Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qan
Qan – orqanizmin birləşdirici toxumalarına aid olub, insanların və əksər heyvanların bədənlərində dövr edən və orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili maye mühitini əmələ gətirir. Qan öz hərəkəti zamanı toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını, maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır və orqanizmdə öz hərəkətini böyük və kiçik qan dövranı ilə başa çatdırır. Qan embrional həyatın 3–4 həftəliyində inkişaf edir. İnsan bədənin çəkisinin orta hesabla 8%-i qan təşkil edir. Çəkisi 70 kq olan orta yaşlı adamların orqanizmində təxminən 5 l qan olur. Qan tərkibinə görə iki hissəyə ayrılır: plazma və formalı elementlər. Plazma qanın maye hissəsinə, formalı elementlər isə qanın bərk hissəsinə aiddir. Qan orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Hüceyrələrə qida maddələrini və oksigeni çatdırır, mübadilənin son məhsullarını ifrazat orqanlarına gətirir, bioloji fəal aktiv maddələrin(hormonların) sayəsində orqan və sistemlərin funksiyalarını humoral yolla tənzimləyir, bədən temperaturunun sabit saxlanılmasında iştirak edir, zəhərli maddələri və yad cisimləri kənar etməklə orqanizmi zərərli təsirlərdən qoruyur.
Qan Turalı
Qan Turalı (Tural Oqtay oğlu Cəfərov; 1984, Əli-Bayramlı) — Azərbaycan yazıçısı, jurnalist. == Həyatı == 1984-cü ildə Azərbaycan SSR-nin Əli Bayramlı şəhərində anadan olub. 2001-ci ildə Bakı Özəl İqtisadiyyat litseyini bitirib. 2005-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinin fəlsəfə ixtisasının bakalavriatını, 2007-ci ildə BDU-nun sosial fəlsəfə üzrə magistraturasını bitirib.2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Elektronik sevdalar" adlı şeir kitabı 2006-cı ildə çap edilib. İlk irihəcmli nəsr əsəri "Çiyələkli gecənin pornoqrafiyası" adlı uzun hekayəsi "Alatoran" jurnalının 13-cü nömrəsində çap edilib. 2011-ci ildə "Mustafa" romanı, 2012-ci ildə "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusu çap edilib. 2014-cü ilin may ayında hekayələri "Doqquz hekayə" adı ilə çap olunub. "Mustafa" romanı 2011-ci ildə "Əli və Nino" kitab mağazalarında ayın ən çox satılan kitabı seçilib. "Ədalət", "525-ci qəzet", "Reytinq" qəzetlərində çalışıb.
Qan agenti
Qan agenti (ing. blood agent) — zəhərli kimyəvi agent qanda həll olaraq bədənə təsir edir. Qan agentləri, otaq temperaturunda zəif qoxu və rəngsiz qazlar şəklində ortaya çıxan potensial ölümcül zəhərlərdir. Bunlar ya siyanid, ya da arsen əsaslıdır. == Məruz qalma == Qan agentləri nəfəs alma və ya qida yolu ilə işləyir. Kimyəvi silah olaraq qan agentləri adətən aerozollar şəklində yayılır və nəfəs yolu ilə təsir göstərir. Onların uçuculuğuna görə, məhdudlaşmış ərazilərdə açıq sahələrə nisbətən daha zəhərli olurlar. Siyanid birləşmələri təbii mühitdə və siqaret tüstüsündə az miqdarda olur. Onlar həmçinin bir neçə sənaye prosesində həmçinin pestisidlər kimi istifadə olunur. Siyanidlər sintetik parça və ya poliuretan yandıqda sərbəst buraxılır və beləliklə yanğınla əlaqəli ölümlərə səbəb ola bilər.
Qan damarları
Qan damarları — heyvanların və insanların bədənində elastik boru birləşmələri, qan və orqan vasitəsilə ritmik bir şəkildə büzülən ürək və ya pulsasiya edən damarın gücü ilə həyata keçirilir: arteriyalar, arteriollar, kapillyarlar vasitəsilə orqanlara və toxumalara, onlardan ürəyə - venalar və damarlar vasitəsilə. Qanın hərəkətini həyata keçirən sistemə ürək, arteriyalar, venalar və kapilyarlar daxildir. İnsanda qan dövranı qapalıdır. Qanın hansı sürətlə hərəkət etməsindən asılı olmayaraq bu prosesdə əsas yeri ürəkdə əmələ gələn təzyiq, damar divarlarındakı əzələlərin ritmik təqəllüsü və bir çox xarici amillər tutur. Lakin ümumi götürdükdə qan dövranı orqanlarının fəaliyyətinə həm daxili sekresiya vəziləri, həm də sinir sistemi nəzarət edir. Damarlar quruluşuna və funksiyalarına görə arteriyalara, venalara və kapilyarlara bölünür. Ürəkdən orqan və toxumalara qan aparan damarlara arteriyalar deyilir. Ürəkdən çıxan ən böyük damar aorta damarı adlanır. Bu damarlar bütün orqan və toxumalara getməklə onları oksigen və qida maddələri ilə təmin edir. Arteriyalar orqan və toxumalara çatdıqda daha nazik şaxələrə ayrılır ki, onlar kapilyarlar adlanır.
Qan dövranı
Qan dövranı və ya sirkulyasiya sistemi — orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan dövranında oksigenlə zəngin arterial qan sol mədəcikdən aorta və arteriyalar vasitəsilə bədən üzvlərinə daşınaraq, kapillyarlar vasitəsilə toxumalara daxil olur, buradan da toxumalarda toplanan karbon qazı ilə zənginləşmiş venoz qan toplayıcı venalarla aşağı və yuxarı boş venalara keçərək ürəyin sağ qulaqcığına daxil olmuş olur. Qan dövranı "kiçik qan dövranı" və "böyük qan dövranı" olmaqla iki yerə ayrılır. Ürəyin sağ kameralarına gələn tünd qırmızı rəngli qan oksigensizdir. Həmin qan bu dəfə sağ mədəcikdən ağciyərlərə qovularaq, alveolalardakı kapilyar tordan keçərək oksigenlə zənginləşdikdən sonra yığıcı ağciyər venaları vasitəsilə ürəyin sol şöbəsinə dönür, beləcə, qan yenidən alqırmızı rəngini almış olur. Ürəyin sağ şöbəsindən başlayaraq ağciyərlərdən keçməklə sol şöbədə bitən qan dövranı "kiçik qan dövranı" adlanır. Al-qırmızı, yəni oksigenlə zənginləşmiş arterial qan, ürəyin sol şöbəsinə gəldikdən sonra, böyük bir təzyiqlə aortaya və periferik arteriyalara qovulur. Getdikcə nazikləşən bu qan damarları, sonda kapilyar damarlara keçir. Beləliklə, oksigen hüceyrələrə nəql edilmiş olunur.
Qan hüceyrələri
Qan hüceyrələri - Eritrositlər (qırmızı qan hüceyrələri), leykositlər (ağ qan hüceyrələri) və trombositlərdir. Hüceyrələrin 99 % -dən çoxunu eritrositlər meydana gətirər. Eritrositlər qanın oksigen daşıyan hüceyrələridir. Leykositlər bədəni infeksiyalara və xərçəngə qarşı qoruyan hüceyrələrdir. Trombositlər isə [[qanın laxtalanması] nda iştirak edirlər.
Qan qartalı
Qan qartalı (qədim skandinav dilində - blóðörn) - Vikinqlər tərəfindən istifadə edilən edam növü. Edam məhkumun bel hissəsi yuxarıdan aşağıya doğru kəsilərək icra edilirdi. Qabırğalar onurğadan ayrılırdı və bununla da insan bədənində qartal qanadlarına bənzər iki yarım hissə yaranırdı. Edamın icrası ağciyərin çıxarılması ilə yekunlaşırdı. Qan qartalı Avropada icra edilən ən amansız edam növü hesab edilirdi. == Mənbə == Roberta Frank. "Viking Atrocity and Skaldic Verse: The Rite of the Blood-Eagle." The English Historical Review. Vol. 99, No. 391 Apr., 1984.
Qan qrupları
İnsanlarda dörd qan qrupu mövcuddur: I(O), II(A), III(B), IV(AB). Qan qrupları tərkibindəki zülallara əsasən adlandırılır. Aydınlaşdırılmışdır ki, qanın eritrositlərində A və B aqqlütinogenləri və qanın plazmasında isə a(alfa) və ß (beta) aqqlütininləri vardır. İnsan qanında bu maddələrin kombinasiyası 4 variantda mövcuddur: I. Əgər insanın qanının eritrositlərində aqqlütinogenlər yoxdursa, lakin plazmada a və ß aqqlütininləri varsa belə şəxslərin qanı 1-ci qrupa aid edilir. II. Qanın eritrositlərində A aqqlütinogeni, plazmada isə ß aqqlütinini mövcuddursa belə şəxslərin qanı 2-ci qrup hesab olunur. III. Qanın eritrositlərində B aqqlütinogeni, plazmada isə a aqqlütinini varsa belə şəxslərin qanı 3-cü qrup hesab olunur. IV. Qanın eritrositində A və B aqqlütinogeni olduğu halda, plazmada aqqlü tininlər olmursa belə şəxslərin qanı 4-cü qrupa aid edilir. Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur. İlk qan köçürtmə prosesi 1667-ci ildə insana heyvan qanı köçürmüşlər.
Qan qrupu
İnsanlarda dörd qan qrupu mövcuddur: I(O), II(A), III(B), IV(AB). Qan qrupları tərkibindəki zülallara əsasən adlandırılır. Aydınlaşdırılmışdır ki, qanın eritrositlərində A və B aqqlütinogenləri və qanın plazmasında isə a(alfa) və ß (beta) aqqlütininləri vardır. İnsan qanında bu maddələrin kombinasiyası 4 variantda mövcuddur: I. Əgər insanın qanının eritrositlərində aqqlütinogenlər yoxdursa, lakin plazmada a və ß aqqlütininləri varsa belə şəxslərin qanı 1-ci qrupa aid edilir. II. Qanın eritrositlərində A aqqlütinogeni, plazmada isə ß aqqlütinini mövcuddursa belə şəxslərin qanı 2-ci qrup hesab olunur. III. Qanın eritrositlərində B aqqlütinogeni, plazmada isə a aqqlütinini varsa belə şəxslərin qanı 3-cü qrup hesab olunur. IV. Qanın eritrositində A və B aqqlütinogeni olduğu halda, plazmada aqqlü tininlər olmursa belə şəxslərin qanı 4-cü qrupa aid edilir. Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur. İlk qan köçürtmə prosesi 1667-ci ildə insana heyvan qanı köçürmüşlər.
Ramat-Qan
Ramat-Qan (ivr. ‏רמת גן‏‎, «Yüksəklikdə bağ») — mərkəzi İsraildə şəhər aqlomerat, Təl-Əvivdən şərqdə, Qivataim, Bney-Brak, Kiryat-Ono və Qivat-Şmuel şəhərlərinin yaxınlığında yerləşir. == Tarix == Ötən dövrdə arxeoloji qalıqları mis və bürünc aşkar, lakin sonra İsrail ərəb hakimiyyəti dövründə uzun müddət rayonunun əhalisi dwindled. 18-ci əsrin əvvəlində Əbu CISC Sina dağından gəldi qəbilə tərəfindən Yarkon River Alexander arasındakı sahədə əhalisi genişləndirilib və 1830 sonra tərəfindən Fallahin From Misir Revolutionaries və İsrail Sudan İbrahim Paşa və Məhəmməd Əli gətirdi. Əhali artımına baxmayaraq, yer quldurlar üçün gizləndiyi yer kimi xidmət və 18-ci əsrin sonuna qədər təhlükəli qaldı. === Şəhərin yaradılması === ilk yəhudi qəsəbəsi təklif şəhər Petah Tikva bir tənzimlənməsinin ilkin uğursuzluq sonra, Joshua Stampfer və Yoel Moshe Salomon məktubunda, 19-cu əsrin sonunda idi. Dr. Yehuda Leib cache Cohen, Herzliya Gimnaziyanın qurucusu liderliyində sakinləri Mansion House bir qrup, bu sahədə Hebrew iş əsaslanır bir kənd şəhər yaratmaq qərara zaman sahibkarların təsis iclası Tel-Əviv 1914-cü ildə keçirilən Bayer şəhər məhkəmə, yaratmaq. 1917-ci zamanı nəzərdə tutulan ərazilər Osmanlı və Britaniya qüvvələri arasında şəhərin cəbhə xəttində inşa ediləcək, çünki müxtəlif amillər hissəsində, Birinci Dünya müharibəsi sonuna qədər proqramın həyata keçirilməsini təxirə saldı. Britaniya qələbə və müharibənin sonu ilə, qrup Garden City Dərnəyi şəhər yaratmaq cəhdləri döndü və 1921-ci ildə "Bağçalar Şəhər" 1800 hektar ərazini, küçələrdə Arlozorov, Jabotinsky və Ben Gurion arasında sahəsi alıb.
Qan sorucusu
Qan sorucusu (lat. Shistosomum haematobium)-Yastı qurdlar tipinə aid olan növ. == Xarici quruluşu == Erkək fərd 10–15 mm uzunluqda olub, qarın nahiyəsində boylama istiqamətdə novşəkilli büküş vardır. Dişilər erkəklərə nisbətən bir az uzun (20mm) və ensiz olurlar. Dişi fərd erkəyin novşəkilli büküşündə yerləşir və onlara həmişə cüt halda təsadüf olunur. Bu xüsusiyyətlərinə görə də fəsiləyə şistozomatidlər adı verilmişdir ( şisto- ikiləşmiş, zoma- bədən deməkdir). == İnkişafı == Dişi fərd iti tikancığı olan yumurtalarını dal bağırsağın və sidik kisəsinin qan damarlarına tökür. Yumurtalar iri oval formada olub, uzunluğu 0,120-0,160 mm, eni isə 0,040-0,060 mm-dir. Yumurtalar tək-tək qoyulur, onda formalaşmış mirasidi sürfəsi olur. Yumurtada olan tikancıq vasitəsilə onlar sidik kisəsinə keçir və sidiklə xarici mühitə düşürlər.
Qan sporluları
Qan sporluları lat. Haemosporidia müxtəlif onurğalıların və insanın paraziti olub, sahib dəyişməklə inkişaf edir. Onların qeyri-cinsiyyətli çoxalması onurğalılarda, cinsiyyətli çoxalması isə müxtəlif həşərat növlərində gedir. Parazit öz inkişaf prosesində bir sahibdən digər sahibə bilavasitə verildiyindən bunlarda spor mərhələsi yoxdur. Malyariya plazmodisi üçün əsas sahib Anopheles maculipennis, aralıq sahib isə insandır. İnsanda L.Plasmodium cinsinin 4 növü parazitlik edir: P.vivax, P.ovale, P.falciparum, malyariyanın 3 günlük forması P.malariae - 4 günlük forması adlanır. P.falciparum tropik malyariyanın törədicisidir. P.falciparum-un qandakı inkişafı 48 saat müddətində tamamlansa da, iki qızdırma tutması arasındakı müddət bəzən 24 saat ola bilər. İnsanda ən çox yayılan forması P.vivax-dır. == Təsnifatı == Haemoproteidae Dolfein, 1916 Plasmodiidae Mesnil, 1903 Garniidae Lainsonm, Landau et Shaw, 1971 Leucocytozoidae Fallis et Bennet, 1961 == İnkişaf tsikli == Parazitin inkişaf dövriyyəsi belədir: 1.
Qan təzyiqi
Qan təzyiqi — qanın damarda hərəkət sürətidir. == Ölçülməsi == Təbabətdə qan təzyiqinin ölçülməsinin iki üsulu mövcuddur. Klassik Riva-Roççi manjet üsulu; İnvaziv qanlı Korotkov üsulu == Normal təzyiq == Sistola: 120 mm civə sütunu Diastola: 80 mm civə sütunuKeçmiş SSRİ-də 17 yaşdan 79 yaşa qədər normal təzyiq 105–63 sayılırdı. Hal-hazırda normal təzyiq 120–80 mm c. s. sayılır. Əgər insanda təzyiq 120–60 mm c. s. olarsa, bu normal hesab edilir. İnsan özünü bu təzyiqdə narahat hiss edirsə, çay və ya qəhvə içə bilər.
İlk Qan
İlk qan (ing. First Blood) — baş rolda Silvestr Stallonenin çəkildiyi Amerika filmi. Filmdə baş qəhrəman Vyetnam müharibəsinin iştirakçısı Con Rembodur. == Məzmun == Vyetnam əsgəri Con Rembo dağ qəsəbəsinə qayıdır. Rembo Vyetnamdakı dostlarını axtarmaq üçün ABŞ-yə gəlmişdir. Bu zaman Rembo öyrənir ki, sonuncu dostu artıq ölmüşdür. Con Rembo sakit bir şəhərə gəlir və yol ilə getməyə başlayır. Lakin yolda Şerif Uill Tisl ilə rastlaşır. Əvvəlcə şerif onu getmək istədiyi yerə aparır. Rembo isə yolda düşəndə yenidən geri qayıdır.
Qan davası
Qan davası — qəbilə quruluşuna xas olan ən qədim prinsipdir ki, buna görə qətli törədən şəxs və ya onun ailə üzvlərindən biri (soy, qəbilə, tayfa, qrup) qisas almaq üçün mütləq ölümə məruz qalır. Qan davası, müvafiq olaraq, qurbanın mənsub olduğu ailə, sülalə, tayfa, qəbilə, qrup və s. üzvlərindən biri tərəfindən həyata keçirilir. Bir sıra hallarda qan davası fidyə ödəməsi və ya öldürülənin yerinə qətli törədən şəxsin zərərçəkən tərəfinə köçürülməsi ilə əvəz edilmişdir. Burada insan ("qan") qəbilə birliyinin bir hissəsi kimi qəbul edilir və şəxsi şərəf anlayışı bütün qan birliyinin şərəf anlayışı ilə birləşir. Qan davası təhlükəli nəticələrlə doludur. Qisas əksər hallarda ondan əvvəlki cinayətdən daha qəddar olur və bu, qarşılıqlı "qisasa qisas" hallarına gətirib çıxarır. Nəticədə uzun qanlı münaqişələr ortaya çıxır. Bu, tez-tez hər iki münaqişəli qrupun üzvlərinin yaralanmasına və ya ölümünə səbəb olur. Bir tərəfdən, bu, müəyyən bir maneə rolunu oynayır.
Qan zülalları
Qan zülalları həmçinin plazma zülalları adlanır — qan plazmasında mövcud olan zülallar. İmmunitet sisteminin fəaliyyətində lipidlərin, hormonların, vitaminlərin və mineralların daşınması da daxil olmaqla bir çox müxtəlif funksiyaları yerinə yetirirlər. Digər qan zülalları fermentlər, tamamlayıcı komponentlər, proteaz inhibitorları və ya kinin prekursorları (qanın laxtalanmasında, vazodilatasiyasında, hamar əzələlərin daralmasında, iltihabın tənzimlənməsində, ürək-damar və böyrək sistemlərinin tənzimlənməsində iştirak edən bioloji aktiv polipeptidlər üçün prekursor zülallar) kimi çıxış edir. Məşhur inancın əksinə olaraq, hemoglobin qan zülalı deyil, çünki qan zərdabında deyil, eritrositlərdə olur. == Tərkibi == Serum albumin qan zülallarının 55%-ni təşkil edir, plazma onkotik təzyiqinin saxlanmasına kömək edir və lipidlərin və steroid hormonların daşınmasında daşıyıcı kimi iştirak edir. Qlobulinlər qan zülallarının 38%-ni təşkil edir və immun funksiyasına kömək edən ionları, hormonları və lipidləri nəql edir. Fibrinogen qan zülallarının 7%-ni təşkil edir. Fibrinogenin həll olunmayan fibrinə çevrilməsi qanın laxtalanması üçün vacibdir. Qalan plazma zülalları (1%) fermentlər, profermentlər və hormonlar kimi tənzimləyici zülallardır. Qamma-qlobulinlərdən başqa bütün qan zülalları qaraciyərdə sintez olunur.
Qan xətti
İrsiyyət – orqanizmlərin ayrılmaz bir xassəsi kimi çoxalma zamanı öz xüsusiyyət və əlamətlərinin nəslə ötürülməsidir. Nəsildən-nəslə ötürülən əlamətlər xromosomlarda yerləşən genlərlə idarə olunur. Bəzən bir əlamətin özünəməxsus bir geni olmur. Bu əlamət iki genin qarsiliqli təsiri sayəsində meydana gəlir. Bəzən da daha çox qeyri-allel genlərin birgə təsirindən yeni bir əlamət və ya xüsusiyyət meydana çıxır ki, bu hadisə genlərin qarşılıqlı təsiri adlanır və aşağıdakı tipləri var: komplementar epistatik polimer modifikasiyalaşdırıcı pleyotropMəlumdur ki, irsiyyət xromosomlarda yerləşən genlərle nəslə ötürülür. Xromosom nukleoprateid strukturuna malik olan bir cisimdir, onun tərkibinə dezoksiribonuklein turşusu (DNT), əsas zülallar – histonlar, qeyri-histon zülallar və az miqdarda ribonuklein turşusu daxildir. Beləliklə, irsi informasiya dezoksiribonuklein (DNT) turşusunun iştirakı ilə həyata keçir. DNT molekulunun quruluşunda dəyişkənlik, orqanizmin əlamət və xüsusiyyətlərinin dəyişkənliyinə səbəb olur. DNT -108 və hətta daha çox nukleotidlərdən ibarət olan mürəkkəb biopolimerdir. Hər bir nukleotid üç komponenti özündə birləşdirir: fosfor turşusu qalığı (fosfat) şəkər pentoza (dezoksiriboza) dörd azot əsaslarından biri: purinlərdən adenin (A) və quanin (Q), pirimidinlərdən timin (T) və ya sitozin (S) == İrsi xəstəlikləri yaradan səbəblər == Gen səviyyəsində baş verən xəstəliklər insan cəmiyyətinin mövcud olduğu vaxtdan melumdur: Hemofiliya və talassemiya bu xəstəliklərin mərkəzində dayanır.
Ağ qan xəstəliyi
Leykoz, leykemiya və ya ağ qan xəstəliyi — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyi. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar. Həmçinin qandakı eritrositlərin orqanizmdə yaranması zamanı və trombositlərdə zəifləmə nəticəsində qanı qatılaşdıran hüceyrələrdə azalma müşahidə olunur. Xəstəliyin kəskin dövründə qırmızı qan kürəciklərinin miqdarında azalma o dərəcəyə çatır ki, qanda ağarma baş verir. Qanda bu və ya başqa ağ qan elementlərinin üstünlüyündən asılı olaraq leykozlar limfoleykoza (limfatik elementlər), mieloleykoza (sümük iliyi elementləri) və retikulendotelioza (qanda ağ qan kürəciklərinin çoxluğu) ayrılır. Limfeleykozda çox vaxt bədxassəli qanazlığının əlamətləri görünür.
Böyük qan dövranı
İnsanda qan dövranı - insan vücudundaki qanın hərəkətidir. Böyük qan dövranı sol mədəcikdən başlayıb sağ ürək qulaqcığında qurtarır. Kiçik qan dövranı sağ mədəcikdən başlayıb sol ürək qulaqcığında qurtarır. == Böyük qan dövranı == Qan orqanizmdə öz hərəkətini boyük və kiçik qan dovranı ile başa çatdırır. Böyük qan dovranında ürəkdən qovulan qan bədənin ən ucqar hissələrinə paylandıqdan sonra yenidən uürəyə qayıdır. Böyük qan dovranı ürəyin sol mədəciyindən ən iri arteriya olan aorta vasitəsi ilə başlayır. Aorta urəkdən çıxdığı yerdə qovs əmələ gətirir. Aorta oz gedişində şaxələr verir ki, bunlardan bir cütü urək əzələsini qanla təchiz edir. Bunlara ürəyin tac damarlari deyilir. Digər şaxələr isə qanı boyuna, başa və yuxarı ətraflara aparır.
Kim Sun-qan
Kim Sun-qan (17 noyabr 1912, Pxenyan, Yaponiya imperiyası – 29 may 1984) — keçmiş Cənubi Koreya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kiçik qan dövranı
İnsanda qan dövranı - insan vücudundaki qanın hərəkətidir. Böyük qan dövranı sol mədəcikdən başlayıb sağ ürək qulaqcığında qurtarır. Kiçik qan dövranı sağ mədəcikdən başlayıb sol ürək qulaqcığında qurtarır. == Böyük qan dövranı == Qan orqanizmdə öz hərəkətini boyük və kiçik qan dovranı ile başa çatdırır. Böyük qan dovranında ürəkdən qovulan qan bədənin ən ucqar hissələrinə paylandıqdan sonra yenidən uürəyə qayıdır. Böyük qan dovranı ürəyin sol mədəciyindən ən iri arteriya olan aorta vasitəsi ilə başlayır. Aorta urəkdən çıxdığı yerdə qovs əmələ gətirir. Aorta oz gedişində şaxələr verir ki, bunlardan bir cütü urək əzələsini qanla təchiz edir. Bunlara ürəyin tac damarlari deyilir. Digər şaxələr isə qanı boyuna, başa və yuxarı ətraflara aparır.
Mələk (Qara Qan)
Mələk — Qaraqanın 2015-ci ildə nəşr olunan kitabı. == Məzmun == Qaraqanın yeni romanı sayca dördüncü əsəridir. Mələk adlanan bu əsər Fantastik-drama janrında yazılıb. Əsərdə Azərbaycan reallığı, əsl sevgi və onun acı nəticələri, paxıllıq, kin, nifrət, acgözlük və şəhvət hisslərinin ətrafında baş verən hadisələr oxucunu yeni, sərt həqiqətlərlə dolu bir dünyaya aparır. Gözəl bir qadın cildində bir oğlanın damına düşən mələk və onun taleyindən danışılır.
Mərkəzi Qan Bankı
== Haqqında == B.Ə Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu 1944-cü ildən fəaliyyətdədir. Hal-hazırda Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Respublikada qan xidməti üzrə baş müəssisə rolunu oynayan mürəkkəb tibbi istehsalat kompleksindən ibarətdir. İnstitut respublika əhalisinə yüksək səviyyəli ixtisaslaşdırılmış hematoloji yardımın göstərilməsi,qan və onun komponentlərinin hazırlanması və onların tibb müəssisələri arasında tələbata uyğun bölüşdürülməsi, transfuzion mühitlərin düzgün istifadə olunmasına nəzarət edir, eyni zamanda hematologiya və transfuzilogiya elminin inkişaf etdirilməsi və kadr hazırlanması işinə rəhbərlik edir. Hazırda ETHTİ-nin strukturu “Elm”, “Klinika” hissələrindən və “Mərkəzi Qan Bankı”ndan ibarətdir. İnstitutun “Elm” hissəsində hematologiya və transfuziologiya sahəsinin aktual problemlərinə həsr olunmuş elmi tədqiqatlar aparılır. Elmi araşdırmaların nəticələri Azərbaycanda və xarici ölkələrdə nəşr edilən nüfuzlu jurnallarda nəşr edilir və institutun əməkdaşları müxtəlif ölkələrdə keçirilən möhəşəm elmi forumlarda iştirak edirlər. İnstitutda monoqrafiyalar,metodik vəsaitlər,klinik protokollar hazırlanır və dərc edilir. İnstitutun Mərkəzi Qan Bankı donor qanının tədarükü,işlənilməsi,yoxlanılması və paylanması məşqul olur. Mərkəzi Qan Bankının respublikada 8 bölgə bölməsi var (Şəki , Quba , Lənkəran , Şirvan, Mingəçevir, Sumqayıt, Bərdə, Gəncə). Hematoloji xəstələrə tibbi yardım aşağıdakı Dövlət proqramı çərçivəsində həyata keçirilir: == Dövlət proqramları == “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci iilər üçün Dövlət Proqramı” “2016 -2020–ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” “2017-2021 –ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramının”.Onkohematoloji proqram çərçivəsində müvafiq avadanlıqlar və reaktivlər alınıb.Beləliklə ölkəmizdə bu xəstəliklərin diaqnostikası beynəlxalq səviyyəyə çatdırılmışdır.
Qan-damar sistemi
Qan dövranı və ya sirkulyasiya sistemi — orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan dövranında oksigenlə zəngin arterial qan sol mədəcikdən aorta və arteriyalar vasitəsilə bədən üzvlərinə daşınaraq, kapillyarlar vasitəsilə toxumalara daxil olur, buradan da toxumalarda toplanan karbon qazı ilə zənginləşmiş venoz qan toplayıcı venalarla aşağı və yuxarı boş venalara keçərək ürəyin sağ qulaqcığına daxil olmuş olur. Qan dövranı "kiçik qan dövranı" və "böyük qan dövranı" olmaqla iki yerə ayrılır. Ürəyin sağ kameralarına gələn tünd qırmızı rəngli qan oksigensizdir. Həmin qan bu dəfə sağ mədəcikdən ağciyərlərə qovularaq, alveolalardakı kapilyar tordan keçərək oksigenlə zənginləşdikdən sonra yığıcı ağciyər venaları vasitəsilə ürəyin sol şöbəsinə dönür, beləcə, qan yenidən alqırmızı rəngini almış olur. Ürəyin sağ şöbəsindən başlayaraq ağciyərlərdən keçməklə sol şöbədə bitən qan dövranı "kiçik qan dövranı" adlanır. Al-qırmızı, yəni oksigenlə zənginləşmiş arterial qan, ürəyin sol şöbəsinə gəldikdən sonra, böyük bir təzyiqlə aortaya və periferik arteriyalara qovulur. Getdikcə nazikləşən bu qan damarları, sonda kapilyar damarlara keçir. Beləliklə, oksigen hüceyrələrə nəql edilmiş olunur.
Rafal Qan-Qanoviç
Rafal Qan-Qanoviç (23 aprel 1932, Varşava – 22 noyabr 2002, Lyublin) — Lipka tatarı əsilli polyak hərbçisi, muzdlu döyüşçüsü, jurnalist, Polşa Milli Şurasının üzvü, siyasi və sosial aktivisti. Həyatını kommunizmlə mübarizəyə həsr etmiş və sürgünd yaşamışdır. == Həyatının erkən dövrü == Rafal Qan-Qanoviç 23 aprel 1932-ci ildə Varşavanın Vaver bölgəsində dünyaya gəlmişdir. Onun ailəsinin kökəni Reç Pospolita dövründə bölgəyə köçmüş tatarlardan idi. Onun atası bir müddət Fransa Xarici Legionunda xidmət etmiş, sonradan biznes qurmaq üçün Cənubi Amerikaya səyahət etmişdi. O, Braziliyada kauçuk plantasiyası və Argentinada mis mədəni qurmaq istəyirdi. Rafalın anası 1939-cu ilin sentyabrında Polşa nasistlər və bolşeviklər tərəfindən işğal olunan zaman həyatını itirmişdi. Bundan sonra Rafalın atası oğlunu Vaver bölgəsindən Varşavanın Zoliborz bölgəsinə aparmışdı. Onlar orada 1944-cü ilin avqust ayında baş vermiş Varşava üsyanına qədər yaşadılar. Üsyan zamanı atası onu və bir qadını zirzəmidə gizlədərək, döyüşməyə getmi.
Le-Qran-Lan
Le-Qran-Lan vəyaLe-Qran-Lans (fr. Le Grand-Lemps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38182. Kommunanın 2008-ci il üçün əhalisi 2852 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 434 ilə 724 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 34km şimal-qərbdə yerləşir.
Örtmə tikmə
Örtmə tikmə (rus. вышивка гладью, türk. saten dikiş, ing. satin stitch, damask stitch) - bu tikmə üsulunda parça üzərindəki rəsm yastı tikişlərlə tamamən örtülür. == Texnika == Bu üsulda pastelrəngli ipək və yun saplardan istifadə edilir, çox vaxt qızılı saplarla birgə. Bir- və ikitərəfli növləri var. Geyim, divarüstü bəzəklərin, pərdələrin üzü işlənirdi. == Örtmə tikiş növləri == Örtmə tikmə bir və iki tərəfli ola bilər. Bir neçə tikiş texnikasında işlənə bilər: Yastı örtmə - ikitərəfli olur, tikişlər birinə yaxın, sıx-sıx düzülür Döşəmə örtmə "İrəliyə iynə" tikişi "Geriyə iynə" tikişi Dəlikli örtmə - Nazik bənd örtməsi Su tikişi (rus. стебельчатый шов) İlgəkli tikiş Düyünlü tikiş Zəncir tikiş Sayılı tikiş Kölgəli tikiş - müxtəlif rəngli saplarla işlənilirvə s.
Göstər özünü
Göstər özünü (ing. Shake It Up) - Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-ci ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orjinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orjinal serialıdır.
Özünü Tanıt
== Məzmun == "Ozünü Tanıt" teleşousu, Böyük Britaniyada populyar "Got Talent" telelayihəsinin rəsmi şəkildə alınmış Azərbaycan versiyasıdır. Bu layihə 2005-ci ildə yaranıb və bu verilişdə,yaşından asılı olmayaraq bütün iştirakçılar oz unikal bacarıqlarını numayiş etdirə bilər- muğənnilik, rəqs, akrobatik hərəkətlər, döyüş növləri və s. Qeyd edək ki, bu layihə Rusiyada "Minuta Slavı", Turkiyədə isə "Yetenek Sizsiniz" adı ilə yayımlanır. 2014-cü ilin hesabatına görə, 58 ölkə bu layihənin lisenziyasını əldə edib. Azerbaycanda isə bu şounun rəsmi lisenziyası Kaspi Global MMC şirkəti terəfindən əldə edilib. Bu layihə, Ginnesin rekordlar kitabına da ən məşhur veriliş kimi düşüb. "Özünü Tanıt" ATVdə Şamxal Həsənlinin prodüsserliyi ilə dünyaca məşhur "Got Talent" verlişinin Azərbaycan versiyasıdır. Münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova, Azərbaycan Respublikasının Xalq artistii Murad Dadaşov və reper ABD Malik daxildir. == Birinci Sezon (2015) == Birinci sezonun qalibi Elxan L Mefisto ləqəbi ilə tanınan illuziyaçı Elxan Məmmədovdur.
Özünü aldatma
Özünü aldatma — həqiqətə uyğun olmayan düşüncələrin aşılanması prosesidir; aldanan bir prosesə inam. Bu psixoloji fenomen bir insanın psixoloji müdafiə forması kimi bilinir. Sübutlara və məntiqi arqumentlərə qarşı olmağın aktuallığını, əhəmiyyətini və ya dəyərini rədd etmək və ya səmərələşdirmək prosesidir. Özünü aldatma heç bir məlumatı ortaya qoymamaq üçün həqiqətə inandırmağı (və ya həqiqətin olmamasını) ehtiva edir. == Konsepsiyanın dəyişkənliyi == "Özünü aldatma" termini bir sıra humanitar fənlərdə geniş istifadə olunur, yəni psixologiya və psixoanaliz, ədəbiyyat, fəlsəfə, epistemologiya, sosiologiya və s. Onun şərhləri hər sahənin kontekstindən asılı olaraq dəyişir. === Psixoanalizdə === Klinik praktikada, "özünü aldatma" ifadəsinin əvəzinə, bir qayda olaraq, onun ən yaxın ekvivalentləri istifadə olunur: "repressiya" və "xəyali düşüncə". Məşhur amerikalı psixoanalist və psixoterapevt Roy Şefer "Psixoanaliz üçün yeni bir dil" adlı əsərində xoşagəlməz və ya utanc verici təcrübələrdən (kəşflərdən) "şüursuz qorunma" yolu kimi aldatma vərdişini təsvir edir. === Ədəbiyyat və fəlsəfədə === Özünü aldatma fenomeni ən məşhur Sorn Kyerkeqor, Martin Haydeqqer və Jan Pol Sartr olan bir sıra ekzistensial filosofların əsərlərində öz əksini tapmışdır. Sonuncuların əsərlərində özünü aldatma ("pis iman") mərkəzi yer tutur və orijinal olmayan varlığın əsas forması kimi qiymətləndirilir.
Özünü qiymətləndirmə
Özünü qiymətləndirmə — bir insanın özünü subyektiv qiymətləndirməsi — hərəkətini, keyfiyyətini, hisslərini və ləyaqətini. == Növləri == Özünü qiymətləndirmə altı növdən ibarət ola bilər: Bir insanın özünü necə görməsindən qaynaqlanan mənlik obrazı. Başqalarının insana necə baxmasından qaynaqlanan mənlik obrazı. İnsanın özünü necə qəbul etməsi nəticəsində yaranan mənlik obrazı. Bir insanın başqalarının onu necə gördüyünü necə qəbul etməsi nəticəsində yaranan mənlik. Şəxsin özünü necə gördüyünü başqalarının necə qəbul etməsindən yaranan mənlik obrazı. Başqalarının bir insanı necə qəbul etməsindən yaranan mənlik görüntüsü. == Strukturu == Özünü qiymətləndirmə prosesi 2 hissədən ibarətdir: koqnitiv və sosial. Sosial və koqnitiv psixoloqlar tərəfindən tez-tez istifadə olunan özünü təsvir üçün daha texniki bir termin öz-özünə sxemdir. Hər hansı bir sxem kimi, öz-özünə sxemlər də məlumat saxlayır və düşüncəmizə və yadda saxlamağımıza təsir göstərir.
Özünü tənqid
Özünütənqid — insanın öz-özünə refleksiv münasibətidir. Bu öz səhvlərini sərbəst axtarmaq, davranışını və düşüncə tərzinin nəticələrini qiymətləndirmək qabiliyyətidir. Özünütənqid insanın psixoloji durumu ilə bağlıdır. Həddən ziyadə özünütənqid xəstəlıik əlaməti kimi də qiymətləndirilə bilər.
Göstər özünü (teleserial)
Göstər özünü (ing. Shake It Up) - Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-ci ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orjinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orjinal serialıdır.
Qar qoyunu
Qar qoyunu (lat. Ovis nivicola "qar olan sahələrdə yaşayan qoyun") — Boşbuynuzlular fəsiləsinə Qoyunlar cinsinə aid növ. Əsasən Şərqi Sibirdə yayılmışdır. Bəzi müəlliflər bu canlını müstəqil növ hesab etməyərək, onları Ovis canadensis növünün Ovis canadensis nivicola yarımnövü hesab edirlər. == Xarici görünüş == Orta ölçülərə malik qoyun yığcam bədən quruluşuna malikdir. Başı elədə böyük deyil. Qulaqları qısadır (11 sm). Boynu qısa və enlidir. Quyruğuda olduqca qısa və kökdür. Yetkin erkəklərin uzunluğu 140–188 sm, hündürlüyü 76–112 sm, çəkisi 56–150 kq təşkil edir.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüsseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Gözünə gün düşür (hekayə)
Gözünə gün düşür — E.Hüseynbəyli tərəfindən 2010-cu ildə yazılmış hekayə. İlk dəfə fevralın 27-də «525-ci qəzet» də çap edilib. == Haqqında == Hekayə çıxan kimi onun barəsində ir neçə məqalə yazılıb. Professorlar Nizami Tağısoy və Nusret Hesretlininın məqalələri qəzetin mart-aprel saylarında nəşr olunub. Bir az sonra akademik Tofiq Hacıyev həmin hekayəyə geniş məqalə həsr edib. Hekayə rus dilinə çevrilib və 2010-cu ilin iyununda Moskvada nəşr olunan «Drujba narodov» jurnalında çap olunub və jurnalın saytında yerləşdirilib. Bir çox rusdilli saytlarda və Rusiyanın bəzi kitabxanalarında bu hekayənin süjeti və ideyası barədə də məlumat nəşr olunub. Həmin ilin iyunun 7-də «Azadlıq» radiosunun «Oxu zalı» da hekayəni sayta qoyub. «Literaturnı Azərbayjan» jurnalı hekayəni 2010-cu il avqust sayında yerləşdirib. == Kino == 2011-ci ilin fevralında hekayə əsasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Yol» qısametrajlı bədii film çəkilib və həmin ilin martında Almaniyanın «Oberhauzen» festivalına göndərilib və proqramdankənar nümayiş olunub.
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Bürüşük akasiya
Bürüşük akasiya (lat. Acacia pravissima) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Yeni Cənubi Uelsdən Viktoriyaya qədər yayılmışdır. == Sinonimləri == Acacia pravissima F. Muell. ex Benth.
Yumru Sürümçək
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Ağ çürümə
Ağ çürümə – bitkilərin göbələk xəstəliyi. Törədicisi Sclerotinia libertiana göbələyidir. İnfeksiya mənbəyi səpin və əkin materialı, torpaq , bitki qalıqlarıdır. Xiyar, kələm, qabaq, sarımsaq, yerkökü, günəbaxan, tütün, çətənə, paxla, tərəvəz və s. bitkilərə yoluxur. Əsasən, vegetasiya dövründə və saxlanma zamanı baş verir. Meyvə köklü bitkilərin toxumluqlarına böyük zərər verir. Zədələnən orqanlar üzərində əmələ gələn sulu, qonur ləkələr qara sklerosili pambıgabənzər ağ kiflə örtülür. === Mübarizə tədbirləri: === Düzgün növbəli əkinə riayət etmək, məhsulu vaxtında yığmaq və düzgün rejimdə saxlamaq; istixananın havasını rütubətləndirmək. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Bərmək mahalı
Bərmək mahalı — Quba xanlığında mahal. İndiki Xızı Adını burada yaşayan Bərmək tayfasından və ya Bərmək – bər məhsul, mak – kahin və ya Qubadakı Bərmək mahalı Harunərrəşidin vəziri Cəfər Bərməkinin qəbiləsi aldığı Xızı-Bərmək mahalı Xəzər dənizi, Bakı kəndləri və Sumqayıt çayı hüdudlarında böyük bir sahə tutur.Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərir. A.Bakıxanovun “Gülüstani irəm” əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının “Xızı bərmək” mahalı haqqında dəyərli məlumatlar verilir. == Kəndlər == Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərmişdi. Həmin kəndlər aşağıdakılardı: 1. Siyəzən 2. Xızı 3. Findiqan 4. Dərəzarat 5.
Sintetik hürümə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Abşeron qoyunu
Abşeron qoyunu — zooloji klassifikasiyasına görə uzun yağlı quyruq qurupa, təsərrüfat klassifikasiyasına görə yağlı quyruq, ətlik-yunluq-südlük, Qafqaz qrupuna mənsub, yarımqaba yunlu məhsuldar qoyun cinslərindən biri. Bu qoyunlar iri gövdəli, tez yetişən, yüksək keyfiyyətli ət, süd, yun verməsi, ekstremal iqlim şəraitinə dözümlü tez törəyib artan, il boyu təbiiotlaqlardan maksimum səmərəli istifadə edən, bu şəraitdəyüksək məhsul vermək imkanına malikdir. Otlaqda və bordaqda intensiv kökəlir.Abşeron heyvandarlıq təcrübə stansiyasınin aparıcı elmi işçisi, kənd-təsərüfatı elmləri namizədi Nəcəf Nəcəfov tərəfindən hazırlanmış materiallar əsasında aborigen cinslərin seleksiyasından özündə əcdadlarının – Qala qoyununun ən yüksək keyfiyyətlərini cəmləşdirmiş yeni yarım-qaba yunlu Abşeron qoyun cinsi yaradılmışdır. Abşeron cinsinin müxtəlif şəraitlərə adaptasiyası geniş olaraq sınaqlardan keçirilmiş, elmi şəkildə tədqiq edilərək onun yüksək rəqabət qabiliyyətliyi təsdiq edilmişdir. Abşeron qoyunu 29 iyun 2007-ci ildə Azərbaycan Damazlıq (Azərdamazlıq) şurasında cins kimi təsdiq edilmişdir. Abşeron qoyununun uzun yarımqaba yuna malik olması Azərbaycanda xalçaçılığın yüksək keyfiyyətli xammalla təmin olunması baxımından çox əhəmiyyətlidir. == Cinsin xarakteristikası == Cinsin istiqaməti – ətlik-yunluq-südlük Yunun növü – yarımqaba Yunun rəngi – açıq boz, ağımtıl Yunun təbii uzunluğu – 16-25 sm Yunun orta nazikliyi – 38,016 mkr Yunun sinfi: I-II sinif yarımqaba Yun məhsuldarlığı – 3,5-4 kq Diri çəkisi (kq): törədici qoçlarda – 60-70 ana qoyun – 45-50 === Eksteryer əlamətlər === Başı orta böyüklükdə, uzun sallaq qulaqlı, əksər qoyunlar və qoçlar buynuzsuzdur. Qoçlarda xırda buynuz ola bilər. Quzular doğulduqda qəhvəyi, kürən, boz və açıq-boz rəngdə olur. 6 aylıqda güzəm tünd rəngdən açıq-boz rəngə dəyişir,baş və ayaqların örtücü tükləri əvvəlki tünd rəngində qalır.
Altay qoyunu
Altay qoyunu (Ovis ammon ammon) — məhv olma təhlükəsi altındadır. == Görünüşü == Bədəni sıx ama incədir. Ayaqları hündür və nazikdir. Boynu uzunsov və incədir. Quyruqu qısadır. Ölçülərinə görə dağ qoyunlarının başqa alt növlərindən daha iridir: erkəklərin hündürlüyü peysərdə 125 sm. erkəklərin ən uzun kəllə sümükləri ölçüsü 345-385 mm, ortalama 360 mm, dişilərdə 305-337 mm, ortalama 318 mm. Buynuzlar həm erkəklərdə həm dişilərdə var, özüdə dişilərdə ölçüləri xeyli kiçikdir. Onlar çox böyükdülər, uzunluğu 129 sm., əsasında əhtəsi 40-50sm. qədər, ortalama 44sm.
Balbas qoyunu
Balbas qoyunu — Azərbaycan ərazisində, əsasən Naxçıvanda geniş yayılan ən iri qoyun növü. == Ümumi məlumat == Naxçıvanda geniş yayılan balbas qoyunu ən iri qoyun hesab edilir. Balbas qoynu da mazıx qoyunu kimi, qonşu ərazilərdə, daha doğrusu, Ermənistan, Türkiyə və İranda da məlumdur. Balbas qoyunları boyca hündür, caydaq olurlar. Rəngi ağ, başında və bəzən ayağında qara ləkələr olur. Bu ləkələr onun görkəminin yaraşığını daha da artırır. Balbas qoyunları buynuzsuz, yunu keyfiyyətli və südü yağlı olur. Qoyunların çəkisi 50 kq-a qədər, qoçlarınkı isə 65 kq-dan artıq olur. Quyruğu 16-20 kq-a qədər olan bu qoyunların yunu da çox, daha doğrusu, 3-4 kq-a qədər olur. Balbas qoyununun yunu toxuculuqda, xüsusilə xalçaçılıqda sənətkarlar tərəfindən yüksək qiymətləndirilir.
Baluçi qoyunu
Baluçi qoyunu — cənub-şərqi Pakistan, şərqi İran və cənubi Əfqanıstandan gələn yağlı quyruqlu qoyun cinsi. Baluçi qoyunları yun üçün yetişdirilir. == Xüsusiyyətləri == Şərqi İranın quraq və subtropik bölgələri Baluçi qoyunlarının yetişdirilməsi üçün uyğundur. Baluçi qoyunlarının başları və ayaqları ağ-qara rəngdədir. Yetkin anaç qoyunların orta çəkisi 35 kq (77 funt) olur. Təqribən 120 gün süd verirlər. Laktasiya dövründə 35 to 40 kq (77 to 88 funt) süd verir.
Bozax qoyunu
Bozax qoyunu — Qoyun cinslərindən biri. Qərbi Azərbaycanda, qismən şərqi Gürcüstan və Ermənistanın bir sıra rayonlarında yayılan bozax qoyunu qədim, həm də yerli Azərbaycan qoyun cinslərindən biri sayılır. Vaxtilə Gəncə və Qazax qəzalarında daha çox inkişaf tapan bozax qoyun cinsi ətlik, südlük, yunluq və satış üçün bəslənmişdir. Bozax qoyununun yunu əsasən boz, nadir hallarda ağ, qəhvəyi rəngdə olur. Çox güman ki, onun rənginin bozluğu nəzərə alınaraq ona bozax qoyunu adı verilmişdir. Bu cins qoyunların diri çəkisi əsasən 50–65 kq-a qədər olur. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. səh. 596.
Cəro qoyunu
Azərbaycanın cənub-şərqində, xüsusilə Lənkəran zonasında yayılmış qoyun cinsi caro və ya carov adlanır. Bu cins meşəlik zonanın şəraitinə daha çox uyğunlaşan heyvandır. Bu qoyun cinsi ləzgi qoyununa daha çox oxşayır. Lənkəranda qədim qoyun cinsi olan caro əti, südü və yunu etibarilə az çəkili olub, o qədər də sərfəli qoyun cinsi sayılmır. Lakin bu cins dağ şəraitinə daha uyğun gəlir. Sağım müddətində 50-60 l süd, qırxımda 2-2,4 kq-a qədər yun verir. Caro qoyununun çəkisi 50 kq-a qədər, rəngi isə əsas etibarilə ağ, ağ-qəhvəyi və qara rəngdə olur.
Dorper qoyunu
Dorper qoyunu — Cənubi Afrikada Dorset və Blekhed Persian irqi qoyunların mələzləşməsi nəticəsində əldə edilən cins. == Tarixi == Dorper qoyunu Cənubi Afrikada Dorset və Blekhed Persian irqi qoyunların mələzləşməsi nəticəsində əldə edilən cinsdir. Adınıda bu iki irqin adının ilk hecasından götürmüşdür. 1950-ci ildə rəsmi olaraq irq adını almışdır. Afrikanın inkişaf etdirilmiş ən uğurlu irqlərindən biridir. == Görünüşü == Bu qoyunların baş və boyun hissəsi qara, bədəni ağ və bütöv ağ rəngli iki növü vardır. İrqi quyruqsuz qoyun irqlərinə aiddir. Dorper qoyununun quzusu 12 aylıq olduqda 70–80 kiloqrama qədər çəkisi olur. Dişi qoyunun diri ağırlığı 100 kq, qoçların isə 120–130 kq çəkisi olur.
Gödək qoyunu
Gödək qoyunu — Azərbaycanda, Quba-Xaçmaz iqtisadi rayonunda miqdarca birinci yeri tutan qoyun cinsi. Cins xalq seleksiyası yolu ilə yaradılmışdır və qədim cins hesab olunur. Cinssin nümayəndələri xırda olması, qısa ayaqları, möhkəm gövdəsi ilə çeçilir. Konstitusiyası quru və möhkəmdir. Ağır şəraitə davamlı, çevik və uzaq yol getməyə qadir, yerli şəraitə uyğunlaşmış qoyunlardır. Qoyunların 80 % ağ, başı və ayaqları qonur və qara rəngli olur. Ətlik-yunluq istiqamətli cinsdir. Dişilərdə diri çəki 30-40 kq, qoçlarda isə 45-50 kq-dır. Ət çıxarı orta hesabla 45,0-48,0 % təşkil edir. İlllik süd verimliyi 45 litr, südünün yağlığı isə 6,4- 7,2 % olur.
Herik qoyunu
Cənubi Qafqazda qoyunçuluğun beşiyi sayılan Azərbaycanda onlarla qoyun cinsi olmuşdur. Bunlardan biridə herik qoyun cinsi olmuşdur. Herik qoyunu bir sıra xarakterik nişanələrinə görə ləzgi qoyunu ilə yaxınlıq təşkil edir. Bu qoyun əsas etibarilə Şəki, Qax və ona qonşu olan rayonların ərazisində məlumdur. Bu qoyuna herik qoyunu ilə yanaşı, "bürc qoyunu" da deyilir.
Ləzgi qoyunu
Ləzgi qoyunu — Ləzgi qoyun cinsinin vətəni Dağıstan ərazisi sayılsa da bu cins Azərbaycanın bir sıra ərazisində hələ XIX və XX əsrlərdə geniş yayılmışdır. Bu cins Dağıstanla bilavasitə həmsərhəd olan Quba, Qusar, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, qismən də Ağdaş və Göyçay rayonları ərazisində yayılmışdır. Təbii-coğrafi şəraitə tez uyğunlaşan və çətinliyə dözümlü olan ləzgi qoyunlarının çəkisi 40–65 kq-a qədər olur. Yunu 2 kq-a yaxın, südü isə 30–40 kq-a qədər olur. Ləzgi qoyununun rəngini ağ, boz, sarımtıl, qara-qonur rənglər təşkil edir.
Mazıx qoyunu
Naxçıvan MR-də Mazıx qoyunu daha geniş yayılmışdır. Bir sıra üstün cəhətləri ilə fərqlənən bu qoyun cinsi Ermənistan, Türkiyə və İran ərazilərində də geniş yayılan qoyun cinsi sayılır. Mazıx qoyunu qabayunlu qoyunlar içərisində üstünlük təşkil etməklə 130 l-ə qədər süd verir. Rəngi qızılı və qəhvəyiyə çaldığına görə ona yerli əhali "qızıl qoyun" da deyir. Lakin ağ və qonur rənglərdə də mazıx qoyunları məlumdur. Mazıx qoyunlarının qoçları buynuzlu, qoyunları isə buynuzsuzdur. Bəzi hallarda boğazının altında qoşa mürcümlər olur. Çox yaraşıqlı olan mazıx qoyunlarının yorğa yerişi onun gözəlliyini daha da artırır. Bu cür iri quyruqlu qoyunların quyruğu 15 kq-a qədər olur. Bəzən quyruğu yerlə sürünməsin və zədələnməsin deyə, onun quyruğuna diyircək bağlayırlar.
Merinos qoyunu
Merinos qoyunu — nazik və incə yununa görə yetişdirilən qoyun növü. Tükünün qalınlığı 15-25 mkm.-dir. Əsasən Avstraliya-da yetişdirilir. == Tarixi == Merinos qoyun dünyada ən qədim qoyun cinslərindən biri sayılır. Bu cinsin İran, Mesopotamiya və Balkan yarımadasında yayılmasının tarixi eramızdan əvvəlki dövrə aid edilir. == Merinos qoyunu Azərbaycanda == XIX əsrin 40-cı illərində Azərbaycana gətirilən və yüksək keyfiyyətə malik olan merinos qoyunu burada sonrakı əsrdə özünün daha geniş inkişafına başlamışdır. 1840-cı ildə Tavrida quberniyasından Azərbaycana köçürülən ruslar özlərilə bərabər merinos qoyunu gətirmiş və Azərbaycanın müəyyən ərazisində saxlamışlar. Rusiyanın Tavrida, Xerson və Yekaterinoslav quberniyalarından Azərbaycana gələn rus duxoborları da merinos qoyununu bu ərazidə inkişaf etdirmişdir. Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanın Kiçik Qafqaz hissəsində, xüsusilə Gədəbəy və Şəmkirdə 90 min baş merinos qoyunun olduğu göstərilir. Merinos qoyununun Azərbaycanda nisbətən geniş istifadə edilməsi təkcə ətlik deyil, həm də yüksək keyfiyyətli çox və zərif yununun olması ilə əlaqədardır.
Qala qoyunu
Qala qoyunu – əsasən Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən olan Qala kəndində xalq selleksiyası nəticəsində əldə edilmiş və bu günümüzə qədər qorunub saxlanılmış qoyun papulyasiyalarından biri. Qala qoyunu populyasiya kimi Şirvan cinsinin bir qolu sayılır. Məhdud ərazidə yayıldığı üçün cins deyil populyasiya sayılır. == Ümumi məlumat == Heç təsadüfi deyildir ki, qoyunun adı da Qala kəndinin adından götürülmüşdür. Qala qoyun cinsinin saflaşdırılmasında, bərpasında, çoxaldılmasında, damazlıq-seleksiya işinin təkmilləşdirilməsində Abşeron heyvandarlıq təcrübə stansiyasınin aparıcı elmi işçisi, kənd-təsərüfatı elmləri namizədi Nəcəf Nəcəfovun əvəzsiz xidmətləri olmuşdur. Qala qoyunu eyni zamanda seleksiyaçı-alim Nəcəf Nəcəfovun tərəfindən selleksiya nəticəsində yaradılmış məhsuldar Abşeron cinsinin əcdadı sayılır. == İstinadlar == == Mənbə == Nəcəfov N.A. Qala qoyununun bəzi bioloji-təsərrüfat xüsusiyyətləri. // "Kənd təsərrüfatı elmi xəbərləri" jurnalı, №6, 1974. səh. 55-58.
Qarabağ qoyunu
Azərbaycanda şöhrət tapan, qədim və ən geniş yayılan qoyun cinslərindən biri Qarabağ qoyunudur. Qarabağ qoyun cinsi Dağlıq Qarabağ, Kəlbəcər, Gürcüstan, Ağdam, Cəbrayıl, Mil düzü və Muğan düzündə daha geniş inkişaf tapmışdır. Belə bir fikir var ki, Qarabağ qoyunu yerli qoyun cinsilə Ön Asiya quyruqlu qoyun cinsinin cütləşməsindən əmələ gəlmişdir. Bu cins yaraşıqlı görkəmi, yağlı quyruqluluğu, şirin əti və nisbətən zərif yunu ilə səciyyələnir. Bu cins doğuma da çox həssasdır. Əgər faraş və düzgün döl edilərsə, Qarabağ qoyunu ildə iki dəfə bala verə bilər. Qarabağ qoyunu dözümlülüyü, yorulmadan uzaq yol getməsi, qış şəraitinə və alafın azlığına qane olması ilə də fərqlənir. Qarabağ cinsi bozax, şirvan və başqa yerli qoyun cinslərinin təşəkkül tapmasında ana cins rolunu oynamışdır. Azərbaycanın qoyun cinsləri arasında Qarabağ qoyun cinsi diri çəkisinin çoxluğu ilə də diqqəti cəlb edir. Bu cinsdən olan qoyunların çəkisi 45-50 kq, erkəklərinki isə 60-65 kq-dan çox olur.
Qaradolaq qoyunu
== Ümumi məlumat == Ağcabədi rayonunun Qaradolaq kəndində Qarabağ qoyunlarının xüsusi bir cinsi kimi formalaşan qaradolaq qrupu yaranmışdır. Qaradolaq qoyunu XIX əsrin sonu XX əsrin əvvəllərində Qarabağın bir sıra yerlərində geniş yayılmış və bir sıra üstünlüklərinə görə şöhrət tapmışdır. Bu qoyun Qarabağ qoyun cinsinə xas olan əsas xüsusiyyətlərini saxlayaraq ondan caydaq, çəkisinin ağırlığı və yununa görə fərqlənmişdir. Qaradolaq ana qoyunlarının çəkisi orta hesabla 60-70 kq, erkəklərinin çəkisi isə 70-90 kq-a qədər olur. Lakin onların içərisində 90-110 kq və daha artıq olanı da məlumdur. Qaradolaq kəndindən bu münasibətlə toplanan etnoqrafik materiallardan aydın olur ki, qaradolaq qoyunlarının göstərilən üstünlükləri onların xalq empirik üsulu ilə seçilib bəslənilməsi və yerli şəraitin daha əlverişliliyindən irəli gəlir. Onu da qeyd etmək lazımdır ki, qaradolaq qoyununun formalaşmasında türkmən qoyununun da xeyli təsiri olmuşdur. Qocalar belə nəql edirlər ki, qaradolaq türkmən qoyunlarının cütləşməsindən yaranmışdır. Bu təsir Abşeronun Qala qoyunu vasitəsilə keçmişdir.
Qaragül qoyunu
Qaragül qoyunu — qabayunlu qoyun cinsi. Əsasən dərisindən və südündən istifadə edilir .. Qaragül qoyunu əsasən Türkmənistan və İranda saxlanılır. == Qaragül xəzi == Qaraqul xəzinə müxtəlif cins qoyun qurularının dərilərinə aid edilir və bunlar da özlərinin ilkin tük örtüyünün burulma quruluşuna görə fərqlənirlər. Qaraqul xəzi aşağıdakı kimi fərqlənir: təmizcinsli qara rəngli qaraqul; təmizcinsli rəngli qaraqul; təmizcinsli boz rəngli qaraqul; metis (quyruqlu) qara rəngli qaraqul; metis (quyruqlu) rəngli qaraqul; metis cinsdən olan qara rəngli qaraqul; metis müxtəlif cinsdən olan rəngli qaraqul; Doğulmayan, qaraqul cinsli quzu dərisi qaragülçəBunlar yaş fərqinə görə (hətta bir aya qədər günlərin sayına görə) və tük örtüyünün inkişaf dərəcəsinə görə üç yerə ayrılır: qolyak-lütcə (cox zəif tük örtüyü olan) Muar-cox qısa parlaq, iynəyəbənzər dalğavari tük örtüklü (qaragülçə ölü) Klyam zahılığın axırıncı mərhələsindəki embrion dərisi və doğulmuş 1-2 günlük quzu dərisi; tük örtüyü müardan çoxdur və burulma təzə başlayır( buna qaragül-qaragülçəsi deyilir) Sumuşka- doğlmuş, 2-4 günlük quzu dərisi: Yaxobob-doğuluş 1-aya qədər qaraqul cinsli quzu dərisi. Merluşka:-30 günlük quzu dərisi (qara palıdı və ağ rəngli)Qaragül xəzi müxtəlif qoyunların quzu dərilərindən ibarətdir. Qara, boz və çal rəngli təmiz cinsli qaragül dərisi, qara və əlvan rəngli müxtəlif cinslərin (zərif yunlu qoyunlardan başqa) qarışığından olan qaragül dəri saf və qarışıq cinsli qaragülçə (doğulmamış quzu), təbii və boyanmış krım dərisi, təbii və boyanmış güllü dəri, Rusiya və səhra müarının dərisi , güllü və safcinsli yaxobab dərisi bu qrupa daxildir. Bunlardan başqa sənayedə şiraz, Xorason, Əfqan, Tehran, Qərbi Cin və Monqolustan quzu dəriləri də emalı edilir. Qaraqul quzu dərisi qoyunların tükü yaşına görə çox dəyişilir. Dəriyə qiymət verilməsində bu halın çox böyük əhəmiyyəti vardır.
Qaraçay qoyunu
Qaraçay cins qoyunu — cod yunlu qoyun növünün ən qədim cinslərindən biridir. Qoyunların vətəni Kuban çayının mənbəyində yerləşən yüksək dağlıq ərazi Qaraçay ərazisidir. Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nəşrində (Moskva: 2015) "İstifadəsi üçün təsdiqlənmiş Damazlıq Nailiyyətlərinin Dövlət Reyestri"ndə Qaraçay qoyun cinsi 9354024 nömrəsi siyahıya alınmışdır (yaradıcılar # 296, 5670, 14214).. Qaraçay cinsindən olan qoyunların yetişdirilməsi üçün ənənəvi bölgələr Şimali Osetiya, Kabarda-Balkariya, Qaraçay-Çərkəz torpaqlarıdır. Ətlik,yunluq,südlük qoyunlardır. İl boyu otlaqlarda otarılır. == Qoyun cinsinin tarixi == Qaraçay qoyun cinslərinin yetişdirilmə vaxtı məlum deyil, lakin XIX-XX əsrlərin əvvəllərində geniş tanındı və əvvəllər bilinsə də Qafqaz bölgəsinin hüdudlarından kənara çıxaraq daha çox məşhurlaşdı. Bu ərazidə macarların əcdadlarının izlərini tapmaq üçün 1829-cu ildə Şimali Qafqaza səyahət edən Macarıstanlı alim Jan-Şarl de Bess qeyd edri: “Qaraçaylar gözəl cins atlar yetişdirməklə yanaşı, çox sayda cins öküz və qoyun da saxlayırlar. Bir qayda olaraq, sakinlər quzu əti yeyirlər; çox keyfiyyətli kərə yağı və pendir də hazırlayırlar."Q. İ. Fillipsonun qeyd etdiyi kimi, “səyahətlərim zamanı, onların obalarında tez-tez gecələyib, istirahət etdim və çobanların bizə verdiləri ziyafətlərdə kabab yedim. Qaraçay quzusu ən yaxşı dana ətindən dadlıdır və xüsusi bir ləzzətə malikdir, yəqin ki, aralarında çoxlu ətirli dağ çiçəklərinin də olduğu dağların otları ilə bəslənirlər.
Romanov qoyunu
Romanov qoyunu — Rusiyanın yuxarı Volqa bölgəsindən gələn ev qoyunu növüdür. Romanov adını, eyni adı daşıyan qəsəbədən götürmüşdür. Bu qoyunlara ilk dəfə XVIII əsrdə Rusiya xaricində rast gəlindi. Tezliklə Almaniyaya, daha sonra isə Fransaya idxal edildi. 1980-ci ildə Kanada hökuməti tərəfindən 14 qoyun və 4 qoç alındı və 5 il karantində saxlanıldı. Testdən sonra, Romanov cinsinin bir qismi ABŞ-yə gətirildi. == Görünüşü == Bu qoyunlar, soyuq iqlimə adaptasiya edilmişdir. Romanovlar, Şimali Avropa qısa quyruqlu qoyun irqlərindəndir. Dünyaya gəldiklərində təmiz qara olurlar, ancaq qocaldıqca rəngləri sürətlə boza çalır. Bir erkək Romanovun orta ağırlığı 55–80 kiloqram və bir dişi Romanovun orta ağırlığı 40–50 kiloqramdır.
Yörtməc
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər.Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Brümer
Brümer (fr. brumaire, lat. brume sözündən — duman) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin 1 yanvarına qədər qüvvədə olmuş təqvimə əsasən II ay (22/23 oktyabr — 20/21 noyabr).
Burime
Burime (fr. bouts-rimés — "qafiyəli sonluqlar") — əvvəlcədən verilmiş qafiyələrə və ya mövzulara uyğun zarafatcıl şeirlərin yazılmasından ibarət olan ədəbi oyun. Burimenin yaradılmasını 17-ci əsr fransız şairi Dülonun adı ilə bağlayırlar. Menagianaya görə, 1648-ci ildə Dülo şikayətlənir ki, onun şeirləri olan kağızıarı, 300 sonetini oğurlayıblar. Ətrafdakıların onun bu qədər çox şeir yazmasına təəccübləndiyini görəndə isə, bildirir ki, onlar hazır şeirlər deyildi, sadəcə qafiyələr idi.
Burnək
Burnək - 1728-ci ildə İrəvan əyalətinin Maku nahiyəsində kənd adı Əsli Purnək. XVI əsrdə Qızılbaş tayfalarının birinin adıdır. Mənşəcə Ağqoyunluların Purnək tayfasının (34, 160) adındandır.
Deyv Brubek
Deyv Brubek — Amerikalı caz bəstəkarı və pianoçu == Həyatı == Deyv Brubek 6 dekabr 1920-ci ildə Kaliforniya ştatının Konkord şəhərində anadan olub. O, 1950-60-cı illərdə Kaliforniya cazının ən görkəmli nümayəndələrindən olan kvarteti yaradıb. Bu kollektivin ifa etdiyi məşhur əsərlərdən biri bəstəkar Pol Dezmondun 1959-cu ildə bəstələdiyi “Take Five” caz kompozisiyası olub. Deyv Brubek 1988-i ildə Moskvada Mixail Qorbaçov tərəfindən o vaxtkı ABŞ prezidenti Ronald Reyqanın şərəfinə təşkil etdiyi qəbulda çıxış edib. Dünya şöhrətli cazmen Mixail Qorbaçova müraciətlə belə deyib: “Mən rus dilində danışmıram. Amma sizin hərəkətlərinizdən görürürəm ki, ifa etdiyim musiqi ürəyinizcədir”. Deyv Brubek “Time” jurnalının üz qabığına düşən ilk caz musiqiçisidir. O, 6 dekabr 2012-ci ildə ABŞ-nin Konnektikut ştatındakı xəstəxanalardan birində düunyasını dəyişib.