Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
MİREA
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.
Kristofer Mireles Suazo
Kristofer Mireles Suazo (25 noyabr 1992) — Meksikalı peşəkar kişi BMX velosipedçisi. Kristofer Mireles Suazo Meksikanı beynəlxalq yarışlarda təmsil edir. Kristofer Mireles Suazo 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.091 saniyəlik nəticəsi ilə 74-cü yeri tutdu.
Mirebalais FK
Mirebalais İdman Assosiasiyası (Fransızca tələffüz: [a.sɔ.sja.sjɔ̃ spɔrtɪv miʁ.ba.lɛ]; Mirebalais AS olaraq da tanınır) — Haitinin Mirebalais şəhərini təmsil edən peşəkar futbol klubudur. Mirebalais İdman Assosiasiyası 2000-ci ildə Mirebalais şəhərini təmsil etmək məqsədilə təsis edilmişdir.
Mirella Freni
Mirella Freni (it. Mirella Freni, Əsl soyadı Fregni; 27 fevral 1935[…], Modena, Emiliya-Romanya – 9 fevral 2020[…], Modena, Emiliya-Romanya) — İtaliya opera müğənnisi. Mirella Freni 27 fevral 1935-ci ildə İtaliyanın Modena şəhərində anadan olmuşdu. Milanda "La Skala", Nyu-Yorkda "Mertopoliten-Opera", Moskvada "Böyük Teatr" və başqa möhtəşəm səhnələrdə oxuyan opera müğənnisinin ilk çıxışı 1955-ci ildə "Karmen" operasında olub. Uşaqlıqda Luçano Pavarotti ilə tanışlığı, Mirellanın gələcəkdəki opera karyerasında mühüm yer tutub. 10 yaşından böyük səhnələrdə çıxış edən müğənni, 1974-cü ildə Moskvada qastrol səfərində olub və geniş konsert proqramı ilə ifasını nümayiş etdirib. Mirella Freni Piza Universitetinin Fəxri doktoru olub. Mirella Freni 9 fevral 2020-ci ildə vəfat edib. Freni M., Gherpelli G. Mio caro teatro. Verona, 1990.
Mirey Matyö
Mirey Matyö (fr. Mireille Mathieu, 22 iyul 1946[…], Avinyon, Fransa) — fransız müğənni. Mirey Matyö 1946-cı il 22 iyul tarixində Avinyonda bənna ailəsində anadan olmuşdur. O, ailənin böyük uşağı olmuşdur. Onun uşaqlıq illərində ailəsi kasıblıq içində soyuq bir barakda yaşayırdı. Ancaq ailənin 8-ci uşağı dünyaya gəldikdən sonra onlara bələdiyyə evində dörd otaqlı mənzil verilir. Məktəb vaxtı Mireyin ilk müəllimi ilə olan münasibətləri səbəbindən qiymətləri çox pis olmuşdur. Məsələ onda idi ki, Mirey anadangəlmə solaxay olsa da, müəlliməsi ondan sağ əllə yazmağı tələb edirdi. Mirey sol əllə yazmaq istəyəndə müəlliməsi onun əlinə xətkeşlə vururmuş. Nəticədə Mirey oxu zamanı duruxa-duruxa danışdığından müəlliməsi onu sonuncu partada otuzdurmaq qərarına gəlir.
Mireziya
Mireziya salatı (pol. mizeria) — Polşa mətbəxinin milli salatı olub xiyar və xamadan ibarətdir. Onu adətən balıq və ətin yanında təqdim edirlər. Salatın adı fransızcada misère — kasıblıq mənasını verir. Polşanın aristokrat təbəqəsinin kənd camaatına hörməti kimi də başa düşülür. Salat əsasən nazik doğranmış təbii xiyardan, xamadan, duz, istiot və keşnişdən hazırlanır. Bəzən salata zövqə görə şəkər tozu, uksus və başqa ədviyyatlar da qatılır. Bir çox milli yeməklərdə olduğu kimi bu salatında müxtəlif növləri mövcuddur. Rahat və tez başa gəldiyi üçün çox onu çox miqdarda da hazırlamaq mümkündür. Çox vaxt kababların kənarında qarniyer kimi də təqdim etmək mümkündür.
Mira
Mira — bugünkü Türkiyədə Antalya vilayətinin Qala (Demre) mahalının yer aldığı bölgədə olan antik bir Likiya şəhəridir. Alacadağ, Akdağ (Massikytos) sırası və Egey dənizi arasında Demre çayı (Myros) tərəfindən daşınan torpaqla meydana gəlmiş məhsuldar allüvial düzənliyində qurulmuşdur. Mirada qazıntılar 2009-ci ildə Nevzat Çevikin başçılığında başlanmış və davam etməkdədir. 2010-ci ildə qazıntı qrupu tərəfindən əhatəli bir kitab nəşr olunmuşdur. Çevikiyə görə Miranın erkən adı Muridir. Bəzi araşdırmaçılar Miranı Arzawanın Mirası ilə eyni yaşayış yeri olduğunu düşünsə də sübut üçün belə bir əlaqə yoxdur. Mira Likiya ittifaqının (e.ə. 168 - 43) bir üzvü olmaqdan əvvəl Mira ilə əlaqədar ələ geçirilməsi barədə yazılı bir qaynaq yoxdur. Strabona görə ittifaqın ən böyük şəhərlərindən biri idi. Yunan xalqı şəhərin qoruyucu tanrıçası olan Artemis Eleutheriaya tapınmışdılar.
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
More
More — amerikan siqaret markası. Hazırda ABŞ-də "R. J. Reynolds Tobacco Company", Avropa İttifaqında "Japan Tobacco" və Filippində "PMFTC" tərəfindən istehsal olunur.
Mir
Mir (Rus: Dünya deməkdir: dünya və ya sülh), 1986-cı ildən 2001-ci ilə qədər aşağı Yer orbitində qalan Sovet İttifaqının və ardınca Rusiya tərəfindən idarə olunan kosmik stansiyası. İlk modul 19 fevral 1986-cı ildə kosmosa göndərilib. Bəşəriyyətin uzun müddətli olaraq kosmosda, içində yaşayıb araşdırmalar apardığı ilk elmi-kosmik tədqiqat stansiyasıdır . Edilən beynəlxalq əməkdaşlıq sayəsində, müxtəlif millətlərin kosmik xadimlərinin istifadəsinə verildi. Orbitə 1986-cı il ilə 1996-cı illər arasında göndərilən bir çox modul ilə uğurlu birləşmələr həyata keçirdi. 23 mart 2001-ci ildə missiyası başa çatdı və atmosferə girərək yanması təmin edildi. Mir, əvvəl Sovet İttifaqı tərəfindən göndərilmiş Salyut kosmik stansiyaları əsas alınaraq hazırlanmışdır(1971-ci ildən sonra yeddi Salyut kosmik stansiya göndərilmişdir). Əsasən Rusiya istehsalı insanlı "Soyuz" raketləri və Progress yük gəmiləri tərəfindən təmir edildimişdir, lakin bundan sonrakı uçuşlar Буран kosmik gəmisi üçün təyinat nöqtəsi olaraq planlanmışdır. Orbitdəki " Mir " -in əsas məqsədi geniş və yaşanıla biləcək elmi laboratoriya yataymaq idi. ABŞ özünə Mir-ə oxşar olaraq Space Station Freedom stansiyasını yaratmağı planlamış, amma bu layihə Sovet İttifaqının süqutundan sonra beynəlxalq əməkdaşlıq yolunun açılması məqsədilə dayandırılmışdır (bax.
Mir Tağı Mir
Mir Tağı Mir (28 may 1723 – 20 sentyabr 1810, Birləşmiş Krallıq) — Urdu ədəbiyatının tanınmış şairi və təzkirəçisi. Hicazdan Hindistana köç etmiş bir ailəyə mənsub olub Aqrada (Əkbərabad) dünyaya gəlmişdi. Doğum iliylə ilgili olaraq 1134 (1722), 1135 və 1137 kimi dəyişik tarixlər zikr edilməkdəysə də dördüncü divanında qardaşı oğlu Məhəmməd Hüseynin yazdığı, Ləknəvdə doxsan yaşında ikən öldüyünə dair qeyddən 1135-ci ildə (1723) doğulduğu anlaşılır. Mir Məhəmməd Tağı, 1146-cı (1733-cü) ildə mütəsəvvif olan atası Mir Əli Müttağı və atasının yaxın dostu Əmanullah Dərviş bir-biri ardınca vəfat edincə çeşidli çətinliklərlə qarşılaşdı. Bir müddət Aqrada iş aradıysa fərli bir nəticə alamayınca Dehliyə getdi (1147/1734). Burada atasının dostu Nəvvab Samsamüddövlə Əmirülüməra ona maaş bağladı. Ancaq onun da Nadir şah Qırxlı-Avşarla aparılan savaşda ölməsinə görə (1151/1738) bu gəlirdən məhrum qaldı. Bu hadisədən sonra Aqraya gedən Mir Məhəmməd qarşılaşdığı sıxıntılar səbəbiylə yenə Dehliyə döndü (1152/1739) və ögey qardaşı Məhəmmədhəsənin əmisi şair Siracüddin Əli xan Arzunun yanında qalmağa və ərəbcə, farsca və şeir dərsləri almağa başladı. Bəzi qaynaqlarda, bu dönəmdəki müəllimləri arasında olan Seyyid Səadət Əlinin Mir Məhəmmədi Urduca şeir yazmağa təşviq etdiyi bildirilirsə də onu bu mövzuda yönləndirən şəxsin Əli xan Arzu olduğunu qeyd edən çalışmalar da vardır. Sünni olan Əli xan Arzunun, Şiə olması səbəbiylə ona qarşı arzuolunmaz bir tövr sərgiləməsi və ya başından keçən bir eşq məcərası üzündən Əli xan Arzunun evindən ayrıldı.
Aşina Mişe
Aşina Mişe (titulu Bağatur yabqu 莫賀咄葉護) — Tan sülaləsinin işğalından sonra qərb göytürklərinə təyin olunan xaqan. İmperator tərəfindən verilən titulu Hsinqhsivanq xan 興昔亡可汗 (Məhv olunmuşu yüksəldən xan) idi. Böri şadın oğlu, Xallıq İşbara Yabqu xaqanın və Aşina Buçjenin qardaşı idi. Aşina Yuankin Aşina Babu - Öncə Tuçi xaqanın tərəfində olmuş, onun məğlubiyyətindən sonra Tibetə qaçmışdır. Aşina Poluo - Öncə Tuçi xaqanın tərəfində olmuş, onun məğlubiyyətindən sonra Tibetə qaçmışdır. 657-ci ildə Sağ Mühafizlərin sərkərdəliyinə gətirildi. 660-cı ildə Koreyaya qarşı yürüşdə yer almışdı. 662-ci ildə Kuça şəhərinə yürüşdə məğlub olduğu üçün qardaşı Aşina Buçjenin istəyi üzərinə edam edildi. İmperator onun yerinə Aşina Yuankini təyin etdi.
Dire Straits
Dire Straits — Böyük Britaniya rok-qrupu. 1977-ci ildə jurnalist və müəllim olan Mark Nopfler, qardaşı Devid Nopfler , Con İllsli və Pik Uizers tərəfindən yaradılmışdır. Ən çox satılan albomları Brothers in Arms albomudur (30 milyondan çox kopyası satılıb). Həmçinin, dünyanın ən çox albom satan qrupudur, ümumi satış 120 milyonu keçirdi. Qrup ilk illərdə pub-rock ifa edirdi. Qrupun musiqisinə bir çox janrlar təsir etmişdir (caz, kantri, folk, blyuz) və bit-musiqiyə yaxınlaşmışdır. Mahnılarının çoxu melanxolik idi. Qrupun məşhurlaşmasında əsasən Mark Nopflerin rolu olmuşdur. Dire Straits qrupunu Nopfler qardaşları, Con İllsli və Pik Uizers 1977-ci ildə yaratdılar. Qrupun adını Uizersin musiqiçi dostu təklif etmişdir.
Elşad Miri
Elşad Miri — ilahiyyatçı, "Dəvət" və ayda iki dəfə çap olunan "Oxu" adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktorudur. Elşad Miri 1979-cu ilin avqust ayının 30-da Yevlax şəhərində anadan olub. 1985-1992-ci illər arasında həmin şəhərin Nizami Gəncəvi adına 7 saylı məktəbində təhsil alıb. 1992-1993-cü illərdə Ağdaş rayonunun Səməd Vurğun adına 1 saylı orta məktəbində təhsilini davam etdirib. Bu illər ərzində (1991-1993) orta məktəblə yanaşı, Qəbələ rayonunun "Ərəb dili və şəriət" məktəbi kursunu müvəffəqiyyətlə bitirib. Daha sonra imtahanla Sumqayıt Özəl Türk İlahiyyat Kollecinə qəbul olub. 1997-ci ildə oradan məzun olub. Həmin il qəbul olduğu 5 illik Qafqaz Universitetinin ilahiyyat fakültəsini 4 ilə bitirərək (2001) Xəzər Universitetinin dini elmlər üzrə magistraturasına daxil olub. Fərqlənmə diplomu ilə məzun olandan sonra, həmin təhsil ocağında 2 il dinlər tarixi, müqayisəli dinlər tarixi kimi fənləri tədris edib. Daha sonra Qərb Universitetində 2 il müntəzəm olaraq Dinlər tarixi, İslam hüququ, İslamda ailə hüququ kimi fənləri tədris edib.
Jan Mare
Jan Mare (11 dekabr 1913[…], Şerburq[d] – 8 noyabr 1998[…], Kann) — fransız aktyoru Jan Mare (əsl soyadı Villen Mare) 1913-cü il dekabrın 11-də Şerbur şəhərində anadan olmuşdur. O, məktəbdə oxuyarkən Duqlas Ferbenks və Erol Flintin ekranda yaratdığı romantik qəhrəmanların vurğunu olub. Lakin bununla belə, Jan gənc yaşlarından teatr və rəssamlığa böyük maraq göstərirdi. Aktyorun yaradıcılıq bioqrafiyasını diqqətlə izləsək, görərik ki, onun teatr və kino fəaliyyətindəki ilk addımlar asan olmayıb. Antik qəhrəmanlara məxsus bədən quruluşu, qadınları cəlb edən yaraşıqlı və gözəl xarici görünüşü olmasına baxmayaraq, gənc Mare bəzi rejissorların fikrincə, bacarıqsız və perspektivi olmayan artist hesab olunurdu. O, üç dəfə Paris konservatoriyasının dram sinfinə imtahan versə də, adını qəbul olunanların siyahısında görməyib. Sonra 20 yaşlı Jan kino çəkilişində öz qüvvəsini sınamaq istəyib. Rejissor Marsel Lerbye onu əvvəlcə özünə assistent götürür, sonra isə yaxşı aktyor olacağına inanmasa da, onu "Xoşbəxtlik", "Təzə adamlar" və "Alovlu gecələr" filmlərində epizodik rollara çəkir. Jan Mare aktyorluq karyerasının başlanğıcında müvəffəqiyyət qazana bilməsə də, o, özünü xoşbəxt və bəxti gətirən adam hesab edir. Bu barədə Mare müsahibəsində belə deyib: "Fortuna məndən üz döndərəndə də, son nəticədə bəxtim həmişə üzümə gülürdü.
Joan Miro
Joan Miro (tam adı Joan Miró i Ferrà; 20 aprel 1893[…], Barselona[…] – 25 dekabr 1983[…], Palma-de-Malyorka[…]) — ispan rəssamı, heykəltaraş və keramikaçı. Əsərlərinin saxlanıldığı Joan Miro Fondu 1975-ci ildə doğulduğu Barselona şəhərində və digər bir muzey olan Joan Miro İsri Fondu 1981-ci ildə ömrünün əksər hissəsini keçirdiyi Palma şəhərində inşa edilib. Beynəlxalq olaraq tanındıqdan sonra onun əsərləri Sürrealizmin nümunələri olaraq qəbul edildi. 1930-cu ildən sonrakı bir çox intervyularda Miro burjua cəmiyyətini dəstəkləyən ənənəvi rəsm metodlarını açıq şəkildə tənqid etdi və tanınmış rəsm əsərlərinin vizual elementlərini yenidən qurmaq üçün məşhur “rəssamlığın sui-qəsdi”-ni elan etdi. Zərgər və saat ustasının ailəsində anadan olan Miro Barselonanın yaxınlığında Qot dairəsində anadan olmuşdur. Miro adının kökü qədim yəhudilərə gedib çıxır. Onun atası Mikel Miro Adresias və anası Dolors Ferra idi. O, ilk dəfə rəssamlığa 7 yaşında olarkən özəl məktəbdə başlamışdır. Xaricdə olan kubist və sürrealist sərgilərdən ilhamlanaraq Miro Monparnasda incəsənət cəmiyyətinə qoşuldu və 1920-ci ildə Parisə köçdü, lakin buna baxmayaraq yay aylarını Kataloniyada keçirməyə davam etdi. Miro incəsənət məktəbi ilə birlikdə biznes məktəbinə də getmişdir.
Maren Mare
Maren Mare (fr. Marin Marais; 31 may 1656[…], Paris – 15 avqust 1728[…], Paris) — Fransalı bəstakar.
Mike Connors
Mike Connors (15 avqust 1925, Fresno, Kaliforniya – 26 yanvar 2017, Tarzana[d], Kaliforniya) — aktyor. 15 avqust 1925-ci ildə anadan olub. 26 yanvar 2017-ci ildə vəfat edib.
Mike Dirnt
Maykl Rayan Pritçard (Michael Ryan Pritchard),yəni Mike Dirnt 1972-ci ilin 4 may tarixində anadan olmuşdur. Onun anası narkoman olduğundan o, uşaqlığını uşaq evində keçirmişdi. Amma Mayklın cəmi 7 yaşı olanda onun analığı və atalığı boşanmışdı. Əvvəllər Maykl atası ilə qalsa da, sonradan anası ilə yaşamağa məcbur oldu. "Həyatda hər şey baş verə bilər" Maykl deyir, " Mən 4-cü ya da 5-ci sinifdə oxuyanda anam bütün gecə evə gəlmirdi. Səhərisi gün isə o, hansısa kişi ilə evə qayıtdı və həmin kişi bizim evimizə köçdü. Mən də bununla barışa bilmirdim. Lakin mən məktəbi bitirəndən sonra onunla dostlaşdım. O, mənə hər şeyi verdi. O, mənim daxilimdə işçi ruhunu möhkəmləndirdi.
Mike Havenaar
Mayk Havenaar (d. 20 may 1987) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 4 qol vurub.
Mike Kabo
Mike Kabo (30 mart 1986, Quda, Cənubi Hollandiya) — Niderlandı təmsil edən su poloçusu. Mike Kabo, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Mike Pirompon
Mike Pirompon (tay ไมค์ ภิรมย์พร, ing. Mike Phiromphon; 8 iyul 1966) — Tailand musiqiçisi.
Mile Nedelkoski
Mile Nedelkoski (mak. Миле Неделкоски; 25 iyul 1935, Pirlepe – 21 iyun 2020, Skopye, Skopye), Makedoniyalı şair, yazıçı, hekayə və dramaturq.
Mine Okubo
Mine Okubo (ing. Miné Okubo; 27 iyun 1912, Riversayd[d], Kaliforniya – 10 fevral 2001, Qrinviç Villic[d], Nyu-York ştatı) – yaponəsilli ABŞ sənətçisi və yazıçısı. İkinci dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiya düşərgələrindəki həyatını təsvir edən "Vətəndaş 13360" kitabına görə tanınır. Mürəkkəblə çəkilmiş 206 rəsmin olduğu bu kitab bu düşərgələrdəki həyatı təsvir edən ilk kitabdır. Mine Okubo 27 iyun 1912-ci ildə ABŞ-nin Kaliforniya ştatının Riversayd şəhərində doğulmuşdur. Onun ailəsi ABŞ-yə miqrasiya etmiş birinci nəsildən olan yaponlar idi. Atası bağbanlıqla məşğul olurdu, anası isə Tokio İncəsənət İnstitutundan məzun olmuşdu. Okubo Riversayd İcma Kollecində təhsil almış, daha sonra incəsənət üzrə master dərəcəsi əldə etmək üçün 1936-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuşdur. Berta Taussiq təqaüdü vasitəsilə Avropaya səyahət etmiş, lakin İkinci dünya müharibəsinin başlaması və anasının xəstələnməsi səbəbilə ABŞ-yə qayıtmışdır. O, Federal İncəsənət Proqramında işləməyə başlamış və Dieqo Riveranın sənətini öyrənmişdir.
Mira Avad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Mira Awad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Mira Bimperlinq
Mira Bimperlinq (d. 31 mart 1994) — Almaniyanı təmsil edən bədii gimnast. Mira Bimperlinq 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Mira Bimperlinq 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Mira Qoluboviç
Mira Qoluboviç (15 oktyabr 1976, Mеtkоviç) — Serbiya voleybolçusu.
Miro Varvodiç
Miro Varvodiç (xorv. Miro Varvodić; 15 may 1989, Split, Yuqoslaviya SFR) — xorvatiyalı qapıçı. Miro Varvodiç 2006-2010-cu illərdə Xorvatiyanın Hayduk Split klubuna məxsus olub. 2007-ci ildə Xorvatiyanın Mosor, 2008-2010-cu illərdə Almaniyanın Köln klubuna icarəyə verilən qolkiper 2010-da Bundesliqa klubuna transfer olunub. 2012-ci ildə Qarabağ klubu ilə 2 illik müqavilə imzalayıb. 2013-сü ildə qarşılıqlı razılaşma əsasında klubla müqaviləni pozub və komandadan ayrılıb.
Miro Yaroş
Miro Yaroş ( 14 mart 1978, Jilina) - slovakiyalı müğənni. Miro uşaqlığını Tepliçke nad Vahom şəhərində keçirib. Məktəbi bitirdikdən sonra, o İngiltərəyə köçərək 2 ildən artıq müddət ərzində işləyir və ingilis dilini öyrənir. Slovakiyaya qayıtdıqdan sonra, On the way adlı musiqi proektini yaradır. Onun ifasında sinqllar yerli radioda səsləndirilməsinə baxmayaraq, yayımcılar onun mahnılarını uzun müddət qəbul etmirdilər. 2001-ci ildə albomunu yaratmaq məqsədilə Miro İsrailə pul qazanmağa gedir. O Təl Əvivdə 4 il yaşayır. Pul qazanmaq üçün o həmçinin model kimi çalışaraq What a wonderful place adlı israil serialında qısa rollarda da çəkilmişdi. O həmçinin orada yerli əhaliyə xırda konsertlər verir. Burada o prodüser Cerri Vlodavski ilə tanış olur.
Ağa Mirək Mirzə Qiyas
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur. Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var.
Mərə-mərə
Mərə-mərə və ya qığ mərə - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biri. Oyunda bir neçə nəfər iştirak edir. Onlar iki yerə bölünür. Oyunu keçirmək üçün adamların sayı qədər bir-birindən bir qarış aralı, balaca çalalar qazılır. Çöp tutulur, kim tapsa çalalardan birini mərənin hər iki üzündə məsafədə 5-6 addımlıqda cızıq çəkilir (və ya bir tərəfdə). Oyunçular ya bir tərəfdə və ya hər iki tərəfdə düzülüb oynayırlar. Halayçı birinci topu (yumağı) çalaların üzəri ilə diyirlədir. Top hansı oyunçunun mərəsinə düşsə, o cəld topu götürür, atmaqla dağılışıb qaçan oyunçulardan birinə vurmalıdır. Kimi vursa, o keşikçi dayanır. Əgər vurmasa, yenə özü durur.
Mirə türbəsi
Mirə türbəsi — Elxanilər dövləti dövründə vəzir olmuş Tacəddin Əlişahın həyat yoldaşı Mirə Xatunun Salmas şəhərinin yaxınlığında məqbərəsi (1310 il). Mirə Xatunun ozamankı adıyla Əminə xatun, Arqun ağanın qızı və Tacəddin Əlişahın həyat yoldaşıydı. Salmasın qərbində Köhnə Şəhər yaxınlıqlarında Mirə Türbəsi olaraq tarixçilər tərəfindən qeyd olunmuşdur. Türbə 7 may 1930-cu ildə baş vermiş Dilman zəlzələsi zamanı dağılmışdır. Türbənin ucalığı 20 metr idi.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Cirə
Cirə (lat. Cuminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə 4 qəbul edilmiş növ daxildir. Cins 1753-cü ildə Karl Linney tərəfindən Species Plantarum-da təsvir edilmişdir. Tipik növü adi cirədir (lat. Cuminum cyminum). Cuminum borszczowii (Regel & Schmalh. ) Koso-Pol. Adi cirə (Cuminum cyminum L.) Cuminum setifolium (Boiss. ) Koso-Pol.
Lirə
Türk lirəsi — Türkiyə Respublikasının pul vahidi. Kipr lirəsi — Kipr Respublikasının pul vahidi. Livan lirəsi — Livanın pul vahidi. Malta lirəsi — Maltanın pul vahidi.
MIRV
MIRV (multiple independently targetable reentry vehicle; “müstəqil olaraq hədəflənən çoxlu vasitə”), hər biri fərqli hədəfi vurmağı hədəfləyən bir neçə termonüvə döyüş başlığını əhatə edən ballistik raketdir. Hal-hazırda yalnızca ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İsrail və Çinin MIRV döyüş raketlərinə malik olduğu məlumdur.
Mirzə
Mirzə — titul, ünvan. Mirzə titulu Azərbaycanda Teymurlu sülaləsindən sonra işlənməyə başlanıb. Əmir Teymurun övladlarına Əmirzadə deyilib. Bu söz sonra mirzə şəklinə düşüb. Mirzə sonralar savadlı adamlara deyilib. Katiblər daha çox mirzə adlandıqdan XIX yüzildə onlar mirzə kimi tanınıblar. Mirzə addan öndə gələndə böyük, addan sonra gələndə isə kiçik yazılır. Məsələn: Mirzə Fətəli, Abbas mirzə. Birincidə savadlılıq,vəzi­fə titulu, ikincidə isə şahzadəlik bildirir, yəni addan sonra gəldikdə, əsilzadə, nəca­bət, zati-alilər anlamındadır.
Mirək
Mirək — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Miraq oyk., sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Miray şəklində tələffüz olunur. Ehtimal etmək olar ki, oykonim türk dillərindəki marakhnanq sözündən olub, “müşahidə məntəqəsi, pusqu” mənasındadır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
İmrə
İmrə , Yaz başlanğıcında Cemreyi (yeddi gün ara ilə əvvəl hava, sonra su və torpaqda meydana gəldiyi sanılan istilik artımını) təşkil edən cin. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulqarlarda Zemire olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemre sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər. İlk Cemre 20 Fevralda havaya və yeddi gün ara ilə də suya və torpağa düşər. Zemre isə Qumuq Türkcəsində nəm, buxar kimi mənalara gəlir.
Şirə
Şirə və ya Meyvə suyu — maye halında olan qida məhsuludur, demək olar ki, dünyanın bütün ölkələrində məşhurdur. Ən yeməli, keyfiyyətli, yetişmiş meyvələrdən və tərəvəzlərdən hazırlanan şirələr daha çox yayılmışdır, lakin elə şirələrdə var ki, bitkilərin gövdələri, kökləri, yarpağlarından alinir (məsələn, şəkər qamışı şirəsi, kərəviz şirəsi). İstehlakçıların nöqteyi-nəzərindən, şirələr ənənəvi olaraq üç növə bölüşürlər: Təzə sıxılmış şirə — istehlakçıların iştirakı ilə istehsal edilən şirə. Birbaşa sıxılmış şirə — ən yaxşı yetişmiş meyvə və tərəvəzdən hazırlanmış, pasterizə olunub və asseptik paketlərə, şüşə qablarina doldurulmuş şirə. Bərpa edilmiş şirə — qatılaşdırılmış şirəni içməli su ilə qarışdıraraq istehsal edib, asseptik qablara doldurulan şirə.
MIRC
mIRC — Windows üçün IRC proqramı. Bu tam funksional söhbət proqramıdır. İnteqrasiya olunmuş skript dili onu genişlənə bilən və hərtərəfli edir. Proqram ilk dəfə 1995-ci ildə buraxılıb və o vaxtdan bəri "Windows üçün mövcud olan ən məşhur IRC proqramlarından biri" kimi təsvir olunub. mIRC şərti havayı proqramdır və 30 günlük sınaq müddətindən sonra qeydiyyat üçün ödəniş tələb edir. mIRC İordaniya əsilli İngilis proqramçı Xalid Mərdam-Bey tərəfindən yaradılmışdır. O, 1994-cü ilin sonlarında proqramı tərtib etməyə başladı və ilk versiyasını 28 fevral 1995-ci ildə buraxdı. Xalid Mərdam-Bey bildirir ki, o Windows üçün ilk IRC proqramlarında bəzi əsas IRC xüsusiyyətlərinin olmadığını hiss etdiyi üçün mIRC-ni yaratmağa qərar verdi. Daha sonra problem və insanların onun işini yüksək qiymətləndirdiyinə görə onu inkişaf etdirməyə davam etdi. Müəllif bildirir ki, onun sonrakı populyarlığı ona mIRC-dən pul qazanmağa imkan verib.
Zirə
Zirə (Xəzər) — Bakı şəhərinin Xəzər rayonu ərazisində qəsəbə. Zirə bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyə. Zirə (bitki) — Çətirçiçəklilər fəsiləsindən çoxillik ot bikisi cinsi. Zirə şərbəti — Azərbaycanda içki Zirə FK - Futbol klubu Böyük Zirə — Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən ada. Kiçik Zirə — Xəzər dənizinin Bakı körfəzində eyni adlı arxipelaqa aid olan ada Xərə Zirə — Xəzər dənizində, Bakı arxipelaqında ada. Daş Zirə — Xəzər dənizində, Abşeron yarımadasının şərq küncündə yerləşən ada. Adi zirə — zirə cinsinə aid bitki növü. Qara zirə — Əkin qaraçörəkotu Qara zirə yağı — müalicəvi xüsusiyyətə malik bitki yağı.
Mirzə Həsən bəy Mirzə
Mırzə Həsən bəy Mirzə Cəfər ağa oğlu Vəzirov — şair. Mirzə Həsən bəy Mirzə 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Rus və şərq dillərini bilirdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. F.Köçərli yazır: "Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş. Əvaili-sinnində tərki-vətən edib Şəki xanlığına müsafirət edir və orada Nuxa şəhərində yeni açılmış rus dəftərxanasında münşilik əmrinə məşğul olur. Vəli ömrünün hənuz cavan çağında haman sərzəmində dari-bəqaya rehlət edir. Öz vəsiyyətinə görə, cənazəsi əsl vətəni Şuşa şəhərinə nəql olunur və şəhərin şimali-şərqisində bir verst kənarda dəfn olunur və o mərhumun adı ilə məzarıstan əlan adlanır ki, "Mirzə Həsən qəbristanlığı" deyilir.
Ağa Mirək
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur. Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var.
Ağalar Mirzə
Mirzəyev Ağalar Həmzə oğlu (Ağalar Mirzə) (25 dekabr 1954, Dəvəçi - 5 mart 2008, Bakı) — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982), Əməkdar incəsənət xadimi (1998), "Qızıl qələm" mükafatı laureatı (1996). Ağalar Mirzə 1954-cü il dekabrın 25-də Dəvəçi (indiki Şabran) şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada orta təhsil almışdır. Əmək fəaliyyətinə Dəvəçi şəhər 1 saylı səkkizillik məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır (1971–1972). Sonra Pirəmsən kənd orta məktəbində pioner baş dəstə rəhbəri olmuşdur (1972–1974). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1974–1979). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun incəsənət və radio teatrı şöbəsində ("Bulaq" verilişi üzrə) kiçik redaktor, redaktor (1980–1986), televiziyanın ədəbiyyat və xalq yaradıcılığı redaksiyasında redaktor, böyük redaktor, şöbə müdiri (1986–1994), ədəbi dram verilişləri Baş redaksiyasının baş redaktorunun müavini (1994–1999), xalq yaradıcılığı redaksiyasının baş redaktoru (1999–?) vəzifələrində çalışmışdır. O, şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, o cümlədən "Ustadnamə", "Dastan" proqramlarının müəllifi olmuşdur. Ağalar Mirzə bədii yaradıcılığa keçən əsrin 70-ci illərindən başlamışdır. Gənc şairlərin respublika ədəbi birliyinin fəal üzvü olmuşdur.
Baysunqur Mirzə
Sultan Baysunqur — 1490-cı ildən 1492-cü ilə (bəzi mənbələrə görə, 1493) qədər hakimiyyətdə olmuş Ağqoyunlu hökmdarı. O, Sultan Yaqubun (1478-1490) oğlu və vəliəhdi olmuş, hakimiyyəti dövründə əlində az hakimiyyət var idi, hadisələri idarə edən şəxs isə onun atabəyi və sərkərdəsi olan Sufi Xəlil bəy Mosullu olmuşdur. Sufi Xəlil bu mövqeyini 1490-1491-ci illərdə axlamış, 1491-1492-cü illərdə onun yerinə Süleyman bəy Bicanoğlu keçmişdir. Baysunqur ilk öncə qohumu Rüstəm bəy tərəfindən Təbrizdən qovulmuş, sonradan gəlinmiş razılığa əsaəsn Gəncə və Bərdə şəhərlərinin hökmdarı olmuşdur. Lakin buradan iki dəfə taxtını geri qaytarmaq üçün uğursuz cəhdlər etmiş, nəticədə 1493-cü ildə Rüstəm bəy tərəfindən öldürülmüşdür. Ondan sonra hökmdar Rüstəm bəy olmuşdur. Baysunqur Sultan Yaqubun (1478-1490) ən böyük oğlu idi. Anası Şirvanşah Fərrux Yasarın (r1465–1500) qızı Gövhərsultan Xanım idi. Atasının sağlığında Baysunqura müasir İranın cənubunda yerləşən Fars əyalətinin gəlirləri təsis edilmişdi. Bu Ağqoyunlu dövlətində xüsusi ənənə halını almış bir şey idi.
Birə bağayarpağı
Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir. Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir.