ZÜLFÜ
ZÜLQƏDƏR
OBASTAN VİKİ
Zülfüqar
Zülfüqar — ad.
Zülfüqar (Qaraqoyunlu)
Zülfüqar — İğdır ilinin Qaraqoyunlu ilçəsinin bucağında kənd. == Etimalogiya == Toponimin adı Zülfüqarelci adlı türkmən (ələvi) oymağının adı ilə bağlıdır.
Axund Molla Zülfüqar
Axund Molla Zülfüqar Axundov (azərb. Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov‎) — Qarabağın tanınmış din xadimi. Cümə məscidinin axundu. Axund Molla Mustafanın oğlu. Hacı İbrahim ağa Axundovun kiçik qardaşı. == Həyatı == Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov 1872-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır.Axund Molla Zülfüqar Axundov ilk təhsilini atası Axund Molla Mustafa Əliyevdən almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Sonralar Xorasanda mükəmməl dini təhsil almışdır. Qardaşı Hacı İbrahim ağa Axundovun vəfatından sonra Ağdam Cümə məscidinin axundu seçilmişdir.Azərbaycanın yüzlərlə ziyalısı kimi Axund Molla Zülfüqar Axundov da 1937-ci ildə repressiya qurbanı olmuşdur. O, 1937-ci ilin sentyabr ayının 15-dən 16-na keçən gecə güllələnmişdir.Axund Molla Zülfüqar Axundov ailə həyatı qursa da, övladı olmamışdır.
Seyid Zülfüqar Şirvani
Zülfüqar Şirvani (1190-1291) - Azərbaycan şairi, alimi. Zülfüqar Şirvaninin fəaliyyəti XIII əsrə təsadüf edir. Bu Azərbaycan alimi, şir və mütəfəkkiri poetika, məntiq, fəlsəfə sahələrində məşhur idi. Zülfüqar Şirvaninin fəlsəfi görüşləri onun 10 min beytdən ibarət "Divan"ında əksini tapıb."Divan"dan məlum olur ki, Zülfüqar Şirvaninin dünyagörüşü gərgin panteist təlimləri təsiri altında formalaşmışdır. == Həyatı == Adı Qivamüddin Hüseyn ibni-Sədrəddin Əlidir. Qiymətli bir alim və yüksək dərəcəli bir şair olmuşdur. Şirvanşahın vəziri sədr Səidülmastri haqqında uzun və mükəmməl bir qəsidə yazmışdır. Bunun müqabilində mükafat olaraq yeddi xalvar ipək almışdır. Axırda İraqa gedib, Sultan Məhəmməd Xarəzmşahın tarixini nəzmə çəkmiş və ondan iltifat götürüb, bir çox hədiyyə almışdır. Moğol dövləti zamanında da, Abaqa xanın vəziri atabək Yusif ona hədsiz iltifat göstərmişdir.
Zülfüqar (qılınc)
Zülfüqar (ər:ذوالفقار) Əli bin Əbu Talibin qılıncı == Ad, apelyasiya və görünüşü == Zülfüqar ərəb sözü olub "fəqərələr sahibi" mənasını ifadə edir. Fəqərə özü onurğa mənasındadır. Bu adın qılınca onun arxasında nahamar və hamar cızıqların olduğu üçün verildiyi nəql olunur.Çoxlu belə düşünülür ki zülfüqarın iki baş və bleydi varmış, amma Deyxudanın dediyinə görə "bu fikir əsas qılınc deyil." fəqət İbni Şəhr Aşub Mənaqib kitabında zülfüqarı iki başlı zikr edib.Bəzi mənbələrdə, bu qılınc kiçik dekorativ bezellər uzun və dar çuxurlarla dəstədən qılıncın ucuna qədər çəkilən iki bleydli qılınc kimi tanıdılıb. habelə İmam Sadiqdən gələn bir hədisə görə qılınca zülfüqar adı verilməsinin nədəni onun Onurğaya oxşamağındandır. Biharül Ənvarda Gələn İmam Baqirdən nəql olunan bir başqa hədisdə belə deyilir:"Niyə ki Əli Zülfüqar qılıncı ilə heç kimə vurmadı məgər bu ki onu bu dünyada ev-uşaqından və axirətdə cənnətdən uzaq salmışdır." == Zülfüqarın Əli bin Əbu Talibə çatması == Zülfüqarın Əliyə necə yetişməsinə görə müxtəlif nəzər və baxışlar var. Əli ər-Rzadan nəql olunan bir hədisə görə Cəbrayıl Zülfüqarı özü ilə göydən gətirmişdir. Məhəmməd Baqir Məclisi Mənaqibdən (ərəb. محمد باقر المجلسي‎) nəql edir ki, Hədid surəsinin 25-ci ayəsində bu hadisəyə işarə olunur. Bu barədə Biharül-ənvarda nəql olunan başqa bir hədisdə qeyd olunur ki, Zülfüqar Bəlqisin Süleyman peyğəmbərə verdiyi hədiyələrdən biridir ki, Əlinin əlinə yetişib.Ən məşhur nəqllərdən ki Dehxuda və Moin sözlüklərində gəlmişdir zülfüqar Mənbə ibni Əlhəccac"ərəb. منبه ابن الحجاج‎" və ya As ibni Mənbənin"ərəb.
Zülfüqar (tank)
Zülfüqar (farscaوالفقار) İran Silahlı Qüvvələrinin quru qoşunlarının özü-özünü təminatı və xaricdən asılılığını azaltmaq məqsədiylə quru qoşunları komandirinin köməkçisi olan Briqada generalı Mir-Younes Masoumzadeh tərəfindən yaradılmış və 1996-cı ildən etibarən xidmətə qəbul edilərək kütləvi istehsalına başlanılmış bir ikinci nəsil əsas döyüş tankıdır. Adını dördüncü İslam, həm də Raşidi xəlifəsi, Şiə təriqətinin birinci imamı xəlifə İmam Əli əleyhissəlamın əfsanəvi qılıncı olan Zülfüqardan almışdır. İlkin prototip modelləri 1993-cü ildə sınaqlardan çıxardıldı, 1997-ci ildə 6 ədəd yarımsənaye prototipləri istehsal edilmiş və eyni ildə də ordu sıralarına xidmətə qəbul edilmişdirlər. Ekipajı 3 nəfərdən ibarət tankda Rusiya istehsalı olan 125 mm-lik yivsiz 2A46 topundan istifadə edilir. Zülfüqar 1 tanklarının mühərriki 12-silindrlik dizel mühərrikidir və 780 at gücündədir (630 kW780 at gücü), Zülfüqar 3 tanklarının isə mühərriki 1000 at gücündədir. Maksimal sürəti 70 km olan tankın hərəkət mənzili 450 km-dir. Köməkçi silahları 12.7 mm-lik və 7.62 mm-lik pulemyotlardır. Güc nisbəti aşağıdakı kimidir: 21.7 hp / ton (Zülfüqar 1); 17.85 hp / ton (Zülfüqar 3) == Növləri və xüsusiyyətləri == === Zülfüqar 1 === İnqilabdan öncə ABŞ-dən qalan M48 Patton, M60 Patton tanklarının gövdəsinin üzərinə qurulmuşdur. İlk dəfə olaraq xalqa 1994-cü ildə nümayiş etdirilmişdir. Kompozit modelli zireh yalnız qüllə hissədə edilmişdir (birləşmə (qaynaq) hissələri bilinmir) və qülləyə 125 mm kalibrə sahib olan 2A46 Rusiya istehsalı olan tank topu yerləşdirilmişdir.
Zülfüqar Abbasov
Zülfüqar Abbasov (əsgər) — Azərbaycanlı əsgər, Vətən müharibəsi şəhidi. Zülfüqar Abbasov (xalq artisti) — Azərbaycanlı rejissor, aktyor.
Zülfüqar Abdullayev
Zülfüqar Səfər oğlu Abdullayev (1933, Şamxor) — Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayonvə Ucar Rayon Komitəsinin birinci katibi, Şamxor Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == 1933-cü ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1957-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbi bitirmişdir. 1951-ci ildən kolxozçu olmuşdur. 1953–1957-ci illərdə Kənd Təsərrüfatı İnstitutunda oxumuşdur. 1958–1959-cu illərdə maşın-meliorasiya dəstəsinin rəisi, 1960-cı ildən Şamxor Partiya Komitəsinin təlimatçısı, Şamxor Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 1965-ci ildən Yevlax Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi, Azərbaycan KP Ucar RK-nın birinci katibi vəzifələrində işləmiş, 1970-ci ildən isə Azərbaycan KP Mirbəşir RK-nın birinci katibidir. Azərbaycan KP MK üzvlüyünə namizəddir. Yeddinci, səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Dəmirçilər seçki dairəsi). == Mənbə == Зүлфүгар Сәфәр оғлу Аббасов // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш.
Zülfüqar Arzumanov
Zülfüqar Ata oğlu Arzumanov (d. 28 sentyabr 1971; Xaçmaz, Azərbaycan - ö. 1992; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Zülfüqar Arzumanov 1971-ci il 28 sentyabrda Xaçmaz rayonunun Yergüc qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan Zülfüqar Arzumanov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1992-ci ildə şəhid oldu. Əsgər Zülfüqar Arzumanov, Xaçmaz rayonunun Yergüc qəsəbəsində dəfn olunub. Arzumanov zülfüqar xaçmaz rayonu arzu kendinde 1971 ci ilde anadan olub ve 1989 cu ilde herbi xidmte gedib ve herbi xidmeti müveffeqiyyetle başa vurub ve sonra 1991ci ilde könüllü olaraq qarabaq döyüşlerine qatılıb qarabaq döyüşlwrin de cox feal olub oz esger yoldaşları ile birlikde agdam rayonunun tam yeddi kendini alıb ve daha sonra arzumanov zülfüqara rembo leqebi verilib ve daha sonra ermeniler terefinde başına pul kesilib ve buna baxmayaraq arzumanov zülfüqar cesurcasına düşmenlerden qorxmayıb vuruşmağa davam edib ve oz silahı ile mermisi bitene qeder döyüşüb mermisinin bitdiyini görende geri dönüb mermi alarken düşmen terefinden snayperle başından vurulub ve yerindece vefat edib arzumanov zülfüqarın esger yoldaşları terefinden ordan güçle çıxardılıb ve evine laiqi şekilde gönderilib 1992 ci ilde döyüş bölgesinde şehid olub.
Zülfüqar Baratzadə
Zülfüqar Baratzadə (tam adı: Zülfüqar Yaqub oğlu Baratzadə; 8 iyul 1931 – 11 fevral 1991) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1981). == Həyatı == Baratzadə Zülfüqar Yaqub oğlu 8 iyul 1931-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Əvvəllər Gəncə Dövlət Filarmoniyasında rəqqas olub. 1949-cu ildə Gəncə DDT-nin truppasına daxil olub. Xarakterlər aktyoru idi və təbii, xalq oyun estetikasına əsaslanan yumoru ilə özünə geniş tamaşaçı rəğbəti qazanmışdı. 11 fevral 1991-ci ildə 60 yaşında vəfat etmişdir. == Yaradıcılığı == Aktyorun teatrda əsas rolları: Mindilli, Bərbərzadə ("Nişanlı qız" və "Xoşbəxtlər", Sabit Rəhman), Göyüş, Dəli Domrul, Dinar ("Kişilər", "Dəli Domrul" və "Yadındamı?", Altay Məmmədov), Sərsəri ("Kəllə", Nazim Hikmət"), Çoban ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Balıqçı ("Günəş", Lütfəli Həsənov), Atobba ("Vicdan", Bəxtiyar Vahabzadə), Kamran ("Məhəbbət nişanəsi", Səttar Axundov), Ernardo ("Kələkbaz sevgili", Lope de Veqa), Müşavir ("Səyavuş", Hüseyn Cavid), Əmirqulu, Salman, Camal ("Yaşar", "Nəsrəddin şah" və "Almaz", Cəfər Cabbarlı), Aşıq, Dinar, Şişman ("Kişilər", "Dəli Domrul" və "Yadmdamı?..", Altay Məmmədov), Mustafa ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Möhnət ("Məhsəti Gəncəvi", Kəmalə Ağayeva), Həbəş ("Tü1kü və üzüm", Gilerma Fiqeyredu), Ağa Bəşir ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Nəroğlan ("Qız atası", Əfqan Əsgərov), Vəzir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Nəsrəddin ("Nəsrəddin", Yusif Əzimzadə), Çmqıl ("Adı sənin, dadı mənim", Seyfəddin Dağlı), Effer ("Bura gəlin", Əziz Ne-sin), Haqverdi ("Qatır Məmməd", Zeynal Xəlil), küçə xanən-dəsi ("Üç qəpiklik opera", Bertolt Brext), İppolit ("Həmişə təmizlikdə", Edvard Radzinski və Eldar Ryazanov), Baş senator, Riçard ("Otello" və "111 Riçard", Vilyam Şekspir), kişi ("Qatarlar səhər gedir", Raymond kauqver), İvan Petroviç ("Quduz pullar", Aleksandr Ostrovski), Knyaz ("İki qardaş", Mixail Lermontov), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Mahmud ("Boş barılar", Əhməd İsayev), Eyvaz ("Üçatılan", İlyas Əfəndiyev), Məmmədşəfi ("İtkin gəlin", Əlibala Hacızadə), Kristinoyu ("İctimai rəy", Aurel Baranqa), Prorab ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Qacar ("Vaqif", Səməd Vurğun), Frantişek Abel ("Zəngli saat", Osvald Zaqradnik). == Mükafatları == Azərbaycan SSR əməkdar artisti — 27.12.1971 Azərbaycan SSR Xalq artisti — 24.12.1981 == Filmoqrafiya == Yenilməz batalyon (film, 1965) Yeni evlənənlər (film, 1983) Bəyin oğurlanması (film, 1985) Ölsəm...
Zülfüqar Fərəcov
Zülfüqar Müseyib oğlu Fərəcov (27 aprel 1977; Əmiranlar, Xocavənd rayonu, Azərbaycan SSR — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zülfüqar Fərəcov 1977-ci il aprelin 27-də Xocavənd rayonunun Əmiranlar kəndində anadan olmuşdur. 1983-1992-ci illərdə orta təhsil almışdır. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Zülfüqar Fərəcov 1995-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Zülfüqar Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində snayper olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zülfüqar Fərəcov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində həlak olmuşdur.
Zülfüqar Hacıbəyov
Zülfüqar bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (17 aprel 1884, Şuşa – 30 sentyabr 1950, Bakı) — Azərbaycan-sovet bəstəkarı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır. == Həyatı == Zülfüqar Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Zülfüqar kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəylinin incəsənətdə formalaşmasında çox böyük rolu olmuşdur. Zülfüqar Hacıbəyovun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski var. O, 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – "50 yaşında cavan" (1910) əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olmuşdur.
Zülfüqar Musayev
Zülfüqar Musayev (tam adı:Zülfüqar Fətulla oğlu Musayev, d.1932, Sabirabad-v.2004, Bakı) — Dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (IV) direktoru. == Həyatı == Zülfüqar Fətulla oğlu Musayev 20 iyun 1932-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 1941-ci ildə orta məktəbin 1-ci sinfinə getmiş və 1951-ci ildə orta məktəbi bitirmişdir. 1951-1956-cı illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) inşaat fakültəsində “Su təsərrüfatı və kanalizasiya” ixtisası üzrə təhsil almışdır. Mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. 1956-cı ildə Azərbaycan Kənd Tikintisi Layihə İnstitutunda mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamış və şöbə rəisi vəzifəsinədək yüksəlmişdir. 1967-1970-ci illərdə Ümumittifaq Su- Kanal Layihə İnstitutunun Bakı filialında şöbə rəisi işləmişdir. 1970-1972-ci illərdə “İmumittifaqsukanallayihə” İnstitutunun Bakı filialının direktoru olmuşdur. Bu illərdə Kür çayından Bakı şəhərinə su kəmərinin çəkilməsində yaxından iştirak etmişdir və Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1972-ci il aprelin 15-də Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi İnstitutuna direktor təyin edilmiş və bu vəzifədə 24 oktyabr 1975-cı ilə kimi işləmişdir.
Zülfüqar Məmmədov
Zülfüqar Məmmədov (memar)
Zülfüqar Qodmanlı
Əliyev Zülfüqar Mənsur oğlu — şair, SSRİ Yazıçılar İttifaqının, Azərbaycan SSR Jurnalistlər Birliyinin (1964) və 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Zülfüqar Qodmanlı 1933-cü il iyunun 15-də Masallı rayonunun Qodman kəndində anadan olmuşdur. İbtidai təhsilini doğma kənddə almış, sonra Bakıda Buzovna qəsəbəsində tikintidə fəhlə işləmiş, həm də axşam fəhlə-gənclər məktəbində orta təhsil almışdır. Buzovna qəsəbəsində 1 saylı tikinti idarəsinin komsomol komitəsinin katibi (1953-1955) olmuş, Sumqayıt şəhər komsomol və partiya komitələrində təlimatçı işləmişdir. 1960-1965-ci illərdə Sov.İKP MK nəzdindəki Moskva ali partiya məktəbini bitirdikdən sonra Sumqayıt aşqarlar zavodunda kadrlar şöbəsinin rəisi, boru-prokat zavodunda məişət sexinin rəisi, 35 saylı məktəbdə ictimaiyyət və estetika, tibb məktəbində fəlsəfə müəllimi, 85 saylı texniki məktəbdə direktor olmuş,Sonradan Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor vəzifəsində işləmişdir. Ədəbi fəaliyyətə "Sosialist Sumqayıtı" qəzetinin 1960-cı il noyabr tarixli sayında çap etdirdiyi "Taxtabiti" adlı satirik şeri ilə başlamışdır. O zamandan dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Zülfüqar Qodmanlı SSRİ Yazıçılar İttifaqının və Jurnalistlər Birliyinin üzvü olmuşdur. Öz yaradıcılığında Sumqayıta və şəhərin zəhmət adamlarının tərənnümünə geniş yer ayırmışdır. Onun elmi əsərlərinin əksəriyyəti, o cümlədən dissertasiyası da Sumqayıta həsr olunmuşdur.
Zülfüqar Qubadov
Zülfüqar İsmi oğlu Qubadov (25 sentyabr 1975, Dilman, Ağsu rayonu – 13 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zülfüqar Qubadov 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. Zülfüqar Qubadov 1982-1992-ci illərdə Dilman kənd tam orta məktəbində təhsil alıb. 1992-1995-ci illərdə Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Zülfüqar Qubadov 1995-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 1999-2008-ci illərdə isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılıb. Azərbaycan Ordusunun kapitanı olan Zülfüqar Qubadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülfüqar Qubadov oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Ağsu rayonunda dəfn olunub.
Zülfüqar Rüfətoğlu
Əhmədzadə Zülfüqar Rüfət oğlu (22 iyun 1958, Bakı) — Şirbalanın məhəbbəti filminin ssenari müəllifi, Səhər qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi Qızıl qələm mükafatlı azərbaycanlı jurnalist, yazıçı. Uzun illər BBC Azərbaycan xidmətində fəaliyyət göstərib. == Həyatı == Zülfüqar Rüfətoğlu 1958-ci il iyunun 22-də Bakı şəhərində anadan olub. 1965-1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb, 1980-ci ildə buranı fərqlənmə diplomi ilə bitirib. Hərbi xidmətdən sonra 1985-ci ildə "Azərbaycan qadını" jurnalında jurnalistika fəaliyyətinə başlayıb. 1986-cı ildə isə "Sovet kəndi" qəzetində, 1987-ci ildən isə "Kommunist" qəzetində fəaliyyətə göstərib. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. Müxtəlif illərdə "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb.
Zülfüqar Sarıyev
Zülfüqar Hüseyn oğlu Sarıyev (yanvar 1883, Şuşa – 1969, Bakı) — Azərbaycan opera müğənnisi (tenor), muğam ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Zülfüqar Hüseyn oğlu Sarıyev 1883-cü ilin (bəzi mənbələrdə 1888-ci il) yanvar ayında Şuşa şəhərində anadan olmuşdur. Atası erkən vəfat etdiyi üçün uşaq yaşlarından qardaşı ilə birgə işləməyə məcbur olmuşdur. Muğam və milli musiqiyə olan həvəsindən əlavə, səs imkanlarının mövcudluğu onun üçün xanəndəliyə yol açmış, Azərbaycan muğamlarını dövrünün tanınmış xanəndələrindən, qrammofon vallarından öyrənmişdir.Zülfüqar Sarıyev 1917-ci ildən başlayaraq dərnəklərdə, 1920-ci ildən isə opera səhnəsində çıxış etmişdir. O, yaradıcılığı boyunca Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Sona Bağırova, Sürəyya Qacar, Həqiqət Rzayeva, Əli Zülalov, daha sonralar Xanlar Haqverdiyev, Əliövsət Sadıqov, Şirzad Hüseynov və başqaları ilə birlikdə çalışmışdır. Zülfüqar Sarıyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", Müslüm Maqomayevin "Şah İsmayıl" və başqa opera və operettalarda Məcnunun atası, Zeyd, Şah Osmanlı, carçı, zəvvar kimi müxtəlif obrazlarda çıxış etmişdir.Əsasən, xarakterik rolların ifaçısı olmuş Zülfüqar Sarıyev xüsusi ifa imkanına və lirik tenor səsə malik olmasına baxmayaraq, bəstəboy olması səbəbindən hər zaman ikinci dərəcəli rolları oynamağa məcbur olmuşdur.Zülfüqar Sarıyev opera tamaşalarından əlavə, Xan Şuşinski, Hüseynağa Hacıbababəyov, Zülfü Adıgözəlov, Xanlar Haqverdiyev, Əlövsət Sadıqov, Münəvvər Kələntərli kimi müğənnilərlə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə radio studiyasında, Bakının mədəniyyət saraylarında təşkil edilən açıq konsertlərdə çıxış etmişdir.Zülfüqar Sarıyev 27 aprel 1940-cı ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Zülfüqar Sarıyev 1969-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Zülfüqar Zülfüqarov
Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu (3 dekabr 1913, Nuxa rayonu – 9 iyul 1992, Bakı) — Azərbaycan SSR EA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == 1913-cü il dekabrın 3-də Şəki şəhərində anadan olub. Onun uşaqlığı, məktəb illəri və gəncliyi də Şəkidə keçmişdir. 1916-ci ildə atası vəfat etdikdən sonra o, iki qardaşı və bacısı ilə anasının himayəsində qalmışdır. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsini bitirib. 1938-ci ildə SSSRİ EA-nın Azərbaycan filialının kimya institutunda aspirant olmuşdur. 1939-cu ildən SSRİ EA-nın Azərbaycan Filialının Kimya institutunun fiziki kimya Labaratoriyasında kiçik elmi işçi kimi çalışmışdır. Daha sonralar Azərbaycan EA-nın qərarı ilə fiziki-kimya ixtisası üzrə "baş elmi işçi" adı təsdiq edilmişdir və labaratoriyanın rəhbəri seçilmişdir. 1941-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1957-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1959-cu ildə isə professor elmi adını alıb, 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. 1958-ci ildə SSRİ AAK-nın qərarı ilə kimya elmləri doktoru alimlik dərəcəsi təsdiq edilmişdir.
Zülfüqar İsmayılov
İsmayılov Zülfüqar Əli oğlu () — Azərbaycanlı şəhid. == Həyatı == İsmayılov Zülfüqar Əli oğlu 31 avqust 1973-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur.O, orta məktəbi bitirdikdən sonra "Emin" kooperativində əmək fəaliyyətinə başlamış, təxminən bir ilə yaxın orada işləmişdir. == Təhsil == O, Böyük Məzrə kənd orta məktəbinin birinci sinfinə getsə də,məlum hadisələrlə əlaqədar olaraq ailəsi ilə birlikdə Gəncə şəhərinə pənah gətirmişlər. Zülfüqar İsmayılov təhsilini Gəncə şəhəri 13 saylı orta məktəbdə davam etdirmişdir. == Hərbi xidməti == 1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış,002 saylı hərbi hissənin tərkibində Sırxavənd, Drambon, Vaquas kəndləri həmçinin Qozlu körpü uğrunda gedən döyüşlərdə böyük hünərlə xidmət göstərmişdir. Drambon uğrunda gedən qızğın döyüşlərin birində sol ayağından yaralansa da,geri çəkilməyən həmyerlimiz elə cəbhədəcə ayağını orada xidmət göstərən həkimlərə sarıtdıraraq xidmətini davam etdirmiş,düşmənin silahlı qüvvələrinə ağır zərbələr endirmişdir. Lakin İsmayılov Zülfüqar Əli oğlu 11 fevral 1993-cü ildə düşmən snayperindən açılan güllənin qurbanı olmuş və şəhid olmuşdur. Meyiti Gəncə şəhərinə gətirilərək Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur. == İrsi == Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. == İstinadlar == "GƏNCƏ ŞƏHİDLƏRİ".
Zülfüqar Şahsevənli
Qarayev Zülfüqar Qubad oğlu - şair, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalisthr Birliyinin üzvü (1983). Zülfüqar Şahsevənli 1950-ci il 25 dekabrda Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. Burada Gəray Əsədov adına kənd orta məktəbini bitirmişdir (1969). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1973-1978). "Gənclik" nəşriyyatında kiçik redaktor, redaktor, böyük redaktor işləmişdir (1979-1999). "Günay" qəzeti redaksiyasında baş redaktor, baş direktor vəzifəsində çalışmışdır (1999-2001). Bədii yaradıcılığa erkən başlamışdır. İlk "Çinar" şeri "Yüksəliş" rayon qəzetində, "Şahsevənə yolun düşsə" şeri isə "Bakı" axşam qəzetində 1969-cu ildə dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir."«Çinar pöhrələri" (1979), "Yaşıl budaqlar" (1981), "Bir bayraq altında" (1982), "Gənc istedadlar" (1984), "Dünyamız ağ göyərçin" (1984) və sair toplularda şeirləri çap edilmişdir. Bədii tərcümə ilə də ardıcıl məşğul olur.
Zülfüqar Şirvani
Zülfüqar Şirvani (1190-1291) - Azərbaycan şairi, alimi. Zülfüqar Şirvaninin fəaliyyəti XIII əsrə təsadüf edir. Bu Azərbaycan alimi, şir və mütəfəkkiri poetika, məntiq, fəlsəfə sahələrində məşhur idi. Zülfüqar Şirvaninin fəlsəfi görüşləri onun 10 min beytdən ibarət "Divan"ında əksini tapıb."Divan"dan məlum olur ki, Zülfüqar Şirvaninin dünyagörüşü gərgin panteist təlimləri təsiri altında formalaşmışdır. == Həyatı == Adı Qivamüddin Hüseyn ibni-Sədrəddin Əlidir. Qiymətli bir alim və yüksək dərəcəli bir şair olmuşdur. Şirvanşahın vəziri sədr Səidülmastri haqqında uzun və mükəmməl bir qəsidə yazmışdır. Bunun müqabilində mükafat olaraq yeddi xalvar ipək almışdır. Axırda İraqa gedib, Sultan Məhəmməd Xarəzmşahın tarixini nəzmə çəkmiş və ondan iltifat götürüb, bir çox hədiyyə almışdır. Moğol dövləti zamanında da, Abaqa xanın vəziri atabək Yusif ona hədsiz iltifat göstərmişdir.
Zülfüqar Əhmədzadə
Zülfüqar Əhməd oğlu Əhmədzadə (29 oktyabr 1898, Pensər, Lənkəran qəzası – 9 iyun 1942) — Talış şair, publisist, tərcüməçi və ictimai-siyasi xadim. "Sıə tolış" qəzetinin redaktoru.1918-ci ildə "Hümmət" təşkilatının üzvü olub. 1920–1922-ci illərdə Lerik rayonu (Zuvand) Qosmalıan kəndində İcraiyyə Komitəsinin sədri, 1922–1923-cü illərdə Lənkəran qəzasında Torpaq şöbəsinin müdiri işləyib. 1923–1925-ci illərdə Lənkəran Maarif Şöbəsinin müdiri, 1925–1926-cı illərdə Laçın, 1926–1928-ci illərdə Zaqatala, 1928–1929-cu illərdə isə Ağdam icraiyyə komitələrində çalışıb. 1929–1930-cu illərdə Lənkəran Rayon Pedoqoji Texnikumunun direktoru vəzifəsinə təyin edilib. 1930-cu ildə isə o, Mərkəzi Komitəya çağrılıb və Astara Rayonu İcraiyyə Komitəsinin sədri təyin edilib.1930-cu illərdə Talış ədəbi dilinin formalaşmasında müstəsna xidmətləri olub. İlk dəfə olaraq latın qrafikası ilə Talış əlifbasının yaradılması onun adı ilə bağlıdır.1932-ci ildə bir müddət Respublika Mərkəzi İcraiyyə Komitəsində işləyib. 1933–1935-ci illərdə Azərbaycan Xalq Maarif Komissarlığında Ali Məktəblər idarəsinin rəisi, 1935–1938-ci illər ərzində Azərnəşrdə "Azlıqda Qalan Xalqlar" şöbəsinin müdiri işləyib.15 mart 1938-ci ildə əksinqilabi fəaliyyətlərdə günahlandırılıb və evində tapıldığı iddia edilən tapancaya görə həbs edilib. == Bioqrafiyası == === Erkən illəri === Zülfüqar Əhmədzadə 29 oktyabr 1898-ci ildə Astara rayonunun Pensər kəndində anadan olub. Dindar bir ailədə doğulduğuna görə atası və anası ilk növbədə dini təhsil alması məqsədi ilə Zülfüqarı müsəlman məktəbinə qoyublar.
Zülfüqar Abbasov (rejissor)
Zülfüqar Qulu oğlu Abbasov (3 may 1940, Yuxarı Saral, Marneuli rayonu – 1 aprel 2022) — Azərbaycan rejissoru, aktyor. Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Zülfüqar Abbasov 1940-cı il may ayının 3-də Gürcüstan SSR-də Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olmuşdur. Əsli-kökü Qərbi Azərbaycanın Vedi və Dərələyəz mahalındandır. Ata babası Dinməz Abbas o mahallarda gedən mənfur erməni qiyamçılarının intiqamçısı olub. Sovetlərdən sonra həbs və sürgünlərdən canını qurtarmaq üçün Borçalıya köçüb. Orta məktəbi Borçalıda bitirib. İki dəfə ali təhsil alıb. 1962-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutununun Azərbaycan bölməsini və 1966-cı ildə Bakı Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universitetini) bitirib. Teatr institunda oxuduğu vaxt ona müəllimləri — böyük sənətkar Mehdi Məmmədov və Məlik Dadaşov bu sənətin sirlərini dərindən öyrədiblər.
Zülfüqar Abbasov (əsgər)
Zülfüqar Bayram oğlu Abbasov (24 dekabr 1995; Gədəbəy, Azərbaycan — 10 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zülfüqar Abbasov 1995-ci il dekabrın 24-də Gədəbəy şəhərində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Zülfüqar Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülfüqar Abbasov noyabrın 10-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Abbasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Abbasov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Axund Molla Zülfüqar Axundov
Axund Molla Zülfüqar Axundov (azərb. Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov‎) — Qarabağın tanınmış din xadimi. Cümə məscidinin axundu. Axund Molla Mustafanın oğlu. Hacı İbrahim ağa Axundovun kiçik qardaşı. == Həyatı == Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov 1872-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır.Axund Molla Zülfüqar Axundov ilk təhsilini atası Axund Molla Mustafa Əliyevdən almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Sonralar Xorasanda mükəmməl dini təhsil almışdır. Qardaşı Hacı İbrahim ağa Axundovun vəfatından sonra Ağdam Cümə məscidinin axundu seçilmişdir.Azərbaycanın yüzlərlə ziyalısı kimi Axund Molla Zülfüqar Axundov da 1937-ci ildə repressiya qurbanı olmuşdur. O, 1937-ci ilin sentyabr ayının 15-dən 16-na keçən gecə güllələnmişdir.Axund Molla Zülfüqar Axundov ailə həyatı qursa da, övladı olmamışdır.
Ayaz Zülfüqarov
Ayaz Zülfüqarov — Azərbaycan aşığı. == Həyatı == Aşıq Ayaz Zülfüqarov 1931-ci ildə Qazaxın Daş Salahlı kəndində anadan olmuşdur. Aşıq Bəhram Həsənovun şagirdi olub. Sazbənd Məhəmmədəlidən saz düzəltməyin sirlərini öyrənib.1982-ci ildə vəfat etmişdir.
Cahangir Zülfüqarov
Cahangir Oqtay oğlu Zülfüqarov (d. 31 oktyabr 1955, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012), A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının musiqi hissə müdiri. == Həyatı == Cahangir Oqtay oğlu Zülfüqarov 31 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbini bitirərək, Azərbaycan Dövlət Konservatoriyasında xalq artist Cövdət Hacıyevin kursunda təhsil alıb (1979-1984). Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor işləyib. Cahangir Zülfüqarov 1986-cı ildən Respublika bəstəkarlar ittifaqının üzvüdür. 1986-ci ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında misiqi hissə müdiri vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə burada azərbaycan və rus truppalarında hazırlanan Aleksandr Ostrovskinin "Qar qız", Kamal Aslanovun "Şərq nağılı", "Göy saqqal", Həsənağa Hüseynovun "Saz əhvalatı", Bertolt Brextin "Kuraj ana", Mirzə Fətəli Axundovun "Parisi dağıdanlar", Aleksandr Sergeyeviç Puşkinin "Qızıl xoruz", Namiq Ağayevin "Oxay və Əhməd", Rəhman Əlizadənin "Damdabaca", "Tıq-tıq xanım", "Maymaq", "Dəcəl çəpişlər belə-belə işlər", Ələkbər Hüseynovun "Səadət quşu" və "Möcüzəli tamaşa", Tofiq Ağayevin "Qoçaq Əhməd", Xanımana Əlibəylinin "Ləpələrin nağılı", Nicat Kazımovun "Ələddin", Şarl Perronun "Qırmızı papaq", Cani Rodarinin "Çipollino" və sair tamaşalara musiqi bəstələyib. Eləcə də animasiya filmlərinə, sənədli filmlərə, “Romeo və Cülyetta” (1999), “Otello” (2000) şou-filmlərinə musiqilər, mahnı və romanslar (1990 – 2001) bəstələyib. Müxtəlif musiqi janrlarında əsərləri var.
Cümşüd Zülfüqarlı
Cümşüd İsmayıl oğlu Zülfüqarlı (30 yanvar 1905, Naxçıvan – 12 dekabr 1982, Bakı) — professor (1961), kimya elmləri doktoru (1963), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1968), Azərbaycan Respublikası əməkdar elm xadimi (1971). Azərbaycanın keçmiş xarici işlər naziri, Latviya və Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Tofiq Zülfüqarovun əmisi olan Cümşüd Zülfüqarlı 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. == Fəaliyyəti == 1950-ci ilədək Müharibədən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda laboratoriya müdiri 1951–1952-ci ildə Azərbaycan Dövlət Unversitetində (indiki BDU) kimya fakültəsinin dekanı ,1957-1982-ci illərdə qeyri-üzvi kimya kafedrasının müdiri vəzifələrində işləmişdir. Tədqiqatları neftdə, orqanizmlərdə, torpaqda, müxtəlif tipli çökmə süxurlarda, lay sularında mikroelementlərin yayılma qanuna-uyğunluqlarının aşkara çıxarılmasına həsr edilmişdir. Buruq sularından yod alınmasının yeni üsulunu təklif etmiş, alunitin emalı məhsullarından sulfat turşusu alınması texnologiyasının təkmilləşdirilməsi yollarını göstərmiş, ana dilində kimya terminologiyasının yaranması işinə, kimya elminin tədrisi üsullarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirmişdir. 300-dən çox elmi əsərin müəllifidir. Elmi-pedaqoji kadrların hazırlanmasında xidməti var.1966–1967-ci illərdə Almaniya Demokratik Respublikasında, 1974-cü ildə Yaponiya, 1977-ci ildə Şotlandiya, Suriya və Çexoslovakiyada beynəlxalq konfrans və konqreslərdə məruzələr etmişdir. "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş, SSRİ-nin və Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi fəxri adlarına layiq görülmüşdür. == Əsərləri == Qeyri-üzvi kimya terminologiyası, B., 1939; Azərbaycanca üzvi kimya terminologiyasının prin-sipləri haqqında, B., 1941; Qeyri-üzvi kimya praktikumu, B., 1979; Распространение микроелементов в каустобиолитах, организмах, осадочных породах и пластовых водах, Б., 1960.
Eldar Zülfüqarov
Zülfüqarov Eldar İslam oğlu — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000-2011-ci illər). == Həyatı == Zülfüqarov Eldar İslam oğlu 1954-cü il mayın 1-də Şəmkir rayonunda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1977-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Radiasiya problemləri" İnstitunda işləmiş, 1986-cı ildə namizədlik və 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda AKU-da "Beynalxalq əlaqələr üzrə prorektor" vəzifəsində işləyir. 2000-2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. 9 dekabr 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Elxan Zülfüqarov
Zülfüqarov Elxan Qaçay oğlu (29 iyun 1954, Qaryagin rayonu – 5 yanvar 1994, Şükürbəyli, Füzuli rayonu) — Azərbaycan kəşfiyyatçısı, Kapitan, Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elxan Zülfüqarov 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olmuşdur. 1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı məktəbin səkkizinci sinfini bitirmişdir. Daha sonra Yevlax rayonunda orta təhsilini davam etdirmişdir. 1971-ci ildə texnikuma daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılmışdır. 1974-cü ildə Ukrayna SSR-də xidmətini başa vurmuş və yarımçıq qalmış təhsilini davam etdirmişdir. 1975-ci ildə təyinatla Novosibirsk şəhərinə göndərilmişdir. Milis işçisi olaraq fəaliyyətə başlamış, baş leytenant rütbəsi almışdır. == Döyüşlərdə iştirakı == 1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edildiyini və Qarabağ hadisələrinin başlandığını bilən kimi Azərbaycana qayıtmışdır.
Fariz Zülfüqarzadə
Fariz Fərhad oğlu Zülfüqarzadə (20 noyabr 1992, Lənkəran rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fariz Zülfüqarzadə 20 noyabr 1992-ci il Lənkəran şəhərində anadan olub. 1997-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb və 2007-ci ildə Azərbaycana, Lənkəran şəhərinə qayıdıb. Təhsilini Lənkəran şəhər 4 saylı orta məktəbdə(rus bölməsində) davam etdirib. Orta təhsilli olub. Ailəli idi. 2 övladı var. == Hərbi xidməti == 2012-2013-cü illərdə hərbi xidmətdə olan Fariz Zülfüqarzadə 2015-ci il mart ayından müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıdaraq tankçı kimi hərbi xidmətini davam etdirib. Aprel döyüşlərində Lələtəpə uğrunda mübarizədə fəal iştirak edib. === İkinci Qarabağ müharibəsində iştirakı === 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Məhərrəm Zülfüqarlı
Məhərrəm Paşa oğlu Zülfüqarlı (19 avqust 1955, Ucar) — tarix üzrə elmlər doktoru, professor == Həyatı == 19 avqust 1955-ci ildə Azərbaycan Respublikasının Ucar şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsi əyani şöbəsini, 1986-cı ildə həmin universitetin aspiranturasını bitirib. 1977–1980-ci illərdə dövlət təyinatı ilə Saatlı rayonu Nərimankənd orta məktəbində müəllim işləyib. 1980–1981-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunda baş laborant vəzifəsində çalışıb. 1981–1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında əvvəlcə müəllim, sonra isə baş müəllim vəzifələrində işləyib.1992–1993-cü illərdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatında humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində çalışıb.1994–1995-ci illərdə Sumqayıt şəhər Mənzil Təsərrüfat Birliyində baş metodist işləyib. 1995–1996-cı illərdə Sumqayıt Texnologiya Texnikumunda müəllim,1998–2001-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim ,2000–2001-ci illərdə Bakı Biznes Universitetində baş müəllim, magistratura şöbəsinin müdiri vəzifələrində işləyib. 2018-2020-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycan tarixi" fənnini tədris edib. 2007-ci ildən Azərbaycan Turizm və Menecment Universitetində çalışır. Hazırda həmin universitetin "İctimai fənlər " kafedrasının professoru, tarix elmləri doktorudur..Universitetdə nəşr olunan. AAK-ın elmi nəşrlər üçün tövsiyə etdiyi “ Turizm və otelçilik tədqiqatları” jurnalının məsul katibidir.
Məlik Zülfüqarov
Məlik Kamran oğlu Zülfüqarov (27 iyul 2001, Karrar, Kürdəmir rayonu – 21 oktyabr 2020) - əsgər, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Məlik Kamran oğlu Zülfüqarov 27 iyul 2001-ci il Kürdəmir rayonunun Karrar qəsəbəsində anadan olmuşdur. 2007-ci ildə Karrar qəsəbəsində yerləşən tam orta məktəbdə təhsil almağa başlamış, 2018-ci ildə isə təhsilini bitirmişdir. Evin tək oğlu olan Məlik 21 oktyabr 2020-ci ildə həlak olmuşdur. == Hərbi xidməti == Məlik Zülfüqarov 3 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmış, Azərbaycanın Böyük Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılmış, 21 oktyabr 2020-ci ildə həlak olmuşdur. Məlik döyüşlərdə göstərdiyi igidliyə görə "Vətən uğrunda" medalına layiq görülmüşdür.
Oqtay Zülfüqarov
Oqtay Qədir oğlu Zülfüqarov (31 may 1929, Bakı – 31 avqust 2016, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violoncel sinfini, A. Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub. O, uşaqlar üçün yazılan "Qız-ulduz", "Pişik və Sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir. 2010–2012 illərdə O. Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün "Sehrli alma" iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb.
Qalib Zülfüqarlı
Qalib Laim oğlu Zülfüqarlı (d. 20 dekabr 1992; Lənkəran, Azərbaycan — ö. 27 mart 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Qalib Zülfüqarlı 1992-ci ilin 20 dekabr günündə Lənkəran şəhərinin Vilvan kəndində anadan olub. Qalib Zülfüqarlı nişanlı idi, yaxın günlərdə toy mərasimi baş tutmalı idi. == Hərbi xidməti == Leytenant Qalib Zülfüqarlı 2016-cı ildə, martın 27-si Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Elə martın 27-si isə Qalib Zülfüqarlı doğulduğu Lənkəran şəhərinin Vilvan kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Zülfüqarlı uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Qaragüney (Zülfüqarlı)
Qaragüney — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponimikası == Kənd Qoşunəlilər Qaragüneyi, bəzən Məmmədli da adlanır. Yaşayış məntəqəsini Qoşunəli oğlu Məmməd adlı bir nəfər Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırılmışdır. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir. Kəlbəcər rayonunun ərazisində Qaragüney adında başqa bir kənd də olmuşdur. Həmin kənd 2015-ci ildən Tağılar adlanır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən ş.-da, dağətəyi ərazidə yerləşir.
Samir Zülfüqarov
Samir Xəlil oğlu Zülfüqarov (3 iyul 1976, Ağbaş, Dəvəçi rayonu – 17 mart 1995, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Azərbaycanın Milli Qəhrəmanı (1995), Mart hadisələri şəhidi. == Həyatı == Samir Zülfüqarov 3 iyul 1976-cı ildə Şabran rayonunda anadan olmuşdur. Səkkizinci sinfə qədər burada təhsil alan Samir, ailə vəziyyətləri ağır olduğu üçün təhsilini yarımçıq qoyaraq işləmiş, ailələrinə dayaq olmuşdu. 1994-cü il Şabran rayonundan hərbi xidmətə çağırılır. Samir qısa müddətə "N" saylı hərbi hissədə silahların çoxundan istifadə etməyi öyrənmişdi. Nizam intizamı, ciddiliyi ona böyük hörmət qazandırmışdı. Komadirləri bütün bunları nəzərə alaraq Samirə qısa müddətli məzuniyyət verdilər. 1995-ci il mart hadisəsi xəbərini eşidən cəsur əsgər döyüşçü dostlarının yanına qayıtdı. Milli Ordu silahlı dəstəni zərərsizləşdirərkən Samir də əməliyyatda iştirak edirdi. O, ömrünün ən gözəl bir zamanında, dövlətçiliyimiz, suverenliyimiz uğrunda gənc ömrünü qurban verdi.
Səadət Zülfüqarova
Sədaqət Şamil qızı Zülfüqarova (10 iyul 1924 – 27 dekabr 1986) — aktrisa. == Həyatı == Teatr və kino aktrisası Sədaqət Zülfüqarova 30-a qədər filmdə əsasən epizodik rollarda çəkilmişdir.
Sədaqət Zülfüqarova
Sədaqət Şamil qızı Zülfüqarova (10 iyul 1924 – 27 dekabr 1986) — aktrisa. == Həyatı == Teatr və kino aktrisası Sədaqət Zülfüqarova 30-a qədər filmdə əsasən epizodik rollarda çəkilmişdir.
Sərdar Zülfüqarov
Sərdar Zülfüqarov (Zülfüqarov Sərdar Baba oğlu; d. 1929, Zöhrəmi, Dəvəçi rayonu) — Dövlət mükafatı laureatı. == Həyatı == Sərdar Zülfüqarov 1929-cu il avqust ayının 10-da Şabran (Dəvəçi) rayonunun Zöhrəmi kəndində anadan olmuşdur. Zülfüqarov Sərdar Baba oğlu 2002–ci ilin sentyabr ayının 28-də Bakı şəhərində ürək çatışmamazlığından vəfat etmişdir. == Təhsili == Sərdar Zülfüqarov 1946-cı ildə M.S.Rəsulzadə adına ADU-nun geoloji coğrafiya fakultəsinə daxil olmuş və 1951 ci ildə geoloq ixtisası alaraq universiteti bitirmişdir. == Elmi fəaliyyəti == 1969 cu ildə “Filizçay yataqlarının əmələ gəlməsinin struktur şəraiti” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır. Bir monoqrafiyanın və 10 elmi əsərin müəllifidir. 1981 ci ildən respublika ərazisində radiaktiv elementlərin öyrənilməsində və ekologiyanın tədqiqi işlərinə rəhbərlik etmişdir. == Əmək fəaliyyəti == 1950-ci ildən Azərbaycan Geologiya idarəsinin Naxçıvan Muxtar Respublikasının Ordubad geoloji kəşfiyyat partiyasinda kollektor, icraçı geoloq, böyük geoloq və sahə rəisi vəzifələrində çalışmışdır. 1954–1958-ci illərdə Ordubad geoloji kəşfiyyat partiyasının texniki rəhbəri vəzifəsində işləmişdir.
Səttar Zülfüqarov
Səttar Abuzər oğlu Zülfüqarov (26 iyun 1910, Çiçi, Quba qəzası – oktyabr 1976) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ət və süd sənayesi naziri (1965–1971). == Həyatı == Səttar Abuzər oğlu Zülfüqarov 1910-cu ildə hazırkı Quba rayonunun Çiçi kəndində kəndli ailəsində anadan olmuşdur. 1931-ci ildən inşaatçı-texnik işləmiş, 1934-cü ildən Pyatiqorsk Zootexnika İnstitutunun tələbəsi olmuşdur. Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini almışdır.1938-ci ildə institutu bitirən Səttar Zülfüqarov Ağstafa atcılıq zavodunda işləmişdir. 1939–1943-cü illərdə o, burada zootexnik, zavodun direktoru vəzifələrində çalışmışdır. 1943-cü ildən Azərbaycan SSR xalq əkinçilik komissarının müavini və sovxozlar nazirinin müavini olmuşdur. 1950-ci ildən Bakı ət kombinatının baş zootexniki, atçılıq zavodunun direktoru, Azərbaycan SSR Nazirlər Sovetinin heyvandarlıq bölməsinin rəisi, 1959-cu ildən isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifələrində çalışmışdır.1962–1965-ci illərdə Səttar Zülfüqarov tədarük nazirinin müavini, quşçuluq sənayesi idarəsinin rəisi, kənd təsərrüfatı nazirinin müavini vəzifələrində işləmişdir. 1965-ci ilin oktyabrında Azərbaycan SSR ət və süd sənayesi naziri təyin edilmişdir. 1971-ci ildə o, təqaüdə çıxmış, eyni zamanda Ümumittifaq Elmi-Tədqiqat Ət Sənayesi İnstitutu Bakı şöbəsinin direktor müavini işləmişdir.Səttar Zülfüqarov 1942-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 7-ci çağırış deputatı seçilmişdir. 1966-cı ildən Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur.
Tahir Zülfüqarov
Tahir Zülfüqarov Xıdır oğlu (d. 1930-cu ildə Xaçmaz rayonunun Nərəcan kəndi) — coğrafiya üzrə fəlsəfə doktoru. == Həyatı == T.X.Zülfüqarov 1930-cu ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olmuşdur. 1951-ci ildə Quba şəhəri ikiillik müəllimlər institutunu coğrafiya-biologiya ixtisası üzrə qurtarmışdır. 1956-cı ildə isə ADU-nın geologiya-coğrafiya fakultəsini coğrafiya ixtisası üzrə bitirmışdır. == Elmi fəaliyyəti == 1958-1960-cı illərdə Azərbaycan Hidrometeorologiya İdarəsinin Xəzər dənizi ekspedisiyasında mühəndis-okeanoloq işləmişdir.1960-1963-cü illərdə Azərbaycan MEA Coğrafiya institutunun əyani aspirantı olmuşdur.1966-cı ildə «Orta Xəzərin qərb hissəsində suyun temperaturunun şaquli paylanması» mövzusunda dissertasiya müdafiə edib coğrafiya elmləri namizədi alimlik dərəcəsi almışdır.1963-1969-cü illərdə Azərbaycan EA Coğrafiya institutunda kiçik elmi işçi, Pirallahı adasındakı Xəzər dəniz elmi-tədqiqat stansiyasının rəisi olmuşdur.1969-cu ildən ADPU-də fiziki coğrafiya kafedrasında baş müəllim, kimi işə başlamışdır və hazırda dosent vəzifəsində işləyir.Xəzər dənizinin, onun ayrı-ayrı akvatoriyalarının hidrometeorologiyasına dair 40-dan artıq elmi məqalənin müəllifidir. Ali məktəblərdə coğrafiyanın tədrisinə aid metodik proqramların müəllifi və elmi redaktoru olmuşdur. Azərbaycan Sovet ensiklopediyasının 10 cildliyində müəllif kimi iştirak etmişdir və 80-a qədər məqalənin müəllifidir.
Tofiq Zülfüqarov
Tofiq Nadir oğlu Zülfüqarov (1 noyabr 1959, Rostov-na-Donu) — Azərbaycan diplomatı, Azərbaycanın keçmiş xarici işlər naziri (1998–1999), Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri (2005–2010), Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri (2007–2015). == Həyatı == Tofiq Zülfüqarov 1 noyabr 1959-cu ildə Rusiyanın Rostov şəhərində anadan olmuşdur. Ailəsi 1961-ci ildə Bakıya köçmüşdür. 1966–1976-cı illərdə Bakıda 93 saylı orta məktəbdə oxumuşdur. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1981-ci ildə oranı bitirmişdir. 1981‐ci ildə SSRİ Silahlı Qüvvələri sıralarına çağırılmış, Yəmən Xalq Demokratik Respublikasının paytaxtı Ədən şəhərində yerləşən Sakit okean hərbi‐dəniz donanmasında xidmətə göndərilmişdir. Ezamiyyət dövründə hərbi‐dəniz donanmasının rabitə qərargahının zabiti vəzifəsini yerinə yetirmiş, eyni zamanda 8‐ci operativ bölməyə rəhbərlik edən rabitə zabiti olmuşdur. YXDR hərbi qüvvələrinin xatirə medalı ilə təltif olunmuş, komandanlıqdan bir sıra fərmanlar almışdır. 1984‐cü ildən ehtiyatda olan zabitlər sırasına daxil olmuşdur. 1984–1985-ci illərdə komsomol komitəsində işləmişdir.
Xumar Zülfüqarova
Xumar Rza qızı Zülfüqarova (15 noyabr 1927, Bakı – 2 iyul 2017, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster, Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı. == Həyatı == Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olmuşdur. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirmişdir. 1945–1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966–1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978–1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olmuşdur. Üzeyir Hacıbəylinin "Koroğlu" operası əsasında rəqs qurmuş, Qara Qarayevin "Yeddi gözəl" baletində çıxış etmiş, kinofilmlərdə rol almışdır. "Şah İsmayıl", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarında rəqqasə qismində mahircəsinə çıxış etmişdir. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olmuş, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ etmişdir. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirmişdir. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycan Respublikasının xalq və əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələri olub. 25 iyun 2017-ci ildə görkəmli sənətkar insult keçirmiş, 2 iyul 2017-ci ildə 89 yaşında vəfat etmişdir.
Zeynal Zülfüqarlı
Zeynal Alim oğlu Zülfüqarlı (31 may 1995; Şirvan, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zeynal Zülfüqarlı 1995-ci il mayın 31-də Şirvan şəhərində Alim və Şəlalə Zülfüqarlıların ailəsində anadan olmuşdur. 2001-2006-cı illərdə Mübariz İsrayılov adına Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə təhsil almışdır. Təhsilini 2006-2007-ci illərdə 21 nömrəli tam orta məktəbdə almışdır. 2007-2010-cu illərdə Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə təhsilinə davam etmişdir. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində təhsilini bitirmişdir. === Ailəsi === Zeynal Zülfüqarlı 2019-cu il dekabrın 2-də ailə həyatı qurmuşdur, Zeynal adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Zeynal Zülfüqarlı 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Hərbi Komissarlığı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 1 il Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini 2017-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında "kiçik gizir" rütbəsində davam etdirmişdir.
беля́на берескле́товый брачу́ющаяся вздури́ться зе́льице о́бщный родово́й трави́ть авиацио́нный морганати́ческий рога́ч терпёж фальсифика́торский резонанс ягненок intensity Neorican nuncupative nurseryman весной объедаться переливать прибалтийский примиряться угольный