Elmir Nəsirov

Elmir Zülfü oğlu Nəsirov (13 iyul 1991, Əhmədbəyli, Füzuli rayonu27 sentyabr 2020, Yuxarı Əbdürrəhmanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Elmir Nəsirov
Şəxsi məlumatlar
Doğum tarixi 13 iyul 1991(1991-07-13)
Doğum yeri
Vəfat tarixi 27 sentyabr 2020(2020-09-27) (29 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2008-2010 / 2013-2020
Rütbəsi Kiçik çavuş
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Elmir Zülfü oğlu Nəsirov 1991-ci ilin 13 iyul tarixində Füzuli rayonu Əhmədbəyli kəndində anadan olub. 1998-ci ildə General Məhəmməd Əsədov adına Füzuli rayon Əhmədbəyli kənd orta məktəbinin 1-ci sinifə daxil olub və 2009-cu ildə həmin məktəbi bitirib.

Ailəli idi, iki qız övladı var.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında xidmət etməyə başlayıb və 2010-cu ildə həqiqi hərbi xidmətini başa vurub.

2013-cu ildə öz istəyi ilə Azərbaycan ordusunun sıralarında yenidən xidmət etmək üçün müraciət edib və tank taborunda, tuşlayıçı operator vəzifəsinə təyin edilib. 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan arasında baş vermiş Dördgünlük müharibədə əks-hücum əməliyyatlarında fəal iştirak etmiş, xidməti tankı düşmən tərəfindən vurulmuşdur.

Elmir Nəsirov 2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış İkinci Qarabağ müharibəsində də, Dördgünlük müharibədə olduğu kimi tankçı kimi qatılmışdır. Cəbhənin Füzuli rayonu istiqamətində yarılması əməliyyatlarında iştirak edən zaman içində olduğu tank düşmən tərəfindən vurulmuş, buna baxmayaraq tankdan çıxaraq başqa bir tankda döyüşü davam etdirmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, tankçı Elmir Nəsirov Füzulinin azad edilməsinınİkinci Qarabağ müharibəsinin başladığı 27 sentyabr tarixində rayonun Yuxarı Əbdürrəhmanlı kəndi uğrunda gedən şiddətli döyüşlərdə həlak olmuşdur. Kiçik çavuşun nəəşini 31 gün sonra 28 oktyabr tarixində qarşı tərəfdən götürmək mümkün olmuşdur. Şəhid Elmir Nəsirov Füzuli rayonunun Əhmədbəyli kənd qəbristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]

  1. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.