Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abıralı üsyanı
Abıralı üsyanı (qaz. Абыралы көтерілісі) — Şərqi Qazaxıstan vilayətinin Abralı bölgəsində 1931-ci il fevral, mart aylarında baş vermiş kəndli üsyanı. Üsyan məcburi kollektivləşdirməyə qarşı idi. 12 fevral 1931-ci ildə bölgənin bütün aullarında kəndlilərin üsyanı başladı. 4-cü və 6-cı aullarda (indiki Baktı və Enbek aulları) Esimbek Musabekulının rəhbərliyi ilə 300 nəfər kəndli Birləşmiş Dövlət Siyasi İdarəsinin qoşunlarına qarşı müqavimət göstərdilər. Onlar hökumətdən zorakılığı dayandırıb, müsadirə etdikləri mal qaranı və buğdanı xalqa qaytarmağı tələb edirdilər. 1931-ci ilin payızında Abralı üsyanının iştirakçıları Kempirbaevin dəstəsindən 274 nəfər həbs olundu, 85 nəfər isə güllələndi.
Aday üsyanı
Aday üsyanı (qaz. Адай көтерілісі) — 1929-1932-ci illərdə baş vermiş Mangistauda yaşayan aday tayfasından olan qazax şaruaların üsyanı. Üsyana səbəb həddən artıq olan vergilər, insanların dini inanclarının təhqir olunması, məcburi kollektivləşdirmə nəticəsində mal qaranın kütləvi qırılması, bütün qazax aullarının yoxsullaşması və nəticədə yaranan aclıq idi. 1929-cu ildə ayrı ayrı yerlərdə başlamış üsyan 1930-cu ildə ümumi xarakter daşıyaraq bir mərkəzdən idarə olunmağa başlayırdı. Bokımaş Şolaulı (1931-ci ilin aprel ayında xan seçilib), Mirzəqali Tınımbaevin (1931-ci ilin iyun ayında döyüşdə həlak olub), Yerqali Kutteqenovun, M.Salpıkulının, Jumatay Hüseynovun və digərlərinin başçılığı ilə üsyançılar hökumət qüvvələri ilə şiddətli döyüşlər keçirirdilər. 1931-ci ilin may iyul aylarında üsyançılar 4 dəfə Fort Aleksandrovsk şəhərinə hücum etmişdilər. Silahlı mübarizə 1932-ci ilin ortalarına qədər davam edib. Üsyan yatırıldıqdan sonra üsyançılar, Türkmənistanda, Qaraqalpaqıstanda, Tacikistanda, İran və Əfqanıstanda gizləndilər. Birləşmiş Dövlət Siyasi İdarəsi 800 nəfərdən artıq üsyançı mühakimə olundu.
Akmola üsyanı
== Həmçinin bax ==
Alak üsyanı
Alak üsyanı (qaz. Алақ көтерілісі) — Semipalatinsk quberniyasının, Qızıltas bölgəsinin, Qızılkəsik kəndinin sakinləri tərəfindən 1931-ci ildə məcburi kollektivləşdirməyə qarşı baş vermiş üsyan. Üsyanda həmçinin indiki Aksuat və Kokpektinsk bölgələrinin də sakinləri iştirak ediblər. Bölgənin nüfuzlu şəxslərinin, o cümlədən 1885-ci ildə Omsk Mərkəzi Feldşer məktəbini bitirmiş və keçmişdə volost (ərazi vahidi) rəhbəri olmuş Jakul Kuşikovun, Zaysan uyezdinin, Boqask volostının keçmiş rəhbəri Mukış Kuanovun və Qasım Kozıbayevin əmlakının müsadirə olunması üsyana səbəb oldu. Hacı Tırayısın Birləşmiş Dövlət Siyasi İdarəsinin əməkdaşları tərəfindən öldürülməsi insanların qəzəbinə səbəb oldu. Üsyan qəddarlıqla yatırıldı. Üsyanı davam etdirməyin mənasızlığını başa düşən sağ qalan üsyançılar sərhəddi keçərək Çinə keçdilər.
Asan üsyanı
Asan üsyanı (qaz. Асан көтерілісі) — qazaxların məcburi kollektivləşdirməyə, ərzağın və mal qaranın yığılmasına qarşı qaldırdıqları üsyan.Üsyan 1930-cu ilin avqust sentyabr aylarında Qızılorda vilayətinin, Qazalı bölgəsində baş verib. Bu üsyan Qızılqum üsyanının davamı sayılır. 22-ci aulun D.Asanov, J.Tleubaev, A.Kaldıbaev və B.Tleuliev adlı sakinlərinin buğdaya görə vergi verməkdən boyun qaçırdıqları üçün Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən həbs olunmaları üsyanın başlamasına səbəb olur. Üsyançılar həbs olunanları güclə azad edirlər. Onlara 19, 20, 21, 23, 24, 25 nömrəli aullardan və qonşu Aral bölgəsindən də insanlar qoşuldular. Tezliklə üsyançıların sayı 1000 nəfərə çatdı. Üsyana imam Maksım Orımbetov rəhbərlik edirdi. Üsyan yatırıldıqdan sonra 98 nəfər həbs olunmuş 31 nəfər isə axtarışa verilmişdir. 19 noyabr 1930-cu ildə Jumaş Tleubaev, 20 noyabr 1930-cu ildə Abdıkalık İmbetov, 21 aprel 1931-ci ildə isə Kalımbet Edilqarayev, Abdiraman Karaqulov, Jubatxan Konısov, Pirimbet Kurekeev, Nasır Mambeteev, Mustafa Mirbekov, Ayjarık Tanatarov güllələnməyə məhkum edildilər.
Ayaqyalınlar üsyanı
Ayaqyalınlar üsyanı (fr. Révolte des Nu-pieds) — 1639-cu ildə Fransanın Normandiya regionunda böyük xalq üsyanı. Başçıları yarıəfsanəvi Ayaqyalın Jan idi. Üsyana çox ağır vergilər və ümumiyyətlə, feodal zülmü səbəb olmuşdu. "Ayaqyalınlar"ın ictimai və siyasi ideologiyası dəqiq deyildi. Yoxsul şəhər əhalisi və kəndlilərdən ibarət üsyançılar dövlət vergilərindən boyun qaçırır, varlıların mülklərini, vergi idarələrini dağıdırdılar. "Ayaqyalınlar" Normandiyanı tutmuşdular. Üsyan Fransanın bir çox əyalətində geniş əks-səda doğurmuşdu. Üsyanı hökumət qoşunu yatırmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Pierre Carel, Une émeute à Caen sous Louis XIII et Richelieu (1639) : la révolte des Nu-Pieds en Basse-Normandie, Caen, E. Valin, 1886 ; Madeleine Foisil, La Révolte des nu-pieds et les révoltes normandes de 1639, Paris, PUF, 1970 ; Jean-Louis Ménard, La Révolte des nu-pieds en Normandie au XVIIe siècle, Paris, Dittmar, 2005 ; Boris Porchnev, Les Soulèvements populaires en France de 1623 à 1648, S. E. V. P. E. N., Paris, 1963 ; reprinted as Les soulèvements populaires en France au XVIIe siècle, Groupe Flammarion, Paris, 1972.
Batavi üsyanı
Batavi üsyanı — e.ə 70-ci ildə german tayfası batavların Yuliy Sivilisin rəhbərliyi ilə Roma imperiyasına qarşı üsyanı. Əvvəlcə Sivilis (Qalboy tərəfindən həbsdən azad edildi) yalnız Vitelliusa qarşı üsyan etdiyini və ümumiyyətlə Roma hakimiyyətinə qarşı olmadığını bildirdi. Mümkündür ki, o, Vitelliusun devrilməsini xəyal edən Vespasianın tərəfdarları ilə birlikdə çıxış etdi. Tezliklə o, öz üsyanına kanninefatları və frizalıları da cəlb etdi. Reyn üzərində yerləşən Roma donanmasına mülki vətəndaşlar hücum etdi. Batavi mənşəli dənizçilər onun tərəfinə keçdilər, romalılar öldürüldü və 24 gəmidən ibarət bütün donanma onun əlinə keçdi. Tezliklə Reynin sağ sahilindəki üsyana Alman tayfaları qatıldı. Romalılar məğlubiyyətə uğramağa başladılar. Bataviyalılar və müttəfiqləri Veteranı mühasirəyə aldıqda, Vətəndaş orada olan iki legiondan Vespasyana and içməsini tələb etdi. Ancaq tezliklə Alman legionlarının Vespasian imperatoru elan etməsi xəbəri gəldi.
Batpakkarinsk üsyanı
Batpakkarinsk üsyanı (qaz. Батпаққара көтерілісі) — 1-9 noyabr 1929-cu ildə Qazaxıstanın Kustanay dairəsinin Batpakkarinsk bölgəsinin və eləcə də Naurzum və Turqay bölgələrinin bir neçə kəndlərinin əhalisi tərəfindən qaldırılmış antisovet üsyanı. Üsyana səbəb əmlakın müsadirəsi və məcburi kollektivləşdirmə idi. == Haqqında == Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının qərarı ilə 16 bəy təsərrüfatı müsadirə edilir. Müsadirə zamanı "yarıfeodal bəylərin", "alaşordalıların" Əhməd Baytursunovun, M.Dulatovun, M. Esbolovun və 1916-cı ildə baş tutmuş milli azadlıq hərəkatının rəhbəri A. Janbosınovun yaxınları və qohumları əsassız təqiblərə məruz qaldılar. Bu isə öz növbəsində insanların narazılığına səbəb oldu. "Əksinqilabçılar", "millətçilər", "alaşordalılar" elan edilmiş 50 nəfər həbs olunmuşdu. Üsyançıların da əsas məqsədi həbsdə olanları azad etmək idi. Üsyançılar "Rədd olsun sovet hökuməti!", "Müsadirə olunmuş torpaqlar geri qaytarılsın!", "Müsadirə olunmuş əmlak sahiblərinə qaytarılsın!", "Yaşasın xanlıq!" şüarlar səsləndirirdilər. 2 noyabr 1929-cu ildə üsyançılar Batpakkarinsk (indiki Amangəldi rayonu) rayon mərkəzini ələ keçirib yerli hökumət orqanlarınını təmsilçilərini və rayon rəhbərlərini həbs edirlər.
Baribaevsk üsyanı
Baribaevsk üsyanı(qaz. Бәрібаев көтерілісі) — 1930-cu ilin mart ayında Almata vilayətinin, Baribaevsk rayonunun, Bakalı kəndində qalxmış kəndli üsyanı. Üsyan məcburi kollektivləşdirməyə və Sovet hökumətinin repressiv siyasətinə qarşı idi. K. Əhmədcanov, K. İbrahimov və J. Saukımbaevin rəhbərlik etdiyi 100 nəfərlik dəstə 25 mart tarixində Bakalinsk kommunasını ələ keçirmiş, kənd sovetini buraxmış və müsadirə olunmuş buğdanı və digər əmlakı insanlara paylamışdır. Üsyançılar telefon əlaqəsini və dəmir yolunu kəsib, Mınkum rayonunun 10 kəndini ələ keçirirlər. K. Əhmədcanov Aksu rayonunun qaçqınları və üsyançıları ilə birgə fəaliyyət göstərməyə cəhd edirdi. Üsyan Birləşmiş Dövlət Siyasi İdarəsi yatırıldı və 29 nəfər güllələnməyə məhkum edildi.
Baxtrioni üsyanı
Baxtrioni üsyanı (gürcücə:ბახტრიონის აჯანყება) — 1659-cu ildə Səfəvi ağalığına qarşı şərqi Gürcüstanda yerləşən Kaxetiya krallığında baş vermiş üsyandır. Üsyan üsyanın gedişatında baş vermiş əsas döyüş yerinin adı ilə Baxtrioni adlandırılmışdır. Baxtrioni qala adıdır. == Arxa plan == XVII əsrin ilk yarısında Kaxetiya kralı I Teymuraz illərdir davam edən və yerli əhalinin narazılığına səbəb olan Səfəvi ağalığına qarşı üsyana qalxdı. 1610-cu illərdə başlayan üsyanın gedişatında gürcülər səfəvilərin ilk hücumlarının qarşısını alsalar da, 1616-cı ildə Şahın özü Kaxetiyanı bir daha ələ keçirdi və oranın əhalisinin bir çoxunu İrana köçürdü və ya qətlə yetirdi. Növbəti illərdə, qızılbaş zadəganlar şərqi Gürcüstana qubernator kimi təyin edildilər və xeyli sayda Qızılbaş tayfa mənsubları orada yerləşdirildilər. Bununla Gürcüstanın tamamilə tabe etdirilməsi planlaşdırılırdı. 1630-cu illərdə səfəvilər Kaxetiyanı daha itaətkar Kartlinin tabeliyinə keçirməyə çalışdılar. Kartli hökmdarı islamı qəbul etmiş və şaha sadiqliyi ilə seçilən Rüstəm idi. Rüstəm özü də gürcü şahzadəsi idi.
Bekon üsyanı
Bekon üsyanı - 1676-cı ildə Vircinya koloniyasının Ceymstaun şəhərində zəngin kolonistlərə qarşı başladılmış üsyan hərəkatı. Bekon üsyanı yoxsul və qəzəbli mühacirələrin öz düşmənləri olaraq gördükləri iki qrupa yənilmişdi. Bu qruplardan biri hindular, digəri isə kolinistlərin zəngin və imtiyazlı liderləri idilər. == Arxa plan və üsyanın başlanması == 1676-cı ildə müasir dövrdə mövcud olmayan Vircinya koloniyasının Ceymstaun şəhərində baş vermiş üsyan Şimali Amerikada başqa bir qitədən gəlmiş şəxslərin törətdikləri ilk üsyan hadisəsi kimi də tarixə keçmişdir. Bekon üsyanı aşağı təbəqədən olan qrupları bir mərkəzdə birləşdirmişdir. Üsyana qoşulanlar əsasən salınmış koloniyalardakı çətin şəraitdən narazı olan Avropadan gəlmə sakinlər idi. Sərhəd bölgəsində yaşayan sakinlər üsyana ilk qalxan tərəf olmuşdur. Daha sonra qara dərili qullar və nökərlər olaraq təsnif edilən işçi qrupuda koloniyada yaranmış siniflər arasındakı uçurma öz etirazlarını bildirmək üçün üsyan hərəkatına qoşulmuşdur. Bekon üsyanı Vircinyanın qərb sərhədlərindəki problemlərlə başladı. 1670-cı illərdə zəngin plantatorlar şərqi Vircinyanın böyük hissəsinə nəzarət edirdi.
Beyləqan üsyanı
Beyləqan üsyanı (748) — 748-ci ildə baş vermiş üsyan. Beyləqan üsyanı (794) — 794-cü ildə ərəb əsarətinə qarşı Beyləqanda baş vermiş xalq üsyanı.
Bostandık üsyanı
Bostandık üsyanı (qaz. Бостандық көтерілісі) — yüksək vergilərə və sovet hökuməti tərəfindən "çörək hazırlama kampaniyası" çərçivəsində baş vermiş məcburi hərəkətlərə qarşı Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının Sır Dərya dairəsinin Bostandık bölgəsinin (Müasir Özbəkistan ərazisi) sakinləri tərəfindən qaldırılmış üsyan. T.Musabaev, U.Maylıbaevin rəhbərlik etdiyi üsyanda 500 nəfər iştirak edirdi. Briçmolla qışlağında baş tutmuş döyüşdə üsyançıların köməyinə İ.Canıbəyovun basmaç dəstəsi köməyə gəlir. Üsyan Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən yatırılır, üsyançıların 50 nəfəri öldürülür, 2 nəfər isə güllələnməyə məhkum edilir. 36 nəfər 10 il müddətinə islah əmək düşərgələrinə, 7 nəfər isə 5 il müddətinə sürgün edilir.
Bukollar üsyanı
Bukollar üsyanı — Misirdə Roma ağalığına qarşı imperator Mark Avrelinin hakimiyyəti zamanı, 172-ci ildə (başqa məlumatlara görə 174-cü və ya 175-ci ildə) baş vermiş üsyan. Üsyan iştirakçıları bukolların adları Nilin deltasındakı bataqlaşmış yer olan Bukoliya (II əsrin ortalarında kəndlilər ağır vergilər və mükəlləfiyyətlərdən buraya qaçıb gəlirdilər) ilə əlaqədardır. Kahin İsidorun başçılığı ilə bukollar Roma legionlarını darmadağın edərək bütün Aşağı Misiri tutmuş və İsgəndəriyyəyəyə çatmışdılar. Misirdəki Roma prefektinin öldürülməsindən sonra üsyanı yatırmaq üçün çağrılmış Suriyadakı prefekt, sərkərdə Avidi Kassi üsyançılar arasındakı ixtilaflardan istifadə edərək Bukollar üsyanını yatırmışdır.
Bulavin üsyanı
Bulavin üsyanı (1707–09) — Rusiyada kəndli və kazakların antifeodal hərəkatı. == Həyata keçirilməsi == Başçısı K.A. Bulavin idi. Üsyanda kazaklar, onlara qoşulmuş qaçqın kəndlilər, şəhər əhalisinin aşağı təbəqələri, həmçinin Volqaboyunda yaşayan xalqlar – tatarlar, mordvalar və b. da iştirak edirdi. === Birinci mərhələsi === Üsyan 1707-ci il oktyabrın 9-na keçən gecə başlandı, tezliklə Donun yuxarı axarlarında qaçqın kəndlilər yaşayan şəhərcikləri bürüdü. Lakin üsyançılar məğlub edildi; Bulavin, tərəfdarları ilə Zaporojye Seçinə qaçdı. === İkinci mərhələsi === 1707-ci ilin sonunda üsyanın ikinci mərhələsi başladı. Hərəkat Don və Volqaboyunu, Ukraynanın bir hissəsini bürüdü. 1708-ci il mayın 1-də Bulavin Çerkassı şəhərini tutdu. Üsyançıların bir hissəsi Volqaboyunda, digəri Sloboda Ukraynasında fəaliyyət göstərirdi.
Dekabristlər üsyanı
Dekabristlər üsyanı (rus. Восстание декабристов) — 14 dekabr 1825-ci ildə Rusiya imperiyasının paytaxtı Peterburqda baş vermiş dövlət çevrilişi cəhdi.XIX əsrin əvvəllərində Rusiyanın beynəlxalq vəziyyəti son dərəcə mürəkkəb idi. Tilzit sülh müqaviləsindən sonra da Rusiya müstəqil xarici siyasət yeritməkdə davam edirdi. 1812-ci ildə Çar ordusu Fransanı məğlub etdi. Napoleon üzərində qələbədən sonra Qərbi Avropa həyatı ilə tanış olmuş bəzi mütərəqqi fikirli rus zabitləri Rusiyada dəyişikliklər aparmaq uğrunda mübarizəyə başladılar. Milyonlarla kəndli, hələ də ağır təqiblərə məruz qalırdı. Avropada döyüşən rus əsgərləri, ölkələrinin dövlət quruluşunun, sosial həyatlarının və qurumlarının nə qədər geridə qaldıqlarını görmüşdülər. Çarlığın boyunduruğu altındakı xalqın böyük bir bölümünü təşkil edən kəndlilərin torpağa təhkimçiliyi saxlaması əsgərlər üçün narahat bir gərçək idi. I Aleksandrın təqibləri ve militarist rejimindən narazı olan əsgərlər, kəndlilər, cəmiyyətlər yeni çevrə yaratdılar. İki əsas istiqamət müzakirə olunurdu: məhdud monarxiya və federativ dövlət.
Dirgen üsyanı
Dirgen üsyanı və ya Qara Qartal üsyanı – hal-hazırkı Tatarıstanın şərqi və Başqırdıstanın qərbində yerləşən bölgədə müharibə kommunizmi siyasətinə qarşı Yaşıl Ordu qrupları tərəfindən reallaşdırılan üsyan. == Haqqında == Üsyan 4 fevral 1920-ci ildə Ufa quberniyasına bağlı Yanqa Yelan kəndində başlamışdır. Kəndlilərin artıq olan ərzaqlarının müsadirə edilməsinə qarşı çıxılması nəticəsində toqquşmalar yaşandı. Kəndlilər məhsullarını verməyi rədd etdilər və müsadirə bölmələrinə aid əsgərləri (prodotryad) üsyançılardan bəzilərini həbs etdilər. Bundan sonra meydana çıxan hadisələrdə kəndlilər bəzi prodotryad üzvlərini öldürdülər və üsyan dalğasını başlatdılar. 9 fevralda Minzele komitə rəhbəri və Zey mili rəisi üsyançılar tərəfindən öldürüldü. 10 fevralda kəndlilər Zeydəki Sovet təmsilçisini də öldürdülər. Üsyan Ufa quberniyasına bağlı Belebey, Kazan valiliyinə bağlı Çistopolski uyezdi və Samara quberniyasına bağlı Buqulminski uyezdinə də yayıldı. Üsyançıların liderinin adı I Milovanov idi. Qrupun şüarları "Rədd olsun kommunistlər və vətəndaş müharibəsi, yaşasın müəssislər məclisi!" Qara Qartal ikaraq da anılan kəndli üsyançıların sayı get-gedə artdı.
Dunqan üsyanı
Şansi və Qansuda Dunqan üsyanı — 1862-1869-cu illərdə dunqanların üsyanı. Eyni zamanda Çinin cənub-qərbindəki Yunnan əyalətindəki müsəlmanlar da üsyana qalxdılar. Üsyanın yatırılması bir qrup Çin dunqanlarının Rusiya imperiyası ərazisinə (müasir Qırğızıstan və digər Mərkəzi Asiya respublikaları ərazisi) və cənubi-qərbi Monqolustana köçməsinə səbəb oldu. Bu üsyan 8-15 milyon arası insan ölümünə səbəb oldu. Dunqanların bu çıxışı tarixin ən qanlı hərbi qarşıdurmalarından biri sayılır. == Üsyandan əvvəlki tarix == Müsəlman çinlilər (dunqanlar) Tsin sülaləsinə qarşı dəfələrlə üsyana qalxmışdılar. Xüsusən, 1781 və 1783-cü illərdəki çıxışlar güclü olmuşdur. 1860-cı illərin əvvəllərində uğurlu üsyan daha mümkün görünməyə başladı. Çünki imperiya qüvvələri Taypin (1850-64) və eləcə də Çjan Losin tərəfindən qaldırılan Nyanjun üsyançılarına (1852-68) qarşı mübarizə aparırdı. Taypinlərin Şansiyə yaxınlaşdığını duyan yerli əhali və hökumət tərəfdarları rəsmi hakimiyyətin razılığı ilə könüllü dəstələr yaratmağa başlayır.
Gəncə üsyanı
Gəncə üsyanı (1231)
Hmelnitski üsyanı
Xmelnitski üsyanı — bugünkü Ukrayna ərazisində 1648-dən 1657-ci ilə qədər davam edən üsyan hərəkatı. Ataman Boqdan Xmelnitskinin komandanlıq etdiyi Zaporojye kazaklarının və müttəfiqləri olan Krım tatarları və yerli ukraynalıların Polşa və Litva qüvvələrinə qarşı azadlıq müharibəsidir. Üsyan müvəffəqiyyətli oldu, Kazak Hetmanlığı quruldu və Polşanın bölgədəki təsiri azaldı. Sonralar bölgənin rus təsirinə girməsi daha asan oldu. Bu yəhudi tarixi və demoqrafiyasında xüsusi əhəmiyyət kəsb edir. Qiyam Bogdan Hmelnitsky qüvvələri tərəfindən Zaporojyanın tutulması ilə başladı. Sonra Kazaklar, tatar qüvvələri 1648-ci ilə qədər Polşa-Litva Birliyinə qarşı qələbələr qazandı və müstəqil oldular. Böyük Şimal müharibəsinin başlaması əvvəlcə Kazaklar üçün müsbət hadisə olsa da, davamı gəlmədi, zamanla rus hakimiyyəti altına daxil oldular.
Jakeriya üsyanı
Jakeriya üsyanı (fr. Jacquerie, adını feodalların kəndlilərə verdiyi "sadəlövh Jak" ləqəbindən götürmüşdür) - Fransanın şimal-şərqində 1358-ci ildə, I Yüzillik müharibə dövründə, başçısı Gilyom Kal olan antifeodal kəndli üsyanı. == Üsyanın səbəbi == Üsyan ağır feodal əsarəti, iqtisadi dağıntı, muzdlu qoşunların soyğunçuluğu nəticəsində baş vermişdir. == Üsyanın gedişi == Üsyan mayın 28-də Sen-Lyed'Esseran rayonunda başlandı. Əsas kütləsi kəndlilər olan üsyançılara sənətkarlar, xırda tacirlər, kənd ruhaniləri qoşulsalar da, şəhər əhalisi qoşulmadı. Üsyançılar dvoryanların qəsrlərini, evlərini, malikanələrini dağıdır və yandırır, mükəlləfiyyət sənədlərini məhv edir, özlərini isə öldürürdülər. == Üsyanın yatırılması == Sadalan hadisələrdən sonra zadəganlar üsyanın başçısı Gilyom Kalı aldadaraq danışığa dəvət edib əsir alırlar və edam edirlər. Bununla da üsyan amansızlıqla yatırılır. Təqribən 20.000 nəfər üsyançı məhv edildi. Zəif təşkil olunmuş və uzunmüddətli mübarizəyə hazır olmayan kəndlilər arasında birliyin olmaması üsyanın yatırılma səbəbləridir.
Karpoş üsyanı
Karpoş üsyanı — 1689-cu ilin oktyabrında Mərkəzi Balkanlarda Osmanlı dövlətinin əleyhinə baş vermiş xristian üsyanı. Güman olunur ki, üsyanın lideri Karpoş o zamanlar Osmanlı dövlətinin tərkibinə daxil olan Makedoniyanın Voyniça kəndində Peter adı altında anadan olub. O, gənc yaşlarında Valaxiyada mədənçi olaraq işləmiş, daha sonra Rodop dağlarına gedərək Bolqarıstan ərazisindəki Dospat şəhərində məskunlaşmışdır. O, nüfuzlu oğru idi. Müqəddəs Roma İmperiyasının ordusu Balkanlarlarda üstünlük əldə etdikdən sonra Karpoş müasir Bolqarıstan və Serbiyanın sərhədində yerləşən Znepola gələrək Osmanlılar əleyhinə müqavimət hərəkatının təşkilatçısı olur. == Üsyana hazırlıq == 1683-cü ildə Avstriya, Polşa, Venesiya və Rusiya (sonralar) tərəfindən yaradılan Müqəddəs İttifaq Vyana döyüşündə Osmanlı ordusunu məğlubiyyətə uğradır. Bu hadisədən sonra Osmanlı dövləti Mərkəzi Avropadan sürətlə geri çəkilmək məcburiyyətində qalır. Məğlubiyyət və xaotik vəziyyət Mərkəzi Balkanlarda, xüsusilə də Karpoş üsyanının başlandığı Skopye və Nis ərazisində Osmanlı dövlətinin nüfuzunu zəiflədir. 1689-cu ilin oktyabrında Skopye ərazisinə gələn Avstriya ordusunun komandanı general Pikkolomini yerli kəndlilər tərəfindən sevinclə qarşılanır. Elə həmin gün Pikkolomini rəhbərlik etdiyi ordunu geri çəkir və oktyabrın 26-sı şəhəri yandırır.
Koçkiri üsyanı
Koçkiri üsyanı – 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Hökumətinə qarşı Koçgiri, Pezgavır, Maksudan, Aslanan, Kurmeşan, Parçikan, Cenbergan tayfalarının tərəfindən qaldırılmış kürd üsyanıdır. 1920-ci ilin əvvəlində Baytar Nuru, Yellicə nahiyəsində Hüseyn Abdal, Cangaben və Kurmeşan kimi tayfaların rəisləriylə birlikdə yığıncaq təşkil edərək Sevər Andlaşmasının tətbiq olunmasını və Diyarbakır, Van, Bitlis, Elazığ, Dərsim və Koçgiridən ibarət olan ərazilərdə müstəqil kürd dövləti qurulmasını qərarlaşdırmışdır. Üsyançılar iyul ayında Pərdəyənin Çulfa Əli polis bölməsinə və Şadan tayfa rəisi Paşo da Rifahıyaya hücum etmişlər. Türkiyə hökumətinin üsyanı diplomatik yolla həll etməsi ilə bağlı atdığı addımlar bir təşəbbüs vermədikdən sonra Türkiyə Böyük Millət Məclisi Hökumətinin təyin etdiyi Topal Osman Ağanın başçılığı altında ərazilərə ordu yeridilir və ümumilikdə üç ay davam edən üsyan tamamilə yatırılır. == Mənbə == Nuri Dersimi:Kürdistan Tarihinde Dersim, Halep, 1952, (Komkar Yayınları, Köln, 1988) Hıdır Göktaş: Kürtler, İsyan-Tenkil, İstanbul, 1991 Faik Bulut: Dersim Raporları, İstanbul, 2005, ISBN 975-6106-02-6 Uğur Mumcu, Kürt – İslam Ayaklanması 1919-1925, Tekin Yayınları, İstanbul, 1991, s.33-40.
Krokanlar üsyanı
== Haqqında == Krokanlar üsyanı (fr. Jacquerie des croquants) - Fransada dövlət vergiləri və feodal mükəlləfiyyətlərinin artırılmasına qarşı 1592-1598, 1624, 1636- 1637-ci illərdə baş vermiş kəndli üsyanlarıdır. "Gəmiricilərə qarşı" harayı üsyanın başlanmasına çağırış oldu. Xalq zadəganları, iltizamçıları və məmurları "gəmiricilər" adlandırırdı. Bu üsyanlardan qorxuya düşən zadəganlar ara müharibələrini dayandırıb, kralın ətrafında sıx birləşdilər. Krokanların üsyanları kral qoşunları və zadəgan dəstələri tərəfindən yatırıldı. == İstinadlar == == Mənbə == Məktəblinin tarix lüğəti Bakı,2011, səh.189.
Kumul üsyanı
Kumul üsyanı — 1931-1934-cü illəri əhatə edən və Haminin uyğur əhalisinin çıxışları ilə başlayan Çin Respublikasının Sincan əyalətindəki müsəlman xalqların milli azadlıq hərəkatı. Üsyanın əsas hərəkətverici qüvvəsi uyğurların milli və islami birlikləri olsa da, onun tərkibi çoxmillətli idi. Əsasən Şərqi Türkistanda yaşayan müsəlman xalqlar: qazaxlar, qırğızlar və hueylər üsyanda iştirak edirdi. Sincan əyalətinin valisi Sin Şurenin Şərqi Türkistandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi və mürtəce siyasət yürütməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmud Muhitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd Əmin Buğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türkistanın digər bölgələrini də: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Huey hərbi birliklərinin komandiri general Ma Çonq Sincan valisi Sin Şureni devirmək istəyirdi. Homindan isə Sovet İttifaqı ilə əlaqələri səbəbiylə Şurenin dəyişməsini istəyirdi və buna görə də Sini qubernator kimi tanıdığını göstərərək, üsyana ilk vaxtlarda müdaxilə etmədi. Üsyan genişləndikcə uyğur üsyançıları qırğız üsyançıları ilə birlikdə ayrı-ayrılıqda müstəqillik mübarizəsinə başladıqda genişmiqyaslı döyüşlərə çevrildi.
Guayania
Guayania (lat. Guayania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Guayania bulbosa (Aristeg.) R.M.King & H.Rob. Guayania cerasifolia (Sch.Bip. ex Baker) R.M.King & H.Rob. Guayania crassicauli s (Steyerm.) R.M.King & H.Rob. Guayania penninervata (Wurdack) R.M.King & H.Rob. Guayania roupalifolia (B.L.Rob.) R.M.King & H.Rob. Guayania yaviana (Lasser & Maguire) R.M.King & H.Rob.
Gülxani
Gülxani (əsl adı: Məhəmməd Şərif; 1770-ci illər və ya XVIII əsr – 1920-ci illər) — özbək klassik şairi, yazıçısı, masalnəvilər və Özbək ədəbiyyatının satirik məktəbinin qurucularından biri. == Həyat == Gülxaniy Nəmənganda yaşamışdır. == Yaradıcılığı == Gülxaniy özbək və tacik dillərində yazırdı.
Qadiyani
Əhmədiyyə və ya Qadiyanilik (ərəb. أحمدية‎, urdu احمدِیہ) — XIX əsrin sonlarında Hindistanda yaranmış İslami təriqət. Bəzi müəlliflərə görə müstəqil dindir. Təriqətin əsası 23 mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qoyulmuşdur. Təriqətin əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Bu təriqət Pakistanda rəsmən qadağan edilsə də, əsas ardıcılları, təxminən 2 milyon nəfər məhz bu ölkədə cəmləşmişdir. Təriqət üzvləri son illərdə digər ölkələrdə də aktiv missionerlik fəaliyyəti həyata keçirirlər. İslam, Hindistan dinləri, mistika və xristian qnostisizminin dini təlimlərini özündə birləşdirən bu təriqət mənsublarını "Əhmədilər" də adlandırırlar. Lakin, İslam alimləri bu adlandırmanın əleyhinə çıxaraq onların Qadiyanilər adlandırılmasını daha düzgün hesab edirlər. Belə ki, Əhməd Məhəmməd peyğəmbərin adlarından biridir və hərəkatın nümayəndələri özlərini Əhmədi adlandırmaqla öz təriqətlərinin İslamla birbaşa əlaqəsini göstərməyə çalışırlar.
Qurbani
Aşıq Qurbani (az.-əbcəd آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Qurbani 15–16-cı əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O, bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır. Bu dastan "Qurbani və Pəri" adlı aşıq hekayəsinin əsasına çevrilir. == Kitablar == Qurbani.
Abdulla Qurbani
Abdulla Novruz oğlu Qurbani (13 dekabr 1956, Mahmudkənd, Noraşen rayonu) — şair, publisist, dramaturq, nasir, senari müəllifi, rejissor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Qələbə Paradının ssenari müəllifi və aparıcısı. == Həyatı == Qurbani Abdulla Novruz oğlu 1956-cı il dekabrın 13-də Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuşdur. İbtidai təhsilini burda almış, sonra Culfa rayonunun Əbrəqunus kənd internat orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Mədəniyyət Nazirliyinin nəzdində olan mədəniyyət işçilərinin respublika hazırlıq və ixtisasartırma kursunda başlamışdır. Burada o, 1973–1975-ci illərdə bədii rəhbər vəzifəsində çalışmışdır.1975–1977-ci illərdə Uzaq Şərq hərbi dairəsində ordu sıralarında xidmət etmişdir. 1977–1978-ci illərdə Bakıda Aşıq Ələskər adına Xalq yaradıcılıq evində kütləvi tamaşalar üzrə metodist işləmişdir. 1978–1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq Fakültəsində təhsil almışdır. 1983–1989-cu illərdə Naxçıvan MR Şərur rayonunda tarix diyarşünaslıq muzeyində direktor, 1989–1993-cü illərdə mədəniyyətşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.1993-cü ildə Şərur rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsindən könüllü olaraq cəbhəyə yollanıb. Murovdağ uğrunda ilk döyüş əməliyatlarına qoşulan A. Qurbani sıravi əsgərdən polkovnik rütbəsinədək yüksəlib. Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini kimi 2017-ci il dekabrın 15-də hərbi xidmətdən tərxis olunub.
Aşıq Qurbani
Aşıq Qurbani (az.-əbcəd آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Qurbani 15–16-cı əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O, bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır. Bu dastan "Qurbani və Pəri" adlı aşıq hekayəsinin əsasına çevrilir. == Kitablar == Qurbani.
Dirili Qurbani
Aşıq Qurbani (az.-əbcəd آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Qurbani 15–16-cı əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O, bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır. Bu dastan "Qurbani və Pəri" adlı aşıq hekayəsinin əsasına çevrilir. == Kitablar == Qurbani.
Gülxani Pənah
Gülxani Vaqif qızı Şükürova (Gülxani Pənah; 1 iyul 1958, Kərimli, Vartaşen rayonu) — şair, ədəbiyyatşünas, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == 1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir (1979-1985). 1975-76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976-77-cı illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977-81-ci illərdə MİB-də texnik, 1981-85-ci illərdə "Şirvanşahlar" sarayında muzey xidmətçisi vəzifələrdə çalışmışdır. G. Şükürova 1985-89-cu ildə Sumqayıt şəhər 49 saylı TPM-də, 1989-92-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 1992-93-cü illərdə Xətai rayonu 63 saylı orta məktəbdə, 1993-99-cu illərdə 264 saylı "Müəllif" məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 2000-2004-cü illərdə Müstəqil Azərbaycan Universitetinin müəllimi, 2004-cü ildə AYB-də məsləhətçidir. 1974—cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunmuş almanaxlara daxil edilmişdir. İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir.
Horasio Quarani
Eraklio Katalin Rodrigez Sereyyo, — Daha çox Horasio Quarani (May 15, 1925 – Yanvar 13, 2017) adı ilə tanınan Argentina folklorunun görkəmli musiqiçi nümayəndələrindən biridir. O, həm də yazıçı idi. Quarani 13 yanvar 2017-ci ildə 91 yaşında vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Horasio Quarani ilə əlaqəli mediafayllar var.
Petrogale godmani
Petrogale godmani (lat. Petrogale godmani) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinin dağ vallabisi cinsinə aid heyvan növü.
Qadiyani məzhəbi
Əhmədiyyə və ya Qadiyanilik (ərəb. أحمدية‎, urdu احمدِیہ) — XIX əsrin sonlarında Hindistanda yaranmış İslami təriqət. Bəzi müəlliflərə görə müstəqil dindir. Təriqətin əsası 23 mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qoyulmuşdur. Təriqətin əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Bu təriqət Pakistanda rəsmən qadağan edilsə də, əsas ardıcılları, təxminən 2 milyon nəfər məhz bu ölkədə cəmləşmişdir. Təriqət üzvləri son illərdə digər ölkələrdə də aktiv missionerlik fəaliyyəti həyata keçirirlər. İslam, Hindistan dinləri, mistika və xristian qnostisizminin dini təlimlərini özündə birləşdirən bu təriqət mənsublarını "Əhmədilər" də adlandırırlar. Lakin, İslam alimləri bu adlandırmanın əleyhinə çıxaraq onların Qadiyanilər adlandırılmasını daha düzgün hesab edirlər. Belə ki, Əhməd Məhəmməd peyğəmbərin adlarından biridir və hərəkatın nümayəndələri özlərini Əhmədi adlandırmaqla öz təriqətlərinin İslamla birbaşa əlaqəsini göstərməyə çalışırlar.
Quarani dili
Quarani dili, Ava dili (avañe'ẽ), və ya Paraqvay Quarani dili- Cənubi Amerikanın yerli dillərindən ki Tupian dillərinin Tupi-Quarani yarımqrupuna məxsusdur.Paraqvayın rəsmi dillərindən biridir (İspan dili ilə birlikdə) və əhalinin çoxluğunun danışdığı dildir və kənd əhalisinin yarısı tək dillidir. Bu dil qonşu ölkələrdə o cümlədən Argentinanın şimal-şərq hissələrində, cənub-şərq Boliviyada və cənub-qərb Braziliyada quarani icmaları tərəfindəndə danışılır və 2004-cü ildən Argentinanın Korrientes vilayətində ikinci rəsmi dildir, həmçinin Merkosurun rəsmi dilidir.
Quarani müharibəsi
Quarani müharibəsi (isp. Guerra Guaranítica, port. Guerra Guaranítica) — 1754-1756-ci illər ərzində Quarani qəbilələri və İeuzit reduksiya ailələri ilə İspan və Portuqal birləşmiş qüvvələri arasında baş vermişdir. Müharibənin nəticəsi olaraq Madrid anlaşması bitmiş və bununla da Cənubi Amerikada müstəmləkələrin sərhədləri dəqiqləşmişdir. == Səbəbləri == 1750-ci ildə bağlanmış Madrid anlaşmasına görə Cənubi Amerikada müstəmləkə sərhədləri müəyyənləşir. Sərhəd Uruqvay çayı olaraq götürülür. Portuqaliya çayın şərq sahillərində torpaq sahələri əldə edir. Çayın bu hissəsində olan İezuit ailələri (San-Miqel-das-Misoys, Santu-Anjelo, San-Lorenso-Martir, San-Nikolas, San-Xuan-Baustisa, San-Luis-Qonzaqa və Barjo) 29 000 əhali ilə çayın qərb sahilinə köçürülməli idi. Bu əhalinin cəmi bir il ərzində köçürülməsi təmin edilməli idi. Quaraniləri dirənişlərindən çəkinən və bundan istifadə edə bilərək itirilmiş bölgələrdə tax-tacdan kənar dövlət qura bilmələrindən çəkinən krallar, İspaniya və Portuqaliya dövlətləri arasında gizli anlaşma imzalayırlar.
Qurbani Əlizadə
Qurbani Ziyafəddin oğlu Əlizadə (10 iyun 1992; Füzuli rayonu, Azərbaycan — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurbani Əlizadə 1992-ci il iyunun 10-da Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində Ziyafəddin və Gülnarə Əlizadələrin ailəsində anadan olub. 1999-2009-cu illərdə R. Əkbərov adına tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Qurbani Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qurbani Əlizadə oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbani Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbani Əlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbani Əlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəhim Qurbani
Rəhim Qurbani (Qurbanov Rəhim Kazım oğlu; 22 dekabr 1951, Zərkənd, Basarkeçər rayonu – 1 dekabr 2020, Gəncə) — azərbaycanlı şair. Əsasən təcnis sənətkarı kimi tanınır. Azərbaycan Yazıçılar Birliyinin (2015) və Azərbaycan Jurnalistlər Birliyinin (2015) üzvü. == Həyatı == Rəhim Qurbani 1951-ci il dekabr ayının 22-də Qərbi Azərbaycanın, Göyçə mahalının Zərkənd (Zərzibil) kəndində ziyalı ailəsində anadan olubdur.1970–1972-ci illərdə hərbi xidmətdə olmuşdur. 1974-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1979-cu ildə həmin institutu bitirib tarix müəllimi ixtisasını almış, həmin ildən doğma kəndlərində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdı. Gənc müəllim kimi işlədiyi vaxtdan yaradıcılıqla məşğul olmuş, dövrü mətbuatda — "Sovet Ermənistanı", "Vardenis" qəzetlərində şeirləri müntəzəm dərc olunmuşdur. Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Azərbaycana köçmüş, 1989-cu ildən Gəncə şəhərində məskunlaşmışdır. 1989–2017-ci illərdə Gəncə şəhər 9 saylı orta məktəbdə tarix müəllimi işləyib. 1 dekabr 2020-ci ildə Gəncə şəhərində vəfat etmiş və Gəncədəki Fəxri Xiyabanda dəfn olunmuşdur.
Süryani dili
Süryani dili və ya Suriya dili (ܠܫܢܐ ܣܘܪܝܝܐ leššānā sūryāyā) – Mesopotamiya və Şərqi Ərəbistanda tarixən danışılan, Orta Arami dilinin bir dialekti. I əsrdən öncə əlifbası yox idi lakin 5 əsr boyu danışıq dili olmuşdur. IV-VIII əsrlər arasında Yaxın Şərqin əsas dili olmuşdur. Süryani əlifbası ilə yazılır. == Xristianlıqda rolu == Süryani dili şərq xristianlığının qorunmasında əsas faktor olmuş, kilsə dili halına gəlmişdir. Süryani Pravoslav Kilsəsi, Assuriya Şərq Kilsəsi, Nestorian Şərq Kilsəsi, Kəldani Katolik Kilsəsi, Müqəddəs Foma xristianları və Assuriya Əllincilər Kilsəsinin kilsə dilidir. İlk dəfə Assuriya və Akkad imperiyaları bölgəsində yayılmış və Assuriya kilsəsi sayəsində indiki halına gəlib çıxmışdır. Məhz xristianlıq sayəsində Hindistanın Kerala bölgəsinə, Orta Asiyaya və Yaxın Şərqə yayılmışdır. Böyük Britaniyada, Adrian divarında Romalı assuriya əsilli əsgərlərin Süryani dilində yazdığı yazılar tapılmışdır. == Tarixi == Süryani dilinin inkişafı mərhələləri: Qədim Arami dili - Assuriya, Aşşur, Hatra, Adiabena, Osroena kimi dövlətlərin dili olmuşdur.
İsmayıl qurbanı
İshakın qurban olunması (nid. Het Offer van Isaac) — Rembrandt van Reyn tərəfindən 1636-cı ildə çəkilmiş 195 x 132,3 sm ölçülü rəsm əsəri. Tabloda İbrahimin oğlu İshakı Allah yolunda qurban kəsərkən, son məqamda Allahın onun mömünlüyü qarşılığında mələk vasitəsilə bıçağı əlindən salması təsvir olunmuşdur. Bu mativ Rembrandtın şagirdi tərəfindən təkrarən çəkilmiş və təkmilləşdirilmişdir. Şəklin imza yerində bu sözlər "Rembrandt. verandert. En over geschildert" (Rmbrandt. dəyişdirilmiş və təzələnmişdir) qeyd olunmuşdur. Əsərin Rembrandtın əlindən çıxmış 1635-ci ilə aid orijinal variantı Ermitajda saxlanılmaqdadır.