Zülfüqar İsmi oğlu Qubadov (25 sentyabr 1975, Dilman, Ağsu rayonu – 13 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.
Zülfüqar Qubadov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 sentyabr 1975(1975-09-25) |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 2020(2020-10-13) (45 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1995—2008 / 2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Zülfüqar Qubadov 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub.[1] Zülfüqar Qubadov 1982-1992-ci illərdə Dilman kənd tam orta məktəbində təhsil alıb. 1992-1995-ci illərdə Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) ali hərbi təhsil alıb.
Zülfüqar Qubadov 1995-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 1999-2008-ci illərdə isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılıb.
Azərbaycan Ordusunun kapitanı olan Zülfüqar Qubadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülfüqar Qubadov oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Ağsu rayonunda dəfn olunub.