Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zülfüqar
Zülfüqar — ad.
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var. Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur.
Zülfüqar Zülfüqarov
Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu (3 dekabr 1913, Nuxa rayonu – 9 iyul 1992, Bakı) — Azərbaycan SSR EA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor. 1913-cü il dekabrın 3-də Şəki şəhərində anadan olub. Onun uşaqlığı, məktəb illəri və gəncliyi də Şəkidə keçmişdir. 1916-ci ildə atası vəfat etdikdən sonra o, iki qardaşı və bacısı ilə anasının himayəsində qalmışdır. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsini bitirib. 1938-ci ildə SSSRİ EA-nın Azərbaycan filialının kimya institutunda aspirant olmuşdur. 1939-cu ildən SSRİ EA-nın Azərbaycan Filialının Kimya institutunun fiziki kimya Labaratoriyasında kiçik elmi işçi kimi çalışmışdır. Daha sonralar Azərbaycan EA-nın qərarı ilə fiziki-kimya ixtisası üzrə "baş elmi işçi" adı təsdiq edilmişdir və labaratoriyanın rəhbəri seçilmişdir. 1941-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1957-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1959-cu ildə isə professor elmi adını alıb, 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. 1958-ci ildə SSRİ AAK-nın qərarı ilə kimya elmləri doktoru alimlik dərəcəsi təsdiq edilmişdir.
Zülfüqar (Qaraqoyunlu)
Zülfüqar — İğdır ilinin Qaraqoyunlu ilçəsinin bucağında kənd. Toponimin adı Zülfüqarelci adlı türkmən (ələvi) oymağının adı ilə bağlıdır.
Zülfüqar (qılınc)
Zülfüqar (ər:ذوالفقار) Əli bin Əbu Talibin qılıncı Zülfüqar ərəb sözü olub "fəqərələr sahibi" mənasını ifadə edir. Fəqərə özü onurğa mənasındadır. Bu adın qılınca onun arxasında nahamar və hamar cızıqların olduğu üçün verildiyi nəql olunur. Çoxlu belə düşünülür ki zülfüqarın iki baş və bleydi varmış, amma Deyxudanın dediyinə görə "bu fikir əsas qılınc deyil." fəqət İbni Şəhr Aşub Mənaqib kitabında zülfüqarı iki başlı zikr edib. Bəzi mənbələrdə, bu qılınc kiçik dekorativ bezellər uzun və dar çuxurlarla dəstədən qılıncın ucuna qədər çəkilən iki bleydli qılınc kimi tanıdılıb. habelə İmam Sadiqdən gələn bir hədisə görə qılınca zülfüqar adı verilməsinin nədəni onun Onurğaya oxşamağındandır. Biharül Ənvarda Gələn İmam Baqirdən nəql olunan bir başqa hədisdə belə deyilir:"Niyə ki Əli Zülfüqar qılıncı ilə heç kimə vurmadı məgər bu ki onu bu dünyada ev-uşaqından və axirətdə cənnətdən uzaq salmışdır." Zülfüqarın Əliyə necə yetişməsinə görə müxtəlif nəzər və baxışlar var. Əli ər-Rzadan nəql olunan bir hədisə görə Cəbrayıl Zülfüqarı özü ilə göydən gətirmişdir. Məhəmməd Baqir Məclisi Mənaqibdən (ərəb. محمد باقر المجلسي‎) nəql edir ki, Hədid surəsinin 25-ci ayəsində bu hadisəyə işarə olunur.
Zülfüqar (tank)
Zülfüqar (farscaوالفقار) — İran Silahlı Qüvvələrinin quru qoşunlarının özü-özünü təminatı və xaricdən asılılığını azaltmaq məqsədiylə quru qoşunları komandirinin köməkçisi olan Briqada generalı Mir-Younes Masoumzadeh tərəfindən yaradılmış və 1996-cı ildən etibarən xidmətə qəbul edilərək kütləvi istehsalına başlanılmış bir ikinci nəsil əsas döyüş tankıdır. Adını dördüncü İslam, həm də Raşidi xəlifəsi, Şiə təriqətinin birinci imamı xəlifə İmam Əli əleyhissəlamın əfsanəvi qılıncı olan Zülfüqardan almışdır. İlkin prototip modelləri 1993-cü ildə sınaqlardan çıxardıldı, 1997-ci ildə 6 ədəd yarımsənaye prototipləri istehsal edilmiş və eyni ildə də ordu sıralarına xidmətə qəbul edilmişdirlər. Ekipajı 3 nəfərdən ibarət tankda Rusiya istehsalı olan 125 mm-lik yivsiz 2A46 topundan istifadə edilir. Zülfüqar 1 tanklarının mühərriki 12-silindrlik dizel mühərrikidir və 780 at gücündədir (630 kW780 at gücü), Zülfüqar 3 tanklarının isə mühərriki 1000 at gücündədir. Maksimal sürəti 70 km olan tankın hərəkət mənzili 450 km-dir. Köməkçi silahları 12.7 mm-lik və 7.62 mm-lik pulemyotlardır. Güc nisbəti aşağıdakı kimidir: 21.7 hp / ton (Zülfüqar 1); 17.85 hp / ton (Zülfüqar 3) İnqilabdan öncə ABŞ-dən qalan M48 Patton, M60 Patton tanklarının gövdəsinin üzərinə qurulmuşdur. İlk dəfə olaraq xalqa 1994-cü ildə nümayiş etdirilmişdir. Kompozit modelli zireh yalnız qüllə hissədə edilmişdir (birləşmə (qaynaq) hissələri bilinmir) və qülləyə 125 mm kalibrə sahib olan 2A46 Rusiya istehsalı olan tank topu yerləşdirilmişdir.
Zülfüqar Abbasov
Zülfüqar Abbasov (əsgər) — Azərbaycanlı əsgər, Vətən müharibəsi şəhidi. Zülfüqar Abbasov (xalq artisti) — Azərbaycanlı rejissor, aktyor.
Zülfüqar Abdullayev
Zülfüqar Səfər oğlu Abdullayev (1933, Şamxor) — Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayonvə Ucar Rayon Komitəsinin birinci katibi, Şamxor Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. 1933-cü ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1957-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbi bitirmişdir. 1951-ci ildən kolxozçu olmuşdur. 1953–1957-ci illərdə Kənd Təsərrüfatı İnstitutunda oxumuşdur. 1958–1959-cu illərdə maşın-meliorasiya dəstəsinin rəisi, 1960-cı ildən Şamxor Partiya Komitəsinin təlimatçısı, Şamxor Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 1965-ci ildən Yevlax Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi, Azərbaycan KP Ucar RK-nın birinci katibi vəzifələrində işləmiş, 1970-ci ildən isə Azərbaycan KP Mirbəşir RK-nın birinci katibidir. Azərbaycan KP MK üzvlüyünə namizəddir. Yeddinci, səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Dəmirçilər seçki dairəsi). Зүлфүгар Сәфәр оғлу Аббасов // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш.
Zülfüqar Arzumanov
Zülfüqar Baratzadə
Zülfüqar Baratzadə (tam adı: Zülfüqar Yaqub oğlu Baratzadə; 8 iyul 1931 – 11 fevral 1991) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1981). Baratzadə Zülfüqar Yaqub oğlu 8 iyul 1931-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Əvvəllər Gəncə Dövlət Filarmoniyasında rəqqas olub. 1949-cu ildə Gəncə DDT-nin truppasına daxil olub. Xarakterlər aktyoru idi və təbii, xalq oyun estetikasına əsaslanan yumoru ilə özünə geniş tamaşaçı rəğbəti qazanmışdı. 11 fevral 1991-ci ildə 60 yaşında vəfat etmişdir. Aktyorun teatrda əsas rolları: Mindilli, Bərbərzadə ("Nişanlı qız" və "Xoşbəxtlər", Sabit Rəhman), Göyüş, Dəli Domrul, Dinar ("Kişilər", "Dəli Domrul" və "Yadındamı?", Altay Məmmədov), Sərsəri ("Kəllə", Nazim Hikmət"), Çoban ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Balıqçı ("Günəş", Lütfəli Həsənov), Atobba ("Vicdan", Bəxtiyar Vahabzadə), Kamran ("Məhəbbət nişanəsi", Səttar Axundov), Ernardo ("Kələkbaz sevgili", Lope de Veqa), Müşavir ("Səyavuş", Hüseyn Cavid), Əmirqulu, Salman, Camal ("Yaşar", "Nəsrəddin şah" və "Almaz", Cəfər Cabbarlı), Aşıq, Dinar, Şişman ("Kişilər", "Dəli Domrul" və "Yadmdamı?..", Altay Məmmədov), Mustafa ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Möhnət ("Məhsəti Gəncəvi", Kəmalə Ağayeva), Həbəş ("Tü1kü və üzüm", Gilerma Fiqeyredu), Ağa Bəşir ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Nəroğlan ("Qız atası", Əfqan Əsgərov), Vəzir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Nəsrəddin ("Nəsrəddin", Yusif Əzimzadə), Çmqıl ("Adı sənin, dadı mənim", Seyfəddin Dağlı), Effer ("Bura gəlin", Əziz Ne-sin), Haqverdi ("Qatır Məmməd", Zeynal Xəlil), küçə xanən-dəsi ("Üç qəpiklik opera", Bertolt Brext), İppolit ("Həmişə təmizlikdə", Edvard Radzinski və Eldar Ryazanov), Baş senator, Riçard ("Otello" və "111 Riçard", Vilyam Şekspir), kişi ("Qatarlar səhər gedir", Raymond kauqver), İvan Petroviç ("Quduz pullar", Aleksandr Ostrovski), Knyaz ("İki qardaş", Mixail Lermontov), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Mahmud ("Boş barılar", Əhməd İsayev), Eyvaz ("Üçatılan", İlyas Əfəndiyev), Məmmədşəfi ("İtkin gəlin", Əlibala Hacızadə), Kristinoyu ("İctimai rəy", Aurel Baranqa), Prorab ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Qacar ("Vaqif", Səməd Vurğun), Frantişek Abel ("Zəngli saat", Osvald Zaqradnik). Azərbaycan SSR əməkdar artisti — 27.12.1971 Azərbaycan SSR Xalq artisti — 24.12.1981 Yenilməz batalyon (film, 1965) Yeni evlənənlər (film, 1983) Bəyin oğurlanması (film, 1985) Ölsəm...
Zülfüqar Fərəcov
Zülfüqar Hacıbəyov
Zülfüqar bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (17 aprel 1884, Şuşa – 30 sentyabr 1950, Bakı) — Azərbaycan-sovet bəstəkarı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır. Zülfüqar Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Zülfüqar kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəylinin incəsənətdə formalaşmasında çox böyük rolu olmuşdur. Zülfüqar Hacıbəyovun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski var. O, 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat etmişdir. Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – "50 yaşında cavan" (1910) əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olmuşdur.
Zülfüqar Musayev
Zülfüqar Musayev (tam adı:Zülfüqar Fətulla oğlu Musayev, d.1932, Sabirabad-v.2004, Bakı) — Dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (IV) direktoru. Zülfüqar Fətulla oğlu Musayev 20 iyun 1932-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 1941-ci ildə orta məktəbin 1-ci sinfinə getmiş və 1951-ci ildə orta məktəbi bitirmişdir. 1951-1956-cı illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) inşaat fakültəsində “Su təsərrüfatı və kanalizasiya” ixtisası üzrə təhsil almışdır. Mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. 1956-cı ildə Azərbaycan Kənd Tikintisi Layihə İnstitutunda mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamış və şöbə rəisi vəzifəsinədək yüksəlmişdir. 1967-1970-ci illərdə Ümumittifaq Su- Kanal Layihə İnstitutunun Bakı filialında şöbə rəisi işləmişdir. 1970-1972-ci illərdə “İmumittifaqsukanallayihə” İnstitutunun Bakı filialının direktoru olmuşdur. Bu illərdə Kür çayından Bakı şəhərinə su kəmərinin çəkilməsində yaxından iştirak etmişdir və Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1972-ci il aprelin 15-də Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi İnstitutuna direktor təyin edilmiş və bu vəzifədə 24 oktyabr 1975-cı ilə kimi işləmişdir.
Zülfüqar Məmmədov
Zülfüqar Məmmədov (memar)
Zülfüqar Qodmanlı
Əliyev Zülfüqar Mənsur oğlu — şair, SSRİ Yazıçılar İttifaqının, Azərbaycan SSR Jurnalistlər Birliyinin (1964) və 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Zülfüqar Qodmanlı 1933-cü il iyunun 15-də Masallı rayonunun Qodman kəndində anadan olmuşdur. İbtidai təhsilini doğma kənddə almış, sonra Bakıda Buzovna qəsəbəsində tikintidə fəhlə işləmiş, həm də axşam fəhlə-gənclər məktəbində orta təhsil almışdır. Buzovna qəsəbəsində 1 saylı tikinti idarəsinin komsomol komitəsinin katibi (1953-1955) olmuş, Sumqayıt şəhər komsomol və partiya komitələrində təlimatçı işləmişdir. 1960-1965-ci illərdə Sov.İKP MK nəzdindəki Moskva ali partiya məktəbini bitirdikdən sonra Sumqayıt aşqarlar zavodunda kadrlar şöbəsinin rəisi, boru-prokat zavodunda məişət sexinin rəisi, 35 saylı məktəbdə ictimaiyyət və estetika, tibb məktəbində fəlsəfə müəllimi, 85 saylı texniki məktəbdə direktor olmuş,Sonradan Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor vəzifəsində işləmişdir. Ədəbi fəaliyyətə "Sosialist Sumqayıtı" qəzetinin 1960-cı il noyabr tarixli sayında çap etdirdiyi "Taxtabiti" adlı satirik şeri ilə başlamışdır. O zamandan dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Zülfüqar Qodmanlı SSRİ Yazıçılar İttifaqının və Jurnalistlər Birliyinin üzvü olmuşdur. Öz yaradıcılığında Sumqayıta və şəhərin zəhmət adamlarının tərənnümünə geniş yer ayırmışdır. Onun elmi əsərlərinin əksəriyyəti, o cümlədən dissertasiyası da Sumqayıta həsr olunmuşdur.
Zülfüqar Qubadov
Zülfüqar İsmi oğlu Qubadov (25 sentyabr 1975, Dilman, Ağsu rayonu – 13 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Zülfüqar Qubadov 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. Zülfüqar Qubadov 1982-1992-ci illərdə Dilman kənd tam orta məktəbində təhsil alıb. 1992-1995-ci illərdə Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) ali hərbi təhsil alıb. Zülfüqar Qubadov 1995-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 1999-2008-ci illərdə isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılıb. Azərbaycan Ordusunun kapitanı olan Zülfüqar Qubadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülfüqar Qubadov oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Ağsu rayonunda dəfn olunub.
Zülfüqar Rüfətoğlu
Əhmədzadə Zülfüqar Rüfət oğlu (22 iyun 1958, Bakı) — Şirbalanın məhəbbəti filminin ssenari müəllifi, Səhər qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi Qızıl qələm mükafatlı azərbaycanlı jurnalist, yazıçı. Uzun illər BBC Azərbaycan xidmətində fəaliyyət göstərib. Zülfüqar Rüfətoğlu 1958-ci il iyunun 22-də Bakı şəhərində anadan olub. 1965-1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb, 1980-ci ildə buranı fərqlənmə diplomi ilə bitirib. Hərbi xidmətdən sonra 1985-ci ildə "Azərbaycan qadını" jurnalında jurnalistika fəaliyyətinə başlayıb. 1986-cı ildə isə "Sovet kəndi" qəzetində, 1987-ci ildən isə "Kommunist" qəzetində fəaliyyətə göstərib. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. Müxtəlif illərdə "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb.
Zülfüqar Sarıyev
Zülfüqar Hüseyn oğlu Sarıyev (yanvar 1883, Şuşa – 1969, Bakı) — Azərbaycan opera müğənnisi (tenor), muğam ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1940). Zülfüqar Hüseyn oğlu Sarıyev 1883-cü ilin (bəzi mənbələrdə 1888-ci il) yanvar ayında Şuşa şəhərində anadan olmuşdur. Atası erkən vəfat etdiyi üçün uşaq yaşlarından qardaşı ilə birgə işləməyə məcbur olmuşdur. Muğam və milli musiqiyə olan həvəsindən əlavə, səs imkanlarının mövcudluğu onun üçün xanəndəliyə yol açmış, Azərbaycan muğamlarını dövrünün tanınmış xanəndələrindən, qrammofon vallarından öyrənmişdir. Zülfüqar Sarıyev 1917-ci ildən başlayaraq dərnəklərdə, 1920-ci ildən isə opera səhnəsində çıxış etmişdir. O, yaradıcılığı boyunca Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Sona Bağırova, Sürəyya Qacar, Həqiqət Rzayeva, Əli Zülalov, daha sonralar Xanlar Haqverdiyev, Əliövsət Sadıqov, Şirzad Hüseynov və başqaları ilə birlikdə çalışmışdır. Zülfüqar Sarıyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", Müslüm Maqomayevin "Şah İsmayıl" və başqa opera və operettalarda Məcnunun atası, Zeyd, Şah Osmanlı, carçı, zəvvar kimi müxtəlif obrazlarda çıxış etmişdir. Əsasən, xarakterik rolların ifaçısı olmuş Zülfüqar Sarıyev xüsusi ifa imkanına və lirik tenor səsə malik olmasına baxmayaraq, bəstəboy olması səbəbindən hər zaman ikinci dərəcəli rolları oynamağa məcbur olmuşdur. Zülfüqar Sarıyev opera tamaşalarından əlavə, Xan Şuşinski, Hüseynağa Hacıbababəyov, Zülfü Adıgözəlov, Xanlar Haqverdiyev, Əliövsət Sadıqov, Münəvvər Kələntərli kimi müğənnilərlə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə radio studiyasında, Bakının mədəniyyət saraylarında təşkil edilən açıq konsertlərdə çıxış etmişdir. Zülfüqar Sarıyev 27 aprel 1940-cı ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
Zülfüqar İsmayılov
Zülfüqar Şahsevənli
Qarayev Zülfüqar Qubad oğlu — şair, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalisthr Birliyinin üzvü (1983). Zülfüqar Şahsevənli 1950-ci il 25 dekabrda Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. Burada Gəray Əsədov adına kənd orta məktəbini bitirmişdir (1969). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1973-1978). "Gənclik" nəşriyyatında kiçik redaktor, redaktor, böyük redaktor işləmişdir (1979-1999). "Günay" qəzeti redaksiyasında baş redaktor, baş direktor vəzifəsində çalışmışdır (1999-2001). Bədii yaradıcılığa erkən başlamışdır. İlk "Çinar" şeri "Yüksəliş" rayon qəzetində, "Şahsevənə yolun düşsə" şeri isə "Bakı" axşam qəzetində 1969-cu ildə dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir."«Çinar pöhrələri" (1979), "Yaşıl budaqlar" (1981), "Bir bayraq altında" (1982), "Gənc istedadlar" (1984), "Dünyamız ağ göyərçin" (1984) və sair toplularda şeirləri çap edilmişdir. Bədii tərcümə ilə də ardıcıl məşğul olur.
Zülfüqar Şirvani
Zülfüqar Şirvani (1190-1291) — Azərbaycan şairi, alimi. Zülfüqar Şirvaninin fəaliyyəti XIII əsrə təsadüf edir. Bu Azərbaycan alimi, şir və mütəfəkkiri poetika, məntiq, fəlsəfə sahələrində məşhur idi. Zülfüqar Şirvaninin fəlsəfi görüşləri onun 10 min beytdən ibarət "Divan"ında əksini tapıb. "Divan"dan məlum olur ki, Zülfüqar Şirvaninin dünyagörüşü gərgin panteist təlimləri təsiri altında formalaşmışdır. Adı Qivamüddin Hüseyn ibni-Sədrəddin Əlidir. Qiymətli bir alim və yüksək dərəcəli bir şair olmuşdur. Şirvanşahın vəziri sədr Səidülmastri haqqında uzun və mükəmməl bir qəsidə yazmışdır. Bunun müqabilində mükafat olaraq yeddi xalvar ipək almışdır. Axırda İraqa gedib, Sultan Məhəmməd Xarəzmşahın tarixini nəzmə çəkmiş və ondan iltifat götürüb, bir çox hədiyyə almışdır.
Zülfüqar Əhmədzadə
Zülfüqar Əhməd oğlu Əhmədzadə (14 iyun 1898, Pensər, Lənkəran qəzası – 1 iyun 1942) — Talış şair, publisist, tərcüməçi və ictimai-siyasi xadim. "Sıə tolış" qəzetinin redaktoru. 1918-ci ildə "Hümmət" təşkilatının üzvü olub. 1920–1922-ci illərdə Lerik rayonu (Zuvand) Qosmalıan kəndində İcraiyyə Komitəsinin sədri, 1922–1923-cü illərdə Lənkəran qəzasında Torpaq şöbəsinin müdiri işləyib. 1923–1925-ci illərdə Lənkəran Maarif Şöbəsinin müdiri, 1925–1926-cı illərdə Laçın, 1926–1928-ci illərdə Zaqatala, 1928–1929-cu illərdə isə Ağdam icraiyyə komitələrində çalışıb. 1929–1930-cu illərdə Lənkəran Rayon Pedoqoji Texnikumunun direktoru vəzifəsinə təyin edilib. 1930-cu ildə isə o, Mərkəzi Komitəya çağrılıb və Astara Rayonu İcraiyyə Komitəsinin sədri təyin edilib. 1930-cu illərdə Talış ədəbi dilinin formalaşmasında müstəsna xidmətləri olub. İlk dəfə olaraq latın qrafikası ilə Talış əlifbasının yaradılması onun adı ilə bağlıdır. 1932-ci ildə bir müddət Respublika Mərkəzi İcraiyyə Komitəsində işləyib.
"Zülfüqar" ordeni
Zülfüqar nişanı və ya medalı — İran hərbi qüvvələrinin 1925-ci ildən döyüş meydanında şücaət göstərmiş şəxslərə verilən ən yüksək nişanıdır (medal). Bir az sonra "Sepah" nişanı Zülfüqar medalını əvəz etdi və bundan sonra Zülfüqar döyüş məntəqəsi xarici düşmənlərlə müharibə hallarına təyin olundu. İran İmperator Ordusu tərəfindən yaradılan hərbi şərəf nişanları arasında elm, sirr, sənət və idman nişanları ilə birlikdə Zülfiqar nişanı indi də istifadə olunur . == Tarix == 20 avqust 1301-ci ildə briqada generalı Amanullah Mirzə Cahanbani, briqada generalı Fəzlullah Zahedi, polkovnik Həsən Ağa Xan Azərbərzin, podpolkovnik Mahmud Xan Poladin və birinci müavini Qulam Əli Bayanderdən ibarət komissiya İranın ən yüksək döyüş emblemi Zülfüqar nişanı təsdiq etdi. Döyüş meydanında fövqəladə qəhrəmanlıqlar göstərmiş və ya döyüşdə yaralanmış və müharibənin sonuna qədər öz vəzifələrini yerinə yetirməyə davam etmiş şəxslər belə döş nişanı ilə təltif olunmaq hüququna malik idilər. Belə bir nişan almaqdan qürur duyanlar onu həmişə sinələrində taxmalıdırlar. Maaşlardan əlavə, bu döş nişanı həm də vəzifə sahibləri üçün bütün səviyyələrdə daha qısa dayandırma müddətləri kimi imtiyazlar yaratdı. Bu nişan cəmi iki il davam etdi və sonralar xarici müharibələrdə göstərdiyi fədakarlıq və igidliyə görə təxirə salındı ​​və Sepah nişanı ilə əvəz olundu. == Formalar və növlər == Bu nişan iki cür idi; Birinci növdə vəzifəli şəxslər üçün dörd dərəcə, ikinci növdə isə hərbi qulluqçular üçün iki dərəcə var idi. Bu döyüş nişanının bir tərəfində Əli sözü, digər tərəfində qırmızı mina üzərində parlayan "İgidlik" sözü idi.
Zülfüqar (dəqiqləşdirmə)
Zülfüqar (Qaraqoyunlu)
Ərəb Şamilov
Ərəb Şamoyeviç Şamilov (rus. Араб Шамоевич Шамилов, kürd. Ә'рәб Шамилов), ədəbi təxəllüsü ilə Ərəbe Şamo (kürd. Erebê Şemo; 1897[…], Susuz ilçəsi, Qars vilayəti, Rusiya imperiyası – 1978[…], İrəvan) — kürd əsilli SSRİ yazıçısı. Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir.
Ereb
Ereb (yun. Ἔρεβος; lat. Erebus, mənası zülmət, qaranlıq deməkdir.) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə daimi zülməti tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niksin qardaşı və ondan dünyaya gətirmiş olduğu Efir və Hemeranın atasıdır. Mifologiyaya görə, yeraltında qalan mağaralar və digər qaranlıqlar Erebin hökmündədir.
Zülfüqarlı
Zülfüqarlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kənd inzibati ərazi dairəsində kənd. Zulfüqarlı kəndi dağətəyi ərazidədir. Kənd XIX əsrin əvvəllərində Zülfüqarlı nəslinin məskunlaşması nəticəsində yaranmişdir. Nəslin başçisi Hətəm bəy Zülfüqar olmuşdur. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zülfüqarlı kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 25 evdə 53 şiə kürd yaşayırdı.