Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Görəsən necə? (roman)
Görəsən necə? - Fransa yazıçısı Semyuel Bekket tərəfindən 1960-cı ildə yazılan roman. Roman 1961-ci ildə nəşr olunmuşdur. Daha sonra Bekket tərəfindən 1964-cü ildə ingilis dilinə "How it is" başlığı altında tərcümə olunmuşdur. Roman içərisi qidalarla dolu olan çuvalı sonsuz palçıqda daşıyan və həyat hekayəsini danışan bir nəfərin monoloqundan ibarətdir. Palçıq Xristian inancındakı Parqantorini təmsil edir. Romanın fransızca adı "Comment c'est"dir.
Zamanı necə yeyək?
Zamanı necə yeyək? — Rövşən Abdullaoğlunun yazdığı və 2016-cı ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Antik dövrlərdə “Əl-Kimya” adlanan qəribə bir elm sahəsi vardı. Kimyagərlər adi metalları qızıla çevirməyi mümkün edən sirli bir maddənin formulunu hazırlamaq istəyirdilər. Qədim yunanlardan sonra ərəblər və orta əsr qərb kimyagərləri də uzun müddət bu sehirli formulun axtarışında oldular. Ancaq onların tədqiqatları heç bir nəticə vermədi. Əslində bütün kimyagərlərin axtardıqları kimya heç bir zaman onlardan gizli qalmamışdı. Bu kimya onların diqqət etmədikləri sadə bir şeydən ibarət idi: Zaman. Zamanı idarə edən həqiqi kimyaya sahib olmuş olur. Bu kitab da məhz bu məsələyə həsr olunmuşdur.
Nə? Harada? Nə Zaman?
Nə? Harada? Nə zaman?, qısaca NHN (rus. Что? Где? Когда?, qısaca ЧГК) — 1975-ci ildə SSRİ-də yaranan və hal-hazırda Rusiyada və MDB məkanında populyar olan intellektual oyun. Televiziya və "idman" versiyaları mövcuddur. Komandaların onlara verilmiş suala məhdud vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları bu oyunda məqsəd rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmaqdır. == Tarixi == Oyunun televiziya versiyası 4 sentyabr 1975-ci ildə, tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən SSRİ-də yaradılmışdır. NHN-in idman versiyası 1989-cu ildə yaranmış və televiziya versiyasına nəzərən daha kütləvi xarakter almışdır.
Nə faydası
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Nə? Harada? Nə zaman? Məcəlləsi
“Nə? Harada? Nə zaman?” Məcəlləsi (rus. Кодекс спортивного “Что? Где? Когда?”) — “Nə? Harada? Nə zaman?” intellektual oyununun gedişində yaranan əksər vəziyyətləri və oyunun təşkilinin təfərrüatlarını tənzimləyən metodik vasitə və qaydalar külliyatı. == Tarixi == Məcəllə intellektual oyunlar hərəkatının əlaqələndirici beynəlxalq təşkilatı olan “Nə? Harada?
Nə? Harada? Nə zaman? (idman versiyası)
Nə? Harada? Nə zaman? (NHN) (rus. Что? Где? Когда?, qısaca ЧГК)) oyununun idman versiyası rəsmi olaraq 1989-cu ildə SSRİ-də IAC-nin Mariupoldakı ilk təsis qurultayından sonra meydana gəlmişdir, 1983-cü ilin sonunda Odessanın "Erudit" klubunda oxşar qaydalara uyğun oynanılmağa başlanmışdı . Oyun, 1975-ci ildə Vladimir Voroşilov və Natalia Stetsenko tərəfindən yaradılan"Nə? Harada? Nə zaman?"oyununun əsasında yaradılmışdı, lakin bir çox fərqlər mövcuddur: məsələn, eyni suallar üzrə komandaların bir-birinə qarşı yarışması dünyanın bir çox ölkəsində eyni vaxtda həyata keçirilir.
Nə faydası (mahnı)
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Nə vaxt evlənəcəksən?
"Nə vaxt evlənəcəksən?" (taiti Nafea faa ipoipo?) — Fransız rəssamı Pol Qogen 1892-ci ildə çəkdiyi rəsm əsəri. == Təsviri == Rəsmdə iki taitili qız əks olunub. == Qiyməti == Əsər 2015-ci ildə "Sotbis" hərrac evinin isveçrəli keçmiş əməkdaşı Rudolf Ştehelin tərəfindən satışa çıxarıb. Əsəri Qətər şeyxlərindən biri 300 milyon dollara – rekord qiymətə satın alıb. Əsər yeni sahibinə 2016-cı ilin yanvar ayında çatıb. == Sərgilənməsi == Əsər 2015-ci ilə qədər təxminən 50 il Bazel İncəsənət muzeyində nümayiş olunmuşdur. Yaxın gələcəkdə isə ardıcıl olaraq Bazeldə yerləşən "Beyeler" fondunda, Madriddə Kraliça Sofiya incəsənət mərkəzində və Vaşinqtondakı Fillips kolleksiyasında sərgilənməsi planlaşdırılmışdır.
Həyat nə qəribəsən
Həyat nə qəribəsən — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Bədii obrazın müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib Baş obrazı Postmodern Aktyorluq Məktəbinin tələbəsi Həyat Məlikova canlandırır. 2021-ci il, iyun ayının 9-u filmin Həyat həkim obrazının qısa görüntüsü sosial şəbəkədə paylaşıldı və obraz fenomen oldu. == Məzmunu == Anasının arzularını gerçəkləşdirmək üçün tibb təhsili üçün Türkiyəyə gedən Həyat təhsil ala bilmir amma bunu anasından gizlədir. Təhsil müddətində Türkiyədə yaşayır və ordakı özəl klinikaların birində xadimə kimi çalışır. Bütün tibbi bilgiləri də məhz burda alır. Təhsil müddəti bitdikdən sonra Azərbaycana, kəndlərinə qayıdır. Hər kəs onu həkim olduğu üçün təbrik edir. Həyat da təhsil almadığı deməyə utanır və həkimlik fəaliyyətinə başlayır.
Polad necə bərkidi (roman)
Polad necə bərkidi (rus. Как закалялась сталь) — Nikolay Ostrovskinin yazdığı roman. == Məzmun == "Polad necə bərkidi" romanında müəllif Pavel Korçaginin şəxsində özünün amansız xəstəliklə mübarizəsini, taleyini, şəxsi faciəsini qələmə almışdır. Düşdüyü bütün çətin vəziyyətlərə baxmayaraq, Korçagin var qüvvəsini toplayıb işləyir, yazıb-yaradır, ölümə qalib gəlir. == Nəşr və tərcümə == Roman Məmməd Arif tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və 1965-ci ildə Azərnəşrdə çap edilib. Daha sonra 2018-ci ildə Bakı Kitab Klubunda 424 səhifədə, 100 tirajla təkrar nəşr olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Bakı Kitab Klubu. "Polad necə bərkidi (roman)" ( (az.)). kitabklubu.org. 2017-09-01 tarixində arxivləşdirilib.
Zamanı necə yeyək? (kitab)
Zamanı necə yeyək? — Rövşən Abdullaoğlunun yazdığı və 2016-cı ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Antik dövrlərdə “Əl-Kimya” adlanan qəribə bir elm sahəsi vardı. Kimyagərlər adi metalları qızıla çevirməyi mümkün edən sirli bir maddənin formulunu hazırlamaq istəyirdilər. Qədim yunanlardan sonra ərəblər və orta əsr qərb kimyagərləri də uzun müddət bu sehirli formulun axtarışında oldular. Ancaq onların tədqiqatları heç bir nəticə vermədi. Əslində bütün kimyagərlərin axtardıqları kimya heç bir zaman onlardan gizli qalmamışdı. Bu kimya onların diqqət etmədikləri sadə bir şeydən ibarət idi: Zaman. Zamanı idarə edən həqiqi kimyaya sahib olmuş olur. Bu kitab da məhz bu məsələyə həsr olunmuşdur.
İnsanlar necə yaşayır (kitab)
İnsanlar necə yaşayır - Rus yazıçısı Lev Tolstoyun 1885-ci ildə yazdığı qısa hekayədir. Bu, 1885-ci ildə nəşr olunan "İnsan nə ilə yaşayır və digər hekayələr" adlı kitabındakı qısa hekayələrdən biridir. == Personajlar == Simon - Təvazökar və kasıb ayaqqabı ustası. Matryona - Simonun arvadı. Michael – Allah tərəfindən itaətsizliyinə görə cəzalandırılan və ölümlüyə çevrilən mələk. == Haqqında == Simon adlı mehriban, təvazökar və kasıb ayaqqabıçı bir gün arvadı və özünə paylamaq üçün qış paltarı tikmək üçün qoyun dərisi almağa gedir. Adətən Simonun qazandığı az pul hamıya yemək almağa xərclənirdi. Simon qərara gəlir ki, dəriləri almaq üçün o, müştərilərinin ona olan beş rubl iyirmi qəpiyi almaq üçün kolleksiyaya getməlidir. O, pulu götürməyə gedərkən arvadının qutusundan üç rublluq əskinas da götürür. Kolleksiyasını davam etdirərkən o, tam məbləği yox, yalnız iyirmi qəpiyi yığa bilir.
Nə sən bilirsən, nə də mən (film, 2002)
Nə sən bilirsən, nə də mən (hind: Na Tum Jaano Na Hum) 2002-ci ildə baş rollarda Saif Əli Xan, Hritrik Roşan və Esha Deolun oynadığı hindi dilli romantik dram filmidir. Bu, Roşan və Xanın birlikdə rol aldığı ilk filmdir. Filmin rejissoru Arjun Sablok, prodüseri isə Future Groupun sahibi Kishore Biyani olmuşdur. Filmin adı Roşanın debüt filmi Kaho Naa... Pyaar Hai (2000) filminin bir mahnısından götürülmüşdür. Film buraxıldıqdan sonra çox mənfi rəylərlə qarşılaşdı və mükəmməl bir aktyor heyətinə sahib olmasına baxmayaraq, kassa fəlakəti olmuşdur.
Heç nə əbədi deyil
Heç nə əbədi deyil (ing. Nothing Lasts Forever) — Sidni Şeldonun 1994-cü ildə yazdığı romandır.
Yarasa olmaq nə deməkdir?
«Yarasa olmaq nə deməkdir?» (ing. «What is it like to be a bat?», rus. «Каково быть летучей мышью?») — amerikalı filosof Tomas Nagelin 1974-cü ildə Philosophical Review jurnalında dərc edilmiş və şüur ​​tədqiqatı üçün klassika çevrilmiş məqaləsi. Məqalədə Tomas Nagel o dövrdə elmdə və analitik fəlsəfədə psixofiziki problemin həllinə dominant yanaşma olan fiziki reduksionizmi tənqid etmişdir. Nagelin fikrincə, varlıq ancaq o zaman şüurlu ola bilər ki, o varlıq “nədirsə”, yəni dünya həmin varlığın subyektiv nöqteyi-nəzərindən dərk olunduqda. Zehni hadisələri beyindəki fiziki proseslərlə eyniləşdirmək cəhdi, Nagelin fikrincə, şüurun özünün mahiyyəti olan şüurun subyektiv təbiətinə görə uğursuz olur. Odur ki, insanda olmayan exolokasiya orqanının köməyi ilə ətraf aləmi qavrayan yarasa olmağın nə demək olduğunu heç bir insan təsəvvür edə bilməz. Elm isə müşahidəçidən və onun subyektiv təcrübəsindən asılı olmayaraq yalnız obyektiv faktlarla fəaliyyət göstərir. Elmi metoddan istifadə edərək şüurun mahiyyətini dərk etməyin mümkünsüzlüyündə israr edən filosoflar Nagelin bu məqaləsindən bir növ öz baxışlarının manifestosu kimi istifadə edirdilər. == Məqalənin məzmunu == Tomas Nagel məqaləsində müasir şüur ​​elmində ən məşhur sualı qoydu: yarasa olmaq nə deməkdir?
Nə gözəldir bu dünya...
"Nə gözəldir bu dünya..." — Eldar Quliyev və Natiq Rəsulzadənin ssenarisi əsasında rejissor Eldar Quliyevin filmi. == Məzmun == Filmdə göstərilir ki, ölkə bazar iqtisadiyyatına keçəndən sonra ruhi xəstəliklər xəstəxanası vəsaitsiz qalır. Baş həkim (Yaşar Nuri) xəstələri evlərinə buraxır. Lakin ətraf bu xəstələrdən betər xəstədir. Xəstələr vəziyyəti belə görüb xəstəxanaya qayıtmağa məcbur olurlar. Bugünkü həyatımızın problemlərindən bəhs edən bu film ruhi xəstələrin həyatından danışsa da, əslində burada cəmiyyətimizdə, elə ətrafımızda baş verən eybəcərliklər, çatışmazlıqlar acı gülüşlə tamaşaçılara çatdırılır. == Film haqqında == Film aktyor Həsənağa Turabovun kinoda son işidir. Filmin ssenarisi rejissorun ideyası əsasında yaranıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Eldar Quliyev Ssenari müəllifi: Eldar Quliyev, Natiq Rəsulzadə Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Mayis Ağabəyov, Rafiq Nəsirov Bəstəkar: Müslüm Maqomayev Səs operatoru: Teymur Abdullayev Rejissor: Akif Rüstəmov Montaj edən: Tamara Nərimanbəyova Məsləhətçi: Ağabəy Sultanov (tibb elmləri doktoru) İcraçı prodüser: Vladimir Dudniçenko Operator: Eldar Ağayev Geyim rəssamı: Şahin Həsənli Qrim rəssamı: Hikmət Qurbanov Rejissor assistenti: Çingiz Həsənov, Cəbrayıl Rzayev Montaj üzrə assistent: Lyudmila Lotina İnzibatçı: Əbdülnəsir Kutiyev, Ədalət Yunusov, Rüfət Əsədov(R. Əsədov kimi) İşıq ustası: Rüstəm Rüstəmov, Əliağa İbrahimov Səs texniki: O. Süleymanov Geyimçi: Elmira Balaməmmədova === Rollarda === Yaşar Nuri-Asim Əliyeviç Həsənağa Turabov-Müstəntiq Rasim Balayev-Mirzəyev Ayan Mirqasımova-Səbinə Elşən Rüstəmov-Emin Muxtar Maniyev-Kazım Rafiq Əzimov-Arif Rafiq Əliyev (II)-Ramiz Nahidə Orucova-Asim Əliyeviçin arvadı İradə Ağasıbəyli-Kazımın qızı Məbud Məhərrəmov-Kazımın kürəkəni Cəmil Quliyev-Həkim Zərnigar Ağakişiyeva-Həkim Nadir Ağayev-Sürücü Nadir Əbdülrəhimbəyov-Xəstə Arif Kərimov-Sanitar Xalidə Şərifova-Həkim Sona Əliyeva-Katibə Səfa Mirzəhəsənov Ömür Nağıyev-Səbinənin qardaşı Maqsud Məmmədov Sidiqqə Heydərova Rafiq Qasımov Vahid Əliyev-Xəstə Salman Bayramov-Xəstə Emil Tahirov A. Əfqanlı A. Əliyev R. Əliyev A. Quliyev Rahib Əliyev E. İbrahimov A. Sadıqov A. Rəhimov Y. Həşimov Ağaxan Şərifov Mehman Cəfərov R. Əzimov A. Şirinov Rövşən Kərimduxt-Səbinənin qardaşı İsmayıl Zeynalov-Uşaq Elvin Abdullayev-Uşaq Rüstəm Bağırov-Uşaq Rəhimə Bağırova-Uşaq Elxan Quliyev-Məhəllə sakini Kübra Dadaşova-Məhəllə sakini === Filmi səsləndirən === Eldəniz Rəsulov — sürücü (Nadir Ağayev)(titrlərdə yoxdur) == Sponsor == "Azərkinovideo" İB == İstinadlar == == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol.
Sən hər nə istəsən
«Sən nə istəsən» (isp. Todo lo que tú quieras) — İspaniyanın 2010-cu ildə çəkilmiş, dram janrında, rejissor Açero Manyasın filmi == Süjet == Sadə Madrid ailəsi — Leo, Alisia və onların balaca qızı Dafni. Ata işləyir, ana uşağın tərbiyəsi və ev işləri ilə məşğuldur. Hər şey adi, həmişəki kimi rahat atmosferdə davam edir. Lakin birdən Alisiya epilepsiyadan ölür — Leo və Dafni artıq onsuz yaşamağa məcbur olurlar. Leoya çox çətin olur: uşaq heç cürə anasını unuda bilmir və onun həyatdan köçməyini qəbul etmir. Gecələr o anasının adını çağırır. Bəzən, kimisə xoşbəxt etmək üçün, sevən insanlar bütün şərtləri və mühakimələri aşaraq, bütün qadağaları keçirlər. Leo qərar verir və axşamlar o həyat yoldaşının paltarlarını geyinir, başına parik taxır, dodaqlarını parlaq qırmızı pomada ilə boyayır və beləcə o qızı üçün "ana" olur. Belə bir performans bir az uzanır və bu yavaş-yavaş bir qorxulu oyuna çevrilir.
Nə geri çəkil, nə də təslim ol (film, 1986)
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir. Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir. Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır. == Məzmun == Ceyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir.
Heyvanları Xəstəlikdən Necə Qorumalı (1952)
Milyonu necə oğurlamalı (film, 1966)
"Milyonu necə oğurlamalı" (ing. How to Steal a Million) — rejissor Vilyam Uaylerin filmi. == Məzmun == Hadisələr 1960-cı illərdə Fransanın Paris şəhərində baş verir. Şarl Bonne istedadlı rəssam-həvəskardır. O, dünya şöhrətli impressionistlərin oxşarını (saxtasını) düzəldərək onları orijinal kimi baha qiymətə nüfuzlu hərraclarda satır. Bundan başqa, Bonnenin evində çılpaq Veneranın heykəlciyi də var. Bu əsər italyan heykəltəraşı Çellininin adından təqdim olunaraq nüfuzlu bir sərgidə nümayiş olunmağa dəvət alıb. Bunun təhlükəli olduğunu və yalanın üstünün açılacağını deyən qızının xəbərdarlıqlarına baxmayan Bonne heykəlciyin sərgiyə getməsinə razılıq verir. İncəsənətin dəlisi olan Amerika oliqarxı Devis Lilend sərgi salonunda Veneranı görür. Devis Veneraya yiyələnmək haqqında düşünür.
Mən necə idiot oldum (roman)
"Mən necə idiot oldum" — Martin Paj tərəfindən yazılmış fəlsəfi roman. Yazıçının ilk romanıdır. 2001-ci ildə "Le Dilettante" nəşriyyatı tərəfindən çap edilmişdir. Kitab Avroregional məktəblər arası ədəbiyyat mükafatını qazanıb. Bu mükafatın qalibini Belçika, Hollandiya və Almaniyadan tələbələr seçir. == Haqqında == Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video-oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Roman, demək olar ki, sözbəsöz sitatlara bölündü. İnternet saytlarında Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olar.
Zamanı necə yeyək? (Rövşən Abdullaoğlu)
Zamanı necə yeyək? — Rövşən Abdullaoğlunun yazdığı və 2016-cı ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Antik dövrlərdə “Əl-Kimya” adlanan qəribə bir elm sahəsi vardı. Kimyagərlər adi metalları qızıla çevirməyi mümkün edən sirli bir maddənin formulunu hazırlamaq istəyirdilər. Qədim yunanlardan sonra ərəblər və orta əsr qərb kimyagərləri də uzun müddət bu sehirli formulun axtarışında oldular. Ancaq onların tədqiqatları heç bir nəticə vermədi. Əslində bütün kimyagərlərin axtardıqları kimya heç bir zaman onlardan gizli qalmamışdı. Bu kimya onların diqqət etmədikləri sadə bir şeydən ibarət idi: Zaman. Zamanı idarə edən həqiqi kimyaya sahib olmuş olur. Bu kitab da məhz bu məsələyə həsr olunmuşdur.
Arvadlar ərlərini mənsəbə necə çatdırırlar
Arvadlar ərlərini mənsəbə necə çatdırırlar — rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmış tammetrajlı bədii film. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Filmdə əsas rolları Boris Svetlov, Y.Buranovskaya, A.D.Panova-Potyomkina, S.Şoloxova, A.Verner və Q.Kramer ifa edirlər. == Məzmun == Film bir zadəgan ailəsinin həyatı haqqındadır. == Film haqqında == Kinopovestin hər hissəsinin öz başlığı var: "Əyalət bataqlığı", "Coşmuş qan alovdan güclüdür", "Məhəbbət məclisi başlasın", "Ərlərə iş düzəldirlər", "Şərab pərisinin ayaqları altında", "Arvadlar həmişə günahsızdırlar". Bunlar filmdə baş verən hadisələrin mənasını açır. == Film haqqında == === Film üzərində işləyənlər === Rejissor: Boris Svetlov Operator: Qriqori Lemberq == Rollarda == Boris Svetlov Y.Buranovskaya A.D.Panova-Potyomkina S.Şoloxova A.Verner Q.Kramer == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (ing. No Retreat, No Surrender 3: Blood Brothers) — 1990-cı ildə Luks Lou tərəfindən çəkilən döyüş filmidir. == Məzmun == Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrindən biri Con Aleksandr köhnə düşməni Franko tərəfindən öldürüldükdən sonra onun böyük oğlu Keysi kiçik qardaşı Uili kəşfiyyata qatılmasını istəmir. Ancaq Vill şəxsən Frankodan qisas almağı planlaşdırır və Floridaya gəlir. Keysi Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Frankonu axtarmağa çalışır... == Xarici keçidlər == Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları — Internet Movie Database saytında.
Həyat nə qəribəsən (film, 2022)
Həyat nə qəribəsən — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Bədii obrazın müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib Baş obrazı Postmodern Aktyorluq Məktəbinin tələbəsi Həyat Məlikova canlandırır. 2021-ci il, iyun ayının 9-u filmin Həyat həkim obrazının qısa görüntüsü sosial şəbəkədə paylaşıldı və obraz fenomen oldu. == Məzmunu == Anasının arzularını gerçəkləşdirmək üçün tibb təhsili üçün Türkiyəyə gedən Həyat təhsil ala bilmir amma bunu anasından gizlədir. Təhsil müddətində Türkiyədə yaşayır və ordakı özəl klinikaların birində xadimə kimi çalışır. Bütün tibbi bilgiləri də məhz burda alır. Təhsil müddəti bitdikdən sonra Azərbaycana, kəndlərinə qayıdır. Hər kəs onu həkim olduğu üçün təbrik edir. Həyat da təhsil almadığı deməyə utanır və həkimlik fəaliyyətinə başlayır.
NEC
NEC (tələffüzü «En-i-si», yap. 日本電気株式会社, Nippon benki kabunsiki zaysya, ing. Nippon Electric Corporation) — kompüter texnikası, telekommunikasiya avadanlığı istehsal edən Yaponiya telekommunikasiya şirkətləri. Mənzil-qərargahı Tokioda yerləşir. Bu şirkət 2022-ci ildə "Fortune Global 500" siyahısında 432-ci yeri tutmuşdur. NEC "Sumitomo Group"un üzvüdür. == Tarixi == Şirkət 1899-cu ildə Tokioda açılmışdır. Fəaliyyətinin ilk illərində NEC telefon avadanlıqlarının istehsalı ilə məşğul olmuşdur, lakin 1920-ci ildən başlayaraq, şirkət praktiki olaraq kommunikasiya sahəsinin bütün istiqamətlərində fəaliyyət göstərmişdir. Şirkət NEC-in mobil telefon bölməsi ilə "Casio" və "Hitachi" tərəfindən 1 aprel 2004-cü ildə yaradılmış "Casio Hitachi Mobile Communications" müəssisəsinin birləşməsi nəticəsində "NEC Casio Mobile Communications" adı altında yaradılmışdır. Daxili bazarda azalan səhmləri gördükdən sonra "NEC Casio" 2013-cü ilin iyul ayında smartfon istehsalı biznesindən çıxdığını elan etmişdir.
Cecə
Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki. Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər. Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.
Gecə
Gecə— göy cisimlərinin (planetlər, onun peyki və s.) səthində olan müəyyən nöqtə üçün mərkəzi ulduzun (Günəş, ulduz) üfüqünün az olduğu müddət. Müəyyən nöqtə üçün "gecə müddətinin" uzunluğu onun coğrafi enliyindən asılıdır. Göy cisimlərinin gündüz və gecə tərəfləri terminatorla bölünür. Planetlərin qütb dairələrindən yuxarı enliklərində gecənin uzunluğu çox olur. Qütb gecəsi qütb dairəsinin enliyində bir günə qədər, qütblərdə isə yarım ilə qədər davam edir.
1001 gecə
Min bir gecə (fars. هزار و يك شب‎ hezār o yek šab; ərəb. كتاب ألف ليلة وليلة‎ kitāb 'alf layla wa layla) — Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusu. Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq bu nağıllar toplusunun bizim eranın 800–900-cü illərinə aid olduğu söylənilir. Nağıllar bir qayda olaraq Şəhrizadə tərəfindən əri və şahı Şəhriyara min bir gecəlik zaman müddətində nəql edilir. Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını da etibarsız elan edir. O qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizadəyə çatır. Ağıllı Şəhrizadə şahının niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir.
Büllur gecə
Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi (alm. Kristallnacht‎) — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir. Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi. Talanlara səbəb Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur. == Tarixi == Ümumalmaniya əhalisinin siyahıya alınmasına görə 1933-cü il iyulun 16-sı tarixinə qədər Almaniyada 503,900 yəhudi yaşayırdı. Onlardan da təxminən 70%-i şəhərlərdə yaşayırdı.
Gecə fotoqrafiyası
Gecə fotoqrafiyası — Gecə qaranlığı və sübh arasında açıq havada şəkil çəkmə. Gecə fotoqrafları süni işıqlandırma və uzun əziyyət çəkib, arzuolunmaz şəkil çəkmək üçün kifayət qədər vaxt verirlər. Yüksək sürətli filmlərin, yüksək həssaslıqlı rəqəmsal sensorların, geniş diapazonlu lenslərin və şəhər işıqlarının gücünü artırmaqla, mövcud işıqdan istifadə edərək gecə fotoqrafiyasını daha da mümkün etmək olar. == Tarixi == Erkən fotoqrafik vaxtların çox uzun olması, insanların çox erkən vaxtlarda şəkil çəkməsi mənasına uyğun gəlmirdi. Mexanik izləmə qurğusunun inkişafı, teleskoplara qoşulmuş kameraların nəticəsində, göydələn obyektlərinin müvəffəqiyyətli görünüşləri çəkilirdi. Astronomiya fotoqrafiyasında ilk bilinən cəhd 1839-cu ildə Ayın surətini çəkməyə cəhd edənin adını daşıyır olan daquerotip prosesinin ixtiraçısı Lui Dager idi. Uzun müddət ərzində teleskopun rəhbərliyindəki səhvləri izləyən fotoşəkil, qeyri-müəyyən bir ləkə kimi çıxdı. Con Uilyam Dreper, 1 il sonra, 23 mart, 1840-cı ildə, 5-inç istifadə edərək Ayın ilk uğurlu şəklini çəkmişdir. 19-cu əsrin ikinci yarısında küçə işıqlandırmasının artan istifadəsi, dövrün avadanlıqlarının uzun müddətə təsir göstərməsinə baxmayaraq, gecə vaxtı şəkil çəkmək mümkün oldu. Aydınlaşmadakı inkişaf, xüsusən elektrik enerjisindən istifadə edərək inkişaflar, məruz qalma müddətlərinin qısaldılması ilə üst-üstə düşdü.
Eratosfen ələyi
Eratosfen ələyi(sieve of Eratosthenes,решето Эратосфена,Eratosthenes eleği)-sadə ədədlərin (təkcə 1-ə və özünə qalıqsız bölünən ədədlərin) axtarışı üsulu. Qədim Yunanıstanda işlənmiş Eratosfen ələyindən kompüterin, yaxud proqramlaşdırma dilinin işləmə sürətini müəyyənləşdirəndə etalon testi kimi istifadə olunur. Bu üsul yoxetmə prosesinə əsaslanır. 2-dən başlamaqla və ədədi öz mövqeyində saxlamaqla proses aşağıdakı kimi gedir: 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 2-dən başlayaraq bütün cüt ədədlər (2-nin misilləri) yox edilir: 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 3-dən başlayaraq 3-ün misli olan bütün ədədlər yox edilir: 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Proses verilmiş ədədlər sırasında ən böyük ədədin kvadrat kökündən böyük olan ədədədək davam etdirilir. Bu halda növbəti ədəd olan 5 sıranın ən böyük ədədi olan 20’nin kvadrat kökündən böyükdür, deməli, proses dayandırılmalıdır. Yerdə qalan bütün yox edilməmiş ədədlər sadədir: 2, 3, 5, 7, 11, 13,17 və 19. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 770 s.
Səhər, günorta və gecə
Səhər, günorta və gecə (ing. Morning, Noon And Night) — Sidni Şeldonun 1995-ci ildə yazdığı romandır.
Gecə (albom)
== Albom haqqında == Bu Zülfiyyə Xanbabayevanın ilk studiya albomudur. Albom mediaya 2000-ci ildə təqdim olunub. Həmin il Azərbaycanda ən çox satılan albomlardan biri olub.
Gecə Canavarları
Gecə Canavarları (rus. Ночные Волки) — SSRİ-də yaradılmış ilk rəsmi bayker klubu. == Tarixi == 31 may 1989-cu ildə Moskvada yaradılmışdır. 1992-ci ildən beynəlxalq bayker hərəkatının üzvüdür. == Fəaliyyəti == Motoklubun çox saylı regional bölgələri fəaliyyət göstərir və 5 minə yaxın üzvü var. Rusiya prezidenti Vladimir Putin dəfələrlə klubun üzvləri ilə görüşüb.
Gecə göyqurşağı
Gecə göy qurşağı (bəzən Ay göy qurşağı) — ayın düşən işığı sayəsində meydana gələn göy qurşağı. Günəşin təsiri ilə meydana gələn göy qurşağından yalnız parlaqlığının azlığına görə fərqlənir. Günəş göy qurşağında olduğu kimi onunda radiusu (42°) eynidir və hər zaman göyün Ayın yerləşdiyi əks tərəfində olur. Gecə göy qurşağında rəngləri seçmək mümkün deyil. Üstəlik gecə görmə rəng alqısını təmin etmək iqtidarında deyil. Nəticədə adətən ancaq ağ rəngdə görünür. Ancaq çəkiliş zamanı rəngləri görmək olur. Ayın özü ətrafında görünən rəng fonu göy qurşağı sayılmaz. Şüaların suyun düşməsi, bulud və ya dumandakı buz kristallarının difraksiyonlarının fenomenidir. Bunlar gecə göyqurşağı sayılmır.
Gecə gözətçisi
"Gecə gözətçisi" — (nid. Nachtwacht) — Rembrandtın 1642-ci ildə çəkdiyi " Kapitan Frans Banniq Kokun və leytenant Villem van Röytenbürqün atıcı rotasının hücumu" adlı rəsm əsəri. Əsər holland rəssamlığının qızıl dövrünə aid edilir. 1642-ci ildə Rembrand Atıcılar cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellərin bilavasitə hərəkətli təsvir olunması sifarişçilərin bəyənməməsi üzündən imtina edilir. Tabloda personajların çoxluğu, kütləvilik Niderland inqilabı təsuratları yaratması sifarişçiləri qorxuya salmış olur. İllər ötdükcə şəkildəki lak o qədər qaralmış və his bağlamışdır ki, şəkildəki hadisənin gecə vaxtı baş verməsi təəssüratını oyadır. 1947-ci ildə əsər bərpa edildikdən sonra məlum olmuşdur ki, əsərdə günəşli gün təsvir edilir, lakin "Gecə gözətçiləri" adı dünya incəsənət tarixində möhkəm yer tutmuşdur.
Gecə kafesi
Gecə kafesi — məşhur holland rəssam Vinsent van Qoqun 1888-ci ildə Arlda çəkdiyi rəsm əsəri. Adı aşağı sağ küncdə, rəssamın imzasının düz altında qeyd olunan Gecə kafesi hal-hazırda Yel Universitetinin İncəsənət Qalereyasında saxlanılır.
Gecə klubu
Gecə klubu — hamının üzünə açıq olan musiqili, içkili musiqi məkanı və əyləncə məkanı, insanların əylənmək məqsədi ilə getdikləri, musiqi sədaları altında rəqs edilən, spirtli içkilər qəbul edilən və ümumiyyətlə gecədən səhərə qədər açıq qalan musiqi məkanlarıdırlar. Gecə klubu adətən rəqs meydançası, lazer işıq şousu və disk jokey (DJ) üçün səhnədən ibarət əyləncə məkanıdır. “Gecə klubu”nun adı zamanla dəyişikliklərə məruz qalmışdır. Əvvəlcə disko və ya diskoteka adlandırılan bu yerlər hal-hazırda gecə klubları və ya sadəcə olaraq klub adlandırılırlar. Gecə klubu işlətmək istəyən, bu sahədə fəaliyyət göstərmək istəyən, tütün məmulatlarının, alkoqollu içkilərin və spirtli içkilərin satışı ilə məşğul olmaq istəyən şəxslər və təşkilatlar müəssisənin yerləşdiyi yerin mərkəzi rəhbərliyindən icazə şəhadətnaməsi almalı və lazımi auditorlar tərəfindən biznesin yoxlanılmasına və bu sahədə fəaliyyət göstərmək üçün icazə alınmasına hüquqi baxımdan əsas verən hüquqi sənədlər əldə etməlidirlər. Bu qanunun tətbiq olunduğu ölkələrdən biri olan Türkiyədə də TAPDK-nın icazəsi olmadan alkoqol və tütün məmulatlarının satıldığı yerlərə fəaliyyət göstərmək hüququ verilmir. İlk gecə klubları 1840-1850-ci illərdə Nyu Yorkda yaradılmışdır. Onlar canlı musiqi, rəqs və vodevil çıxışları ilə milli şöhrətə malik idilər.
Gecə kərtənkələləri
Gecə kərtənkələləri (lat. Xantusiidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Gecə kərtənkələsi
Gecə kərtənkələsi (lat. Xantusia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gecə kərtənkələləri fəsiləsinə aid heyvan cinsi.
Gecə lampası
Gecə lampası — qaranlıq otaqların və ya bəzən qaranlıq olan otaqların (məsələn, gecə) işıqlandırılması üçün istifadə olunan kiçik dekorativ çıraq. Gecə lampası otaqda oriyentasiyanı yüngülləşdirir, zədələrdən qoruyuraq; eyni zamanda, o, otaqda yatmış insanları narahat etmək üçün kifayət qədər parlaq deyil.
Gecə meymunları
Gecə meymunları (lat. Aotidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin quruburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Gecə namazı
Gecə namazı - Gecə yarısından sübh azanı arasında qılınan 11 rəkətlik namaz. == Qılınma qaydası == 1) 4 ədəd 2 rəkətli namaz qılınır (sübh namazı kimi ). Hər birində birinci rəkətdə həmd və ixlas surələri, ikinci rəkətdə isə həmd və kafirun surələri oxunur. 2) 2 rəkət şəf namazı qılınır. Bu namaz da sübh namazı kimi qılınır, amma birinci rəkətdə həmd və nas, ikinci rəkətdə isə həmd və fələq surələri oxunur. 3) Vitr namazı.
Gecə qurdları
Gecə Canavarları (rus. Ночные Волки) — SSRİ-də yaradılmış ilk rəsmi bayker klubu. == Tarixi == 31 may 1989-cu ildə Moskvada yaradılmışdır. 1992-ci ildən beynəlxalq bayker hərəkatının üzvüdür. == Fəaliyyəti == Motoklubun çox saylı regional bölgələri fəaliyyət göstərir və 5 minə yaxın üzvü var. Rusiya prezidenti Vladimir Putin dəfələrlə klubun üzvləri ilə görüşüb.
Gecə qırıcısı
Gecə qırıcısı, gecə və ya pis hava şəraiti zamanında istifadə edilə biləcək şəkildə yaradılmış qırıcı təyyarə növüdür. Gecə qırıcı təyyarələrindən Birinci dünya müharibəsi dövründən başlayaraq istifadə edilməyə başlanılmış və xüsusi ilə gecələr hərbi əməliyyatlar aparmaq üçün yaradılmış növləri özündə birləşdirmişdir.
Gecə yazısı
Gecə yazısı — Qaranlıq mühitdə qarşılıqlı yazılı ünsiyyəti təmin edən relyefli şrift. Gecə yazısı Napoleon Bonapart dövründə xidmət etmiş fransız əsgərlərinin qaranlıq şəraitdə pıçıldaşmadan, işıq yandırmadan bir toxunuşa məlumatları bir-birlərinə ötürə bilmələri üçün Carls Barbier tərəfindən yaradılmışdır. Gecə yazısının gözdən əlil şəxslər üçün yaradılmış forması isə 1821-ci ildə Luis Brayl tərəfindən tərtib edilmişdir. Həmin yazı forması yaradıcısının adına uyğun olaraq Brayl əlifbası adlandırılmışdır.
Gecə əsnasında
== Filmin məzmunu == Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.
Kristal Gecə
Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi (alm. Kristallnacht‎) — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir. Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi. Talanlara səbəb Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur. == Tarixi == Ümumalmaniya əhalisinin siyahıya alınmasına görə 1933-cü il iyulun 16-sı tarixinə qədər Almaniyada 503,900 yəhudi yaşayırdı. Onlardan da təxminən 70%-i şəhərlərdə yaşayırdı.
Bəyim
Bəyim — Qərbi, Mərkəzi və Cənubi Asiyada, o cümlədən Azərbaycanda bəy arvadına və ümumiyyətlə, kübar ailələrdə qadınlara müraciət forması. Bu, türk dillərində "ən yüksək məmur" mənasını verən bəy titulunun qadın qarşılığıdır. Bəy qızına da aid edilir aiddir. Bəyzadə forması da mövcuddur. Hal-hazırda qadın adı kimi istifadə edilir.
Günaydın, mələyim! (film, 2008)
== Məzmun == Filmin əsas ideyası Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs olunmasıdır. Çox psixoloji bir süjet üzərində qurulan film şəxsi insanların taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş edilən mənəvi dəyərlərin insan həyatındakı rolu qabardılır. Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır. Filmdə Mədinənin təkbaşına çırpınaraq yaşadığı keşməkeşli həyatdan, tənhalıq içərisində keçirdiyi iztirablardan, ədalətsizliklərdən bəhs olunur. Gənc qadın keçdiyi çətin yolda üzüağ çıxmağa çalışır və sonda tutunmağa, yaşamağa ümid yeri tapır. == Film haqqında == Film aktrisa Bəsti Cəfərovanın böyük kinoda ilk böyük işidir. Film istehsalata 2006-cı ilin sonlarında buraxılmışdır.
Elbəyi Sadiq
Elbəyi Maqsudov — == Həyatı == Elbəyi Sadıq oğlu Maqsudov 16 fevral 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Gərməçataq kəndində anadan olmuşdur. 1980-ci ildə filologiya fakültəsini bitirmişdir. 25 il orta ümumtəhsil məktəblərində-Gərməçataq kənd orta məktəbində,Naxçıvan şəhərindəki "Xanım qızlar" , "Türk oğlanlar" liseylərində və 3 saylı rus məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1986-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) aspiranturasına qəbul olmuş, 1992-ci ildə "Azərbaycan dili dərslərində fənlərarası əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və səmərəli yolları" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 2000-ci ildə dosent, 2008-ci ildə isə "Azərbaycan və türk dilinin müqayisəli tədrisinin tələbələrin linqvistik təfəkkürünün inkişaf etdirilməsinə təsiri" mözusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. "Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri","XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər","Azərbaycanca -türkcə,türkcə-azərbaycanca qarşılıqlı dilçilik terminləri lüğəti", "Dillərarası əlaqə təliminin metodikası","Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr","Ürək bir dünyadır","Sözlər də insan kimidir","Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar","Poetik türkəçarələr","Təmsillər","Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri"və s.elmi-metodiki,bədii əsərlərin müəllifidir. Bakı, Naxçıvan, Səmərqənd, Moskva, Ankara,İstanbul,Konya,Trabzon,Mersin, İslamabad,Maku,Təbriz və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda və qurultaylarda çıxışlar etmişdir. 1994-2004-cü illərdə NDU-nun Elmi Şurasının katıbı vəzifəsində işləmiş,2004-cü ildən isə Naxçıvan Dövlət Universitetinin "Fənlərin tədrisi metodikası" kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.
Neyləyim? (mahnı)
"Neyləyim?" və ya bir çox mənbələrdə yanlışlıqla "Ala gözlüm" kimi məşhur olan mahnı. Mahnının yaranış tarixi ilə bağlı müxtəlif versiyalar olsa da, bəzi tarixi faktlar var. Mahnı ilk baxışdan bir kişinin dilindən bir xanıma ithaf olunması təəssüratı yaratsa da, Nigar Rəfibəyli bu mahnının mətnini həyat yoldaşı Rəsul Rzaya həsr edib. Mahnıda xitab olunan "ala gözlüm" də məhz Rəsul Rzadır. == Yaranma tarixi == Mahnının mətni məşhur Azərbaycan şairi Nigar Rəfibəylinin, həyat yoldaşı məşhur Azərbaycan şairi Rəsul Rzaya həsr etdiyi şeirdir. 1941-ci ilin axırlarında Rəsul Rza bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir və Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır. Cəbhə qəzeti olan "Döyüşən Krım"da işləməyə başlayır. Nigar Rəfibəyli isə Rəsul Rzanın yolunu gözlədiyi vaxtda bu şeiri qələmə alır. Şeir ilk dəfə 1950-ci ildə "Azərbaycan jurnalı"nda çap edilir. Kitabxanalarda kitab oxuyarkən marağına səbəb olan şeirləri öz dəftərçəsinə qeyd edən gənc bəstəkar Emin Sabitoğlu "Neyləyim?" şeirini də öz siyahısına əlavə edir.
Nisrin Elsaim
Nisrin Elsaim (ərəb. نسرين الصائم‎) — Sudanlı gənc ətraf mühit fəalı və iqlim dəyişikliyi ilə bağlı danışıqların üzvü. O, Pan Afrika İqlim Ədalət Alyansı tərəfindən namizəd göstərildikdən sonra İqlim Dəyişikliyi üzrə BMT Gənclər Məsləhət Qrupunun üzvlüyünə daxil edilir. Elsaim İqlim Dəyişikliyinə Qarşı Sudan Gənclərinin prezidentidir. 2019-cu ildə o, həmçinin Gənclər İqlim Sammitini təşkil etmişdir. Elsaim Xartum Universitetində fizika və bərpa olunan enerji üzrə dərəcə almışdır. 2012-ci ildən o, iqlim dəyişikliyinə qarşı çıxış edərək gənclərin iqlim fəaliyyətində fəal iştirak edir.
Aləmşah bəyim
Aləmşah bəyim (1460, Diyarbəkir – 1522, اردبیل və ya Səfəvilər, Ərdəbil, Səfəvi imperiyası) — Ağqoyunlu şahzadəsi, Uzun Həsənin və Dəspinə xatunun qızı, Şeyx Heydərin arvadı və Şah İsmayıl ilə Şeyx Sultan Əlinin anası. == Adı == Aləmşah bəyimin əsl adı barədə müxtəlif fikirlər mövcuddur. Həlimə bəyim ağa, Aləmşah bəyim. Xristian müəlliflər bəzən onu Marta da adlandırır. == Həyatı == Aləmşah Bəyim Ağqoyunlu hökmdarı Uzun Həsən ilə onun arvadı, Trabzon imperatoru IV Conun qızı Teodora Megale Komnenenin (Ağqoyunlu sarayında Dəspinə Xatun olaraq bilinmişdir) ailəsində dünyaya gəlmişdir. Həyatının ilk illərinə aid dürüst məlumat yoxdur. 1471-ci ildə bibisi Xədicə Xatunun oğlu və Səfəvi sülaləsindən olan Şeyx Heydər ilə evlənmişdir. Onların bu evlilikdən 3 oğlu - Əli Mirzə Səfəvi, İbrahim və İsmayıl, 4 qızı dünyaya gəlmişdir. === Ağqoyunlular tərəfindən təzyiqlər === Aləmşah Bəyimin əri Şeyx Heydər Səfəvi təriqətinin rəhbəri kimi üç dəfə Şimali Qafqazdakı xristianların üzərinə yürüş həyata keçirmişdir. Belə yürüşlərdən sonuncusu 1488-ci ildə baş verdi.
Gövhərşad bəyim
Gövhərşad bəyim bint Qiyasəddin Tarxan Kişlık (fars گوهرشاد‎ — Gowhar š ād, (doğ.1379 - öl. 1457) — Şahrux mirzə ibn Əmir Teymur Barlasın xanımı, siyasətçi. == Həyatı == Gövhərşad bəyim Qaraqoyunlu hökmdarı Qara Yusifin bacısıdır. Herat hakimi Şahrux mirzə ibn Əmir Teymur Barlasla ailə qurmuşdu. Onun oğulları arasında ikisi daha məşhurdur. Biri riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı Uluqbəy, digəri Baysunqur mirzədir. O, Teymurlu dövlət adamı və xəttatıdır. Ədəbiyyatın və rəssamlığın qoruyucusu olaraq tanınmışdır. Gövhərşad bəyim 1457-ci ildə Əbu Səid mirzə tərəfindən öldürülmüşdü. İntiqamı alındı.
Gülbədən bəyim
Gülbədən bəyim (təq. 1523, Kabil – 7 fevral 1603, Aqra) — Baburun üç qızından biri, tarixçi, "Hümayunnamə"nin müəllifi.
Nisə Bəyim
Nisə Bəyim (azərb. Rəhimova Nisəbəyim İsmayıl qızı‎; 6 mart 1955, Sabirabad, Azərbaycan SSR) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). == Həyatı == Rəhimova Nisəbəyim İsmayıl qızı 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir. 1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2020-ci ilin noyabr ayının 26-da vəfat etmişdir. == Yaradıcılığı == Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunur.
Qəndəhari Bəyim
Qəndəhari Bəyim, Qəndəhari Bəyüm və ya Qəndəhari Mahal (Urduca:قندهاری‌ بیگم‌; mənası "Qəndəharlı Bəyim"; 1593, Qəndəhar, Qəndəhar vilayəti – Aqra) — Səfəvi sülaləsinə mənsub şahzadə, Böyük Moğol imperatoru Şah Cahanın ilk arvadı və onun ilk övladı olan Şahzadə Parhez Banu Bəyimin anası. == Həyatının erkən dövrü == Qəndəhari Bəyim dövrünün ən böyük imperiya sülalərindən biri olan Səfəvi sülaləsinin üzvü kimi dünyaya gəlmişdir. O, Sultan Müzəffər Hüseyn Mirzə Səfəvinin qızı idi. Səfəvi sülaləsinə mənsub olan Sultan Müzəffər Hüseyn Mirzə Səfəvi sülaləsindən ilk şah olan I İsmayılın oğlu Bəhram Mirzənin oğlu Sultan Hüseyn Mirzənin oğlu idi. Beləliklə, Qəndəhari Bəyim əri ilə savaşmış və Qəndəharı onlardan almış həm I Abbasın, həm də II Abbasın qohumu olmaqla bərabər, həm də onlarla eyni şahlıq sülaləsinə mənsub idi. Qəndəhari Bəyimin atası Müzəffər Mirzənin Səfəvi hakim dairələri ilə müəyyən problemləri var idi və Qəndəhara edilən özbək hücumları altında o, moğollara təslim olmaq qərarına gəldi. Uzun müddətdir Qəndəharı ələ keçirmək üçün uyğun zamanı gözləyən Əkbər şah dərhal Banqaş hakimi Şah bəy Xan Arqunu Qəndəharı təhvil almağa göndərdi. Son anda Müzəffər Mirzə fikrindən daşınıb, hiyləgərliyə əl almat istəsə də, Şah bəyin qəti və ağıllı addımları sayəsində şəhəri təhvil verməyə məcbur oldu. Bu zaman ardıq doğulmuş olan Qəndəhari Bəyim Qəndəharı tərk edərək atası ilə birlikdə Hindistana getməyə məcbur oldu. Onunla birlikdə Bəhram Mirzə, Heydər Mirzə, Əlqas Mirzə və Təhmasib Mirzə adlı qardaşları ilə birlikdə, minə qədər qızılbaş da Hindistana gəldi.
Sorğağtani bəyim
Sörköktəni Bəgi (Sorxaxtani bəki və ya Sorkuktani bəki; ən geci 1192, Böyük Monqol imperiyası – 1252) — Kereitlərin xanı Toğrul xanın qardaşı qızı, Çingiz xanın oğlu Toluy xanın baş hərəmi. == Həyatı == Sörköktəni Bəgi xanım Nəsturi xristian inancına sahib bir Türk kökənli bir tayfa olan Kereit öndəri Toğrul (Ong) xanın qardaşı qızıdır. O, Monqol imperiyasının ən güclü olduğu bir dönəmdə zamanının ən təsirli qadınlarından biri olmağı bacarmışdır.Çingiz xanın ən kiçik oğlu olan Toluy xan ilə 1203-cü ildə hələ 5 yaşındaykən evləndirildi. Çingiz xanın nəvələri içində Monqol imperiyası tarixində bilxassə öz oğulları olan, Möngkə xan, Kubilay xan, Arık Bökə və Elxanlılar dövlətinin qurucusu olan Hülaku xanın ön planda olan şəxsiyətlər olması münasibətiylə ona da Monqol tarixində xatiri sayılır bir yer verilmiş və imperiyanın ən önəmli qadını mövqeiyinə yüksəlməyi bacarmışdır. Sörköktəni bəgi bilxassə imperatoriçəliyi dönəmində ticari və mədəni fəaliyətlərin sorumluluğunu üstlənmişdir. Bu fəaliyətləri səbəbiylə Dünya tarixinin ən təsirli qadınları arasında yer almışdır. Sörköktəni bəgi Monqollaşmış bir Türk tayfası olan Kerayitlərin 1203-cü ildə yenə Nəsturi xıristian inanca sahib Türk kökənli ulusu olan naymanlar tərəfindən öldürülən lideri Toğrulun (Ong və ya Van xan) ən kiçik qardaşı olan Cakha Qambunun qızı olaraq 1198-ci il tarixində dünyaya gəlmişdi. Monqolların gizli tarixinə görə (Çingiz xanın 1227-ci il vəfatından sonra Uyğur əlyazmasının Monqolcaya uyğulanması ilə yazılmağa başlanan Monqol xanədanının tarixi) 1203-cü ildə Toğrul xan Temüçinə görə daha güclü bir liderdi (bu iddianı dəstəkləyən bir başqa yazını da Monqol tarixçisi Harold Lambin Kerayit öndəri Toğrul ilə Müqəddəs Roma-German imperatoru I Fredik Barbarosun arasında ki, yazışmaların İtalyan səyyah və tüccar Marko Polo tərəfindən qələmə alındığını təsbit etmiş olmasıdır.) Temüçin iki tayfanı bir-birinə yaxınlaşdırmaq üçün ən böyük oğlu Cuçinin Toğrul xanın qızlarından və ya nəvələrindən birisi ilə evləndirilməsi taləbində olmuşdur. Bununla birliktə Temüçinin bu izdivacla daha da güclənəcəğini öngörən Toğrul xan bu təklifi əvvəlcə rədd etmişdir. Ancaq nəhayətində Temüçinin dəstəyindən də məhrum olan Toğrul xan, naymanlarla girişdiyi mübarizədə tək başına hərəkət etdiyindən məğlub olur və ortadan qaldırılır.
Sultanum Bəyim
Sultanım Bəyim və ya Qədəmli Sultan Xanım (1516 – 1593, Qəzvin) — ikinci Səfəvi hökmdarı olan Şah Təhmasibin birinci arvadı və Şahbanusu. O, Şah Təhmasibin varisi olan II Şah İsmayılın, 1578-ci ildən 1587-ci ilə qədər hökmranlıq edən Şah Məhəmməd Xudabəndənin və Gövhər Sultanın anasıdır. == Həyatı == Sultanım Bəyimin atası Ağqoyunlulardan olan İsa bəy Mosullu idi. Şah Təhmasibin anası Taclı Bəyim kimi Sultanım Bəyim də Mosullu tayfasına aid idi və öz ərinin qohumu idi. Azərbaycan bəylərbəyiliyinin bəylərbəyisi olan Musa Sultan Mosullu onun qardaşı idi. Təhmasiblə Şah I İsmayılın hakimiyyətinin son illərində evləndiyi düşünülür. Bu evlilikdən sonra o yeni şahın əsas arvadı oldu və iki oğul dünyaya gətirdi. Bu dövrdə Təhmasibin azyaşlı olmasına görə taxt-tac üzərində Şamlı-Ustaclı naibliyi mövcud idi. Bu naiblik müddətinin əvvəllərində, yəni ərinin hələ 18 yaşı olarkən ilk oğlanları olan Məhəmməd Xudabəndə dünyaya gəldi. 1537-ci ildə isə İsmayıl Mirzə doğuldu.
Taclı Bəyim
Taclı Bəyim və ya Şahbigə Sultan (1485, Mosul – 1540, Şiraz) — Şah İsmayıl Səfəvinin həyat yoldaşı, Səfəvi dövlətinin Şahbanusu, Naibəyi-Səfəviyyədir.[mənbə göstərin] == Həyatı == Taclı bəyim ağqoyunluların əsas gücünü təşkil edən mosullu tayfasına mənsubdur, onun əsl adı Şahbigə olmuşdur. Əksər mənbələrdə onun haqqında "Bigə xanım","Bigə bəyim" "Şah sultan" deyə bəhs edilir. Taclı ona Şah İsmayılla izdivacdan sonra böyük hökmdarın verdiyi ad idi. Saray içində və yazışmalarda ona "Taclı sultan" deyə müraciət edilirdi Salnaməçilərin qeyd etdiyinə görə, Taclı Sultan Şah İsmayılla evlənərkən cəmi 14–15 yaşında idi. Şah İsmayıl Xətainin dövləti ilə bağlı verdiyi qərarlarda onun təsiri böyük idi. Mötəbər mənbələrə görə, Taclı Bəyim mosullu tayfasından Həmzə Bəy Bektaşlının oğlu Mihmad Bəyin qızı idi. Səfəvi tarixçisi Budaq Münşi Qəzvini qeyd edirdi ki,Şah İsmayılın Herata əmir təyin etdiyi Əmir xan Mosullu Baburla gizli əlaqəyə girdiyi üçün dövrünün ən nüfuzlu ,böyük din alimlərindən hesab olunan Məhəmməd Miryusifi mərkəzlə məsləhətləşməmiş edam etdirdiyi üçün Şah İsmayılın qəzəbinə tuş gəlmişdir. Lakin Taclı bəyimin səyi nəticəsində hökmdar onun canını bağışlamışdır. Bir çoxları bunu Əmir xan Mosullu ilə Taclı bəyimin qohumluq bağlarının olması ilə əlaqələndirsələr də bunun heç bir məntiqi əsası yoxdur. Çünki, eyni jestdən Ustaclı tayfasından olan Cahanşah da yararlanmışdı.
Xeyrünnisa Bəyim
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. == Həyatı == Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla ( I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Xeyrənnisə bəyim
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. == Həyatı == Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla ( I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Yaxan Bəyim
Yaxan Bəyim — Biyəpiş (və ya Gilan) vilayətini idarə edən Kərkiyə sülaləsindən olan şahzadə. O, sonuncu Kərkiyə hökmdarı Xan Əhməd xanla (1538–1592) Səfəvi şahzadəsi Məryəm Bəyimin evliliyindən dünyaya gəlmişdi. I Təhmasibin qızı olan Məryəm Bəyim Xan Əhməd xanla evlənmiş və 1608-ci ildə vəfat etmişdir. Məryəm Bəyim vasitəsiylə Yaxan Bəyim Səfəvi ailəsinin üzvü də hesab edilirdi. O, 1591-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın ən böyük oğlan şahzadəsi olan Məhəmməd Bağır Mirzə ilə nişanlansa da, bu evlilik baş tutmamışdır. Bu evliliyə onun atası Xan Əhməd xan qızının yaşına görə qarşı çıxırdı. Bu və iqtisadi səbəblərə görə 1591-ci ildə Səfəvi ordusu onun üzərinə yürüşə çıxdı. Hakimiyyətini itirən Xan Əhməd xan isə Osmanlı imperiyasına qaçdı və elə orada da 1596-cı ildə vəfat etdi. Lakin qızının Səfəvi şahzadəsi ilə olan evlilik planlaması da baş tutmadı və I Abbasla evləndirilməsinə qərar verildi. Elə bir müddət sonra Məhəmməd Bağır Mirzənin atası tərəfindən saraydakı bir neçə çərkəzlə şübhəli məsələləri qatıldığına görə edam edildi.
Zeynəb Bəyim
Zeynəb Bəyim (az-əbcəd. زئینب بییم‎; fars. زینب بیگم‎; XVI əsr, Qəzvin – 31 may 1640, Qəzvin) — Səfəvi şahı I Təhmasibin (1524–1576-cı illərdə hakimiyyətdə olmuşdur) dördüncü qızı. O, Səfəvi dövrünün ən nüfuzlu və güclü şahzadələrindən biri hesab olunur. Zeynəb Bəyim ardıcıl beş Səfəvi monarxının hakimiyyəti dövründə yaşamış, müxtəlif funksiyaları yerinə yetirmək və imperiyanın bürokratik sisteminin zirvəsində olmaqla yanaşı, həm də uzun illər saray hərəmində baş matriarx kimi fəaliyyət göstərmiş və bəzi dövrlərdə taxt-tac uğrunda münaqişələrdə mühüm rol oynamışdır. O, şah I Səfinin erkən hakimiyyəti dövründə (1629–1649-cu illərdə hakimiyyətdə olmuşdur) nüfuzunun zirvəsinə çatmışdır. Zeynəb Bəyim çoxsaylı müasir mənbələrdə "Səfəvi saray siyasətində siyasi mötədillik və müdriklik sütunu" kimi təriflənmişdir. == Erkən illəri == Zeynəb Bəyim, şah I Təhmasibin gürcü əsilli şahzadə Hurixan xanımdan olan qızıdır. Onun doğum tarixi məlum deyil. Şamlı qızılbaş tayfasının yüksək rütbəli nümayəndəsi Şahqulu bəy Zeynəb Bəyimə hələ o gənc yaşlarında ikən lələ təyin edilmişdir.
Bəhruzə bəyim
Bəhruzə bəyim — Səfəvilər dövlətinin hökmdarı Şah I İsmayılın xanımı. == Haqqında == O kəniz olaraq Səfəvilər dövlətində Şah İsmayıl Xətainin hərəminə daxil olmuş və şahın sevimlisinə çevrilmişdir. Çaldıran döyüşündən sonra Osmanlılar Təbrizi işğal etmişdilər. Bu zaman İsmayılın bütün hərəmi və xanımı Bəhruzə bəyim Sultan Səlim tərəfindən əsir götürülmüşdür. Bəhruzə bəyim İstanbulda qazı-əsgər Tacızadə Cəfər Çələbiyə verilmişdir. İsmayıl onu geri qaytarmaq üçün Səlimə dörd elçi göndərmiş, hədiyyələr təqdim etmiş və əvvəlki mübadilələrindən fərqli olaraq Səlimə təriflər söyləmişdir. Səlim Bəhruzə bəyimi geri vermək əvəzinə elçilərin burnunu kəsib əliboş geri göndərmişdir. Ümumiyyətlə, Şah İsmayıl Xətainin Bəhruzə adlı həyat yoldaşının əsir düşməsinin qaynağı osmanlı mənbəsi - "Tacüt təvarix" əsəridir. Müəllifi Xoca Sadəddin Əfəndi olan bu əsərdə belə qeyd edilirː İran tarixçilərindən Hüseyin Mir Cəfərinin apardığı tədqiqatın nəticəsində gəldiyi qənaətə görəː Hətta Şah İsmayılın həyatı barədə ətraflı məlumat verən və Namiq Musalı tərəfindən tədqiq edilən "Tarixi aləm arayi Şah İsmayıl" adlı əsərdə də yalnız Taclı bəyim haqqında məlumat var. Bəhruzə xanımın adı çəkilmir.
Səlcuqşah bəyim
Səlcuqşah bəyim və ya Məhd-i Ulya (d.- ö. 12 noyabr 1489) - Uzun Həsənin birinci həyat yoldaşı, Sultan Xəlil və Sultan Yaqubun anası, diplomat, XV əsr Ağqoyunlu tarixinin önəmli şəxslərindən biri. == Həyatı == Səlcuqşah bəyimin doğum tarixi və yeri haqqında mənbələrdə hər hansı bir məlumata rast gəlinmir. Onun adından ilk dəfə Uzun Həsənin həyat yoldaşı kimi bəhs edilmişdir. Onların izdivacı Uzun Həsənin 15 yaşı olarkən baş vermiş, ilk xanımı olduğu üçün Uzun Həsən tərəfindən digər xanımları arasında yeri fərqli olmuşdur. Səlcuqşah bəyim Uzun Həsənin əmisi Məhəmməd Mirzənin qızıdır. Woods bu evliliyin Sultan Xəlilinin anadan olmasından bir neçə il əvvəl yəni 1440-1441-ci illərdə baş tutduğunu qeyd edir. Xoca Sadəddin "Tacüt Təvarix" adlı əsərindən Səlcuqşah bəyimdən "Uzun Həsənin ən sevdiyi xanımı" kimi bəhs etmişdir. Onların Xəlil, Yusif, Yaqub və Məsih adında 4 oğlu varidi. == Siyasi fəaliyyəti == Alman tarixçi Hinz Səlcuqşah bəyimdən bəhs edərkən onun dövlət işlərində nə qədər təsirli rolunu, Uzun Həsən divanına qatılmasını, dövlətin daxili və xarici siyasətində yaxından iştirakını xüsusi vurğulayır.
Xeyrənnisa bəyim
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. == Həyatı == Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla ( I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Xədicə Bəyim
Xədicə Bəyim (tam adı: Xədicə Bəyim ibn Əli ibn Qara Yuluq Osman) — Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin bacısı, Ərdəbil hakimi Şeyx Cüneydin həyat yoldaşı. == Həyatı == Xədicə bəyim Ağqoyunlu hakimi Cəlaləddin Əli bəyin ailəsində anadan olub. Ağqoyunlu dövlətinin (1468–1503/1508) banisi Uzun Həsənin bacısıdır. O, 1456-cı ildə Ərdəbil hakimi Şeyx Cüneyd ilə ailə həyatı qurmuşdur. Uzun Həsən bu evliliyə razı olmaqla Səfəvilərin dəstəyindən faydalanmağa çalışmış və onları da öz himayəsinə almışdır. Bu nigahdan onun bir oğlu - Şeyx Heydər dünyaya gəlmişdir.
Ələyəz
Ələyəz (Dərələyəz) — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Alagöz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Böyük Camışlı.
Dilras Banu Bəyim
Dilras Banu Bəyim (d. 1622 - ö. 8 oktyabr 1657) — Səfəvi sülaləsindən olan şahzadə və Böyük Moğol imperiyasının VI imperatoru Sultan Övrəngzibin birinci və əsas arvadı, imperatriça. Ölümündən sonra "Dövrünün Rəbiyəsi" olaraq adlandırılmışdır. Dilras Banu Bəyimin ölümündən sonra əri Övrəngzib Bibi Ka Məqbərəni inşa etdirmiş və o, burada dəfn edilmişdir. Bu məqbərə görünüş və memarlıq baxımından Övrəngzibin anası Mümtaz Mahalın dəfn edildiyi məşhur Tac Mahala bənzəməkdədir. Dilras Banu Bəyim Səfəvi sülaləsinin üzvü idi və Bədiüzzaman Mirzə Səfəvinin qızı idi. Ailəsinin soyu Səfəvi sülaləsindən ilk şah olan I İsmayıla gedib çıxmaqda idi və Dilrasın atası moğol imperiyasında Qucaratın valisi olaraq xidmət edirdi. O, 1637-ci ildə daha sonralar məşhur moğol hökmdarlarından birinə çevriləcək, Övrəngzib adı ilə tanınacaq Şahzadə Muhi-id-din ilə evlənmiş vı bu evlilikdən 5 övladı olmuşdur. Onun övladlarından biri olan Məhəmməd Əzəm Şah atası Övzəngzib tərəfindən vəliəhd elan edilmiş və atasının ölümündən sonra qısamüddətli də olsa, taxta çıxmışdır.
Keyxosrov Cahan bəyim
Keyxosrov Cahan bəyim (9 iyul 1858, Bhopal, Britaniya Hindistanı – 12 may 1930, Bhopal, Britaniya Hindistanı) — İngilis idarəsindəki Hindistanda yarımüstəqil Bopal sultanlığı dövlətinin son qadın hökmdarı (1901–1926). == Həyatı == Keyxosrov Cahan bəyim 9 iyul 1861-ci il tarixində Hindistanın Bopal (Bhopal) şəhərində doğulmuşdu. Anası Bopal nəvvabəsi Sah Cahan bəyim, atası Bəxşı Baqi Məhəmməd xandır. Mövlanə Cəmaləddin əl-Vəzir və Müftü Əyyub bin Qəmərüddindən çeşidli dərslər aldı. Nənəsi İskəndər bəyimdən də dövlət idarəsiylə ilgili mövzularda bilgilər etdi. Ayrıca xətt dərsləri aldı və Farsca öyrəndi. 1875-ci ildə Əmir Əhməd Əli xan ilə evləndi. Bu evlilikdən 1876-cı ildə Məhəmməd Nəsrullah xan 1877-ci ildə Hafız Ubeydullah xan və 1894-cü ildə Məhəmməd Hamidullah xan adlarında üç oğlu oldu. Anası Şah Cahan Bəyimin 16 iyul 1901-ci ildə vəfatından sonra onun Lord Canning ilə etdiyi anlaşma gərəyincə Cahan bəyim "sultan" ünvanıyla taxta keçdi. Ancaq 1902-ci ildə əri ölüncə bir çox problemlə qarşı-qarşıya qaldı.
Qəmər bəyim Şeyda
Qəmər bəyim Şeyda (1881 Şuşa — 1933 Bakı) — azərbaycanlı şairə və dramaturq. == Həyatı == Qəmərnisə bəyim Ata xan qızı 1881-ci ildə Şuşa şəhərində Qəmərnisə adı ilə Ata xan Abraxanov və Böyük Xanım Cavanşirin ailəsində xanadan olmuşdur. İbrahimxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir. Ata xan vəfat edən zaman Qəmər bəyim hələ gənc idi. Atasının ölümündən sonra qardaşı Məhəmmədin himayəsində olmuşdur. Məhəmməd onun üçün evdə dərs verəcək müəllimlər tutmuş, onu ikinci pillə təhsil almaq üçün Şuşa Məktəbinə getməyə həvəsləndirmişdir. Yeniyetmə kimi, öz dövrünün məşhur şairəsi Natavana "Məclisi-Üns"də təqdim edilmiş, Natavan da öz növbəsində Qəmər bəyimin istedadını təsdiqləməklə birlikdə, ona Şeyda təxəllüsünü vermişdir. Qəmər bəyim Şeydanın yaradıcılığında Xurşidbanu Natəvanın güclü təsiri olmuşdur. Qəmər bəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu. Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı.
Sultan Raziyə bəyim
Sultan Raziyə bəyim (Farsca/Urduca: رضیہ سلطانہ, Hindcə: रज़िया सुल्ताना), (1205–1240), Dehli sultanlığının sultanı, (1236–1240) şairə. İlk qadın sultan == Həyatı == İspaniyadan İndoneziyaya qədər üç kontinentin ərazisində yerləşən bütün müsəlman ölkələri üçün taxta çıxan ilk qadın Dehli türk müsəlman dövlətinin sultanı Raziyə xatın olmuşdu. Bu dövlətin hökmdarı Şəmsəddin Eltutmuş (1211–1236) taxtın varisliyini bu yolla (varislik) taxta malik olmuş yeganə müsəlman qadın olan qızı Raziyə xatına vermişdi. Sultanın hakimiyyəti hədd-buluğa çatmış oğulları ola-ola qızına verməsi ilə bağlı ətrafdakıların etirazına cavab olaraq o söyləmişdi ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək səviyyəsində deyil. Raziyə isə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malik idi: cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan bir insan idi. Sultan Eltutmuşun ölümündən sonra Raziyə xatın müvəqqəti olaraq taxtan salındı. Hakimiyyətə qayıtdıqdan sonra o, birinci növbədə taxt iddiasında olan və digər qardaşını öldürmüş qardaşı ilə hesablaşdı. Raziyə xatın hamının unutmuş olduğu yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa etdi və məhkəmə işlərini öz əlinə aldı. Rəiyətinə qarşı o, daha rəhmdil idi. Onun hökmdarlığının ilk illərində tökülən sikkələrdə o, "Umdat annisvan mələkə – i zaman sultan Raziyyə binti Şəmsəddin Eltutmuş" ("Qadınların həmdəmi, dövrünün hökmdarı sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı") titulunu həkk etdirməyi əmr etmişdi.
Geyim
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həmdə ultrabənövşəyi şüalanmadan qorunma təmin edir. Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər. == Tarixi və mənşəyi == Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.
Əlçim
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Ələhi
Ələhi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Eyni adlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən qərbdə, Ordubad-Nürgüt avtombil yolunun yaxınlığında, Gilançayın sol sahilində, Qapıcıq dağının ətəyindədir. Natamam orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var. == Tarixi == Ələhi Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin yamacındadır. Tədqiqatçıların fikrincə, toponim qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır və kəndin coğrafi movqeyi ilə bağlıdır. Kəndin ərazisində eyniadlı bulaq da var.. == Əhalisi == Əhalisi 141 nəfərdir. Əhali bağçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur.
Ələvi
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. == İyerarxiya nərdivanı == Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Xəzər lələyi
Xəzər lələyi, Xəzər şeytanağacı (lat. Gleditsia caspica) — lələk cinsinə aid bitki növü. Elmi adı — Astragalus zangelanus Grossh. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"– VU A2abcde+3de. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 10–15 (20) m hündürlüyündə, 60–80 sm-ə qədər diametrində, çətiri dağınıq kürəvi və ya ovalvari ağacdır. Yarpaqları lələkvari və ya ikiqat-lələkvaridir, 15–22 sm uzunluğundadır. Çiçək salxımları yarpaqların qoltuğunda yerləşir, uzunluğu (8) 10–12 sm-dir. Kasacıq və tac lələkləri sıxılmış tükcüklüdür. Paxlaları uzunsaplaqlı, düzgün və çox zaman bir qədər oraqvari əyridir, 20–30 sm uzunluğundadır, enli, dairəvi, tünd-qəhvəyi qonurdur, demək olar ki, açılmayandır, daxildən ətlidir.
Əbləkim Qafarov
Əbləkim Səlim oğlu Qafarov (krımtat. Ablâkim Selim oğlu Ğafarov, Абляким Селим огълу Гъафаров, rus. Абляки́м Сели́мович Гафа́ров; 23 sentyabr 1907 – 5 fevral 1976, Moskva) — sovet hərbi, partiya, dövlət və təsərrüfat lideri. General-leytenant hərbi rütbəsini qazanmışdır. Evpatoriya qəzasının Çaygöz kəndində anadan olmuşdur. Milliyyətcə krım tatarlarından idi. N.K. Krupskaya adına uşaq evində böyümüşdür. 1926-cı ildə Karatöbe kəndində kənd təsərrüfatı məktəbini bitirmişdir, bundan sonra Krım MSSR-nın Evpatoriya komsomolunun katibi olmuş və partiya vəzifələrində çalışmışdır. 24 yaşında, Orjonikidzenin şəxsi istəyi ilə Saq bromzavodun direktoru təyin edildi (1931-1934). Eyni zamanda 1930-1935-ci illərdə Ümumittifaq Mühəndislik və Sənaye Akademiyasında oxuyaraq fərqlənmə diplomu qazandı.
Ədəhim Niftəliyev
Ədəhim Niftəliyev (7 sentyabr 1976-cı ildə Azərbaycanda anadan olub) — Azərbaycan milli futbol komandasında müdafiəçi kimi çıxış edən keçmiş peşəkar Azərbaycanlı futbolçudur. Niftəliyev bir müddət İran təmsilçilərindən olan Mes Kerman klubunda çıxış etmişdir.
Ələviq (Kəleybər)
Ələviq (fars. علويق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (7 ailə).
Ələviq (Vərziqan)
Ələviq (fars. علويق‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,125 nəfər yaşayır (247 ailə).
Ələyəz (Dərələyəz)
Ələyəz, Alagöz — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzində 15 km şimal-şərqdə, Alagöz çayının yanında, Alagöz çayının sağ qolu olan Yoğun su çayının sahilində yerləşir. Kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Ələyəz, Qafqazın 5 verstlik xəritəsində Alagöz, «Сборник сведений о Кавказе» toplusunda Alagöz və Alayaz (364, N° 770) formasında qeyd edilmişdir. Erməni mənbələrində Alayaz, Alagəz, Alagöz kimi qeyd edilir. Fikrimizcə, Kəndin ilkin və əsil adı «Alagöz«dür. Burada XI-XIII əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələr vardır. Kəndin adı V əsrdən xatırlanır. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir. Alagöz türk tayfası haqqında ilk məlumata Vamberinin 1863 - cü ildə türk tayfaları ilə bağlı məlumatında rast gəlinir. Etnotoponimdir.
Ələyəz dağı
Alagöz dağı — Ermənistanın ən yüksək dağıdır. Hündürlüyü 4090 metrdir. İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşən sönmüş bir stratovulkandır. == Toponim == Alagöz dağı - İrəvan xanlığı ərazisində ən böyük dağın adı. V əsrə aid ermənicə mənbələrdə yazılışı Araqadz kimidir (Favst Buzald, III, kitab, 24-cü fəsil, Moisey Xorenasi, I kitab, 12-ci fəsil). Qədim ermənicə dağın adı Qaxtik (Xaldik adının qədim erməni dilində l səsi olmadığına görə yazılışıdır, Urartuluların etnik adı olan Xaldi, Haldi adındandır) olmuşdur. Bir sıra tədqiqatçıların Alagöz adının erməni dili əsasında etimologiyası haqqında axtarışları nəticəsiz qalmışdır. Qax rayonunun Sarıbaş kəndi yaxınlığında Alagöz dağının adı ilə mənaca eynidir. Əslində bu oronim qədim türkcə olmaq etibarilə ala və kəz (gəz) hissələrindən ibarətdir. Adın birinci komponenti olan ala sözü türk dillərində geniş (böyük) mənasındadır və bu söz məsələn, Alazan (əsli Alaözən) Geniş çay çayının adında da vardır.
Ələyəz rayonu
Araqats rayonu, Alagöz rayonu[mənbə göstərin], Ələyəz rayonu[mənbə göstərin] — Ermənistanda mövcud olmuş rayon. 1937-1951-ci illərdə mövcud olmuşdur. Mərkəzi Alagöz kəndi idi. 1972-ci ildə yenidən yaradılarkən Araqats rayonu adı ilə yaradılmış, mərkəzi isə Saxkaovit kəndi olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin 15 mart 1972-ci il fərmanı ilə Abaran, Artik və Spitak rayonlarının bəzi əraziləri - kəndləri əsasında yaradılmışdır. Sahəsi 382,2 km² - dir. Rayonun adı Azərbaycan dilində Ələyəz formasında qeyd edilir. Ələyəz «Alagöz»ün fonetik formasıdır. Rayon Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir, Etnotoponimdir.
Əməyin iqtisadiyyatı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. == Əmək bazarının tənzimlənməsi == Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. == Əmək bazarının xüsusiyyəti == Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əməyin təhlükəsizliyi
Əməyin təhlükəsizliyi — hüquqi, sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyenik, müalicə və profilaktik, reabilitasiya və digər tədbirlər daxil olmaqla iş prosesində işçilərin həyatını, sağlamlığını və səmərəliliyini qorumaq üçün bir sistemdir. == Sistem elementləri == Əməyin mühafizəsi təhlükəsizlik tədbirləri, sənaye sanitariyası və ya əmək gigiyenası ilə eyni deyil, çünki onlar əməyin mühafizəsi elementləri, onun tərkib hissələridir. Beləliklə, əməyin mühafizəsi sisteminə aşağıdakı elementlər daxil edilmişdir: Sənaye sanitariyası — zərərli istehsal faktorlarının işçilərə təsirinin qarşısını alan və ya azaltan təşkilati tədbirlər sistemi və texniki vasitələr sistemi olaraq təyin edilir. İş gigiyenası — iş şəraitini və xarakterini, onların insan sağlamlığına və funksional vəziyyətinə təsirlərini öyrənən və zərərli və təhlükəli təsirlərin qarşısını almağa yönəlmiş elmi əsasları və praktik tədbirləri inkişaf etdirən profilaktik tibb kimi xarakterizə olunur. iş mühitinin amillərinin və işçilərdəki əmək prosesinin. Elektrik təhlükəsizliyi — işçinin elektrik cərəyanının, elektrik qövsünün, elektromaqnit sahəsinin və statik elektrik enerjisinin zərərli və təhlükəli təsirlərindən qorunma vəziyyəti. Yanğın təhlükəsizliyi — fərdin, cəmiyyətin əmlakının və dövlətin yanğından qorunma vəziyyəti. Sənaye təhlükəsizliyi — şəxsin və cəmiyyətin həyati mənafelərinin təhlükəli istehsal müəssisələri qəzalarından və bu qəzaların nəticələrindən qorunması vəziyyəti. Öz növbəsində əməyin mühafizəsi, elektrik təhlükəsizliyi, sənaye təhlükəsizliyi, yanğın təhlükəsizliyi ayrılmaz hissələrdir Həyat təhlükəsizliyi — bir insanın texnosfer ilə rahat və təhlükəsiz qarşılıqlı əlaqəsi haqqında elm. Əməyin mühafizəsi idarəsi — təhlükəsizliyi və zərərsiz iş şəraitini yaratmaq üçün bir sıra tapşırıqlar əsasında təhlükəsizliyi təmin etmək, xəsarət və qəzaları, peşə xəstəliklərini azaltmaq, iş şəraitini yaxşılaşdırmaq üçün işlərin təşkili.
Aşkın Olayım
Aşkın Olayım (azərb. Eşqin Olum‎) — Türkiyə müğənnisi Simgənin 2018-ci ildə çıxan Ben Bazen albomundan bir mahnı. Albomun üçüncü klipi olaraq buraxıldı. Murad Cokerin prodüserliyi ilə çəkilən klipdə müğənnini portuqaliyalı model Markos Santos müşayiət etdi. Habertürk qəzetinin köşə yazarı Oben Budak albomda iki versiyası olan mahnının Onurr versiyasında klipinin çəkilməsini "Simgənin yenisini sınamaq cəsarəti" nəticəsində baş verdiyini yazdı.
Ələyəz məbədi
Ələyəz məbədi — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonunun Ələyəz kəndinin şərqində yerləşən alban xristian məbədidir. == Haqqında == XIII yüzildə tikildiyi ehtimal olunan və planı düzbucaq şəklində olan bu günbəzli məbədin ətrafı geniş qəbiristanlıqla əhatələnmişdir. Qəbiristanlığın çox hissəsi hazırda bağ və əkin sahələrinə çevrilmişdir. Qəbirüstü sənduqə və daşların üzərindəki yazılardan onların 1301, 1318, 1325, 1342, 1345, 1349-cu illərə aid olduqları anlaşılır. Məbədin cənub tərəfində qəbiristanlıqda böyük sərdabənin divarlarının qalıqları var idi. Qədimdən Türk-Oğuz boylarının yurdu olan Ələyəz kəndinə (11 ailədə 58 nəfər) 1828–1829-cu illərdə İrandan ermənilər köçürülüb gətirilmişlər.
Əməyin istismarı
Əməyin istismarı — başqa şəxsin əməyinin nəticələrinin dəyişdirilmədən və ya dəyəri bu şəxsin iş vaxtı ərzində əməyinin yaratdığı dəyərdən az olan əmtəə (xidmət, pul) müqabilində verilməklə mənimsənilməsi. Karl Marks əməyin dəyər nəzəriyyəsinə əsaslanaraq belə qənaətə gəlirdi ki, istismar təkcə işçilərin açıq-aşkar asılılığı (quldarlıq, təhkimçilik, feodala tabelik) şəraitində mövcud deyil. İstehsalın və marketinqin bütün mərhələlərində (aldatma, zorakılıq və ya digər məcburiyyət olmadan) bütün malların tam dəyərinin ödənilməsi ilə bütün tərəflərin tamamilə könüllü hərəkətləri ilə belə muzdlu işçilərin əməyinin iqtisadi istismar mexanizmini göstərdi. Əksər qeyri-marksist iqtisadi nəzəriyyələr istismarın mövcud olmadığına və ya onun müstəsna olaraq qeyri-iqtisadi xarakter daşıdığına (zorakılıq, aldatma, asılılıq, məcburiyyət və s. əsasında) inanır. Marksizmə görə, hər hansı bir istismar forması üçün maddi ilkin şərt məhsuldar qüvvələrin inkişaf səviyyəsidir ki, bu zaman insan təkcə minimum ehtiyaclarını (zəruri məhsulu) ödəmək üçün deyil, həm də müəyyən izafi (artıq məhsul) istehsal edə bilər. muzdlu və ya məcburi işə götürülən şəxsin əməyini təşkil edən istehsal vasitələrinin sahibləri tərəfindən mənimsənilən.
Keçə
Keçə — döyülüb basmaqla (sixmaqla) hazırlanan sıx yun materialdır. Əsasən türk xalqları arasında geniş yayılıb. Keçə gözəl mədəniyyət nümunəsi olmaqla yanaşı, əvvəllər məişətdə geniş istifadə olunub: alaçıq qurmaqda, at çulu, palan düzəltməkdə çox geniş istifadə etmişdir. == Keçə sənəti Azərbaycanda == Azərbaycan xalqının mədəni tarixinə aid çoxsaylı faktlarla zəngin "Kitabi Dədə Qorqud" dastanında keçə haqqında maraqlı məqamlar yer alıb. Dastanda keçədən alaçıqların tikilməsində, çobanların yapıncı kimi keçədən istifadə etməsindən, babalarımızın atlarını keçə ilə bəzəməsindən geniş söhbət açılır. Keçə sənəti Azərbaycanda qədim zamanlardan inkişaf edib. Hörmə, tikmə, toxumadan fərqli olaraq, bu peşə basma üsulu ilə ixtisaslaşmış ustalar tərəfindən aparılırdı. Keçə hazırlamaqla məşğul olan ustalar "həllac" və ya "atıcı" adlanırdı. Azərbaycanda maldarlığın, xüsusən də qoyunçuluğun geniş yayılması keçəçiliyin təşəkkülünə zəmin yaradıb. Keçənin hazırlanmasında yun əsas material olduğu üçün burada qoyun bəslənməsi və qırxılması vacib elementdir.
Neme
Nene
Nene — bildirə bilər: == Heyvanlar == Nene — Havay adalarında quş. == Adlar == təxəllüs və idmançı adları: Olinto di Karvalo, Erminio — braziliyalı futbolçu, müdafiəçi. Olinto di Karvalo, Klaudio -braziliyalı futbolçu, yarımüdafiəçi. Migel da Silva, Anderson — braziliyalı futbolçu, hücumçu.
Nəcd
Nəcd — Ərəbistan yarımadasında qədim ərazi. == Tarixi == Nəcd vilayəti geniş Ərəbistan yarımadasının bir qismini əhatə edir. Nəcd kəlməsi lüğətdə "hündür yer" mənasındadır. Bu məntəqə başqa yerlərdən yüksəkdə olduğuna görə oranı bu adla adlandırmışlar. Nəcd vilayətinin mərkəzi şəhəri hazırkı Ərəbistan yarımadasının paytaxtı olan Riyaz şəhəridir. Bu ölkənin başqa tanınmış məntəqələrindən Qəsim şəhərinə yaxın olan Üneyzə və Bureydə məntəqələri və bir çox başqa məntəqələri vardır. Nəcd cənub tərəfdən Yəmamə və Əhqad, şərq tərəfdən İraq, Əhsa və Qətif, şimal tərəfdən Şam səhrası və nəhayət, qərb tərəfdən Hicaz məntəqəsi ilə əhatə olunmuşdur. Bu ölkənin əhalisi barəsində tarixçi Alusi yazır: Nəcd əhalisi iki qismə — şəhərdə və çöllükdə yaşayanlara bölünürdü. Şəhərlilər köçərilərə nisbətən az idilər. Nəcd əhalisinin ən çox yediyi şey çəyirtkədir.
Nəcəf
Nəcəf (ərəb. النجف‎) — İraqda Kufədən on kilometr qərb tərəfdə şəhərdir, şiələrin ziyarət yeridir. Nəcəf şəhəri dəniz səviyyəsindən 35 metr hündürlükdə yerləşir. Rəvayətə görə, Əli ibn Əbu Talib Kufə həndəvərində, bu şəhəri Fərat çayının daşqınlarından qoruyan bəndin yaxınlığında dəfn edilmişdir. Sonralar bu yerdə Nəcəf (ərəbcədir, təpə deməkdir) şəhəri meydana gəlmişdir. Əməvilər dövründə Əlinin dəfn edildiyi yer gizli saxlanılırdı, buna görə də sonralar onun dəqiq yerini müəyyənləşdirmək mümkün olmamış və bir neçə fərziyyə meydana gəlmişdir. Yalnız X əsrin birinci rübündə Həmdanilər dövründə Əlinin güman edilən məzarının yerində böyük günbəz tikilmiş və qala (Məşhəddi-Əli) ucaldılmışdır. Nəcəf şiələrin böyük fəaliyyət mərkəzidir. Şəhərdə məşhur müctəhidlərin dərs dedikləri çoxlu məktəb vardır, orada dini-siyasi ədəbiyyat geniş nəşr edilir. Nəcəf şəhəri 2012-ci il İslam mədəniyyəti paytaxtı elan edilib.
Nəmə
Nəmə — türk mifologiyasında xeyir və ya şər xüsusiyyətlərə sahib ruh, mücərrəd varlıq. Karaneme adlı bir növü çox təhlükəli olaraq görülər. Növləri aşağıdakılardır: Aru Neme: xeyir ruhu. Kara Neme: şər ruhu. == Etimologiya == (Nə / Na / Ye / Ya) kökündən törəmişdir. Monqolcada qarışdırmaq, əlavə etmək mənaları ehtiva edir. Nə, ney kimi bir varlığı sual yolu ilə işarə edən sözlərlə eyni kökdən gəlir. Qədim monqolcada Nama / Neme / nomu, qədim türk dilində cumsan / Yomsa, buryatcada Nomo, Moqur dilində nomu sözləri ilə tunquscada Nume, mançjur dilində nəm istilik, səssizlik, yüngüllük bildirir. Nime isə tunqus dilində buynuz anlayışı ilə də əlaqəlidir. Monqol Neme (Türkçe Yemə / Ceme) artma, çoxalmaq mənaları daşıyır.
Nənə
Nənə sözünün bir neçə mənası ola bilər : Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. Bəzi yerlərdə anaya deyilir. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət.
Nərcə
Nərcə - İranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,604 nəfər və 1,661 ailədən ibarət idi. Əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar, dinləri isə şiə müsəlmandırlar. == Görməli yerlər == === Nərgə təpəsi === Bu təpə Takistan bölgəsində yerləşən ən böyük tarixi təpə olaraq,uzunluğu 220 metr, eni isə 180 metrdir. === İmamzadə Zərlan türbəsi === Nərcənin içində yertutan müqəddəs bir yer.