Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seki Kova
Seki Takakazu (関 孝和, 1642, Fucioka[d], Qunma prefekturası və ya Edo[d] – 24 oktyabr 1708 və ya 5 dekabr 1708, Edo[d]) və ya Seki Kova (関 孝和) — Yaponiya riyaziyyatçısı. Yapon riyaziyyatının Seki məktəbinin qurucusudur. "Vasanın tanrısı" kimi tanınır. Seki Takahazu 1642-ci ildə Kozuke əyalətinin Fucioka şəhərində doğulmuşdur. Sekinin həyatı haqqında məlumatlar azdır. O, samuray Nakaakira Uçiyamanın ikinci oğlu olsa da, Edoda Tədarük Bürosunun samurayı olan Seki Qorozaemon tərəfindən övladlığa götürülmüşdür. O, Tokuqava şoqunluğunda geyim və ləvazimatdan cavabdeh olan qurumda işləmişdir. Seki riyaziyyatı özbaşına öyrənmişdir, müəllimi olmamışdır. Çin riyaziyyatından təsirlənmiş, Çju Şitse, Yan Huey və Çen Davey kimi çinli riyaziyyatçıların əsərləri ilə tanış olmuşdur. O, Nyuton metoduna çox oxşayan metod kəşf edərək ali cəbr tənliyinin köklərini hesablamağı bacarmışdır.
Kovak
Kovaq
Gilermo Kovas
Gilermo Kovas (ing. Guillermo Covas; 1 fevral 1915, La Plata – 30 avqust 1995) — Argentina botaniki. == Elmi fəaliyyəti == Gilermo Kovas Sumaqkimilər üzrə ixtisaslaşmışdır.
Kati Kovaç
Kati Kovaç (tam adı: Kati Kovaç, mac. Kati Kovács; 25 oktyabr 1944, Verpelet[d], Xeveş[d]) — Macarıstan pop-rok müğənnisi, söz yazıçısı və aktrisa, Ferens List və Koşut mükafatları laureatı. Macarıstanın ən populyar müğənnisi olan Kovaç musiqi albomları, mükafatları və ölkə daxili və xaricində təqdimatları, beynəlxalq səviyyədə tanınması ilə bərabər bu günə qədər çox aktiv bir karyeraya malikdir. Kovaç macar musiqi tənqidçiləri tərəfindən təriflənən çox güclü mezzo-soprano səsi ilə tanınır: tənqidçilər onu "Macarıstanın ən yaxşı qadın səsi" adlandırırlar. O, opera, rok, caz, pop, rəqs, blüz və rok-n-roll janrlarında ifa edə bilir. == Fəaliyyəti == Kovaç səhnəyə ilk dəfə 1962-ci ildə çıxmışdır. O, milli səviyyədə ilk dəfə 1965-ci ildə Macarıstanın "Ki mit tud?" adlı seminal televiziya istedad şousunda qələbə qazandığı zaman məşhur olmuşdur. Bir il sonra, 1966-cı ildə Macarıstanda keçirilən televiziya rəqs musiqi festivalını qazanan "Sənin oyuncağın olmayacağam" (mac. Nem leszek a játékszered) mahnısı ilə bir az daha böyük uğurlara imza atdı. 1968-ci ildə bəzi filmlərdə, məsələn, "Gün keçdi" (mac.
Adamas Kovalevski
Aleksandr Kovalevski
Aleksandr Kovalevski (23 mart 1879 – 1940, Xarkov) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı. == Həmçinin bax == Katın qırğını Molotov-Ribbentrop paktı Birinci Dünya müharibəsi Sovet-Polşa müharibəsi İkinci Dünya müharibəsi == Ədəbiyyat siyahısı == Dziennik Personalny Ministerstwa Spraw Wojskowych. [dostęp 2019–09–07]. Lista starszeństwa oficerów zawodowych. Warszawa: Ministerstwo Spraw Wojskowych, 1922. Rocznik Oficerski 1923. Warszawa: Ministerstwo Spraw Wojskowych, 1923. Rocznik Oficerski 1924. Warszawa: Ministerstwo Spraw Wojskowych, 1924. Rocznik Oficerski 1928.
Andrey Kovalevski
Andrey Petroviç Kovalevski (1 fevral, 1895–29 noyabr, 1969)— Sovet şərqşünası, tarixçi, etnoqraf, tarix elmləri doktoru və professoryj. == Həyatı == Andrey Petroviç Kovalevski 1 fevral 1895-ci ildə Rusiya imperiyasının Xarkov quberniyasında anadan olmuşdu. Andrey Kovalevski 29 noyabr 1969-cu ildə Xarkovda vəfat edib. == Əsərləri == Абу-л-Хасан 'Алi ал-Мас’удi як учений // Ученi записки [Харкiвського унiверситету]. Т. 78: Труди iст. фак. 1957. Т. 5. Амiн Рейхан. Революцiя.
Anton Kovalyov
Anton Kovalyov (ing. Anton Kovalyov, 4 mart 1992, Xarkov, Ukrayna) Kanada şahmatçısı, qrosmeyster (2008). 2000-ci ildə Argentinaya köçür və şahmat həyatı burada başlayır. Qısa zamanda Argentina millisinin tərkibində Olimpiyadalarda oynamaq hüququ qazanır. 2013-cü ildə federasiyasını dəyişərək Kanadanı təmsil etməyə başlayır. Hal-hazırda Monreal şəhərində yaşayır və Kanadanın top qrosmeysterlərindən biridir. == Xarici keçidlər == Anton Kovalyov. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Anton Kovalyov. 365chess.com (ing.) Anton Kovalyov. fide.com (ing.) Anton Kovalyov.
Katarjina Kovalska
Katarjina Kovalska (7 aprel 1985, Lipno, Polşa) — Polşalı marafonçu. Katarjina Kovalska Polşanı 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Katarjina Kovalska birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında 3000 metr məsafəyə maneəli qaçış yarışlarında qüvvəsini sınadı və məsafəni 9 dəqiqə 47.02 saniyəyə qət edərək 47 atlet sırasında 30-cu yeri tutdu. Katarjina Kovalska özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Katarjina Kovalska 3000 metr məsafəyə maneəli qaçışda təsnifat mərhələsində məsafəni 9 dəqiqə 48.60 saniyəyə qət edərək 11-ci yeri tutdu. Katarjina Kovalska növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasa da, məsafəni sona qədər qət edə bilmədi.
Kovalent əlaqə
Kovalent əlaqə — Elektromənfilikləri kəskin fərqlənməyən atomlar arasında kovalent əlaqə yaranır. Kovalent əlaqənin təbiəti atomlar cütünün ümumi (əlaqələndirici) elektron cütünün əmələ gəlməsindən və bu cütə birgə sahib olmaqdan ibarətdir. Bu cütlüyün elektronları hesabına hər bir atom öz valent səviyyəsini tamamlayır və bununla da öz enerjisini azaldır. Bu cütün yerləşdiyi yerdə mənfi yükün iki qat olması hesabına nüvələrdən hər birinin arasında və bu oblastda cazibə güclənir. Beləliklə atomlar əlaqələnmiş olur və birlikdə olur. == Kovalent rabitə nəzəriyyəsi == Kovalent rabitə nəzəriyyəsi ümumi şəkildə 1916-cı ildə Amerika alimi Lyus tərəfindən yaradılmışdır. Bu nəzəriyyənin sonrakı inkişafında, xüsusilə onun kompleks birləşmələrə tətbiqi sahəsində N.Sicivikin böyük rolu olmuşdur. Buna görə kovalent rabitə nəzəriyyəsi son vaxtlarda Lyus-Secvik nəzəriyyəsi adlanır. ion rabitəsində olduğu kimi kovalent rabitə nəzəriyyəsinin də əsas mahiyyətini qarşılıqlı kimyəvi təsirdə olan element atomlarında müvafiq təsirsiz qazlara məxsus davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir.Lakin kovalent rabitənin yaranması zamanı ion rabitəsindən fərqli olaraq, elektronun bir element atomundan digər element atomuna tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının açıq elektronlarının bir-biri ilə qapanması hesabına ümumi elektron cütləri yaranır ki, bunlar da eyni vaxtda hər iki atoma aid olmaqla onların arasında rabitənin yaranmasına səbəb olur.
Kovalevin binası (Azov)
Kovalevin binası— Rostov vilayəti Azov şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Azov şəhəri Moskovskaya küçəsi ev 23 ünvanında yerləşir. Bina 1912-ci ildə inşa edilmişdir. Bina iki mərtəbədən ibarətdir. 1992-ci ilin 12 dekabr tarixli 302 saylı qərarla Azov şəhərinin regional əhəmiyyətli mədəni irsi siyahısına daxil edilmişdir. Üstəlik qoruma altına alınmışdır. == Tarixi == 1912-ci ildə Rostov vilayəti, Azov şəhəri, Moskovskaya küçəsində iki mərtəbəli bina inşa edilmişdir. Bina yaxınlıqda yerləşən binanın qarşı tərəfində yerləşirdi. Onun sahibi və inşa etdirəni Q. İ. Kovalyov olmuşdur. Binanın inşası başaçatdıqdan dərhal sonra burada Kovalyovun universal mağazası yerləşidi.
Kovasna
Kovasna (şəhər) — Rumıniyada şəhər.
Kovasna (judets)
Kovasna judetsi (rum. Judeţul Covasna Rumınca tələffüz: [koˈvasna], mac. Kovászna) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 223 364 nəfər təşkil edirdi, sıxlığı — 103,73 nəf./km². 2002-ci ildə etnik tərkibi: macarlar — 73,8 % (164 158 nəf.) rumınlar — 23,3 % (51 790 nəf.) qaraçılar — 2,7 % (5973 nəf.) 2011-ci ildə etnik tərkibi: macarlar — 73,74 % (150 468 nəf.) rumınlar — 22,02 % (45 021 nəf.) qaraçılar — 4,05 % (8267 nəf.) başqaları — 0,19 % == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 3 şəhər və 40 kommuna daxildir. === Bələdiyyə === Sfıntu-Qeorqe (rum. Sfântu Gheorghe), Şepşisentdyord (mac. Sepsiszentgyörgy) Tırqu-Sekuesk (rum. Târgu Secuiesc), Kezdivaşarxey (mac. Kézdivásárhely) === Şəhərlər === Baraolt (mac.
Kovasna (şəhər)
Kovasna (Rumınca tələffüz: [koˈvasna] ( dinlə); mac. Kovászna;alm. Kowasna‎)- Rumıniyanın Kovasna judetsində şəhər. Şəhər öz mineral suları və mofetləri ilə məşhurlaşmışdır. Şəhərin tabeliyində sadəcə Çiurus (mac. Csomakőrös) kəndi var. Kəndin əhalisi 451 nəfərdir və əksəriyyəti Sekel-Macarlardır. == Tarixi == 1567 - Sənədlərdə ilk dəfə adı çəkilib. 1880 - Bu tarixdən etibarən Kovasna sağlamlıq mərkəzi kimi inkişaf edib. 1952 - Kovasna şəhərə çevrilib.
Kovaç adası
Kovaç adası (bolq. остров Ковач, ‘Ostrov Kovach’ \'os-trov ko-'vach\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqının ən qərbində yerləşən adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 630 m, eni 240 metrdir. Qrod adasından 100 m məsafədə yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Ada Cənubi Bolqarıstanda yerləşən Kovaç şəhərinin adını daşıyır. == Yerləşməsi == Ada Şipot burnundan 1.08 km qərbdə, Kornvoll adasından 760 m cənub-şərqdə, Misnomer burnundan 1.17 km şimalda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə daxil edilmişdir. == Xəritə == Livingston Island to King George Island.
Kseniya Kovalenko
Kseniya Kovalenko — Belarusdan milliləşdirilmiş azərbaycanlı qadın voleybolçu. 1986-cı ildə noyabr ayının iyirmi biri Belarusun Bereza şəhərində anadan olmuşdu. Əqrəb bürcündəndir, evli və ali təhsillidir. Hündür boyu ilə seçilən voleybolçunun (190 sm) blok yüksəkliyi 295 santimetrdir. Bu göstərici onun zərbələri zamanı 300 santimetrə qədər çata bilir. Blokçu mövqeyində oynayan Kseniya 2004-cü ildən etibarən qadınlardan ibarət Azərbaycan milli voleybol komandasının şərəfini qoruyur. Milli komanda ilə birlikdə müvafiq olaraq 2006 və 2014-cü illərdə keçirilən Voleybol üzrə qadınlararası dünya çempionatında da iştirak etmişdi. Son klubu Azəryol Bakıdır. Bu komandada "iki" nömrəli formanı tərlədir. == Karyerası == === Altı illik Azərreyl macərası === Karyerasına 2003-cü ildə Azərreyldə başlayan voleybolçu bu komanda ilə bir sıra uğurlar qazanmışdı.
Kseniya Kovalenko (futbolçu)
Kseniya Kovalenko (rus: Ксения Алексеевна Коваленко , 26 may 1995, Aksu (şəhər, Pavlodar vilayəti), Pavlodar vilayəti) — Rusiyalı qadın futbolçu. Mövqeyi yarımüdafiəçidir. Moskvanın "MOİK" klubunun qadın komandasının və qadınlardan ibarət Rusiya milli komandasının üzvudur. == Karyerası == Xanım futbolçu Kemerovanı təmsil edən "Kuzbass" klubunun yetirməsidir. Bir müddət "Kuzbass" klubunda çıxış etdikdən sonra, 2013-cü ildə Moskvanı təmsil edən "İzmaylovo" klubuna keçir. Burada 10 oyunda meydana çıxır. "İzmaylovo"da oynadığı müddətdə, qadınlardan ibarət Rusiya Milli Komandasına dəvət alır. 2014-cü ildə "Rossiyanka" klubuna keçir. Burada 27 oyunda meydana çıxıb 3 qol vurur. "Rossiyanka" klubu ilə birlikdə 2016-cı ildə qadın utbolu üzrə Rusiya çempionatının qalibi olur.
Kuzma Kovaçiç
Kuzma Kovaçiç (d. 6 iyun, 1952, Hvar adası, Xorvatiya) — Xorvat mənşəli akademik heykəltaraş və professor. == Haqqında == Kuzma Kovaçiç 1952-ci il, iyun ayının 6-da Xorvatiyada, Hvar adasında anadan olub. Orada gimnaziyada təhsil alıb. 1976-cı ildə isə Zaqrebdə İncəsənət Akademiyasını bitirib. O Hvar Kafedralında altarın müəllifidir. Papa II Con Paulun Braç adasında Selcada inşa edilən heykəlinin müəllifidir. Şkabrinya və Zaqrebdəki Franyo Tucman, Omiş yaxınlığında Qatedə Antun Mihanoviç, Prozor-Rama yaxınlığındakı Diva Qrabovçeva heykəlləri də onun əsərləridir. Kovaçiç Xorvatiya kunalarını (1, 2, 5, 10, 20, 50 lipa və 1,2,̥ 5 və 25 kuna) da dizayn edib. Beynəlxalq səviyyədə əsərləri Zaqrebdəki Müasir Qalereyada və Splitdə İncəsənət qalereyasında sərgilənir.
Mateo Kovaçiç
Mateo Kovaçiç (6 may 1994[…], Lins) — Xorvatiyalı futbolçu. İngiltərə Premyer Liqasında çıxış edən Mançester Siti peşəkar futbol kulubunun və Xorvatiya milli komandasının futbolçusu. == Klub karyerası == === Mançester Siti === 27 iyun 2023-cü ildə "Mançester Siti" Mateo Kovaçiçi transfer etdiyini açıqladı. == Həyatı == Mateo Kovaçiç 6 may 1994-cü ildə Avstiyanın Linz şəhərındə doğulub . Sonra isə Xorvatiya vətəndaşlığını qəbul edib .
Phragmipedium kovachii
Phragmipedium kovachii (lat. Phragmipedium kovachii) — səhləbkimilər fəsiləsinin fraqmipedium cinsinə aid bitki növü.
Sofiya Kovalevskaya
Sofiya Vasiliyevna Kovalevskaya (rus. Со́фья Васи́льевна Ковале́вская, 3 (15) yanvar 1850, Moskva, Rusiya imperiyası[…] – 10 fevral 1891[…], Hedviq-Eleonora[d], İsveç) — rus riyaziyyatçısı və mexaniki. Sofiya Vasilyevna Korvin Krukovski zadəganlara mənsub, yaxşı təhsil almış valideynlərin ortancıl uşaqları olaraq 15 yanvar 1850-ci ildə Moskvada anadan olub. Sofiyanın atası Rusiya ordusunda general idi. Sonya adı ilə tanınan Sofiya həyatı boyunca yayınlarında cinsiyyətinin anlaşılmasının qarşısını almaq üçün həyat yoldaşının soyadının bir hissəsindən istifadə etdi. Çox kiçik yaşından riyaziyyata maraq göstərən Sofiya Moskvada, sonra da Sankt-Peterburqda xüsusi müəllimlər və tərbiyəçilər tərəfindən dərs aldı. Sofiyanın riyaziyyata böyük maraq duymasına əmisi Pyotr Vasilyeviç Krukovski təsir etmişdi. Sofiya 11 yaşındaykən evlərinin təmiri zamanı divar kağızlarının əskikliyinə görə öz otağının üstündə diferensial və inteqral hesab məsələləri olan kağızlarla örtülməsi səbəbi ilə bu "qəribə" simvolları və həlləri anlamağa çalışarkən riyaziyyata böyük həvəs oyanmışdı. Liseyi bitirdiyi zaman Sofiyanın bütün həvəsi universitetdə təhsil almaq idi. Lakin o dövrdə Rusiyada bir qadın üçün bu imkansız idi.
Tadeuş Yan Kovalski
Tadeuş Yan Kovalski(pol. Tadeusz Jan Kowalski; 21 iyun 1889, Şatoru, Fransa — 5 may 1948, Krakov, Polşa) — polyak türkoloqu, şərqşünası. Yan Kowalski 1889-cu ildə anadan olmuşdur. Fransada polyak bir ailənin uşağı olan Kowalski, 1894-cü ildə Krakovda liseyi bitirmişdir. Hələ liseydə şagird ikən şərq elmlərinə marağı olan Kowalski, Vyana Universitetinin fəlsəfə fakültəsinə daxil olmuşdur (1907). Vyanada qədim ərəb şeirlərinin məşhur müəllifi R. Geyerin yanında təhsil alan Kowalski 1911-ci ildə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmiş, 1911–1912-ci tədris ilində Strasburqda Theodor Nöldeke ilə Enno Littmannm, daha sonra isə Kölndə Georg Jacobun yanında işləmişdir. 1919-cu ildə Krakovda Jagiellon Universitetində müsəlman şərq filologiyası şöbəsi yaradılmışdır. Professor olaraq bu şöbəyə gətirilən Kowalski 1919–1948-ci illərdə şöbəni idarə etmişdir. Şərq elmləri, xüsusilə türkologiya sahəsində etdiyi vacib tədqiqatları ilə elm adamlarının diqqətini cəlb etmiş Kowalski 1927-ci ildə Polşa Elm Akademiyasının xəbərləşmə üzvlüyünə seçilmişdir. 1932-ci ildə akademiyanın daimi üzvlüyünü qazanmış, 1931-ci ildə isə burada ümumi sekretarlıq vəzifəsinə təyin edilmişdir.
Anna Kovalenko
Anna Nikolayevna Kovalenko (ukr. Анна Миколаївна Коваленко; 5 may 1991, Buça, Kiyev vilayəti) — Ukrayna siyasi xadimi, aktivisti və jurnalisti. Kovalenko 13 oktyabr 2020-ci il tarixindən 4 avqust 2021-ci il tarixədək Çerniqov vilayətinin qubernatoru olmuşdur. O, bundan əvvəl 29 avqust 2019-cu ildən 10 sentyabr 2019-cu ildə istefaya gedənə qədər Ukraynanın xalq deputatı vəzifəsində çalışmışdır. Kovalenko "Xalqın Xidmətçisi"nin üzvüdür. 4 sentyabr 2019-cu ildən 22 aprel 2020-ci ilə qədər Kovalenko Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müavini olmuşdur.
Kovalevskiella
Cicerbita (lat. Cicerbita) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Agathyrsus D.Don Eunoxis Raf. Galathenium Nutt. Garacium Gren. & Godr.
Koka-Kola
Koka-Kola (ing. Coca-Cola) — The Coca-Cola Company tərəfindən istehsal olunan kofeinli qazlı sərinləşdirici içki. Koka-Kola 1800-cü illərin sonlarında Corciya ştatının Atlanta şəhərində Con Stit Pemberton adlı əczaçı tərəfindən dərman vasitəsi olaraq yaradılmışdır. Əvvəlcə bu içki morfin asılılığı, həzmsizlik və baş ağrıları kimi problemlərin müalicəsi üçün nəzərdə tutulmuşdu. 1888-ci ildə Pemberton Koka-Kola içkisinin reseptini iş adamı Eyza Qriqqs Kendlerə satır. Kendler "The Coca-Cola Company" şirkətini təsis etmiş və omun marketinq strategiyaları sayəsində Koka-Kola XX və XXI əsrlərdə dünyada ən çox satılan sərinləşdirici içki olmağa müvəffəq olmuşdur. Koka-Kola adı içkinin orijinal reseptində istifadə olunan iki əsas inqrediyentdən gəlir: "koka" yarpaqları və "kola" qozları, hansılar ki, onlardan kofein əldə olunur. Hazırda Koka-Kolanın dəqiq resepti yalnız seçilmiş bir neçə adama məlumdur və bu kommersiya sirri kimi məxfi saxlanılır. Digər şirkətlər Koka-Kolanın reseptini yenidən yaratmağa cəhd etmiş və bəziləri içkinin oxşar variantlarını bazara çıxarmışdırlar.
Kola
Kola — qazlı, spirtsiz sərinləşdirici içki. Kola (ing. "coke" və ya "cola") — təbii və ya süni dadlar — vanil, darçın, sitrus yağları və digər dadlar əlavə edilən qazlı sərinləşdirici içki növü. Coca-Cola brendini 1886-cı ildə əczaçı Con Pemberton icad etdikdən sonra kola bütün dünyada məşhurlaşdı və sonradan digər istehsalçılar onu təqlid etdilər. Kola tipli içkilərin əksəriyyətində kofein var, bu kola qozundan götürülüb və bu içkinin adının yaranmasına səbəb olub, baxmayaraq ki, hazırda başqa mənbələrdən istifadə olunur. Pembertonun orijinal kola içkisi də koka yarpaqlarından kokain ehtiva edirdi. Onun alkoqolsuz resepti əczaçı Angelo Marianinin 1863-cü ildə yaratdığı koka şərabından ilhamlanıb. Müasir kola içkilərinin əksəriyyəti şəkər boyası əlavə edildiyi üçün tünd rəngdədir və şəkər və/və ya yüksək fruktoza qarğıdalı siropu ilə şirinləşdirilir. Hal-hazırda onlar bir çox müxtəlif markalar altında istehsal olunur. Onların arasında ən məşhurları Coca-Cola və Pepsi-dir.
Koma
Koma və ya komatoz hal (yun. κῶμα — dərin yuxu) — mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs, qan dövranı və orqanizmin digər həyativacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyət. Huşun dəyişməsinə nəzarət edin Müntəzəm olaraq zərərçəkəni müayinə edib, dəyişiklikləri qeyd edin. Nevroloji müayinə başın zədələnməsi olan zərərçəkənin vəziyyətinin qiymətləndirilməsinin asas hissəsidir və mütləq aparılmalıdır. Nevroloji müayinə AVPU va Qlazqo koma şkalası (QKS) ilə aparılır. Baş zədələnməsi olan zərərçəkənin tez-tez müayina edilmasi onun vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin tayin edilməsi üçün vacibdir. Ciddi nevroloji pozğunluğun alamətlərinə huşun səviyyəsinin ağırlaşması (keylaşma→ sopor koma va ya Qlazqo koma şkalasının 2 va daha çox bal azalması), baş ağrılarının artması, bəbəyin birtərəfli genişlənməsi və birtərəfli zaiflik aiddir. Əmin olun ki, hipoksiya va şok huşda olan dəyişikliklərin əsas səbəbi deyil. Başın və boyunun vəziyyətini stabilləşdirən zaman zərərçəkənin huşunun səviyyəsinə va tanaffusünə nəzarət edin. == Səbəbləri və təsnifatı == === Mərkəzi koma === === "Süni koma" ya "süni yuxu" === "Süni koma" təbabətdə geniş istifadə olunan termin olub, dərman preparatlarının xüsusilə hypnotik, sedativ, opioidlərin köməyi ilə məqsədyönlü şəkildə pasientin intensiv müalicə məqsədilə müddətli dərin yuxuda saxlanılmasına deyilir.
Kosa
Kosa – Kos-kosa oyununun və Novruz bayramının qəhrəmanı. Üzündə tük bitməyən və ya çox seyrək tük olan adama kosa deyərlər == Azərbaycan mədəniyyətində yeri == Əvvəllər yaz girəndə köhnə ilin çıxıb, təzə ilin gəlməsini simvolizə etmək üçün qoca Kosa istifadə edilərdi. Qoca Kosanın bir gözlü olması onun o biri dünya ilə olan bağlılığından xəbər verərdi. Cənubi Azərbaycanda kosa oyununa "Ağ Kosa, Qara Kosa" deyilər və bu adətin İbrahim peyğəmbərə qədər gedib çıxdığı hesab edilərdi. Həmədanda isə Kosanın bərəkət gətirməsi inancı mövcuddur. Ehtimal edilir ki, Günəşin övladları olan Duman, Bulud və Qışın birləşməsindən Kosa obrazı yaranmışdır. === Kos-kosa oyunu === Kos-kosa oyunu qışın ölümü, yazın başlanğıcını gülünc bir şəkildə təsvir edir. Bu oyunu məhəllə uşaqları evlərinin qabağında oynayaraq pul və ərzaq toplayarlar. Rəqs etməyi bacaran bir uşağa tərs çevrilmiş kürk geyindirərlər. Üzünə kağızdan düzəldilmiş üzlük (maska) taxar, başına uzun papaq taxıb Kosa edərlər.
Kovo
Kovo (it. Covo — Berqamo) İtaliyanın Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan kommuna. Əhalisi 3157 sakin, əhali sıxlığı 263 p./km². Sahəsi 12 km² ərazini əhatə edir. Poçt kodu - 24050. Telefon kodu - 0363.
Kovğa
Kovğa — təndirdə çörəkbişirmə işlərində istifadə edilən, dəmir materialdan hazırlanmış, bir ucu qarmaqşəkilli alət. Qulpunun uzunluğu 70-80 sm olan kovğanın digər ucu ərsin olur. Təsadüfi hallarda isə koğa ayrı, ərsin də ayrı hazırlanır. Kovğadan bir çox kəndlərimizdə hal-hazırda da geniş istifadə olunur ki, bu da həmin alətlərin Azərbaycan xalqının məişətində uzun müddət işlədildiyini göstərir.
Koça
Koa
Koa — Hindistan yarımqitəsinə məxsus süd məhsulu. Əsasən Hindistan, Nepal, Banqladeş və Pakistanda tədarük olunur. Qurudulmuş yağlı süddən və ya ağzı açıq dəmir tavada isidilərək qatılaşdırılmış süddən hazırlanır. Sululuq səviyyəsi tipik təzə pendirlərdən (məsələn, rikottadan) daha aşağıdır. == Hazırlanması == Koa istehsalında südün qatılığının 1/5 miqdarda olması kifayətdir. Koa bir sıra Hindistan şirniyyatlarının hazırlanması zamanı təməl inqrediyent kimi isifadə olunur. Hindistanda hər il təxminən 600,000 metrik ton koa istehsal olunur. Koa həm inək, həm də camış südündən hazırlanır. Koa tam yağlı südün böyük və dayaz dəmir qazanda bir neçə saat orta dərəcədə qaz üzərində qaynadılması ilə əldə edilir. Tərkibindəki suyun tədricən buxarlanması bərkimiş süd qalıqlarının qalması ilə nəticələnir.
OVA
"OVA" (yap. オーブイエ) və ya OAV — Original Video Animation sözünün abbreviaturası), Yaponiyada anime serialının xüsusi növü.
Kva
Kva, həmçinin Yeni Kva və ya Qərbi Kva — Niger-Konqo makroailəsinə daxil olan dillər ailəsi. Qərbi Afrikanın cənub-mərkəzi hissəsində yayılmışdır: Kot-d'İvuarın cənub-şərqində, cənubda və Qananın mərkəzində, Toqo və Beninin cənubunda yayılmışdır. Ailəyə başqaları ilə yanaşı, Akan dilləri də daxildir. == Yazısı == Bəzi kva dilləri üçün yazı ortada missionerlər tərəfindən təqdim edilmişdir. Latın əlifbasına əsaslanır və XIX əsrdə yaradılmışdır. İbtidai məktəblərdə bir çox dillər tədris olunur, tədris və dini ədəbiyyat, əfsanələrin qeydləri var. Radio yayımı, mətbuat və bədii ədəbiyyat əsas dillərdə nəşr olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Bennett, Patrick R. & Sterk, Jan P. (1977) 'South Central Niger-Congo: A reclassification'. Studies in African Linguistics, 8, 241–273. Hintze, Ursula (1959) Bibliographie der Kwa-Sprachen und der Sprachen der Togo-Restvölker (mit 11 zweifarbigen Sprachenkarten).
Koka kolu
Erythroxylum coca (lat. Erythroxylum coca) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin eritroksilumkimilər fəsiləsinin eritroksilum cinsinə aid bitki növü. == Yarımnövləri == Erythroxylum coca var. coca Erythroxylum coca var.
Kola (bitki)
Kola (lat. Cola) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Kola (bitki):The Plant List saytında takson barədə məlumat.
Kola (içki)
Kola — qazlı, spirtsiz sərinləşdirici içki. Kola (ing. "coke" və ya "cola") — təbii və ya süni dadlar — vanil, darçın, sitrus yağları və digər dadlar əlavə edilən qazlı sərinləşdirici içki növü. Coca-Cola brendini 1886-cı ildə əczaçı Con Pemberton icad etdikdən sonra kola bütün dünyada məşhurlaşdı və sonradan digər istehsalçılar onu təqlid etdilər. Kola tipli içkilərin əksəriyyətində kofein var, bu kola qozundan götürülüb və bu içkinin adının yaranmasına səbəb olub, baxmayaraq ki, hazırda başqa mənbələrdən istifadə olunur. Pembertonun orijinal kola içkisi də koka yarpaqlarından kokain ehtiva edirdi. Onun alkoqolsuz resepti əczaçı Angelo Marianinin 1863-cü ildə yaratdığı koka şərabından ilhamlanıb. Müasir kola içkilərinin əksəriyyəti şəkər boyası əlavə edildiyi üçün tünd rəngdədir və şəkər və/və ya yüksək fruktoza qarğıdalı siropu ilə şirinləşdirilir. Hal-hazırda onlar bir çox müxtəlif markalar altında istehsal olunur. Onların arasında ən məşhurları Coca-Cola və Pepsi-dir.
Kola (şəhər)
Kola — Rusiya Federasiyasında yerləşən şəhər, Murmansk vilayətinə daxildir.
Kola yarımadası
Kola yarımadası (Murman) — Rusiyanın Avropa hissəsinin şimal-qərbində Murmansk vilayətində yerləşir. Barens və Ağ dənizin sahilindədir. Sahəsi 100000 km²-a yaxındır. Yarımadanın qərb hissəsində Xibin (hündürlüyü 1200 m-ə çatır) və Lovozer tundrası (hündürlüyü 1120 m-ə çatır) dağ massivləri var. Şimal hissəsində tundra bitki örtüyünə sahib olsa da, cənub hissəsi meşə-tundra və tayqa zonasına düşür. Əsas gölləri İmandra gölü, Umbozero gölü və Lovozero gölüdür.
Kola şəhəri
Kola — Rusiya Federasiyasında yerləşən şəhər, Murmansk vilayətinə daxildir.
Kopa Amerika
Amerika Kuboku (isp. Copa América) — CONMEBOL tərəfindən təşkil olununan futbol turniri.
Kopa gölü
Kopa gölü (qaz. Қопа́) — Akmolla vilayəti ərazisində yerləşən Kökşetau şəhərində yerləşən göl. == Yerləşməsi == Kopa gölü Kökçetav yükşəkliyindən aşağıda, Kökşetau şəhərinin şimal-qərbində yerləşir. Göl ortalama 14 km² əraziyə və 2,0–3,0 m dərinliyə sahibdir. Ümumi su toplayıcı sahəsi 3860 km² təşkil edir. Göl axarlıdır və qurumur. Cənub və qərb sahilləri hündürdür, şimal və şərq sahilləri isə alçaqdır. Hamar hissəni sıx kolluqlar basmışdır. Gölün səthi isə təmizdir. Ancaq qərb və şimal hissələrdə qamışlıqlar vardır.
Kora (xalq)
Kora (isp. Cora) — Nayarit ştatının şərqindəki El-Nayar bələdiyyəsində, eləcə də qonşu Xalisko ştatının bəzi yaşayış məntəqələrində yaşayan qərbi-mərkəzi Meksikanın yerli etnik qrupudur. Koralar özlərini cəm halda náayarite adlandırırlar, náayari isə tək haldadır. Əslində Nayarit ştatının adı da buradan gəlir. 2000-ci il siyahıyaalınması göstərdi ki, bu gün bu xalqın təxminən 24.390 nümayəndəsi var. Valideynlərindən ən azı birinin Kora dilin daşıyıcısı olan bütün ailə üzvləri daxildir. Bu 24.000-dən bir az çox adamın 67%-i (təxminən 16357 nəfər) dilin daşıyıcılarıdır, 17%-i bu dildə danışmır, 16%-i isə ümumiyyətlə dil biliyi ilə bağlı məlumat verməkdən imtina edib. == Tarixi == Kora Nayarit ştatının çətinkeçilən dağlıq ərazilərində və dərin yarğanlarında, həmçinin Xalisko, Duranqo və Zakatekas ştatları ilə sərhədboyunca yaşayırlar. 18-ci əsrin əvvəllərində onlar katolik missionerlərə öz ərazilərində yaşamasına icazə verməməklə bir növ məntiqsizlik nümayiş etdirirdilər. Kora onları əhatə edən çoxlu xristian-hinduları və İspan mədəniyyətinin yeganə dinsiz xalqlardan biri idi.
Kora Kempbel
Kora Kempbel (d. 28 may 1974) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Kora Kempbel, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Kora Kempbel, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.