Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zirab
Zirab — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,216 nəfər və 4,764 ailədən ibarət idi.
Sirab
Sirab mineral suyu
Sirab (Babək)
Sirab — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndi Qahab kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sirab kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kəndin cənubundakı antik dövrə və orta əsrlərə aid yaşayış yeri və qəbir abidələri, kənddən şimal-qərbdəki Sarıdağda isə karst mağarası bu ərazinin qədim insan məskəni olduğundan xəbər verir. Xalq etimologiyasına görə bu toponim "baş su" (sərab) və ya "sirli su" (sirab) mənasındadır. Tədqiqatçılara görə isə fars dilindəki sir (bol, doymuş) və ab (su) sözlərinin birləşməsindən düzəlib "bol sulu, sudan doymuş" mənasındadır. Kəndin yaxınlığında 1979-cu ildə istifadəyə verilmiş Sirab su anbarı da var. Sirab kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Sirab kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Sirab nekropolu
Sirab nekropolu – Babək rayonunun eyniadlı kəndindən cənubda, orta əsrlərə aid arxeoloji abidə. Sahəsi təxminən 5 hektardır. Əsasən qərbdən şərqə doğru istiqamətlənmiş düzbucaqlı torpaq qəbirlərdən ibarətdir. Baş daşılarının əksəriyyəti düşmüşdür. Saxlanan baş daşlarının bəzisi yastı daş plitələrdən ibarət olub, yuxarısı tacvarı sonluqla tamamlanır. Bəzi baş daşlarının üzərində ərəb dilli yazılara rast gəlinir. Qoç formalı baş daşlarının üst hissəsində ərəb dilli yazılar var.
Zinab (Şəbüstər)
Zinab (fars. زيناب‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,257 nəfər yaşayır (281 ailə).
Zurab Ancaparidze
Zurab Ancaparidze (12 aprel 1928, Kutaisi – 12 aprel 1997, Tbilisi) – gürcü opera müğənnisi (lirik-dramatik tenor). Zurab İvanoviç Ancaparidze 1928-ci il aprel ayının 12-də Gürcüstan Respublikasının Kutaisi şəhərində anadan olmuşdur. 1952-ci ildə D.Andquladzenin sinfində V.Saradaşvili adına Tbilisi Konservatoriyasını bitirmişdir (D. Andquladzenin sinfini). Böyük Teatrda da işləmişdir (1959–1970). Təhsilini bitirdikdən sonra 1952-1958-ci illərdə Z.Paliaşvili adına Tbilisi Opera və Balet Teatrının solisti olmuşdur. 1959-1970-ci illərdə Moskvada Böyük Teatrın solisti kimi çalışmış, Abesalom, Quram (“Abesalom və Eqeri”, “Latavra”, Z.Paliaşvili), Mindiya (“Mindiya”, O.Taktakişvili), German (“Qaratoxmaq qadın”, P.Çaykovski), Xoze (“Karmen”, J.Bize), Radames, Don Karlos (“Aida”, “Don Karlos”, C.Verdi), Kavaradossi (“Toska”, C.Puççini) və s. tamaşalarda əsas partiyaları ifa etmişdir. Çexoslovakiya, İtaliya, Bolqarıstan, Fransa, Kanada, Yuqoslaviya, Rumıniya və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. Zurab Ancaparidze 1972-ci ildə Tbilisi şəhərinə qayıtmış, V.Saradaşvili adına Tbilisi Konservatoriyasında müəllim, Ş.Rustaveli adına Teatr İnstitutunda kafeda müdiri vəzifələrində işləmişdir.
Zurab Ançabadze
Zurab Vianoroviç Ançabadze (gürc. ზურაბ ვიანორის ძე ანჩაბაძე;22 aprel 1920, Qaqra, Qara dəniz quberniyası[d] – 28 yanvar 1984, Suxumi) — Sovet tarixçisi, tarix elmləri doktoru, professor, Abxaziya Dövlət Universitetinin ilk rektoru. Zurab Ançabadze 22 aprel 1921-ci ildə Qaqra şəhərində abxaz həkim ailəsində anadan olub. Açba-Ançabadze adlı qədim knyaz nəslindəndir. Nənə və anası meqrel zadəganları idi. Evdə həm gürcü, həm də abxaz dillərində danışılırdı. Zurab Vianoroviç Ançabadze 1938-ci ildə Suxumidə orta məktəbi bitirib. 1937-ci ildə onun valideynləri həbs olundu və o, bacısı ilə Tiflisdəki bibilərinin yanına köçdü. O, 1941-ci ildə Suxumi Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Ardınca, İvane Cavaxişvili adına Gürcüstan Tarix İnstitutunun aspiranturasında təhsil almışdır.
Zurab Avalaşvili
Zurab Avalaşvili (1876[…] – 21 may 1944, Münxen) — görkəmli gürcü tarixçisi, diplomat və Gürcüstan Demokratik Respublikasına xidmət etmiş hüquqşünas. Zurab Avalişvili 1876-cı ildə Avifişvili knyaz ailəsinin nümayəndəsi olarqaq Tiflisdə anadan olmuşdur. 1900-cü ildə Sankt-Peterburq Universitetini qızıl medalla və hüquqşünaslıq dərəcəsi ilə bitirmişdir, təhsilini 1901-1903-cü illərdə Sarbonnada davam etdirir. 1917-ci ildə Avalişvili təsis məclisinə seçilir, ancaq xidmətlərini Gürcüstan Demokratik Respublikasına təklif edir. 1918-ci ildə Gürcüstana qayıtdıqdan sonra Avalişvili xarici işlər üzrə baş məsləhətçi işləyir. Eyni zamanda Avalişvili 1918-1921-ci illərdə dərs dediyi 1918-ci ilin fevralında açılan Gürcüstan Dövlət Universitetinin qurulmasında iştirak edir. Hüquq təhsili aldıqdan sonra Zurab Avalişvili Gürcüstan konstitusiyasının qurulmasına böyük töhfə verir. Gürcüstanın baş diplomatı olaraq Avalişvili Almaniya ilə sıx əlaqələr qurmağa nail olur və bu da Gürcüstan Demokratik Respublikasının suverenliyinin tanınmasına səbəb olur . Avalişvili 1919-cu ildə Parisdə keçirilmiş sülh konfransında Gürcüstanı təmsil edir və burada Qərbi Gürcüstan torpaqlarının Gürcüstan Demokratik Respublikası tərəfindən mülkiyyətini müdafiə edir və Batum bölgəsinin üç hissəyə bölünməsinə, Batumi şəhərinin azad şəhər elan edilməsinə qarşı çıxır. Bu Millətlər Cəmiyyətinin nəzarəti altında olan bütün ölkələrin istifadə edə biləcəyi azad şəhər olması nəzərdə tutulur.
Zurab Caparidze
Zurab Caparidze (gürc. ზურაბ ჯაფარიძე; d. 1 yanvar 1976) — Gürcüstan siyasətçisi və Gürcüstan parlamentinin VIII çağırışının üzvüdür. Caparidze hal-hazırda müxalifətdə olan Birləşmiş Milli Hərəkat partiyasını təmsil edir. 2013-cü ilin iyununda onun namizədliyi həmin ilin oktyabrında baş tutacaq prezident seçkilərdə irəli sürülmüşdür. Caparidze Tbilisi Dövlət Tibb Universitetindən 1999-cu ildd və Gürcüstan İctimai Əlaqələr İnstitutunu 2005-ci ildə bitirmişdir. 1998-ci ildən başlayaraq o, Qərbin sponsorluğu ilə Gürcüstanda tətbiq edilən müxtəlif yardım proqramlarında iştirak etmişdir. 2005-ci ildən 2011-ci ilə qədər Gürcüstan İctimai Əlaqələr İnstitutunda dərs demişdir. 2010-ci ildən 2012-ci ilə qədər "Tabula" jurnalının müxbiri olmuşdur. Caparidzenin siyasi karyerası 2012-ci ilin oktyabrında onun prezident Mixeil Saakaşviliyə tərəf olan, lakin seçkilərdə səs çoxluğu toplaya bilməyən Birləşmiş Milli Hərəkatından parlamentə seçilməsindən başlamışdır.
Zurab Jvaniya
Zurab Jvaniya (gürc. ზურაბ ჟვანია; 9 dekabr 1963, Tbilisi – 3 fevral 2005, Tbilisi) — Gürcüstanın 4-cü baş naziri 3 fevral 2005-ci il tarixində müəmmalı şəkildə qətlə yetirilmişdir.
Zurab Karumidze
Zurab Karumidze (gürc. ზურაბ ქარუმიძე; 22 avqust 1957, Tbilisi, Gürcüstan SSR, SSRİ – 12 dekabr 2023) — gürcü yazıçı. Zurab Karumidze Tbilisi Dövlət Universitetində "İngilis dili və ədəbiyyatı" təhsili alıb. 1984-cü ildə Con Don ilə bağlı disertasiya müdafiə edib. Uzun müddət Tbilisidəki XX əsr Ədəbiyyatı İnstitutunda çalışıb.
Zurab Muradəliyev
Zurab (Zürab) Cəfər oğlu Muradəliyev (25 avqust 1928, Bakı – 27 dekabr 1981, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1968–1974). Zurab Cəfər oğlu Muradəliyev 1928-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə Bakı Dəmir Yolu Texnikumunu bitirdikdən sonra 1947-ci ildə sınaqçı texnik kimi başlamışdır. Yol xidməti mühəndisi, mühəndis-mexanik vəzifələrində işləmişdir. Paralel olaraq təhsil almış və 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Zurab Muradəliyev 1955-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Dzerjinski Rayon Komitəsinin, 1956-cı ildən isə Bakı Şəhər Komitəsinin katibi seçilmişdir. 1959-cu ildə o, partiya işinə — Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1961–1968-ci illərdə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi, 1968-ci ilin noyabr ayından isə Azərbaycan SSR məişət xidməti naziri olmuşdur. 1974-cü ildən həyatının son günlərinədək Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində xarici-iqtisadi əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Zurab Muradəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı seçilmişdir.
Zurab Noqaideli
Zurab Temuroviç Noqaideli (gürc. ზურაბ თემურის ძე ნოღაიდელი; 22 oktyabr 1964, Kobuleti, Acarıstan Muxtar Respublikası) — Gürcüstan siyasi xadimi. 2005–2007-ci illərdə Gürcüstanın baş naziri, "Ədalətli Gürcüstan" siyasi partiyasının lideri. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1988–1991-ci illərdə Gürcüstan Elmlər Akademiyası Coğrafiya İnstitutunda çalışmışdır. 1992-ci ildə Respublika Parlamentinin üzvü oldu. 1999-cu ildə "Gürcüstan Vətəndaşlar İttifaqı" partiya siyahısı üzrə Gürcüstan parlamentinin üzvü. Parlamentin eyni adlı fraksiyasına daxil olmuşdur. Vergilər və Gəlirlər Komitəsinin sədri seçilmişdir. 2001–2002-ci illər ərzində Maliyyə Naziri idi.
Zurab Pataradze
Zurab Pataradze (gürc. ზურაბ პატარაძე; 12 fevral 1973, Batumi, Acarıstan MSSR, Gürcüstan SSR, SSRİ) — Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən) Gürcüstan prezidentinin fərmanına əsasən Zurab Pataradze 27 avqust 2018-ci il tarixindən Gürcüstanın Azəbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.
Zurab Pataridze
Zurab Aleksandroviç Pataridze (gürc. ზურაბ ალექსანდრეს ძე პატარიძე; 9 sentyabr 1928, Tiflis – 5 iyun 1982, Tbilisi) — gürcü və sovet dövlət xadimi. 1975-1982-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1952-ci ildə Gürcüstan Politexnik İnstitutunu bitirmişdir. 1955-ci ildə Kommunist Partiyasının sıralarına qoşulmuşdur. 1952-ci ilin oktyabrından Çiatura şəhərində dağ idarəsinin növbə rəisi işləyirdi. Növbəti ilin iyununda sahə rəisi, 1957-ci ildə mədən müdiri, 1958-ci ilin mayında isə idarənin baş mühəndisi vəzifələrində çalışırdı. Nəhayət 1959-cu ildən mədən idarəsinə başçılıq etməyə başladı. 1962-ci ilin mart ayında Gürcüstan Kommunist Partiyasının Çiatura şəhəri komitəsinin birinci katibi seçildi. 1967-ci ilin sentyabr ayında Sov.İKP MK-nın təşkilati-siyasi işlərin təlimatçısı vəzifəsinə təyin olunmuşdur.
Zurab Sereteli
Zurab Sereteli — sovet və rus monumentalist rəsamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti; UNESCO-nun xoşməramlı səfiri., SSRİ xalq rəssamı.
Zurab Sotkilava
Zurab Sotkilava (gürc. ზურაბ სოტკილავა, d.12 mart 1937, Gürcüstan, Suxumi — ö. 18 sentyabr 2017, Rusiya, Moskva) — Sovet gürcü və rus opera müğənnisi (tenor), Gürcüstan SSR-in (1973) xalq artisti və SSRİ xalq artisti (1979), müəllim, Moskva konservatoriyasının professoru, Böyük teatrın solisti (1974-2017), Suxuminin "Dinamo" klubunun heyətində sabiq futbolçu (1951-1955). Zurab Sotkilava 1937-ci il mart ayının 12-də Gürcüstan Respublikasının Suxumi şəhərində ziyalı ailəsində anadan olmuşdur. Eliso Turmanidze ilə evliliyindən onun iki qız övladı dünyaya gəlmişdir. 2015-ci ildə Sotkilavaya mədəaltı vəzidə bədxassəli şiş diaqnozu qoyuldu və 2017-ci il sentyabrın 18-də 80 yaşında Moskva şəhərində vəfat edib. Onun atası 1940-cı ilə qədər məktəbin direktoru, tarix müəllimi işləmiş; daha sonra müharibə dövründə 3 qardaşı ilə birlikdə cəbhəyə getmiş, qardaşlarından ikisi şəhid olmuşdur. Zurabın qohumlarının arasında musiqiçi olmayıb, amma anası (həkim-rentgenoloq) və nənəsi gitarada yaxşı ifa edib, oxuya bilirdilər. Müharibədən sonra anasının təkidi ilə Zurab bir müddət skripka və fortepiano üzrə təhsil almışdır. Zurab gözəl bir gələcək barədə düşünmürdü, futbolla ciddi maraqlanırdı və idman sahəsində uğur qazanmaq istəyirdi.
Zurab Xizanişvili
Zurab Xizanişvili (gürc. ზურაბ ხიზანიშვილი; 6 oktyabr 1981, Tbilisi) ― gürcü futbolçu.
Zurab Çxeidze
Zurab Amvrosieviç Çxeidze (gürc. ზურაბ ამბროსის ძე ჩხეიძე; 13 may 1930 – 13 noyabr 2007) — sovet və gürcü dövlət və partiya xadimi. 1989-cu ildə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1930-cu il mayın 13-də Gürcüstan SSR-in Zestafoni rayonunun Şoropani kəndində anadan olmuşdur. 1954-cü ildə Gürcüstan Politexnik İnstitutunu bitirmişdir. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası MK yanında Ali partiya məktəbini qiyabi bitirmişdir. Texnika elmləri namizədi olmuşdur. 1954-cü ildən Zaporjstal zavodunda işləyirdi. İki il ərzində Xarkova köçdü və burada Ukrayna Elmi-Tədqiqat İnstitutunun kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1958-ci ildə vətəninə qayıtdı və Rustavi şəhərindəki Zaqafqaziya metallurgiya zavodunun metallurgiya laboratoriyasının rəisi təyin edildi.
Zurab Çiaberaşvili
Zurab Çiaberaşvili (gürc. ზურაბ ჭიაბერაშვილი; 6 iyun 1972, Tbilisi) — Gürcüstan siyasətçisi və diplomatı. Kaxeti mxaresinin qubernatoru vəzifəsində çalışdıqdan sonra son vaxtlar hazırda müxalif "Avropa Gürcüstanı — Azadlıq Hərəkatı" partiyasında aparıcı fiqurdur. Akademiyada və qeyri-hökumət sektorunda təcrübəyə malik olan Çiaberaşvili 2003-cü ildə Gürcüstanda baş vermiş Qızılgül inqilabından sonra hökumət sıralarına qoşulmuşdur. O, 2003–2004-cü illərdə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri, daha sonra 2004–2005-ci illərdə Tbilisi meri vəzifələrində çalışmışdır. Çiaberaşvili 2005–2010-cu illərdə Gürcüstanın Avropa Şurasındakı daimi nümayəndəsi, İsveçrə və Lixtenşteyndəki səfiri, 2010–2012-ci illərdə BMT-nin Cenevrədəki ofisində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndə olmuşdur. O, 20 mart 2012-ci ildən 25 oktyabr 2012-ci ilə qədər Gürcüstanın Səhiyyə, Əmək və Sosial Məsələlər Naziri vəzifəsində çalışmışdır. Zurab Çiaberaşvili 6 iyun 1972-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. Tbilisi Dövlət Universitetinin Fəlsəfə və Sosiologiya fakültəsində (1989–1994, bakalavr dərəcəsi) və Gürcüstan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda (1994–1997, magistr dərəcəsi) təhsil almış, Tbilisi Dövlət Universitetinin fəlsəfə fakültəsindən (1999) fəlsəfə doktoru dərəcəsi əldə etmişdir. Açıq Cəmiyyət İnstitutunun Fakültənin inkişafı üzrə təqaüdçüsü kimi iki yaz semestrini (2002-ci və 2003-cü illər) ABŞ-nin Nyu-York şəhərində yerləşən Nyu-Skul Universitetinin Siyasi və Sosial Elmlər Fakültəsinin Demokratik Araşdırmalar üzrə Transregional Mərkəzində keçirmişdir.
Sirab mineral suyu
Sirab mineral su yatağı — Naxçıvan MR-in Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 18 km şimal-şərqdə, Sirab kəndindən 3 km şimalda, dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşən, müalicəvi tərkibə malik mineral su yatağı. Sirab (şirli su) yaxud Sərab (başsu) suyu qədim zamanlardan məşhur olmuş və mühüm müalicə vasitəsi kimi tanınmışdır. Yataqda kimyəvi tərkibinə görə fərqlənən üç tip su aşkar edilmişdir. I tip – 9 və 12 nömrəli quyulardan Orta Eosenin alevrolitli, çatlı, gilli süxurlarından alınmışdır. Kimyəvi tərkibinə görə az minerallaşmış, karbon qazlı, hidrokarbonatlı, kaliumlu – natriumludur. Narzan (Kislovodsk) tipli sulara yaxındır. Balneoloji tərkibi: II tip – 8 nömrəli quyudan, 531 metr dərinlikdən alınmışdır. Kimyəvi tərkibinə görə karbon qazlı, orta dərəcədə minerallaşmış, hidrokarbonatlı, natriumludur. Borjomi (Gürcüstan) tipli sulara yaxındır. Balneoloji tərkibi: III tip – 10 nömrəli quyudan, 1075–1080 metr dərinlikdən alınmışdır.
Sirab su anbarı
Sirab su anbarı — Naxçıvan MR Babək rayonu ərazisində, Naxçıvan şəhərindən şimal-şərqdə yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1979-cu ildə istismara verilmişdir. Su anbarı Naxçıvançaydan qidalanır. Bu çaydan su götürülərək kanal vasitəsilə su anbarına verilir. Bəndin hündürlüyü 23m, bəndin uzunluğu 2650m və su anbarının ümumi həcmi 12.7mln.m³-dur. Suvarma sahəsi 2700ha-dır.
Zirar ibn Əmr
Əbu Əmr Zirar ibn Əmr Qətafani Kufi (ərəb. ضرار بن عمرو‎) (728, Kufə – 815, Bəsrə) — islam ilahiyyatçısı, ilk mötəzililərdən biri. Zirar ibn Əmr Bəsrə və Bağdad mötəzililik məktəblərinin formalaşmasından əvvəlki dövrdə yaşamışdır. 786-cı ildən sonra o, Bağdadda Bərməkilər dairəsində əhəmiyyətli şəxsə çevrilmişdir. Yəhya ibn Xalid Bərməkinin təşkil etdiyi məşhur mübahisələrdə iştirak etmişdir. O hesab edirdi ki, Quran insan tərəfindən tələffüz edilir, lakin Allah tərəfindən yoxdan yaradılmışdır. Allahı adi hisslərlə görmək imkanını inkar etmişdir. O, qiyamət günü ilə bağlı əqidənin mövqeyini izah edərək, bunun üçün altıncı hissin yaradılacağını irəli sürmüşdür.
Gərab
Gərab (Luristan)
Hicab
Hicab (ərəbcə tələffüz; [ħɪˈdʒaːb] və ya müasir istifadədə tesettür) — müxtəlif formalarda ola bilən müsəlman qadınların geyinmə və örtünmə davranışı; baş örtüyü ise saçları və adətən üzü istisna olmaqla baş və boyunu örtən geyim tərzidir. Hicab arakəsmə, pərdə, örtük, deməkdir; çadra, niqab, parəncə də bu qəbildəndir. Müsəlman qadınların küçəyə çıxarkən geydikləri, üzlərini və bədənlərini örtdükləri örtük və çiyinlikdir. Müxtəlif növləri vardır: bütün bədəni və ya ancaq üzü örtmək üçün işlədilən qara rəngli və bəzən də başqa rəngdə olan hicablar, göz üçün xüsusi toru və ya dəlikləri olan hicablar, başa örtülən qara yarımşəffaf hicablar və s. İslamiyyətdə mühafizəkar cərəyanlar hicabı müsəlman etikasının zəruri ünsürlərindən biri adlandırırlar, lakin hazırda müsəlman ölkələrində ən çox yayılan hicabın sadələşdirilmiş variantıdır. Bu, baş örtüyü, həmçinin qolları və boynu örtən paltardır. Hicab müsəlman şəhərlərinin hər yerində yayılmışdı, lakin kəndli qadınlar və köçəri qəbilələrin qadınları çox vaxt hicab örtməmişlər. Hicab qadının öz seçimi və ya onu təhsil, ictimai həyata iştirak, işləmək kimi şəxsi hüquq və azadlıqlarından məhrum edən məcburi bir tətbiq ola bilər. Hicab anlayışının bir parçası olaraq, bəzi İslam cəmiyyətlərində qadınlar din tərəfindən təsdiqlənmiş geyimləri ilə belə, təkbaşına bazara gedə bilməzlər. Qadınlarla ancaq pərdə və ya qəfəs arxasında danışmaq olar.
Kiran
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır.
Kitab
Kitab — informasiya daşıyıcılarından ibarət vərəqə toplusu. Bu vərəqələr bir tərəfdən tikilir və üzlüklə örtülür. Kitab kağızının hər vərəqinin üzləri səhifə adlanır. Bəzən böyük sənədin və ədəbi əsərin bir hissəsinə də kitab deyilir. 2013-cü ildə elektron kitablar kəmiyyət baxımından kitab bazarının 30%, qiymət baxımından 14% təşkil edib. == Tarixi == İnsan təfəkkürünün məhsulu olan kitabın yaranmasında bir sıra amillər mühüm rol oynamışdır. Əlifbanın və yazının meydana gəlməsi ilk amillərdəndir. Kitabın yaranmasında əsas amil yazı materiallarıdır. İlk əlifbadan və yazıdan istifadə etməyə başlayan insanların ilk kitabları daş, gil lövhələr, metal, ağac və s. olub.
Miras: Bakının sirri (kitab)
Kırac
Əli Tufan Kıraç (17 iyun 1972, Göksun[d], Qəhrəmanmaraş) — Musiqiçi. == Həyatı == Əli Tufan Kıraç 1972-ci ildə Qəhrəmanmaraşda dünyaya gəlmişdir. Onun atası sadə bir müəllim idi. 1982-ci ildə atasının işinin İstanbula yönəlməsi səbəbiylə orada qalmalı oldular. Məhz elə buna görə də o orta məktəbini və litseyi burada Hasköydə bitirdi. Kiçik yaşlarında musiqiyə olan həvəsi Kıraçın bu sənətdə inkişafında atasına aid bağlama idi. Litseyə başladıqdan sonra onun bu yetənəyi və musiqi müəllimi olan Refik Köksalın ona öz ilk gitarasının hədiyyəsi Kıraçın həyatında bir dönmə nöqtəsi idi. Litseyi bitirdikdən sonra o, Marmara Universiteti Atatürk Eyitim Fakültəsi Musiqi Müəllimliyinə daxil oldu. Orada həm çox sevdiyi musiqi təhsilini, həm də ata məsləhini davam etdirəcəkdi. Artıq 1992-ci ildə Ortaköy Martı adlı barda səhnə həyatına başladı.