Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vəsimə İsmayılqızı
Besame Mucho
Bésame Mucho (azərb. "Məni çox öp") — Meksikalı qadın pianoçu, bəstəkar Konsuelo Velaskesin 1940-ci ildə Kuba bolerosu janrında bəstələdiyi mahnı. XX əsrin ən məhşur mahnılarından biri. Mahnının müxtəlif janrlarda, müxtəlif dillərə tərcümədə, müxtəlif ifaçıların ifasında yüzlərlə instrumental versiyası mövcuddur. == Tarixi == Konsuelo Velaskesin yazdığına görə mahnını bəstələyərkən 25 yaşı olub və həmin vaxta kimi heçkimlə öpüşməyib. Velázquez Besame Muchonu ispan bəstəkar Enrique Granados tərəfindən 1916-cı ildə yazılmış Goyescas operasının "Quejas, o la Maja y el Ruiseñor" (Şikayətlər və ya gənc qız ilə bülbül) ariyasından təsirlənib yazdığını da qeyd edir.
Bésame Mucho
Bésame Mucho (azərb. "Məni çox öp") — Meksikalı qadın pianoçu, bəstəkar Konsuelo Velaskesin 1940-ci ildə Kuba bolerosu janrında bəstələdiyi mahnı. XX əsrin ən məhşur mahnılarından biri. Mahnının müxtəlif janrlarda, müxtəlif dillərə tərcümədə, müxtəlif ifaçıların ifasında yüzlərlə instrumental versiyası mövcuddur. == Tarixi == Konsuelo Velaskesin yazdığına görə mahnını bəstələyərkən 25 yaşı olub və həmin vaxta kimi heçkimlə öpüşməyib. Velázquez Besame Muchonu ispan bəstəkar Enrique Granados tərəfindən 1916-cı ildə yazılmış Goyescas operasının "Quejas, o la Maja y el Ruiseñor" (Şikayətlər və ya gənc qız ilə bülbül) ariyasından təsirlənib yazdığını da qeyd edir.
Məsafə
Məsafə – riyaziyyat və ümumiyyətlə həyatda iki nöqtə arasındakı uzaqlığı bildirir, azərbaycan dilinə ərəbcədən keçmişdir. İki nöqtə arasındakı məsafə onları birləşdirən düz xətt parçasının uzunluğuna deyilir. İki əşya arasındakı məsafə onların bir-birinə ən yaxın yerdən birləşdirən parçanın uzunluğudur. Kiçik məsafəni ölçmək üçün xətkeşdən istifadə edilir. İki nöqtə Oxyz koordinat sistemində, yəni klassik Evklid həndəsəsində (fəzasında) A ( x 1 , y 1 , z 1 ) {\displaystyle A(x_{1},y_{1},z_{1})} və B ( x 2 , y 2 , z 2 ) {\displaystyle B(x_{2},y_{2},z_{2})} nöqtələri arasında müxtəlif məsafə anlayışları mövcuddur, məsələn: (birinci məsafənin adi euclidienne məsafəsidir). | A B | = ( x 2 − x 1 ) 2 + ( y 2 − y 1 ) 2 + ( z 2 − z 1 ) 2 {\displaystyle |AB|={\sqrt {(x_{2}-x_{1})^{2}+(y_{2}-y_{1})^{2}+(z_{2}-z_{1})^{2}}}} və s. Qeyri-evklid həndəsəsində məsafə adi təsəvvürdə olan məsafələrdən fərqlidir.
Vəsiqə
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az.-əski. هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. == Vəsiqələrin növləri == Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. == Dövlət rüsumu haqqında məlumat == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat == Vəsiqə necə verilir? ==
Xəramə
Xəramə- İranın Fars ostanının şəhərlərindən və Xəramə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 21,683 nəfər və 5,189 ailədən ibarət idi.
Məqamə
Məqamə (ərəb. مقامة, cəmdə: مقامات (məqamat), hərfi mənada "məclislər") — "saj" kimi tanınan ərəb qafiyəli nəsrin şeir intervalları ilə növbələşdiyi ərəb prozimetrik ədəbi janrdır. XIII–XIV əsrlərə aid məqamatın yalnız on bir təsvirli variantı günümüzə qədər gəlib çatmışdır. Onlardan dördü hazırda Londondakı Britaniya Kitabxanasında, üçü isə Parisdə Fransa Milli Kitabxanasındadır. Bir nüsxəsi aşağıdakı kitabxanalardadır: Oksforddakı Bodleian Kitabxanası, İstanbuldakı Süleymaniyyə Kitabxanası, Vyanadakı Avstriya Milli Kitabxanası və Sankt-Peterburqdakı Rusiya Elmlər Akademiyası. Məqamatların bu əlyazmaları, ehtimal ki, Bağdad, Qahirə və Şam kimi şəhərlərdə ixtisaslaşmış kitab bazarları üçün yaradılmış və təsvir edilmişdir, heç bir xüsusi himayədar üçün deyil. Bu əlyazmaların auditoriyasını zadəganlar və ya alimlər kimi elit və savadlı təbəqələr təşkil edirdi, çünki məqamat əsasən əlyazma illüstrasiyalarından daha çox incə poeziyası və dil seçimi ilə təqdir edilir və qiymətləndirilirdi. Əl-Həririnin Məqamatı, həmçinin Şeferin Məqamatı adlanır, əl-Vasiti tərəfindən təsvir edilmişdir və ən çox illüstrasiyanı ehtiva edir və eyni zamanda alimlər tərəfindən ən çox öyrənilmişdir. == Terminologiya == Bu sözün janr etiketi kimi istifadəsinin mənşəyi müzakirə olunur. Məqamə sözünün mənası "adamın dik durduğu yer" və buna görə də hər an olduğu yerdən gəlir.
Kəsmə
Kəsmə - Naxçıvanda və Gəncəbasarda geniş yayılmış ən qədim rəqslərdən biridir. Musiqisi sadə, lakin maraqlıdır. Komik rəqslər silsiləsinə daxildir. Onu ancaq kişilər ifa edirlər. Rəqs üçün atılma, tullanma, şıdırğı vurma, sıçrama hərəkətləri səciyyəvidir. İfaçı onu mümkün qədər məzəli tərzdə oynamağa çalışır. “Kəsmə” Naxçıvan Muxtar Respublikasının bütün rayonlarının toy şənliklərində ifa olunan qədim rəqslərdəndir.
Kəramə (Miyanə)
Kəramə (fars. كرامه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 202 nəfər yaşayır (50 ailə).
Məsumə Babayeva
Məsumə Mustafa qızı Babayeva — Azərbaycan aktrisası. == Həyatı == Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. Hələ tələbə olmasına baxmayaraq, orada Leyla Bədirbəyli, Həsənağa Salayev, Hökümə Qurbanova, Hamlet Qurbanov kimi sənətkarlarla tərəf-müqabil olmuşdur. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan ("Aycan", Xanımana Əlibəyli), Qaraca qız ("Qaraca qız", Süleyman Sani Axundov), Kiçik Ramo ("Əlvida, Hindistan", Qeybulla Rəsulov), Sadıq ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s. kimi bir çox rollar da var.
Məsumə Məlikova
Məsumə Fazil qızı Məlikova (22 noyabr 1929, Bakı) — AMEA-nın müxbir üzvü (1989), Azərbaycanın Əməkdar hüquqşünası (1969), hüquq elmləri doktoru, professor, BDU Hüquq fakültəsində "Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrası"nın müdiri. == Həyatı == Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində anadan olub. == Elmi fəaliyyəti == M. F. Məlikova 1958-ci ildə M. V. Lomonosov adına MDU-da "M. F. Axundovun ictimai-siyasi baxışları" mövzusunda namizədlik dissertasiyası, 1973-cü ildə isə "XIX əsrin ikinci yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan MEA-nın müxbir üzvi seçilmişdir. Bir çox dərslik, dərs vəsaiti, monoqrafiyanın, 150-dən artıq risalə və elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 20 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. Prof. Məlikovanın elmi-fəaliyyəti hüquqşünaslığın iki mühüm sahəsinin-Siyası və hüquqi təlimlər tarixinin və Dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinin tədqiqinə həsr edilmişdir. Prof. Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir.
Məsumə Məmmədova
Məsumə Hüseyn qızı Məmmədova (7 avqust 1951, Naxçıvan) — texnika elmləri doktoru, professor, 2017-ci ildən AMEA-nın müxbir üzvü == Həyatı və təhsili == Məsumə Hüseyn qızı Məmmədova 1951-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1973-1977-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun «Neft-kimya proseslərinin avtomatlaşdırılması və modelləşdirilməsi» şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1977-1980 illərdə Ukrayna SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunun (Kiyev şəhəri) aspiranturasında oxumuşdur. 1984-cü ildə SSRİ EA Ümumittifaq Elmi-Texniki İnformasiya İnstitutunda 05.25.01 ”İnformasiya sistemləri və prosesləri” ixtisası üzrə Terminoloji lüğətlərin analizi əsasında informasiya-axtarış tezaurusuna leksikanın avtomatlaşdırılmış seçilib daxil edilməsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş (Moskva şəhəri) və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. == Elmi fəaliyyəti == Məsumə Məmmədova 1981-1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunda Tətbiqi dilçilik şöbəsində elmi işçi vəzifəsində çalışmış, süni intellektin mühüm istiqamətlərindən biri olan kompüter linqvistikası çərçivəsində Azərbaycan dilinin terminoloji verilənlər bankının layihəsini işləmiş, istifadəçi və informasiya sistemləri üçün nəzərdə tutulmuş xüsusi təyinatlı izahlı, terminoloji, avtomatik lüğətlərin, informasiya-axtarış tezauruslarının tərtibi, təhlili və korreksiyasına dair model və metodları təklif etmiş və müvafiq instrumental vasitələr işləmişdir. 1987-ci ildən AMEA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə (indiki İnformasiya Texnologiyaları İnstitutu aparıcı mühəndis vəzifəsinə qəbul olunmuşdur. Hazırda şöbə müdiridir. Süni intellekt texnologiyaları çərçivəsində paylanmış strukturlu zəif quruluşlu və çətin formalizə olunan predmet sahələri üçün fazi biliklərə əsaslanan müxtəlif təyinatlı intellektual sistemlərin layihələndirilməsi, model və sintez metodlarının işlənib hazırlanması, təbii dildə mətnlərin avtomatlaşdırılmış emalı, maşın tərcüməsi sistemində Azərbaycan dilinin formal modellərinin qurulması və linqvistik prosessorun yaradılması üçün ekspert biliklərinə söykənən məntiqi üsulların işlənməsi, sosial-iqtisadi problemlərin həllinə intellektual texnologiyaların tətbiqi sahəsində bir sıra nəzəri və praktiki nəticələr əldə etmişdir. O, neft-qaz yataqlarının dənizdə işlənilməsi və istismarı ilə məşğul olan işçilərin iş rejimi və məişət şəraitinin daxili və xarici amillərin insan sağlamlığına təsiri prizmasından tədqiqinin onların fəaliyyətinin çətin və çox vaxt ekstremal mühitdə həyata keçməsini göstərdiyini vurğulayaraq: “Belə vəziyyətlərdə insan təbiətinin subyektivliyi, onun psixofizioloji xüsusiyyətləri özünü daha çox büruzə verir və səhv qərarların qəbul olunmasına yol açır”.
Vüsalə Ağarazıyeva
Vüsalə Dadaşova
Vəsadət Əzizov
Vəsadət Əli oğlu Əzizov (22 dekabr 1955, Qızılavar, Masallı rayonu) — Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının direktoru, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor-kardioloq. == Həyatı == Vəsadət Əzizov 1955-ci il dekabrın 22-də Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. O, 1972-ci ildə Qızılavar kənd orta məktəbini müvəffəqiyyətlə bitirmiş və həmin il Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1978-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra 1978–79-cu illərdə Bakı şəhər 1 saylı klinik xəstəxanasının bazasında 1 illik internatura kursunu bitirmiş və təyinatla Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin sərəncamına göndərilmişdir. === İş fəaliyyəti === Vəsadət Əzizov Naxçıvan Respublika xəstəxanasında əvvəlcə qəbul şöbəsinin müdiri, sonralar terapiya və kardiologiya şöbələrində həkim-ordinator işləmişdir. 1983-cü ildə Vəsadət Əzizov Azərbaycan Azərbaycan Tibb Universitetinin "Daxili xəstəliklər" ixtisası üzrə aspiranturasına daxil olmuşdur. O, Moskva şəhərində Ümumittifaq Kardioloji Elmi Mərkəzdə 1985-ci ildə namizədlik və 1993-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1999-cu ildə ATU-nun II Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmiş və bu günə qədər həmin kafedraya (hazırda I Daxili xəstəliklər kafedrası adlanır) rəhbərlik edir. О, uzun illər "Konsilium" (Bakı) jurnalının baş redaktor müavini olmuş, Türkiyədə çap olunan "Kardioloji" jurnalının redaksiya heyətində təmsil olunmuşdur. Hazırda Vəsadət Əzizov "Евразийский кардиологический журнал" (Moskva), "Центральный азиатский медицинский журнал"ın (Bişkək) redaksiya heyətinin, "Кардиология" (Moskva), "Кардиологический вестник" (Moskva), "Визуализация в клинике" (Moskva) jurnallarının redaksiya şurasının, "Azərbaycan kardiologiya jurnalı" (Bakı), "Azərbaycan ürək və damar cərrahiyyəsi jurnalı" (Bakı), "Sağlamlıq" (Bakı) jurnalının redaksiya heyətinin üzvüdür.
Vəsilə Fəttahova
Vəsilə Fəttahova (tam adı: Vəsilə Rafizovna Fəttahova; başq. Фәттәхова Вәсилә Разиф ҡыҙы; d. 31 dekabr 1979, Beloretsk, Başqırd MSSR, RSFSR, SSRİ – ö. 26 yanvar 2016, Ufa, Başqırdıstan, Rusiya) — başqırd müğənni; Başqırdıstanın (2015) və Tatarıstanın (2015) əməkdar artisti. == Həyatı == Vəsilə Fəttahova 31 dekabr 1979-cu ildə Başqırd MSSR-in Beloretsk şəhərində anadan olmuşdur. S. Nizametdinov adına Uçalı İncəsənət və Mədəniyyət Kollecinin xor şöbəsini bitirmişdir. 1999-cu ildə Ufa şəhərinə gəlmiş, Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutunun vokal şöbəsinə daxil olmuşdur. Artıq oktyabr ayında o, Aydar Qalimovun qrupunda bekvokal kimi qastrola yollanır. == Yaradıcılığı == Vəsilə Fəttahova "Tuğan yak", "Yanqış mileş", "Atayım" hitlərinin də ifaçısı idi. === "Tuğan yak" === Müğənni "Tuğan yak" mahnısı sayəsində populyarlıq qazanmışdır.
Vəsilə Hacıyeva
Vəsilə Hacıyeva (Vəsilə Cümşüd qızı Hacıyeva; 12 aprel 1969, Bakı) — siyasi elmlər üzrə elmlər doktoru, professor. == Həyatı == Vəsilə Hacıyeva 12 aprel 1969-cu ildə Bakı şəhərində müəllim ailəsində doğulmuşdur. === Ailəsi === Atası - Cümşüd Hüseyn oğlu Hacıyev (Türkel) 1936-cı ildə Borçalı mahalının Sarvan (Gürcüstan Respublikasının Marneuli) bölgəsində Hüseyn Məhəmməd ağa oğlu Hacıoğlu və Məşədi Şahval Seyyid Əskər ağa qızı Hacıseyyidlinin (Şahvalın anası Məşədi Faxransa Tiflisin Topçiyevlər nəslindən olmuş və bu nəslin nümayəndələri həm də Topçubaşov soyadını daşımışlar) övladı olaraq dünyaya gəlmiş, 1950-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya Fakültəsində tələbə olarkən tələbə dissident hərəkatının, 1980-ci illərin sonu və 90-cı illərin əvvəlində Milli Azadlıq Hərəkatının fəal iştirakçısı, öncə Birlik Partiyasının ideoloqu və qurucusu, daha sonra isə Türk Dünyası Birliyi Partiyasının qurucusu və lideri olmuşdur. 11 noyabr 2004-cü ildə vəfat etmişdir. Anası - Şövqiyyə Məhyəddin qızı Hacıyeva 1943-cü ildə Ağdaş şəhərində müəllim ailəsində, 1920-ci illərdə bolşevik hakimiyyəti tərəfindən repressiya və təqibə məruz qalaraq Zərdab rayonundan qaçıb "səsikəsiklər" (qolçomaq) ünvanı qazanmış Məhyəddin Zakir ağa oğlu Kərimov və Yaxşıxanım Alı qızı İsmayılovanın ailəsində anadan olmuşdur, riyaziyyat müəllimidir. === Təhsili === Orta təhsilinə Bakı şəhərindəki 260 saylı orta məktəbdə başlamış və 1986-cı ildə 171 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və Hesablama Texnikası Fakültəsini "Elektron Hesablama Maşınları" ixtisası üzrə bitirərək mühəndis-sistemotexnik ixtisasına yiyələnmişdir. == Fəaliyyəti == 1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı olmuşdur. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dissertasiya Şurasında "Siyasət və onun informasiya təminatı" mövzusunda namizədlik dissertasiyasını (elmi rəhbər - prof. Cəmil Əhmədli) müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
Vəsilə Vahidqızı
Zeynalova (Mahmudova) Vəsilə Vahid qızı (Vəsilə Vahidqızı; 19 avqust 1967, Laçın rayonu) — Azərbaycan jurnalisti, teleaparıcı, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, mətbuat xidmətinin rəhbəri. == Həyatı == Vəsilə Vahidqızı 19 avqust 1967-ci ildə Laçın rayonunda anadan olub. BDU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1992–2002-ci illərdə AzTV-də, 2002–2003-cü illərdə "İnternyus-Azərbaycan" İctimai Birliyində, 2004-cü ildə "Space" TV-də çalışıb. 2005-ci ildən İctimai Televizya fəaliyyətə başladığı ilk gündən bu telekanalda işləyib. BBC-də və Yaponiyanın ictimai kanalı olan NHK-də təcrübə kursu keçib. İctimai Televiziyada şöbə müdiri, eyni zamanda "Ortaq məxrəc", "Müzakirə vaxtı", "Xalq seçir", "Qarabağ: real tarix" verilişlərinin aparıcısı olub. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, komitənin İctimai Televiziya ilə birgə layihəsi olan "Vətən uzaqda deyil" verilişinin müəllifi və aparıcısıdır. 2010-cu ildə aparıcısı olduğu "Ortaq məxrəc" tok-şousu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə keçirdiyi "Azərbaycan ailəsi – 2010" kino festivalı müsabiqəsinin "Ən yaxşı televiziya proqramı" nominasiyasında qalib olub. Xarici ölkələrdən, o cümlədən Yaponiya, Meksika, Kuba, İran, Türkiyə və s.
Vəsilə Zahidova
Zahidova Vəsilə Alı qızı (10 mart 1922, Yuxarı Şilyan, Göyçay qəzası – 2 may 2005, Ucar) — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Zahidova Vəsilə 10 mart 1922-ci ildə indiki Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Ali təhsillidir. Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1943–1954-cü illərdə inzibati idarələrdə işləmiş, Boyat kənd sovetinin sədri olmuşdur. 1954-cü ildən 1983-cü ilədək "Sovet Azərbaycanı" kolxozunun sədri işləmişdir. 1960-cı illərdə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (5,7,9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.
Vəsilə Əhmədova
Əhmədova Vəsilə (Əhmədova Vəsilə Abduləli; 1948. Əyyublu, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ) — tarixçi. == Həyatı == 1970-76-cı ildə S.Kirov adına Bakı Dövlət Universiteti Tarixçi ixtisasına yiyələnmişdir. == Elmi əsərləri == Füzuli arxeoloji ekspedisiyası haqqaında (1975) (A.O.M. 1976 rus dilində, V. Əhmədova, Q. İsmayılov) B. 1978 Azərbaycanın qərb rayonlarında çörək bişirmə haqqında etnoqrafik materiallar (1977) “Elm” nəşriyyatı, Azərb. Arxeol. və etnoqraf. tədqiqatları (rus dili), Bakı, 1980 Naxçıvan MSSR-də çörək məmulatının bəzi məsələləri (azərb. dilində). “Elm” nəşriyyatı, Respublika aspirantlarının elmi konfransının materialları (az. dilində) II kitab, B., 1981 Azərbaycanın şimali-şərq zonasında bəzi çörəkbişirmə vasitələri (Qusar rayonunun materialları əsasında) (1978) *“Azərbaycan arxeoloji və etnoqrafik tdqiqatları” (rus dilində).
Vüsalə Kərimova
Vüsalə Akif qızı Kərimova (1987, Bakı) — əlil arabasında rəqs idman növü üzrə çıxış edən Azərbaycanlı para-idmançı. == Həyatı == Vüsalə Kərimova 1987-ci ildə Bakı şəhərində anadan olub. Vüsalə travma almış insandır. O, 15 yaşında pəncərədən yıxılmışdı və bundan sonra yeriyə bilməmişdi. Əlil olandan sonra 2-ci həyatına başlamışdır. Onun məşğul olduğu idman növü-əlil arabasıyla rəqss etməkdir. İlk dəfə ona əlil arabasıyla rəqs etməyi təklif etdilər. "Mənim özümə çox maraqlı gəlirdi ki, əlil arabasında rəqs necə ola bilər. Müəyyən videolara baxmışdım, amma hələ təsəvvür formalaşmamışdı. İlk dəfə Minskə səfərimiz olmuşdu və təlim-məşq toplantılarına qatılmışdıq.
Vüsalə Mahirqızı
Vüsalə Mahir qızı Abışova və ya Vüsalə Mahirqızı (5 avqust 1979, Lək, Ucar rayonu) — Azərbaycan jurnalisti, "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist. == Həyatı == 1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olmuşdur. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbinə daxil olmuş, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisası folklorşünas-mifoloqdur. Ailəlidir, bir övladı var. == Jurnalist fəaliyyəti == 1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlamışdır. İlk iş yeri kimi "Bakı Universiteti" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışmışdır.
Vüsalə Mirzəyeva
Vüsalə Seyfədinnova
Vüsalə Əliyeva
Vüsalə Abazər qızı Əliyeva (2 sentyabr 1981, Cəhri, Babək rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırışlarının deputatı. == Həyatı == Vüsalə Əliyeva 2 sentyabr 1981-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 1987–1998-ci illərdə Babək rayonu Cəhri kənd 1 nömrəli orta məktəbini fərqlənmə attestatı ilə bitirmişdir. 1999–2003-cü illərdə isə Naxçıvan Özəl Universitetinin Filologiya Fakültəsinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildən 2010-cu ilədək Sədərək rayonu Sədərk kənd 1 nömrəli orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi işləmişdir. 2010-cu ildən Sədərək kənd 2 nömrəli orta məktəbində kitabxana müdiri və müəllimə kimi çalışmışdır. === Ailəsi === Ailəlidir, 2 övladı var. === Siyasi fəaliyyəti === 2011-ci il 21 noyabr tarixindən Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatında Qadınlar Şurasının sədridir. Naxçıvan Ali Məclisinin V və VI çağırışlarının üzvü olmuşdur. Hal-hazırda Naxçıvan Ali Məclisinin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin və İntizam komissiyasının üzvüdür.
Vüsalə Əlizadə
Vüsalə Rəfail qızı Əlizadə (12 iyul 1984, Bakı) — azərbaycanlı televiziya aparıcısı və sənətçi. == Həyatı == Vüsalə Əlizadə 1984-cü il 12 iyulda Bakı şəhərində anadan olub. Üç bacısı və bir qardaşı var. 9-cu sinifə qədər Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli orta məktəbdə təhsil alıb. Daha sonra Turan Liseyini bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsində ali təhsil alıb == Fəaliyyəti == 2002–2014-cü illərdə "Lider" TV-də yayımlanan "Pərdə" maqazin verilişində redaktor vəzifəsində çalışıb. 2014–2016-cı illərdə "APA Holding"-in nəzdində fəaliyyət göstərən "APA" TV-də yayımlanan "Səhər zəngi" verilişinin aparıcısı olub. 2015-ci ildən etibarən ATV-də yayımlanan "Qadına görə" verilişinin aparıcısıdır. 2017-ci ilin oktyabr ayında ATV-də yayımlanan Maşın Realiti Şousunun Xanımlar və Cənablar adlanan 15-ci sürətinə qatılıb. Oktyabrın 17-si səsverməyə çıxarılaraq səslərin 56.44 faizini toplayıb və maşın uğrunda mübarizəni davam etdirib.
Xəramə şəhristanı
Xəramə şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xəramə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 57,372 nəfər və 13,731 ailədən ibarət idi.
Versace
Gianni Versace S.p.A. — dəbdəbəli geyim və digər zinət əşyaları istehsal edən italyan şirkəti. Əsası 1978–ci ildə Canni Versaçe tərəfindən qoyulmuşdur. Şirkət ilk illər parça və paltarların satışı ilə məşğul olmuşdur. 1997–ci ildə Canni Versaçenin öldürülməsindən sonra isə onun bacısı Donatello Versaçe vitse-prezident elan olunmuş və dizayn üzrə direktor təyin edilmişdir. Böyük qardaş Santo Versaçe moda evinin direktoru vəzifəsində çalışırdı. Hazırda Donatello şirkətin daha böyük hissəsini və aktiv çalışan sahəsini idarə edir. Onun qızı Alleqra isə Versaçe brendinin yeganə vəliəhdidir, eyni zamanda kompaniyanın aktiv fəaliyyətində daima yaxından iştirak edir. == İlk Versaçe butiki == 1978–ci ildə Milan şəhərinin Via della Spiqa adlanan küçəsində açılmışdır və həmin andan etibarən məşhurlaşmağa başlamışdır. Versaçe bu gün dünyanın aparıcı moda evlərindən biridir, hansı ki, bazarın çox hissəsini əhatə edir, eyni zamanda müxtəlif brendlər adı altında yəni Versace Group adlanaraq paltar, aksessuarlar, parfüm, kosmetika və ev mebellərini satışı ilə məşğul olur. Bazarda ən çox qazanan brendlərdəndir və hazırladığı məhsulların hər biri bir nömrə sayılır.
Çeşme
Çeşmə (İzmir)
Çeşmə
Çeşmə (İzmir)
Mesake Cu
Mesake Cu (18 mart 1999-cu ildə Qvineya-Bisauda anadan olub) — LiqaPro təmsilçilərindən olan Benfika B klubunda hücumçu kimi çıxış edən peşəkar portuqaliyalı futbolçudur. == Klub karyerası == === Benfika B === Mesake Benfika akademiyası vasitəsilə inkişaf etmişdir. Mesake öz peşəkar karyerasında debütünü 14 may 2017-ci ildə Braqa B klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə İqor Şaponyiçi əvəz etmişdir. Həmin görüşdə Benfika liqa görüşündə rəqibinə 4-1 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 1 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Portuqaliya Superkuboku görüşləri daxildir.
Mulatu Teşome
Mulatu Teşome (29 yanvar 1957) — Efiopiya Federativ Demokratik Respublikasının prezidenti (7 oktyabr 2013-cü ildən). == Təhsili == Pekin Universitetinin məzunudur. == Dilomatik fəaliyyəti == 2011-ci ildən Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.