Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cahangir
Cahangir — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslər Cahangir Əsgərov — AZAL-ın sədri və AAAF-ın prezidenti.
Cavanşir
Cavanşir — Qafqaz Albaniyasının hökmdarlarından biri, həmçinin Mehranilər sülaləsinin ən məşhur nümayəndəsi olmuşdur. Onun hakimiyyəti dövründə Qafqaz Albaniyası uğurlu xarici siyasət nəticəsində güclənmiş və Şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdir.Cavanşir böyük hökmdar olmuşdur. Onun Azərbaycana çoxlu qatqıları olub. == Cavanşirin hakimiyyəti ərəfəsində Qafqaz Albaniyasında siyasi vəziyyət == Girdman hakimliyinin əsası Sasanilərdən qaçmış Mehran adlı bir şəxs tərəfindən qoyulmuşdu. Mehranilərin zərdüştiliyə etiqad etmələrinə baxmayaraq və bəlkə də elə buna görə onlar qısa bir müddətdə öz nüfuzlarını bütün Albaniyaya yayaraq, hətta paytaxtı da Bərdəyə köçürməyə müvəffəq olmuşdular. Vəziyyətin sabitləşməsinə yalnız uzun illərdən bəri davam edən İran-Bizans müharibələri mane olurdu. Qafqaz Albaniyası bu dövlətlər arasında döyüş meydanına çevrilmişdi. 623-cü ildə Qafqaz Albaniyasına Bizans imperatoru İraklinin, sonra isə onun müttəfiqi xəzər xaqanının qoşunları soxulur. Bizanslılar və xəzərlər Qafqazdakı Naxçıvan, Tiflis və digər şəhərləri tuturlar. Qazakada onlar məşhur atəşpərəst məbədlərini uçurur.
Cahangir Abdullayev
Cahangir Məmməd oğlu Abdullayev (1 may 1901, Yelizavetpol – 4 yanvar 1973, Bakı) — Azərbaycan sovet terapevti, kardioloq, Azərbaycan SSR EA akademiki (1968), Azərbaycan SSR Əməkdar elm xadimi (1940). == Həyatı == Cahangir Məmməd oğlu Abdullayev 1901-ci il may ayının 1-də Gəncə şəhərində anadan olmuşdur. Gəncədə klassik gimnaziyada təhsil almış, 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirmişdir. 1926–1932-ci illərdə Leninqradda (Sankt-Peterburq) diplomdan sonrakı təhsilini davam etdirmişdir. == Elmi fəaliyyəti == Cahangir Abdullayev 1936-cı ildə elmlər doktorluğu dissertasiyası müdafiə etmiş, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülmüşdür. Cahangir Abdullayev 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. == Əmək fəaliyyəti == Cahangir Abdullayev Azərbaycan Dövlət Tibb İnstitutunun Hospital terapiyası kafedrasının assistenti kimi (1932) əmək fəaliyyətinə başlamış, həmin kafedranın müdiri (1943–1973) vəzifəsində çalışmışdır. C. Abdullayevin rəhbərliyi ilə Elmi-Tədqiqat Kliniki Eksperimental Təbabət İnstitutunda kardioloji şöbə yaradılmışdır (1961). == Elmi naliyyətləri == C. M. Abdullayev kardiologiya sahəsi üzrə beynəlxalq aləmdə tanınmış görkəmli elm xadimlərindən olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətlərini diyar patologiyası, hematologiya, ateroskleroz xəstəliklərinin, ürək-damar sistemi patologiyasının etiologiyası, patogenezi, klinikası, profilaktika və müalicəsi, eləcə də neft sənayesi işçilərində peşə xəstəlikləri probleminin, neft karbohidrogenlərinin ürək-damar sisteminə və qanın laxtalanmasına göstərdiyi təsirlərin öyrənilməsi, ürəyin işemik xəstəliyinin etiologiyası, patogenezi, klinikası, diaqnostikası, müasir müalicə və profilaktika üsullarının araşdırılmasını təşkil etmişdir.
Cahangir Allahverdiyev
Allahverdiyev Cahangir İbrahim oğlu (6 sentyabr 1938, Poladlı, Gədəbəy rayonu) — azərbaycanlı kimyaçı. == Həyatı == Allahverdiyev Cahangir İbrahim oğlu 6 sentyabr 1938-ci ildə Gədəbəy rayonunun Poladlı kəndində anadan olmuşdur. 1946-cı ildə öz kəndlərində məktəb olmadığından qonşu Böyük Qaramurad kəndində Füzuli adına orta məktəbə getmiş, 1956-cı ildə isə həmin məktəbi bitirib ali təhsil almaq üçün Bakı şəhərinə gəlmişdir. Sənədlərini M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna vermişdir. О, həmin institutun kimya-texnologiya fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində öz istedad və bacarığı ilə fərqlənmişdir. 1961-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra perspektivli məzun kimi təyinatla Azərbaycan Neft Layihə İnstitutuna mühəndis-texnoloq vəzifəsinə işləməyə göndərilmişdir. Pedaqoji fəaliyyətə olan həvəsi onu 1962-ci ildə məzunu olduğu M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna qaytarmışdır. О, müsabiqə yolu ilə həmin instituta müəllim qəbul olunmuşdur. Daha səmərəli elmi-tədqiqat işi ilə məşğul olmaq üçün 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya prosesləri institutunun analitik kimya laboratoriyasına elmi işçi düzəlmişdir.
Cahangir Aslanoğlu
Cahangir Aslanoğlu (27 noyabr 1919, Bakı – 16 yanvar 1998, Bakı) — Aktyor. Ssenari müəllifi. == Həyatı == Cahangir Aslan oğlu Məmmədov 27 noyabr 1919-cu ildə Bakı şəhərində anadan olub. "Sönməyən ulduzlar" Assosiasiyasının ilk sədri olub. Əməkdar mədəniyyət işçisidir. 1997-ci ildə Azərbaycan Satira və Yumor Cəmiyyətini yaradıb. Cəmiyyətin ilk sədri olub. Cahangir Aslan oğlu Məmmədov 1998-ci ildə Bakı şəhərində vəfat edib. == Filmoqrafiya == Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: poçtdakı adam Bağçada Rahat Yer (1978) Asif, Vasif, Ağasif (film, 1983) Gənc qadının kişisi (film,1988) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Çalışan adam (film, 1996) Dantenin yubileyi (film, 1978) Əgər bir yerdəyiksə (film, 1975) Gənc qadının kişisi (film, 1988) Günlərin bir günü...
Mustafa Cavanşir
Mustafa Cavanşir (tam adı: Cavanşir Mustafa Zülqədər ağa oğlu; d. 1936, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 2009, Bakı, Azərbaycan) — məşhur azərbaycanlı papaqçı. == Həyatı == Mustafa Cavanşir 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Valideyləri ilə bərabər sürgündə olmuşdur. 1960-cı ildən 1989-cu ilədək Özbəkistan SSR-də yaşamışdır. 1989-cu ildə Bakıya dönüb papaqçılıqla məşğul olmuşdur. Mustafa Cavanşir 2009-cu ildə Bakıda vəfat etmişdir. == Ailəsi == Natəvan adlı qızı var. == Filmoqrafiya == 2007-ci ildə "Papaq" sənədli filmində çəkilmiş, papağın mənşəyi və növləri barədə maraqlı məlumatlar vermişdir.
Rəşid Cavanşir
Rəşid Cəmil oğlu Cavanşir (17 iyul 1951, Bakı) — AMEA-nin müxbir üzvü (2001), geologiya-minerologiya elmləri doktoru, professor. == Həyatı == Rəşid Cavanşir 1951-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhərində 23 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Lenin təqaüdü ilə həmin institutn geoloji kəşfiyyat fakültəsini bitirib. Təhsil illərində ali məktəbin ictimai həyatında da fəal iştirak edərək institutun həmkarlar komitəsinin sədri vəzifəsini tutub. Moskvada keçirilən tələbələrin ümumittifaq qurultayının nümayəndəsi seçilib, Berlində keçirilən gənclər festivalında Azərbaycandan gedən nümayəndə heyətinin tərkibinə qatılıb. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Ali təhsil aldıqdan sonra Rəşid Cavanşir öz gələcək həyatını elmə bağlayıb. Moskvanın ciddi maneələrinə baxmayaraq “Anomal yüksək lay təzyiqlərinin inkişaf etdiyi zonalarda kollektor və örtüklərin fiziki xassələrinin öyrənilməsi meto-dikası və proqnozlaşdırılması (Cənubi Xəzər çökəkliyinin timsalında)” adlı dissertasiya mövzusunun təsdiq olunmasına nail olub, 1978-ci ildə namizədlik dissertasiyanı uğurla müdafiə edib. Rəşid Cavnşir ilk əmək fəaliyyətinə AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda başlayıb, 1988-ci ildə “Terrigen neftli-qazlı qatlarda lay təzyiqlərinin süxurların kollektorluq və ekranlaşdırıcı xüsusiy¬yətlərinin nəzəri modeli və proqnozlaşdırma üsulları” mövzusunda doktorluq işini müdafiə etdikdikdən sonra seçki yolu ilə həmin institutda elmi işlər üzrə direktor müavini vəzifəsinə seçilib. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən professor Rəşid Cavanşirin elmi fəaliyyəti nəticəsində sistemli yanaşma əsasında neft-qaz geologiyası və geofizikası sahəsində mühüm elmi tədqiqatlar aparılıb.
Sultan Cahangir
Sultan Cahangir (31 avqust 1569, Fatehpur-Sikri – 7 noyabr 1627, Rajauri[d]) — Böyük Moğol imperiyasının dördüncü imperatoru (1605—1627). == Həyatı == Əkbər Şahin oğlu idi, onun əsl adı Səlim idi. Gənc yaşda atası Ekber tərəfindən taxta elan edildi. Amma 1599-cu ildə prezident sarayında olduğu zaman taxtına getmək istədikdən sonra o torpaqdan qovulmuşdu. Onu doğru yola gətirmək istəyən Ebulfazlı öldürdü. Atası ölüm yatağında onu təqib edəcəyini təsdiqlədi. 1605-ci ildə atasının ölümü ilə Selim "Cihangir" (Fars: dünyanın hökmranlığı) adı altında taxtına gəldi. 1569-cu ildə anadan olan Selim, atasının ölümündən sonra 1605-ci ildə "Nüreddîn Cihangir" adı ilə taxta gəldi. Lakin oğlu Hüsrev Sinclərin ətrafında toplaşaraq Punjabda üsyan etdi. Cihangir Şah Cullandar çayının kənarında qırıldı.
Səadət Cahangir
Səadət Qabil qızı Cahangir (8 yanvar 1968, Diləli Müskənli, Qubadlı rayonu) — Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü, "Azadlıq" qəzetinin köşə yazarı, şairə. == Həyatı == Səadət Cahangir 8 yanvar 1968-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə və Hal kənd orta məktəblərində alıb. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olub. 1990-cı ildə BDU-nu bitirərək doğulduğu kəndə qayıdıb. 1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra Bakıya köçüb. 1996-cı ildən etibarən "Azadlıq" qəzetində çalışır. 2001–2007-ci illər arasında BP neft şirkətində informasiya və redaktə işləri üzrə məsul işçi vəzifəsində çalışıb. 2007–2010-cu illərdə "Universe" tərcümə şirkətində redaktor kimi fəaliyyətini davam etdirib. === Ailəsi === Səadət Cahangirin atası Qabil Cahangirli, anası isə Ulduz xanımdır.
Zaur Cavanşir
Zaur Sabir oğlu Cavanşir (Məmmədov) (21 sentyabr 1974, Hindarx, Ağcabədi rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı (2020). Zaur Cavanşir Cavanşirlər sülaləsindən olub, Pənahəli xan Cavanşirin nəslinin nümayəndəsidir. Zaur Cavanşir Cəbrayıl, Hadrut (Ağoğlan), Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq etmış, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olmuşdur. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərmiş və Şuşanın ilk komendantı təyin edilmişdir. O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik etmişdir. == Həyatı == Zaur Sabir oğlu Cavanşir (Məmmədov) 1974-cü il sentyabrın 21-də Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir. 1991-ci ildə Hindarx kənd orta məktəbini qızıl medalla bitirən Zaur Cavanşir ata-babalarının yolunu davam etdirərək vətəninin, xalqının, bayrağının keşiyində dayanmaq üçün Ali Hərbi Komandirlər məktəbinə daxil olmuşdur. 1993-cü il fevral ayında hələ Ali Hərbi komandirlər məktəbinin kursantı olaraq mənfur düşmənə qarşı Kəlbəcər, Ağdərə istiqamətlərində döyüşə qatılmış, şiddətli döyüşlərdə bölmələrə komandirlik etmişdir. 1994-cü ilin yanvar ayından may ayının 12-si atəşkəs elan edilənədək öz yaşıdları olan əsgərləri ilə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Zəminə Cavanşir
Zəminə Rəşid ağa qızı Cavanşir – Rəşid ağa Cavanşirin qızı.“Gənclik” nəşriyyatında redaktor Rəşid ağanın birinci qızı Zəminə bəyim 1933-cü il fevralın 18-də Bakı şəhərində doğulmuş, Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) filologiya fakultəsini bitirmiĢdi. Uzun illər “Gənclik” nəşriyyatında redaktor işləmişdir. Zəminə bəyim tanınmış şair Rasim Kərimli (1932-1996) ilə ailə qurmuşdu... Zəminə xanım hazırda Bakıda yaşayır.
İlqar Cahangir
İlqar Cümşüd oğlu Cahangir — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti. == Həyatı == İlqar Cümşüd oğlu Cahangir 30 noyabr 1967-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdur. Teatr fəaliyyətinə ilk dəfə 1991-ci ildə Kamera Teatrında başlamış və 2009-cu ilə qədər orada fəaliyyət göstərmişdir. Sonra bir müddət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmiş və oradan ayrıldıqdan sonra müstəqil "Oda" teatrının aktyoru olmuşdur. Dram və kino aktyoru kimi film, serial və reklamlarda çəkilir. Evlidir.
Şahzadə Cahangir
Şahzadə Cahangir (9 dekabr 1531, İstanbul – 27 noyabr 1553[…], Hələb) — Sultan Süleyman Qanuninin Xürrəm Sultanla olan nikahdan dünyaya gələn oğludur. == Həyatı == Şahzadə Cahangir 1531-ci ildə İstanbulda dünyaya gəlmişdir. Təhsilini sarayda tamamlamışdır. Fiziki qüsurlu dünyaya gəlmiş, bu səbəblə ətrafındakı insanlar tərəfindən təcrid olunmuşdur. Qardaşı Şahzadə Bəyazidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir. Həddi buluğa çatdığı yaşlarda atası tərəfidən Amasiya sancaqbəyliyinə gətirilmək istənsə də, xəstəliyi səbəbilə bu vəzifəni qəbul etməmişdir. Saraydakı günlərini xəttatlıqla və "Zarifi" təxəllüsü ilə şeir yazmaqla keçirmişdir. Atasının yalnız 2 səfərində iştirak etmiş ancaq bütün səfər dövrünü xüsusi kəcavədə həkim nəzarətində yatalaq olaraq keçirmişdir. Qatıldığı son səfər olan Naxçıvan səfərində isə böyük qardaşı Şahzadə Mustafa atası tərəfindən edam edilmişdir.
Şəhzadə Cahangir
Şahzadə Cahangir (9 dekabr 1531, İstanbul – 27 noyabr 1553[…], Hələb) — Sultan Süleyman Qanuninin Xürrəm Sultanla olan nikahdan dünyaya gələn oğludur. == Həyatı == Şahzadə Cahangir 1531-ci ildə İstanbulda dünyaya gəlmişdir. Təhsilini sarayda tamamlamışdır. Fiziki qüsurlu dünyaya gəlmiş, bu səbəblə ətrafındakı insanlar tərəfindən təcrid olunmuşdur. Qardaşı Şahzadə Bəyazidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir. Həddi buluğa çatdığı yaşlarda atası tərəfidən Amasiya sancaqbəyliyinə gətirilmək istənsə də, xəstəliyi səbəbilə bu vəzifəni qəbul etməmişdir. Saraydakı günlərini xəttatlıqla və "Zarifi" təxəllüsü ilə şeir yazmaqla keçirmişdir. Atasının yalnız 2 səfərində iştirak etmiş ancaq bütün səfər dövrünü xüsusi kəcavədə həkim nəzarətində yatalaq olaraq keçirmişdir. Qatıldığı son səfər olan Naxçıvan səfərində isə böyük qardaşı Şahzadə Mustafa atası tərəfindən edam edilmişdir.
Cahangir Qaffari
Cahangir Qaffari (9 sentyabr 1940, Bakı) — Les Demons (1973), Dick Turpin (1974) və Qanlı idman (1988) filmləri ilə tanınan aktyor və kino prodüseridir. == Həyatı == 9 sentyabr 1940-cı ildə Bakıda Cənubi Azərbaycan kökənli ailədə dünyaya gəlmişdir. Türkiyəli aktrisa Gülsüm Kamu ilə evli olmuşdur. == Yaradıcılığı == Ailə bir müddətdən sonra İrana köçməyə məcbur olmuşdur və Cahangir Qaffari burada aktyorluq fəaliyyətinə başlamışdır. Tanınmış aktyor olan Cahangir 1960-cı illərdə İstanbula bacısını ziyarət etməyə gedərkən Yeşilçamdan iş təklifi almış və əsasən 1970-ci illərdə olmaqla, orada bir çox tanınmış filmə çəkilmişdir. O, Türkiyəyə Nasir Mələk, Beyk İmanverdi və İrəc Qədiri ilə birlikdə keçmişdir. O, Türkiyədə 1980-ci illərin sonuna qədər fəaliyyət göstərmişdir. Türkiyədən ayrıldıqdan sonra ABŞ-da Con Foster və Con Qaffari adları ilə filmlərə çəkilmişdir. 1988-ci ildə Jan-Klod Van Dammın Qanlı idman filmində kiçik ölçülü bir rol oynamışdır. 1983-cü ildə Hundra, 1984-cü ildə Sarı saç və qızıl qalası, 1990-cı ildə La kruz de İberiya filmlərinin prodüserliyini etmişdir.
Cavanşir (film)
Cavanşir — rejissor Elçin Hami Axundovun 2002-ci ildə çəkdiyi hərbi-vətənpərvərlik mövzusunda olan cizgi filmi. == Məzmun == Hərbi-vətənpərvərlik mövzusunda olan bu kinolentdə yeniyetmə bir oğlanın Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışılır. == Film haqqında == Cizgi filmi Azərbaycanda ilk dəfə olaraq kompüter vasitəsilə yaradılmışdır. Film Aylinə və onun həmyaşıdlarına həsr olunmuşdur. Film "Bəsmələ" ilə başlayır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elçin Hami Axundov (Elçin Axundov kimi) Quruluşçu rejissor: Elçin Hami Axundov (Elçin Axundov kimi) Quruluşçu rəssam: Gülşən Quliyeva, Elçin Axundov Multiplikasiya rəssamı: Firəngiz Quliyeva, Rauf Dadaşov, Gülşən Quliyeva, Arifə Hatəmi Multiplikator köməkçisi: Lalə Məmmədova, Samirə İsmayılova, Yuliya Maryaşkina, Aleksandra Şirinova Dekor rəssamı: Hüseyn Cavid İsmayılov Hərbi məsləhətçi: Mehdi Mehdiyev Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Qaralama montaj edən: Nisə Hacıyeva Səs operatoru: Teymur Abdullayev Kompüter yığımı və montajı: Konstantin Qavriş Kompüter qrafikası: Gülçin Özər İnzibatçı: İlqar Musayev, Nərminə Mehdiyeva Filmin direktoru: Heydər Dadaşov Musiqisindən istifadə edilən bəstəkar: Polad Bülbüloğlu === Filmi səsləndirənlər === Almaz Mustafayeva-Cavanşir Kazım Abdullayev — Komandir;Erməni;Sərkərdələr Nicat Kazımov — Tarix müəllimi;Əlibala Şəfəq Əliyeva Əliqulu Səmədov — Doktor Nuriyyə Əhmədova Rəfael Qasımov Şahin Rəqibov == Tənqid == Azərbaycanlı kinoşünas Aygün Aslanlı bu filmi tənqid edib: “Cavanşir” cizgi filminə baxmaq mümkün deyil. Qəhrəmanın başı tərsinə dönür.. Ordan Babəkin başı çıxır, burdan Şah İsmayılın başı çıxır. Bu qorxu təlqin edə bilər, vətənpərvərlik yox. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Cavanşir Qasımov
Cahangir Müslümzadə
Cahangir Mövsüm oğlu Müslümzadə (21 noyabr 1945, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi (1985–1988), Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi (1978–1985). == Həyatı == Cahangir Mövsüm oğlu Müslümzadə 1945-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, 1971–1974-cü illərdə Azərbaycan SSR Rabitə Nazirliyinin Mətbuatı Yayan İdarəsində təlimatçı, Azərbaycan LKGİ 26 Bakı Komissarı Rayon Komitəsinin Komsomol təşkilatları şöbəsinin müdiri, komitənin katibi olmuşdur. 1974–1978-ci illərdə Azərbaycan LKGİ MK Komsomol təşkilatları şöbəsinin müdiri, Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsinin təlimatçısı vəzifələrində işləmişdir. Cahangir Müslümzadə 4 may 1978-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilmiş və 16 dekabr 1985-ci ilədək bu vəzifədə çalışmışdır. Həmin dövrdə o, Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi seçilmiş, Sumqayıt hadisələri ilə əlaqədar olaraq 16 mart 1988-ci ildə vəzifəsindən azad olunmuşdur. 1967-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Cahangir Müslümzadə IX, X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. Azərbaycan KP MK bürosu üzvlüyünə namizəd olmuşdur. Cahangir Müslümzadə sonralar Azərbaycan Birgə Müəssisələr və Beynəlxalq Birliklər Assosiasiyasının vitse-prezidenti olmuş, 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin xalq deputatı seçilmişdir. Ali Sovetin Dövlət suverenliyi, xarici siyasət və xaricdə yaşayan soydaşlarla əlaqələr daimi komissiyasının və Əfqanıstanda əsir düşmüş hərbi qulluqçuların — Azərbaycan Respublikası vətəndaşlarının işləri üzrə komissiyanın üzvü olmuşdur.
Cavanşir Şahbazov
== Siyahı ==
Şahbazov Cavanşir
== Siyahı ==
Cahangir Ağarəhimov
Cahangir Ağarəhimov (15 dekabr 1986, Sumqayıt) — Azərbaycanın şahmat qrosmeysteri. == Təhsili == Cahangir Ağarəhimov Bakı şəhəri 258 nömrəli orta məktəbi bitirmiş, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır. == Karyerası == Cahangir Ağarəhimov Eltac Səfərli ilə birlikdə şahmatla məşğul olur. O, 2010-cu ilin avqustunda Baku Open turnirində qrosmeyster normalarını doldurmuşdur. Bu turnirdə qrosmeyster Nataliya Jukova və Davit Jojuaya qalib gəlmişdir. Bundan sonra isə 2013-cü ilin iyun ayında Aluştada keçirilən iki turdan ibarət reytinq turnirində qələbə qazanıb. O, əvvəllər Beynəlxalq Usta titulunu almadan qrossmeyster olmuş nadir şahmatçılardan biridir. 2014-сü ilin fevralından qrosmeyster titulunu qoruyub saxlamışdır. Şahmatçı kimi hazırda qeyri-aktivdir. Onun sonuncu yarışı 2014-cü ilin yanvarında Rustavidə keçirilən turnir olub.
Cahangir mirzə
Müizəddin Cahangir bəy Bayandur — Ağqoyunlu tayfa ittifaqının başçısı, bəy. == Həyatı == Cəlaləddin Əli bəyin və Sara xatunun oğludur. 1444-cü ildə tayfa ittifaqının başçısı oldu. Bu dövrdə Ağqoyunluların arasında müəyyən qədər sabitlik yarandı. Lakin vəziyyət bir müddət sonra dəyişdi. Qara İsgəndərin oğlu Əlvəndin Cahangirə sığınması yeni Qaraqoyunlu hökmdarı Cahanşahı qəzəbləndirdi və o Diyarbəkirə hücuma keçdi. Bu mübarizə iki ilə qədər davam etdi. 1452-ci ildə Baburun hücumundan qorxan Cahanşah sülhə can atmağa başladı. Müqaviləyə görə Cahangir Cahanşaha tabe olurdu. Lakin Ağqoyunluların əzəli rəqibi olan qaraqoyunlulara tabe olmaq fikri kiçik qardaş Uzun Həsən və onun ətrafında birləşən əyanları qəzəbləndirdi, onlar Cahangir Mirzəyə qarşı çıxdılar.
Cavanşir Həsənov
Cavanşir Həsənov (tam adı: Cavanşir Cavad oğlu Həsənov, 8 noyabr 1973, Cəlilabad rayonu Hasıllı kəndi) — Azərbaycanlı riyaziyyatçı, riyaziyyat elmləri doktoru (2019), professor (2020). == Həyatı == Həsənov Cavanşir Cavad oğlu 8 noyabr 1973-cü ildə Cəlilabad rayonunun Hasıllı kəndində doğulub. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinin tələbəsi, 1999-cu ildə 01.01.01 — riyazi analiz ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi, 2009-cu ildə isə dosent elmi adı, 2018-ci ildə 1202.01-"Analiz və funksional analiz" ixtisası üzrə elmler doktorluq dissertasiyasını müdafiə edərək 2019-cu ildə riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. 2000-ci ildən AMEA RMİ-nin "Riyazi analiz" şöbəsində böyük elmi işçi vəzifəsində, 2011-ci ildən isə həmin şöbədə aparıcı elmi işçi vəzifəsində işləyib. 2016–2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Ümumi və tətbiqi riyaziyyat" kafedrasında dosent, 2020-ci ildən hal hazıra qədər həmin kafedrada professor vəzifəsində işləyir. == Təhsili == 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin (BDU), "Mexanika-riyaziyyat" fakültəsi, bakalavr. 1997–1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), "Riyaziyyat" fakültəsi, aspirant. == Elmi dərəcələri, elmi adları == 1999-cu il — Bakı Dövlət Universiteti, Fizika-riyaziyyat elmləri namizədi (01.01.01–Riyazi analiz) Dissertasiyanın adı: "Anizotrop B-Riss potensialı və onun tətbiqləri" 2018-ci il- AMEA Riyaziyyat və Mexanika İnstitutunun, riyaziyyat elmləri doktoru (1202.01 — Analiz və funksional analiz) Dissertasiyanın adı: "Çoxölçülü harmonik analizin və B-harmonik analizin inteqral operatorlarının ümumiləşmiş Morri fəzalarında məhdudluğu və onların bəzi tətbiqləri" == Əmək fəaliyyəti == 2000–2011-ci illərdə böyük elmi işçi, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 2011–2016-cı illərdə aparıcı elmi işçi, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 2016–2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Ümumi və tətbiqi riyaziyyat" kafedrasında dosent, 2008-ci ildən indiyə kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Ümumi və tətbiqi riyaziyyat" kafedrasında professor. == İctimai fəaliyyəti == "Transaction Issue mathematics and mechanics Series of physical-technical and mathematics science Azerbaijan National Academy of Science" jurnalının redaksiya heyətinin üzvü "Journal of Contemporary Applied Mathematics" jurnalının redaksiya üzvü "Baku Mathematical Journal" jurnalının redaksiya üzvü. == Elmi maraq dairələri == Abstrakt Harmonik analiz Funksional fəzalar Potensial nəzəriyyəsi Operator nəzəriyyəsi Diferensial tənliklər == Əsas elmi nəticələri == [redaktə | mənbəni redaktə et] • Harmonik analizin inteqral operatorlarının bəzi funksional fəzalarda məhdudluğu və alınmış nəticələrin diferensial tənliklərə tətbiqi.
Cahangir Babayev
Cahangir Elman oğlu Babayev — Azərbaycan Milli Karate Federasiyası Hakimlər komitəsinin sədri, Avropa Hakimlər Komissiyasına üzvü, Beynəlxalq hakim, Əməkdar məşqçi, Tokio Olimpiadasında karate yarışlarının baş hakimi, "Qaraqaplan" klubunun aparıcı məşqçilərindən olan, 5-ci dan qara kəmər sahibi. == Həyatı == Cahangir Elman oğlu Babayev 10 avqust 1974-cü ildə Bakı şəhərində anadan olub. == Beynəlxalq Fəalliyət == Beynəlxalq hakim, Azərbaycan Milli Karate Federasiyasının Hakimlər komitəsinin sədri Cahangir Babayev 2019-cu ildə Belarusun paytaxtı Minskdə 2-ci Avropa oyunlarının karate yarışlarını idarə edən hakimlərdən biri olacaq. Avropa Karate Federasiyası hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib. Azərbaycan karateçiləri 30 aprel — 2 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda Tokio Olimpiadasına reytinq xalları verən Karate1 Premyer liqa turnirində mübarizə aparacaqlar. Lissabonda Premyer liqanı idarə edən hakimlər arasında beynəlxalq hakim Cahangir Babayev və Vüqar Kərimov da yer alacaq. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 87 ölkədən 740 karateçi yarışacaq. Karate üzrə azərbaycanlı beynəlxalq dərəcəli hakim Cahangir Babayev Avropa Hakimlər Komissiyasına üzv seçilib. Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Beynəlxalq Bankının kuboku uğrunda karate üzrə beynəlxalq turnir keçirilmişdir. Turnirə baş hakimliyi beynəlxalq dərəcəli hakim Cahangir Babayev etmişdir.
Cahangir Baxışov
Gavanlı
Gavanlı (Əsədabad)
Qatanqor (Bükan)
Qatanqor (fars. قاطانقر‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (30 ailə).