Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarayi (Urmiya)
Qarayi (fars. قرایی‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (17 ailə).
Qəraim dili
Kəraim dili — Kəraimlərin dili, Türk dillərinin Qıpçaq dilləri qrupuna aiddir. == Ümumi məlumat == Karaim dili və ya türkcəsi danışıq dili kimi işlədilir. Yəhudi dinindən olan karaimlər Litva, Ukrayna və Polşanın bəzi şəhərlərində yaşayırlar. Ədəbi dilləri yoxdur, amma yazıları vardır. Əvvəllər ibrani, sonralar isə kiril əlifbasını işlətmişlər. Əhalinin 1989-cu ildə həyata keçirilən ümumi siyahıya alınmasına görə keçmiş SSRİ-də 2600 nəfər karaim yaşamışdır. Onların 21 %-i karaim dilini işlətmişdir. == Dialektləri == Kəraim dilinin Krım dialekti mövcuddur.
Aşıq Qərib
== Həyatı == Aşıq Qəribin həyatı haqqında dəqiq məlumat yoxdur. XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşadığı təxmin edilir. Həm Anadoludakı, həm də Azərbaycandakı yazılı qaynaqlarda adı qeyd olunur. Aşıq Qərib şeirlərini 8 və 11 hecalı yazmışdır. Şeirlərinin əksəriyyəti sevgilisi Sənəmin yolunda başına gələn macəralardan bəhs edir. Aşıq Qərib hekayəsindən belə məlum olur ki, o Təbrizli bir tacirin oğludur. Atasından sonra gənc və təcrübəsiz olduğu üçün bütün var-dövlətini əldən verir. Anasını və bacısını tək qoyaraq Tiflisə ticarətə gedir. Ona yuxuda buta verilir və o yuxudakı qızı tapır. Lakin qızın ailəsi Qəriblә evlənmək üçün küllü miqdarda mal-dövlət istəyirlər.
Balacayev Qərib
Qərib Nəsib oğlu Balacayev (25 dekabr 1997; Yuxarı Qiyaməddinli, Ağcabədi rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli, Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Balacayev Qərib Nəsib oğlu 1997-ci ilin dekabr ayının 25-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Ağdam rayonun Mərzili kəndindən məcburi köçkün olaraq Beyləqan rayonunun Təzəkənd kəndində məskunlaşıb. 2005-ci ildə həmin kənddə Milli Qəhrəman Əliheydər Məmmədov adına tam orta məktəbin 1-ci sinifinə qəbul olunub. 2 bacının tək qardaşı olan Qərib subay idi. == Hərbi xidməti == 2016-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2016-ci ilin iyul ayının 8-də hərbi xidmətə çağırılıb. Ağdam komissarlığı tərəfindən N saylı hərbi hissədə "Rabitə kəşfiyyatçısı" olaraq xidmət etmişdir. Hərbi xidməti 2018-ci ilin 8 yanvarında başa vurduqdan sonra özəl şirkətlərin birində çalışıb. Daha sonra işdən çıxaraq 2019-cu il 9 apreldə "N" saylı hərbi hissədə komandirin "Baş mexannik sürücüsü" kimi BMP idarə edib.
Qafar Qərib
Qafar Qərib 1 mart 1976-cı il; Güznüt, Naxçıvan MSSR — şair, publisist, "Nuh Yurdu" qəzetinin redaktoru. 1999-cu ildən Yazıçılar Birliyinin Üzvüdür. 2000-ci ildə Prezident Təqaüdünə layiq görülüb. 2015-ci ildə "Tərəqqi medalı ilə təltif olunub. == Həyatı == Qənbərov Qafar Tahir oğlu 1 mart 1976-cı ildə Babək rayonun Güznüt kəndində anadan olmuşdur. 1993-cü ildə Babək rayonu Çeşməbasar kənd orta məktəbini, 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin "Tarix -filologiya "fakültəsini bitirmişdir. Qafar Qərib 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə Prezident Təqaüdünə layiq görülmüşdür. 2009-cu ildən Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı olan "Nuh Yurdu" qəzetinin redaktorudur. 2015-ci ildə "Tərəqqi medalı" ilə təltif olunub.
Qərib Balacayev
Qərib Nəsib oğlu Balacayev (25 dekabr 1997; Yuxarı Qiyaməddinli, Ağcabədi rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli, Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Balacayev Qərib Nəsib oğlu 1997-ci ilin dekabr ayının 25-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Ağdam rayonun Mərzili kəndindən məcburi köçkün olaraq Beyləqan rayonunun Təzəkənd kəndində məskunlaşıb. 2005-ci ildə həmin kənddə Milli Qəhrəman Əliheydər Məmmədov adına tam orta məktəbin 1-ci sinifinə qəbul olunub. 2 bacının tək qardaşı olan Qərib subay idi. == Hərbi xidməti == 2016-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2016-ci ilin iyul ayının 8-də hərbi xidmətə çağırılıb. Ağdam komissarlığı tərəfindən N saylı hərbi hissədə "Rabitə kəşfiyyatçısı" olaraq xidmət etmişdir. Hərbi xidməti 2018-ci ilin 8 yanvarında başa vurduqdan sonra özəl şirkətlərin birində çalışıb. Daha sonra işdən çıxaraq 2019-cu il 9 apreldə "N" saylı hərbi hissədə komandirin "Baş mexannik sürücüsü" kimi BMP idarə edib.
Qərib Baxşəliyev
Qərib İnqilab oğlu Baxşəliyev (22 may 1977; Bakı, Azərbaycan SSR — 3 noyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qərib Baxşəliyev 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1984–1994-cü illərdə Nərimanov rayonunda 82 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995–1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Qərib Baxşəliyev 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Tağımın Komandiri vəzifəsində xidmət edib. 2000-ci ildə Tərtər rayonu istiqamətində Kontuziya alması nəticəsində xidmətini Azərbaycanda zabitlərin yetişdirilməsində xüsusi rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib. Qərib Baxşəliyev 2000–2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Taqım Komandiri, 2002–2010-cu illərdə həbi liseyin Tədris Bölüyünün Komandiri, 2010–2014-cü illərdə hərbi liseyin tərbiyəvi işlər bölməsində psixoloq, 2014–2016-cı illərdə isə hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbənin psixoloqu vəzifəsində xidmət edib. 2016–2019-cu illərdə Qərib Baxşəliyev əvvəl Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərb tarixini tədris edib.
Qərib Calalov
Calalov Qərib İsaq oğlu — texnika elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri. == Həyatı == Qərib Calalov 28 noyabr 1937-ci ildə Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Baş Göynük kənd orta məktəbini bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə maye və qaz mexanikası ixtisası üzrə təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan EA NKPİ-na göndərilmiş və orada kiçik elmi işçi işləmişdir. 1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Neft qatının elektrik modelləşdirilməsi və lay və quyuların tədqiqi" şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, şöbə rəhbəri olmuşdur. 1967-ci ildə "Quyuların debitləri müxtəlifliyinin və layın qeyri-bircinsliyinin sulaşma prosesinə təsiri məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990-ci ildə "Deformasiya olunan kollektorlarda neft və qaz yataqlarının işlənməsinin hidroqazodinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1990-ci ildən o ADNA-da "Neft mədən geologiyası" kafedrasının professoru vəzifəsini tutaraq, eyni zamanda elmi və pedaqoji fəaliyyətlə məşğul olurdu. 2001-ci ildə neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2003-cü ildən indiyə qədər Azərbaycan MEA Geologiya və Geofizika institutunda "Layın hidroqazdinamikası" şöbəsinin rəhbəri işləyir.
Qərib Dadaşov
Qərib Kərimoğlu
Qərib Məmmədkərim oğlu (Yüzbaşı) Kərimov və ya Qərib Kərimoğlu (1870, Xaçmaz, Nuxa qəzası – 9 oktyabr 1926, Padar, Vartaşen rayonu) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Vartaşen nahiyəsi İcraiyyə Komitəsinin sədri, Əhrar Partiyasının üzvü. == Həyatı == Qərib Kərimoğlu 1870-ci ildə Xaçmazda doğulmuşdur. 1912-ci ildə qardaşı ilə birgə Padar kəndinə köçüb. O, Rusiya İmperator Ordusunun yüzbaşısı olmuşdur. Qərib Kərimoğlunun təşəbbüsü ilə 1912-ci ildə Almaniyadan ilk dəfə Azərbaycana taxıldöyən maşın gətirilmişdir. Hazırda həmin texnika qonşu kəndlərdən olan Yemişənlidəki bir həyətdə abidə kimi saxlanılır.Sovetləşmə zamanı bütün malını və texnikalarını sovet hakimiyyətinə təhvil vermişdir. Sovet hökuməti tərəfindən həbs edilmək istənilsə də, yerli əhali buna mane olmuşdur.Qərib Kərimoğlu 9 oktyabr 1926-ci ildə qəflətən vəfat etmişdir. 2012-ci ildə İsveçrə banklarının birindən Padar kəndinə Qərib Yüzbaşının orada 100 il öncə pul yatırdığı və faizlə birgə hesabına külli miqdarda pul yığıldığı barədə məlumat olan məktub gəlmişdir. == Siyasi fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qərib Kərimoğlu Şəki qəzası Vartaşen nahiyəsi İcraiyyə Komitəsinin sədri olmuşdur. Qərib Kərimoğlu 15 dekabr 1918-ci il tarixində Nuxa qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir.
Qərib Mehdiyev
Qərib Mehdiyev (Qərib Qasım oğlu Mehdiyev; 21 iyun 1936, Mirzəbəyli, Qutqaşen rayonu) — nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1976). == Həyatı == Qərib Mehdiyev 21 iyun 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuşdur. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçmüşlər. Qərib Mehdiyev burada 1955-ci ildə 3 saylı fəhlə-gənclər axşam məktəbini bitirmişdir. == Əmək fəaliyyəti == Qərib Mehdiyev 1955-1957-ci illərdə Gəncə şəhər rabitə idarəsində poçtalyon, 1957-1959-cu illərdə isə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərmişdir. O, həmçinin 1959-1965-ci illərdə Gəncə şəhər dəmir-beton məmulatı zavodunda bənna suvaqçı, betonçu, armaturçu və qaynaqçı peşələrində də çalışmışdır. Sonra H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun ibtidai təhsil pedaqogikası və metodikası fakültəsində qiyabi oxumaqla bərabər, 1965-1971-ci illərdə 16 saylı şəhər məktəbində sinif müəllimi, günü uzadılmış qrupun rəhbəri olmuşdur. O, Gəncə rayon deputatları sovetinə seçilmişdir. Qərib Mehdiyev 1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtrajlı "Yüksəliş" qəzetinin redaktoru vəzifəsində işləyir. == Ədəbi fəaliyyəti == Qərib Mehdiyev yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlamışdır.
Qərib Mürşüdov
Qərib Novruz oğlu Mürşüdov (19.12.1962, Xınalıq, Quba, Azərbaycan SSR, Azərbaycan Respublikası) — Böyük Britaniyanın York Universitetinin Kimya fakültəsinin Struktural Biologiya Laboratoriyasının professoru. Azərbaycan Respublikasının əməkdar elm xadimi == Həyatı == Qərib Novruz oğlu Mürşüdov 19 dekabr 1962-ci ildə Quba rayonunda anadan olmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdır. Təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun Biotexnologiya qrupuna gəlmiş, ilyarımlıq hazırlıqdan sonra Moskva şəhərinə, SSRİ EA-nın Kristalloqrafiya İnstitutuna göndərilmişdir. O, 1987–1993-cü illərdə Rusiya Kristalloqrafiya İnstitutunda çalışıb. 1993-cü ildə "Micrococcus lysodeikticus bakteriyasından ayrılmış katalaza fermentinin 1,5 A ayırdetmə dəqiqliyi ilə üçölçülü quruluşu " mövzusunda dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Q. Mürşüdov 1993–2011-ci illlərdə Böyük Britaniyanin York Universitetinde işləmişdir. 2011-ci ildən MRC Molekulyar Biologiya tədqiqat institunda, Kembricdə qrup rəhbəri kimi çalışır. 21 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilib == Fəaliyyəti == Qərib Mürşüdov bioinformatika sahəsində tanınmış mütəxəssis kimi Böyük Britaniyanın Kembric Universitetinə dəvət olunmuş ilk azərbaycanlı alimdir. Professor Qərib Mürşüdovun "Makromolekulyar rentgen kristalloqrafiyası və zülal verilənlər bankı: etibarlı informasiyanın toplanması və istifadəsi" bioinformatika üzrə ən çox istinad olunan vəsaitlərdəndir.
Qərib Məmmədov
Qərib Şamil oğlu Məmmədov (6 yanvar 1947, Yeniyol, Amasiya rayonu) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), biologiya üzrə elmlər doktoru (1991), professor, Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (2002), AMEA-nın Aqrar məsələlər üzrə müşaviri (2016), BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir (2004). == Həyatı == Məmmədov Qərib Şamil oğlu 6 yanvar 1947-ci ildə Ermənistan Respublikasının Ağbaba mahalının Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Atası Şamil Mamoy oğlu Məmmədov, anası Məsmə Rəcəb qızı Məmmədovadır. Qərib Məmmədov 1965-ci ildə Amasiya rayonunda orta məktəbi müvəffəqiyyətlə başa vurmuş, 1966-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya-biologiya fakültəsinə daxil olmuş, həmin fakültənin komsomol təşkilatının katibi və tələbə elmi cəmiyyətinin üzvü olmuşdur. 1970-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Bölməsində laborant kimi başlamış, sonra AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi (1972–1980), baş elmi işçi(1980–1984), laboratoriya rəhbəri(1984–1994), institutun direktoru (1994–2000) vəzifələrində işləmişdir. 1979-cu ildə SSRİ AAK tərəfindən aqrar elmlər üzrə fəlsəfə doktoru, 1992-ci ildə SSRİ AAK tərəfindən ekologiya ixtisasi üzrə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilmiş və professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Qərib Məmmədov I çağırış (1996) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 1997–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin, 2001–2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuşdur. 2004-cü ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiridir.
Qərib piri
Qərib piri — Kəngərli rayonunun Qabıllı kəndində ziyarətgah. Möhrədən tikilmiş dördkünc formalı binadan ibarətdir. Hazırda yarımuçuq vəziyyətdədir. Divarlarında şam və çıraq qoymaq üçün yer düzəldilmişdir. Divarların bəzi qisimləri hislənmişdir. Ətrafından orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Arxeoloji materiallara əsasən piri XIV–XVI əsrlərə aid etmək olar.
Qərib İbrahimov
Qərib Eldəniz oğlu İbrahimov (11 sentyabr 1988-ci ildə Tovuzda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan AZAL klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. == Bioqrafiyası == Qərib İbrahimov hələ uşaq yaşlarından doğma şəhəri Tovuz şəhərində futbolla məşğul olmağa başlamışdır. == Klub karyerası == Qərib İbrahimov Turan Tovuz klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasına Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakılı klubunda başlamışdır. Qərib 2008-ci ildən bu klubda çıxış etmişdir. 2013-cü ilin may ayında Qərib İbrahimov Azərbaycan Premyer Liqası təmsilçilərindən olan AZAL klubu ilə bir illik müqavilə imzalamışdır. Qərib pilotların tərkibində №8 forma ilə çıxış etmişdir. == Milli karyerası == === U-19 === == Uğurları == 2010/11-ci illər mövsümündə Simurq klubunun tərkibində 29 oyunda iştirak etmişdir. O, həmin mövsümdə klubda ən çox oyuna çıxan futbolçu olmuşdur.7 oktyabr 2013-cü ildə AZAL klubunun oyunçusu olaraq, 2013/14-cü illər mövsümündə Azərbaycan Premyer Liqasında vurulmuş yubiley 100-cü qolun müəllifi olmuşdur.
Rahib Qərib
Rahib Qərib (tam adı: Qəribov Rahib Mirzəkərim oğlu; 3 may 1967, Dağ Üzü, Yardımlı rayonu) — ANS televiziyasının aparıcısı, hərbi telejurnalist, ehtiyatda olan mayor. == Həyatı == Rahib Qəribov 3 may 1967-ci ildə Yardımlı rayonunun Dağüzü kəndində anadan olub. M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Yardımlı rayonunun "Zirvə" qəzetində başlayıb. 1984-cü ildən fasiləsiz olaraq mətbuat sahəsində çalışır. Sabiq sovet ordusu sıralarında xidməti Daxili Qoşunların Uzaq Şərq və Şərqi Sibir dairəsinin "Dalnevostoçnıy çasovoy" qəzeti redaksiyasında keçib. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında səhər proqramının aparıcısı, redaktoru vəzifəsində çalışıb. == Fəaliyyəti == 1993-cü ildən 2010-cu ilə qədər Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasının baş redaktoru vəzifəsində xidmət keçərək ardıcıl cəbhə bölgələrindən hazırlanan AzTV-də efirə verilən “And” hərbi proqramının müəllifi və aparıcısı olub. Birinci Qarabağ savaşından, onun qəhrəmanlarının döyüş yolundan, ordu quruculuğundan bəhs edən onlarla sənədli filmin müəllifidir. Müharibə veteranı, tanınmış müharibə reportyorudur.
Ələkbər Qərib
Ələkbər Qərib (Naxçıvan – Naxçıvan) — Zaqafqaziya (Qori) Müəllimlər seminariyasının məzunu. == Həyatı == Abbasov Ələkbər Tağı oğlu ("Seminaristlərin siyahısı" arxiv sənədində onun 1909-cu ildə seminariyaya daxil olduğu 1913-cü ildə qurtardığı göstərilir). Abbasov Ələkbər (Ələkbər Qərib) 1893–1894-cü il xırda sənətkarlıqla məşğul olan, formasyon təriqətinin fəal üzvlərindən olan Kərbəlayi Tağının ailəsində dünyaya gəlmişdir. Məmmədhüseyn və Rza Təhmasiblə, Nəsrulla Şeyxovla yaxın qohumluqları olmuşdur. M.T.Sidqinin "Tərbiyə" məktəbində təhsil almışdır. 1913-cü ildə seminariyanı bitirtdikdən sonra o bir müddət Tiflisdə, Bakıda yaradıcılıqla məşğul olmuş hekayə və povestlər yazmış, rus dilindən tərcümələr etmişdir. Onun 1912-ci ildə, hələ tələbə ikən yazdığı "Qəlbimin sultanı" povesti və 1914-cü ildə yazdığı "Haqq divanı" hekayələr kitabı Bakıda "Orucov qardaşları" mətbəəsində çap edilmişdir. 1913-cü ildə N.M.Karamzinin "Bədbəxt Liza" povestini ruscadan azərbaycancaya tərcümə etmişdir. 1915–1916-cı illərdə Doktor Xosrov bəy Sultanovun rəhbərliyi altında "Cəmiyyəti xeyriyyə" xətti ilə Ərdəhan, Batum və başqa şəhərlərdə olaraq türk qaçqınlarına, "Hərb-zədə"lərinə yardım hərəkatında iştirak etmişdir. Bu hərəkatda Hüseyn Cavid, Əhməd Cavad, Əli Səbri və başqa ziyalılarla birlikdə səfərbəredici, əməli işlər görülmüşdür.
İshaq xan Qarayi
İshaq xan Qarayi Tatar (1771, Türbət Heydəriyə, Rəzəvi Xorasan ostanı – 8 iyul 1816, Məşhəd), Qacarlar dövründə Xorasan məntəqəsinin ən zəngin ataman və xanlarından birisi idi. O,İranın Rəzavi Xorasan ostanında yerləşən Türbət Heydəriyə şəhərinin banisidir.
Aşıq Qərib (opera)
Aşıq Qərib - bəstəkar Zülfüqar Hacıbəyovun 1916-cı ildə eyniadlı dastan əsasında yazdığı muğam-operası. Libretto Üzeyir Hacıbəyovundur. == Məzmun == == Qaynaq == Əfrasiyab Bədəlbəyli - "Aşıq Qərib". "Kommunist", 31 dekabr 1926.
Aşıq Qərib dastanı
Aşıq Qərib (erm. Աշուղ Ղարիբ; gürc. აშიკ ქერიბი; krımtat. Yolcu Ğarip; türk. Aşık Garip; türkm. Şasenem-Garyp) — Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərqdə geniş yayılan xalq nağılı. Həmçinin bu əsər aşıqlar tərəfindən ifa olunan lirik dastanı sayılır, bundan başqa o, əsasında məşhur folklor süjeti ("ər arvadının toyunda iştirak edir") olan epos janrına aid olunur. Dastan oğuz-türk mənşəlidir. 1837-ci ildə Mixail Lermontov nağılın Azərbaycan versiyasını ilk dəfə yazdıqdan və yazı 1846-cı ildə dərc olunduqdan sonra, əsər rusdilli mühitdə geniş şöhrət qazandı. Bundan başqa erməni, gürcü, türk, türkmən və s.
Hacı Qayib hamamı
Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. == Haqqında == Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur. Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir. Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir. Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur. 2017-ci il Martın 18-də “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün tarixi hamamın ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.
Məşədi Qərib məscidi
Məşədi Qərib məscidi — Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən məscid. == Haqqında == Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən məscid 1876-cı ildə yerli əhali tərəfindən tikilib. Məscidin sahəsi 250 m² təşkil edir və burada eyni vaxtda 160 nəfər ibadət edə bilər. Məscidin dini icması dövlət qeydiyyatından keçib.
Qərib kəndi (Urmiya)
Qərib kəndi (fars. غريب كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (50 ailə).
Qərib Əli Ucatürk
Qərib Əli Ucatürk (5 may 1962, Bərdə, Azərbaycan) — şair, publisist, ədəbi tənqidçi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Qərib Əli Ucatürk 1948-1953-cü illərdə SSRİ Ali Sovetinin qərarı ilə Qərbi Azərbaycan torpaqlarında Rus-Sovet imperiyasının yaratdığı Ermənistan SSR-dən əsgərləriun gücü ilə öz tarixi torpaqlarından, dədə-baba yurdlarından sürgün edilən qaçqın ailəsində 5 may 1952-ci ildə Bərdədə anadan olub. Ali məktəbi bitirdikdən sonra təyinatla bir müddət Özbəkistanın Urgenc şəhərində, daha sonra bir müddət Latviyanın Riqa şəhərində çalışmalı olur. 1978-ci ildə Vətənə qayıdır və Azərbaycan Dövlət Universitetində (indiki BDU) əmək fəaliyyətini davam etdirir. 1981-1984-cü illərdə o zaman Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında İqtisadiyyat ETİ-nin aspiranturasının qiyabi şöbəsində təhsil alır. Bir elmi büroşuranın və 107 elmi əsərin müəllifidir. 8 şeir kitabı çap edilib. "Türkün cəci" və "Türkün sözü" qəzetlərinin baş redaktoru vəzifəsində çalışıb. Çoxlu sayda publistik məqalələrin müəllifidir.
Rauf Qərib Alagöz
Rauf Qərib Alagöz (əsl adı: Rauf Mübariz oğlu Alagözov; 26 oktyabr 1982, Ərcivan-Sarvan, Kvemo-Kartli) – Azərbaycan nasiri, şair və bəstəkarı. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. == Həyatı == Rauf Mübariz oğlu Alagözov 26 oktyabr 1982-ci ildə indiki Gürcüstanın Kvemo-Kartli diyarının Dağ-Sarvan kəndində anadan olmuşdur. V sinifə qədər həmin kəndin orta məktəbində, daha sonra isə Bakı şəhər, Sabunçu rayonu, 192 saylı tam orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 2002–2006-cı illər İstanbulda yaşamış, Bakıya qayıtdıqdan sonra Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirmişdir. Ədəbi fəalliyyətə bir sıra qəzet və jurnallarda çap olunmaqla başlayan Alagöz daha sonra Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvlüyünə qəbul olunmuş, Yazıçılar Birliyinin xətti ilə Prezident Təqaüdünə layiq görülmüşdür. Onlara şeirinə mahnılar bəstələnən şairin "Dəli Afət", "Maqnum Arzusu", "Axirətdən gələn zəng" və s. hekayələri oxucular tərəfindən rəğbət görmüşdür. Alagöz eyni zamanda onlarla mahnının da söz və musiqi müəllifidir ("Zəfər Marşı", "Can Şəhidim", "Qarabağ FK Marşı", "Türke Zafer Yakışır" və s.). Şairin 2 kitabı işıq üzü görmüşdür.
Gəraylı
Aşıq şeirinin geniş yayılmış növlərindən biridir. Hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan 3–5 bəndlik şeirə gəraylı deyilir. Qafiyə quruluşu belədir: a b c b, ç ç ç b, d d d b, e e e b, ə ə ə b. Son bəndin misralarının birində aşıq öz təxəllüsünü söyləyir. Bu bənd möhürbənd adlanır. Gəraylı formasında yazılmış şeirlərdə gözəllik, sevgi, təbiət, dostluq kimi mövzular çoxluq təşkil edir. Bir gözəl keçdi qarşıdan, Sallandı, yana yeridi. Kiprik çaxdı, oğrun baxdı, Od saldı cana, yeridi. Ovçu tək bərədə durdu, Qaşlarından kaman qurdu, Müjganın sinəmə vurdu, Qəmzəsi qana yeridi. Hanı belə huri, qılman?!
Gərab
Gərab (Luristan)
Gəray
Gəray — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Alpan kənd Sovetindən Gəray kəndi Susay kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Girey olmuşdur. Keçən əsrin 20-ci illərinə qədərki ədəbiyyatlarda Gerey variantına da təsadüf olunur. Tədqiqatçılara görə, oykonim türk dillərindəki girə (əkilən, şumlanan yer) sözündəndir. Əslində, oykonim gəraybəyli nəslinin adını əks etdirir, etnotoponimdir. == Əhalisi == 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Gəray kəndində 16 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 244 nəfər (117 nəfəri kişilər, 127 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Din == Kənddə Gəray kənd məscidi dini icması fəaliyyət göstərir.
Baxti Belayib
Baxti Belayib (Avqust 22, 1953 – Yanvar 26, 2017) — Əlcəzairli siyasətçi. Belayib Əlcəzairin Teniet Əl-Həd şəhərində anadan olmuşdur. Milianada yerləşən Lise Ferruxidə təhsil almışdır. O, 1982-ci ildə Əlcəzair Ticarət Nazirliyi vəzifəsində çalışmış və iki dəfə bu vəzifəyə təyin olunmuşdur. Baxti Belayib Fransanın Paris şəhərində xərçəng xəstəliyindən vəfat etmişdir.
Gədayi (Maku)
Gədayi (fars. گدائي‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (12 ailə).
Gərami (Həştrud)
Gərami (fars. گرامي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 97 nəfər yaşayır (20 ailə).
Gəravi (Soyuqbulaq)
Gəravi (fars. گراوي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (8 ailə).
Məhəmməd xan Gəraylı
Məhəmməd xan İshaq xan oğlu Gəraylı (1790, Türbət Heydəriyə, Rəzəvi Xorasan ostanı – 1850, Təbriz) —Qacar elinin Gəraylı oymağının elxanı, Xorasan hakimi. == Həyatı == Məhəmməd xan İshaq xan oğlu 1790-cı ildə Zeyvə kəndində anadan olmuşdu. Atasından sonra, 1816-cı ildə Gəraylı oymağının sərdarı olmuşdu. Fətəli şah Məhəmmədvəli mirzəni Xorasandan geri çağırıb, digər oğlu Həsənəli mirzəni ora vali təyin etdi. Şahzadə Məhəmməd xanın digər bacısına evlənərək Xorasanda dayaq qazandı. Məhəmməd xan da atasının ölümünü unudub, Qacarlara yaxınlaşmağına şad oldu. 1823-cü ildə Sərdar Məhəmməd xan Gəraylı Xorasanda müstəqil xanlıq qurdu. Qacarları təhdid etməyə başladı. 1832-ci ildə Fətəli şah oğlu Abbas mirzə Qovanlı-Qacarı Xorasana vali təyin etdi. Şahzadə Azərbaycandakı oğulları da Xorasana dəvət etdi.
Adil Gəray
Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli (13 may 1919, Bakı – 13 dekabr 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, dirijor, bəstəkar, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli 13 may 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfini bitirmiş, 1940–1948-ci illərdə, fasilələrlə Azərbaycan Dövlət Konservatoriyasının Azərbayсan xalq musiqisi şöbəsində, Üzeyir Hacıbəyovun sinfində təhsil almışdır. Muğam dərslərini Əhməd Bakıxanovdan almışdır. 1938-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. O tar ilə fortepiano üçün "Bağçakürd" (1957) pyesini Ü. Hacıbəyova ithaf etmişdir. 1937-ci ildən Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, 1939-cu ildən 1962-ci ilə qədər Azteleradio orkestrində konsertmeyster kimi çalışmışdır. 1940-cı ildən, eyni zamanda, Azərbaycan Dövlət Musiq Məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. O, bir çox məşhur tarzənlərin müəllimi olmuşdur. Tar üçün bir sıra əsərlərin, o cümlədən, "Tar üçün etüdlər"in, "Bağçakürd", "Qaytağı", "Cəngi", "Səfi-kürd", "Şahnazsayağı", "Gülüstan" pyeslərinin, mahnıların, "İbtidai məktəblər üçün nəğmələr məcmuəsi"nin və s.
Aşağı Gərab
Aşağı Gərab — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Boyer-Əhməd şəhristanının Ludab bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 416 nəfər və 84 ailədən ibarət idi.
Canay Gəray
Canay Gəray (ö. 1512) — Qasım xanlığının 5. xanı. == Həyatı == == Mənbə == Bulat Rakhimzi︠a︡nov (2009). Kasimovskoe Khanstvo : 1445-1552 : Ocherki Istorii. Kazan: Tatarskoe knizhnoe izd-vo. ISBN 9785298017213. Рахимзянов Б. Р. Крымская династия в Касимовском царстве // Точка зрения: Сборник научно-исследовательских статей. — Казань: Мастер Лайн, 2000. — С. 69—88.
Gərab (Luristan)
Gərab— İranın Luristan ostanının Kuhdəşt şəhristanının Tarhan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,270 nəfər və 687 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlman və Əhl-i Haqqdırlar.
Gəray Fəzli
Gəray Fəzli (14 noyabr 1925, Dağıstan – 26 dekabr 1995) – Azərbaycan şairi, nasir, publisisti, radio-telejurnalist. == Həyatı == 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur və İlisu kəndində boya-başa çatmışdı. Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edərdi. Səbəbi isə o idi ki, II Dünya Savaşında dəfələrcə ağır yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır, və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir. Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürür. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin "Mənim səsim" şeirlər kitabını çap etdi. Çox keçməyir ki, sözügedən kitabdakı "Mənim səsim" şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında "İtirilmiş səs" adlı poema da yazır...
Gəray Gəraybəyli
Gəray Gəraybəyli (29 iyun 1967, Bakı) — Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan psixiatrı, tibb elmləri doktoru (2007), professor (2012), əməkdar müəllim. == Həyatı == Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci il 29 iyun tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olub. 1992-ci ildə həmin fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır. Professor Gəray Gəraybəyli 1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə professor elmi adına layiq görülüb. 60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-metodik, 3 metodik tövsiyənin, 4 tətbiqetmə aktının və 1 səmərələşdirici təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfrans və konqresslərdə elmi məruzələrlə çıxışlar edib.
Gəray Mantaşov
Mantaşov Gəray Sultan oğlu (1913, İlisu, Qax rayonu, Azərbaycan) — İkinci dünya müharibəsi illərində Almaniyada yaradılmış Azərbaycan legionunun üzvü. == Həyatı == Gəray Sultan oğlu Mantaşov 1913-cü ildə Qax rayonunun İlisu kəndində anadan olub. II Dünya savaşı dönəmində – 1941-ci ilin dekabrında müharibəyə yollanıb. Əsasən Ukrayna ərazisində gedən döyüşlərdə, Krımda və Ukraynanın digər cənub ərazilərində aparılan savaşlarda iştirak edib. Müharibə illərində almanlara əsir düşdükdən sonra Azərbaycan legionuna qəbul olunmuş. Müharibənin sonuna qədər legionun tərkibində olmuş və ober-leytenant rütbəsinə kimi yüksəlmişdir. Müharibənin sonunda sovet ordusu tərəfindən həbs olunaraq hərbi tribunala verilmiş. Möcüzə şəklində güllələnmə qərarı Sibirə sürgünlə əvəzlənmiş. Sibirdə daş kömür şaxtasında işləmiş və burda baş vermiş uçqun nəticəsində uzun müddət hərəkət qabiliyyətini itirmişdir. Möhkəm dözümlülük və əzim nəticəsində yenidən ayağa durmağa bacaran Gəray 1955-ci ildə həbsdən qayıtmışdır.
Gəray Məmmədov
Məmmədov Gəray Azad oğlu — Qarabağ müharibəsi şəhidi, "İgidliyə görə" medalı ilə təltif edilib (2010). == Həyatı == Gəray Məmmədov 7 mart 1969-cu ildə Laçın rayonunun Güləbird kəndində dünyaya gəlmişdir. Güləbird kənd orta məktəbini bitirəndən sonra 1987–1989-cu illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndi Güləbirdə qayıtmış, elə həmin il Laçın Rayon Daxili İşlər Şöbəsində polis sıralarına daxil olmuşdur. Şəhid olduğu günə qədər torpaqların müdafiəsi uğurunda ağır döyüşlərdə iştirak etmişdir. Bu illərdə düşmənin onlarla canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarmışdır. Güləbird, Cicimli, Qazıdərəsi, Səfiyan, Fərəcan uğrunda gedən döyüşlərə qatılmışdır. 27 avqust 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi yaxınlığında gedən döyüşlərin birində düşmən gülləsinə tuş gəlmiş və şəhid olmuşdur. Subay idi. Məzarı Sumqayıt şəhər Şəhidlər xiyabanındadır.
Gəray Soltanov
Gəray Xəlil oğlu Soltanov (29 oktyabr 1993; Beyləqan rayonu, Azərbaycan — 4 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Gəray Soltanov 1993-cü il oktyabrın 29-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Ailəli idi. İki qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Gəray Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gəray Soltanov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Gəray Vəlibəyov
Gəray Vəlibəyov — müharibə zamanı üç dəfə ağır yaralanmış, 3 orden və medallarla təltif edilmişdir. == Həyatı == Gəray İldırım bəy oğlu Vəlibəyov 1918-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Ağdam rayonunda alıb. Hərb sənətinə olan marağı onu Gürcüstanda yerləşən Hərbi məktəbdə təhsilini davam etdirməsinə səbəb olub. Məktəbdə fiziki hazırlığı və hərb sənətinə həvəslə yiyələnməsi atası tərəfindən sevinclə qarşılanmışdır. Sonra atası İldırım bəy Vəlibəyovun məsləhəti ilə Gürcüstanda təhsilini leytenant rütbəsində başa vuran Gəray təhsilini davam etdirmək üçün Moskva şəhərinə gedib və orada yerləşən M. V. Frunze adına Moskva Hərbi Akademiyasına daxil olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Akademiyanın son kursunda təhsil alan gənc zabit Gəray Vəlibəyov hərbi mütəxəssis kimi müharibəyə göndərilib. 1945-ci il müharibəni qələbə ilə başa vuran podpolkovnik Gəray Vəlibəyov müharibə zamanı üç dəfə ağır yaralanmış, 3 orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Moskvaya, təhsilini davam etdirmək üçün M. V. Frunze adına Moskva Hərbi Akademiyasına qayıdib. 1947-ci ilin iyul ayında Akademiyanı bitirməsi və polkovnik rütbəsi alması ilə əlaqədar tədbirdən sonra, məzunlarla Moskva çayında çimərkən faciəli surətdə həlak olub.
Gəray bəy
Gəray bəy — 1931-ci ildə şair Səməd Vurğunun "Komsomol poeması"nın əsas qəhrəmanlarından biri. Azərbaycan ərazilərində sovet hakimiyyəti qurmağa çalışan bolşeviklərə qarşı döyüşən köhnə bəy və qaçaq. == Personajın təsviri == Gəray bəy sovet hökumətinə, gənc kommunist Bəxtiyar və onun komsomol dəstəsinə qarşı çıxır. Köhnə quruluşun tərəfdarıdır. Peykanlıda söz sahibidir və geniş torpaq mülklərinə sahib bəydir. Bir mülkədar kimi onun özünəməxsus əqidəsi var və Gəray bəy bu əqidəyə sadiqdir. Bütün varlılar kimi sovet hökuməti Gəray bəyin də var dövlətini əlindən alıb. Bu səbəbdən də o, yaxın adamları ilə birlikdə dağlara çəkilərək qaçaqlıq edir və yeni qurulan hökumətə qarşı barışmaz düşmənçilik edir. Humay adlı qızı var və Humay, komsomol Bəxtiyarın dəstəsində vuruşan Şəkər bəyin oğlu gənc komsomol Cəllala sevgilidir. == Personajın ətrafında cərəyan edən hadisələr == Gəray bəy Dikdaş dağının ətəyində bolşevik dəstəsi ilə vuruşan zaman komsomol Bəxtiyarın açdığı atəşlə qolundan yaralanıb və elə həmin gündən bir qolu topal qalıb.
Gəray Əlibəyov
Gəray Ayaz oğlu Əlibəyov (29 mart 1955, Dədəli, Füzuli rayonu, Azərbaycan SSR) — Azərbaycanlı aktyor. == Həyatı == Füzuli rayonunun Dədəli kəndində 29 mart 1955-ci ildə doğulub. Səkkizilliyi həmin kəndə, 1970–72-ci illərdə isə orta məktəbi Füzuli rayonu B. Sərdarov adına məktəbdə təhsil almışdır. 1973–1977-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstutunda təhsil alıb. Sumqayıt Dövlət Teatrında aktyor, Veteran klubunda direktor (1986–1988), Araz kinoteatrında müdir müavini (1988–1990), Araz kinoteatrında direktor (1990–1993), "Sinema" kiçik dövlət müəssisəsində direktor (1988–1993) "Elşad K" şirkətinin prezidenti (1996–2000), Mədəni İnkişaf Mərkəzi ictimai birliyinin sədri (2007), ULUS FİLM prodüsser mərkəzinin direktoru (2008), Simurq.info saytının baş redaktoru (2017) vəzifələrində çalışır. "Cavad xan" filminin təbliğatına və yayımına rəhbərlik edərək Moskvada, Tehranda, Budapeştdə, Varşavada, Kiyevdə və Nyu-York şəhərlərində təqdimatınin keçrilmisinə nail olmuşdur. 2005-ci il tarixdən 565 №-li Şəhadətnamə ilə Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür. 2021 — il iyul ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədridir.
Gəray Əsədov
Əsədov Gəray Lətif oğlu (1923, Şahsevən[d], Qaryagin qəzası – 12 oktyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Gəray Lətif oğlu Əsədov Karyagin qəzasının (indiki Beyləqan rayonu) Şahsevən kəndində anadan olmuşdur. Kənddəki yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışmışdır. 1942-ci ildə hərbi xidmətə getmişdir. Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur Kursk əməliyyatında döyüşmüş: Ukrayna, Moldaviya və Rumıniyanın azad edilməsinə fəal iştirak etmişdir. 1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxtlarda döyüşlərə yollanıb. Avtomatçılar bölməsinin komandiri kimi ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb.