Qərib Kərimoğlu

Qərib Məmmədkərim oğlu (Yüzbaşı) Kərimov və ya Qərib Kərimoğlu (1870, Xaçmaz, Nuxa qəzası9 oktyabr 1926, Padar, Vartaşen rayonu) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Vartaşen nahiyəsi İcraiyyə Komitəsinin sədri, Əhrar Partiyasının üzvü.

Qərib Kərimoğlu
15 dekabr 1918 – 11 mart 1920
Şəxsi məlumatlar
Doğum tarixi 1870
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 1926(1926-10-09)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi

Qərib Kərimoğlu 1870-ci ildə Xaçmazda anadan olub. 1912-ci ildə qardaşı ilə birgə Padar kəndinə köçüb.[1] O, Rusiya İmperator Ordusunun yüzbaşısı olmuşdur.

Qərib Kərimoğlunun təşəbbüsü ilə 1912-ci ildə Almaniyadan ilk dəfə Azərbaycana taxıldöyən maşın gətirilmişdir. Hazırda həmin texnika qonşu kəndlərdən olan Yemişənlidəki bir həyətdə abidə kimi saxlanılır.[2]

Sovetləşmə zamanı bütün malını və texnikalarını sovet hakimiyyətinə təhvil vermişdir. Sovet hökuməti tərəfindən həbs edilmək istənilsə də, yerli əhali buna mane olmuşdur.[2]

Qərib Kərimoğlu 9 oktyabr 1926-cı ildə qəflətən vəfat etmişdir.

2012-ci ildə İsveçrə banklarının birindən Padar kəndinə Qərib Yüzbaşının orada 100 il öncə pul yatırdığı və faizlə birgə hesabına külli miqdarda pul yığıldığı barədə məlumat olan məktub gəlmişdir.[2]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qərib Kərimoğlu Şəki qəzası Vartaşen nahiyəsi İcraiyyə Komitəsinin sədri olmuşdur.[2]

Qərib Kərimoğlu 15 dekabr 1918-ci il tarixində Nuxa qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. O, parlamentdə Əhrar fraksiyasının üzvü olmuşdur.[3][4]

Hümmət Kərimov

Parlamentin 24 aprel 1919 tarixli iclasında torpaq komissiyası yenidən təşkil olunmuşdur. Seçkilərdə Cavad bəy Məlik-Yeqanov 36, Heybətqulu Məmmədbəyov 32, Məhəmməd Əmin Rəsulzadə 30, Aslan bəy Qardaşov 28, Əliheydər Qarayev 27, Qərib Kərimoğlu 26, Aleksandr Ter-Azaryan da 26 səslə torpaq komissiyasının üzvü seçilmişdir. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə seçilmiş üzvlər həm də fəhlə komissiyasının üzvləri seçilmişdir.

Parlamentin 11 mart 1920 tarixli sayca yüz otuz üçüncü iclasında Qərib Kərimoğlunun xəstəliyi ilə bağlıü üzvlükdən istefa verdiyi elan olunmuşdur.

Oğlu Hümmət Qərib oğlu Kərimov Şəki uyezdinin ilk ali təhsilli həkimi olmuşdur. Göyçayda başhəkim vəzifəsində çalışmışdır.

Məzarı 2008-ci ildə Oğuz rayonunun Padar kəndində Ədalət Tahirzadə tərəfindən aşkar edilmişdir.

  1. Zülfüqarlı, Məhərrəm. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: Göyçaylı deputat Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev (az.). Bakı: Mütərcim. 2024. 51. 2024-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  2. 1 2 3 4 "Arxivlənmiş surət". 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-13.
  3. Nəzirli Ş, Arxivlərin sirri açılır, B., 1999.
  4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 87. ISBN 9952-417-44-4.
  1. Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
  2. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 1 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 440. ISBN 9952-417-14-2.
  3. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
  4. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
  5. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]