Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jak-İv Kusto
Jak-İv Kusto (Jacques-Yves Cousteau) (d. 11 iyun 1910 - ö.25 iyun 1997), Fransız okean mütəxəssisi, dəniz zabiti və kino rejissoru. Kapitan Kusto adıyla tanınan Jak-İv Kusto 1910-cu ildə Fransada doğulub. İxtiraçılar okeanı fəth etmək üçün hər zaman cəsarətli ideyalar irəli sürüblər. Hələ eramızdan əvvəl IV əsrdə Aristotel üzüaşağı çevrilmiş qazandan istifadə edib onun içərisindəki havanın köməyi ilə suyun altında nəfəs alan dalğıcları təsvir edib. Bü cür suyadalma üsulu birinci dalğıc günbəzinin yaradılması üçün nümunə olub. Son bir neçə əsrdə insanlar cürbəcür materiallardan çoxlu sayda dalğıc kostyumu yaradaraq sınaqdan keçiriblər. Amma bu kostyumların çoxunun çəkisi ağır, özü isə narahat olub, dalğıcın suyun dibinə müstəqil enməsinə imkan verməyib. 1943-cü ildə iki fransız – tədqiqatçı Jak-İv Kusto və mühəndis Emil Qanyan "sualtı ağ ciyər" – akvalanq ixtira edərək okeanın öyrənilməsi sahəsində əsl inqilab edirlər. Kifayət qədər yığcam və rahat aparat olan akvalanq suyun altında müstəqil hərəkət etməyə imkan verir.
Jan-İv Le Drian
Jan-İv Le Drian (fr. Jean-Yves Le Drian; 30 iyun 1947[…], Loryan) — Fransa dövlət xadimi və siyasətçisi. 16 may 2012-ci ildən 17 may 2017-ci ilə qədər Jean-Marc Heroult, Manuel Vals, Bernard Kaznevin ofislərində Fransa Müdafiə naziri, 17 may 2017-ci ildən etibarən Eduard Flippinin ofisində, Fransanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri vəzifəsində çalışmışdır. == Fəaliyyəti == Jan-İv Le Drian 1973-cü ildə universiteti bitirmişdir. 1977-ci ildən 2004-cü ilədək Loriyana şəhərinin bələdiyyə müşaviri (Morbian şöbəsi); 1978-ci ildən 1991-ci ilədək və 1997-ci ildən 2007-ci ilə qədər isə Morbihan şəhərində Fransa Milli Məclisinin deputatı olmuşdur; 1981–1998-ci illərdə Loriyana meri (Morbian şöbəsi) vəzifəsində çalışmışdır; 1983–2004-cü illərdə Loriyana aqlomerasiya icmasında üzv olmuşdur; 1991-ci ildən 1992-ci ilədək Dəniz İşləri üzrə Dövlət Katibi, Fransanın Mənzil və Nəqliyyat naziri olmuşdur; 1993-cü ildə Fransanın Təhsil fəxri ümumi müffətişi, 1994–2004-cü illərdə Biritaniyanın regonial müşaviri vəzifəsində çalışmışdır; 2004–2012-ci və 2015–2017-ci illərdə Britaniyanın Regonial Şurasının sədri; 2005-ci ildə isə Regonlar Komitəsinin Fransız heyətinin sədr müavini təyin olundu, bu komitənin Bürosuna üzv oldu; 2010-cu ildə Avropanın Periferik Dəniz Bölgələrinin (CPMR) Konfransının prezidenti seçilmişdir; 16 may 2012-ci il və 17 may 2017-ci ildə Fransa Müdafiə naziri; 2017-ci ildə prezident seçkilərinin ilk turunda Emmanuel Makronun namizədliyini dəstəkləyib; 17 may 2017-ci ildən etibarən Eduard Flippinin ofisində Fransa Xarici İşlər və Beynəlxalq Əmakdaşdlıq naziri vəzifəsində. 2017-ci ildə Fransa Sosialist Partiyasının və Fransa Böyük Şərqinin üzvü olmuşdur. 2021-ci ilin noyabrında "Le Monde" qəzetinə verdiyi müsahibədə Jan-İv Le Drian barmağını Çin və Rusiyaya işarə edərək, Afrika ölkələrini ağırlaşdıran iqtisadi yırtıcılıqdan narahatlığını ifadə etdi. Avropalılar nəyin bahasına olursa-olsun Afrika qitəsi ilə münasibətlərini yenidən qurmalı olan Jean-Yves Le Drian, "Rəqiblərimizin heç bir tabu və ya məhdudiyyəti yoxdur" dedi.
İv Arnold
İv Arnold (21 aprel 1912[…], Filadelfiya, Pensilvaniya – 4 yanvar 2012[…], London) — ABŞ fotoqrafı və fotojurnalisti., Magnum Photos agentliyinin ilk qadın üzvü(1957). == Həyatı == Fotolarının əsas qəhrəmanlarının kubalı balıqçılar, afrikalı qaçqınlarla yanaşı, Hollivudun məşhur ulduzları və dünyanın aparıcı siyasətçilərinin də olduğu bir fotoqraf. Müharibədən sonrakı dövrlərdə rəsmi olmasa da fotojurnalistikanın əsas simalarından biri sayılırdı. Haqlı olaraq xəbər fotojurnalistikasının yaradıcılarından hesab olunur. Evenın Merlin Monro ilə xüsusi bağlılığı var idi. Hətta onun portretlərindən ibarət bütöv bir albom nəşr etdirmişdi. Fotoqraf ulduzları ən gözlənilməz anlarda çəkdiyi fotolarla təccübləndirirdi. Bununla bərabər onun Yohanessburqun gecəqondularından, Havananın bordellərindən və hətta Moskvanın ruhi xəstəxanalarından etdiyi fotoreportajları da var. Eva Koen Filadelfiyada 1912-ci ilin aprelində dünyaya gəlib. 16 yaşında Nyu-Yorka köçüb və orada fotolaboratoriyada işə düzəlib.
İv Montan
İv Montan (fr. Yves Montand, Fransızca tələffüz: [iv mɔ̃ˈtɑ̃], əsl adı İvo Livi, it. Ivo Livi; 13 oktyabr 1921[…] – 9 noyabr 1991[…], Sanlis, Fransa) — fransız şanson müğənnisi və aktyoru. == Həyat və yaradıcılığı == İvo Livi 13 oktyabr 1921-ci ildə İtaliyanın Monsummano-Alto şəhərində dünyaya gəlmişdir. O, Cüzeppina və Covanni Livinin 3 uşağından balacası idi. Qısa müddət sonra ailə Fransaya köçür və Marseldə məskunlaşır. ABŞ-a köçmək fikirləri olsa da, viza problemləri ilə əlaqədar bu mümkün olmur. 1929-cu ildə onlar Fransa vətəndaşlığı alırlar. Gələcək müğənni gənclik illərində əvvəlcə bacısının bərbərxanasında, sonra isə gəmi təmiri müəssisəsində fəhlə işləyir. O öz sənət fəaliyyətini müğənni kimi kinoteatrlarda, klublarda və müzik-hollarda başlamışdır.
İv Rossi
İv Rossi (Yves Rossy) — İsveçrə pilotu və icadçı.
İv Roşe
İv Roşe — Dünyanın ən məşhur dizayner, modelyerlər və kosmetoloqlarından biri İv Roşe həyatının böyük hissəsini "bitki kosmetikası"nın yaradılmasına həsr edib. Onun planına görə, "Yves Rocher"in məhsulları ancaq təbii inqridientlərdən hazırlanmalı və geniş istehlakçı kütləsi üçün əlçatan olmalıymış. Roşe markası 1959-cu ildə yaradılıb. 1969-cu ildə isə onun ilk mağazası açılıb – buna qədər məhsullar poçt vasitəsilə göndərilirmiş. Hazırda "Yves Rocher"də 15 mindən çox adam çalışır, onun müəssisələri 30-dan çox ölkədə var, korporasiyanın illik dövriyyəsi 2 milyard avrodur. Məşhur korporasiyanın yaradıcısı 80 yaşında Parisdə dünyasını dəyişib. Bundan sonra şirkətə başçılıq edəcək növbəti şəxsin adı müəyyənləşib. İv Roşenin yerinə onun nəvəsi, 31 yaşlı Bri Roşe gətirilib.
İv Şoven
İv Şoven - İv Şoven (fransızca Yves Chauvin, 10 oktyabr 1930 il, Menen Belçika - 28 yanvar 2015 il, Tur ) — fransız kimyaçısı, kimya üzrə 2005-ci ildə "Üzvi sintezdə metatezis üsulunu təkmilləşdirdiklərinə görə" Nobel mükafatı laureatı alıb. Fransa Elmlər Akademiyasının 1996-cı ildən müxbir üzvü , 2005-ci ildən isə üzvü olmuşdur . == Bioqrafiyası == İv Şoven 1930-cu il 10 oktyabrda Belçikanın Menen şəhərində anadan olub, valideynləri buradan 1939-cu ildə Fransanın Tur şəhərinə köçüblər. O, 1954-cü ildə Lion Ali Fizika, Kimya və Elektronika Məktəbini bitirmişdir. 2005-ci ildə İ.Şoven amerikalı alimlər Robert Qrabbs və Riçard Şrok ilə birlikdə “Üzvi sintezdə metatezis metodunun inkişafına verdiyi töhfəyə görə” Nobel mükafatına layiq görülmeşdü. 1970-ci illərdə İ.Şovin tərəfindən Olefin metatezisinə dair tədqiqatlar aparılmışdır. İv Şoven ilkin bəyanata görə mükafatdan imtina barədə məlumat verməsinə baxmayaraq, yenə də mükafatı qəbul etdi. 1990-cı ildə ikifazalı kataliz üçün ilk dəfə olaraq ion mayelərindən İv Şoven istifadə edərək tədqiqatlar aparmışdır . İ.Şoven Fransa Neft İnstitutunun fəxri elmi direktoru olub. 2005-ci ildə "Şərəf ordeni” ilə təltif edilmişdi.
İv Qiyai Şamlı
İv Fərhad xan Qiyai Şamlı (26 oktyabr 1957, Ukkel[d], Brüssel paytaxt vilayəti[d]) — Heydərqulu xan Qiyai Şamlının oğlu və Belçika memarı. == Həyatı == İv Fərhad Xan Qiyai Şamlı 1957-ci ildə Belçikanın Ukkel şəhərində anadan olub. Nəsilləri qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan Heydər Qiyai Şamlının oğludur. O, Parisdə yerləşən Janson-de-Sailly liseyini bitirdikdən sonra Nyu-Yorkda yerləşən Pratta İnstitutunda memarlıq üzrə təhsil almağa başlayır. 1982-ci ildə buradakı təhsilini bitirdikdən sonra Kaliforniya İncəsənət Kollecində memarlıq üzrə magistr dərəcəsi əldə edir. O ilk fəaliyyətinə San-Fransiskoda futurustik evlərin tikintisi ilə başlayıb. 1983-cü ildə o, San-Fransiskoda "Ghiaï Architects" memarlıq şirkətinin əsasını qoyub. Bu şirkət vaxtilə atasının yaratdığı və 1979-cu ildə bağlanan şirkətin davamçısıdır. 1993-cü ildə o ilk irimiqyaslı sifarişini alır.
İv San Loran
İv San Loran (fr. Yves Henri Donat Mathieu-Saint-Laurent; 1 avqust 1936[…], Vəhran, Əlcəzair – 1 iyun 2008[…], Paris) — Fransa modelyeri. == Həyatı == 1936-cı ildə hələ Fransanın müstəmləkəsi olan Əlcəzairdə doğulan Loran 1954-cü ildə "Kristian Dior" moda evinə qoşulub. Bundan iki il sonra Kristian Dior vəfat etdi və San Loran 21 yaşında baş dizayner oldu. Bir ara onu Əlcəzairdə vuruşmaq üçün əsgər də çağırıblar. İv San Loran dünyanın yüzlərlə adlı-sanlı qadınını geyindirən moda evi açıb. Lakin dizayner 2002-ci ildə bütün moda salonlarını bağlayaraq bildirib ki, tamamilə kommersiyalaşmış sənayenin bir hissəsi olmaq istəmir.
İv Sen Loran

İv Sen Loran (film)
İv Sen Loran (fr. Yves Saint Laurent) 2014-cü ildə, Cəlil Lespertin rejissorluğu, Jak Fieşi, Ceremi Gez və Mari-Pyer Hasterin həmmüəllifliyi ilə çəkilmiş fransız bioqrafiya filmidir. Filmdə ikonik dizayner İv San Loranın 1958-ci ildən sonrakı həyatından bəhs olunur. Filmdə Pyer Niney, Gilyom Qalen, Şarlotta Le-Bon, Laura Smet, Mari de Vilpen, Ksavye Lafit, Nikolay Kinski rol almışdır. Film 64-cü Berlin Beynəlxalq Film Festivalında, yeni bərpa olunmuş Zoo Plast çərçivəsində xüsusi baxışla təqdim olunmuş, təqdimata, filmin çəkiliş heyəti və Pyer Berje qatılmışdır. == Məzmunu == Film İv Sen Loranın 1958-ci ildən sonrakı həyatı haqqındadır. Filmdə İv Sen Loran və onun biznes və həyat partnyoru Pyer Berjenin fransız moda industriyasında fəaliyyətindən, bütün çətinliklərinə baxmayaraq birlikdə qalmalarından və bir-birini sevmələrindən bəhs olunur. Filmdə açıq homoseksual səhnələr də yer alır. == Rollarda == Pyer Niney — İv Sen Loran Gilyom Qalen — Pyer Berje Şarlotta Le-Bon — Viktoriya Dotreleu Laura Smet — Lulu de la Falyez Mari de Vilpen — Betti Katrua Ksavye Lafit — Jak de Başe Nikolay Kinski — Karl Lagerfeld Ruben Alves — Fernando Sánchez Marianna Basler — Lusyeb San Loran Astrid Vetnoll — İvon De Peyerimhoff Anna Alvaro — Mari-Luis Busqet Mişel Qarsiya — Raymonde Zehnaker Patris Tibod — Kristian Dior Amira Kasar — Anna-Mari Munoz Aleksandr Steycer — Jan-Pyer Debord Jan-Eduard Bodziak — Bernard Buffet == İstehalı == 2013-cü ilin mart ayında “The Weinstein Company” filmin ABŞ-da distribütorluq haqqlarını əldə etdiyini elan etdi, “Entertainment One” isə Birləşmiş Krallıq, Avstraliya, Beneluks ölkələri və Kanadada distribütorluq haqqını aldı. === Çəkilişlər === Filmin əsas çəkilişləri 2013-cü ilin iyun ayında başlamışdır.
İv Fərhad xan Qiyai Şamlı
İv Fərhad xan Qiyai Şamlı (26 oktyabr 1957, Ukkel[d], Brüssel paytaxt vilayəti[d]) — Heydərqulu xan Qiyai Şamlının oğlu və Belçika memarı. == Həyatı == İv Fərhad Xan Qiyai Şamlı 1957-ci ildə Belçikanın Ukkel şəhərində anadan olub. Nəsilləri qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan Heydər Qiyai Şamlının oğludur. O, Parisdə yerləşən Janson-de-Sailly liseyini bitirdikdən sonra Nyu-Yorkda yerləşən Pratta İnstitutunda memarlıq üzrə təhsil almağa başlayır. 1982-ci ildə buradakı təhsilini bitirdikdən sonra Kaliforniya İncəsənət Kollecində memarlıq üzrə magistr dərəcəsi əldə edir. O ilk fəaliyyətinə San-Fransiskoda futurustik evlərin tikintisi ilə başlayıb. 1983-cü ildə o, San-Fransiskoda "Ghiaï Architects" memarlıq şirkətinin əsasını qoyub. Bu şirkət vaxtilə atasının yaratdığı və 1979-cu ildə bağlanan şirkətin davamçısıdır. 1993-cü ildə o ilk irimiqyaslı sifarişini alır.
İv Fərhad xan Ğiyai Şamlı

İv San Loran (film, 2014)
İv Sen Loran (fr. Yves Saint Laurent) 2014-cü ildə, Cəlil Lespertin rejissorluğu, Jak Fieşi, Ceremi Gez və Mari-Pyer Hasterin həmmüəllifliyi ilə çəkilmiş fransız bioqrafiya filmidir. Filmdə ikonik dizayner İv San Loranın 1958-ci ildən sonrakı həyatından bəhs olunur. Filmdə Pyer Niney, Gilyom Qalen, Şarlotta Le-Bon, Laura Smet, Mari de Vilpen, Ksavye Lafit, Nikolay Kinski rol almışdır. Film 64-cü Berlin Beynəlxalq Film Festivalında, yeni bərpa olunmuş Zoo Plast çərçivəsində xüsusi baxışla təqdim olunmuş, təqdimata, filmin çəkiliş heyəti və Pyer Berje qatılmışdır. == Məzmunu == Film İv Sen Loranın 1958-ci ildən sonrakı həyatı haqqındadır. Filmdə İv Sen Loran və onun biznes və həyat partnyoru Pyer Berjenin fransız moda industriyasında fəaliyyətindən, bütün çətinliklərinə baxmayaraq birlikdə qalmalarından və bir-birini sevmələrindən bəhs olunur. Filmdə açıq homoseksual səhnələr də yer alır. == Rollarda == Pyer Niney — İv Sen Loran Gilyom Qalen — Pyer Berje Şarlotta Le-Bon — Viktoriya Dotreleu Laura Smet — Lulu de la Falyez Mari de Vilpen — Betti Katrua Ksavye Lafit — Jak de Başe Nikolay Kinski — Karl Lagerfeld Ruben Alves — Fernando Sánchez Marianna Basler — Lusyeb San Loran Astrid Vetnoll — İvon De Peyerimhoff Anna Alvaro — Mari-Luis Busqet Mişel Qarsiya — Raymonde Zehnaker Patris Tibod — Kristian Dior Amira Kasar — Anna-Mari Munoz Aleksandr Steycer — Jan-Pyer Debord Jan-Eduard Bodziak — Bernard Buffet == İstehalı == 2013-cü ilin mart ayında “The Weinstein Company” filmin ABŞ-da distribütorluq haqqlarını əldə etdiyini elan etdi, “Entertainment One” isə Birləşmiş Krallıq, Avstraliya, Beneluks ölkələri və Kanadada distribütorluq haqqını aldı. === Çəkilişlər === Filmin əsas çəkilişləri 2013-cü ilin iyun ayında başlamışdır.
İv Sen Loran (film, 2014)

Hacı İvaz Mehmed Paşa
Hacı İvaz Mehmed Paşa (1675, Yaqodina[d] – 1743, Navpakt) — I Mahmud dönəmində 1 il 3 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == == Mənbə == BA, Tahvîl Defteri, nr. 5, mükerrer s. 68. BA, Atîk Vüzerâ Defteri, nr. 2, s. 40, 43. BA, A.DVN Mühimme, nr. 950, s. 12, 19-20.
III İvan
III İvan Vasilyeviç (rus. Иван III Васильевич) və ya Böyük İvan (rus. Иван Великий; 22 yanvar 1440[…], Moskva, Böyük Moskva Knyazlığı – 27 oktyabr 1505, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının böyük knyazı, bütün Rus dövlətinin hökmdarı (rus. Государь всея Руси). == Xarici siyasəti == III İvanın dövründə, ölkənin xarici siyasətinin əsas məqsədi şimal-şərqi Rusu vahid dövlətə birləşdirmək idi. Qeyd etmək lazımdır ki, bu siyasət çox uğurlu olmuşdur. İvan hökmranlığının əvvəlində Moskva prinsipliyi digər rus hökmdarı torpaqları ilə əhatə olunmuşdu; ölür, o, bu padşahların əksəriyyətini birləşdirən oğlu Vasiliyə təslim etdi. Yalnız Pskov, Ryazan, Volokolamsk və Novqorod-Seversky nisbi (çox geniş deyil) müstəqillik qorudu. III İvanın hökmranlığından bəri Böyük Litva knyazlığı ilə əlaqələr xüsusilə kəskin olmuşdur. Moskvanın Rus torpaqlarını birləşdirməyə inteqrasiyası Litvanın mənafeyinə zidd idi və sərhədlərarası münaqişələr və sərhəd şahzadələri və boyarların dövlətlər arasında keçid müttəfiqlərinə kömək etməmişdi.
III İvan Asen
III İvan Asen — Çar, 1259-cu ildə doğulmuşdur. == Hakimiyyətə gəlişi == 1279-cu ildə Bizans orduları və yerli əyanlar tərəfindən üsyançı İvaylonun əleyhinə olaraq hökmdarlığa gətirilmişdi. İmperatorun qızı İrene Paleoloqina ilə evlənmiş, öz bacısı Kira Mariyanı da kuman əsilzadə Georgi Terter ilə evləndirmişdi. Lakin İvaylonun Bizanslıları məğlub etməsindən sonra qorxuya düşüb Bizansa qaçmış, oradan da Noğay xanın iqamətgahına gedərək İvaylonu öldürtdürmüşdü. Taxta qayıda bilməyən çar 1303-cü ildə Bizansda vəfat etdi. == Ailəsi == İrene Paleoloqina ilə evlənmiş, Bizansda yüksək önəmə sahib Asaneslər sülaləsinin əsasını qoymuşdur. Övladları: Mixail Asan Andronik Asan İsaak Asan Konstantin Asan Teodora Asanina Mariya Asanina == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
II İvan Asen
II İvan Asen — İkinci Bolqarıstan imperiyasının V imperatoru (1218–1241), I İvan Asenin oğlu. == İlkin hakimiyyəti == 1207-ci ildə Qaliç-Volin knyazlığına qaçmış, 1218-ci ildə onların köməyi ilə hakimiyyəti əlinə almışdı. İvanın ilk siyasəti müttəfiqlər qazanmaq olmuşdu. Belə ki, qızı Mariyanı Epir despotluğunun hökmdarı Teodorun qardaşı Manuel Dukasla evləndirmiş, özü də Macarıstan kralı II Andraşın qızı Anna Mariya Arpad ilə evlənmişdi. == Epirlə münasibətlər == 1228-ci ildə Latın imperatoru I Robertin ölümündən sonra taxta çıxmış əyanlar II Bolduinin qəyyumu olaraq II İvan Aseni düşünürdülər. Bu arada imperiyanın torpaqlarını işğala başlayan Teodor 1230-cu ildə Bolqarıstana müharibə elan etmişdi. Döyüşə pozulan müqavilənin mətni ilə gələn Çar İvan, Teodoru ağır məğlubiyyətə uğratmış, torpaqlarını ələ keçirmiş, beləliklə Adriatik dənizi sahillərinəcən sərhədləri genişləndirmişdi. Epirin qalan torpaqları isə Manuel Dukasa verilmişdi. == Serbiya və Nikeya ilə münasibətlər == 1231-ci ildə yerli əyanlar Latın imperiyasının qəyyum olaraq Qüds krallığının keçmiş hökmdarı İohann de Brieni seçmişdilər. Bu İvanı qəzəbləndirmiş, Nikeya imperiyası ilə ittifaq qurulmasına təkan vermişdi.
IV İvan (Qroznı)
İohann IV Vasilyeviç və ya İvan Qroznı (25 avqust 1530[…] və ya 15 avqust 1530, Kolomenskoye[d], Böyük Moskva Knyazlığı – 18 (28) mart 1584[…], Moskva, Çar Rusiyası) — Moskva və 1533-cü ildən bütöv Rusiyanın böyük knyazı, Rusiyanın ilk çarı (1547-ci ildən; yalnız 1575-1576-cı illərdə "bütöv Rusiyanın böyük knyazı" nominal olaraq Simeon Bekbulatoviç olmuşdur). Moskva böyük knyazı III Vasili və Yelena Qlinskayanın böyük oğlu. Mənşəcə atası tərəfindən o, Rüriklər sülaləsinin Moskva budağına aid olunurdu, anası tərəfindən isə Qlinski Litva knyazlarının banisi hesab edilən Mamay xanın nəslinə. Ata tərəfindən nənəsi bizans imperatorların sülaləsindən gələn Sofiya Paleoloq idi. Nominal olaraq İvan 3 yaşından hökmdar oldu. 1547-ci ildəki Moskva üsyanından sonra "İzbrannaya rada" ("Seçilmiş rada") yaradaraq, o, yaxın hesab etdiyi şəxslərin iştirakı ilə hökümdarlıq eləməyə başladı. Hərbi xidməti, məhkəmə sistemi və dövlətin idarə edilməsində islahatlar aparmışdır. Qazan və Həştərxan xanlığları fəth edilmişdir, Qərbi Sibir, Don Qoşunlarının Vilayəti, Başqırdıstan və Noqay Ordasının torpağları Rusiyaya birləşdirilmişdir. Beləliklə, IV İvanın hakimiyyəti dövründə Rusiyanın ərazi artımı təxminən 100% təşkil etdi (2,8 milyon km²-dən 5,4 miyon km²-ə çatdı), çarlığının son illərində Rus dövləti ərazisinə görə bütöv Avropadan böyük oldu. 1560-cı ildə Seçilmiş rada ləğv olundu, onun əsas xadimləri çarın etibarını itirdilər, və İvan Qroznı Rusiyanı tam müstəqil idarə etməyə başladı.
IV İvan Qroznı

I İvan Asen
I İvan Asen - İkinci Bolqarıstan imperiyasının ikinci imperatoru. 1185-ci ildə Bizans imperiyasına qarşı qaldırılan qiyamın başçısı olmuşdur. Qardaşı IV Pyotr ilə birlikdə II İsaak Angelosu məğlub edərək müstəqil dövlət qurmuşdur. == Hakimiyyəti == I Fridrix Barbarossa ilə müttəfiqliklərini təhlükə kimi görən II İsaakın ordusunu ağır məğlubiyyətə uğratdığına görə 1189-cu ildə qardaşı IV Pyotr tərəfindən çar elan olunmuşdur. 1191-ci ildə Sofiya və Nişi ələ keçirən İvan, 1195-ci ildə Belqradı, 1196-cı ildə də Melniki ələ keçirmişdi. Serres döyüşündə böyük qalibiyyət qazandıqdan sonra geriyə qayıdan İvan Asen, öz generallarından biri olan İvanko tərəfindən öldürülmüşdür. == Ailəsi == İvan Asenin ilk həyat yoldaşı Mariya adlı bir qadın olmuş, daha sonra Yelena adlı bir qadınla evlənmişdir.
K.V.İvanov adına Çuvaş Akademik Dram Teatrı
K.V.İvanov adına Çuvaş Dövlət Akademik Dram Teatrı (çuvaş Чăваш патшалăх К. В. Иванов ячĕллĕ академи драма театрĕ) — Çuvaşıstanın ən qədim teatrı, çuvaşların mədəniyyət mərkəzi. Bədii rəhbər - SSRİ Xalq Artisti Valeri Yakovlev, teatr direktoru - Çuvaş Respublikasının Əməkdar Mədəniyyət İşçisi Yuri Vladimirovdur. == Tarixi == === Kazan dövrü === Teatr 1918-ci ildə Kazanda İ.S.Maksimov-Koşkinski tərəfindən qurulmuşdur. İlk dövrlər kollektiv "Çuvaş dramı", daha sonra "Çuvaş Sovet səyyar teatrı" adlandırıldı. Teatrın açılşı A.Ostrovskinin "İstədiyiniz şəkildə yaşamayın" tamaşası ilə olmuşdur. === Çeboksardakı Sovet teatrı === 1920-ci ildə teatr Çeboksarıya köçdü. Teatrın repertuarı çuvaş dramaturqlarının pyeslərindən və rus klassiklərinin tərcümələrindən ibarət idi. Bundan əlavə çuvaş dilində tamaşalar oynanırdı. 1927-1939-cu illərdə. P.N.Osipov baş rejissor kimi teatra rəhbərlik etmişdir.
Komsomolsk (İvanovo vilayəti)
Komsomolsk (rus. Комсомольск) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Konstantin İvanov
Konstantin Vasilyeviç İvanov (çuvaş Пăртта Кĕçтентинĕ, 15 may 1890-cı il, Slakbaş kəndi, Bələbəy rayonu, Ufa quberniyası - 13 mart 1915-ci il elə orda) — çuvaş şairi, çuvaş ədəbiyyatının klassiki. O, həmçinin çuvaş poeziyasının banisi sayılır. Məşhur "Narspi" poemasının müəllifidir. == Həyatı == === İlk illəri === Partta qəbiləsinə (çuvaş "Пăртта") məxsus sadə kəndli ailəsində anadan olub. Ailədə təhsilə xüsusi önəm verilirdi - baba, ata, xala, bir çox qohumlar təhsilli və savadlı idilər. K.İvanovun atası mahalın ən varlı adamlarından biri ayılırdı. O, təsərrüfatda aqronomiya və iqtisadi biliklərindən istifadə edirdi. Konstantin səkkiz yaşından etibarən 1902-ci ildə məzun olduğu kənd məktəbində təhsil alır. Ardınca Bələbəy şəhər məktəbində oxuyur. Sonra atası onu Simbirsk Çuvaş müəllimlər məktəbinin ("Yakovlevskaya") hazırlıq sinfinə yerləşdirir.
Kot-d'İvuar Respublikası
Kot-d'İvuar (Fil Dişi Sahili və ya Fil Dişi Sahili Respublikası) (Fransız : Côte d' Ivoire [kot diˈvwaʀ]) — Afrika qitəsində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Mali, Burkina-Faso, Qana, Liberiya və Qvineyadır. Bundan başqa ölkənin cənubunda Atlantik okeanı yerləşir. Ölkənin paytaxtı Yamusukrodur. == Ölkə adı == Ölkənin yerləşdiyi bölgələrdə sahib olduğu çox sayda fil səbəbiylə xvı əsrdə Portuqaliyalılar tərəfindən fil dişi əldə edə bilmək və ticarətini reallaşdırmaq adına fil ovlanmış və bir çox fil ovçular tərəfindən öldürülmüşdür. Bu hadisə səbəbi ilə ölkənin adı Fransızca Fil Dişi Sahili mənasını verən Côte d' Ivoire olaraq müəyən olunmuş, fil dişi uzun illər ölkənin ən əhəmiyyətli ixracat qaynaqlarından birini təşkil etmişdir. Ancaq ölkə adının hər bir dildə fərqli versiyalarda deyilməsi (Fil Dişi Sahili, Elfenbeinküste, Ivory Coast, Costa de Marfil və s.) və beynəlxalq sahələrdə qarışıqlıqlara səbəb olması ilə əlaqədar 1985-ci ildə dövrün dövlət başçısı Feliks Houphouët - Boigny aldığı qərar ilə ölkə adının bundan sonra yalnız Fransız halı ilə istifadə ediləcəyini və digər dillərə də çevrilməyəcəyini ifadə etmişdir. == Coğrafiya == Ölkənin cəmdə sahib olduğu 3.458 km sərhədin 545 km-i Burkina Faso, 720 km-i Qana, 816 km-i Qvineya, 778 km-i Liberiya və 599 km-i Mali ilə olduğu halda, ölkənin həm də Qvineya Körfəzinin qərbində Atlantik okeanına 515 km-lik sahil çıxışı var. Ölkənin səth şəkilləri ümumi etibarilə yastı bir görünüşə sahib olmaqla birlikdə ölkənin səthi əksəriyyətlə yayla və düzənliklərdən ibarətdir. Ölkənin yalnız qərb hissələri dəniz səviyyəsindən orta hesabla 1.000 m daha yüksəkdə yerləşir.
Kot-d'İvuar himni
Abidcanın mahnısı (fr. L'Abidjanaise) — Kot-d'İvuar dövlət himni, 1960-cı ildə ölkə azadlığını alandan sonra təsdiq olunmuşdur.
Kot-d'İvuar milli futbol komandası
Kot-d'İvuar milli futbol komandası - Kot-d'İvuarı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.
Kot-d’İvuar
Kot-d'İvuar (Fil Dişi Sahili və ya Fil Dişi Sahili Respublikası) (Fransız : Côte d' Ivoire [kot diˈvwaʀ]) — Afrika qitəsində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Mali, Burkina-Faso, Qana, Liberiya və Qvineyadır. Bundan başqa ölkənin cənubunda Atlantik okeanı yerləşir. Ölkənin paytaxtı Yamusukrodur. == Ölkə adı == Ölkənin yerləşdiyi bölgələrdə sahib olduğu çox sayda fil səbəbiylə xvı əsrdə Portuqaliyalılar tərəfindən fil dişi əldə edə bilmək və ticarətini reallaşdırmaq adına fil ovlanmış və bir çox fil ovçular tərəfindən öldürülmüşdür. Bu hadisə səbəbi ilə ölkənin adı Fransızca Fil Dişi Sahili mənasını verən Côte d' Ivoire olaraq müəyən olunmuş, fil dişi uzun illər ölkənin ən əhəmiyyətli ixracat qaynaqlarından birini təşkil etmişdir. Ancaq ölkə adının hər bir dildə fərqli versiyalarda deyilməsi (Fil Dişi Sahili, Elfenbeinküste, Ivory Coast, Costa de Marfil və s.) və beynəlxalq sahələrdə qarışıqlıqlara səbəb olması ilə əlaqədar 1985-ci ildə dövrün dövlət başçısı Feliks Houphouët - Boigny aldığı qərar ilə ölkə adının bundan sonra yalnız Fransız halı ilə istifadə ediləcəyini və digər dillərə də çevrilməyəcəyini ifadə etmişdir. == Coğrafiya == Ölkənin cəmdə sahib olduğu 3.458 km sərhədin 545 km-i Burkina Faso, 720 km-i Qana, 816 km-i Qvineya, 778 km-i Liberiya və 599 km-i Mali ilə olduğu halda, ölkənin həm də Qvineya Körfəzinin qərbində Atlantik okeanına 515 km-lik sahil çıxışı var. Ölkənin səth şəkilləri ümumi etibarilə yastı bir görünüşə sahib olmaqla birlikdə ölkənin səthi əksəriyyətlə yayla və düzənliklərdən ibarətdir. Ölkənin yalnız qərb hissələri dəniz səviyyəsindən orta hesabla 1.000 m daha yüksəkdə yerləşir.
Kouadio-İves Dabila
Kouadio-İves Dabila (1 yanvar 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Lill klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur. == Klub karyerası == === Monako === Dabila öz peşəkar karyerasında debütünü Monako klubu ilə 26 aprel 2017-ci ildə etmişdir. O, 60-cı dəqiqədə Andrea Raggi ilə əvəz olunmuşdur. Həmin görüşdə Monako Fransa Kubokunun yarımfinal mərhələsində Pari Sen-Jermenə 5-0 hesabı ilə məğlub olmuşdur.
Kristapor İvanyan
Kristapor İvanyan (erm. Քրիստափոր Իվանյանի, 20 dekabr 1920, Tiflis, Gürcüstan – 30 avqust 1999, Sankt-Peterburq) — Sovet və Ermənistan hərbi generalı. O, həm İkinci dünya müharibəsində, həm də Qarabağ müharibəsində iştirak etmiş və qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun yaradıcılarından biridir.
Köhnə İvanovka (Auırqazı)
Köhnə İvanovka (başq. Иҫке Ивановкa, rus. Старая Ивановка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Tukay): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 52 km. == Əhali == == Tarixi == 10 sentyabr 2007-ci ilə qədər sadəcə İvanovka kədi adlanırdı.
Köhnə İvanovka (Avurğazı)

Mana İvabuçi
Mana İvabuçi (d. 18 mart 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 61 oyun keçirib, 20 qol vurub.
Meoto İva
Meoto İva (夫婦岩) və ya Evli qayalar – Yaponiyanın Mie prefekturasının Futami sahillərində yerləşən iki qaya parçası. Bu qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir. Qayalar Futami Okitama məbədinin rahibləri tərəfindən müqəddəs hesab edilir. Şintoizmə görə kaminin yaradıcılarının evliliyini – İzanami və İzanaqini simvolizə edir. Buna görə də qayalar həm də evliliyin simvoludur. Kişini simvolizə etdiyi düşünülən daha böyük qayanın başında torii var. Qayalara tamaşa etmək üçün ən yaxşı fürsət yayda sübh çağıdır. Bu zaman günəşin qayaların arasında doğuşunu izləmək olar. Bir az uzaqlıqda Fuci dağını görmək olar.
Mihoko İvaya
Mihoko İvaya (d. 1 iyun 1964) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Mixail İvanoviç Adams
Mixail İvanoviç Adams (ing. Johannes Michael Friedrich Adams; 30.6.1780, Moskva – 1.7.1832, Vereya) — Rusiya botaniki və zooloqu. == Elmi əsərləri == "Relation abrégée d’un voyage á la mer Glaciale et découvertes des restes d’un mamout", Sankt-Peterburq, 1807—1808. == İlk olaraq Adams tərəfindən təsnif edilən taksonlar == Cardamine microphylla Adams Cardamine microphylla subsp. microphylla Adams Claytonia arctica Adams Dianthus fragrans Adams Draba cinerea Adams Draba cinerea var. cinerea Adams Draba lactea Adams Pedicularis capitata Adams Plantago canescens Adams Polemonium boreale Adams Polemonium boreale subsp.
Nikita İvanoviç və Sosializm (1931)
Neftçi İK İB
Neftçi İdman Klubu İctimai Birliyi — Azərbaycanda futzal klubudur. == Uğurları == == Heyəti == == Neftçi İK İB və Azərbaycan Milli Futzal Komandası == Vitali Borisov 2001-ci ildən milli komandamızın şərəfini qoruyur. == Bombardirlər == 2018–2019-cu illər mövsümü — Salar Şahnasi 23 qol.
HİV
İnsanın İmmunçatışmazlığı Virusu (İİV, ing. Human Immunodeficiency Virus, HIV) insanda infeksiyasının ən son mərhələsində Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing AIDS, rusca СПИД) xəstəliyinə yol açabilən retrovirusdur. İnfeksiya öz səthində CD4 reseptorlu immun hüceyrələrini məhv edir. Nəticədə insanın immun sistemi tükənir və QİÇS inkişaf edir. Orqanizm tezliklə müxtəlif infeksiyalara və bədxassəli şişlərə tab gətirə bilmir və sağlam insana xas olmayan opportünist xəstəliklər baş qaldırır. Hal-hazırda antiretrovirus terapiyasının (ART-terapiya) əlçatan olduğuna görə, İİV-pozitiv insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ (infeksiyaya yoluxmamış) şəxslərdən fərqlənmir. Terapiya qəbul edərək, insan müəyyən edilməyən virus yükünə nail olur. Müəyyən edilməyən virus yükü olduqda, insan hətta qorunmasız cinsi əlaqə zamanı başqaları üçün yoluxucu deyil. Antiretrovirus terapiyası qəbul edilmədiyi zaman, insan immuniteti zamanla zəifləyir. Simptomsuz keçən bu mərhələ latent adlanır və ortalama 6 aydan — 7 ilədək davam edir.
Kiv
Kütləvi informasiya vasitələri və ya qısaca KİV — texniki vasitələrdən istifadə etməklə informasiyanın ictimai formada ötürülməsi orqanlarının məcmusu. Yayım mediası informasiyanı filmlər, radio, yazılmış musiqi və ya televiziya kimi media vasitələri ilə elektron şəkildə ötürür. Rəqəmsal media həm internetdən, həm də mobil kütləvi kommunikasiyadan ibarətdir. İnternet mediası e-poçt, sosial media platformaları, internet saytları və internet əsaslı radio və televiziya kimi xidmətlərdən ibarətdir. Bir çox digər kütləvi informasiya vasitələrinin internetdə əlavə iştirakı var. Bunlara televiziya reklamlarına onlayn qoşulmaq və ya yayımlamaq, ya da açıq və ya çap mediasında QR kodları yaymaq, mobil istifadəçiləri veb-sayta yönləndirmək daxildir. Bu yolla, onlar internetin verdiyi asan əlçatanlıq və yardım imkanlarından istifadə edə bilərlər. Beləliklə, onlar eyni vaxtda və sərfəli şəkildə dünyanın bir çox müxtəlif bölgələrində asanlıqla məlumat yayımlaya bilərlər. Xarici media məlumatı bilbordlar, blimplər, uçan reklam lövhələri, avtobusların, ticarət binalarının, dükanların, idman stadionlarının, metro vaqonlarının və ya qatarların, köşklərin daxilində yerləşdirilən yazılar, lövhələr, plakatlar kimi media vasitələri ilə ötürür. Çap mediası kitablar, komikslər, jurnallar, qəzetlər və ya broşürlər kimi fiziki obyektlər vasitəsilə məlumat ötürür.
TV
Televiziya (yunanca τήλε — uzaq və latınca video — görürəm; televisio — uzağıgörmə) — kütləvi informasiya vasitəsi, səsin və hərəkət edən təsvirin müəyyən məsafəyə ötürülməsi və qəbulu üçün rabitə sistemi. İlk televiziya sitemləri mexaniki idilər və təsviri göstərərək səs müşayiətini nəzərdə tutmurdu. == Televiziyanın cəmiyyətdə rolu == Edvard Merou: "O öyrədə və maarifləndirə, hətta həvəsləndirə bilər, ancaq o vaxta qədər ki, insanlar ondan müvafiq surətdə istifadə edə bilsinlər. Əks halda o sadəcə olaraq naqil və lampalardan ibarət qutudur". == Televiziyanın tənqidi == Artur Çarlz Klark: "Nə vaxtsa bizim nəsil haqqında işıqlı hərflərlə yazacaqlar: "Tanrılar məhv etmək istədiklərinə əvvəlcə televizor bağışlayacaqlar. Biz yaradan yox, tamaşa edən nəsilə çevrilirik".
Vi
vi (visual) — Unix bənzəri əməliyat sistemlərində mətn redaktoru. == Tarixi == İlk versiyası Bil Joyem tərəfindən 1976-cı ildə yazılıb.
Xiv
Xiv (tab. Хив) — Dağıstan Respublikası, Xiv rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Xiv rayonunun və Xiv kənd sovetliyinin mərkəzidir. Xiv kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Xiv kəndi Çıraq -çay və Rapak-çay arasında olan vadidə yerləşir. Mahaçqaladan 207,3 km cənubda, Belici dəmiryolu stansiyasından 58 km qərbdədir. == Tarixi == Xiv kəndi tabasaranlıarın ən qədim kəndlərindən biridir. Onun tarixi hələ də çox az araşdırılmışdır. Onun salınması haqqında məlunmat yoxdur. Əsasən özdənlərdən ibarət kənd idi.
İc
İc (Fars) — İranın Fars ostanının İstəhban şəhristanının Mərkəzi bəxşində şəhər. İc (Zəncan) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
İd
İd, ID
İl
İl — Yer kürəsinin Günəş ətrafında dövr etməsi ilə bağlı olan zaman ölçü vahididir. Təqvim ili qriqorian və yulian təqvimlərində qısa ildə 365, uzun ildə 366 sutkaya bərabərdir. Kosmologiya elmində "giqa il" (milyard il) anlayışı da işlədilir. == İlin müxtəlif uzunluğu == 346,620047 gün — əjdaha ili, Günəşin Ay orbitinin əvvəlki nöqtəsinə qayıtdığı zaman. 353, 354 və ya 355 gün — qısa ilin bəzi təqvimlərdə uzunluğu.
İo
İo (mifologiya) — qədim yunan mifologiyasında personaj.
IV Adrian
IV Adrian (lat. Hadrianus IV) və ya Nikolas Breykspir (ing. Nicholas Breakspeare; ən tezi 1100 və ən geci 1120, Sant Albans, İngiltərə krallığı və ya Abbosts-Lanqli[d], İngiltərə krallığı – 1 sentyabr 1159, Anani[d], Papa dövləti, Müqəddəs Roma imperiyası) — 1154-cü ildən Roma Papası. O, yeganə ingilis Roma papası olmuşdur. IV Adrian Avinyon yaxınlığındakı Müqəddəs Ruf Avqustin monastırının rahibi, sonra abbatı, nəhayət 1150-ci ildə kardinalı olmuşdur. O, 1152-ci ildə Skandinaviyada Papa legatı olmuş və burada kilsəni Qriqorian islahatı prinsipləri əsasında yenidən təşkil etmişdir. IV Adrian Romada Breşiyalı Arnoldun başçılıq etdiyi respublikaçı hərəkatına qarşı mübarizə aparmışdır. 1155-ci ildə o, imperator I Fridrix Barbarossanı taclandırmışdır.
IV Afonso
IV Afonso (port. Afonso IV de Portugal; 8 fevral 1291[…], Koimbra, Santaren[d] və ya Lissabon – 28 may 1357 və ya 29 may 1357, Lissabon) — Portuqaliya krallığının VII kralı. 1325–1357-ci illərdə hakimiyyətdə olmuşdur.
IV Agis
IV Agis (q.yun. Ἄγις; e.ə. 265, Sparta – e.ə. 241, Sparta) — e.ə. 245–241-ci illərdə Sparta padşahı. Spartada islahatçı hökmdar olaraq tanınmışdır. Borcların ləğvi, torpağın azad əhali arasında bölüşdürülməsi və s. yollarla ölkədəki narazılığı zəiflətməyə, Spartanın keçmiş hərbi qüdrətini bərpa etməyə çalışmışdır. İri torpaq sahibləri onun islahatlarını ləğv etmişdir. IV Agis hakimiyyətdən salınaraq edam olunmuşdur.
IV Amenhotep
Exnaton, IV Amenhotep, IV Amenofis (e. ə. XIV əsr, Teben – e.ə. 1336) — Misirin Qədim dövrünə aid XVIII sülalənin IX fironu. == Həyatı == IV Amenhotep (e.ə.1372–1354) atası III Amenhotepin ölümündən sonra Misirdə XVIII sülalənin IX fironu olmuşdur. Bu dövrdə Misirdə hakim inanc baş Tanrı hesab olunan Amona inam idi və Amon rahibləri hakimiyyətdə iradə sahibi idilər. Fironlar hər hansı bir işə başlayarkən mütləq kahinlərin öncəgörmələrinə və fikirlərinə qulaq verirdilər. IV Amenhotep Amon-Ra tanrısına pərəstişlə sıx bağlı olan Fiva əyanlarının qüdrətini sarsıtmağa cəhd göstərmişdir. Əhalinin orta təbəqələrinə arxalanan IV Amenhotep Fiva kahinlərinə və qədim əyanlara zərbə endirdi, sonra isə Aton tanrısının kultunu elan etdi. IV Amenhotep dövlətin paytaxtını yeni Axetaton şəhərinə (indiki Tel-əl-Amarna şəhərciyi) köçürdü.
IV Amenofis

IV Baqrat
IV Baqrat (gürc. ბაგრატ IV) (1018 – 24 noyabr 1072) Baqrationilər sülaləsinin bir üzvüdür. 1027–1072 illərdə Gürcüstan kralı olmuşdur. Uzun və hadisəli hakimiyyəti illərində Gürcüstan hakimiyyətini Bizans imperiyasından və Səlcuqlulardan qorumağa çalışdı. Bir sıra daxili qarşıdurmalar nəticəsində Baqrat Liparitidlər sülaləsindən olan ən güclü vassalları və rəqibləri məğlub edərək bir çox qapalı feodalları nəzarət altına aldı. Lorri və Kaxeti şahları, Tiflis əmirinin təsirini azaltdı. Bir çox Qafqaz hökmdarları kimi Nobelissimos, Kuropalatis və Sebastos kimi Bizans adlarına da sahibdir. == Hökmdarlığın erkən dövrü == Gürcüstan kralı I Giorginin (1014–1027) ilk həyat yoldaşı Məriyəmin oğlu idi. Atası tərəfindən Bizans imperiyasına qarşı müharibənin itirilməsindən sonra 1022-ci ildə Bizans imperatoru II Basileios (976–1025) üç yaşında girov götürüldü. Gənc Baqrat üç ili imperiya paytaxtı olan Konstantinopolda Bizans sarayında keçirdi və 1025-ci ildə sərbəst buraxıldı.
IV Bela
IV Bela və ya Böyük Bela (mac. IV. Béla, 29 noyabr 1206, Transilvaniya – 3 may 1270, Buda)—1235–1270-ci illərdə Macarıstan və Xorvatiyanın kralı. IV Bela həmçinin 1254–1258-ci illər ərzində Striya hersoqu olmuşdur. == Həyatı == Bela kral II Andraşın ilk həyat yoldaşından olan ən böyük oğlu idi. O, 29 noyabr 1206-cı ildə Transilvaniyada anadan olmuşdu. Kral Andraşın təşəbbüsü ilə 7 iyunda Papa III İnnokenti yepiskop və baronlara müraciət edərək gələcək krala sədaqət andı içməyi tapşırdı. 1213-cü ildə atası II Andraş onu Bulqar çarı Borilin qızı ilə nişanlasa da tezliklə bu nişan pozulur. II Andraş Müqəddəs Torpaqlara səfəri zamanı IV Belanı nənəsi Meraniyanın yanında qoyur. 1218-ci ildə səfərdən qayıtdıqdan sonra isə onu Niseya imperatorunun qızı ilə evləndirir. Nikah 1220-ci ildə baş tutur.
IV Bolduin
== Uşaqlığı == IV.Bolduin uşaqlıqda atasının Yerusəlimdəki sarayında böyüdü. O, uşaqlıq illərində Yaffa və Aşkelonun qrafinyası olan, atası sonradan boşanan və Sidon Lordluğunun gələcək xanımı olacaq anası ilə çox vaxt keçirmədi. Bolduin tarixçi Vilyam tərəfindən təhsil almışdır. Bir gün Vilyam gənc şahzadə haqqında kədərli bir şey kəşf etdi. Bir gün şahzadə dostları ilə oynayırdı, dırnaqlarını bir-birlərinin qollarına vuraraq yaralamağa çalışırdılar, lakin Bolduin ağrı hiss etmirdi. Vilyam bunun ciddi xəstəliyin əlaməti olduğunu dərhal anladı, ancaq bir neçə ildən sonra cüzamın qəti diaqnozu qoyuldu və xəstəlik yetkinlik dövründə daha da sürətləndi. == Taxta çıxması == Bolduinin atası I Amalrik 1174-cü ildə öldü və Boduin 13 yaşında taxta çıxdı. Yetkinlik dövründə Yerusəlim iki ardıcıl regent tərəfindən idarə edildi. Əvvəlcə Miles of Planci, sonra atasının əmisi oğlu Qraf Tripoli III. Raymond 1175-ci ildə Səlahəddin Əyyubi ilə müqavilə bağladı. Bolduin cüzam xəstəsi olduğu üçün uzun müddət hökmranlıq etməsi və varislik təyin etməsi gözlənilmirdi.
IV Ceyms
Ceyms ( ) — Şotlandiya kralı IV Ceymsin və Marqarita Tüdorun ən böyük oğlu.
IV David
IV David və ya Qurucu David (gürc. დავით აღმაშენებელი, Davit Ağmaşenebeli; 1073, Kutaisi – 8 fevral 1125, Tiflis) — 1089–1125-ci illərdə hakimiyyətdə olmuş, Baqationlar sülaləsindən Gürcüstan çarı. Gürcüstanı vahid dövlətdə birləşdirmişdi. Səlcuqilər dövləti 1097-ci ildə parçalandıqdan sonra xərac verməmiş və ölkənin müstəqilliyini bərpa etmişdir. O, Ermənistan torpaqları hesabına dövlətin ərazisini genişləndirmişdi. 1118–1120 illərdə hərbi islahat keçirərək əsas qüvvəsi qıpçaq süvariləri olan ordu yaratmışdı. 1121-ci ildə Didqori döyüşündən sonra azad olunmuş Tiflisi çarlığın paytaxtı etmişdir. Azərbaycan Şirvanşahlar dövləti ilə müttəfiqlik və qohumluq əlaqələri var idi. Ümumiyyətlə, IV David müsəlman dövlətləri ilə sıx əlaqə saxlamışdır. Şəhərlər, yollar, körpülər salınmasına, karvansaralar və s.
IV Drest
Qiromun oğlu Drust və ya IV Derst - müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == Qiromun oğlu Drust və ya IV Derst Qiromun üç oğlundan biridir. "Piktlərin xronikası"nda xəbər verildiyi kimi IV Drest III Drestlə eyni vaxtda hakimiyyətdə olmuşdur. Müxtəlif mənbələrə görə o, bir ildən on beş ilədək hakimiyyətdə olmuşdur. Qiromun oğlu Drust və ya IV Derstin iki qardaşı I Qartnark və Keyltran sonralar Piktlər krallığının davamçıları olmuşdur. Onların başçısı Qvined krallığının hökmdarı Maylquna ərə getmişdir. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской.
IV Eduard
IV Eduard (ing. Edward IV of England) (28 aprel 1442, Ruan – 9 aprel 1483, Vestminster, Böyük London regionu[d]) — İngiltərə kralı. York hersoqu olan atası Riçard Plantagenetin 1460-cı ilin dekabrında Veykfild döyüşündə həlak olmasının ardından Eduard York ailəsinin taxt iddialarını miras aldı. 1461-ci ilin əvvəllərində baş tutan ard-arda 2 döyüşdə Lankaster qüvvələrini darmadağın edərək VI Henrini taxtdan endirdi və İngiltərə kralı oldu. Ölkədə sükunəti təmin etmək məqsədilə, Lankaster ailəsindən Elizabet Vudvillə 1464-cü ildə evlənsə də, bu nikah ən yaxın adamı, üstəlik dayısı oğlu olan Vorvik lordu Riçard Nevillə münasibətlərini pisləşdirdi. Belə ki, 1470-ci ildə Vorvik lordu ilə kralın kiçik qardaşı Corc krala qarşı ayaqlandılar və həbs tutulan sabiq kral VI Henrini yenidən taxta çıxardılar. Flandriyaya qaçan Eduard burada hərbi güc toplayaraq 1471-ci ilin martında İngiltərəni işğal etdi. Barnet və Qlosterşir döyüşlərində qazandığı qələbənin ardından iqtidarı tamamilə ələ aldı. Çox keçmədən VI Henri həbs tutulduğu London qalasında ölü olaraq tapıldı. Lankasterlərin son namizədi olan Henri Tüdorun taxt iddialarını davam etdirməsinə baxmayaraq IV Eduardın bu ikinci səltənəti nisbətən sülh və əmin-amanlıqla keçdi.
IV Eoxayd
IV Qəddar Eoxayd və ya Eoxayd mak Ayda (şot.kelt Eochaid mac Áeda; VIII əsr – 819) — Dal Riada kralı (811–819). == Həyatı == IV Eoxayd Ağ Edin və onun pikt əsilli həyat yoldaşının oğlu idi. Beləliklə, IV Eoxayd Piktaviya kralı Konstantinin bacısı oğlu idi. IV Eoxayd kral Konstantinin dəstəyi ilə taxta çıxmışdır. Buna baxmayaraq, onun hakimiyyət şəriki var idi – əmisi Konstantinin oğlu III Domnall. IV Eoxayd 819-cu ildə vəfat etmiş, taxtı III Domnalla buraxmışdır. === Ədəbiyyat === Braun, Deyvid. The Irish Identity of the Kingdom of the Scots in the Twelfth and Thirteenth Centuries. Vudbric: Boydell,. 1999.
IV Filip
IV Filip (Fransa) — Kapetinqlər sülaləsinə məxsus 1285–1314-cü illərdə Fransa kralı.
IV Fraat
IV Fraat (parf 𐭐𐭓𐭇𐭕, Frahāt; e. ə. I əsr – e.ə. 2) — Arşakilər sülaləsindən olan Parfiya çarı. O, eramızdan əvvəl 38–32-ci illərdə hökmranlıq etmişdir. II Orodun oğlu olan Fraat Roma ilə müharibədə irsi şahzadə I Pakorun ölümündən sonra varis təyin edilmişdir. O, taxtın varisi təyin edilsə də, atası padşah II Orodu öldürərək taxta çıxmış, ardınca bütün qardaşlarını öldürmüşdür. IV Fraat eramızdan əvvəl 2-ci ildə həyat yoldaşı və oğlu gələcək padşah V Fraatın başçılıq etdiyi sui-qəsdçilər dəstəsi tərəfindən öldürülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Bigwood, J. M. "Queen Mousa, Mother and Wife(?) of King Phraatakes of Parthia: A Re-evaluation of the Evidence". Journal of the Classical Association of Canada.
IV Georq
IV Georq və ya IV Corc (ing. George IV, alm. Georg IV.‎; 12 avqust 1762[…], Sent-Ceyms sarayı, Böyük London – 26 iyun 1830[…] və ya 1830, Vindzor sarayı[…]) — 19 yanvar 1820 – 26 iyun 1830-cu illəri arasında Britaniya kralı. Hannoverlər sülaləsinin nümayəndəsi. Faktiki olaraq şahzadə regent kimi ölkəni atası III Georqun ruhi xəstəliyi ilə bağlı 1811-ci ildən 1820-ci ilə qədər IV Georq idarə edirdi. == Həyatı və hakimiyyəti == IV Georqun reqentliyi dövründə I Napaleon Bonapart məğlub edilir və uzunmüddətli müharibə Britaniyanın qələbəsi ilə bitir. 1795-ci ildə IV Georq Karolina Braunşveyqlə evlənir. Bu izdivacdan onun bir qızı — Şarlotta Avqusta dünyaya gəlir. IV Georq bütün Britaniya monarxları arasında ən populyar olmayanlarından idi. Onun haqqında çoxlu lətifələr gəzirdi.
IV Henri
IV Henrix (fr. Henri IV de France; 13 dekabr 1553 – 14 may 1610[…], Paris) — Fransa kralı. IV Henrix Fransada dini müharibələrdən qalib çıxan, quqenotların başıçsı, 1572-ci ildən etibarən Navarra kralı 1589-cu ildən etibarən isə Fransa kralı olmuşdur. Burbonların banisi hesab olunur. IV Henrinin taxta olan hüquqları ölümcül yaralanmış halda öz tərəfdaşlarına Navarra monarxına sadiq qalmağı əmr etmiş III Henri tərəfindən təstiqlənmişdi, lakin yalnız uzunmüddətli mübarizədən onra o, Fransa kralı ola bilmişdi. Öz rəqiblərini zərərsizləşdirmək üçün, Navarralı IV Henrix 1593-cü ilin 25 iyul tarixində katolikliyi qəbul etdi və artıq 1594-cü ilin 22 mart tarixində Parisə kral kimi daxil olmuşdur. 1595-ci ildə roma papası IV Henrini kilsədən ayrılmasını və kafir elan olunması təhlükəsindən qorumuşdur. Məzhəblərarası mübarizələrə son qoymaq üçün IV Henrix 1598-ci ilin 13 aprelində protestantlara etiqad azadlığı bəxş edən Nant razılaşmasıını imzaladı, yalnız bundan sonra Hugenot müharibələri bitmişdir. 1610-cu ilin mayında katolik Fransua Ravalyakom tərəfindən Parisdə qətlə yetirilmişdir. 1610-cu ilin iyulun birində krallıq abbatlığı olan Sen-Denidə dəfn edilmişdir.
IV Henrix

IV Hörmüz
IV Hörmüz (pəhl. 𐭠𐭥𐭧𐭥𐭬𐭦𐭣; fars. هرمز چهارم‎) — I Xosrovun oğlu. 579–590-cı illərdə Sasanilər imperiyasının hökmdarı olmuşdur. == Mənşəyi == IV Hörmüz adı ilə tanınsa da, Şahnamədə Torkzad, yəni Türk oğlu adı ilə də tanınır. Bunun səbəbini isə onun anasının türk xaqanının qızı olması göstərilir. Lakin bunu Encyclopædia Iranica rədd edir. Burada bildirilir ki, onun anasının türk xaqanının qızı olması mümkün deyildi, çünki IV Hörmüz II Xosrovdan otuz il öncə, təxminən 540-cı ildə dünyaya gəlmişdi. == Siyasəti == I Xosrov Hörmüzdün özünün şəxsi qabiliyyətlərini və bacarıqlarını görmüşdü və onu lider olaraq görürdü və onu IV Hörmüz adı ilə varisi elan edir. Hörmüzd 579-cu ildə taxta sahib olur, təvazökar və qəddar görünürdü, amma ürəyiaçıq və səmimi adam deyildi.
IV Kvarkvare
IV Kvarkvare - 16-cı mesxet çarı. II Keyxosrovun oğlu idi. Hakimiyyət boyu əsasən xəstə olduğu üçün əsl hakimiyyət qardaşı II Manuçarda və anası Dedis İmedidə idi. Çıldır döyüşündən sonra Osmanlı vassallığını qəbul etmişdi.
IV Mehmed
IV. Mehmed və ya Ovçu Mehmed (2 yanvar 1642, Konstantinopol – 6 yanvar 1693, Ədirnə) — 19. Osmanlı padşahı və 98. İslam xəlifəsidir. Atasının taxtdan devrilməsi nəticəsində 1648-ci ildə 6 yaşında sultan elan edildi. Tez-tez ova çıxması ona ovçu ləqəbini qazandırmışdır. 39 illik səltənəti ilə I. Süleymandan sonra ən uzun müddətli hakimiyyəti ilə seçilir. Dönəmində bir çox memarlıq işləri görüldü. 60 ildir inşaatı bitməyən Yeni Məscid külliyəsi məhz bu dövrdə tamamlanmışdır. 1658–1680 müddətində Rumeli və Anadolu hisarları təmir edilmişdir. Misir bazarı, Hünkar qəsri, Körpülü külliyəsi, Safranbolu Körpülü Mehmed Paşa Məscidi, Vəzirkörpü Fazil Əhməd Paşa külliyəsi, İncəsu Mərzifonlu Qara Mustafa Paşa Məscidi və karvansarası məhz bu dövrdə inşa edilmişdir.
IV Murad
IV Murad (osman. مراد رابع Murād-i rābi‘; 27 iyul 1612, Konstantinopol – 8 (18) fevral 1640, Konstantinopol) — 17-ci Osmanlı padşahı və 96-cı İslam xəlifəsi. İrəvan və Bağdad fatehidir. IV Murad 27 iyul 1612-ci il tarixində İstanbulda Sultan I Əhmədin və əsl adı Anastasiya olan yunan əsilli Kösəm Sultanın oğlu olaraq dünyaya gəldi. Böyük qardaşı Gənc Osmanın Yeddiqüllə zindanlarında bir qrup yeniçəri tərəfindən öldürülməsi və daha sonra zorla taxta oturulan əmisi I Mustafanın müxtəlif intriqalarla yenidən devrilməsi nəticəsində 11 yaşında taxt-tac sahibi oldu. == Həyatı == === Şahzadəlik illəri === 27 iyul 1612 tarixində İstanbulda dünyaya gəlmişdir. İndiki Bəylərbəyi sarayının ərazisində yerləşən və vaxtilə II Səlimin qızı Gövhərxan Sultan üçün inşa etdirdiyi sarayda dünyaya gəlmişdir. I Əhməd və Mahpeykər Kösəm Sultanın oğludur. Şahzadəlik illəri haqqında mənbələrdə çox məlumat yoxdur. II Osman hadisələrindən sonra sədrəzəm Davud Paşanın tərtibiylə digər qardaşları ilə birlikdə Üsküdara aparılarkən sui-qəsdə məruz qalmış və saray ağalarının müdaxiləsiylə sui-qəsddən xilas olmuşdur.
IV Mustafa
IV Mustafa (Osmanlı türkçəsi: سلطان الرابع مصطفى Mustafa-i rabi; 8 sentyabr 1779, Konstantinopol – 17 noyabr 1808, Konstantinopol) — 29-cu Osmanlı padşahı, 93-cü İslam xəlifəsidir. == Həyatı == === İlk illəri === 8 sentyabr 1779-cu ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə bolqar əsilli Aişə Səniyəpərvər Sultandır. Həmyaşıd qardaşı Şahzadə Süleymanla birlikdə 29 fevral 1784-cü ildə təntənəli bir mərasimlə ilk dini təhsilinə başladı. Şahzadəlik illərində sarayda klassik təhsil almış, qardaşı Şahzadə Mahmudla birlikdə atasının şəhərdəki təftişlərində iştirak etmişdir. Atasının vəfatının ardından (7 aprel 1789) taxta çıxan əmisi Sultan Səlim övladı olmadığı üçün qardaşı uşaqlarına nəvaziş göstərmişdir. Bu dönəmdə sarayda rahat bir həyat sürmüşdür. === Səltənət illəri === Sultan Səlim tərəfindən başladılan hərbi və bürokratik islahatlar yeniçəri və üləmaların müxalifətiylə yarımçıq qaldı və tərtiblənən bir saray çevrilişi ilə (Qabaqçı Mustafa üsyanı) taxtdan endirilərək Şimşirlik bölümünə həbs edilən Sultan Səlimin yerinə IV Mustafa taxta çıxarıldı (29 may 1807). Üsyanın ardından sədarət naibi Kösə Musa Paşa, Qabaqçı Mustafa, şeyxülislam Mehmed Əfəndi, başqazılar və yeniçəri ocağının öndə gələn zabitlərinin iştirakıyla bir məclis toplandı.
IV Nikomed
IV Nikomed Filopatr (e. ə. II əsr – e.ə. 74, Nikomediya, Vifiniya) – e.ə. 94 - e.ə. 74 illər arasında Vifiniya kralı. III Nikomedin oğlu və varisidir. == Bioqrafiyası == Nikomedin taxta çıxana qədərki həyatı barədə heç bir məlumat yoxdur. Taxta çıxması atasının ölümündən sonra reallaşmışdır. Hakimiyyətinin ilk illərində ölkəsində sülh hakim ikən, qısa müddət sonra ölkənin sərhədləri Roma Respublikasının ən böyük düşmənlərindən olan Pont kralı IV Mitridat tərəfindən hücuma məruz qalmağa başladı.
IV Nikomidis