1. Balaca şal.
2. Baş örtüyünün boğazın altından bağlanan bağı.
3. Qadınların boğazlarına taxdıqları qızıl zinət.
Bəzən belə söhbət olardı: – Yaxşı, indi ki belə oldu, bir de görək, nə istəyirsən? – Deyim də: … boğazaltı, belbağı, iki dəst qızıl qolbaq, on dəst üzük…
Sənəm sumağı boğazaltısının uclarını yoğun hörüyünün altına düyünləmişdi.
4. Yüyəndə: atın boğazının altından keçib başına bağlanan qayış. Yüyənin boğazaltısı qırılmışdır.