Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rod-Aylend
Rod-Aylend (ing. Rhode Island) — ABŞ-də ştat. Sahəsinə görə ölkənin ən kiçik ştatıdır, ancaq əhalisinə görə 7 ştatı qabaqlayır. Əhali sıxlığına görə isə, ABŞ-nin ən sıx 6-cı ştatıdır. Mərkəzi Providens şəhəridir. Rod-Aylend ştatının ləqəbi "Okean Ştatı"-dır. Çünki bu ştat Atlantik okeanın sahilində yerləşir. Rod-Aylend ştatı, İngilislərə qarşı vuruşan 13 koloniyadan biri idi. Başlanğıcda, ştat iki hissədən ibarət idi: Ehtiyat plantasiyası (materik, ən böyük şəhər - Providens) və Rod Adası (ada, ən böyük şəhəri - Newport).
Rod Roddy
Robert Ray "Rod" Roddy (28 dekabr, 1937 – 27 oktyabr, 2003) — aktyor
Rod Serlinq
Rod Sterlinq (25 dekabr 1925, Sirakuz - 28 iyun 1975, Roçester) - ABŞ yazıçısı, senaristi, televizor proqramı aparıcısı. 1950-ci illərdə efirdə olan "The Twilight Zone" proqramı ilə tanınmışdır. Televizor sənayesinə də töhfələr vermişdir. Rod Serlinq tez-tez Hallivudda irqçilik, millətçilik ilə bağlı problemlər yaşamışdır. Patterns (1955) Requiem for a Heavyweight (1956) The Comedian (1957) A Town Has Turned to Dust (1958) The Velvet Alley (1958) The Twilight Zone (1959–1964 serial) Night Gallery (1970–1973 serial) Planet of the Apes (1968) The Loner (serial) Encounter with the Unknown (1975) (təqdim edən) The Undersea World of Jacques Cousteau (təqdim edən) . Escape Clause (1960) The Fever (1960) The Mighty Casey (1960) The Monsters Are Due on Maple Street (1960) Walking Distance (1960) Where is Everybody?
Alovlu Rod
Alovlu Rod (ing. Hot Rod) — 2007-ci ildə ekranlara çıxan ABŞ komediya filmi. == Süjet == Həvəskar kaskadyor Rod Kimbl ona lağ edən ögey atasının əməliyyatı üçün vəsait toplamaq məqsədilə ən təhlükəli tryukunu həyata keçirəcək.
Endi Roddik
Endi Roddik (ing. Andy Roddick; 30 avqust, 1982, Omaha, Nebraska, ABŞ) — 2003-cü ildə dünya 1 nömrəsi olan ABŞ-lı peşəkar tennis oyunçusu, Ancaq indi dünya 8 nömrəsidir. Ən sürətli servis atma rekordunu əlində tutan Roddik bir matçında 155 mph (yəni 249.4 km/s) sürətlə servis ataraq bu rekordu qırmışdır. == İlk illəri və ailəsi == Endi Roddik Omaha Nebraskada doğulmuşdur. Anasının adı Blanke atasının adı isə Cimdir. Roddikin atası iqtisadçı, anası isə məktəb müəllimidir. Roddikin qardaşları olan Lourens və Con, Roddik kimi tennis oyunçusudurlar. Roddik, 2002-ci ildə müğənni Mendi Moreylə eşq yaşamış; ancaq Roddik, 2004-cü ilin Mart ayında əlaqəni bitirmişdir. Daha sonra Roddik vebsəhifəsində Broklin Deker ilə evlənəcəyini elan etdi və 17 aprel 2009-cu ildə evləndilər. == Böyük dəbilqə serialı tennis turnirlərindəki finalları == == Çempionluq == 2003-cü ildə ilin son böyük dəbilqə serialı turniri olan US Open finalında Karlos Ferreronu 3 setdə məğlub edərək çempion olmuşdur.
Evdemus Rodoslu
Rodoslu Eudemus (yun. Εύδημος ο Ρόδιος, m. ö. IV yüzillik) Aristotelin öyrəncisi, peripatetik məktəbin təmsilçisi. O, müəlliminin əsərlərinə şərhlər, eləcə də elmlər tarixi üzrə kitablar yazmışdır. Onların bəzi fraqmentləri günümüzə gəlib çatmışdır və o dövrün riyaziyyat və astronomiya haqqında biliklərimizin yeganə qaynağı hesab olunmaqdadır. Bundan başqa Evdemus Aristotelin tarix, fizika və ilahiyyata aid olan fikirlərini şərh etmiş, bu əsərlərdə olan ziddiyyətləri ortadan qaldırmağa cəhd etmişdir. Bəzi tədqiqatçılar Evdemusu Aristotel irsinin ilk şərhçisi kimi də dəyərləndirirlər. == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF).
Fransisko Rodriges
Fransisko Rodriges (15 iyun 1984, Quadalaxara – 22 noyabr 2009) — Meksikalı yarıyüngül çəkili boksçu. == Həvəskar karyera == Pako ləqəbli idmançı 1984-cü ildə Meksikada dünyaya gəlmişdi, həvəskar karyerası müddətində 5 dəfə Çikaqoda keçirilmiş Qızıl Əlcək yaşının və həmçinin 2001-ci ildə keçirilmiş Beynəlxalq Qızıl Əlcək çempionatının qalibi olmuşdur. == Peşəkar karyera == Peşəkar karyerasında ilk döyüşün 2005-ci ilin yanvarında keçirtmişdir. Ümumilikdə keçirdiyi 17 döyüşün cəmi 3-də rinqi məğlub tərk etmişdir. == Ölümü == Rodriges 2009-cu ilin noyabr ayının 20-də məğlubedilməz kimi tanınan amerikalı boksçu Teon Kennedi ilə keçirdiyi döyüşün 10-cu raundunda özünü piss hiss edərək yerə yıxılmış və təcili yardım ilə xəstəxanaya çatdırılan boksçunu həyatda cəmi iki gün saxlamaq ümümkün olmuşdur, həkimlərin səyinə baxmayaraq noyabırın 22-də Fransisko Rodriges gözlərinin əbədi olaraq yumdu. == Miras, Yeni Həyat == Rodrigesin ölümündən sonra onun daxili orqanları ailəsinin razılığı ilə tranplantasiya edilərək (hər iki böyrəkləri, mədəaltı vəzisi, ağciyəri və ürəyi) orqan çatışmazlığından əziyyət çəkən xəstələrə köçürüldü. Onun ailəsi hər ad günündə orqanları köçürülmüş insanları bir yerə toplayaraq Rodrigesin qəbri üzərinə gedib onun məzarda olmasına baxmayaraq orqanları yaşadığına görə təsəlli tapırlar. Həqiqətəndə Pako onlar üçün fədarak qəhrəmandır.
Fransisku di Paula Rodrigis Alvis
Fransisku di Paula Rodrigis Alvis (7 iyul 1848 — 16 yanvar 1919) — Braziliyanın ilk maliyyə naziri və beşinci prezidenti. 1887-ci ildə San-Paulu icra başçısı seçildi. 1902-ci ildə Braziliya prezidenti seçildi və 1906-cı ilə qədər vəzifədə qaldı. Bu müddət ərzində paytaxt Rio-de-Janeyronu yenidən bərpa etdirdi və bu şəhər islahatları 1904-cü il "Peyvənd üsyanı"na qədər davam etdi. 1918-ci ildə keçirilən ön seçimlərdə qalib gəldi, ancaq vəzifəsinin icrasına başlamadan 16 yanvar 1919-cü ildə epidemik olaraq yayılan İspaniya qripinə yoluxdu və vəfat etdi.
Genezis Rodriges
Genezis Rodriges (29 iyul 1987[…], Mayami, Florida) — Tam adı Genesis Rodriguez Peres olan aktrisa Venesuela mənşəli olub, 29 iyul 1987-ci ildə Florida ştatının Mayami şəhərində anadan olmuşdur. Musiqiçi El Puma ləqəbli müğənni Xose Luis Rodrigezin qızıdır və El Puma ləqəbini daşıyır. Onun Liliana Rodriguez və Lilibeth Morillo adlı bacıları var.
Jose Luis Rodriguez Zapatero
Jose Luis Rodríguez Zapatero (4 avqust 1960[…], Valyadolid, Kastiliya və Leon) — İspan siyasətçi. 2005-ci il etibarilə İspan Sosialist İşçi Partiyasının (İspan "Partido Socialista Obrero Español") ümumi başçısı və İspaniyanın baş naziridir. Baş nazirlik dövrünün əhəmiyyətli hadisələri, İspaniyanın İraqdakı əsgərlərini geri çəkməsi və həmcinsi evliliyini qanuniləşdirməsidir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Mədəniyyətlər ittifaqı layihəsinin qurucusu və sədrlərdən biridir..
Juan Barboza Rodriqis
Juan Barboza Rodriqis (port. João Barbosa Rodrigues, 22 iyun 1842, Rio-de-Janeyro – 6 mart 1909) — Braziliya botaniki. == Elmi fəaliyyəti == Juan Barboza Rodriqis qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşmışdır.. == Elmi işləri == A Lingua Geral do Amazonas e o Guarany: observações sobre o alphabeto indigena. Rodrigues, 1888. Pacificação dos Crichanás. Rodrigues, 1885. Poranduba Amazonense. Rodrigues, 1890. Vocabulario indigena comparado.
Karl Rodbertus -Yagetsov
Karl Rodbertus -Yagetsov (12 avqust 1805 — 6 dekabr 1875) —Almaniya iqtisadçısı. == Həyatı == == Fəaliyyəti == Karl Rodbertus - Yagetsov (1805-1875-ci illər) alman iqtisadçısı, hüquqşünas, dövlət sosializmi nəzəriyyəsinin banilərindən biridir. 1848-ci il İnqilabı dövründə Frankfurt parlamentinin üzvü, mədəniyyət və maarif naziri. Rodbertusun iqtisadi konsepsiyası D.Rikardonun və utopik sosializmin güclü təsiri ilə formalaşırdı, kapitalizmin dərin tənqidindən ibarət idi və eyni zamanda Rodbertus bu konsepsiyada islahatlar yolu ilə sosial problemlərin həlli üçün çıxış edirdi. Rodbertus David Rikardonun əmək dəyəri nəzəriyyəsinin tərəfdarı olmasına baxmayaraq, əmtəənin dəyərini bilavasitə fəhlə pulu adlandırılan pulların buraxılması yolu ilə iş vaxtında qanuni olaraq ifadə etməyi təklif edirdi. Beləliklə, onun hesab etdiyi kimi, dövlətin köməyi ilə qiymətin və dəyərin bərabərləşməsinə nail olmaq olardı. Rodbertus iqtisadi konsepsiyasında mənfəətin nəzəriyyəsi və normalarına, torpaq rentası və fəhlə sinfinin vəziyyəti məsələlərinə toxunurdu. David Rikardonun əmək dəyəri nəzəriyyəsindən yalnız əməyin dəyəri doğurduğu haqqında postulatı çıxararaq o, belə nəticəyə gəlir ki, torpağa və kapitala olan mülkiyyət torpaq mülkiyyətçilərinin və kapitalistlərin əməyi ilə yaranmır. Mülkiyyətin bu növlərini Rodbertus "gəlir gətirən, sahiblərinə renta verən, lakin onların öz şəxsi əməyi sərf olunmayan mülkiyyət" kimi müəyyən etmişdir. Rodbertus "ümumiyyətlə renta" kateqoriyasını tətbiq edir.
Karolina Rodrigez
Karolina Rodrigez (d. 24 may 1986; Leon, İspaniya) — İspaniyanı təmsil edən bədii gimnast. Karolina Rodrigez, İspaniyanı 2004 Afina, 2012 London və 2016 Rio-de-Janeyro Olimpiadalarında təmsil edib. == Karyerası == Karolina Rodrigez, 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Soniya Abexon, Barbara Qonzalez, Marta Linares, İsabel Paqan və Nuriya Velasko ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu. Karolina Rodrigez, 2009-cu ildə İtaliyanın Peskara şəhərində baş tutan 2009 Aralıq dənizi Oyunlarında bürünc medala sahib oldu. Karolina Rodrigez növbəti dəfə, Olimpiya Oyunlarına 2012-ci ildə Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 106.800 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı. Daha sonra Karolina Rodrigez, 2013-cü ildə Türkiyənın Mərsin şəhərində baş tutan 2013 Aralıq dənizi Oyunlarında qızıl medal qazandı. Karolina Rodrigez üçüncü dəfə, Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qatıldı.
Katabiens rododendronu
Katabiens rododendronu (lat. Rhododendron catawbiense) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın şərq hissəsindən Virginiyadan Corciya, Tennesi və Alabamaya qədər yayılmışdır. Alleqant dağların yuxarı zolağında dəniz səviyyəsindən 2000 m hündürlükdə, xüsusilə Ketevbi çayının sahillərində rast gəlinir. Meşədə bitir və geniş kolluqlar əmələ gətirir. == Botaniki təsviri == Hündürlüyü 2-4 m-ə qədər, həmişəyaşıl, enli, şaxələnmiş koldur. Kolun diametri hündürlüyündən çoxdur. Yarpaqları ellisvarıdan uzunsov-ellipsvariyadək, ucu küt və ya biz, bünövrəsi yumru, uzunluğu 7-15 sm, eni 3-5 sm, üstü tünd-yaşıl, parlaq və çılpaqdır. 16 cüt damarcıqlı, hamar, alt tərəfi açıq rəngli, çılpaq, saplaqlarının uzunluğu 1,5-3,0 sm-dir. Cavan yarpaqları bir az tükcüklüdür.
Keysuke rododendronu
Keysuke rododendronu (lat. Rhododendron keiskei) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada dağ vadilərində, yamaclarda, qayalıq torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1 m-ə qədər, bəzən daha artıq olan həmişəyaşıl koldur. Cavan zoğları xırda yarpaqlarla örtülmüşdür, çox vaxt torpağa yapışır. Yarpaqları uzunsov-lansetvarıdan ellipsvarıyadək dəyişir, bünövrəsində yumru, uzunluğu 3-8 sm, eni 1,2-3,0 sm, üst tərəfi tünd yaşıldır, orta damarcıqda tükcüklü, alt tərəfi qabıqlarla örtülmüşdür. Cavan yarpaqları bürünc rənglidir. Saplaqların uzunluğu 4-5 mm olub, uzun tükcüklərlə örtülmüşdür. Çiçək qruplarında çiçəkləri 2-6 ədəddir, bir az sarımtıldır. Çiçək tacı enli-zəngvari, qısa borucuqlu, diametri 4 sm, üstü qabıqlarla örtülmüşdür.
Leonard Roduey
Leonard Roduey (ing. Leonard Rodway; 5 oktyabr 1853, Torki, Devon qraflığı – 9 mart 1936, Tasmaniya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Leonard Roduey Avstraliya florasını öyrənmişdir. == Əsərləri == Rodway, L. (1903). The Tasmanian flora. 320 p., 50 pl. Rodway, L. (1907). Trees and shrubs of Tasmanian forests, Myrtaceae. 30 p., 22 pl. Rodway, L. (1910).
Leopoldo Rodes
Leopoldo Rodes (d. 7 fevral 1939) — İspaniyalı keçmiş üzgüçü. Leopoldo Rodes İspaniyanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Leopoldo Rodes birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:00.7 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Lələkvari bölümlü rodiola
Lələkvari bölümlü rodiola (lat. Rhodiola stephanii) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Maksi Rodriges
25 yaşlı yarımmüdafiəçi 2002-ci ildən İspaniya çempionatında çıxış etsə də, DÇ-2006-dək Argentina millisində cəmi 13 oyun keçirmişdi və adıçəkilən ölkələrdən kənarda yaxşı tanınmırdı. Avropadakı karyerasına 2002-ci ildə «Saraqosa»da başlasa da, elə həmin il «Espanyol»a keçib və 2005-ci ilə kimi burada oynayıb. Həmin dövrdə klubda beş məşqçi dəyişsə də, onun əsas heyətdəki yeri toxunulmaz qalıb. 2004/05 mövsümündə «Espanyol»un heyətində İspaniya primerosunda 15 qol vuraraq ölkənin aparıcı klublarının diqqətini cəlb edib və ötən ilin yayında Madrid «Atletiko»suna keçib. Yeni komandasında isə ötən çempionatda 10 dəfə fərqlənib. O, 2005-ci ildə Argentina yığmasının heyətində Konfederasiyalar kubokunda hücumçu kimi yer alıb (2 oyun keçirib). DÇ-2006-da isə hücuma meylli yarımmüdafiəçi mövqeyində çıxış etməyinə baxmayaraq, məhsuldar oyun nümayiş etdirir. O, ilk 4 oyunda 3 qol vuraraq yarışın bombardirləri arasında qərarlaşıb. Bundan başqa, 1/8 finalda Argentina – Meksika (2:1) matçının ən yaxşı oyunçusu seçilib. 25 yaşlı futbolçu meydanda etibarlı oyunu ilə seçilir və məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirməyə çalışır.
Marisabel Rodrigez
Marisabel Rodrigez — Venesuelanın birinci xanımı. Marisabel Rodrigez 23 noyabr 1964-cü ildə Venesuelada anadan olub. İxtisasca jurnalist olan Rodrigez uzun müddət jurnalist fəaliyyəti, publisist və radio aparıcılığı edib. Hazırda isə o Venesuela prezidenti Uqo Cavesin həyat yoldaşıdır. O, ictimai-siyasi fəaliyyətlə də məşğuldur. Amma öz peşəsini daha çox sevir. Hazırda uşaqlar üçün nəzərdə tutulan "El Club de los Exploradores" jurnalını nəşr etdirir. Bundan başqa o, 2007-ci ildə açıq şəkildə Uqo Caves tərəfindən təklif edilmiş konstitusiya islahatları pisləyib. Onların 2 övladı var. == Mənbə == Birinci xanımlar fotolarda - Marisabel Rodrigez.
Mia Rodriges
Mia Rodriges (14 iyul 2002) — avstraliyalı müğənni-mahnı yazarı. Karyerasına TikTok-da koverlər və digər məzmunlar yerləşdirməklə başlayıb, 2019-cu ildə ilk mahnısını yayımlayıb. Mia Rodriges 2019-cu ilin sonlarında Maykl Çaqqın sahib olduğu leybl City Pop Records ilə müqavilə bağlamışdır. O, həmin ilin dekabr ayında leybl vasitəsilə ilk buraxılışı olaraq "Emotion" adlı sinqlını çıxarıb. Bu sinql üçün çəkilən musiqi videosu YouTube-da 850.000-dən çox baxış toplamışdır. Onun növbəti sinqlı "Psycho" 2020-ci ilin aprelində buraxılıb. Bu mahnının videosu ilin sonlarında YouTube-da 6.000.000-dan çox baxış qazanıb. Mia həmçinin aprel ayında Sidneydə qurulan musiqi dueti Lime Cordiale ilə ilk canlı çıxışını edib. Onun üçüncü sinqlı "Beautiful & Bittersweet" lirik videosu ilə birlikdə 2020-ci ilin avqustunda işıq üzü görüb. Mahnının prodüserlyini Deyv Hammer (Lime Cordiale) etmişdir.
Mixail Rodionov
Mixail Rodionov (rus. Родионов, Михаил Иванович; d.12 oktyabr 1907; Makaryevsky rayonu (Nijni Novqorod vilayəti), Rusiya imperiyası - ö.1 oktyabr 1950; Leninqrad, Rusiya Sovet Federativ Sosialist Respublikası) — Sovet dövlətində partiya rəhbəri, RSFSR Nazirlər Sovetinin sədri (1946-1949). 1907-ci ildə 12 oktyabr tarixində Rusiya imperiyası Nijni Novqorod vilayətində anadan olub. 1927-ci ildə Lıskovski Politexnik Kollecini bitirib. 1927-1930-cu illərdə Komsomol Kislovski kənd komitəsinin katibi, Lyskovski rayon komitəsinin xalq təhsili şöbəsinin Nijni Novqorod vilayəti - Nijni Novqorod bölgəsi), Nijni Novqorod rayon xalq təhsili şöbəsinin siyasi və tərbiyə işləri müfəttişi, 1930-1931-ci ildə Bor Pedaqoji Kollecinin direktoru, 1931-1935-ci ildə Mədəniyyət və təbliğat, kütləvi təşviqat şöbəsinin müdiri, Sov.İKP Bor rayon komitəsinin katibinin müavini (Nijni Novqorod ərazisi - Nijni Novqorod - Nijeqorod vilayəti), 1935-1938-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası İvanovski rayon (Kostroma vilayəti) komitəsinin birinci katibi (Nijeqorod vilayəti) vəzifələrində işləyib. 1938-ci ilin yanvarında Nijeqorod regional təhsil şöbəsinin müdiri təyin edilib. 1938-ci ilin iyulunda Sov.İKP Nijeqorod Regional Komitəsinin üçüncü katibi seçildi. 1940-cı ilin yanvarından 1946-cı ilin martına qədər Sov.İKP Nijeqorod Regional Komitəsinin 1-ci katibi olub. 23 mart 1946 - 9 mart 1949-ci illərdə RSFSR Nazirlər Sovetinin sədri, 1941-ci ilin fevralından - 1949-cu ilin avqustunadək Sov.İKP Mərkəzi Komitəsinə namizəd, 18 mart 1946 - 6 mart 1949-cu illərdə Ümumittifaq Bolşeviklər Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat Bürosunun üzvü (A.A.Kuznetsovla eyni vaxtda tərkibindən çıxarıldı), 2 çağırış SSRİ Ali Sovetinin üzvü olmuşdur. 13 avqust 1949-cu ildə Leninqradda baş vermiş "Leninqrad işi"nə görə 1 oktyabr 1950-ci ildə həbs edildi.
Mişel Rodriqes
Mayte Mişel Rodriqes (ing. Mayte Michelle Rodriguez) — ABŞ kinoaktrisası. Michelle Rodriguez Puerto-Rikolu bir atanın və Dominikan Respublikalı bir ananın qızıdır. Nənəsi tərəfindən böyüdülmüşdür. Anası ilə birlikdə Dominikan Respublikasına köçmüş, daha sonra 11 yaşına qədər Puerto-Rica-da yaşamışdır. 17 yaşında olanda GED imtahanını verdikdən sonra məktəbi atmışdır. Michelle Rodriguez ilk olaraq kiçik büdcəli bir film olan Girlfight-da baş rolu ifa etmişdir. O bu rolu öz xüsusi bacarığı vasitəsilə almışdır. Belə ki, o bu rol üçün 300-ə qədər rəqibinə üstün gəlmişdir.
Neboyşa Rodiç
Neboyşa Rodiç (serb. Небојша Родић; 1953, Şabats[d]) — Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən); Serbiyanın sabiq müdafiə naziri (2 sentyabr 2013 – 27 aprel 2014).
Ogüst Roden
Ogüst Roden (tam adı: Fransua Ogüst Rene Roden , fr. François-Auguste-René Rodin; 12 noyabr 1840[…], Paris – 17 noyabr 1917[…], Mödon[d]) — fransız heykəltaraş. Roden müasir heykəltaraşlığın əsasını qoyanlardan biri hesab edilsə də, lakin keçmiş ənənələrə qarşı çıxmamışdır. O daima sənəti üzərində çalışsa da, lakin heç vaxt Paris incəsənət məktəbinə qəbul olmamışdır. O mürəkkəb, qabarıq səthə malik unikal heykəltaraşlıq nümunələri yaratmasına baxmayaraq, onun bütün məşhur əsərləri kəskin tənqidlə üzləşmişdir. Buna səbəb işlərinin ənənəvi dekorativ, tematik mövzuda olan heykəltaraşlıq nümunələrinə zidd olması idi. Roden orijinal işlərini yaradarkən ənənəvi mifologiya və alleqoriya mövzularından yararlanmış, insan orqanizminin fərdi xarakteri və fiziki göstəricilərini verməyə çalışmışdır. O, işlərinə qarşı olan mübahisələrə həssas yanaşırdı. Bununla belə, öz üslubunu dəyişməkdən imtina edirdi. Sonrakı işləri hökumət və rəssamlıq cəmiyyəti tərəfdən ona xeyir gətirmişdir.
Oliviya Rodriqo
Oliviya İzabel Rodriqo (20 fevral 2003, Marrieta, Riversayd, Kaliforniya, ABŞ) — amerikalı müğənni, bəstəkar və aktrisa. O, 2010-cu illərin sonlarlnda Disney televiziyasında yayımlanan Bizaardvark və High School Musical: The Musical: The Series seriallarında oynadığı baş rolları ilə tanınıb. Geffen və Interscope Records ilə müqavilə bağladıqdan sonra Rodriqo 2021-ci ildə debüt sinqlı "Drivers License"-i buraxdı və bu, müxtəlif rekordlar qırdı və ilin ən çox satılan mahnılarından biri oldu və onu əsas şöhrətə çatdırdı. O, "Deja Vu" və "Good 4 U" kimi daha uğurlu sinql ilə davam etdi və 21 may 2021-ci ildədə Sour albumunu çıxardı. Rodriqonun debüt studiya albomu Sour (2021) dünya miqyasında hit-paradlarda birinci yeri tutdu və geniş tənqidi bəyənmə ilə qarşılandı. O,64-cü İllik Qremmi Mükafatlarında yeddi kateqoriya üzrə, o cümlədən Ən Yaxşı Yeni Sənətçi, Sour üçün İlin Albomu və "Drivers License" üçün İlin Rekoru və İlin Mahnısı kimi namizədliklər əldə edib. Oliviya İzabel Rodriqo 20 fevral 2003-cü ildə Kaliforniyanın Marrieta şəhərində anadan olub. Anası Cennifer müəllim, atası Kris isə ailə terapistidir. O, Kaliforniyanın Temekula şəhərində boya başa çatıb. Oliviya Filippin kökənlidir.
Ovucvari rodotus
Elmi adı - Rhodotus palmatus (Bul, Fr.) Maire IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Az öyrənilənlər"kateqoriyasına aiddir – DD. Nadir, relikt növdür. Ksilotrof göbələkdir. Papaqcıq 3-5 sm diametrindədir, ekssentrik, kənarı zolaqlı, içəri qatlanmış, səthi torcuqvari-qırışıqlı, bir qədər həlməşik qatlı, ilk dövrdə parlaq mərcanvari-qırmızı, sonra ayaqcıqdan –solğunlaşandır. Lövhələr ayaqcığa qovuşan, bəzən ayaqcığa doğru azacıq sürüşən, qalın çəngəlvari anastomozlara malik, ağımtıl, sonradan papaqcıq rəngində olur. Ayaqcıq açıq-çəhrayı, ekssentrik, 1-3 x 0,3-0,7sm, düz və ya əyilmiş, yuxarı hissəsi dilikli, aşağısı hamar və ya zolaqlıdır. Ləti çəhrayıdır. Yeməli deyil . Ksilotrofdur çürümüş, enliyarpaq ağacların gövdələrində yay aylarında, əsasən avqust ayında rast gəlinir. Gədəbəy ətrafı meşəsi əraisidir. Populyasiyasıyanın ehtiyatı hal-hazırda azdır.
Pedro Rodriguez
Pontiya rododendronu
Pontiya rododendronu (lat. Rhododendron ponticum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. Qafqazda, Balkan yarımadasının şərq sahilində,Suriyada, Livanda rast gəlinir. Düz və ya əyilmiş gövdəli, hündürlüyü 8 m-ə qədər olan, həmişəyaşıl ağac və yaxud iri koldur. Təbii şəraitdə qoca gövdələrin diametri 40 sm-ə çatır. Qabığı qonur və ya tünd-qırmızı qonurdur. Cavan zoğları tükcüklü, lakin tez çılpaqlaşandır. Yarpaqları uzunsov-lansetvarı, uzunluğu 9-28 sm, eni 2-9 sm, ucu biz, bünövrəsi ensiz, kənarı bir az burulmuş, üst tərəfi parlaq, tünd-yaşıl,alt-tərəfi açıq, hər iki tərəfdən çılpaq, 12-16 cüt damarcıqlıdır. Çiçəkləri 10-15 ədəd, böyük, möhkəm çiçək qruplarında yerləşir. Çiçək tacının diametri 4,5-6,0 sm, bənövşəyi,al-qırmızı, açıq-çəhrayı, sarımtıl-xallı, qıfvari-zəngvari, 5 uzunsov dilimlidir.
Kod
Kod – [lat. codex – qanunlar külliyatı] – şərti ixtisarlar sistemidir. Kod sözü digər mənalarda da işlənə bilər: Şərti siqnallar sistemi; Əmtəələrin, əşyaların onlar haqqında informasiyaya malik şərti, qısaldılmış işarəsi, adlanması, onların şifri, rəmzi təsviri Hesablama texnikasında informasiyanın qəbul olunmuş şərti işarələr sistemindəki təsviri (ifadəsi) İstənilən növ informasiyanı müəyyən məsafəyə ötürmək, yaxud da mexanikləşdirilmiş və avtomatlaşdırılmış əməliyyatlardan keçirmək üçün ona əlverişli forma vermək məqsədilə yaradılan şərti işarələr və ya siqnallar sistemi; Hərbidə texniki rabitə vasitələri ilə hərbi xarakterli məxfi məlumatları gizli şəkildə vermək üçün şərti işarələr sistemi. Mənbə kodu Açıq kod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Lod
Lod (ivr. ‏לוד‏‎; ərəb. اللد‎ əl-Lidd, əl-Ludd; latın: Lydda, Diospolis, qədim yunan dili: Λύδδα / Διόσπολις – Zevs şəhəri) — İsraildə şəhər, Tel-Əvivdən 20 km cənub-şərqdə yerləşir. Milli Aerokosmik Sənayesi Mərkəzi; onun yaxınlığında ölkənin ən böyük David Ben-Qurion adına hava limanı yerləşir. == Əhalisi == İsrail Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2018-ci ilin əvvəlində əhali sayı 74.604 nəfər idi.
ROM
Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır. ROM – daimi yaddaşda yerləşir. ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir. ROM-un daxilində olan əmrlər bunlardır: POST (ingiliscə: Power On Self Test) – kompüter qoşulduqda qurğuların elektrik enerjisinə qoşulmasını yoxlayır; CMOS (ingiliscə: Complementary metal-oxide semiconductor) – Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompüterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır.
RPD
RPD (ru: Ручной Пулемёт Дегтярёва (ППД) Ruçnoy Pulemyot Degtyaryova; “Degtyarov Portativ Pulemyotu”) Sovet istehsalı olan 7.62 mm-lik yüngül pulemyot növüdür. Silah - Vasili Degtyaryov tərəfindən İkinci Dünya Müharibəsinin sonuna doğru – 1944-cü ildə DP-28-ləri əvəz etmək üçün hazırlanmışdır və əksər manqaların qabaqcıl avtomatik silahı hesab olunurdu. Lentlə qidalanan silahdır və 7.62x39 mm-lik güllələri daşımaq üçün 75 və ya 100 mərmilik lenti əsasən silahın altına quraşdırılmış dairəvi maqazin içərisində saxlanılır. Silahın effektiv diapazonu istifadə ediləcək müvafiq optik nişangah ilə birlikdə 800 metrə çatsa da, ümumi istifadəsi 500 metrə qədərdir. Silahın boş çəkisi standart bipodu ilə birlikdə 7.4 kq, tam uzunluğu 1037 mm və lülə uzunluğu 520 mm-dir. 1960-cı illərdə RPK və PK ilə əvəz olunsa da, bu gün də bəzi ordu birləşmələri və partizan dəstələri tərəfindən istifadə olunur. RPD Sovet İttifaqından kənarda Çində Type 56 və Type 56-1, Şimali Koreyada Type 62 adı altında, həmçinin Polşa və Misirdə də lisenziyalı olaraq istehsal olunmuşdur. Silahın kalibri 7.62 mm, istifadə etdiyi mərminin ölçüsü 7.62x39 mm, işləmə mexanizmi qaz işləmə, arxaya təpməli, atış sürəti dəqiqədə 650-750 mərmi, mərminin çıxış sürəti 735 m/s, silahın ümumi olaraq effektiv mənzili müxtəlif vasitələrdən istifadə edilməklə 100 metrdən 1 kilometrə kimi dəyişir.
RWD
RWD — arxa təkərdən çəkməli (RWD), mühərrikin yalnız arxa təkərləri idarə etdiyi motorlu nəqliyyat vasitələrində istifadə olunan bir mühərrik və sürətlər qutusu tənzimləməsidir. XX əsrin sonlarına qədər arxa təkərlərdən çəkmə avtomobillər üçün ən çox yayılmış konfiqurasiya idi. Bir çox arxa təkərdən çəkməli nəqliyyat vasitəsi, vasitənin ön hissəsində uzununa quraşdırılmış mühərrikə malikdir. Arxa təkərdən çəkməli bir avtomobil üçün ən geniş yayılmış tənzimləmə, mühərrikin və sürətlər qutusunun avtomobilin ön hissəsində uzununa yerləşdirilməsidir. Arxa təkərdən çəkməli avtomobillərin digər konfiqurasiyalarına ön orta mühərrik, arxa orta mühərrik və arxa mühərrik daxildir. Alfa Romeo, Lancia, Porsche (944, 924, 928) və Chevrolet (C5 və C6 Corvette) kimi bəzi istehsalçılar daha balanslı çəki paylanmasının olmasını təmin etmək üçün mühərriki avtomobilin ön hissəsinə, sürətlər qutusunu isə avtomobilin arxasına yerləşdirirlər. Sürətlər qutusu və ox tək bir vahid olduğundan bu konfiqurasiyaya tez-tez transaks deyilir.
Rok
Rok (ing. Rock) sözü – yellətmək, yırğalamaq; tərpətmək, silkələmək; atıb-tutmaq mənalarını verir – onlar bu cərəyana xas ritmik hərəkətləri bildirir. Rokda elektron musiqi alətlərindən istifadə, öz yaratdıqları musiqini ifa etməklə kifayətlənmə ikinci dərəcəlidi və bəzən yanlış fikirlərə gətirib, çıxarır. Buna görə də bəzi musiqi növlərinin roka məxsusluğu sual altındadı. Rok, həmçinin subkultur. Dəb növləri, hippilər, panklar, qotlar kimi subkulturlar rokun müəyyən janrları ilə sıx bağlıdır. Rokun yüngül rok-n-rolldan (rock and roll) tutmuş ta aqressiv qrayndkora qədər bir çox axınları var. Mahnılar yüngül və sərbəst, dərin və filosofi mövzulardan danışa bilir. Bəzən rok pop musiqi ilə qarşı-qarşıya qoyulur. Əslində "Rok" və "pop" anlayışları arasında açıq-aydın sərhəd yoxdur və bir çox musiqi növləri bu ikisinin arasındadır.
Rud
Rud — qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətləridir, yaranması XVI əsrə qədər gəlib çatıb. Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. "Rud" farsca "bağırsaq" anlamına gəlir. Nizami Gəncəvi Əflatunun (Platon) ərğanunu ruda istinadən icad etdiyi haqqda bilgi verir. Deməli, Əflatunnun yaşadığı dövrdə, e. ə. V əsrdə rud aləti mövcud idi. Rud Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində belə vəsf olunmuşdur: Müğənni, çal rudu, gəl dadıma çat,Məni bu amansız yuxudan oyat.
Yod
Yod (I) — D. İ. Mendeleyevin elementlərin dövri sistemində 53-cü element. Yod (I) – 70 kq ağırlığında sağlam insanın orqanizmində təxminən 25 mq-dır. Bir gün ərzində qalxanabənzər vəzidən qana 100–300 mkq-a qədər hormonal yod keçir. İnsan qidasında yodun çatışmazlığı endemik ur (zob) xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Yod balıqda (5–8 mkq%), dəniz suyunda, feyxoada (390 mkq%), dəniz kələmində, balıq yağında vardır. Suyunda yod çatışmayan rayonların əhalisi üçün yodlaşdırılmış duz hazırlanır. 1 ton duza 25 q KJ əlavə edilir ki, həmin duz vasitəsilə insan sutkada 200 mkq yod qəbul edir. Sutkalıq tələbat insanın əməyindən və həyat tərzindən asılı olaraq 100–260 mkq-dır. Mikroelementlər yeyinti məhsullarında cüzi miqdarda vardır və bunların miqdarı mikroqram və ya qamma ilə göstərilir. Mikroelementlərin də orqanizm üçün çox böyük əhəmiyyəti vardır.
Zod
Zod/Sotk (erm. Սոթք) — Ermənistanın Geğarkunik mərzində, Məsrik düzənliyində kənd. Tarixi Qərbi Azərbaycanın Göyçə mahalında yerləşən kəndin adı 1995-ci ildən Sotk adlandırılmışdır. Bəzi açıqlamalara əsasən "Zod" qədim türk dillərində "sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri" deməkdir. Bir digər açıqlamaya əsasən, Alban tarixçisi Musa Kalankatlı eranın birinci əsrinin ortalarından danışarkən Albaniyada yaşayan tayfalar içərisində ermənicə yazılışda Savdey / Tsavdey, V əsr erməni müəllifi Moisey Xorenasi Sod tayfasının adını çəkir və onun Alban çarı Ərənin nəslindən olduğunu qeyd edirlər. Bu etnonim/tayfa adı Göyçə mahalındakı Zod toponimində öz əksini tapmışdır. Yeri gəlmişkən, Kəlbəcər rayonu yaxınlığında, Dağlıq Qarabağın şimalından keçən silsilələrdən biri ermənicə Tsavdey silsiləsi adlanır. Kənd 1921-ci ildə Sovet rəhbərliyi tərəfindən tarixən ancaq azərbaycanlıların məskunlaşdığı bütöv Göyçə mahalı ilə birlikdə Ermənistana verilib. Kəndin ilk adı yarandığı ilk gündən 1988-ci ilə qədər 3 dəfə dəyişdirilmişdir. XX əsrin ortalarına kimi Zod kəndinin əhalisi əsasən Azərbaycan türklərindən ibarət olmuşdur.
Rob
Rob — ad. Rob Burdon — Linkin Parkın zərb alətçisi. Rob Qonsalves — Kanadalı rəssam. Rob Elder — Ficili oxatan.
Ebbi-Roud
Ebbi-Roud (ing. Abbey Road) — Londonun Kamden və Vestminister hissələrində yerləşən gur küçələrdən biri, B507 şossesinin bir hissəsidir. Küçənin cənub-şərq hissəsində Ebbi-Roud 3 ünvanında məşhur "Ebbi-Roud" səsyazma studiyası yerləşir. Burada The Beatles və digər qruplar öz mahnılarını yazdırırdılar. The Beatles son albomunu da məhz Abbey-Road adlandırmışdır. Bu albomun üz qabığında qrupun üzvləri, yoldan təsadüfən keçən piyada təsvir olunmuşdur. Bundan sonra küçənin adı The Beatles-la assosiasiya olunmağa başladı və turistlərin kütləvi ziyarət yerinə çevrildi, orada yerləşən piyada keçidi isə fotoçəkilişlər üçün ən populyar yerə çevrildi. Küçənin adı yaılan dəmir lövhə bu yaxınlarda yığışdırılmışdır, belə ki onu tez-tez oğurlayır və ya müxtəlif yazılarla korlayırdılrar. Hal-hazırda bu lövhə yüksəkdən vurulmuşdur. Hər üç aydan bir icra orqanları tərəfindən keçidin yanında yerləşən binanın divarını rəngləməli olur.
Eksperimental rok
Eksperimental rok və ya avantqart rok — tipik rok elementlərində sınaqdan keçmiş bir musiqi növüdür. Eksperimental rokun ümumi kompozisiya və performans texnikasının hədlərini aşan bir xüsusiyyəti də var. Eksperimental rok musiqiçiləri eyni zamanda öz musiqilərini alternativ alət tonları, qeyri-adi ahəngdarlıq, kompozisiya texnikaları, digər musiqi üslublarının elementləri, vokal üslubları, instrumental effektlər əl ilə hazırlanmış xüsusi eksperimental alətlərlə xüsusiləşdirirlər. AllMusicə görə, "eksperimental rok "ayə-xor-ayə" standartı ilə yazılmış musiqinin əksidir" The Velvet Underground və Frank Zappanın liderliyini etdiyi bu musiqi janrı proqressiv rokun, elektronik musiqinin yaranmasına töhfə verdi. Sonic Youth, Half Japanese, Radiohead kimi alternativ rok qruplarına təsir göstərmişdir. == Tipik xüsusiyyətlər == Eksperimental rokun tipik xüsusiyyətlərinə aşağıdakılar daxildir: Qeyri-ənənəvi üsullar:Yenilikçi və bəzən uyğun olmayan alət ifa etmə texnikası. Qərb musiqisinə aid olmayan alətlər, ton, ritmlərdən istifadə. Hazırlanmış alətlər: Alternativ olaraq düzəldilmiş və ya dəyişdirilmiş alətlər. Uyğunsuzluq, ahahəngsizlik, və səs-küydən istifadə. Eksperimental rok eyni zamanda 20-ci əsrin klassik musiqisindən də təsirlənmişdir.
Elay Rot
Eli Raphael Roth (18 aprel 1972, Nyuton[d], Massaçusets), yəhudi mənşəli ABŞ aktyoru və rejissorudur.
Elvin Rot
Elvin Rot (ing. Alvin Eliot Roth; 18 dekabr 1951 və ya 19 dekabr 1951, Nyu-York, Nyu-York ştatı) — amerikalı iqtisadçı. 2012-ci ildə Lloyd Şepli ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Elvin Rot yəhudi əsilli bir ailənin övladıdır. Evlidir və iki uşağı var. Elvin Rot Universitet diplomunu Nyu Yorkdakı Kolumbiya Universitetindən 1971-ci ildə almışdır. Sonra Stanford Universitetində Əməliyyatlar tədqiqatı sahəsində çalışmış və burada 1973-cü ildə magistr, 1974-cü ildə doktorluq dərəcəsinə yüksəlmişdir. Stanford Universitetində təhsildən sonra 1974–1982-ci illərdə İllinoys Universitetində işləmişdir. Sonra Pitsburq Universitetində işləmiş və tədqiqatlar aparmışdır. 1982–1985-ci illərdə "A.U.Mellon İqtisad Professoru" və 1985–1998-ci illərdə Biznes İnzibatçılığı Professoru vəzifələrində çalışmışdır.
Filip Rot
Filip Rot (ing. Philip Milton Roth; 19 mart 1933[…], Nyuark, Nyu-Cersi[…] – 22 may 2018[…], Manhetten, Nyu-York ştatı) — ABŞ yəhudilərindən olan roman yazıçısı.
Folk-rok
Folk-rok, xalq musiqisi və rok musiqisini birləşdirən bir musiqi növüdür. Ümumiyyətlə folk-rok termini 1960-cı illərin ortasında Birləşmiş Krallıq və ABŞ-də ortaya çıxmışdır. Liderliyini Los Angelesli musiqi qrupu The Byrds etmişdir. Qrup, ənənəvi xalq musiqisi ilə Dylanvari mahnıları rok alətləri ilə çalmış, bu nöqtədə isə The Beatles və digər İngilis qruplarının böyük ölçüdə təsiri olmuşdur."Folk rok" termini isə ilk dəfə ABŞ mətbuatı tərəfindən The Byrds'ün musiqisini təyin etmək üçün 1965 iyununda ortaya atılmışdır. The Byrds'ün "Mr. Tambourine Man" coveri və bu coverin ticarət müvəffəqiyyəti isə folk rokun 1960-cı illərin ortasında böyük bir müvəffəqiyyətə çatmasını təmin etmişdir. Dylanın özünün də bu növə böyük bir ilham qaynağı olmuşdu; xüsusilə elektro gitarla ifa olunan Bringing It All Back Home , Highway 61 Revisited və Blonde on Blonde albomları növün inkişafında böyük rolu oldu. Dylanın 25 iyul 1965 tarixində Newport Folk Festival'ında elektronik bir musiqi qrupuyla konsert verişi, eyni zamanda folk rok üçün əhəmiyyətli bir addım idi.
Folk rok
Folk-rok, xalq musiqisi və rok musiqisini birləşdirən bir musiqi növüdür. Ümumiyyətlə folk-rok termini 1960-cı illərin ortasında Birləşmiş Krallıq və ABŞ-də ortaya çıxmışdır. Liderliyini Los Angelesli musiqi qrupu The Byrds etmişdir. Qrup, ənənəvi xalq musiqisi ilə Dylanvari mahnıları rok alətləri ilə çalmış, bu nöqtədə isə The Beatles və digər İngilis qruplarının böyük ölçüdə təsiri olmuşdur."Folk rok" termini isə ilk dəfə ABŞ mətbuatı tərəfindən The Byrds'ün musiqisini təyin etmək üçün 1965 iyununda ortaya atılmışdır. The Byrds'ün "Mr. Tambourine Man" coveri və bu coverin ticarət müvəffəqiyyəti isə folk rokun 1960-cı illərin ortasında böyük bir müvəffəqiyyətə çatmasını təmin etmişdir. Dylanın özünün də bu növə böyük bir ilham qaynağı olmuşdu; xüsusilə elektro gitarla ifa olunan Bringing It All Back Home , Highway 61 Revisited və Blonde on Blonde albomları növün inkişafında böyük rolu oldu. Dylanın 25 iyul 1965 tarixində Newport Folk Festival'ında elektronik bir musiqi qrupuyla konsert verişi, eyni zamanda folk rok üçün əhəmiyyətli bir addım idi.
Genetik kod
Genetik kod DNT və ya RNT molekullarındaki informasiyanın yəni triplet ardıcıllığının amin turşu ardıcıllılğına yəni zülal istehsalına keçirilməsi proseslərində istifadə olunan qaydalar məcmusudur. Genetik kodun vacib xüsusiyyətlərindən biri onun kolinearlığıdır, yəni nuklein turşuları kodlarının ardıcılıqları ilə polipeptid zəncirində aminturşularının ardıcıllıqlarının müvafiq olması. DNT və RNT-nin fəaliyyəti sayəsində hər bir orqanizmə xas olan spesifik zülallar sintez olunur. Hüceyrədə zülal sintezi prosesi olduqca mürəkkəbdir. Nuklein turşuları heteropolimer quruluşa malik zəncirdən ibarətdir. Lakin bu zəncirin həlqələri eyni deyil – 4 cürdür. Daha doğrusu bu polimer 4 cür nukleotidin birləşməsindən meydana gəlir. Bu nukleidlər özündə müəyyən informasiyanı daşıyır. Adenin (A), quanin (G), sitozin (C), timin (T) birlikdə genetik kodu əmələ gətirir. Zülal molekulları DNT-dən RNT vasitəsilə göndərilən informasiya əsasında qurulur.
Kod səhifəsi
Kod səhifəsi (ing. codepage) – MS-DOS əməliyyat sisteminin 3.3 və sonrakı versiyalarında: çeşidli ölkələr üçün simvollar yığınını və klaviatura düzümünü dəstəkləmə vasitəsi. Kod səhifəsi proqramda istifadə olunan simvolların ikilik kodlarına klaviaturanın klavişlərinin və ya həmin simvolların ekran görüntülərinin uyğun qoyulduğu cədvəldir. Bundan başqa, kod səhifəsi müvafiq milli əlifbanın simvollarının sıralanma ardıcıllığını müəyyənləşdirir. İstənilən kod səhifəsinin ilk 128 simvolu standart ASCII yığınına, sonrakı 128 simvol isə genişləndirilmiş ASCII yığınına uyğun olur və hər bir kod səhifəsi üçün unikal olur. Displey və klaviatura kimi qurğuların konfiqurasiyasını konkret kod səhifəsinin tətbiqinə, eləcə də istifadəçinin istəyinə uyğun olaraq bir kod səhifəsindən başqasına və əksinə keçmək imkanına kökləmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Hard-rok
Hard-rok (ing. Hard Rock) — ağır rok və ya sərt rok. Rok musiqisinin bir janrıdır. Hard rok musiqisində əsasən bas gitaradan və zərb alətlərindən istifadə olunur. Hard rok 1960-cı illərin əvvəllərində yenidən dirçəldi və 60'cı illərin sonlarına doğru adət etdiyi formanı aldı. 1970-ci ilin başlanğıcı və sonralar isə Led Zeppelin, Deep Purple, Black Sabbath kimi qrupların fəaliyyəti ilə hard rok musiqisi öz çiçəklənmə dövrünü yaşadı. Rok musiqisində "ağırlaşma" 1960-cı illərin ortalarında Böyük Britaniya və Amerika qrupları tərəfindən başlandı, hansılar ki; The Kinks, Cream, The Rolling Stones, The Beatles, The Yardbirds, The Who və mahir rok-gitarist Cimi Hendriks. Hard rok musiqisin bilinən mahnıları "You Really Got Me" (The Kinks) və "White Room" (Cream), "Helter Skelter" (The Beatles) hesab etmək olar. "You Really Got Me" musiqisində isə hard rok'un tipik xüsusiyyətlərini görmək mümkündür. O vaxt yeni ağır rok-qruplar (Guns N’ Roses, Mötley Crüe, Def Leppard) ilə bərabər öz yeni işlərilə 1970-ci illərin klassik hard-rok nümayəndələri (Black Sabbath-ın keçmiş vokalisti Ozzy Osborn, Deep Purple-ın keçmiş vokalisti Devid Koverdeylin Whitesnake qrupu) və 1970-ci illərin ortalarına yaxın debüt etmiş qruplar (Aerosmith, AC/DC, Judas Priest) böyük uğur qazanırdı.
Hard rok
Hard-rok (ing. Hard Rock) — ağır rok və ya sərt rok. Rok musiqisinin bir janrıdır. Hard rok musiqisində əsasən bas gitaradan və zərb alətlərindən istifadə olunur. Hard rok 1960-cı illərin əvvəllərində yenidən dirçəldi və 60'cı illərin sonlarına doğru adət etdiyi formanı aldı. 1970-ci ilin başlanğıcı və sonralar isə Led Zeppelin, Deep Purple, Black Sabbath kimi qrupların fəaliyyəti ilə hard rok musiqisi öz çiçəklənmə dövrünü yaşadı. Rok musiqisində "ağırlaşma" 1960-cı illərin ortalarında Böyük Britaniya və Amerika qrupları tərəfindən başlandı, hansılar ki; The Kinks, Cream, The Rolling Stones, The Beatles, The Yardbirds, The Who və mahir rok-gitarist Cimi Hendriks. Hard rok musiqisin bilinən mahnıları "You Really Got Me" (The Kinks) və "White Room" (Cream), "Helter Skelter" (The Beatles) hesab etmək olar. "You Really Got Me" musiqisində isə hard rok'un tipik xüsusiyyətlərini görmək mümkündür. O vaxt yeni ağır rok-qruplar (Guns N’ Roses, Mötley Crüe, Def Leppard) ilə bərabər öz yeni işlərilə 1970-ci illərin klassik hard-rok nümayəndələri (Black Sabbath-ın keçmiş vokalisti Ozzy Osborn, Deep Purple-ın keçmiş vokalisti Devid Koverdeylin Whitesnake qrupu) və 1970-ci illərin ortalarına yaxın debüt etmiş qruplar (Aerosmith, AC/DC, Judas Priest) böyük uğur qazanırdı.
Elizabet Röm
Elizabet Röm (alm. Elisabeth Röhm‎; 28 aprel 1973, Düsseldorf) — Almaniya-ABŞ televiziya və film aktrisası.
Ernst Röm
Ernst Yulius Günter Röm (alm. Ernst Julius Günther Röhm‎; 28 noyabr 1887[…], Münxen, Bavariya Krallığı, Almaniya imperiyası – 1 iyul 1934[…]) — nasional sosialistlərin liderlərindən biri və SA rəhbəri. SA-nın bəzi liderlərlə birlikdə, Hitlerin əmri ilə "uzun bıçaqlar gecəsində" öldürülmüşdür.