Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəybağı
Bəybağı (fars. بك باغي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 48 nəfər yaşayır (15 ailə).
Belibağlı
Belibağlı (lat. Circus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Məhəmməd Cavad Bəlaği
Məhəmməd Cavad Bəlaği (Tam adı: Əllamə Məhəmməd Cavad Bəlaği Nəcəfi) (ərəb. محمد جواد البلاغي النجفي‎; 1865, İraq – 1933, Nəcəf) — ilahiyyatçı, təfsirçi, hüquqşünas, üsulist, şair və yazıçı (1982-ci ildə anadan olub, 1992-ci ildə Nəcəfdə vəfat edib), İraqlı şiə din xadimidir. 1865-ci ildə Nəcəfin Baraq məhəlləsində anadan olmuşdur. Atası Şeyx Həsən Bəlaği alim idi. Bəlaği nəsli öz elmi və biliyi ilə məşhur olan ailələrdəndir və onun əcdadları hamısı elm və ədəbiyyat adamları olmuşlar. O cümlədən məşhur "Tənqihul-məqal" kitabının müəllifi də bu nəsildəndir. Nəcəf seminariyasında müqəddimat elmləri üzrə təhsil almışdır. 24 yaşında Kazimeyn şəhərinə getmiş və 6 ilə qədər orada qalmışdır. Bu müddət ərzində müxtəlif dinlərin, məzhəblərin və məktəblərin ardıcılları ilə ünsiyyətdə olduğu üçün onların düşüncələri ilə yaxından tanış olmuşdur. Bir neçə il sonra Nəcəf qəzasına qayıtdı.
Baldağı (Hurand)
Baldağı (fars. بال داغي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (12 ailə).
Neybağı (Miyanə)
Neybağı (fars. ني باغي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 496 nəfər yaşayır (98 ailə).
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Karvansara bulağı
Karvansara mineral su bulağı — Şahbuz rayonundakı Gömür kəndindən 7 km şimal-şərqdə, okean səviyyəsindən 2260 m. yüksək ərazidədir. Gömür çayın mənbəyində olan bulaqlar hidrogen-sulfidlidir. Hər iki bulaq suları termaldır. Ultrabərk qatılığa malik, zəif minerallaşmış, sulfadlı-hidrokarbonatlı, kalsiumlu-natriumlumaqneziumlu termal (qaynar) sudur. == Əhəmiyyəti == Daxili və xarici orqanların müalicəsində vanna qəbul etməklə (10 dəfə, T 30–40 Cº) əhəmiyyətlidir. Mineral sudan heyvanlarındakı qoturluğun müalicəsində də istifadə etmək olar. == İstinadlar == == Mənbə == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh. Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.
Krubay bulağı
Krubay bulağı — Şərqi Serbiyada, Pemorav dairəsində su bulağı. Krupay çayının sağ axarında, 220 metr (720 ft) yüksəklikdə yerləşir. Krubay bulağı Serbiyanın şərqində, Pemarov rayonundakı karst bulaqlarına daxildir. Suyun temperaturu 9-11 °C-dir. 435 metr uzunluğunda olan bulaq axını əvvəlcə şimala doğru axır və 130 metrdən sonra Krupay çayı ilə birləşmədən 300 metr daha davam etmək üçün istiqamətini qərbə dəyişir. Anbar tikildikdən sonra, hündürlüyü 3 m olan Krupay bulağı 40 m uzunluğunda və 17 m enində yeni göl görünüşünü qazandı. Onun suyu çox cəlbedici şəlalə ilə göldən axır. 1998-ci ildə aparılan hərtərəfli speleoloji tədqiqatlar mağarada əhəngdaşının əriməsinə səbəb olan süsusi bölmə aşkar etdi. Bənddən çay üzərində qurulmuş qurğulara axan su dik astana və şəlalələr üzərindən keçir. Bulağın hidroloji rejimi və su həcmi kifayət qədər sınaqdan keçirilməmişdir.
Köçərli bulağı
Köçərli bulağı — Şuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq şəhərin tarixi Köçərli məhəlləsində, hazırda 20 yanvar küçəsində yerləşir. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Köçərli bulağı Şuşanın Köçərli məhəlləsi yerləşirdi.
Kərəm bulağı
Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşir. El qəhrəmanı Qaçaq Kərəmin adıyla adlandırılıb. Söylənilənlərə görə, Qaçaq Kərəm bu bulağın başında Pərizamanlı camaatının dəfələrlə qonağı olub.
Mamay bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.
Mamayı bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.
Meydan bulağı
Meydan — Şuşa şəhərinin əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı Divanxana meydanından başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan Rasta bazar küçəsi məhz Meydanda tamamlanır, beləliklə Meydan və Divanxananı əlaqələndirir. Şimaldan cənuba doğru zəif hiss olunan mailliklə uzanan küçə effektiv və gözlənilməz şəkildə kiçik işıqlı Meydana çıxır. E. Avalov qeyd edir ki, ətrafında yerləşən binaların təyinatında əsasən Meydan Şuşada mühüm ictimai-ticari rol oynamışdır; burada böyük dini mərasimlər (Aşura) keçirilmişdir. Meydanın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII–XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir. Şuşa şəhərinin tarixi bilinməyən baş planına əsasən şəhərin əsas memarlıq və ticarət kompleksi olan Meydan ilk dini tikilinin ətrafında formalaşdırılmışdır. Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi; məscid mə mədrəsələrin saxlanmasına lazım olan xərclər bu binaların istifadəsindən əldə edilən gəlir sayəsində ödənirdi. Meydanın formalaşmasını izləməklə Şuşanın digər orta əsrlər meydanlarının da yaradılması yolunu öyrənmək mümkündür. Rasta bazar küçəsinin şərq tərəfinin cənub qurtaracağı bitişik binalar vasitəsiylə dərininə genişləndirilmişdir. Küçənin bir hissəsinin genişləndirilməsi vasitəsilə meydan yaradılması üsuluna Şuşanın Bazar başı və Mərdinli məhəllə meydanlarının nümunəsində də izləmək mümkündür.
Nisəbəyim Bulağı
Nisəbəyim Bulağı — Culfa rayonunun Şurud kəndində ərazisində ziyarətgah. İlandağın zirvəsinə qalxan cığırdan azca aralıdır. Yerli camaat arasında möhkəm kök salmış adətə görə, meyvə ağaclarına tırtıl daraşanda, xəstəlik düşəndə ziyarətgaha qurban deyər, yaxud "Nisəbəyim bulağı"ndan su gətirib ağaclara çiləyər xeyir-bərəkət, bol məhsul diləyərdilər. Bundan sonra sanki canlanar, azar-bezardan qurtarardı, arzu və niyyətlər hasil olardı. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 450. ISBN 5-8066-1468-9.
Nohur bulağı
Nohur bulağı — Azərbaycanın Qazax rayonunun Ağköynək kəndində bulaq. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur.
Qızlar bulağı
Qızlar bulağı – Bu rəqsdə bəhs olunan bulaq Naxçıvanın yaxınlığındadır. Burada qızlar yığışar, çalıb-oynayar, mahnı oxuyardılar. “Qızlar bulağı” rəqsi də buradan meydana gəlib. Bu rəqsin melodiyasını indi də Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək, Sədərək, Kəngərli, Şahbuz rayonlarındakı və Naxçıvan şəhərindəki şənliklərdə eşitmək olur..
Seyidli bulağı
Seyidli bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Seyidli məhəlləsində yerləşir. XIX əsrin 80-ci illərində qurulub. Belə ki, 1873-cü ilə qədər Şuşada bulaq mövcud deyilmiş. 120 ildən çox müddət ərzində içməli su mənbəyi mövcud olmayıb. Şuşanın hər iki tərəfindən çay axdığından buna ehtiyac duyulmayıb. Müxtəlif vasitələrlə həmin çaylardan su gətirib həm təsərrüfatda, həm də içmək üçün istifadə edilirdi. Şuşanın özündə su olmasa da onun hər iki yanından axan çaydan suyu tuluqlara doldurub gətirib şəhərdə satırdılar. Şuşaya ilk bulağı isə Xan qızı Natəvan saxsı borularla çəkib. Bu məşhur "Xan Qızı" bulağıdır.
Əsgərxan bulağı
Əsgərxan bulağı — Füzuli rayonunun Yağlıvənd kəndində, Kavxalı məhəlləsinin yaxınlığında yerləşir. Bulağın XIX əsrdə tikildiyi ehtimal edilir. 1993-cü ilin 15 avqust tarixində Yağlıvənd kəndi işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb. Bulağın gözü 2024-cü ildə Yağlıvənd kəndinin sakinləri tərəfindən təmizlənərək bərpa edilmişdir. == Haqqında == Əsgərxan bulağının əsası XIX əsrdə qoyulduğu ehtimal edilir. Yağlıvənd kəndinin yeddi əsas məhəlləsindən biri olan Kaxvalı məhəlləsinin yaxınlığında yerləşən "Əsgərxan bulağı" şair, polis pristavı, "Georgi" xaçı kavaleri Həsənəli bəy Əsgərxanovun böyük oğlu Əsgərxan bəyin adı ilə bağlı olduğu düşünülür.
Barat bulağı
Barat bulağı — Füzuli rayonunun Yağlıvənd kəndində bulaq. == Haqqında == Barat bulağı kəndin Çökək məhəlləsinin yaxınlığında yerləşir. Bulağın XX əsrin 70-ci illərində Yağlıvənd kənd sakini Barat Sifahanov aşkar etdiyi üçün kənd sakinləri tərəfindən bulağa onun adı verilmişdir. Bulaqdan ildə bir neçə ay istifadə etmək mümkün olub. Buna səbəb Yağlıvənd gölünün şişərək bulaq olan ərazini tutmasıdır. 1993-cü ilin 15 avqust tarixində Yağlıvənd kəndi işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşərək gözü tutulub.
Lələli bulağı
Lələli bulağı — Füzuli rayonunun Yağlıvənd kəndində, O Tay Lələli məhəlləsinin yaxınlığında yerləşir. 1993-cü ilin 15 avqust tarixində Yağlıvənd kəndi işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb. Bulağın gözü 2024-cü ildə Yağlıvənd kəndinin sakinləri tərəfindən təmizlənərək bərpa edilmişdir. == Haqqında == Lələli bulağının tarixi bilinmir. Yağlıvənd kəndinin yeddi əsas məhəlləsindən biri olan Lələli məhəlləsinin yaxınlığında yerləşdiyi üçün adıçəkilən məhəllənin adı ilə bağlıdır.
Alxas bulağı
Alxas bulağı — Xınalıqda bulaq. Alxas bulağı Xınalığın sirli bulaqlardan biridir. Bulağın suyu iki mənbədən gəlir: həm qayaların arasından süzülür, həm də yerin altından qaynayıb çıxır. Bu suyu içəndə adamın dişini göynədir. Bulağın bir sirri də var. Təkcə yayda çobanlar yaylaqda məskən salandan-salana suyu olur.
Xaltan bulağı
Xaltan bulağı — Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kəndinin ərazisində mineral bulaq. Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kəndinin şimal-şərqində, Gilgilçayın hər iki sahilində çoxdebetli, isti kükürdlü mineral bulaqlar yerləşir. Qədimdən yel və dəri xəstəliklərininmüalicəsində istifadə olunur. Tədqiqatçılara görə, bulağın adı qədim İran mənşəli xar və ya gar ("isti" deməkdir;sonralar [r] səsi [l] səsinə keçmişdir) və dan (su) sözlərindən düzəldilmişdir (osetin dilində qardan "istisu"mənasındadır. Hidronimdəki dan (su) sözünün tan formasına düşməsi isə tat dilinin Xaltan şivəsində d səsinin t səsi kimi tələffüz olunması ilə əlaqədardır. Qeyd edək ki, Don çayının adı da tarixən Tan variantında işlənmişdir. Xaltan kəndi "Azərbaycan toponimlərinin ensklopedik lüğəti". II cilddə. Bakı-2007. I cild, səh.
Yusifli bulağı
Yusifli bulağı və ya Hacı Yusifli bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. Yusifli bulağı hazırda Şuşa şəhərinin Niyazi küçəsində yerləşir. Bulaq XIX əsrin sonu XX əsrin əvvəllərində inşa edilmişdir.
İlisu bulağı
İlisu – Azərbaycan Respublikasının Qax rayonu ərazisində mineral bulaq. İlisu bulağı İlisu kəndindən 5 km şərqdə Hamamçay dərəsində Moxbulaq,Hamam,Oğlanbulaq-qızbulaq və s. bulaqlardan ibarətdir. Bu bulaqlardan çoxu(Moxbulaq istisna olmaqla) hərarəti 40 °C-45°-yə çatan kükürdlü(hidrokarbonatlı) isti sudur. İlisu termal suları ilk dəfə 1866-cı ildə K.A.Nikitin tərəfindən tədqiq olunmuş və Q.V.Struve tərəfindən 1887-ci ildə kimyəvi tərkibi öyrənilmişdir.1950-ci ildən sonra bu bulaqda tikinti işləri aparılmiş,insanların su vannaları qəbul etməsi üçün xüsusi şərait yaradılmışdır.Suyun çıxdığı oyuq ön tərəfdən hörülərək hovuz halına salınmış və vanna qəbul etmək üçün istifadə olunur.Tədricən bu ərazı,təyinatına uyğun olaraq xalq arasında" hamam" adlanmışdır.Hamamdan bir qədər aralıda diğər mineral su-"Oğlan bulaq-qız bulaq" yerləşir.O,yerdən təxminən 2 m yüksəklikdən,qayanın işərisindən axıb tökülən isti su şırnağından ibarətdir.Qayada yanaşı əyləşib iki nəfərin söykənməsi üşün kreslonun söykənəcəıyinə bənzər yer var.Yaxınlıqda insanların gecələməsi üçün də otaqlar tikilmişdir. Adətən kükürdlü su adlanılan bu bulaqlar əslində kimyəvi tərkibəcə hidrokarbonatlıdır.Mineral bulaqda müşahidə edilən qazlar tərkibcə hidrogen-sulfidlidir. Mineral bulaqların tərkibində radon elementidə üstülük təşkil edir. Radon – Mendeleyev cədvəlində VIII qrupun elementidir. Radon radiumun çox qısa yaşama müddəti olan (yarımparçalanma dövrü 3.8 sutka) parçalanma məhsuludur. Təsirsiz qazlara aiddir.
İsa bulağı
İsa bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. İsa bulağı Şuşa şəhərindən iki kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır. Vətən müharibəsindən sonra İsa Bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib.Bulağın özü mərmərdən hazırlanıb, İsa Bulağı sözü isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub.
Ələhi bulağı
Ələhi bulağı — Azərbaycanın Ordubad rayonu ərazisində, Ələhi kəndindən 500 m. cənub-qərbdə bulaq. Ələhi bulağı Gilənçay dərəsində yerləşir. Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Gürcüstanın "Barjomi" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Bəlbay
Bəlbay — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Balbau Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. BəŞərü çayının sahilində, Peştəsər silsiləsinin ətəyindədir. Yerli əhalinin dilində Balbou, Balbo kimi tələffüz edilir və Talış dilində "kicik qardaş" mənasında olması ehtimal edilir. 1917-ci ildə Balabur variantında qeydə alınmışdır. Dialektlərimizdə balbır suya batmamaq üçün tora bağlanan taxtalara deyilir. Güman etmək olar ki, kəndin adı balıqçılıqla bağlı yaranmışdır. == Etimologiyası == Kəndin adı Balabəy şəxs adınının təhrifidir.
Pelagi
Pelagi (təq. 354 – təq. 420, Fələstin) — xristian dinində ilk bidətçi təlimlərindən birinin banisi, V əsrin din xadimi. Xristianlıqda ilk bidətçi təliminin banilərindən sayılan Pelagi təxminən 360-cı ildə Fransanın Bretan bölgəsində, yaxud Britaniyada doğulmuşdur. Milliyyətcə keltdir. Əsl adı Morqan olub, xaç suyuna çəkildikdən sonra Pelagi adlandırılmışdır. V əsrin əvvəllərində İtaliyaya gələrək monastıra daxil olmuşdur. Burada yüksək əxlaqı və nizam-intizamı ilə məşhurlaşmışdır. Romada həm dünyəvilər, həm də din xadimləri arasında yayılmış pozğunluq halları onu dəhşətə gətirmişdir. Pelagi mülahizələri ilə ümumi kilsə doqmalarından kənara çıxmışdır, lakin o, kilsə ilə ziddiyyətə getmək fikrindən uzaq idi.
Bəybağlı (Biləsuvar)
Bəybağlı (fars. بيگ باغلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (7 ailə).
Nəhcül-Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir. Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir. Əsər 3 babdan (bölmədən) ibarətdir: Əmr və xütbələr. Məktub və vəsiyyətlər. Hikmətli kəlamlar. Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir.
Nəhcül Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir. Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir. Əsər 3 babdan (bölmədən) ibarətdir: Əmr və xütbələr. Məktub və vəsiyyətlər. Hikmətli kəlamlar. Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir.