Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səymək (Uçalı)
Içmanqol (başq. Һәйтәк, rus. Сайтаково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uçalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 17 km, kənd sovetliyindən (Uçalı): 9 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 10 km.
Böyrək
Böyrəklər — insan orqanizmində əsas assenizator və filtirdir; onlar sidiyə qanda və toxumalarda yığılan müxtəlif zərərli və artiq maddələri adsorbsiya edirlər. Tutqun rəngdə, paxla şəklində cüt vəzdir. Böyrəklər qarın boşluğunun arxa divarında bel nahiyyəsində yerləşir. Onların orta hesabla uzunluğu 10-12 sm, eni 6 sm və qalınlığı 3-4 sm-dir. Orta çəkisi 120 qramdır. Xarici səthi hamardır. Hər böyrəyin basıq tərəfindən bir ədəd nazik sidik axarı çıxır. Sağ böyrək sol böyrəkdən bir qədər aşağıda yerləşir. Buna səbəb qaraciyərin sağ böyrək üstündə yerləşməsidir. Böyrək iki qatdan əmələ gəlmişdir: Tünd rəngli xarici və nisbətən açıq rəngli daxili qatdan.
Döyməc
Döyməc və ya Döymac (az-əbcəd. دؤیماج،دؤیمَج‎) Cənubi Azərbaycanda Qəzvin və Təbriz şəhərlərinə aid olan qəlyanaltıdır, Şimali Azərbaycanda isə Şəki və Oğuz rayonlarına aid olan, əzilmiş meyvədən (alça, zoğal, alma, gavalı və s.) hazırlanan qəyanaltı. 1 stəkan su 200 q pendir (küp pendiri daha yaxşıdır) 4 ədəd quru lavaş çörəyi 100 q kərə yağı Lazım olan miqdarda doğranılmış göyərtilər 100 q qızardılmış soğan Lazım olan miqdarda qoz içi İstəyə görə qaymaqlı qatıq İlk olaraq quru çörəkləri geniş bir qabda yaxşıca doğrayıb sonra bir stəkan suyu az-az üstünə töküb qarışdırın. Pendiri doğrayıb və əlavə edin. Kərə yağını əridib doğranmış qoz,doğranmış göyərti və öncədən qızardılmış soğan ilə üzərinə töküb əllə yaxşıca qarışdırın.Bu mərhələdə döyməc otaq mühitində (nə ocaq üstündə) dincəlməlidir. Dincəlməkdən sonra döyməci əl və ya incə belli stəkan ilə (Qəzvinə aid incə belli stəkan ki Armudu stəkanı kimindir) dürməkləyib, şəkil verməliyik.Qəyd edək ki hazırlandıqdan dərhal sonra dürməkləsək, əmələ gəlməz yoxsa bir az əmələ gəlməkdən sonra parçalanar. Bir azdan sonra, döyməci yuvarlaq yaxud oval formada əllərinizdə sıxın ki, tamamilə yapışsın və dağılmasın. Açılırsa bir az su və ərinmiş yağ əlavə edin. Hazırlandıqdan sonra, istənirsə, bir az bərk qaymaqlı qatıq ya süzmə və nanə üstünə töküb süfrəyə verin.
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Köynək
Köynək — bədənin yuxarı hissəsinə geyinilən qollu və ya yarım qollu, yaxalı paltar. Köynək yaxasının altından qalstukla geyilə bilər. Köynək XX əsrə qədər yalnız kişilərin alt paltarında geyə biləcəyi geyim idi. Qadın geyimi kişilərlə yaxından əlaqəli olsa da, müasir köynəyə çevrilən kişi geyimi idi. Orta əsrlərdə adi geyimlərin altında geyinilən düz, boyanmamış paltar idi. Orta əsr sənət əsərlərində köynəklər yalnız çobanlar, məhkumlar və tövbə edənlər kimi təvazökar obrazlarda görünür. XVII əsrdə bu gün də geyilən köynəklərinin nümayişinə icazə verildi. XVIII əsrdə kişilər paltar əvəzinə uzun köynək geyinirdilər. XVIII əsr kostyum tarixçisi Cozef Strut yataq üçün köynək geyinməyən kişilərin ədəbsiz olduğuna inanırdı. Hələ 1879-cu ildə üstündə heç bir şey olmayan köynək qeyri- etik sayılırdı.
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Sövməə
Sövməə (Çaroymaq)
Sönməz
Sönməz — türk soyadı, təxəllüs. Kərim Məşrutəçi Sönməz — İranın nüfuzlu qələm sahiblərindən. Damla Sönməz — Türkiyə aktrisası.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Damla Sönməz
Damla Sönməz (3 may 1987, İstanbul) — Türkiyə aktrisası. Damla Sönməz 3 may 1987-ci ildə İstanbulda anadan olub. Məktəbdə oxuyarkən "Müjdat Gezen Sənət Mərkəzi"ndə teatr kursuna gedən Sönməz, fransız məktəbinin məzunu olduqdan sonra Sarbonnada bir il dramaturgiya üzrə oxumuş, lakin o səhnədə olmaq istədiyi üçün oxuduğu bölməni buraxıb ölkəyə geri dönmüşdür. Bir neçə ay əvvəl də təqaüdlə oxuduğu Yeditepe Universitetinin teatr fakültəsinin məzunu olmuşdur. Hal-hazırda təhsilini Yeditepe Universiteti Teatr fakültəsində davam etdirməkdədir. Sönməzin təhsili bunlarla məhdud deyil. Damla Sönməz həm də Mimar Sinan Universiteti Dövlət Konservatoriyasında qiyabi olaraq 2 il skripka, 1 il piano təhsili almışdır. Dünyada məsləyi ilə əlaqədar nələr olub-olmadığıyla da maraqlanır, ABŞ və İngiltərədə də teatr işlərinə qatılır. Çünki ona görə bu peşə yeniliklərə açıq olmağı tələb edir, səbəblərini də belə açıqlayır: "Bir obrazı oynamağınız üçün onu çox yaxşı tanımış və başa düşmüş olmağınız lazımdır. İnsanları daha çox qəbul etməyə, kimin nəyi niyə etdiyini, həyatdakı seçimlərini anlamağa çalışıram." Bəs Sönməz hər kəslə asan ünsiyyət qurub dost olurmu?
Göyçək Fatimə
Nurəddin Sönməz
Nurettin Sönmez — Türk aktyor və Uzaq Şərq Döyüş Sənətləri müəllimi. Nurettin Sönmez döyüş qabiliyyətinə görə savaş, aksiyon filmlərində yer almışdır. Ustaca qılınc, balta işlədə bilir. İlk Mavi Kelebekler televiziya serialında debüt etmişdir. Daha sonra isə Bir Zamanlar Osmanlı Kıyam və Osmanlıda Derin Devlet seriallarında özünü sübut etmişdir. Ən son isə 2014-cü ildən TRT1-də yayımlanan Diriliş:Ərtoğrul (teleserial, 2014) serialında görünməyə başladı. O, döyüş qabiliyyətini tam şəkildə sərgiləyir.Bu serialda Bamsı Beyrək rolunu canlandırır. Hal-hazırda bu serialda çəkilməyə davam edir.
Qabaqcadan görmək
Qabaqcadan görmək ya Proqnozlaşdırma (İngiliscə. Forecasting) keçmiş və indiki verilərinin istiqamət və gedişini analizi (data trend analysis) əsasında gələcək haqda öncədən faktlı və məntiqli xəbər vermək prosesidir. Bir adi örnək, gələcək müəyyənləşmiş günlərdə faiz dəyişənin təxminidir. Öncədən Demək (Prediction) isə Qabaqcadan görməklə eynidir, ancaq daha ümumi sözdür. İkisi də formal statistik metodlarında olan Zaman Seriləri, keçmə-bloklu (cross-sectional), uzunasına rəqəmlər (longitudinal data), ya alternativ az formal qərar çıxarmaq metodlarını işlədirlər. Bu istifadə çeşidli sahələr arasındda fərqli ola bilər: misal üçün, hidrologiya'da, "Qabaqcadan görmə" (forecasting) və "Ön görü" (forecast) müəyyənləşmiş gələcək zamanlardakı dəyərlərin qiymətləndirilməsi için saxlanılır, halbuki "Öncədən Demək" (Prediction) ibarəti, uzun bir dönəmdə sel axımlarınının neçə dəfə baş verməsi kimi, daha çox ümumi təxminlərə işlənir. Keyfiyyətli öngörü yolları istehlakçıların düşüncə və qərarı əsasında və subyektiv dirlər. Onlar keçmiş verilər(data) əldə olmasalar uyğundurlar. Onları adətən orta və ya uzun mənzilli qərarlarda işlətmək olar. Keyfiyyətli öngörü yollarından neçə örnək: Bildirilmiş rəy və qərar (informed opinion and judgment) Delfi yolu (Delphi method) Bazar araşdırması Tarixi yaşam dövrü bənzətməsi (historical life-cycle analogy) Sayılı qabaqcadan görmə modelləri indiki və keçmiş verilər(data)dən gələcək veriləri (data`nı) əldə etmək için işlənirlər.
Sövməə (Heris)
Sövməə (fars. صومعه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (42 ailə).
Sövməə (Kəleybər)
Sövməə (fars. صومعه‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 13 nəfər yaşayır (5 ailə). 1940-cı illərin sonlarında 37 nəfərlik əhaliyə sahib idi. Əhalisi Güney Azərbaycanın başqa bölgələri kimi yerli Azərbaycan türklərindən ibarətdir.
Sövməə (Marağa)
Sövməə (fars. ‎‎صومعه‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 350 nəfər yaşayır (71 ailə).
Sövməə (Çaroymaq)
Sövməə (fars. صومعه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (17 ailə).
Sövməə (Əcəbşir)
Sövməə (fars. صومعه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 374 nəfər yaşayır (71 ailə).
Ulduz Sönməz
Ulduz Əsgər qızı Quliyeva (Ulduz Sönməz; 16 iyun 1945, Kərimli, Gədəbəy rayonu) — Azərbaycanlı aşıq, şair, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2008). Azərbaycan Yazıçılar Birliyinin və Yeni Azərbaycan Partiyasının üzvü. Ulduz Quliyeva 1945-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Orta məktəbin 8-ci sinfindən Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olmuş, 1969-cu ildə Muğam sinfini bitirmişdir. 1964–1971-ci illərdə Sumqayıt şəhər metallurqların C.Cabbarlı adına Mədəniyyət evində xalq çalğı alətləri ansamblının bədii rəhbəri işləyib. Eyni vaxtda Sumqayıt şəhər radio stansiyasında solist olub. 1971-ci ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Hələ muğam sinfində oxuyarkən Azərbaycan SSR Nazirlər Soveti yanında radio verilişləri və televiziya komitəsinin solisti olub və bir çox görkəmli sənətkarlarla yanaşı fəal iştirak edib. Ulduz xanım saz çalmağı Aşıq Sədi Ağstafalıdan öyrənib. Aşıq Ulduz "Aşıq Pəri" məclisinin ilk üzvü və yaradıcılarından biridir.
İhsan Sökmən
İhsan Lətif Sökmən (1873, Konstantinopol – 27 dekabr 1955, İstanbul), türk əsgəri və siyasətçisi. İhsan Lətif Sökmən 1873-cü ildə İstanbulda anadan olmuşdur. 1895-ci ildə Hərbi Akademiyanı bitirmişdir. Osmanlı-Yunan müharibəsində və Balkan müharibələrində iştirak etmişdir. Afinada Hərbi Attaşe, Yəmən Ordusu Korpusu Baş Qərargah rəisi, Edremit Diviziya Komandiri və Muş Diviziya Komandiri vəzifələrində çalışıb. Birinci Dünya Müharibəsi başlayanda Qafqaz Cəbhəsindəki 9-cu Ordu Korpusu Komandiri vəzifəsini icra edərkən, 22 dekabr 1914-cü ildə Sarıqamış Döyüşündə Rus Ordusu tərəfindən əsir düşdü və Sibirə sürgün edildi. 1915-ci ilin mayında Sibirdən qaçmağı bacardı və 1915-ci ilin sentyabrında Çin, Yaponiya, ABŞ və Yunanıstan vasitəsilə İstanbula döndü. 1915-ci ilin oktyabrında təqaüdə çıxdı. İstanbul Şəhr-əmanəti Yeniköy Bələdiyyə Başçısı və Pursaklar Müfəttişi vəzifələrini icra etdi. 1919-cu ildə həqiqi hərbi xidmətə qayıtdı.
Sökmən bəy
Müinəddövlə Sökmən bəy (1098-1104) – Artuqlu sülaləsindən Türk sərkərdəsi və hökmdarı. Atası Artuq bəyin 1091-ci ildəki ölümünden sonra Böyük Səlcuq İmperiyası tərəfindən Qüds valiliyi Sökmən bəyə verildi. Sökmen bəy avqust 1096-cı ilədək bu vəzifədə qaldı. 1098-ci il və 1104-cü illər arasında Artuqlu bəyliyinin bir qolu olan Sökmənoğullarının qurucusu olaraq Hasankeyf bəyliyini idarə etdi. May 1104-cü ildə Harranı mühasirə edərək Mosul yönündə irəliləmək surətiylə Bağdadı fəth etmək isteyen səlibçilər tərəfindən idarə olunan Urfa qaraflığının qrafları Baudouin du Bourg və Josselin de Courtenayni Harran döyüşündə (Belih çayı döyüşü) ağır bir məğlubiyyətə uğratdı və əsir etdi. Oktyabq 1104-cü ildə Şam yaxınlarındaki Karyateyndə öldü.
Sönməz Hüseynov
Sövməə (Əhər)
Sövməə (fars. صومعه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 79 nəfər yaşayır (18 ailə).
Sövməə Sara
Sövməə Sara — İranın Gilan ostanında yerləşən şəhər. Sövməə Sara əhalisinin çoxluğunu giləklər və talışlar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 36,522 nəfər yaşayır (10,070 ailə).
Voytek
Voytek (1942 və ya 1941, bilinmir, Həmədan və ya İran – 2 dekabr 1963, Edinburq) — İranda tapılan və Polşanın Anders Ordusunun (İkinci Korpus) əsgərləri tərəfindən bəslənilən qonur ayı idi. Rəvayətə görə, İtaliyadakı Monte Kassino döyüşündə o, polşalı topçulara döyüş sursatı qutularını boşaltmağa kömək edib və hətta döyüş zamanı mərmi daşıyıb, bununla da Polşa və Britaniya hərbçiləri arasında məşhurlaşıb. (pol. "Wojtek") adı "Wojciech" adının kiçik bir formasıdır. Adı iki sözdən gəlir: "woj" (kök "wojownik", döyüşçü və "wojna", müharibə) və "ciech" (zövq). Adın iki mənası var: "müharibədən həzz alan" və ya "gülərüz döyüşçü". 1942-ci ildə Yeni doğulmuş Voytek iranlı bir oğlan tərəfindən, tapılıb. Həmədanla Kəngəvar arasındakı dağ yolunda oğlan SSRİ-dən İrana gəlmiş Polşa əsgərlərinin yük maşını ilə qarşılaşıb, Polşa əsgərləri dayanıb ona yemək təklif etdiblər. Oğlan yemək yeyərkən ayı balası başını çantadan çıxarıb və buna təəccüblənən polşalı əsgərlərinin diqqətinə səbəb olub. Onlar uşağa bir neçə qutu yemək, şokolad, İsveçrə cib bıçağı və bir qədər pul verərək ayını almağı təklif ediblər.
Sobek
Sobek - Qədim Misir mifologiyasına görə su tanrısı.
Nurettin Sönmez
Nurettin Sönmez — Türk aktyor və Uzaq Şərq Döyüş Sənətləri müəllimi. Nurettin Sönmez döyüş qabiliyyətinə görə savaş, aksiyon filmlərində yer almışdır. Ustaca qılınc, balta işlədə bilir. İlk Mavi Kelebekler televiziya serialında debüt etmişdir. Daha sonra isə Bir Zamanlar Osmanlı Kıyam və Osmanlıda Derin Devlet seriallarında özünü sübut etmişdir. Ən son isə 2014-cü ildən TRT1-də yayımlanan Diriliş:Ərtoğrul (teleserial, 2014) serialında görünməyə başladı. O, döyüş qabiliyyətini tam şəkildə sərgiləyir.Bu serialda Bamsı Beyrək rolunu canlandırır. Hal-hazırda bu serialda çəkilməyə davam edir.
Selen Soyder
Selen Soyder (türk. Selen Soyder, 26 dekabr 1986, İzmir) — Türkiyə modeli, Miss-Türkiyə 2007. 26 dekabr 1986-cı ildə İzmirin Alsancak qəsəbəsində anadan olmuşdur. Məktəbi qurtarandan sonra Selen Soyder liseyi İzmirdə bitirmişdir. 2006-cı ildə Miss Model Of Turkey yarışmasında Türkiyənin ən yaxşı modeli seçildi ve Miss Bikini Of The Universe yarışmasında Çin Xalq Respublikasında Türkiyəni təmsil etdi. İlk beşliyə daxil olan Soyder, Türkiyəyə "Ən yaxşı milli geyim" mükafatını qazandırdı. 2007-ci ildə Star TV-nin yayımladığı və 1200 nəfərin qatıldığı Türkiyə Gözəllik Yarışması Miss Turkey-də "Türkiyə Gözəli" seçildi və Türkiyəni Miss World 2007-də 106 ölkənin içində Çinin Sanya adasında təmsil etdi. İlk beşliyə daxil ola bilmədi. 2007-ci ildə Vakkonun modeli olmuşdur. Daha sonra dil təhsili üçün Kanadaya gedən Selen Soyder 2009-cu ildə Türkiyəyə geri döndü.