Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elvira Cabbarova
Elvira Cabbarova (15 noyabr 1976) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Elvira Cabbarova 1976-cı il noyabrın 15-də anadan olub. == Karyerası == Elvira Cabbarova Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə qaçış turnirində 11.96 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 8-ci pillədə başa vurdu.
Elvira Nabiullina
Elvira Saxipzadovna Nabiullina (29 oktyabr 1963, Ufa, Başqırdıstan MSSR, RSFSR, SSRİ ) — Rusiya dövlət və siyasi xadimi . 24 iyun 2013-cü ildən Rusiya Federasiyası Mərkəzi Bankının sədri. Rusiyanın əməkdar iqtisadçısı. Rusiya Federasiyasının birinci dərəcəli həqiqi dövlət müşaviri(2002). == İlk illəri == Tatar ailəsində anadan olub. Ata Saxipzadə Saitzadayeviç sürücü işləyirmiş, anası isə Züleyxa Xamətnurovna cihazqayırma istehsalatında aparatçı işləyib. Elvira Ufanın 31 saylı orta ümumtəhsil məktəbini tam əlaçı kimi bitirib, lakin qızıl medalsız qaldı . 1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini "iqtisadçı" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Sov.İKP üzvü. . 1990-cı ildə Moskva Dövlət Universitetinin (xalq təsərrüfatı və iqtisadi təlimlərin tarixi kafedrası) aspiranturasını bitirmişdir, namizədlik dissertasiyasını hazırlamışdir, lakin müdafiə etməmişdir .
Elvira Dolinar
Elvira Dolinar (sloven. Elvira Dolinar) — Sloven yazıçısı, feminist və pedaqoq. O, daha çox Slovenka jurnalında qadın hüquqlarının müdafiəsi ilə bağlı məqalələri ilə tanınır, ilk sloveniyalı feminist sayılır. == Bioqrafiya == Elvira Dolinar 1870-ci ildə Krskoda Avstriya-Alman əsilli ailədə anadan olub. O, müəllim kimi təhsil alır, çünki o dövrdə pedaqogika Sloveniyada qadınların peşə əldə edə biləcəyi yeganə intellektual sahə idi. Lakin sonradan ailə quran Dolinar müəllimlik fəaliyyətini dayandırıb. Həyat yoldaşından dörd övladı var idi, qızı Danitsa adını ədəbi təxəllüsü kimi götürür. Dolinar müəllimlik təhsili alarkən qadın hüquqları problemləri ilə maraqlanır və bu onu müxtəlif Avstriya jurnallarında bu mövzuda məqalələr yazmağa ruhlandırır. Onun ən rezonanslı əsəri 1897-1902-ci illərdə çıxan və əsasən qadın müəllimlərin nəşr olunduğu “Slovenka” (“Sloven qadını”) jurnalının səhifələrində yer alır. Dolinar qadın hüquqları müdafiəçisi Slovenka üçün 40-dan çox məqalə yazıb.
Elvira Mürsəlova
Elvira Mürsəlova (25 oktyabr 1982; Xəzər, Rusiya SFSR) — 1998–2002-ci illərdə Rusiyanı, 2008–2009-cu illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. == Həyatı == Elvira Mürsəlova 1982-ci il oktyabrın 25-də Rusiyanın Xəzər şəhərində anadan olub. Milliyyətcə ləzgidir. 1994-cü ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Qurban Qurbanovdur. == Karyerası == Elvira Mürsəlova 1998-ci ilin iyulunda Mançester şəhərində (Birləşmiş Krallıq) baş tutan yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. 2002-ci ildə isə Elvira Mürsəlova Tirana şəhərində (Albaniya) baş tutan gənclər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu.2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Elvira Mürsəlovanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığması yeni-yeni formalaşdırılırdı. Elvira Mürsəlova həmin dəvəti qəbul elədi və 2008-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2008-ci ildə Elvira Mürsəlova Avropa Çempionatlarında debüt elədi.
Elvira de Hidalqo
Elvira Juana Rodríguez Roglan (28 dekabr 1891 – 21 yanvar 1980), peşəkarcasına Elvira de Hidalqo kimi tanınan, sonradan müəllim və vokal məşqçisi olmuş görkəmli ispan koloratur soprano idi. Onun ən məşhur şagirdi Mariya Kallas idi. == Həyatı == O, İspaniyanın şimal-şərqindəki Araqon əyalətinin Valderrobres şəhərində Pedro Rodrigez Hidalqo və Migela Roqlan Bel ailəsində anadan olub. O, Barselonada Concepcio Bordalbanın tələbəsi idi və daha sonra Milanda Maria Barrientos, Graziella Pareto, Julian Gayarre, Fernando Valero, Francesc Viñas və Rosina Storchio-ya dərs demiş Melchiorre Vidal ilə birlikdə təhsilinə davam etdi. O, on altı yaşında Neapoldakı Teatro di San Carlo-da "Sevilya bərbəri" filmində Rosina rolunda debüt etdi və bu, onun ən məşhur rolu oldu. Debütündən sonra de Hidalqo tez bir zamanda Parisə dəvət olundu və orada Don Basilio rolunda Fyodor Chaliapin ilə Rosina mahnısını oxudu. Bunun ardınca Monte Karlo, Praqa və Qahirədə tamaşaları oldu. Nyu-York Metropolitan Operasında onun debütü 1910-cu ildə Rosina rolu ilə oldu. Bu truppa ilə de Hidalqo eyni mövsümdə Riqolettoda (Enriko Karuso ilə) və La Sonnambulada (Alessandro Bonci ilə) mahnı oxudu. O, 1924–1925-ci illərdə "Sevilya bərbəri" (rejissor Armando Aqnini), Riqoletto (dirijor Tullio Serafin) və Lucia di Lammermoor (Beniamino Gigli ilə birlikdə) üçün "Met"ə qayıdacaq.
Elmir
Elmir — ad.
Elvin
Elvin — Kişi adı. Elvin AbbasovElvin Abbasov (iş adamı) — Azərbaycanlı iş adamı. Vision TV-nin təsisçisi, "TimeSoft" MMC və "Virtual Azerbaijan Group of Companies" MMC şirkətlərinin həmtəsisçisi və direktoru, Ciu-citsu Federasiyanın idarə heyətinin üzvü (2019). Elvin Abbasov (əsgər) — Vətən müharibəsinin şəhidi. Elvin Abbasov (baş çavuş) — Vətən müharibəsinin şəhidi.Elvin Məmişzadə — 2015 Avropa Oyunlarının qızıl medalçısı. Elvin Beqiri — Albaniya futbolçusu Elvin Rot — amerikalı iqtisadçı. Elvin Kristoffel — alman riyaziyyatçısı Elvin MirzəyevElvin Mirzəyev (rejissor) — Azərbaycan rejissoru, aktyoru. Elvin Mirzəyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Elmir Akifzadə
Elmir Gündüz oğlu Akifzadə (1 sentyabr 1997, Bambaşı, Masallı rayonu – 9 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Akifzadə 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində anadan olub. 2004-2015-ci illərdə Banbaşı kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə isə Kazan Universitetinə daxil olub. Subay idi. == Hərbi xidməti == Elmir Akifzadə 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun əsgəri olan Elmir Akifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Akifzadə oktyabrın 9-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.
Elmir Bağırov
Elmir Bağırov (28 aprel 1980, Hişkədərə, Masallı rayonu) — Saatlı rayon İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == Elmir Məmməd oğlu Bağırov 1980-ci il aprel ayının 28-də Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1986-cı ildə orta məktəbə getmiş, 1997-ci ildə Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.1997-ci ildə Bakı Dövlət Universitetinin sosial elmlər fakültəsinin politologiya ixtisasına daxil olmuşdur. 2001-ci ildə bu ixtisasın bakalavr pilləsini bitirirək, həmin ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin "dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi" ixtisası üzrə magistraturaya daxil olmuşdur.2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasına daxil olmuş, 2006-cı ildə bitirmişdir. 2008-ci ildə Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun elmi rəhbərliyi ilə "Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri" adlı doktorluq dissertasiyasını müdafiə edərək, respublikada ən gənc "siyasi elmlər üzrə fəlsəfə doktoru" elmi adı almışdır. === Ailəsi === Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyəti === 2004-cü ildən Heydər Əliyev Fondunun "azerbaijan.az" layihəsinin koordinatoru olmuş, 2005-ci ildə Heydər Əliyev Fondunun Humanitar Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Humanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin aparat rəhbəri, 20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Fərmanından sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışırdı.Siyasi elmlər üzrə fəlsəfə doktoru Elmir Bağırov 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın "siyasi idarəetmə və politologiya" kafedrasında müəllim və 2012-ci ildən "beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasında baş müəllim vəzifələrində çalışmışdır. 2017-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. 10-dan artıq Beynəlxalq elmi konfransların iştirakçısı və məruzəcisi olmuş, 24 elmi məqaləsi respublika və xarici elmi jurnallarda nəşr olunuşdur.2020-ci il avqustun 24-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Elmir Həsənov
Elmir Mircəlil oğlu Həsənov (15 dekabr 1988, Prişib, Cəlilabad rayonu – 30 noyabr 2021, Xızı rayonu) — Vətən müharibəsi şəhidi. == Həyatı == Elmir Həsənov 1988-ci il 15 dekabrda Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olmuşdur. 1995-ci ildə Göytəpə şəhər 1 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. 2006-cı ildə həmin məktəbin məzunu olmuşdur. Məktəbdən məzun olduqdan sonra o zamankı Milli Təhlükəsizlik Nazirliyinin akademiyasına qəbul olub. Sonradan təhsilini aviasiya sahəsi üzrə dəvam etdirmişdir.2015-ci ildə bu sahə üzrə xidmətə başlamışdır. Ailədə 3 qardaş olublar. Hər üç qardaş Vətən müharibəsində iştirak etmiş, Ali Baş Komandan tərəfindən medallar ilə təltif olunmuşlar. Digər 2 qardaşı hal-hazırda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində hərbi qulluqdadır. == Hərbi xidməti == 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin aviasiya hərbi qulluğunda xidmətə başlamışdır.
Elmir Kərimov
Elmir Rəhim oğlu Kərimov (26 may 1998; Hənifə, Balakən rayonu — 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Kərimov 1998-ci il mayın 26-da Balakən rayonunun Hənifə kəndində anadan olub. 2004-2015-ci illərdə Z.Əliyeva adına 3 saylı Balakən şəhər tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Elmir Kərimov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Elmir Kərimov 2018-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmir Kərimov Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elmir Mirzəyev
Elmir Mirzəyev (16 noyabr 1970) — bəstəkar, musiqişünas və publisist, bir çox müasir musiqi layihələrinin təşkilatçısı, SoNoR müasir musiqi ansamblının yaradıcısı və bədii rəhbəri (1995-2005). == Təhsili == Bakı Musiqi Akademiyasını bəstəkarlıq sinfi üzrə 1994 və aspiranturanı 1998-ci ildə (prof. Fərəc Qarayevin sinfi) bitirmişdir. 1994-cü ildə bəstəkarlar James Dillon və Ole Lützow-Holm’un rəhbərliyi altında Göteborgda (İsveç) ixtisaslaşma keçmiş, 1999-cu ildə Appeldoorndа (Hollandiya) Louis Andriessen, Michael Smetanin və Ensemble de Ereprijs tərəfindən təşkil edilən Gənc Bəstəkarların V Görüşünün iştirakçısı olmuşdur. 2004-cü ildə Franz Liszt adına Weimar Konservatoriyası nda gənc bəstəkarların seminarının, 2006-cı ildə alman bəstəkarı Karlheinz Stockhausenin Kürtendəki ustad kurslarının iştirakçısı olmuşdur. == Fəaliyyəti == Elmir Mirzəyev 1998-ci ildən 2002-dək Bakı Musiqi Akademiyasında müəllim, 2005/2007-ci illərdə sərbəst müasir musiqi kursları təşkil etmişdir. 1995-ci ildə postvoset dövrünün ilk müasir musiqi kollektivi olan SoNoR ansamblı sənət dostları - pianoçu Samir Mirzəyev, klarnetçi Nizami Zeynalov və gitaraçı Rövşən Məmmədov ilə birlikdə yaratmışdı. SoNoR (1998-ci ildən müasir musiqi təşəbbüs mərkəzi kimi) 2005-ci ilə kimi fəaliyyət göstərmişdi. 2007-ci ilin payızında DAAD proqramı çərçivəsində professor York Höllerin dəvəti ilə Köln Konservatoriyasında 1 semestr dərs demişdir. Tiflis Dövlət Konsevatoriyası/Gürcüstаn (1999), Praqa Müasir Musiqi Marafonu/Çexiya (1999), Özbəkistan Bəstəkarlar İttifaqıda (2000), Krakov Universitetində/Polşa (2001), Drezden Müasir Musiqi Mərkəzi/Almaniya (2003), Van Universitetində/Türkiyə (2004) Köln Konservatoriyasında (2007), Berlinin Alexander von Humboldt Universitetində mühazirələri keçirilmişdir.
Elmir Məmiyev
Məmiyev Elmir Zamin oğlu — İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Məmiyev Elmir 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə cağrılmışdır.Vətən Müharibəsində iştirak etmiş və 2 oktyabr 2020-ci ildə Ağdamda həlak olmuşdur.3 oktyabrda Yardımlı rayon Kürəkçi kəndində dəfn olunmuşdur. Ölümündən sonra "Vətən uğrunda" medalı” ilə təltif olunmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmiyev 2020-ci il oktyabrın 2-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdam döyüşlərində vuruşaraq həlak olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmiyev Elmir Zamin oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmir Məmiyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmir Məmmədov
Elmir Məmmədov (əsgər) (03.06.1999) — Vətən müharibəsi şəhidi. Elmir Məmmədov (baş gizir) (05.10.1988) — Vətən müharibəsi şəhidi.
Elmir Nəcəfov
Elmir Vidadi oğlu Nəcəfov (21 mart 2002; Gəncə, Azərbaycan — 2 oktyabr 2020; Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Nəcəfov 21 mart 2002-ci ildə Gəncə şəhərində Vidadi Nəcəfovun ailəsində anadan olmuşdur. 2008-2017-ci illərdə Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə, 2017-2019-cu illərdə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elmir Nəcəfov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elmir Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elmir Nəcəfov 2 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Elmir Nəsirov
Elmir Zülfü oğlu Nəsirov (13 iyul 1991, Əhmədbəyli, Füzuli rayonu – 27 sentyabr 2020, Yuxarı Əbdürrəhmanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Zülfü oğlu Nəsirov 1991-ci ilin 13 iyul tarixində Füzuli rayonu Əhmədbəyli kəndində anadan olub. 1998-ci ildə General Məhəmməd Əsədov adına Füzuli rayon Əhmədbəyli kənd orta məktəbinin 1-ci sinifə daxil olub və 2009-cu ildə həmin məktəbi bitirib. === Ailəsi === Ailəli idi, iki qız övladı var. == Hərbi xidməti == 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında xidmət etməyə başlayıb və 2010-cu ildə həqiqi hərbi xidmətini başa vurub. 2013-cu ildə öz istəyi ilə Azərbaycan ordusunun sıralarında yenidən xidmət etmək üçün müraciət edib və tank taborunda, tuşlayıçı operator vəzifəsinə təyin edilib. 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan arasında baş vermiş Dördgünlük müharibədə əks-hücum əməliyyatlarında fəal iştirak etmiş, xidməti tankı düşmən tərəfindən vurulmuşdur. Elmir Nəsirov 2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış İkinci Qarabağ müharibəsində də, Dördgünlük müharibədə olduğu kimi tankçı kimi qatılmışdır. Cəbhənin Füzuli rayonu istiqamətində yarılması əməliyyatlarında iştirak edən zaman içində olduğu tank düşmən tərəfindən vurulmuş, buna baxmayaraq tankdan çıxaraq başqa bir tankda döyüşü davam etdirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, tankçı Elmir Nəsirov Füzulinin azad edilməsinın və İkinci Qarabağ müharibəsinin başladığı 27 sentyabr tarixində rayonun Yuxarı Əbdürrəhmanlı kəndi uğrunda gedən şiddətli döyüşlərdə həlak olmuşdur.
Elmir Orucov
Elmir Elyar oğlu Orucov (4 yanvar 2002; Poylu, Ağstafa rayonu — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Orucov 2002-ci il yanvarın 4-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. 2009–2014-cü illərdə 73 saylı Böyükşor qəsəbə tam orta məktəbində, 2014–2018-ci illərdə isə 136 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elmir Orucov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Orucov noyabrın 6-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elmir Qənbərov
Elmir Qənbərov (tam adı: Elmir Rayil oğlu Qənbərov; 1982; Qəhrəmanlı, Beyləqan rayonu — 27 dekabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin qazisi, şəhid. == Həyatı == Elmir Qənbərov 1982-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elmir Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və fərqlənib. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Qənbərov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Qənbərov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Dekabrın 27-də saat 15:30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan Silahlı Qüvvələrinin qalıqlarından ibarət 6 nəfər Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə əsgər Elmir Qənbərov şəhid olub. Görülən tədbirlər nəticəsində isə qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.
Elmir Süleymanlı
Elmir Aqil oğlu Süleymanlı (11 may 2001, Ağsu rayonu – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şəhid əsgər Süleymanlı Elmir Aqil oğlu 2001-ci il may ayının 11-də Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. Elmir Süleymanlının atası Süleymanov Aqil Böyükağa oğlu daş ustası işləmiş, anası Süleymanova Ofelya Rəfael qızı isə evdar qadın olmuşdur. Elmir Süleymanlı 2007-ci ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbin birinci sinfinə daxil olub.2018-ci ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra Elmir Süleymanlı Azərbaycan Milli Ordusunda Beyləqan korpusunun "N" saylı hərbi hissəsinddə pulemyotçu ixtisası üzrə həqiqi hərbi xidmət keçmişdir. == Döyüş yolu == 2020-ci ilin sentyabr ayının 27-də İkinci Qarabağ müharibəsi başlayarkən Elmir Süleymanlı hərbi xidmətdə idi. Füzuli istiqamətindən döyüşlərə qatılaraq Cəbrayıl və Hadrut istiqamətində döyüşlərdə iştirak etmişdir. Elmir Süleymanlı döyüşlər zamanı çoxlu sayda qəhrəmanlıqlar göstərmişdir. Əsgər yoldaşlarının məlumatına görə o, yaralı komandir, baş gizir Elvin Ömərovu güllə yağışı altından çıxarmışdır . Elmir Süleymanlı isə Hadrutda 1621 yüksəkliyində düşmənlə üz-üzə dumanlı havada döyüşərkən snayperdən açılan güllə ilə həlak olmuşdur.
Elmir Umudlu
Elmir Pərviz oğlu Umudlu (25 mart 2001, İnçə, Şəki rayonu – 28 oktyabr 2020) – Azərbaycanlı şəhid (2020) == Həyatı == Umudlu Elmir Pərviz oğlu 25 mart 2001-ci ildə Şəki rayonunun İnçə kəndində anadan olub. 2007-ci ildə İnçə-Zunud kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 1-ci sinfi bitirdikdən sonra yenidən valideynlərinin yaşadığı Bakı şəhərinə qayıdıb və VIII sinfə qədər orada təhsil alıb. Orta təhsilinin davamını yenidən Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbində oxuyub. 2018-ci ildə İnçə-Zunud kənd tam orta məktəbini əla qiymətlərlə bitirib və həmin il də Sumqayıt Dövlət Universitetinin nəzdində olan Sumqayıt Dövlət Texniki Kollecində Nəqliyyat daşınmaların təşkili fakültəsinə qəbul olub. == Hərbi xidməti == 2019-cu ilin aprel ayında Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Əsgəri xidmətini başa vurmağa 3 ay qalmış – 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. === İkinci Qarabağ müharibəsində === O, Cəbrayıl şəhərinin alınması uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib. Sonra Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub. Həmin döyüşlərdə yaralanmasına baxmayaraq, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə yaralı vəziyyətdə mühasirəyə düşmüş taboru təkbaşına mühasirədən çıxarmışdır.
Elmir Vəliyev
Elmir Məmmədqulu oğlu Vəliyev (12 aprel 1986; Füzuli rayonu, Azərbaycan SSR — 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Vəliyev 1986-cı il aprelində 12-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elmir Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Vəliyev oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun Kərimbəyli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmir Vəlizadə
Elmir Tofiq oğlu Vəlizadə (25 dekabr 1964, Mingəçevir) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin sabiq müavini. == Təhsili == Elmir Tofiq oğlu Vəlizadə 1964-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Əslən şuşalıdır. 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1983–1985-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Əsgərlikdən sonra təhsilini davam etdirmiş və 1989-cu ildə həmin ali məktəbi bitirib mühəndis-sistem texniki ixtisasına yiyələnmişdir. Təhsildə fərqləndiyinə görə təyinatla institutun Hesablama Mərkəzində mühəndis vəzifəsində işə başlamışdır. 1989–1991-ci illərdə orada çalışmaqla yanaşı institutun Hesablama maşınları və proqramlaşdırma kafedrasında pedaqoji fəaliyyət göstərmişdir. Süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olmuşdur, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir.Prezident İlham Əliyevin 02 fevral, 2018-ci il tarixli 3635 saylı sərəncamı ilə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilmişdir.Rus və ingilis dillərini bilir. Ailəlidir, 1 övladı var.
Elmir Xankişiyev
Elmir Xankişiev (azərb. Elmir Xankişiyev‎; 25 avqust 1974, Əli-Bayramlı) — azərbaycanlı futbolçu. Mövqeyi yarımmüdafiəçi və hücumçu olub. Daha çox "Qarabağ" klubundakı çıxışı ilə məşhurdur. Azərbaycan milli komandasında oynayıb. Müşfiq Hüseynov ilə birlikdə "Qarabağ" klubunda təşkil elədikləri hücum tandemi, Azərbaycanda dövrunun ən yaxşı hücum tandemlərindən biri sayılırdı. == Bioqrafiya == Elmir Xankişiyev 25 avqust 1974-cü ildə, Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) şəhərində dünyaya gəlib. == Karyerası == === İnşaatçı === Peşəkar futbolda debütü 18 yaşında, Azərbaycan Çempionatının ilk mövsümündə "İnşaatçı" klubunda olub. "İnşaatçı" klubundakı ilk mövsumundə 16 oyunda meydana çıxaraq 6 dəfə fərqlənir. "İnşaatçı" klubu isə 26 komanda arasında 8-ci yeri tutur.
Elmir Zeynalov
Elmir Sərxan oğlu Zeynalov (24 sentyabr 1994; Goranboy, Azərbaycan — 12 fevral 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Ailənin yeganə oğul övladı olan Elmir Zeynalov 24 sentyabr 1994-cü ildə Goranboy rayonunun Əhmədabad kəndində anadan olub. == Hərbi xidməti == Kiçik çavuş Elmir Zeynalov 2016-cı ildə, fevralın 12-i Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Fevralın 13-ü isə Elmir Zeynalov doğulduğu Goranboy rayonunun Əhmədabad kəndi son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Zeynalov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elmir Zeynalov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Elmir İbrəhimov
Elmir Akif oğlu İbrəhimov () — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İbrəhimov Elmir Akif oğlu 2 may 1996-cı il Saatlı rayonu Mərzəli kəndində anadan olub. Ailənin yeganə oğul övladı idi. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Elmir II Qarabağ savaşına könüllü yollanıb. Peşəkar sürücü idi, idarə etdiyi nəqliyyat vasitəsi ilə çətin yollarla ön cəbhədə olan hərbçi yoldaşlarına təminat, silah-sursat çatdırıb. Hadrut, Laçın, Şuşa ətrafında gedən döyüşlərdə iştirak edib, hərbi qənimətlər ələ keçirib. Elmir İbrəhimov 8 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Daşaltı kəndi istiqamətində minamyot atəşi ilə şəhidlik zirvəsinə ucalıb. Dostlarına silah-sursatı çatdırmağı isə bacarmışdı... 2021-ci ilin sentyabr ayında doğulduğu Saatlı rayonunda xatirəsini yaşatmaq üçün inşa edilən bulağın açılışı olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, habelə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən əsgər Elmir İbrəhimov ölümündən sonra "Vətən uğrunda" medalı və "Cəsur döyüşçü" medalı medalları ilə təltif edilib.
Elmir Şəripov
Elmir Əliyev
Elmir Süleyman oğlu Əliyev (22 noyabr 1980; İsmayılbəyli, Ağdam rayonu — 3 noyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Əliyev 1980-ci il noyabrın 22-də Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. 1987–1993-cü illərdə Ağdam rayonunda Pirzatlı kənd tam orta məktəbində, 1993–1997-ci illərdə Bərdə rayonunda A. Məlikov adına Şorəlli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. İki övladı yadigar qaldı. == Hərbi xidməti == Elmir Əliyev 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elmir Əliyev noyabrın 3-də Ağdam rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elmir Əliyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvar (dağ)
Elvar-Göygöl rayonunda dağ. Hündürlüyü 1251 m. == Toponimikası == Elvar Göygöl rayonunda dağ. Gəncə çayından sağ tərəfdə yerləşir. Hün. 1251 m. Keçmişdə yaylaq yeri olmuşdur. Oronim el (camaat) və var (burada "yer, məskən") sözlərindən düzəlib, "el-obanın məskəni", "elin cəm olduğu, yığıldığı yer" mənasındadır.
Elvar Osmanov
Elvar Osmanov (8 avqust 1987, Dmanisi rayonu) — Azərbaycan idman mütəxəssisi; Döyüş sambosu üzrə Dünya və Avropa mükafatçısı; Döyüş sambosu üzrə idman ustası; Gəncə İdman Klubunun İdarə Heyətinin sədri (2016 — h.h.); Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının regionlar üzrə vitse-prezidenti (2019); Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti (2020 — h.h.)Azərbaycan Respublikasının döyüş sambosu üzrə ilk idman ustasıdır.Rəhbərlik etdiyi dövrlərdə idmançılarımız Ölkə və Avropa-Dünya çempionatlarında çox sayda uğur qazanıb. == Həyatı == Elvar Eldar oğlu Osmanov 8 avqust 1987-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunda anadan olub. 2005-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirib. 2005–2010-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2006–2007-ci illərdə N saylı hərbi hissədə xidməti zamanı döyüş hazırlığında qazandığı uğurlara görə hərbi hissə komandirinin fəxri fərmanı və çavuş hərbi rütbəsi ilə təltif olunmuşdur. 2010–2014-cü illərdə ixtisas artırılması məqsədilə AMAKA və Rusiya Dövlət Ali Məktəbi nəzdində Beynəlxalq Tətbiqi Kosmonaftika Universitetinin İdarəetmə fakültəsini bitirmişdir. 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmçinin 2021-ci ildə ixtisas artırılması məqsədi ilə Türkiyə dövlət Atatürk Universitetinin Dövlət İdarəetmə fakültəsinə daxil olmuşdur. Ailəlidir bir övladı var. == Peşakar karyerası == 2010-cu ildə Qusarda keçirilən Universal döyüş üzrə Avropa Çempionatında 2-ci yer olub.
Elvar Qasımov
Elvar Eldar oğlu Qasımov (7 fevral 1995; Ağdam rayonu, Azərbaycan — 5 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvar Qasımov 1995-ci il fevralın 7-də Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində anadan olub. Ailəli idi. 22.04.2018-ci il doğumlu Fidan adında qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elvar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elvar Qasımov oktyabrın 5-də Ağdam istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvar Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvar Qasımov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Abbasabad-Əlvir (Savə)
Abbasabad-Əlvir — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsində, Savə şəhərindən 6 km şərqdədir.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cu ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya elmləri namizədidir. 1995–1999-ci illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-ci illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999-2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.