Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zaida (opera)
Zaida, KV 344, (alm. Zaïde‎ Zaide) — İohann Andreas Schachtner-in librettosunda V. A. Motsartın yarımçıq qalmış opera — singspieli ; 1780-ci ildə bəstələnmişdir. 1778-ci ildə İmperator II İosif komik operanın qurulmasına sifariş verir. Motsart 1779-cu ildə opera üzərində işləməyə başlamış, lakin tezliklə "İdomen" operasının bəstələnməsinə daha çox diqqət yetirmək üçün fikrindən daşınmış və bir daha bu işə qayıtmamışdır. Tezliklə partitura yoxa çıxır və 1799-cu ildə Motsartın dul qalmış arvadı Konstans tərəfindən fraqmentlər yenidən tapılır. Finalı İ. A. Andre tərəfindən tamamlanan operanın premyerası 27 yanvar 1866-cı ildə Frankfurtda baş tutur. Zaida — Soprano Qomats — tenor Allazim — bas Sultan Süleyman — tenor Osmin — bas Zaram, gözətçilərin kapitanı — danışıq rolu Dörd qul — Tenorlar Hadisə XVI əsrdə Türkiyədə baş verir. Sultan Süleymanın xristian əsiri Zaida Süleymanın köləsinə aşiq olur. Bu isə Sultanın qəzəbnə və qısqanclığına səbəb olur. Allazimin köməyi ilə qaçmağa çalışsalar da, heç bir nəticə vermir.
Zair
Zair (fr. Zaire; [zaiʁ]), rəsmi olaraq Zair Respublikası (fr. République du Zaïre, [ʁepyblik dy zaiʁ]) — 1971-ci ildən 1997-ci ilə qədər Mərkəzi Afrikada, əvvəl və indi yenidən Konqo Demokratik Respublikası kimi tanınan Konqo dövləti. Zair ərazisinə görə Afrikanın üçüncü böyük ölkəsi (Sudan və Əlcəzairdən sonra) və dünyanın 11-ci böyük ölkəsi idi. 23 milyondan çox əhalisi olan Zair Afrikanın ən sıx məskunlaşılan rəsmi səviyyədən frankofon ölkəsi olmaqla yanaşı, Afrikanın ən sıx məskunlaşılan ölkə idi. Ölkə Mobutu Sese Seko və onun hakim İnqilabi Xalq Hərəkatı Partiyası tərəfindən idarə olunan təkpartiyalı totalitar hərbi diktatura idi. Zair Belçikadan müstəqillik əldə etmək uğrunda mübarizədən – Konqo böhranından beş il sonra, yəni 1965-ci ildə Mobutunun hərbi çevrilişlə hakimiyyəti ələ keçirməsi nəticəsində qurulmuşdur. Zair güclü mərkəzçi konstitusiyaya malik idi və xarici aktivlər milliləşdirilmişdi. Bu dövr bəzən İkinci Konqo Respublikası adlandırılır. Ölkənin adı – "Zaïre" bəzən portuqal dilində "Zaïre" adlanan Konqo çayının adından götürülmüşdür.
Zahid
Zahid — kişi adı. Zahid Oruc — Azərbaycan siyasətçisi Zahid Quliyev (dilçi) — Dilçilik elimləri doktoru, professor. Zahid Zairli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Zahid Avşar Eloğlu — İdman ustası Zahid bəy Şıxəlibəyov — ADR orusunun podporuçiki.
AiD
Orxan Araz oğlu Zeynallı və ya AiD (5 iyun 1989, Bakı) — azərbaycanlı reper, ssenarist, prodüser, musiqiçi, şair. == Bioqrafiya == Orxan Zeynallı 5 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı Türk Liseyində aldıqdan sonra, 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Ali təhsilini bitirdikdən sonra 2010-2011-ci illərdə hərbi xidmətini başa vurmuşdur. 2014-cü ildə, İngiltərənin Lids şəhərində yerləşən eyni adlı universitetinin magistr dərəcəsi üçün MBA fakültəsinə daxil olsa da, şəxsi səbəblərdən dolayı təhsilini davam etdirmir. 2015-ci ildə ailə həyatı qurub və 2016-cı ilin avqustundan etibarən ABŞda yaşayır. === Karyerası === Orxan Zeynallı musiqi fəaliyyətinə AiD ləqəbi ilə 2007-ci ildə başlayıb. Dostları ilə yaratdıqları H.O.S.T qrupunun tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.
Dərviş Zaim
Dərviş Zaimağaoğlu (1964, Famaqusta) — Kiprli türk film rejissoru və prodüseri. == Həyatı == Boğaziçi Universitetində Menecerlik fakültəsində oxumuş (1988), İngiltərə Warwick Universitetində mədəni çalışmalar fakültəsində master dərəcə almışdır (1994). Zaim İstanbulda yaşayır və müxtəlif universitetlərdə kinoşünaslıq dərsləri verir. == Kariyerası == Televiziya rejissorluğu və ssenaristliyi təcrübəsinə sahib olan Dərviş Zaimin bir romanı "Ares möcüzələr diyarında" (1995) çap olunmuşdur. İlk filmi "Tabutta rövaşata" (1996) ilə Türkiyədə və xarici ölkələrdə bir çox mükafat qazanmışdır. "Cənnəti gözləyərkən" rejissorun planlaşdırdığı bir trilogiyanın ilk filmidir. Ənənəvi ən işləmələri sənətinə əsaslanan trilogiyada Dərviş Zaim bu sənətlərin estetikasının film estetikası ilə harmoniya yaratmasına çalışmışdır. "Nöqtə" filmi isə trilogiyanın ikinci filmidir. Film işlərinə 1991-ci ildə təcrübi videosu "Hang the Camera" ilə başlayan Dərviş Zaim, sonra televiziya sənədli filmi olan "Məscidin ətrafındakı daş"a rejissorluq etmişdir. Bundan başqa, Dərviş Zaim, Londonda Hollivud Film İnstitutu tərəfindən idarə edilən müstəqil film prodüserliyi ilə əlaqəli bir kursa qatılmışdır.
Hidrogen azid
== Əməyin mühafizəsi və təhlükəsizliyi == Əsas təhlükələr Yüksək zəhərli, partlayıcı, reaktiv Hidrogen azid və ya azoimid kimi tanınan, HN3 kimyəvi formulu olan birləşmədir.[3] Otaq temperaturunda rəngsiz, uçucu və partlayıcı mayedir. Azot və hidrogenin birləşməsidir və buna görə də pniktogen hidridi adlanır. İlk dəfə 1890-cı ildə Teodor Kurtius tərəfindən alınmışdır.[4] Turşunun az tətbiqi var, lakin onun konjugat əsası, azid ionu xüsusi proseslərdə faydalıdır. Hidrogen azid digər mineral turşular kimi suda həll olur. Durulaşdırılmamış hidrogen azid təhlükəli partlayıcıdır[5], standart əmələ gəlmə entalpiyası ΔsHo (l, 298K) = +264 kCmol-1. [6] Durulaşdıqda, qaz və sulu məhlullar (<10%) təhlükəsiz hazırlana bilər, lakin dərhal istifadə edilməlidir; aşağı qaynama nöqtəsinə görə hidrogen azid buxarlanma və kondensasiya zamanı qatılaşır ki, partlamayan durulaşdırılmış məhlullar konteynerin və ya reaktorun yuxarı hissəsində partlaya bilən damcılar əmələ gətirə bilər.[7] [8] Mündəricat == Alınması == Turşu adətən natrium azid kimi bir azid duzunun turşulaşdırılması nəticəsində əmələ gəlir. Natrium azidin suda məhlulları azid duzu ilə tarazlıqda olan az miqdarda hidrogen aziddən ibarət olur, lakin daha güclü bir turşunun tətbiqi məhluldakı əsas qrupları hidrogen azid turşusuna çevirə bilər. Saf turşu sonradan son dərəcə partlayıcı və rəngsiz maye kimi fraksiyalı distillə ilə əldə edilə bilər.[2] NaN3 + HCl → HN3 + NaCl Həmçinin onun sulu məhlulu həll olmayan barium sulfatın əlavə olunması ilə əldə olunmuş barium azid məhlulunu duru sulfat turşusu ilə reaksiyası ilə də hazırlana bilər.[9] Hidrogen azid əvvəlcə hidrazinin nitrit turşusu ilə reaksiyasından alınmışdır: N2H4 + HNO2 → HN3 + 2 H2O Hidrazinium kationu [N2H5]+ ilə bu reaksiya aşağıdakı kimi yazılır: [N2H5]+ + HNO2 → HN3 + H2O + [H3O]+ Hidrogen peroksid, nitrosilxlorid, trixloramin və ya nitrit turşusu kimi digər oksidləşdirici maddələr də hidrazindən hidrogen azid almaq üçün istifadə edilə bilər.[10] Utilizasiyadan əvvəl məhv edilməsi Hidogen azid turşusu nitrit turşusu ilə reaksiyaya daxil olur: HN3 + HNO2 → N2O + N2 + H2O Bu reaksiya qeyri-adidir, ona görə ki, o, dörd müxtəlif oksidləşmə vəziyyətində azotlu birləşmələri əhatə edir.[11] == Reaksiyaları == Öz xüsusiyyətlərinə görə hidrogen azid turşusu halogen turşulara bənzəyir, çünki o, zəif həll olan (suda) qurğuşun, gümüş və civə (I) duzlarını əmələ gətirir. Metal duzların hamısı susuz formada kristallaşır və qızdırıldıqda parçalanır və təmiz metalın qalığı qalır.[2] O, zəif turşudur (pKa = 4,75.[6]) Onun ağır metal duzları partlayıcıdır və alkil yodidlərlə asanlıqla qarşılıqlı təsirdə olur. Daha ağır qələvi metalların (litium istisna olmaqla) və ya qələvi torpaq metallarının azidləri partlayıcı deyil, lakin qızdırıldıqda daha idarə olunan şəkildə parçalanır və spektroskopik cəhətdən təmiz N2 qazı alınır.[12] Hidrogen azid turşusunun məhlulları hidrogenin ayrılması və azidlər (əvvəllər azoimidlər və ya hidrazoatlar) adlanan duzların əmələ gəlməsi ilə bir çox metalı (məsələn, sink, dəmir) həll edir.
Maher Zain
Mahir Zeyn (ing. Maher Zain; ərəb. ماهر زين‎ 16 iyul; 1981, Tərabülüs əş-Şam, Livan) — Livan əsilli İsveçli R&B musiqiçisi, bəstəkar və musiqi prodüseri. Facebook sevərləri və bir çox sənətçilər tərəfindən müasir İslam musiqisinin ulduzu olaraq qəbul edilir. Mahir Zeynin 2009-cu ildə Awakening Records prodakşn etiketi ilə çıxan ilk albomu Thank You Allah beynəlxalq bir uğur əldə etmişdir. Sənətçinin növbəti-ikinci albomu Forgive Me isə eyni prodakşn etiketi ilə 2 aprel 2012-ci ildə çıxmışdır. == Karyerası == === Əsas === Mahir Zeyn səkkiz yaşında ikən ailəsilə birlikdə İsveçə köçmüşdür. Orada Aviasiya və Kosmos Mühəndisliyi fakültəsini bitirmişdir. Universitetdən sonra musiqi sahəsində iştirak etmiş və 2005-ci ildə Mərakeş təvəllüdlü İsveç prodüseri Nadir Xayat (səhnə adı ilə RedOne) ilə ünsiyyətə keçmişdir. 2006-cı ildə Nadir Xayat Nyu-Yorka köçdüyü zaman, Mahir də musiqi karyerasını davam etdirmək üçün onun ardınca getmiş və Kat DeLuna kimi sənətkarlarla işləməyə başlamışdır.
Melo zard
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Məhəmməd Said
Məhəmməd Saed Mərağeyi −1883–1973 — محمد ساعد مراغه‌ای — iki dəfə İranın Baş Naziri, səkkiz dəfə Xarici İşlər Naziri, bir dəfə Daxili İşlər naziri, dörd dəfə xarici ölkələrdə səfir, dörd dəfə Senat Məclisi və bir dəfə Məclisin nümayəndəsi olmuşdur. Məhəmməd Saed, (Saedülvizarə) Marağada və ya da Tiflisdə anadan olmuşdur. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazi idi. Atası və babası Azərbaycanın yüksək səviyyəli münsif və hakimlərindən idi. İsveçrənin Lozann Universitetində təhsil almışdır. Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M. S. Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehranda nəşr etdirdiyi "Siyasi xatirələr"ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır.
Nazim Zahid
Qənimət Zahid
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Rindü-zahid
Rindü-zahid - Məhəmməd Füzuli tərəfindən, fars dilində yazılmış tərbiyyəvi xarakterli, nəsrlə yazılmış iki baxışın dialoqudur. Füzulinin “Rindü-zahid” əsəri gənclərin və yeniyetmələrin peşə seçmələri, elm və təhsilə yiyələnmələri, tərbiyə məsələləri baxımından diqqəti çox cəlb edir. Əsər fars dilində ata və oğlunun mükaliməsi şəklində nəsrlə yazılmış irihəcmli bir hekayədir. Hər bir mükalimənin nəticəsi kiçikhəcmli şeirlə yekunlaşır. Əsəri diqqətlə oxuduqda gözümüz qarşısında dolğun pedaqoji mənzərə canlanır. Tarixin bütün dövrlərində və bu gün də cəmiyyət qarşısında duran gənclərin tərbiyəsi, elm, savad qazanması, peşəyə yiyələnməsi və gələcəyini müəyyən etməsi diqqət mərkəzində olmuşdur. “Rindü-zahid” əsəri də tamamilə bu məsələyə həsr olunmuşdur. Əsərdəki maraqlı cəhətlərdən biri budur ki, şair bütün bu tərbiyə məsələləri fonunda dövrünün eybəcərliklərini, adi adamların ağır vəziyyətdə yaşamasını, dövlət məmurlarının öz vəzifələrindən istifadə edərək çoxlu sərvət toplamalarını, xalqı soymalarını çox ustalıqla ifşa edir. Əsərin həm mükalimə üslubunda yazılması, həm də peşə-sənət seçiminə, tərbiyə məsələlərinə həsr olunması bədii bir priyomdur. Şair bu üsuldan istifadə edərək öz tənqidlərini bildirir, həm də özünü köhnəpərəst, mühafizəkar, qatı dindarlardan, yüksək rütbəli məmurlardan mühafizə edir.
Said Baqiri
Said Baqiri — şair və İran radio və televiziyasının keçmiş aparıcısı. Said Baqiri 1960-cı ilin avqust ayında Tehranda dünyaya gəlib.O, İran himninin sözlərinin müəllifidir.
Zadi Smit
Zadi Smit (ing. Zadie Smith, əsl Sadie Smith, 25 oktyabr 1975[…] və ya 27 oktyabr 1975, London, İngiltərə) — ingilis yazıçısı.
Zahid Abdullayev
Zahid Dünyamalıyev
Zahid Dünyamalıyev (27 mart 1944, Naxçıvan – 10 avqust 2009, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1993–2005), polis general-leytenantı (2002). Dünyamalıyev Zahid Vəli oğlu 1944-cü il martın 27-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini, 1989-cu ildə isə Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış və 1972-ci ilə qədər həmin institutda çalışmışdır. 1972–1977-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neft və Kimya Proseslərinin Avtomatlaşdırılması İnstitutunda böyük mühəndis vəzifəsində işləmişdir. 1977-ci ildə daxili işlər orqanlarına işə göndərilmişdir. 1977–1983-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Əməliyyat, Statistik İnformasiya İdarəsinin rəis müavini, 1983–1987-ci illərdə həmin idarənin rəisi, 1987–1990-cı illərdə Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tədris Mərkəzinin rəisi, 1993-cü ilin mart ayından Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi rəisinin müavini, 1993-cü ilin iyul ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin rəisi, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, 2001–2005-ci illərdə isə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır. Qarabağ hadisələrində fəal iştirak etmiş, Toğana-Murovdağ yolunun çəkiliş üzrə qərargah rəisi olmuşdur. 2002-ci ildə "polis general-leytenantı" rütbəsi verilmiş, 2004-cü ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Zahid Dünyamalıyev 2009-cu il avqustun 10-da Bakı şəhərində vəfat etmişdir.
Zail yovşanı
Zair Azqur
Zair İsaakoviç Azqur (belar. Заір Ісаакавіч Азгур; 15 yanvar 1908, Zastadollie[d], Mogilyov quberniyası[d] – 18 fevral 1995, Minsk) — belorus heykəltəraşı. SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1958). SSRİ xalq rəssamı (1973). Sosialist Əməyi Qəhrəmanı (1978). Zair Azqur 15 yanvar 1908-ci ildə Belorusun Molçanı kəndində anadan olub. 1925–1928-ci illərdə Leninqrad Rəssamlıq Akademiyasında, 1928–1929-cu illərdə Kiyev Rəssamlıq İnstitutunda 1929-cu ildə Tbilisi Rəssamlıq Akademiyasında təhsil almışdır. Belorus incəsənətində sosialist realizminin görkəmli nümayəndələrindən biridir. Əsasən portret-büst janrında işləmişdir. "N.F.Qastello" (1942), "M.F.Selnitski" (1943), "F.E.Dzerjinski" əsərlərinin müəllifidir.
Zuid-Beveland
Zuid-Beveland (nid. Zuid-Beveland) — Niderlandiyanın cənub-qərbində yerləşən yarımada. Niderlandın Zelandiya vilayəti ərazisində yerləşən, Şimal dənizi suları ilə yuyulan yarımada. Yarımadanln sahəsi 344,33 km² təşkil edir. Yarımadada 92 081 nəfər (2006) yaşayır. İnzibati cəhətdən Bosele (22 311 nəfər), Qus (36 616 nəfər), Kapelle (11 611 nəfər) və Reymersval (20 952 nəfər) icmalarına bölünmüşdür. Yarımadanın mərkəzi Qus şəhəridir. Qərbi Şeld sahillərində atom ekektik stansiyası olan Borseel yerləşir.
Zahid Kərimov
Kərimov Zahid Hacıbala oğlu (13 yanvar 1937, Bakı – 1 sentyabr 2011) — Görkəmli sovet və Azərbaycan alimi. Professor, texnika elmləri doktoru . Azərbaycan Respublikasının əməkdar elm xadimi . Zahid Kərimov 13 yanvar 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildə Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) fərqlənmə diplomu ilə bitirib. 1959–1960 — AZ. SSR EA Energetika institutu, Mühəndis. 1960–2011 — Əzizbəyov adına Neft və Kimya institutu (AZİNKİ)-də fəaliyyət 1960–1961 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Assistent. 1961–1964 – AZİNKİ-də Aspirant. 1965–1965 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası".
Zahid Əziz
Xəlilov Zahid Əziz oğlu (5 iyul 1963, Ellərkənd, Amasiya rayonu) — şair, publisist, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), "Araz" ali ədəbi mükafatı (1997) və "Qızıl qələm" mükafatı laureatı (2003). 1963-cü il iyulun 5-də Ermənistanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Orta məktəbi Güllücə kəndində bitirmişdir (1980). N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır (1980- 1985). Jurnalistika üzrə xüsusi kursda ixtisaslaşmışdır (1981-1983). Əmək fəaliyyətinə 1985-ci ildə orta məktəbdə müəllim kimi başlamışdır. Eyni zamanda şeirləri və publisistik yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Amasiya rayonundakı "Ağbaba ədəbi birliyinin" üzvü olmuşdur. Ədəbi yaradıcılığa erkən başlamışdır. İlk şeiri Amasiya rayonunda çıxan "Əmək" (1981) və ADPU-da nəşr olunan "Gənc müəllim" qəzetlərində çap olunmuşdur (1982).
Zahid Şöyübov
Zahid Hamil oğlu Şöyübov (22 oktyabr, 1924, Yevlax rayonu, Ərəbbəsrə kəndi — 2006, Yevlax rayonu, Xaldan kəndi) ― Prezident təqaüdçüsü, Azərbaycan SSR Əməkdar müəllimi (1960), SSRİ Xalq müəllimi (1981), "Qırmızı əmək bayrağı", "Şöhrət" (1999) ordeni laureatı. Zahid Şöyübov 22 oktyabr 1924-cü ildə Yevlax rayonunun Ərəbbəsrə kəndində anadan olub. Zahid Şöyübov 1942-ci ildə sovet ordusunda hərbi xidmətdə olub. Belə ki, o, 416-cı Azərbaycan diviziyasının 1368-ci polkunun tərkibində Şimali Qafqazda hitlerçilərlə aparılan döyüşlərin iştirakçısı olub. Taqanroq və Ukrayna torpaqlarındakı Mariopol şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib. Həmçinin, Almaniya uğrunda gedən döyüşlərdə də cəsur döyüşçü kimi fərqlənərək bir sıra orden və medallarla təltif olunub. O, 1946-cı ildə ordudan tərxis olunub. Zahid Şöyübov ordudan tərxis olunduqdan sonra yaşadığı kəndə qayıdıb. O, 1949-cu ildə Şəki pedaqoji məktəbini bitirib. Şəki pedaqoji məktəbini bitirən vaxtdan Xaldan kənd orta məktəbinə təyinat alıb.
Zahid Mərdanov
Zahid Mərdanov (9 avqust 2000) — Azərbaycan Premyer Liqasında "Şamaxı"nın müdafiəçisi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == Mərdanov 11 may 2019-cu ildə Azərbaycan Premyer Liqasında "Sabah"ın "Zirə" ilə oyununda debüt edib.
Şeyx Zahid
Şeyx Zahid Gilani (fars. تاج الدين ابراهيم زاهد گيلاني‎; Tacəddin İbrahim Zahid Gilani, 1216, Lahican, Gilan ostanı – 1301, Lənkəran) – sufi Zahidiyyə təriqətinin banisi, islam alimi, mürşid. == Həyatı == Tam adı Tâcəddîn İbrahim Zahid Gilanî olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. Dövrünün görkəmli alimi olmuş, bir neçə dil bilirdi. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olmuşdu. Şeyxin Həlyəkəran və Siyavrudda iki xatunu var idi. Şeyx Səfi təzkirəsində bu barədə belə bir qeyd varː Əvvəl Şeyx Zahidə çox hörmət edən Şirvanşah III Axsitan sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından çəkinərək, onun imkanlarını məhdudlaşdırmağa başlamışdı. Bu barədə də "Şeyx Səfi təzkirəsi"ndən ətraflı məlumat alırıqː Mənbədə verilən məlumatdan məlum olur ki, şirvanşahlar hətta Şeyxə qarşı sui-qəsd təşəbbüsü göstərmiş, lakin istəklərinə nail ola bilməmişdilər. Şeyx Zahid Gilani 1301-ci ildə vəfat etmiş və Siyavurdda dəfn olunmuşdur. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürülmüşdü.
Zahid Məmmədov
Zahid Məmmədov (iqtisadçı) — iqtisad elmləri doktoru, professor Zahid Məmmədov (coğrafiyaçı) — coğrafiya elmləri doktoru, professor.
Azad Zahid
== Bəstəkar. Musiqi tərtibatçısı. Aktyor == == Həyatı == 1957-ci il iyulun 27-də anadan olub. Azərbaycan, Frans – International, Moskva və Dağıstan radiolarında Azərbaycan musiqisinə həsr olunmuş 1000-ə yaxın radio verilişlərin müəllifi (1993-2023). == ƏSƏRLƏRİ == Piano üçün Prelüdlər (1990); Piano üçün Variasiyalar (1992); Violonçel və piano üçün Sonata (1994); Piano və simli alətlər üçün Kvintet (1995); Xalq çalğı alətləri orkestri üçün 7 Pyes (1997); Kamera orkestri üçün Miniatürlər (1998); Simli orkestr və piano üçün «Matəm musiqisi» (2000). B.Vahabzadə, R.Rza, R.Heydər və b. şairlərin söz. mahnı və romanslar (1990–2001).