pedaqoji fəaliyyətlə bərabər 1980-ci illərin sonlarında vüsət almış milli-azadlıq hərəkatının də ön sıralarında mübarizə aparıb.
Əlvan ağacdələn
Əlvan ağacdələn (lat. Dendrocopos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinə aid heyvan cinsi.
Əlvan eliya
Əlvan eliya (lat. Aelia virgata Klug.) — buğumayaqlılar tipinin yarımsərtqanadlılar dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu növ digər Aelia növlərindən əsasən qarnının altında olan 6 cərgə düzülmüş dördbucaqlı tünd ləkələrin olması ilə fərqlənir. Ortadakı iki cərgədə ləkələr kiçikdir. ətraf ləkələr bəzən birləşib tünd zolaq əmələ gətirir. Bu növə tək – tək təsadüf edilir. == Yayılması == Əlvan eliya Talışda yüksək dağlıq hissədə, kiçik Qafqazda isə Gəncə zonası rayonlarında geniş yayılmışdır. Bu növün kütləvi çoxalmasına təsadüf ediməmişdir. Bioloji xüsusiyyətləri şişbaşlı eliyankına oxşardır.
Əlvan eritrina
Əlvan eritrina (lat. Erythrina variegata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin eritrina cinsinə aid bitki növü.
Əlvan qalınalın
Əlvan qalınalın (lat. Hypophthalmichthys nobilis) — Sümüklü balıqlar sinfinə, Çəkikimilər fəsiləsi daxil olan balıq növü. Sürü halında yaşayan bu balıqlar əsasən Asiya qitəsində təbii arealda yayılmışdır. Bu növ 146 sm uzunluğa, 40 kq çəkiyə sahib ola bilir. Uzaq Şərqin Sakit okeana tökülən çaylarında yayılmışdır. 1960-cı illərin əvvəllərində Ağ amur, Əlvan qalınalın, və Ağ qalınalın iqlimləşdirmək məqsədilə Amur çayı hövzəsindən gətirilərək Azərbaycanın su hövzələrinə buraxılmışdır. Keçmiş Sovetlər birliyi ölkələrinə daxil olan Avropada yerləşən respublikaların sularına da buraxılmışdır. Bununla da bu balıqlar, Aral, Xəzər, Azov və Qara dənizin akvatoriyasına daxil olan iri çaylara yayılmışdır (Sırdərya, Amudərya, Terek, Kuban, Dnestr, Prut). Azərbaycanda daha böyük kütləyə malik əmtəə balıq növü kimi süni şəraitdə yetişdirilir.
Əlvan tinamu
Əlvan tinamu (lat. Crypturellus variegatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Əlvan vaxtsızçiçək
Əlvan vaxtsızçiçək (lat. Colchicum variegatum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü.
Əlvan yapalaqca
Əlvan yapalaqca (lat. Strix varia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Əlvan yulğun
Əlvan yulğun (lat. Tamarix florida) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. == Təbii yayılması == İranda, Оrta Asiyada, Qafqazda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 8 m-ə çatan ağac və ya kоldur. Qabığı qırmızımtıl, cavan zоğları açıq-qоnur rəngli, budaqda çохsaylıdır. Çiçək salхımı sadədir, yarpaq qоltuğunda yеrləşib, uzunluğu 9 sm-ə çatır. Çiçəkləri 5 üzvlü, ləçəkləri çəhrayı və ya ağdır. Еrkəkciyi 5, nazik sapvaridir, tacdan yuхarıda yеrləşir. Dişiciyi bir, yumurtalığı üst, bir yuvalıdır. Sütuncuğu yumurtalıqdan bir nеçə dəfə qısadır, 3-4-dür.
Əlvan Əliyev
Əlvan Mədət oğlu Əliyev (Əlvan Kəbirli) (25 iyul 1947, Salmanbəyli, Ağcabədi rayonu – 3 mart 2014) — Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı (1991 – 1993-cü illər), Azərbaycan Respublikasının qabaqçıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 1947-ci ilin 25 iyulunda Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. İlk təhsilini Salmanbəyli kənd yeddiillik məktəbində alıb. 1964-cü ildə Ağcabədi şəhər 2 nömrəli onbirillik məktəbini bitirib.1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olub və 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.1968-ci ildə dövlət təyinatı ilə Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib. 1968-ci ilin noyabrından 1969-cu ilin dekabrınadək Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1974–1977-ci illərdə S. M. Kirov adına ADU-nun (indiki BDU) fəlsəfə elmləri üzrə əyani aspiranturasında təhsil alıb və H. Zərdabi adına KDPİ-yə (indiki GDU) qayıdıb. 5 fevral 1975-ci ildə ailə həyatı qurub, 3 övladı var. 1982-ci ilin sentyabrından 1983-cü ilin fevralınadək Rostov Dövlət Universitetində (Rusiya Federasiyası) ixtisasartırma kursu keçib. Ömrünün sonuna kimi Gəncə Dövlət Universitetinin sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb. == Əmək fəaliyyəti == 1968-ci ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) "Fəlsəfə və elmi kommunizm" kafedrasında (indiki "Sosial fənlər" kafedrası) müəllim kimi əmək fəaliyyətinə başlayıb 1987-ci ildən həmin kafedrada baş müəllim vəzifəsində çalışıb 1983 – 1989-cu illərdə institut partiya komitəsi katibinin müavini və Xalq Nəzarəti Qrupunun sədri vəzifəsində çalışıb 1990-cı ildə Gəncə şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib 1991 – 1993-cü illərdə Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil İşçisi" döş nişanına layiq görülüb 2007-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub 2012-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Qızıl Qələm" Media Mükafatı ilə təltif edilib Bir kitabın, 42 elmi məqalənin və yüzlərlə elmi – populyar məqalənin müəllifidir == İctimai-siyasi fəaliyyəti == Əlvan Kəbirli elmi-pedaqoji fəaliyyətlə bərabər 1980-ci illərin sonlarında vüsət almış milli-azadlıq hərəkatının də ön sıralarında mübarizə aparıb.